Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3707/2024 29.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X8 Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovadan və X4 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi X9 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 24 iyul 2024-cü il tarixli, 2-1(82)-1893/2018 saylı qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında bаxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı xx.xx.2024cü il tarixdə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsinə qarşı “Neftqaztikinti Trestinin İdarələrində 12 avqust 1985-ci il tarixdən 04 dekabr 2003-cü il tarixədək işlədiyi dövrün iş stajının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 saylı, 21 iyun 1993-cü il tarixli qərarı ilə müəyyənləşdirilmiş güzəştli pensiya hüququ olan vəzifələrin 1 saylı Siyahısına müvafiq qaydada xüsusilə zərərli əmək stajı kimi nəzərə alınmaqla və 19 yanvar 2004-cü il tarixdən 24 mart 2006-cı il tarixədək müqavilə üzrə “X10 ltd” şirkətinin Azərbaycan nümayəndəliyində işlədiyi dövrün iş stajı sosial siğorta stajına daxil edilməklə 24 yanvar 2009-cu il tarixdən 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004-2005-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi” tələbinə dair inzibati işin icraatının təzələnməsi barədə qərar qəbul edilməsi və ərizəçi Fondun Bakı şəhəri Nizami rayon şöbəsini əsl ərizəçi olan Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək onun “Neftqaztikinti” trestinin idarələrində xx.xx.1985-ci il tarixindən xx.xx.2003-cü il tarixinədək işlədiyi dövrün iş stajının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli 21 iyun 1993-cü il tarixli qərarı ilə müəyyənləşdirilmiş güzəştli pensiya hüququ olan vəzifələrin 1 nömrəli siyahısına müvafiq qaydada xüsusilə zərərli əmək stajı kimi nəzərə alınmaqla və xx.xx.2004-cü il tarixdən xx.xx.2006-cı il tarixinədək müqavilə üzrə “X10 İtd” şirkətinin Azərbaycan nümayəndəliyində işlədiyi dövrün iş stajı sosial sığorta stajına daxil edilməklə xx.xx.2009-cu il tarixindən 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004-2005- ci illərin orta aylıq əməkhaqqı əsas götürülməklə yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsinin (bundan sonra-Şöbə) üzərinə qoyulmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1 (82)-1893/2018 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Həmin qərardan apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı (iş N° 2-1 (103)-1397/2018) ilə şikayət təmin edilməmişdir. Cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti verilmiş, Ali Məhkəmənin İnzibatiİqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli qərardadı ilə (iş 2-1(102)-2020/18) Azərbaycan Respublikası İPM-nin 90.1, 91, 94.2, 96.2, 9.3-cü maddələrinə əsasən şöbənin şikayəti mümkün sayılmamış və onun qəbulundan imtina olunmuşdur. İddiaçının Şöbə tərəfindən İddiaçı adına açılmış pensiya işində və “Pensiyaçının uçot vərəqi”ndə onun şöbəyə 2004-2005-ci illərin əməkhaqları nəzərə alınmaqla 50 yaşından əmək pensiyasının yenidən hesablanması ilə bağlı müraciət sənədinin (ərizəsi), vətəndaşın müraciəti ilə əlaqədar şöbənin verdiyi imtina qərarının, vətəndaşın məhkəməyə müraciət etməsini təsdiq edən iddiasının surətinin, məhkəmə instansiyalarının şöbə ilə bəzi yazışmalarının olmadığı aşkar edilmişdir. Bütün dövrlərdə mütəmadi olaraq Fond tərəfindən yerli qurumlara pensiya işlərinin inventarizasiyasının aparılması barədə verilmiş ciddi tapşırıqlara baxmayaraq İddiaçı aid işə tikilmədiyi qeyd edilən zəruri sənədlərlə əlaqədar şöbənin məsul işçiləri tərəfindən heç bir tədbir görülməmişdir. Pensiya işinə tikilmiş sənədlərin icra tarixlərinin araşdırılması ilə müəyyən edilmişdir ki, vətəndaş İddiaçı pensiyasının ötən dövrlərdən təyin edilməklə yenidən hesablanaraq yüksək məbləğə çatdırılması ilə əlaqədar işlərə bu işdə maraqlı olmuş şəxslər tərəfindən əvvəlcədən planlaşdırıldığı qaydada dərhal başlanılmış, çox qısa müddətdə - 35 təqvim günü ərzində iddia tələbinə uyğun birinci instansiya məhkəməsinin qərarının alınmasına nail olunmuşdur. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Fondun Nizami rayon şöbəsindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası alır, pensiya hesablanarkən xx.xx.2010-cu il tarixindən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu tətbiq edilib və xx.xx.2016-cı il tarixindən təyin edilib. Lakin onun pensiya hüququ xx.xx.2009-cu il tarixində yaranmışdır. Bununla da xx.xx.2006cı ildən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8,10 və 27-ci maddələri üzrə hüquqları pozulmuşdur. Belə ki, xx.xx.1985-ci il tarixindən xx.xx.2003-cü il tarixinədək “Neftqaztikinti” trestinin idarələrində dənizdə xüsusi zərərli iş şəraiti olan müxtəlif vəzifələrdə işləmiş, həmin vəzifələr dəniz şəraitində olduğundan işin xarakterinə və vəzifə xarakterinə və vəzifə funksiyalarına görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli, 21 iyun 1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş Güzəştli pensiya hüququ verən vəzifələrin bir nömrəli siyahısına uyğundur. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu xx.xx.2009-cu il tarixdə qazanmış və ona münasibətdə həmin dövrdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu tətbiq olunmalı və 50 yaşdan əmək pensiyası təyin edilməlidir. Belə ki, İddiaçı dəniz şəraitində xüsusi zərərli işlərdə 18 il işləmiş və ümumi iş stajı da xx.xx.1997-ci il tarixədək 20 ildən çoxdur. xx.xx.1977-ci ildən xx.xx.1979-cu ilədək hərbi xidmətdə, xx.xx.1980-ci il tarixindən xx.xx.1985-ci il tarixinədək ali təhsil almışdır. Hərbi xidmət dövrü və təhsil müddəti sığorta stajına daxil edilməlidir. Bundan əlavə, xx.xx.2004cü il tarixindən xx.xx.2006-cı il tarixinədək müqavilə üzrə “X10 İtd” şirkətinin Azərbaycan nümayəndəliyində işləmiş, işlədiyi bütün dövr üçün məcburi dövlət sosial sığorta haqları ödənilmişdir. Qeyd olunanlara əsasən iddiaçı Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7-ci maddəsinə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1, 32, 37-ci maddələrinə istinad edərək iddiaçıya “Neftqaztikinti” trestinin idarələrində xx.xx.1985-ci il tarixindən xx.xx.2003-cü il tarixinədək işlədiyi dövrün iş stajının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli, 21 iyun 1993-cü il tarixli qərarı ilə müəyyənləşdirilmiş güzəştli pensiya hüququ olan vəzifələrin 1 nömrəli siyahısına müvafiq qaydada xüsusilə zərərli əmək stajı kimi nəzərə alınmaqla və xx.xx.2004-cü il tarixdən xx.xx.2006-cı il tarixinədək müqavilə üzrə “X10 İtd” şirkətinin Azərbaycan nümayəndəliyində işlədiyi dövrün iş stajı sosial sığorta stajına daxil edilməklə xx.xx.2009-cu il tarixindən 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004-2005-ci illərin orta aylıq əməkhaqqı əsas götürülməklə yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin iş üzrə xx.xx.2018-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası İPM-in 47-ci maddəsinə müvafiq olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Bununla belə, məhkəmə qərarlarında qeyd olunanların araşdırılması nəticəsində bir sıra hüquqi uyğunsuzluqların mövcudluğu aşkar edilmiş, məhkəmə mübahisələri zamanı iş üzrə toplanmış sübutlara düzgün hüquqi qiymətin verilməməsi, maddi və prosessual hüquq normalarının tələblərinin pozulması müşahidə olunmuşdur. Belə ki, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin İddiaçı xeyrinə qəbul etdiyi qərarının 6-7-ci səhifələrindəki qeydlərdən məlum olmuşdur ki, iddiaçının hərbi biletində, diplomun və əmək kitabçasının surətində, habelə xx.xx.2016-cı il tarixli SOCAR**********60020100X00015 Nə-li “Güzəştli şərtlərlə pensiya təyin edilməsi haqqında” arayışda yazılanlar üzrə bütün əmək fəaliyyəti, hərbi xidmət və əyani təhsil dövrü sadalanmaqla işləmiş olduğu quraşdırıcı peşəsini 1 Nəli siyahı üzrə ******* XXVİİ. Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin 2290000a-14612 polad və dəmir- beton konstruksiyaların quraşdırması üzrə quraşdırıcılar alt bölməsində qeyd olunan peşəyə uyğun gəldiyini hesab etməklə əsaslandırma aparılmışdır. Göründüyü kimi, polad və dəmir-beton konstruksiyaların quraşdırması üzrə quraşdırıcılar peşəsi 2290000a-14612 kodu vaxtilə qüvvədə olmuş Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısf’nda (bundan sonra - 2 Nə-li siyahı) olduğu halda məhkəmə orqanı həmin peşəni 1 Nə-li siyahıya uyğun hesab edərək əsaslandırmalar aparmış və vətəndaşıların iddiasını tam təmin etmişdir. Şöbənin şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsində işə baxılarkən fərqli əsaslandırmanın aparıldığı müəyyən edilmişdir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin İddiaçı xeyrinə qəbul etdiyi qərarındakı qeydlərdən məlum olmuşdur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsi kimi vətəndaşın hərbi biletində, diplomun və əmək kitabçasının surətində, habelə xx.xx.2016-cı il tarixli SGCAR**********60020100X00015 Nə-li arayışında yazılanlara istinad edərək bütün əmək fəaliyyəti, hərbi xidmət və əyani təhsil dövrünü sadalamaqla iddiaçının xx.xx.1983- xx.xx.1984-cü il dövr ərzində Metalkonstruksiya zavodunda kəsici peşəsində 1110100- 11618 kod üzrə, xx.xx.1985- xx.xx.1992-ci il dövr ərzində “Neftmaştikinti Trestində mühəndis və baş mühəndis vəzifələrində 1100000-17541 kod üzrə, xx.xx.1992-xx.xx.1997- ci il dövr ərzində həmin trestdə rəhbər vəzifələrində 1100000-24125 kod üzrə işlədiyini, xx.xx.1997-ci ilədək ümumi iş stajının 20 ildən artıq, güzəştli iş stajının 10 ildən artıq olduğunu qeyd etmiş, bu zaman birinci instansiya məhkəməsinin 1 Nə-li siyahıya uyğun kodlaşdırma üzrə əsaslandırmasını nə təkzib, nə də təsdiq etməmiş, vətəndaşın iddiasında nəzərdə tutulmadığı halda tamamilə fərqli əsaslandırmalar irəli sürmüş, vətəndaşın işləmiş olduğu müəssisədən təqdim etdiyi arayışa baxmayaraq əsassız mübahisələndirmə və uyğunlaşdırma aparmış, vətəndaşın yuxarıda qeyd edilmiş işləmiş olduğu vəzifə və peşələrini heç bir əsaslandırıcı və idarəmüəssisələrdən güzəştli iş stajı barədə təsdiqedici sənədlər tələb etmədən (alınmadan) vətəndaşın xeyrinə qərar verməklə şöbənin şikayətini təmin etməmişdir. Halbuki, Bakı Apellyasiya Məhkəməsinin 1 Nə-li siyahı üzrə əsaslandırıcı kodlar üzrə vəzifə və peşələr müvafiq siyahıda faktiki olaraq aşağıdakı kimi əks etdirilmişdir: -1110100-11618 - isti vəziyyətdə artım və gözlükləri kəsmək işlərini yerinə yetirən qaz kəsiciləri: -1100000-17541 - quyularda geofiziki tədqiqatlar aparan mədən-geofiziki partiyaların və dəstələrin rəhbərləri və mütəxəssisləri: mədən-geofiziki partiyaların rəisləri, mühəndisləri, geofizikləri, geoloqları, texnikləri, ustaları: -1100000-24125 - neft, qaz və qaz kondensatı hasilatı üzrə (neft-qaz mədənlərində) sexlərin operativ istehsalat xidmətlərinin rəisləri və onların müavinləri. Göründüyü kimi, Azərbaycan Mühəndis İnşaat İnstitutunun sənaye və mülki titkinti ixtisasını bitirmiş və inşaat mühəndisi ixtisası verilmiş, həmin unstitutun göndərişi ilə neftqaz kondensatı hasilatına heç bir aidiyyəti olmayan tikinti idarəsində ixtisası üzrə 1985- 1992-ci illərdə mühəndis vəzifəsində, 1992-1997-ci illərdə həmin idarənin maliyyə və iqtisadi məsələlər üzrə rəis müavini vəzifəsində işləmiş İddiaçı işlədiyi vəzifələrin 1 Nə-li siyahıya uyğunluğu barədə təsdiqedici (güzəştli) arayışlar tələb etmədən və ya həmin vəzifələrin güzəştli siyahılara uyğunluğu barədə zəruri tədqiqatlar aparmadan, həmçinin qeyd edildiyi kimi birinci instansiya məhkəməsinin 1 N°-li siyahıya uyğun kodlaşdırma üzrə əsaslandırmasını təsdiq və təkzib etməməklə Bakı Apellyasiya Məhkəməsi 1-ci instansiyanın iddianın əsaslı olmasına dair düzgün nəticəyə gəldiyini məqbul hesab etmiş, cavabdehin apellyasiya şikayətini təmin etməyərək əvvəlki instansiyanın qərarını dəyişdirmədən saxlamışdır. Qeyd olunanlardan əlavə, əmək kitabçasının 8-9-cu səhifələrində vətəndaşın Rusiya Federasiyasının Belqorod şəhərində yerləşən Metalkonstruksiya zavodunda istehsalat praktikasında olarkən xx.xx.1983- xx.xx.1983-cü il dövr, yəni Azərbaycan Mühəndis İnşaat İnstitutunda oxuyarkən yay tətili günlərində cəmi 1 ay 14 gün ərzində kəsici peşəsində işlədiyi müddəti Bakı Apellyasiya Məhkəməsi xx.xx.1983-xx.xx.1984-cü il müddəti kimi nəzərə almaqla stajını 1 il 18 gün kimi hesab etmiş, ali təhsilin əyani olub-olmaması araşdırılmamışdır. Vətəndaşın əyani təhsil aldığı dövrlə əmək kitabçasında qeyd edilmiş üst- üstə düşən iş dövrləri birinci instansiya məhkəməsi tərəfindən də araşdırılmamışdır. Araşdırma zamanı vətəndaşın iş stajı mövcud sənədlərə əsasən araşdırılmış, İT-İ seriyalı ******* Ns-li, doldurulduğu tarix “8 sentyabr 1975” qeyd olunmuş əmək kitabçasının “Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Neftqaztikinti” Tresti Əsli ilə düzdür” yazıları həkk olunmuş ştampı ilə təsdiq edilmiş surətində, həmçinin “Neftqaztikinti” Trestinin möhürü ilə təsdiq edilmiş xx.xx.2016-cı il tarixli SOCAR**********60020100X00015 nömrəli “Güzəştli şərtlərlə pensiya təyin edilməsi haqqında” arayışda qeyd olunanlara əsasən İddiaçı əmək fəaliyyəti aşağıdakı kimi olmuşdur: 1.xx.xx.1975-xx.xx.1977-ci il dövr ərzində F.Dzerjinski adına maşınqayırma zavodunda çilingər şagirdi (1975), avadanlığın təmiri üzrə çilingər (1975-1976), tokar (1976- 1977), 2.xx.xx.1977-xx.xx.1979-cu il dövr ərzində Sovet Ordusunda hərbi xidmətdə olmuş, 3.xx.xx.1979-xx.xx.1980-ci il dövr ərzində F.Dzerjinski adına maşınqayırma zavodunda tokar, 4.xx.xx.1981-xx.xx.1981-ci il dövr ərzində təşkilatda tokar, 5.xx.xx.1983-xx.xx.1983-cü il dövr ərzində Rusiya Federasiyasının Belqorod şəhərində yerləşən Metalkonstruksiya zavodunda istehsalat praktikasında olarkən kəsici, 6.xx.xx.1984-xx.xx.1984-cü il dövr ərzində istehsalat praktikası dövründə Rusiya Federasiyası Kaşirski Tikinti Quraşdırma İdarəsinin Kolomenski sahəsində polad və dəmirbeton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı, 7.xx.xx.1980-xx.xx.1985-ci il dövr ərzində Azərbaycan Mühəndis İnşaat İnstitutunun inşaat fakültəsində təhsil almış, 8.xx.xx.1985-xx.xx.1997-ci il dövr ərzində “Neftmaşınqayırma” Trestinin İxtisaslaşdırılmış Tikinti Quraşdırma İdarəsində göndərişlə təyin olunmuş mühəndis (1985- 1988), böyük mühəndis (1988), böyük mühəndis-iqtisadçı (1988-1989), Plan şöbəsində 1- ci kateqoriyalı mühəndis (1989-1992), Plan şöbəsinin rəisi (1992), maliyyə və iqtisadi məsələlər üzrə rəis müavini (1992-1995), Plan şöbəsinin rəisi (1995-1997), 9.xx.xx.1997-xx.xx.1998-ci il dövr ərzində “İlqar” kiçik müəssisəsində iş icraçısı, 10.xx.xx.1998-xx.xx.2001-ci il dövr ərzində “Xəzərdənizneftqaztikinti” Trestinin 2 saylı Tikinti Quraşdırma İdarəsində polad və dəmir-beton konstruksiyaların quraşdırıcısı, 11.xx.xx.2001-xx.xx.2003-cü il dövr ərzində “Xəzərdənizneftqaztikinti” Trestinin 3 saylı İxtisaslaşdırılmış Tikinti Quraşdırma Filialında polad və dəmir-beton konstruksiyaların quraşdırıcısı, 12.xx.xx.2003-xx.xx.2003-cü il dövr ərzində “Xəzərdənizneftqaztikinti” Trestinin 2 saylı İxtisaslaşdırılmış Tikinti Quraşdırma Filialında sahə ustası, 13.xx.xx.2003-xx.xx.2003-cü il dövr ərzində “Xəzərdənizneftqaztikinti” Trestinin 3 saylı İxtisaslaşdırılmış Tikinti Quraşdırma Filialında polad və dəmir-beton konstruksiyaların quraşdırıcısı, 14.xx.xx.2004-xx.xx.2006-cı il dövr ərzində “X10 İtd” şirkətinin Azərbaycan nümayəndəliyinin X6raşdırıcısı, 15.xx.xx.2006-xx.xx.2014-cü il dövr ərzində “Xəzərdənizneftqaztikinti” Trestinin 4 saylı İxtisaslaşdırılmış Tikinti Quraşdırma Filialında polad və dəmir-beton məmulatların quraşdırıcısı (2006-2013), iş icraçısı (2013-2014), 16.xx.xx.2014-xx.xx.2015-ci il dövr ərzində “Neftqaztikinti” Trestinin 3 saylı Tikinti Quraşdırma İdarəsində iş icraçısı, 17.xx.xx.2015-ci ildən hazıradək “Neftqaztikinti” Trestinin 3 saylı Tikinti Quraşdırma İdarəsində iş icraçısı. Araşdırma zamanı məlum olmuşdur ki, vətəndaşın əmək müqaviləsinə xx.xx.2019- cu il tarixindən xitam verilmiş, hazırda aktiv olan əmək müqaviləsi və ya rəsmi məşğuliyyəti yoxdur. xx.xx.1975-xx.xx.1998-ci illər üzrə əmək fəaliyyəti kitabçaya rus dilində yazılmışdır. Pensiya işinə tikilmiş NV seriyalı 972951 Nə-li diplomun notarial qaydada təsdiq olunmuş surətində qeyd olunanlara əsasən İddiaçı xx.xx.1980-xx.xx.1985-ci il dövr ərzində Azərbaycan Mühəndis İnşaat İnstitutunun inşaat fakültəsində əyani təhsil almış, diplomun üzrəinə “Znak vıdan“ (Nişan verilmişdir”) ştampı vurulmuşdur. Qeyd olunanlardan əlavə, məhkəmə qərarlarına baxılarkən məlum olmuşdur ki, vətəndaşın adından yazılmış iddia tələbinə uyğun olaraq birinci instansiya məhkəməsinin qərarı ilə İddiaçı təyin olunmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının xx.xx.2009cu il tarixdən 50 yaşından həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004-2005-ci illər üzrə orta aylıq əməkhaqqı əsas götürülməklə yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsi cavabdeh şöbənin üzərinə qoyulmuşdur. Lakin həmin instansiya məhkəməsində vətəndaşın istinad edilən iş yerindən onun dəniz şəraitində xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə işləməsini təsdiq edən müvafiq rəsmi sənədlərin, o cümlədən işlədiyi peşə və vəzifələrin 1 Nə-li siyahıya uyğunluğu barədə güzəştli arayışın alınması təmin və tələb edilməmiş, həmin işlərdə işləməsi və peşəsi barədə zəruri tədqiqat işləri aparılmamış, zərərli əmək şəraitində işlədiyi barədə əsaslı sənədlər olmadan ümumi mülahizələr əsasında iddia tələbi təmin edilmişdir. Eyni zamanda, məhkəmə instansiyası tərəfindən Azərbaycan Respublikası İPM-nin 12-14- cü maddələri ilə müəyyən edilmiş tələblərə tam riayət edilmədiyi müşahidə olunmuşdur. Analoji vəziyyət Bakı Apellyasiya Məhkəməsində apellyasiya şikayətinə baxılarkən təkrarlanmışdır. Məlumat üçün bildirirəm ki, şöbə tərəfindən vətəndaşa pensiya təyin olunarkən pensiya işinə tikilmiş “Neftqaztikinti” Trestinin xx.xx.2016-cı il tarixli SOCAR**********60020100X00015 Nə-li “Güzəştli şərtlərlə pensiya təyin edilməsi haqqında” arayışında “İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 29-cu maddəsinə (Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri) və 35-ci (ümumi peşələr) maddəsinə əsasən zərərli şəraitdə polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı peşəsi, tikinti və quraşdırma işlərində usta və iş icraçısı vəzifəsi üzrə güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququna malikdir” qeyd olunmuşdur. Bu arayışda normativ hüquqi aktlara istinad edilərək vətəndaşın hüquqları dəqiq və aydın surətdə ifadə edilməsinə baxmayaraq sözügedən məhkəmələrin qərarlarında nöqsanlara yol verilərək İddiaçı işlədiyi peşə və vəzifələr üzrə yuxarıda qeyd edilən Güzəştli siyahı və ya 1 və 2 Nə-li siyahılara istinad edilmədən iddianın təmin edilməsi istiqamətində vətəndaşın xeyrinə əsaslandırmalar aparılmışdır. Qeyd olunmalıdır ki, polad və dəmir-beton konstruksiyaların quraşdırıcısı peşəsi 2 Nə-li siyahının 27-ci bölməsində 2290000a-14612 kodu ilə konkret müəyyən edilmiş, bu kodla İddiaçı güzəştli şərtlərlə əmək pensiyası hüququ 50 deyil, 13 il 7 ay güzəştli iş stajına müvafiq olaraq 57 yaşdan, yəni 2016-cı ildən yaranır. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması ilə bağlı məhkəmə qərarları qəbul edilərkən hansı təşkilatın əməkhaqqı məbləğlərinin nəzərə alınması və hesablanması barədə məhkəmələr tərəfindən ümimiyyətlə heç bir məlumat və öhdəlik qeyd edilməmişdir. Göstərilənlər təsdiq edir ki, məhkəmə baxışları formal olaraq keçirilmiş, məhkəmə qərarının tərtibi və rəsmiləşdirilməsi zamanı şablon mətnlərdən istifadə edilmiş, məhkəmə predmeti ötən dövrlərdən təyin edilmiş əmək pensiyasının aylıq miqdarının yüksək məbləğə çatdırılması və ötən dövrlərdən yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi vəzifəsinin qoyulması olmuşdur. Bununla belə, pensiyanın yenidən hesablanması barədə məhkəmə qərarının rəsmiləşdirildiyi 2018-ci il tarixədək İddiaçı 9 il əvvəl, yəni 2009-cu ildən güzəştli şərtlərlə pensiya hüququ yaranmışdırsa, onun pensiya təyinatı üçün aidiyyəti qurumlara müraciət etməməsi və ya hansısa səbəblərdən güzəştli şərtlərlə pensiya təyin edilməməsi onun 50 yaşdan güzəştli şərtlərlə pensiya hüququnun yaranmaması, müvafiq qanunvericiliyin tələblərinə və şərtlərinə zidd olması kimi səciyyələndirmək olar. İddia tələbinin vətəndaşın xeyrinə təmin edilməsinə nail olunduqdan sonra məhkəmə qərarları və digər sənədlər, o cümlədən “X10 İtd” şirkətinin Azərbaycan nümayəndəliyinin xx.xx.2007-ci il tarixli 2004-2006-cı illərin əməkhaqqı arayışı üzrə 2004-2005-ci illərin orta aylıq əməkhaqqı məbləğləri əsas götürülməklə şöbənin müdiri X2, Pensiya sektorunun müdiri X7 imza etməklə tarixi olmayan sərəncamla İddiaçı xx.xx.2009-cu ildən 1352,62 manat məbləğində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməklə yenidən hesablama aparılmışdır. Pensiyanın yeni məbləğləri barədə həm sərəncamda, eyni zamanda uçot vərəqində müvafiq qeydiyyatlar aparılmaqla İddiaçı 50 yaşının tamam olduğu xx.xx.2009-cu il tarixdən 1352,62 manat məbləğində hesablanmış pensiyasının aylıq məbləği müvafiq dövrlər üzrə istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşdirilməklə və pensiyasının baza hissəsi artırılmaqla xx.xx.2010-cu il tarixdən 1371,78 manat, xx.xx.2010-cu il tarixdən 1381,78 manat, xx.xx.2011-ci il tarixdən 1455,70 manat, xx.xx.2012-cil tarixdən 1563,99 manat, xx.xx.2013-cü il tarixdən 1580,26 manat xx.xx.2013-cü il tarixdən 1595,26manat, xx.xx.2014-cü il tarixdən 1631,13 manat, xx.xx.2015-ci il tarixdən 1652,59 manat, xx.xx.2016-cı il tarixdə 1714,69 manat, xx.xx.2016-cı il tarixdən 1724,69 manat, xx.xx.2017-ci il tarixdən 1924,91 manat, xx.xx.2018-ci il tarixdən 2085,71 manat müəyyən edilmiş və xx.xx.2018-ci il tarixdən, daha dəqiq olaraq xx.xx.2018-ci ildən 2085,71 manatla pensiya ödənişi davam etdirilmişdir. Qeyd olunan məbləğlər barədə müvafiq riyazi hesablamalar pensiya işində və uçot vərəqində aşkar edilməmişdir. Araşdırma zamanı, bu işdə maraqlı olmuş şəxslərin və şöbənin əməkdaşlarının bilavasitə sövdələşməsi və qabaqcadan əlbir olması ehtimalı aşkar edilməklə digər bir hal müəyyən edilmişdir. Belə ki, xx.xx.2018-ci il tarixində 2085,71 manat aylıq məbləğin və ötən dövrlərdən hesablanmış fərq məbləğin 2085,71 manatının vətəndaşın hesabına köçürülməsi təmin edilərkən həmin tarixdə vətəndaşın heç bir soyadı, adı, ata adı, ümumiyyətlə heç bir məlumat yazılmayan və imza edilməyən, kompüterdə yazılmış ərizəsini üzərinə ştamp vurulmaqla şöbədə qeydiyyata alaraq pensiya məbləği yenidən hesablanmış, şöbənin müdiri X1, Pensiya sektorunun müdiri X3 imzası ilə təsdiq edilmiş xx.xx.2018-ci il tarixli sərəncamla İddiaçı aylıq pensiya məbləği üzərinə 294,72 manat əlavə edilməklə xx.xx.2019-cu il tarixdən 2380,43 manata çatdırılmış, habelə 2018-ci il üzrə indeksləşdirmə artımı nəzərə alınmaqla xx.xx.2019-cu il tarixdən pensiyanın məbləği 2451,84 manata çatdırılaraq ödənilmişdir. Qeyd olunan boş ərizəyə əlavə sənəd kimi ünvan 1 ünvanına qeydiyyata düşərkən İddiaçı verilmiş ******** NQ-İİ şəxsiyyət vəsiqəsinin surəti tikilmişdir. Həmin tarixdə İddiaçı artıq həmin ünvandan çıxaraq öz əvvəlki faktiki daimi yaşayış yerinə - ünvan 2 ünvanına qayıtmış, ona verilmə tarixi xx.xx.2018-ci il olan şəxsiyyət vəsiqəsi təqdim edilmişdir. Ehtimal olunur ki, ərizə ilə bağlı yuxarıda qeyd olunan qanunsuz hərəkətlərdən vətəndaş məlumatlı olmamış və ya bilərəkdən bu hərəkətlərə göz yummuşdur. Məhkəmə qərarları əsas götürülməklə şöbə tərəfindən xx.xx.2009-cu ildən xx.xx.2018-ci ilədək olan dövr üzrə cəmi 182578,05 manat ötən dövrlər üçün fərq məbləği hesablanmışdır. Həmin fərq məbləğindən xx.xx.2018-xx.xx.2019-cu il dövr aralığı üzrə 13 ay ərzində iri məbləğlərlə cəmi 31436,36 manat aylıq pensiyanın üzərinə əlavə olunmaqla ödənilmiş, xx.xx.2019-cu il tarixdə isə ötən dövrlər üçün hesablanmış fərq məbləğindən 151141,65 manat qalıq hissə vətəndaşın plastik kart hesabına birdəfəlik köçürülmüş və nağdlaşdırılmışdır. Məhkəmə qərarlarının icra edilməsi ilə əlaqədar xx.xx.2009-cu ildən yenidən hesablanmaqla, həmçinin xx.xx.2018-ci il tarixdən pensiya ödənişinə başlanılmaqla dayandırıldığı xx.xx.2020-ci il tarixədək vətəndaşın plastik kart hesabına faktiki köçürülmüş cəmi vəsait 234026,43 manat təşkil etmişdir. Göstərilənlərlə yanaşı ehtimal olunur ki, pensiya təyin edilməsindən, pensiyasının aylıq məbləğinin yüksək məbləğə çatdırılmasından və ötən dövrlərə görə hesablanmış fərq məbləğlərinin pensiya plastik kartına birdəfəlik köçürülməsindən vətəndaş məlumatlı olmamış, habelə, pensiya alınması üçün istifadə olunan plastik kart müəyyən müddət ərzində İddiaçı özündə olmamış, həmin plastik kart hesabına köçürülmüş külli miqdarda pul vəsaiti bu işdə maraqlı olmuş şəxslər tərəfindən mənimsənilmişdir. Pensiya işinə tikilmiş zəruri sənədlərin, o cümlədən əmək kitabçasında qeyd edilmiş əmək fəaliyyətinin araşdırılması nəticəsində yuxarıda da qeyd edildiyi kimi, Suraxanı rayon şöbəsinin Pensiya təyin edən komissiyasının xx.xx.2016-cı il tarixli 220 N°-li qərarı ilə İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ qanunvericiliyə müvafiq olaraq 57 yaşından xx.xx.2016-cı il tarixdən düzgün müəyyən olunmuşdur. Qeyd olunmalıdır ki, vətəndaşın pensiyasının 2004-2005-ci illərin əməkhaqqına əsasən hesablanması qüvvədə olan qanunvericiliyə ziddir. Həmçinin, polad və dəmir-beton konstruksiyaların quraşdırıcısı peşəsinin qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”ının (Güzəştli siyahı) 29-cu “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsində nəzərdə tutulmuşdur. Əmək pensiyası hüququnun və məbləğinin müəyyən edilməsi üçün pensiya işinə tikilmiş sənədlərin surətlərinə əsasən əmək fəaliyyətinin araşdırılması nəticəsində İddiaçı faktiki ümumi sosial sığorta stajının xx.xx.2006-cı il tarixədək 26 il 09 ay təşkil etdiyi məlum olmuş, eyni zamanda vətəndaş Güzəştli siyahı üzrə tələb olunan xüsusi iş stajına (12 il 6 ay) malik olmuşdur. Məhkəmə qərarları nəzərə alınmadan, Suraxanı rayon şöbəsinin 220 Nə-li qərarı və müvafiq sərəncamları ilə İddiaçı pensiyasının aylıq məbləği xx.xx.2016-cı ildən 287,40 manat məbləğində düzgün müəyyən edilmiş, müvafiq dövrlər üzrə avtomatlaşdırılmış qaydada istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşdirilməklə və pensiyasının baza hissəsi artırılmaqla xx.xx.2018-ci il tarixədək 327,04 manata düzgün çatdırılmış və ödənilmiş, eyni zamanda pensiyanın aylıq məbləği xx.xx.2018-ci il tarixdən 327,04 manat, 2018-ci il üzrə indeksləşdirilmə artımı nəzərə alınmaqla xx.xx.2019-cu il tarixdən 336,85 manat, xx.xx.2019-cu il tarixdən işdən çıxması ilə əlaqədar xx.xx.2016-xx.xx.2019-cu il dövr ərzində fərdi hesabında toplanmış pensiya kapitalı əsasında hesablanmış 135,19 manat sığorta hissə məbləği aylıq pensiya məbləğinin üzərinə əlavə edilməklə xx.xx.2019cu il tarixdən 472,04 manat, sonrakı dövrlər üzrə indeksləşdirmə artımları nəzərə alınmaqla xx.xx.2020-ci il tarixdən 550,40 manat, xx.xx.2021-ci il tarixdən 613,14 manat, xx.xx.2022- ci il tarixdən 633,98 manat təşkil etməlidir. Həmin hesablamalar və dəqiqləşdirmələr nəzərə alınmaqla xx.xx.2016-cı il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr üzrə İddiaçı qanunvericiliklə hesablanıb ödənilməli olan cəmi pensiya məbləği 18709,23 manat təşkil edəcəkdir. Beləliklə, xx.xx.2009-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ olmadığı halda məhkəmə qərarları nəzərə alınmaqla orta aylıq əməkhaqqı əsasında Fondun keçmiş Bakı şəhəri Nizami rayon şöbəsinin müvafiq sərəncamı ilə İddiaçı aylıq əmək pensiyasının yüksək məbləğə çatdırılmasına və xx.xx.2020-ci il tarixədək ödənilməsinə nail olunması nəticəsində plastik kart hesabına köçürülmüş və nağdlaşdırılmış cəmi əsassız məbləğ 225 861,04 manat (244570,27- 18709,23) təşkil etmişdir. Eyni zamanda bildiririk ki, araşdırma nəticəsində adıçəkilən şəxsə qanunazidd olaraq əsassız yüksək məbləğdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasına və yenidən hesablanmasına nail olunmasında aşkar edilmiş hallar üzrə inzibati xəta və ya cinayət əlamətləri nəzərə alınaraq müəyyən olunmuş faktlara hüquqi qiymətin verilməsi məqsədilə müvafiq materiallar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib. Həmin orqandan Nazirliyə daxil olmuş xx.xx.2022-ci il tarixli 02/2-178mat-22/2922 nömrəli məktubda sözügedən iş üzrə cinayət işinin başlanmasına dair qərar qəbul olduğu bildirilib. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 100-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Yuxarıda qeyd olunanlara əsasən, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1 (82)-1893/2018 nömrəli qərarına yeni açılmış hallar üzrə yenidən baxılması zərurəti yaranmışdır. Bakı İnzibati Məhkəməsinin 24 iyul 2024-cü il tarixli, 2-1(82)-1893/2018 saylı qərardadı ilə ərizə mümkün sayılmamışdır. Bakı İnzibati Məhkəməsinin 24 iyul 2024-cü il tarixli, 2-1(82)-1893/2018 saylı qərardadından cavabdeh apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəçi apellyasiya şikayətini işin faktiki halları baxımından ərizə ilə oxşar məzmunda əsaslandırılmışdır. Məhkəmə Kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Belə ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1893/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarı ilə İddiaçı “Neftqaztikinti Trestinin İdarələrində 12 avqust 1985ci il tarixdən 04 dekabr 2003-cü il tarixədək işlədiyi dövrün iş stajının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 saylı, 21 iyun 1993-cü il tarixli qərarı ilə müəyyənləşdirilmiş güzəştli pensiya hüququ olan vəzifələrin 1 saylı Siyahısına müvafiq qaydada xüsusilə zərərli əmək stajı kimi nəzərə alınmaqla və 19 yanvar 2004-cü il tarixdən 24 mart 2006-cı il tarixədək müqavilə üzrə “X10 ltd” şirkətinin Azərbaycan nümayəndəliyində işlədiyi dövrün iş stajı sosial siğorta stajına daxil edilməklə 24 yanvar 2009-cu il tarixdən 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004-2005-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsi DSMF-nin Nizami rayon Şöbəsinə həvalə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1397/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon Şöbəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1893/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)- 2020/2018 saylı, 17 oktyabr 2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon Şöbəsinin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-1(103)-1397/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası İnziabti Prosessual Məcəlləsinin 100-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Qeyd edilməlidir ki, yeni açılmış hallarla bağlı inzibati icraatın təzələnməsi ilə əlaqədar ərizənin əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Ərizənin əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatından sonra yeni sübutların və ya halların aşkar olunub-olunmadığı və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə ərizəyə mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ərizənin mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra ərizənin mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. İnzibati Prosessual Məcəllənin 12-ci fəslində yeni açılmış hallar üzrə icraatın təzələnməsi barədə ərizəyə baxılmasının bir neçə mümkünlük şərtləri qeyd edilmişdir. 1) Məhkəmə aidiyyəti; 2) Yeni açılmış hallar üzrə icraatın təzələnməsinə dair ərizə ilə müraciət etmək üçün müddət. Hazırki işdə ərizənin məhkəmə aidiyyəti ilə bağlı mümkünlük şərti ödənilir. Digər mümkünlük şərti yeni açılmış hallar üzrə icraatın təzələnməsinə dair ərizə ilə müraciət etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddətlərə əməl edilməsidir. Belə ki, İPM-in 103.1-ci maddəsinə əsasən yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. Həmin Məcəllənin 103.2-ci maddəsinə görə mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. Həmin Məcəllənin 103.3-cü maddəsinə əsasən bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir. Göründüyü kimi yeni açılmış hallarla bağlı icraatın təzələnməsi yalnız müəyyən zaman çərçivəsində mümkündür. Belə ki, yuxarıda istinad olunan normalardan da göründüyü kimi, yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin verilməsi üçün qanunverici tərəfindən müəyyən müddət məhdudiyyəti nəzərdə tutulmuşdur. Müddət məhdudiyyəti institutu inzibati idarəçilikdə, mülki dövriyyədə və ümumiyyətlə, hüquq münasibətlərində hüquqi müəyyənliyin və sabitliyin bərqərar olması, hüquqi təhlükəsizliyin təmin olunması məqsədlərinə xidmət edir. İşin hallarından görünür ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 1893/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarı xx.xx.2018-ci il tarixdən qanuni qüvvəsini aldıqdan sonra xx.xx.2018-ci il tarixli məktubla icra edilməsi üçün cavabdeh inzibati orqana göndərilmiş, DSMF Nizami rayon şöbəsinin 15/5581 nömrəli xx.xx.2018-ci il tarixli məktubu ilə qərarın pensiya hüququnun yarandığı tarixdən icra edilərək əmək pensiyasının təyin edilərək ödənildiyini bildirmişdir. Cavabdeh inzibati orqan iş üzrə məhkəmə qərarlarını rəsmi qaydada əldə etdiyindən ərizəsində yeni açılmış hal kimi istinad etdiyi məlumatlar barəsində həmin qərarları əldə etdiyi və ya ən geci icra etməyə başladığı vaxtdan məlumatlı olsa da, yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizəni 5 ildən çox müddət keçdikdən sonra xx.xx.2024cü il tarixdə məhkəməyə təqdim etmişdir. Beləliklə, cavabdeh yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizədə istinad etdiyi halların ona məlum olduğu gündən qanunvericiliklə müəyyən edilmiş müddət buraxılmaqla verilmişdir. Həmin müddətin bərpasını isə İPM-in 103.3-cü maddəsi istisna edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: Maddə 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 81.2. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Maddə 81.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 83.1. Şikayət inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və müstəqil mübahisələndirilməsi bu Məcəllə ilə nəzərdə tutulmuş qərardadlardan verilə bilər. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 24 iyul 2024-cü il tarixli, 2-1(82)-1893/2018 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3707/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3707/2024
29.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver