Məhkəmə qərarları › İş №2-1(103)-371/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-371/2025

20.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-371/2025 20.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinə qarşı iş üzrə (Açar sözlər: dövlət qeydiyyat nişanının avtomobilə təhkim edilməsi) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Oruczadə Aytən Pənah qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məmmədli Aytac Mahir qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinə qarşı “dövlət qeydiyyat nişanının avtomobilə təhkim edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 18 iyul 2024-cü il tarixli, 2-1(112)-6826/2024 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinə (bundan sonra mətndə Baş X1 İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Nəqliyyat vasitələrinə rəqəmlərin və hərflərin kombinasiyası üzrə dövlət qeydiyyat nişanlarının verilmə Qaydası” haqqında və “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanunlarına əsasən seriyası eyni hərflərdən ibarət olduqda dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin kombinasiyası 001, 002, 003, 004 005, 006, 007, 008, 009 olan kateqoriya üzrə "xxxx" ödəniş sistemi vasitəsi ilə З000 AZN məbləğində ödədiyi dövlət rüsumuna uyğun olaraq qeyd olunan kateqoriya üzrə dövlət qeydiyyat nişanının verilmə öhdəliyinin Baş X1 İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 15 dekabr 2023-cü il tarixdə “Nəqliyyat vasitələrinə rəqəmlərin və hərflərin kombinasiyası üzrə dövlət qeydiyyat nişanlarının verilmə Qaydası” haqqında və “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanunlarına əsasən seriyası eyni hərflərdən ibarət olduqda dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin kombinasiyası 001, 002, 003, 004, 005, 006, 007, 008, 009 olan kateqoriya üzrə "xxxx" ödəniş sistemi vasitəsi ilə 3000 AZN dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. Bu qeydiyyat nişanının alınması üçün ödəniş qəbzi ilə birlikdə 05 yanvar 2024-cü ildə Bakı şəhəri, Xırdalan-Binəqədi şosesi 4 ünvanında yerləşən qeydiyyat - imtahan məntəqəsinə yaxınlaşmışdır. Həmin vaxt yaxınlaşdığı vəzifəli şəxs ona bayramla əlaqədar olaraq işləmədiklərini və 08 yanvar 2024-cü il tarixdə müraciət etməli olduğunu bildirmişdir. xx.xx.2024-cü il tarixdə o, bir daha ödəniş qəbzilə birlikdə həmin yerə gələrək göstərilən kateqoriya üzrə nömrə almaq üçün müraciət etmək istədiyini bildirmiş və xx.xx.2024-cü il tarixdə Baş X1 İdarəsinin rəhbərliyinə köməklik göstərilməsi ilə bağlı müraciət etmiş və lazımi sənədlərin surətlərini ərizəsinə əlavə etmişdir. Lakin Baş X1 İdarəsi müraciətinə xx.xx.2024-cü il tarixdə 3- 13- 16/2-M-5169 saylı məktubla cavab verərək bildirmişdir ki, “Nəqliyyat vasitəsinə son rəqəmləri 001, 002, 003, 004, 005, 006, 007, 008 və 009 olan dövlət qeydiyyat nişanlarından birinin təhkim edilməsi ilə bağlı Baş X1 İdarəsinə ünvanladığı elektron müraciətinə baxılmış və arzu etdiyi dövlət qeydiyyat nişanları hazırda sərfiyyatda olmadığından xahişinin istəyə uyğun həlli mümkün olmamışdır”. Hesab edir ki, cavabdehin bu imtinası qanunsuz və əsassızdır.

3. Bakı İnzibati Məhkəməsinin 18 iyul 2024-cü il tarixli, 2-1(112)-6826/2024 saylı qərarı ilə iddia təmin edilməmişdir.

4. Qərardan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:

5. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun olaraq əsaslandırılmışdır.

MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:

6. 18 fevral 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək hal-hazırda mövcud olan 003, 004 və müxtəlif hərf kombinasiyası ilə qeydiyyat nişanının verilmə öhdəliyinin Baş X1 İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

7. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə cavabdeh nümayəndəsinin məhkəmə kollegiyasının iclasında iştirakını təmin etməmişdir.

8. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLİ MƏHKƏMƏ ARAŞDİRMASİNİN ƏSASİNİ TƏŞKİL EDƏN SƏNƏDLƏR

9. "xxxx" QSC-nin (Terminal – 4045 Ünvan: “Araz” market, Yasamal rayonu, İ.Qutqaşınlı küç., 80) xx.xx.2023-cü il tarixli ödəniş qəbzinin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı tərəfindən seriyası eyni hərflərdən ibarət olduqda dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin kombinasıyası 001, 002, 003, 004, 005, 006, 007, 008, 009 Dövlət qeydiyyat nişanlarının verilməsinə görə Baş X1 İdarəsinin hesabına 3000 (üç min) manat məbləğində dövlət rüsumu ödənilmişdir.

10. İddiaçının hazırkı tələblə bağlı cavabdeh orqana etdiyi müraciətə cavab olaraq Baş X1 İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-13-16/2-M-55169/2 №li imtina məktubunda göstərilmişdir ki, arzu etdiyi dövlət qeydiyyat nişanları hazırda sərfiyyatda olmadığından xahişinin istəyinə uyğun həlli mümkün olmamışdır.

11. Məhkəmənin müvafiq sorğusuna əsasən Baş X1 İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-13-16/2-49075/2024 №-li məktubunda göstərilmişdir ki, hazırda sərfiyyatda fərqli hərflərin kombinasiyasından ibarət son rəqəmləri 003 və 004 olan dövlət qeydiyyat nişanları mövcuddur.

12. Bakı Apellyasiya Məhkəməsinin sorğusuna əsasən Baş X1 İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-13-16/2-211214/2024 məktubunda göstərilmişdir ki, 2024-cü ilin mart ayında sərfiyyatda 003 və 004 dövlət qeydiyyatı nişanlarının olması, oktyabr ayında isə sərfiyyatda olmaması səbəbindən fərqli məlumat verilmişdir. Lakin hazırda sərfiyyatda 003 və 004 dövlət qeydiyyat nişanları mövcuddur.

TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ

13. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

14. Apellyasiya baxışı zamanı İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, hal-hazırda mövcud olan 003, 004 və müxtəlif hərf kombinasiyası ilə qeydiyyat nişanının verilmə öhdəliyinin Baş X1 İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir.

15. Məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir.

16. İddia mümkün iddiadır. 17.“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu: 4-cü maddəsinin 21-ci bəndinə əsasən nəqliyyat vasitələrinin qeydiyyatını, özgəninkiləşdirilməsinin sənədləşdirilməsini və onların uçotunu aparmaq, ipoteka müqaviləsinin dövlət qeydiyyatına alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən çıxarışı, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini və dövlət qeydiyyat nişanlarını vermək yol hərəkəti sahəsində dövlətin vəzifələridir. 27-ci maddəsinin müvafiq olaraq qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitələrinin sahiblərinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları verilir. Mexaniki nəqliyyat vasitələrinin dövlət qeydiyyatını Azərbaycan Respublikasının rayon, şəhər və bölgələrində hüquqi və fiziki şəxslərə məxsus olan (Azərbaycan Respublikası Silahlı Qüvvələrindən və digər birləşmələrdən başqa) və mühərrikinin işçi həcmi 50 kub/sm və daha çox, konstruktiv maksimal sürəti saatda 50 kilometrdən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrinin, onların qoşqularının və yarımqoşqularının - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır. 27-ci maddəsinin İV bəndinə görə, hüquqi və fiziki şəxslər hüquqi ünvanı və ya yaşayış yeri üzrə bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanlarda: əldə edildiyi vaxtdan on gün ərzində; fiziki şəxsin yaşayış yeri və hüquqi şəxsin olduğu yer dəyişildiyi vaxtdan on gün ərzində; nəqliyyat vasitələrinin ipoteka müqaviləsi bağlandığı vaxtdan on gün ərzində; 4) nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələri dəyişdirildiyi və ya qeydiyyat məlumatlarının dəyişdirilməsini tələb edən digər halların yarandığı vaxtdan on gün ərzində onlara məxsus olan mexaniki nəqliyyat vasitəsini dövlət qeydiyyatından keçirməli və daimi uçota aldırmalıdırlar. 27-ci maddəsinin İV bəndinin 7) yarımbəndinə uyğun olaraq dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyası üzrə dövlət qeydiyyat nişanlarının verilməsinə görə dövlət rüsumunun məbləğinin, mövcud olan rəqəm və ya hərflərin kombinasiyaları barədə məlumatların açıqlanması, habelə dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyalarını xüsusi terminallar vasitəsilə, o cümlədən internet vasitəsi ilə sərbəst seçmək və sifariş etmək, həmçinin dövlət rüsumunu ödəmək imkanının yaradılması qeydiyyatı aparan orqanın vəzifəsi olaraq müəyyən edilir. 29-cu maddəsinə əsasən, İİ-İ. Dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyası üzrə dövlət qeydiyyat nişanlarının verilməsinə görə dövlət rüsumunun məbləği, mövcud olan rəqəm və ya hərf kombinasiyaları barədə məlumatlar müvafiq icra hakimiyyəti orqanının internet səhifəsində yerləşdirilir. Mövcud olan rəqəm və ya hərf kombinasiyaları barədə məlumatların öyrənilməsinə və dövlət rüsumunun ödənilməsinə imkan verən istifadəsi sadə olan elektron avadanlıqlar həmin orqanın imtahan-qeydiyyat məntəqələrində və digər yerlərdə quraşdırılır, habelə hər kəsin yaxşı görə biləcəyi yerlərdə dövlət qeydiyyat nişanlarının verilməsinə görə dövlət rüsumunun məbləğini əks etdirən lövhələr yerləşdirilir.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 20 dekabr tarixli 345 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitələrinə rəqəmlərin və hərflərin kombinasiyası üzrə dövlət qeydiyyat nişanlarının verilmə Qaydası”nın; 1.2-ci bəndinə əsasən, avtonəqliyyat vasitələrinə dövlət qeydiyyat nişanı nəqliyyat vasitəsinin dövlət qeydiyyatına alınması zamanı verilir. Nəqliyyat vasitəsinin sahibi dövlət qeydiyyatı zamanı verilmiş dövlət qeydiyyatı nişanının rəqəm və hərf kombinasiyasının dəyişdirilməsi üçün müraciət edə bilər. 1.3-cü bəndinə müvafiq olaraq dövlət qeydiyyat nişanının verilməsi üçün nişanda əks olunan rəqəmlərin və hərflərin kombinasiyasına müvafiq olaraq “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 18.65.6-cı maddəsi ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu alınır. 2.1-ci bəndinə görə, dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyası üzrə dövlət qeydiyyat nişanlarının verilməsinə görə dövlət rüsumunun məbləği, mövcud olan rəqəm və ya hərf kombinasiyaları barədə məlumatlar və elektron müraciətlərin qəbulu üçün xidmətlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin internet səhifəsində yerləşdirilir. Mövcud olan rəqəm və ya hərf kombinasiyaları barədə məlumatların öyrənilməsinə və dövlət rüsumunun ödənilməsinə imkan verən və istifadəsi sadə olan elektron avadanlıqlar həmin orqanın imtahanqeydiyyat məntəqələrində quraşdırılır, habelə hər kəsin yaxşı görə biləcəyi yerlərdə dövlət qeydiyyat nişanlarının verilməsinə görə dövlət rüsumunun məbləğini əks etdirən lövhələr yerləşdirilir. 2.2-ci bəndinə uyğun olaraq dövlət qeydiyyat nişanının verilməsi zamanı aşağıdakılar təmin olunmalıdır: 2.2.1. dövlət qeydiyyat nişanının alınması ilə bağlı internet vasitəsilə elektron formada müraciət etmə imkanı və həmin şəxsin növbəsi barədə (tarix və vaxt göstərilməklə) eyni qaydada məlumatın verilməsi; 2.2.2. dövlət qeydiyyat nişanının verilməsi işinin elektron idarəetmə sistemi əsasında, növbələrin yaranmasını istisna edən şəraitdə, fasiləsiz və “bir pəncərə” prinsipi ilə təşkili...; 2.2.4. dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyası üzrə dövlət qeydiyyat nişanlarının verilməsinə görə dövlət rüsumunun məbləğinin, mövcud olan rəqəmlərin və hərflərin kombinasiyaları barədə məlumatların açıqlanması; 2.2.5. dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və hərflərin kombinasiyalarını xüsusi elektron terminallar, o cümlədən internet vasitəsilə sərbəst seçmək və sifariş etmək imkanı

19. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməlidir.

20. Məhkəmə kollegiyası qeyd edir ki, Dövlət qeydiyyat nişanında hazırda iki rəqəm (region kodu), iki hərf və üç rəqəm formatından istifadə olunur. Rəqəm və hərf qrupları defislə bölünür. İlk iki rəqəm avtomobilin qeydiyyat rayonunu bildirir. Hazırda qüvvədə olan normalara əsasən şəxs rəqəmlərin və hərflərin kombinasiyası üzrə dövlət qeydiyyat nişanının alınması hüququna malikdir. Buna müvafiq olaraq, dövlət qeydiyyat nişanının təyinatı baxımından cavabdehin müraciət edən şəxsin nəqliyyat vasitəsini yalnız dövriyyədə olan qeydiyyat nişanı ilə təchiz etmək öhdəliyi vardır. Odur ki, iddiaçının iddia tələbi təmin edilməli, iddiaçıya sərfiyyatda olan müxtəlif hərf kombinasiyası ilə 003 və ya 004 dövlət qeydiyyat nişanının verilməsi öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin üzərinə qoyulmalıdır.

21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

22. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməlidir.

23. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 18 iyul 2024-cü il tarixli, 2-1(112)-6826/2024 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi təmin edilsin. İddiaçı sərfiyyatda olan müxtəlif hərf kombinasiyası ilə 003 və ya 004 dövlət qeydiyyat nişanının verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinə həvalə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Günel Abbasova Hakimlər: Aytən Oruczadə Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar