Məhkəmə qərarları › İş №2-1(103)-371/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-371/2021

12.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-371/2021 12.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Valeh Məmməd oğlu Ağayevin sədrliyi ilə (məruzəçi); Abbasov Mirzəli Əbdüləli oğlu və Mursaqulov Vaqif Ənvər oğlundan ibarət tərkibdə; İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(112)-6059/2020 saylı qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) şifahi məhkəmə baxışı qaydasında məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsi tərəfiNdən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, X3 ödəyicisinin ********** saylı qeydiyyat bildirişinin, “**********6660900 nömrəli, xx.xx.2020-ci il tarixli və **********479100 nömrəli, xx.xx.2020ci il tarixli “Vergilərin, sosial sığorta və işsizliksığortası haqlarının hesablanması barədə” qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iş üzrə müvəqqəti xarakterli müdafiə tədbirlərin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin üzərinə İddiaçı MMC-nin bank hesabına qoyulmuş mübahisəli əlavə hesablama məbləğlərinin 105%-i həcmində pul vəsaitinin dondurulması barədə sərəncamın götürülməsi, siyahıya alınmış əmlakın istifadəsinə qadağa və satışı ilə bağlı hərəkətlərdən çəkinmə, avtonəqliyyat vasitəsinin istifadəsinə maneçilik törətməyə dair öhdəliyin qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, vergi orqanı tərəfindən müəssisənin bankdakı hesablaşma hesabına mübahisəli əlavə hesablama məbləğlərinin 105 %-i həcmində pul vəsaitinin dondurulması barədə sərəncam qoyulmuş, əmlakların siyahıya alınması aparılmış və avtonəqliyyat vasitəsinin siyahıya alınmaya təqdim edilməsi üçün xəbərdarlıq göndərilmişdir. Vergi orqanı hazırda məhkəmənin icraatında olan və nəticəsi bilinməyən mübahisə üzrə müəssisənin bütün fəaliyyətini iflic etmişdir. İddiaçı vergi ödəyicisidir, kollektivdə xeyli sayda tibbi və texniki personal fəaliyyət göstərir. Vergi orqanının bu addımlarından sonra müəssisə fəaliyyəti dayandırmaq və işsizlərin sayını artırmaq məcburiyyəti qarşısında qoyulmuşdur. Məhkəmədə baxılan məsələ ilə bağlı qanuni qüvvəyə minmiş qərar olduqdan sonra həmin qərarın nəticəsi üzrə öhdəlikləri tərəflər mütləq icra edəcəklər. Lakin heç bir qərar olmadığı halda vergi orqanı hüquqlarından sui istifadə etməklə müəssisənin fəaliyyətini əngəlləməklə məşğuldur. Bakı İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(112)-6059/2020 saylı qərardadı ilə ərizə qismən təmin edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən siyahıya alınmış əmlakların, həmçinin iddiaçının mülkiyyətində olan avtonəqliyyat vasitələrinin sahiblik və istifadəsinə dair hər hansı bir məhdudiyyətin qoyulması və həmin əmlakların satılması cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qadağan edilmiş, ərizə qalan hissədə təmin edilməmişdir. Qərardaddan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(112)-6059/2020 saylı qərardadının ərizənin təmin olunmuş hissəsində ləğv edilməsi, ərizənin təmin olunmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının məhkəməyə təqdim etdiyi ərizədə avtonəqliyyat vasitəsinin istifadəsinə maneəçilik törətməyə dair cavabdehin üzərinə öhdəlik qoyulması xahiş olunmasına baxmayaraq, məhkəmə tələbdən kənara çıxıb. İddiaçının mülkiyyətində olan avtonəqliyyat vasitələrinin sahiblik və istifadəsinə dair hər hansı bir məhdudiyyətin qoyulmasını cavabdehə qadağan etməklə düzgün olmayan qərardad qəbul edib. Eyni zamanda, iddiaçının balansında avtinəqliyyat vasitəsinin olmasını təsdiq edən sübut iddiaçı tərəfindən məhkəməyə təqdim olunmayıb. Bu hal məhkəmə tərəfindən nəzərə alınmayıb. Həmçinin, məhkəmə tərəfindən qəbul edilmiş qərardadla əmlakın siyahıya alınması ilə bağlı cavabdehin hüquqlarını məhdudlaşdırarkən mübahisələndirilən qərarla hesablanmış vergi məbləğlərindən əlavə vergi ödəyicisinin ödənilməmiş vergi borcunun olduğunu nəzərə almayıb. Əmlakların siyahıya alınması ilə bağlı vergi orqanlarının qanunvericiliklə nəzərdə tutulmuş birbaşa səlahiyyətlərinə müdaxilə edilib. İddiaçı məhkəməyə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsinə etiraz etmədiyi bildirmişdir. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(112)-6059/2020 saylı qərardadının ərizənin təmin olunmuş hissəsində ləğv olunmasını, ərizənin təmin olunmamasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, cavabdehin nümayəndəsini dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)- 6097/2020 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İş materiallarında olan: - Kameral vergi yoxlamasına dair uyğunsuzluq məktubundan görünür ki, iddiaçı tərəfindən 2019-cu il ərzində elektron qaimə-fakturalar ilə cərrahiyyə əməliyyatlarında anesteziya zamanı istifadə üçün alınmış dərman preparatın istifadəsi əsasında Baş İdarə tərəfindən iddiaçının dövriyyəsi araşdırılmış və tərəflərindən bəyan edilən 126.091,24 manat dövriyyənin araşdırma ilə müəyyən edilən 6.820.000 manat dövriyyədən 6.693.908,76 manat az olduğu müəyyən edilmişdir. Nəticədə 223.130,29 manat mənfəət vergisi və 1.204.903,58 manat ƏDV vergisi olmaqla cəmi 1.428.033,87 manat vergi məbləği büdcədən yayındırılmışdır. Həmin məktubda, iddiaçı tərəfindən 2019-cu il üzrə aparılan cərrahi əməliyyatlar barədə məktuba əlavə edilmiş cədvəl forması üzrə məlumatların, 2019-cu il üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə təqdim edilmiş 14 nömrəli forma (“Tibb müəssisələrinin stasionar fəaliyyəti haqqında”), 30 nömrəli forma (“Müalicəprofilaktika müəssisələrinin fəaliyyəti haqqında”) hesabatların surətinin və digər təsdiqedici sənədlərin 5 gün müddətində təqdim edilməsi xahiş olunması qeyd olunmuşdur. - “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx xxxx 2020-ci il tarixli, **********660900 saylı və xx xxxxxx 2020-ci il tarixli, **********479100 saylı qərarlardan görünür ki, kameral vergi yoxlaması ilə 2019-cu il mənfəət vergisi üzrə 8.225,80 manat, 2019-cu ilin dekabr ayı üçün ƏDV üzrə 67114,98 manat əlavə vergi hesablanmışdır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx xxxxxx 2020-ci il tarixli məktubundan görünür ki, İddiaçı MMC-nin müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, cəmiyyətin 2019cu il üçün fəaliyyəti üzrə aparılmış araşdırma nəticəsində dövriyyənin 200.000 manatdan artıq olduğu aşkar edilmiş və bununla əlaqədar “X3 məqsədləri üçün qeydiyyata dair ərizə verilməsi barədə” xx.xx.2020-ci il tarixli, **********122500 nömrəli bildiriş göndərilərək, 10 gün müddətində ƏDV qeydiyyatına dair ərizə ilə müraciət edilməsi bildirilmişdir. Qeyd olunan müddət ərzində tərəfindən ədv məqsədləri üçün qeydiyyata dair ərizə təqdim edilmədiyindən vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 157-ci maddəsinə əsasən ƏDV məqsədləri üçün məcburi qeydiyyata alınaraq xx.xx.2020ci il tarixli **********446900 nömrəli “Əlavə dəyər vergi ödəyicisinin qeydiyyat bildirişi” göndərilmişdir. - Pul vəsaitinin vergi ödəyicisinin ƏDV sub-uçot hesabında dondurulması barədə **********221300 saylı, xx.xx.2020-ci il tarixli; **********791300 saylı, xx.xx.2020-ci il tarixli və **********356300 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarlarından görünür ki, İddiaçı MMC-nin, VÖEN:********** ƏDV üzrə vergi, faiz və tətbiq edilmiş maliyyə sanksiyası üzrə borcunun 105 faizi həcmində vergi ödəyicisinin ƏDV sub-uçot hesabında olan pul vəsaitinin dondurulması qərara alınmışdır. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına İnzibati Prosessual Məcəlləsinin 40.1, 40.3, 41.2, 43.1-ci maddələrini, Vergi Məcəlləsinin 13.2.40, 16.1.11-2, 23.1.8, 65.2.1.2, 65.2.3, 65.2.3-1, 89.1, 89.2, 175.1-ci maddələrini, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 219 nömrəli qərarı ilə «Vergihesab fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları»nın 1.1, 4.3, 4.6, 4.7, 4.9, -ci bəndlərini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, İddiaçı MMC-nin siyahıya alınmış əmlakların, avtonəqliyyat vasitələrinin (həmçinin siyahıya alınacaq əmlakların) istifadəsinə dair hər hansı bir məhdudiyyətin qoyulması və həmin əmlakların vergi orqanının qərarı əsasında satılması vergi orqanına qadağan olunmalıdır. Məhkəmə onu da qeyd etmişdir ki, müvəqqəti xarakterli müdafiə tədbiri institutu qanunvericilikdə tərəflərin istənilən məsələ ilə bağlı ərizə ilə məhkəməyə müraciət etməsini deyil, gələcəkdə qəbul ediləcək məhkəmə qərarının icrasını təmin etmək məqsədini daşımaqla, müvəqqəti xarakterli və işi qabaqcadan mahiyyəti üzrə həll etməməli olmasını təzahür etdirir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ərizəni qismən təmin etməklə ərizənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından açıq-aşkar əsaslandırılmamışdır. Belə ki, apellyasiya şikayətində məhkəmənin ərizədən kənara çıxdığı qed olunsa da iddiaçı ərizədə iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin üzərinə İddiaçı MMC-nin bank hesabına qoyulmuş mübahisəli əlavə hesablama məbləğlərinin 105%-i həcmində pul vəsaitinin dondurulması barədə sərəncamın götürülməsi, siyahıya alınmış əmlakın istifadəsinə qadağa və satışı ilə bağlı hərəkətlərdən çəkinmə, avtonəqliyyat vasitəsinin istifadəsinə maneçilik törətməyə dair öhdəliyin qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi məhkəmə tələbdən kənara çıxmamışdır. Həmçinin qeyd olunmalıdır ki, iddianın gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Ona görə də şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş şikayət təmin olunmasın. Bakı İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(112)-6059/2020 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Valeh Ağayev Hakimlər: Mirzəli Abbasov Vaqif Mursaqulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar