Məhkəmə qərarları › İş №2-1(103)-371/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-371/2022

24.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-371/2022 24.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3317/2021 saylı, 11 avqust 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 10.09.2020-ci il tarixdə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə cavabdehə müraciət etmiş, lakin cavabdeh orqan onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Onun əmək stajı, əmək fəaliyyəti və yaşı ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsinə imkan verir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona 57 yaşının tamam olduğu 13.08.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3317/2021 saylı, 11 avqust 2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 57 yaşdan, yəni hüququnun yarandığı 13.08.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Cavabdeh inzibati orqan həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 40800,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 25952,02 manat təşkil etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İş materiallarında olan - AZE seriyalı 0******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1960-cı il tarixdə doğulmuşdur. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialı tərəfindən İddiaçı ünvanlanmış 20.11.2020-ci il tarixli **********3 saylı məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 40800,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 25952,02 manat təşkil etmişdir. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmişdir. Əlavə olaraq bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.18-cimaddəsinə görə sığortaolunanlar əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan fərdi hesabın sığorta hissəsindəki məbləği Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli fərmanı ilə təsdiq edilmiş qaydada xüsusi hesaba əlavə vəsait ödəyərək artırmaqla əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması imkanına malikdirlər. - NZ seriyalı ******* nömrəli hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 23.10.1978-ci il tarixdən 07.11.1980-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. - "xxxx" ASC-nin 03.09.2020-ci il tarixli 21 nömrəli güzəştli arayışından görünür ki, İddiaçı həqiqətən 24.08.1977-ci il tarixdən 23.10.1978-ci il tarixədək randeli sexində presləyici vəzifəsində (Siyahı: İİ, bölmə: Vİİ, kod: 2092600-14921), 04.01.1981-ci il tarixdən 02.01.1985-ci il tarixədək təmirçi çilingər vəzifəsində (Siyahı: İİ, bölmə: Vİİ, kod: 2092304a-18559), 02.01.1985-ci il tarixdən 01.03.1990-cı il tarixədək 8 nömrəli sexdə kəsici vəzifəsində (Siyahı: İİ, bölmə: Vİİİ, kod: 1072101a-17914), 01.03.1990-cı il tarixdən 07.03.1993-cü il tarixədək metalkonstruksiya sexində təmirçi çilingər vəzifəsində (Siyahı: İİ, bölmə: Vİİ, kod: 2092304a-18559) işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 saylı qərarı həmin işdə çalışan işçilərə güzəştli təqaüdə çıxmağa imkan verir. Arayış İT-İ seriyalı ******* nömrəli əmək kitabçasındakı əmrlər əsasında verilmişdir. - İddiaçı məxsus İT-İ seriyalı ******* nömrəli əmək kitabçasının tərcümə edilmiş və notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, iddiaçı 24.08.1977-ci ildə “Azəlvanmetaltəmirtikinti” trestinin Tikinti və konstruksiya və qeyri-standart avadanlıqların istehsalı üzrə Bakı müəssisəsi “Randeli” sexinə 1-ci dərəcəli presləyici vəzifəsinə işə qəbul edilmiş, 15.08.1977-ci ildə Azərbaycan SSR Nazirlər Kabinetinin 15.08.1977-ci il tarixli 281 nömrəli qərarına əsasən Tikinti və konstruksiya və qeyri-standart avadanlıqların istehsalı üzrə Bakı müəssisəsinin adı dəyişdirilərək Bakı X1muş, 01.04.1978-ci ildə aluminium konstruksiyalar sexinə 2-ci dərəcəli presləyici vəzifəsinə işə qəbul edilmiş, 23.10.1978-ci ildə Sovet ordu sıralarına qəbul edilməsi ilə əlaqədar işdən azad edilmiş, 23.10.1978-ci ildə Sovet ordusunda xidmət, 07.11.1980-ci ildə ehtiyata buraxılmış, 04.01.1981-ci ildə Azərbaycan SSR Əlvan Metallurgiya İdarəsi Bakı Yüngül Metalların Emalı Zavodu 1 nömrəli metal konstruksiyaları və qübbələr sexinə mexaniki yığma işləri üzrə 2-ci dərəcəli çilingər vəzifəsinə qəbul edilmiş, 01.12.1982-ci ildə həmin sexdə mexaniki yığma işləri üzrə 3-cü dərəcəli çilingər vəzifəsinə keçirilmiş, 01.11.1983-cü ildə həmin sexdə mexaniki yığma işləri üzrə 4-cü dərəcəli çilingər vəzifəsinə keçirilmiş, 10.02.1984-cü ildə 4-cü dərəcəli təmirçi çilingər vəzifəsinə keçirilmiş, 02.01.1985-ci ildə kəsmə sexinə 2-ci dərəcəli kəsici vəzifəsinə işə qəbul edilmiş, 05.08.1986-cı ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19.06.1986-cı il tarixli 205r nömrəli qərarına əsasən Bakı Yüngül Metalların Emalı Zavodu ilə BAPZ birləşdirilmiş və onların bazasında BSYMİZ yaradılmış, 01.07.1987-ci ildə 8 nömrəli sexə 2-ci dərəcəli kəsici vəzifəsinə işə qəbul edilmiş, 17.08.1987-ci ildə 3-cü dərəcəli kəsici vəzifəsinə keçirilmiş, 01.09.1987-ci ildə 2 nömrəli sexə 3-cü dərəcəli kəsici vəzifəsinə keçirilmiş, MSM 13.04.1988-ci il tarixli 153 nömrəli əmrlə BSYMİZ və Bakı Əlvan Metalların Emalı Zavodu birləşərək Bakı Əlvan Metalların Emalı Zavodu adlandırılmış, 03.10.1989-cu ildə Azərbaycan SSR ƏQM 36-cı maddəsinin 5-ci bəndinə əsasən “Azərəlvanmetaltəmirtikinti” trestinin Bakı Konstruksiyalar və Tikinti detallarının İstehsalı Zavoduna köçürülmə qaydasında işdən azad edilmiş, 04.10.1989-cu ildə “Azərəlvanmetaltəmirtikinti” trestinin Bakı Konstruksiyalar və Tikinti detallarının İstehsalı Zavodu konstruksiya və tikinti detallarının hazırlanması sexində preslərdə metal qayçılarla 2-ci dərəcəli kəsici vəzifəsinə işə qəbul edilmiş, 01.03.1990-cı ildə metalkonstruksiya sexinə 4 dərəcəli çilingər vəzifəsinə keçirilmiş, 07.03.1993-cü ildə Azərbaycan SSR ƏQM 36-cı maddəsinə əsasən tərəflərin razılığı ilə işdən azad edilmiş, 13.03.1994-cü ildə “Azərittifaq”ın “Dostluq” istirahət bazasına təsərrüfat müdiri vəzifəsinə işə qəbul edilmiş, 01.12.1994-cü ildə “Dostluq” istirahət bazasına müvəqqəti olaraq direktor vəzifəsinə keçirilmiş, 03.05.1995-ci ildə “Dostluq” istirahət bazasının direktoru vəzifəsinə təyin edilmiş, 12.03.2001-ci ildə Azərbaycan Respublikası ƏQM-nin 69-cu maddəsinin 1-ci bəndinə əsasən öz xahişi ilə tutduğu vəzifədən azad edilmiş, 01.02.2003cü ildə Müharibə Əlilləri üçün Müalicə Pansionatına baş aşpaz vəzifəsinə işə qəbul edilmiş, 01.02.2017-ci ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən öz xahişi ilə tutduğu vəzifədən azad edilmiş, 01.08.2017-ci ildə Xəzər rayonu valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli ümumi orta internat məktəbinə təsərrüfat işləri üzrə direktor müavini vəzifəsinə işə qəbul edilmiş, 01.08.2018-ci ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mahiyyət etibarı ilə düzgün hüquqi qənaətə gəldiyini hesab edir. “Əmək pensiyaları haqqında” AR Qanunun 9.8-ci maddəsində qeyd edilir ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 01 avqust 1999-cu il tarixinə olan redaksiyasına görə 13-cü maddəsində müəyyən olunmuşdur ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli Qanunun 1-ci bəndinə əsasən, bu Qanunun 13-cü maddədə nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Qanunvericiliyin sözügedən müddəalarının tətbiqi ilə bağlı olaraq məhkəmə kollegiyası qeyd edir ki, sözügedən normaların tələblərindən göründüyü kimi, iddiaçıya 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün onun 01.01.2006-cı il tarixədək 25 ildən çox ümumi iş stajı olmalı və bundan 12 il 6 aydan çoxunu Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısında nəzərdə tutulan peşə və ya vəzifədə işləməlidir. “Əmək pensiyaları haqqında” Qanunun 23.2-ci maddəsinə görə 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərkən, onun hərbi xidmət illəri də sosial sığorta stajına da daxil edilməlidir. Belə ki, iddiaçının hərbi xidmət keçərkən qüvvədə olan “Dövlət pensiyalarının təyini və ödənilməsi” Qaydalarının 109-cu bəndinə əsasən keçmiş SSRİ Silahlı Qüvvələrində hərbi xidmət iş stajına aid edilməlidir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanunun 67-ci maddəsinin v) bəndinə əsasən də hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilir. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2- ci maddəsinə əsasən də 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Hazırkı işin hallarından müəyyən edilir ki, İddiaçı xx.xx.1960-cı il tarixdə doğulmuşdur. İddiaçı 23.10.1978-ci ildən 07.11.1980-ci ilədək həqiqi hərbi xidmət keçmişdir. İddiaçı 24.08.1977-ci ildə “Azəlvanmetaltəmirtikinti” trestinin Tikinti və konstruksiya və qeyri-standart avadanlıqların istehsalı üzrə Bakı müəssisəsi “Randeli” sexinə 1-ci dərəcəli presləyici vəzifəsinə işə qəbul edilmiş, 15.08.1977-ci ildə Azərbaycan SSR Nazirlər Kabinetinin 15.08.1977-ci il tarixli 281 nömrəli qərarına əsasən Tikinti və konstruksiya və qeyri-standart avadanlıqların istehsalı üzrə Bakı müəssisəsinin adı dəyişdirilərək Bakı X1muş, 01.04.1978-ci ildə aluminium konstruksiyalar sexinə 2-ci dərəcəli presləyici vəzifəsinə işə qəbul edilmiş, 23.10.1978-ci ildə Sovet ordu sıralarına qəbul edilməsi ilə əlaqədar işdən azad edilmiş, 04.01.1981-ci ildə Azərbaycan SSR Əlvan Metallurgiya İdarəsi Bakı Yüngül Metalların Emalı Zavodu 1 nömrəli metal konstruksiyaları və qübbələr sexinə mexaniki yığma işləri üzrə 2-ci dərəcəli çilingər vəzifəsinə qəbul edilmiş, 01.12.1982-ci ildə həmin sexdə mexaniki yığma işləri üzrə 3cü dərəcəli çilingər vəzifəsinə keçirilmiş, 01.11.1983-cü ildə həmin sexdə mexaniki yığma işləri üzrə 4-cü dərəcəli çilingər vəzifəsinə keçirilmiş, 10.02.1984-cü ildə 4-cü dərəcəli təmirçi çilingər vəzifəsinə keçirilmiş, 02.01.1985-ci ildə kəsmə sexinə 2-ci dərəcəli kəsici vəzifəsinə işə qəbul edilmiş, 05.08.1986-cı ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19.06.1986-cı il tarixli 205r nömrəli qərarına əsasən Bakı Yüngül Metalların Emalı Zavodu ilə BAPZ birləşdirilmiş və onların bazasında BSYMİZ yaradılmış, 01.07.1987-ci ildə 8 nömrəli sexə 2-ci dərəcəli kəsici vəzifəsinə işə qəbul edilmiş, 17.08.1987-ci ildə 3-cü dərəcəli kəsici vəzifəsinə keçirilmiş, 01.09.1987-ci ildə 2 nömrəli sexə 3-cü dərəcəli kəsici vəzifəsinə keçirilmiş, MSM 13.04.1988-ci il tarixli 153 nömrəli əmrlə BSYMİZ və Bakı Əlvan Metalların Emalı Zavodu birləşərək Bakı Əlvan Metalların Emalı Zavodu adlandırılmış, 03.10.1989-cu ildə “Azərəlvanmetaltəmirtikinti” trestinin Bakı Konstruksiyalar və Tikinti detallarının İstehsalı Zavoduna köçürülmə qaydasında işdən azad edilmiş, 04.10.1989-cu ildə “Azərəlvanmetaltəmirtikinti” trestinin Bakı Konstruksiyalar və Tikinti detallarının İstehsalı Zavodu konstruksiya və tikinti detallarının hazırlanması sexində preslərdə metal qayçılarla 2-ci dərəcəli kəsici vəzifəsinə işə qəbul edilmiş, 01.03.1990-cı ildə metalkonstruksiya sexinə 4 dərəcəli çilingər vəzifəsinə keçirilmiş, 07.03.1993-cü ildə tərəflərin razılığı ilə işdən azad edilmiş, 13.03.1994-cü ildə “Azərittifaq”ın “Dostluq” istirahət bazasına təsərrüfat müdiri vəzifəsinə işə qəbul edilmiş, 01.12.1994-cü ildə “Dostluq” istirahət bazasına müvəqqəti olaraq direktor vəzifəsinə keçirilmiş, 03.05.1995-ci ildə “Dostluq” istirahət bazasının direktoru vəzifəsinə təyin edilmiş, 12.03.2001-ci ildə öz xahişi ilə tutduğu vəzifədən azad edilmiş, 01.02.2003-cü ildə Müharibə Əlilləri üçün Müalicə Pansionatına baş aşpaz vəzifəsinə işə qəbul edilmiş, 01.02.2017-ci ildə öz xahişi ilə tutduğu vəzifədən azad edilmiş, 01.08.2017-ci ildə Xəzər rayonu “Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli ümumi orta internat məktəbi”nə təsərrüfat işləri üzrə direktor müavini vəzifəsinə işə qəbul edilmiş, 01.08.2018-ci ildə öz xahişi ilə işdən azad edilmişdir. Göründüyü kimi, iddiaçının 01.01.2006-cı il tarixə kimi 25 ildən artıq ümumi iş stajı mövcud olmuşdur. Məhkəmə kollegiyası iddiaçının güzəştli iş stajı ilə bağlı aşağıdakıları qeyd edir: İddiaçı 24.08.1977-ci ildən 23.10.1978-ci ilədək “Azəlvanmetaltəmirtikinti” trestinin Tikinti və konstruksiya və qeyri-standart avadanlıqların istehsalı üzrə Bakı müəssisəsi “Randeli” və aluminium konstruksiyalar sexində presləyici vəzifəsində (sonradan Tikinti və konstruksiya və qeyri-standart avadanlıqların istehsalı üzrə Bakı müəssisəsinin adı dəyişdirilərək Bakı X1muşdur), 04.01.1981-ci ildən 02.01.1985-ci ilədək Bakı Yüngül Metalların Emalı Zavodu 1 nömrəli metal konstruksiyaları və qübbələr sexində təmirçi çilingər vəzifəsində, 02.01.1985-ci ildən 01.03.1990-cı ilədək həmin yerdə (sonradan Bakı Əlvan Metalların Emalı Zavodu adlandırılmışdır) kəsmə sexində və “Azərəlvanmetaltəmirtikinti” trestinin Bakı Konstruksiyalar və Tikinti detallarının İstehsalı Zavodunda konstruksiya və tikinti detallarının hazırlanması sexində kəsici vəzifəsində, 01.03.1990-cı ildən 07.03.1993-cü ilədək “Azərəlvanmetaltəmirtikinti” trestinin Bakı Konstruksiyalar və Tikinti detallarının İstehsalı Zavodunda metalkonstruksiya sexində təmirçi çilingər vəzifəsində işləmişdir (cəmi 13 il 04 ay 06 gün). Məhkəmə qeyd edir ki, iddiaçının işlədiyi həmin vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı»nda nəzərdə tutulmuşdur - 1-ci vəzifə Vİİİ bölmə Metallurgiya istehsalatı (əlvan metallar), kod 2092600a-17144; 2-ci və 4-cü vəzifə Vİİİ bölmə Metallurgiya istehsalatı (əlvan metallar), kod 2092600a-18559; 3-cü vəzifə Vİİİ bölmə Metallurgiya istehsalatı (əlvan metallar), kod 2091200a-17914. Göründüyü kimi, iddiaçının işlədiyi həmin sahə və vəzifələr qeyd olunan Siyahıya uyğundur və 01.01.2006-cı il tarixədək iddiaçının güzəştli iş stajı 12 il 6 aydan artıqdır. 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı əlavə olunur. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bundan əlavə, iş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. İşlərə baxılarkən həmin arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyibişləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən ona güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilmişdir. İddiaçının təqdim etdiyi iş yerindən arayışlarda da iddiaçının işlədiyi həmin sahə və vəzifələrin qeyd olunan Siyahıda göstərilən sahə və vəzifələrə uyğun olduğu təsdiq edilmişdir. Göründüyü kimi iddiaçının 01.01.2006-cı il tarixə kimi 25 ildən artıq ümumi və 12 06 aydan artıq güzəştli iş stajı mövcud olmuşdur. Lakin, hazırkı iş üzrə cavabdeh inzibati orqanın imtinasının və apellyasiya şikayətinin dəlilini iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsi təşkil etmişdir. Məhkəmə kollegiyası bununla əlaqədar olaraq qeyd etməyi zəruri hesab edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi, ümumi qaydalarla yaşa görə pensiya hüququ olan şəxslərin əmək pensiyası hüququnun yaranması üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajının olması alternativi nəzərdə tutulmuşdur. Beləliklə yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı 01.01.2006-cı il tarixədək 25 ildən artıq ümumi iş stajına, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajına malik olduğundan, cavabdeh tərəfindən əlavə olaraq iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı tələb edilməsi, iddiaçını ümumi qaydalarla yaşa görə pensiya hüququ olan şəxslərə münasibətdə daha ağır vəziyyətə salır və bu hal sosial ədalət prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3317/2021 saylı, 11 avqust 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar