Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-3710/2025 08.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi və məruzəsilə, X3 və Ismayılov Orxan Nadir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçı İddiaçı, cavabdehin nümayəndəsi nümayəndə1 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və fərqin ödənilməsi” tələbinə dair iş üzrə Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ##### 2025-ci il tarixli qərarından iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ona "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin "a" bəndinə əsasən 50 yaşının tamam olduğu ##.##.2006-cı il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi, həmin tarixdə qüvədə olan "Əmək pensiyaları haqqında" Qanunun maddələrinin müəyyən etdiyi qaydalara müvafiq olaraq əmək pensiyasının 2004- 2005-ci illərin orta əmək haqqına görə hesablanması və həmin tarixdən etibarən keçmiş müddət üçün yaranmış pensiya məbləğinin hesablanaraq birdəfəlik tam ödənilməsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Iddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona ##.##.2009-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini, həmin tarixdə qüvvədə olan qanunvericiliyin maddələrinin müəyyən etdiyi qaydalara müvafiq olaraq əvvəlki (son) 24 ayın (##.##.2007-##.##.2009-cu il) orta əmək haqqına görə əmək pensiyasının hesablanmasını və həmin tarixdən etibarən keçmiş müddət üçün yaranmış pensiya fərqinin hesablanaraq birdəfəlik tam ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2024-ci ilin əvvəlində ərizə ilə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək, ona 50 yaşının tamam olduğu ## ### 2006-cı il tarixdən 2004-2005-ci illərin orta əmək haqqına görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini və keçən dövr üçün pensiya məbləğinin hesablanıb birdəfəyə ödənilməsini xahiş etmiş, lakin DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı "Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli Siyahısı" üzrə 57 yaşının tamam olduğu ## ### 2013-cü il tarixindən hesablanmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etmişdir. DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 2024-cü ilin aprel ayında güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ## ### 2006-cı il tarixdan (50 yaş) yenidən hesablanması üçün müraciət etmiş, DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ## ##### 2024-cü il tarixində daxil olmuş müraciətinə və ona əlavə olunmuş sənədlərinə baxaraq ##.##.2024-ci il tarixli *-**-*/*-M-******/**** saylı "Güzəştli şərtlərlə əmək pensiyasının yenidən hesablanmasının mümkün olmaması haqqında" cavab məktubu ilə imtina etmişdir. Bununla da, DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı əsaslı səbəb olmadan pensiya hüqüqlarını pozmuş, ona 50 yaşının tamam olduğu ## ### 2006-cü il tarixdən * saylı Siyahısının VIII bölməsinin 1-ci bəndinin (1080A00-17541, 1080A010) və XXII bölməsinin 1-ci bəndinin (12201000, 12201000-1754a) və 2-ci bəndinin (12202000, 12202000-17541) göstəricilərinə uyğun olaraq Fizika Institutunun ## ###### 2024-cü il tarixli ***-**/** saylı "Arayış"na əsasən yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin etməli olduğu halda, öz mülahizələrinə uyğun olaraq "Arayış"da qeyd edilməyən * saylı Siyahının XXXII bölməsinin 2330200 yarımbölməsində nəzərdə tutulan sahələrə uyğun olaraq 57 yaşı tamam olduğu ## ### 2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etmiş, eyni zamanda pensiya hüququnun yarandığı vaxt qüvvədə olan "Əmək pensiyaları haqqında" Qanunun 32.1-ci maddəsini tətbiq etməli olduğu halda, həmin Qanunun 2017-ci ildən qüvvədə olan 32.1-1-ci maddəsini tətbiq etmişdir. O, 1973-1978-ci illərdə Bakı Dövlət Universitetinin Fizika Fakültəsində ali təhsil almışdır. Fizika üzrə fəlsəfə doktoru və fizika üzrə elmlər doktoru elmi dərəcəsinə malikdir. Elm və Təhsil Nazirliyinin Fizika Institutunda (Azərbaycan Respublikası Prezidentinin ## #### 2022-ci il tarixli Fərmanı ilə AMEA X1 və Təhsil Nazirliyinin tabeliyinə verilərək Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Fizika Institutu adlandırılmışdır) ##.##.1978-ci ildən ##.##.1978-ci ilə qədər baş laborant, ##.##.1978-ci ildən ##.##.1978-ci ilə qədər stajor tədqiqatçı işləmiş, ##.##.1980-ci aspiranturaya qəbul olunduğum üçün işdən azad olunmuş, ##.##.1984-cü ildən ##.##.2001-ci ilə qədər kiçik eimi işçi, böyük elmi işçi vəzifələrində işləmiş və ##.##.2001-ci ildə işdən azad olunmuş və ##.##.2023-cü ilə kimi əvəzçiliklə böyük elmi işçi vəzifəsində işləmişdir. ##.##.2023-cü ildən indiyə kimi aparıcı elmi işçi vəzifəsində işləyir. O, ##.##.1984-cü ildən ##.##.2001-ci ilə qədər yüksək ixtisaslı mütəxəssis kimi Fizika Institutunda işlədiyi müddətdə tam iş günü ərzində laboratoriyada xüsusi kimyəvi maddələrlə daimi məşğul olmuş, o cümlədən: işiq tərkiblilər, qurğuşun, civə, xrom, onların oksidləri, birləşmələrinin maddələri; selen, tellur, selenli, misli, sinkli birləşmələr, kükürd-karbon, kobalt, indium, qalay, qallium və onların mürəkkəb birləşmələri və törəmələrinin sintezi və monokristallarının alınması, mexaniki və kimyəvi üsullarla emalı, güclü şüalanma və ionlaşdırma mənbələri, radioaktiv maddələr, nadir torpaq elementləri ilə məşğul olmuş, qamma qurğularında (kobaltın radiaktív izotopu Co60) tədqiqat, rentgen şüalarının və elektron selinin bu birləşmələrin fiziki xassələrinə təsiri, rentgenstruktur analiz və radiasiya zərərliyi şəraitində istismar, təmir, sazlama və eksperiment işləri ilə daim və bilavasitə məşğul olmuşdur. Onun 1973-1978-ci ildə ali təhsil diplomuna və əmək kitabçasına görə ##.##.1973-cü ildən ##.##.2006-ci ilə qədər sosial sığorta (əmək) stajı birlikdə 31 il 4 ay təşkil edir. Fizika Institutunun ## ###### 2024-ci il tarixli ***-**/** saylı "Arayış"-na əsasən zərərli şəraitdə işlədiyi işlərdə (##.##.1984-##.##.2001-ci illər) sosial sığorta (əmək) stajı 17 il 4 ay 9 gün olmuşdur. O, vəzifəsinə görə tam iş günü ərzində xüsusi zərərli şəraitdə işlədiyinə görə gündəlik süd məhsulları ilə təmin olunmuşdur. Gündəlik iş vaxtı 7 saat 12 dəqiqə olmuşdur. Onun daimi olaraq tam iş günü ərzində yerinə yetirdiyi yuxarıda sadalanan işlər əvəllər qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin "a" bəndinə əsasən "Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il ## #### tarixli *** saylı qərarı ilə təsdiq olunmuş * saylı Siyahısının VIII bölməsinin 1-ci bəndinin (1080A00- 17541, 1080A010) və XXII bölməsinin 1-ci bəndinin (12201000, 12201000-1754a) və 2-ci bəndinin (12202000, 12202000-17541) göstəricilərinə tam uyğundur. Bütün bunlar Fizika Institutunun ## ###### 2024-ci il tarixli ***-**/** saylı "Arayış"ı ilə də təsdiq olunmuşdur. Onun ##.##.1973-ci ildən ##.##.1997-cı ilə kimi ümumi iş stajı 24 il və ##.##.1984-cü ildən ##.##.1997-cı ilə kimi güzəştli şərtlərlə olan iş stajı 12 il 11 ay 23 gün olmuşdur. Buradan da görünür ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək tələb olunan 20 ildən artıq (##.##.1973-ci ildən ##.##.2006-cı ilə kimi) ümumi iş stajını, o cümlədən 10 ildən artıq (##.##.1984-cü ildən ##.##.2001-ci ilə kimi) güzəştli şərtlərlə olan iş stajını qazanmış, başqa sözlə, pensiya hüququnun yaranması üçün 3 hüquqi faktdan ikisini - ümumi və güzəştli şərtlərlə olan əmək stajını toplamışdır. 3-cü hüquqi fakt - 50 yaşı isə "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunu qüvvəyə mindiyi vaxtdan sonra ## ### 2006-ci ildə tamam olmuşdur. Beləliklə, onun ##.##.2006-cı il tarixə 20 ildən artıq ümumi iş stajının olması ona məxsus əmək kitabçası və ali təhsil sənədi ilə, 10 ildən artıq güzəştli iş stajının olması Fizika Institutu tərəfindən verilmiş ## ###### 2024ci il tarixli ***-**/** saylı "Arayış" ilə, ## ### 2006-cı il tarixdə 50 yaşının tamam olması isə şəxsiyyət vəsiqəsi ilə təsdiq olunmuşdur. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ ## ### 2006-ci il tarixdə yaranmışdır. Buradan da belə nəticə çıxır ki, DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının ona 50 yaşında (## ### 2006-cı il) yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsindan imtina etməsinin heç bir əsası yoxdur. Onunla eyni Institutda, laboratoriyada eyni işlərlə məşğul olan və eyni Izahlı arayış təqdim edən əməkdaşlara da * saylı Siyahının VIII bölməsinin 1-ci bəndinin (1080A00-17541, 1080A010) və XXII bölməsinin 1-ci bandinin (12201000, 12201000-1754a) və 2-ci bəndinin (12202000, 12202000-17541) göstəricilərinə uyğun olaraq və diğər təşkilatda işləmiş əməkdaşa * saylı siyahı üzrə yaşa görə güzəştli şərtlərlə 47, 52 və 45 yaşlarında əmək pensiyası təyin edilmişdir. Bunlar Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının bir sıra qərarlarında da öz əksini tapmışdır. Onun pensiya hüququ 50 yaşının tamam olduğu ## ### 2006-cı il tarixdə yarandığından həmin vaxt qüvvədə olmuş "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 10.2 və 27-ci maddələrinin tələblərinə uyğun olaraq orta əmək haqqı nəzərə alınmaqla pensiyası hesablanmalıdır. Qanunvericiliyin 2006-cı ildə qüvvədə olan mətni onun üçün daha əlverişlidir, onun pensiyasının hesablanmasında Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin VII bəndinin tələblərinə uyğun olaraq həmin müddəalar tətbiq edilməlidir. Hesablanmış, lakin pensiyaçı tərəfindən vaxtında alınmamış pensiya məbləğinin birdəfəyə ödənilməməsi (müraciət edilən vaxtdan əvvəlki dövr üçün) pensiyaçının himayəsində olan şəxslərin də hüquqlarını məhdudlaşdırmaqla, onları yaşamaq üçün vacib olan pensiya təminatından məhrum edir, bütün digər kateqoriyalı pensiyaçıların himayəsində olan şəxslərlə qeyri-bərabər vəziyyətə salır. Bu da Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində təsbit edilmiş bərabərlik hüququnun pozulmasına səbəb olur. Bu baxımdan hesablanmış, lakin pensiyaçı tərəfindən vaxtında alınmamış pensiya məbləğinin bunun üçün müraciət edilən vaxtdan əvvəlki dövrün bütün illəri üçün birdəfəlik verilməməsi Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin III hissəsində təsbit olunan vətəndaşların sosial təminat hüququnu məhdudlaşdırır. Bakı Inzibati Məhkəməsinin (hakim Aygün Əhədova) *-*(***)-****/**** nömrəli, ## ##### 2025-ci il tarixli qərarı ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı ##.##.2009-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, həmin tarixdə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olarq son 24 ayın, yəni ##.##.2007- ##.##.2009-cu il orta əmək haqqına əsasən əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin pensiya təyin edilməsi üçün müraciət etdiyi ##.##.2024-cü il tarixdən əvvəlki 3 il üçün hesablanaraq ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmiş, iddia tələbi qalan hissələrdə təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın iddianın təmin edilməyən hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda, həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın iddianın təmin edilən hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Inzibati Məhkəməsi əmək pensiyasının yenidən hesablamadan sonra yaranacaq fərqin ##.##.2009-cu il tarixdən olmaqla birdəfəlik ödənilməsinə aid qanunvericiliyin ## ### 2009cu il tarixə qədər qüvvədə olan normalarını diqqətlə araşdırmamış, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında iddiaçının tələb etdiyi şəkildə - yenidən hesablamadan sonra yaranacaq fərqin ##.##.2009-cu il tarixdən olmaqla birdəfəlik ödənilməsinin hüquqi əsası olmadığını əsas götürərək iddianın həmin hissəsində təmin edilməməsi qənatinə gəlmiş, ## #### 2017-ci il tarixli ***-VQD nömrəli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanununun (Bu Qanun 2017-ci il ####un #dən qüvvəyə minir) 32.1-1-ci maddəsini tətbiq etmiş və ##.##.2024-cü il tarixdən əvvəlki 3 il üçün hesablanaraq ödənilməsi qənaətinə gələrək qərar vermişdir. Iddiaçı ##.##.1984-cü ildən ##.##.2001-ci ilə qədər yüksək ixtisaslı mütəxəssis kimi Fizika Institutunda işlədiyi müddətdə tam iş günü ərzində laboratoriyada xüsusi kimyəvi maddələrlə daimi məşğul olmuş, o cümlədən: işiq tərkiblilər; qurğuşun, civə, xrom, onların oksidləri, birləşmələrinin maddələri; selen, tellur, selenli, misli, sinkli birləşmələr; kükürd-karbon, kobalt, indium, qalay, qallium və onların mürəkkəb birləşmələri və törəmələrinin sintezi və monokristallarının alınması, mexaniki və kimyəvi üsullarla emalı, güclü şüalanma və ionlaşdırma mənbələri, radioaktiv maddələr, nadir torpaq elementləri ilə məşğul olmuş, qamma qurğularında (kobaltın radiaktiv izotopu Co60) tədqiqat, rentgen şüalarının və elektron selinin bu birləşmələrin fiziki xassələrinə təsiri, rentgenstruktur analiz və radiasiya zərərliyi şəraitində istismar, təmir, sazlama və eksperiment işləri ilə daim və bilavasitə məşğul olmuşdur. Bu işlər onun orqanizminə mənfi təsir göstərmiş və müxtəlif xəstəliklərdən əziyyət çəkmiş və hal-hazırda da çəkir. Belə ki, zərərli maddələrin təsiri nəticəsində ödündə poliplər və qaraciyərində kistalar əmələ gəlmişdir. Ödün və qaraciyərdən kistaların çıxarılması üçün maddi vəsaiti yoxdur. Vaxtında əməliyyat olunmadığına görə ödündə poliplərin, qaraciyərində isə kistaların sayı ildən-ilə artır. Əgər bu əməliyyat yubadılsa, qaraciyərinin sıradan çıxmasına gətirib çıxaracaq. Əgər yenidən hesablanmış əmək pensiyası birdəfəlik ödənilməsə, vaxtında ala bilmədiyi pensiya məbləği infilyasiya nəticəsində maddi itkiyə məruz qalacaq, maddi və mənəvi ziyanla yanaşı, psixoloji gərginlikdən sağlamlığında da fəsadlar yaranacaq. Qeyd etmək lazımdır ki, hesablanmış, lakin pensiyaçı tərəfindən vaxtında alınmamış pensiya məbləğinin birdəfəyə ödənilməməsi (müraciət edilən vaxtdan əvvəlki dövr üçün) pensiyaçının himayəsində olan şəxslərin də hüquqlarını məhdudlaşdırmaqla, onları yaşamaq üçün vacib olan pensiya təminatından məhrum edir, bütün digər kateqoriyalı pensiyaçıların himayəsində olan şəxslərlə qeyribərabər vəziyyətə salır. Bu da Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində təsbit edilmiş bərabərlik hüququnun pozulmasına səbəb olur. Bu baxımdan hesablanmış, lakin pensiyaçı tərəfindən vaxtında alınmamış pensiya məbləğinin bunun üçün müraciət edilən vaxtdan əvvəlki dövrün bütün illəri üçün birdəfəlik verilməməsi Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin III hissəsində təsbit olunan vətəndaşların sosial təminat hüququnu məhdudlaşdırır. Iddiaçıya pensiyanın təyin edilməsi, hesablanması və ödənilməsi zamanı pensiya hüququnun yarandığı ##.##.2009-cu il tarixə qədər qüvvədə olan qanunvericilik normaları tətbiq olunmalıdır. «Əmək pensiyaları haqqında» Qanunun ##.##.2017-ci ildən qüvvədə olan 32.1-1-ci maddəsi tətbiq edilməməlidir. Qanunun 32.1-1-ci maddəsinin tətbiq edilməsi iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 25, 38, 60-cı maddələrində təsbit edilmiş hüquqlarının pozulmasına səbəb olur. Eyni zamanda qanunun 32.1-1-ci maddəsinin qüvvəyə mindiyi # #### 2017-ci il tarixindən əvvəlki tarixlərə tətbiq edilməsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin VII hissəsinin tələblərinə də ziddir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı 57 yaşının tamam olduğu ##.##.2013-cü il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Iddiaçı ##.##.2006-cı il tarixindən 50 yaşdan güzəştli şərtlərlə yaşa görə görə əmək pensiyasının təyin edilərək yaranmış fərq məbləğinin ödənilməsi üçün ərizə ilə Mərkəzi Filiala müraciət etmiş, Mərkəzi Filial tərəfindən inzibati icraatın nəticəsi olaraq ona ##.##.2024-cü il tarixli *-**-*/*-M-******/**** nömrəli məktub ünvanlamışdır. Sözügedən məktubda iddiaçıya Azərbaycan Respublikasının # #### 2007ci il tarixli ***-IIIQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq, 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli *** nömrəli Qərarı ilə təsdiq olunmuş * №-li Siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ olduğu bildirilmişdir. Iddiaçı tərəfindən Mərkəzi Filiala təqdim olunan sənədlərdə onun ##.##.1984-##.##.2001-ci il tarixləri arasındakı dövr ərzində Elm və Təhsil Naziliyinin Fizika Institutunda kiçik elmi işçi və böyük elmi işçi vəzifələrində işlədiyi qeyd olunmuş, bununla əlaqədar iş stajına dair məlumatların yerində dəqiqləşdirilməsi zamanı İddiaçı işlədiyi sahənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli *** nömrəli Qərarı ilə təsdiq olunmuş * №-li Siyahıda nəzərdə tutulan sahələrə deyil, * №-li Siyahının radioaktiv maddələrlə, ionlaşdırma şüalar mənbələri ilə və berulliumla işlər (XXXII) bölməsinin müəssisələrdə, elmi-tədqiqat institutlarında, laboratoriyalarda, konstruktor və təcrübə-konstruktor təşkilatlarında işlər yarımbölməsində (2330200) nəzərdə tutulan sahələrə uyğun olduğu müəyyən edildiyi qeyd edilmişdir. Bu səbəbdən də # ###### 2006-cı il tarixədək * №-li Siyahı üzrə iddiaçının güzəştli iş stajının olmadığı, ona ödənilən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 50 yaşdan təyin edilməklə yenidən hesablanmasının qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyi bildirilmişdir. Bundan narazı qalan iddiaçı ona ##.##.2009-cu il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranan fərq məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması üçün Bakı Inzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Bakı Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)- ****/**** nömrəli qərarı ilə iddiaçının tələbi qismən təmin edilmiş, ona ##.##.2009-cu il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, həmin tarixdə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq son 24 ayın, yəni ##.##.2007- ##.##.2009-cu il orta əmək haqqına əsasən əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin pensiya təyin edilməsi üçün müraciət etdiyi ##.##.2024-cü il tarixdən əvvəlki 3 il üçün hesablanaraq ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş, iddia tələbi qalan hissədə rədd edilmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən inzibati icraat zamanı təqdim edilmiş, həmçinin məhkəmə icraatı zamanı əldə edilən Fizika Institutunun arayışları İddiaçı 1984-2001-ci illər ərzində həmin müəssisədə müvafiq qərarın * nömrəli siyahısına əsasən güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ verən işdə çalışdığını müəyyən etməyə imkan verir. Həmçinin cavabdehin Fizika Institutu ilə birgə tərtib etdiyi aktın hər hansı qüvvəsi yoxdur və nəzərə alınmamalıdır. Iş materiallarından aydın olur ki, iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb edilən * nömrəli siyahı üzrə 10 il güzəştli iş stajı mövcud deyildir. Belə ki, İddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilmiş Elm və Təhsil Nazirliyi Fizika Institutunun ##.##.2024-cü il tarixli ***- **/** nömrəli arayışında onun ##.##.1984 - ##.##.2001-ci il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisədə kiçik elmi işçi və böyük elmi işçi vəzifələrində işlədiyi qeyd olunmuşdur. Həmin arayışda iddiaçının yerinə yetirdiyi işlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli *** nömrəli Qərarı ilə təsdiq olunmuş * №-li Siyahının VIII bölməsinin İ bəndinin (1080A00-17541, 1080A010) və XII bölməsinin İ bəndinin (12201000, 1220200-1754a) və II bəndinin (12202000 və 12202000-17541) göstəricilərinə uyğun olduğu qeyd olunmuşdur. X2 tərəfindən iddiaçının iş fəaliyyəti ilə bağlı məlumatların dədiqləşdirilməsi üçün sözügedən müəssisədə keçirilən yoxlama zamanı İddiaçı işlədiyi sahənin yuxarıda qeyd olunan qərar ilə təsdiq olunmuş * №-li Siyahıda nəzərdə tutulan sahələrə deyil, * №-li Siyahıda qeyd olunan sahələrə uyğun olduğu müəyyən edilmiş, bununla bağlı Elm və Təhsil Nazirliyi Fizika Institutunun Kadrlar şöbəsinin müdiri Pərvanə Isgəndərovanın iştirakı ilə ##.##.2024-cü il tarixli akt tərtib edilmişdir. Sözügedən aktda İddiaçı qeyd olunan Institutun Bərk cisimlərin rezonans hadisələri laboratoriyasında əmək şəraitinin zərərliliyinə görə qanunveriicliklə müəyyən olunmuş qaydada əmək haqqında 16% əlavə hesablandığı, həmin əlavənin verilməsinin sözügedən laboratoriyada əmək şəraitinin xüsusilə ağır deyil, ağır və zərərli olduğu, həmin laboratoriyada əmək fəaliyyətinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli *** nömrəli Qərarı ilə təsdiq olunmuş * №-li Siyahının XXXII bölməsinin 2330200 koduna uyğun olduğu qeyd olunmuşdur. Beləliklə, yuxarıda göstərilən aktdan da məlum olur ki, İddiaçı ##.##.1984-##.##.2001-ci illərdə Elm və Təhsil Nazirliyi Fizika Institutunun Bərk cisimlərin rezonans hadisələri laboratoriyasında kiçik elmi işçi və böyük elmi işçi vəzifələrində olan əmək fəaliyyəti müvafiq qərarla təsdiq olunmuş * №-li Siyahının radioaktiv maddələrlə, ionlaşdırma şüalar mənbələri ilə və berulliumla işlər (XXXII) bölməsinin müəssisələrdə, elmi-tədqiqat institutlarında, laboratoriyalarda, konstruktor və təcrübə-konstruktor təşkilatlarında işlər yarımbölməsində (2330200) nəzərdə tutulan sahələrə uyğundur. Bundan başqa, birinci instansiya məhkəməsində icraat zamanı Fizika Institutu tərəfindən məhkəmə sorğusuna cavab olaraq təqdim edilmiş ##.##.2024-cü il tarixli ***-**/*** nömrəli məktubda iddiaçı İddiaçı 1984-2001-ci illərdə Fizika Institutunda işlədiyi peşələrin güzəştli olub-olmamasına dair təfsilatlı məlumatların verilməsinin mümkün olmadığı qeyd edilmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən inzibati orqana və məhkəməyə təqdim edilən Fizika Instutunun arayışında İddiaçı işlədiyi vəzifələrin * nömrəli siyahıya uyğun olduğu qeyd edilsə də, məhkəmə sorğusuna eyni müəssisə tərəfindən verilən cavab məktubunda iddiaçının işlədiyi vəzifələrin güzəştli olmasına dair məlumatların verilməsinin mümkünsüzlüyü qeyd edilir. Beləliklə, iddiaçı tərəfindən təqdim edilmiş ##.##.2024-cü il tarixli ***-**/** nömrəli arayışın mötəbərliyi şübhə altında qalır. Bundan başqa, birinci instansiya məhkəməsi qərarını əsaslandırarkən həmin Institutda işləyən digər bir şəxsə - X5 * nömrəli siyahıya əsasən pensiya təyin edildiyini qeyd etmiş, İ.Əmiraslanovun pensiya işinə dair sənədlərdə Institut tərəfindən ona verilmiş izahlı arayışda onun vəzifəsi ilə bağlı “güclü ionlaşdırıcı rentgen şüalarının tətbiqi ilə molekulyar və yarımkeçirici kristalların quruluş analizi” ilə məşğul olmasını, həmin vəzifələrin * nömrəli siyahıya uyğun olmasının qeyd olunduğunu, bunun da iddiaçı İddiaçı işlədiyi peşələrə də şamil olunmalı olduğunu qeyd etmişdir. Lakin məhkəmə İ.Əmiraslanova verilən arayışda əks olunmuş yuxarıda qeyd edilən işlərin iddiaçı İddiaçı təqdim etdiyi müvafiq arayışda göstərilənlər ilə fərqli olmasına qiymət verməmişdir. Belə ki, İ.Əmiraslanova verilmiş arayışda onun Fizika Institutunda işlədiyi müddətdə gördüyü işlər “güclü ionlaşdırıcı rentgen şüalarının tətbiqi ilə molekulyar və yarımkeçirici kristalların quruluş analizi” olaraq göstərilsə də, İddiaçı təqdim etdiyi güzəştli arayışda onun 1984-2001-ci illərdə həmin institutda işlədiyi zaman gördüyü işlər “işiq tərkiblilər; qurğuşun, civə, xrom, onların oksidləri, birləşmələrinin maddələri; selen, tellur, selenli, misli, sinkli birləşmələr; kükürd-karbon, kobalt, indium, qalay, qalliumvə onların mürəkkəb birləşmələri və törəmələrinin sintezi və monokristallarının alınması, mexaniki və kimyəvi üsullarla emalı, güclü şüalanma və ionlaşdırma mənbələri, radioaktiv maddələr, nadir torpaq elementləri ilə məşğul olmuş, qamma qurğularında (kobaltın radiaktiv izotopu Co) tədqiqat, rentgen şüalarının və elektron selinin bu birləşmələrin fiziki xassələrinə təsiri, rentgenstruktur analiz və radiasiya zərərliyi şəraitində istismar, təmir, sazlama və eksperiment işləri” kimi qeyd olunmuşdur. Beləliklə, məhkəmə yuxarıda qeyd edilən halları ətraflı surətdə tədqiq etmədən, sübutlara düzgün qiymət verməyərək, müəssisə tərəfindən məhkəməyə verilən cavabda müvafiq məlumatların verilməsinin mümkün olmadığı bildirildiyi halda, iddiaçı tərəfindən təqdim edilmiş müəssisənin daha əvvəl verdiyi arayışa, eyni zamanda həmin müəssisədə fərqli işlərin görülməsi ilə xarakterizə edilən fərqli peşələrdə işləmiş digər bir şəxsin (İ.Əmiraslanov) pensiya işində olan sənədlərə əsaslanmaqla qərar qəbul edərək iddia tələbini qismən təmin etmişdir. Göründüyü kimi, qeyd edilən məsələlər məhkəmə tərəfindən ətraflı tədqiq edilməmiş, işin halları düzgün araşdırılmamış, bununla da Inzibati Prosessual Məcəllənin 12-ci bəndinin tələbləri pozulmuşdur. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı iddiaçının apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehin apellyasiya şikayətinin isə təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi nümayəndə1 cavabdehin apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçının apellyasiya şikayətinin isə təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə həm iddiaçı, həm də cavabdeh tərəfindən iddia tələbinin müvafiq olaraq həm təmin edilməyən, həm də təmin edilən hissəsindən apellyasiya şikayəti verildiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Iş materiallarında olan AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı İddiaçı ##.##.1956-cı ildə doğulmuşdur. Iş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2024-cü il tarixli məktubda qeyd olunur: Sizə # ##### 2024-cü il tarixində Mərkəzi Filial tərəfindən 57 yaşınızın tamamlandığı ## ### 2013-cü il tarixindən hesablanmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 27-ci maddəsinin # #### 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən ##.##.2006-cı il tarixinədək olan iş stajının hər tam ilinə 170 manat götürülməklə, ##.##.2006-cı il tarixindən sonrakı dövrə fərdi hesabın sığorta hissəsində toplanan (pensiya hüququnun yarandığı günədək) pensiya kapitalının cəmindən və həmin dövrdə baza hissə toplanmaqla əmək pensiyası hesablanırdı. Pensiya işinizə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən, # ###### 2006-cı il tarixinədək Sizin ümumi iş stajınız 23 il 7 ay 24 gün təşkil edir. Bununla əlaqədar ##.##.2006-cı il tarixinədək iş stajınıza uyğun olaraq Qanunun 27-ci maddəsinin tələblərinə əsasən həmin tarixə pensiyanızın sığorta hissəsi 27,92 manat (23,65 il x 170 manat: 144 ay) hesablanaraq ##.##.2013-cü il tarixinə indeksləşdirilib 49,89 manat müəyyən edilərək, üzərinə ##.##.2006 -##.##.2013-cü il tarixləri arasındakı işlədiyiniz dövr ərzində fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış 10761,12 manat sığorta kapitalına uyğun 74,73 manat (10761,12:144) və 85,00 manat baza hissə əlavə edilərək pensiya hüququnuzun yarandığı ##.##.2013-cü il tarixinə Sizə 209,62 manat (74,73+49,89+85,00) məbləğində əmək pensiyası (indeksləşdirilərək ##.##.2021-ci il tarixinə 369,46 manat) hesablanmışdır. Qanunun 37.3.1-ci maddəsinə əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (həmin Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Eyni zamanda, pensiya hüququnuz yarandığı tarixdən sonra 6 il və daha çox işlədiyiniz üçün Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun olaraq əmək pensiyanız ##.##.2021-ci il tarixindən yenidən hesablanaraq 369,46 manatdan 466,90 manata artırılıb. Qanunun 32.1-1-ci maddəsinə əsasən "əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir". Qeyd olunanları nəzərə alaraq, keçmiş üç il müddət üçün Sizə ödənilməli olan 16412,71 manat pul vəsaiti hesablanıb. Həmin 16412,71 manat pul vəsaiti cari aydan etibarən hissə-hissə (hər ay 547,09 manat olmaqla) pensiyanızın üzərinə əlavə edilərək müvafiq kart hesabınıza köçürülür. Əlavə olaraq bildiririk ki, Qanunun 29.1-ci maddəsinə əsasən indeksləşdirilmə ilə əlaqədar əmək pensiyanız ##.##.2024-cü il tarixindən 637,01 manat təşkil edir. Iş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2024-cü il tarixli məktubda qeyd olunur: Sizə ##.##.2024-cü il tarixində Mərkəzi Filial tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və pensiya hüququnuzun yarandığı ##.##.2013-cü il tarixindən hesablanmışdır. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanununun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.8-ci maddəsinə əsasən # ###### 2006-cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının # #### 2007-ci il tarixli ***-IIIQD nömrəli Qanunu ilə qüvvədən düşmüş "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 13-cü maddəsinin "a" bəndinə uyğun olaraq, 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli *** nömrəli Qərarı ilə təsdiq olunmuş * №-li Siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filiala təqdim etdiyiniz sənədlərdə ##.##.1984-##.##.2001-ci il tarixləri arasındakı dövr ərzində Elm və Təhsil Naziliyinin Fizika Institutunda kiçik elmi işçi və böyük elmi işçi vəzifələrində işlədiyiniz qeyd olunmuşdur. Bununla əlaqədar, iş stajınıza dair məlumatların yerində dəqiqləşdirilməsi zamanı işlədiyiniz sahənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli *** nömrəli Qərarı ilə təsdiq olunmuş * №-li Siyahıda nəzərdə tutulan sahələrə deyil, * №-li Siyahının radioaktiv maddələrlə, ionlaşdırma şüalar mənbələri ilə və berulliumla işlər (XXXII) bölməsində müəssisələrdə, elmi-tədqiqat institutlarında, laboratoriyalarda, konstruktor və təcrübə-konstruktor təşkilatlarında işlər yarımbölməsində (2330200) nəzərdə tutulan sahələrə uyğun olduğu müəyyən edilib. Bu səbəbdən də # ###### 2006-cı il tarixinədək * №-li Siyahı üzrə Sizin güzəştli iş stajınız yoxdur. Qeyd olunanları nəzərə alaraq, sizə ödənilən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ərizənizdə göstərilən əsaslarla yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Iş materiallarında olan Azərbaycan Milli Elmlər X6 ##.##.2023-cü il tarixli ***-**/*** nömrəli arayışında göstərilmişdir ki, İddiaçı həqiqətən AMEA Fizika Institutunun (Azərbaycan Respublikası Prezidentinin ## #### 2022-ci il tarixli Fərmanı ilə AMEA X1 və Təhsil Nazirliyinin tabeliyinə verilərək Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Fizika Insitututu adlandırılmışdır) ** saylı "Yarımkeçirici materiallar" laboratoriyasında ##.##.1978-ci ildən ##.##.1978-ci ilə qədər (əmr №***/k, ##.##.1978-ci il) baş laborant, ##.##.1978-ci ildən ##.##.1978-ci ilə qədər (əmr N№***/k, ##.##.1978-ci il) stajor tədqiqatçı işləmiş, ##.##.1978-ci il tarixində P.A.Lebedev adına Fizika Institutunun "Bərk cisimlər fizikası" laboratoriyasında təcrübə üçün ezam edilmişdir (əmr №***/k, ##.##.1980-ci il). ##.##.1980-ci ildə aspiranturaya qəbul olunduğu üçün işdən azad olunmuşdur (əmr №***/k, ##.##.1980-ci il). ##.##.1984-cü ildən ##.##.2001-ci ilə qədər "Lazer spektroskopiyası" labratoriyasında (əmr №***/k, ##.##.1984-cü il, əmr №***/k, ##.##.1988-ci il, əmr №***/k, ##.##.1993-cü il) uyğun olaraq kiçik elmi işçi, böyük elmi işçi vəzifələrində işləmiş və ##.##.2001-ci ildə (əmr №***/k, ##.##.2001-ci il) öz xahişi ilə işdən azad olunmuş və ##.##.2023-cu il tarixə kimi əvəzçiliklə aparıcı elmi işçi vəzifəsində işləmişdir. ##.##.2023cü ildən hal-hazıradək "Bərk cisimlərdə rezonans hadisələri" laboratoriyasında (əmr № **/k ##.##.2023-cü il) əsas işçi kimi 0.5 ştatla aparıcı elmi işçi vəzifəsində işləyir. İddiaçı ##.##.1984-cü il tarixdən ##.##.2001-ci il müddətdə yüksək ixtisaslı mütəxəssis kimi çalışdığı laboratoriyalarda xüsusi kimyəvi maddələrlə daimi məşğul olmuş, o cümlədən işiq tərkiblilər, qurğuşun, civə, xrom, onların oksidləri, birləşmələrinin maddələri; selen, tellur, selenli, misli, sinkli birləşmələr; kükürd-karbon, kobalt, indium, qalay, qallium və onların mürəkkəb birləşmələri və törəmələrinin sintezi və monokristallarının alınması, mexaniki və kimyəvi üsullarla emalı, güclü şüalanma və ionlaşdırma mənbələri, radioaktiv maddələr, nadir torpaq elementləri ilə məşğul olmuş, qamma qurğularında (kobaltın radiaktiv izotopu Co60) tədqiqat, rentgen şüalarının və elektron selinin bu birləşmələrin fiziki xassələrinə təsiri, rentgenstruktur analiz və radiasiya zərərliyi şəraitində istismar, təmir, sazlama və eksperiment işləri ilə məşğul olmuşdur. Iş materiallarında olan Azərbaycan Milli Elmlər X6 ##.##.2024-cü il tarixli ***-**/** nömrəli “İddiaçı güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” arayışda göstərilmişdir ki, İddiaçı “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən peşədə (vəzifədə) Elm və Təhsil Nazirliyinin Fizika Institutunda (əvvəlki AMEA Fizika Institutu) ##.##.1984-cü ildən ##.##.2001-ci ilə qədər (əmr №***/k, ##.##.1984-cü il: əmr №***/k, ##.##.1988-ci il; əmr №***/k, ##.##.1993-cü il; əmr 142/k, ##.##.2000-ci il) kiçik elmi işçi, böyük elmi işçi vəzifələrində işləmişdir. Işlədiyi vəzifələr üzrə ##.##.1978-cü ildən ##.##.2006-ci ilə qədər sosial sığorta (əmək) stajı 26 il 4 ay və zərərli şəraitdə işlədiyi işlərdə (##.##.1984-##.##.2001-ci illər) sosial sığorta (əmək) stajı 17 il 4 ay 9 gün olmuşdur. İddiaçı ##.##.1984-cü ildən ##.##.2001-ci ilə qədər yüksək ixtisaslı mütəxəssis kimi Fizika Institutunda işlədiyi müddətdə tam iş günü ərzində laboratoriyada xüsusi kimyəvi maddələrlə daimi məşğul olmuş, o cümlədən, işiq tərkiblilər, qurğuşun, civə, xrom, onların oksidləri, birləşmələrinin maddələri; selen, tellur, selenli, misli, sinkli birləşmələr, kükürd-karbon, kobalt, indium, qalay, qallium və onların mürəkkəb birləşmələri və törəmələrinin sintezi və monokristallarının alınması, mexaniki və kimyəvi üsullarla emalı, güclü şüalanma və ionlaşdırma mənbələri, radioaktiv maddələr, nadir torpaq elementləri ilə məşğul olmuş, qamma qurğularında (kobaltın radiaktiv izotopu Co60) tədqiqat, rentgen şüalarının və elektron selinin bu birləşmələrin fiziki xassələrinə təsiri, rentgenstruktur analiz və radiasiya zərərliyi şəraitində istismar, təmir, sazlama və eksperiment işləri ilə daim və bilavasitə məşğul olmuşdur. İddiaçı vəzifəsinə görə tam iş günü ərzində xüsusi zərərli şəraitdə işlədiyinə görə gündəlık süd məhsulları ilə təmin olunmuşdur. Gündəlik iş vaxtı 7 saat 12 dəqiqə olmuşdur. İddiaçı daimi olaraq tam iş günü ərzində yerinə yetirdiyi yuxarıda sadalanan işlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1993-cü il tarixli *** saylı qərarı ilə təsdiq olunmuş * saylı Siyahısının VIII bölməsinin 1-ci bəndinin (1080A00- 17541, 1080A010) və XXII bölməsinin 1-ci bəndinin (12201000, 12202000-1754a) və 2-ci bəndinin (12202000, 12202000-17541) göstəricilərinə tam uyğundur. Iş materiallarında olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Fizika Institutu tərəfindən məhkəməyə ünvanlanmış ##.##.2024-cü il tarixli ***-**/*** nömrəli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Fizika Institutuna ünvanlanmış va Institutun əməkdaşı İddiaçı Oli oğlunun 1984-2001-ci illər aralığında Fizika Institutunda işlədiyi dövr ərzində əmək fəaliyyəti, işlədiyi vəzifənin (peşələrin) vəzifə təlimatının təsdiq olunmuş surərlərinin məhkəməyə təqdim edilməsi barədə ## #### 2024cü il tarixli *-*(***)-*****/**** nömrəli Sorğunuza baxılmışdır. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2002-ci il tarixli ** saylı Qərarı ilə Azərbaycan Milli Elmlər Akademiyasının H.Abdullayev adına Fizika Institutunun va Fotoelektronika Institutunun bazasında Azərbaycan Milli Elmlər X6 yaradılmışdır. İddiaçı 1984-2001-ci illər aralığında H.Abdullayev adına Fizika Institutunda işləmiş və ##.##.2001ci il tarixdə öz xahişi ilə işdən azad edilmişdir. İddiaçı ##.##.2001-ci il tarixdən ##.##.2011ci il tarixlərdə Bakı şəhər Icra Hakimiyyəti Aparatında işləmişdir. ##.##.2023-cü il tarixdən isə hal-hazıra kimi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Fizika Institutunun ** saylı "Bərk cisimlərdə rezonas hadisələri" laboratoriyasında əsas işçi kimi 0,5 stat 16-cı dərəcə ilə aparıcı elmi işçi vəzifəsində işləyir. Tərəfinizdən təqdim olunan sorğu məktubunda İddiaçı 1984-2001-ci illərdə H.Abdullayev adına Fizika Institutunda işlədiyi vəzifənin (və ya vəzifələrin) zərərli hesab edilib-edilməməsi barədə təfsilatı məlumatların verilməsi hazırki Fizika Institutunda olan mövcud sənədlərdə əks olunmadığı üçün hazırlanması və təqdim olunması imkan xaricindədir. Digər məlumatlar barədə hansılar ki, Fizika Institunun səlahiyyətləri daxilində olan məlumatlar ##.##.2024-cü il tarixda ***-**/** nömrəli arayış DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim olunmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (##.##.2022-ci ilədək olan redaksiyası). Həmin Qanunun 9.8-ci bəndinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir (##.##.2022-ci ilədək olan redaksiyası). «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli *** nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Məhkəmə qeyd edir ki, «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi ##.##.2006-cı il tarixədək qazanmış olsunlar. ##.##.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» və «b» bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan * nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. ##.##.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə ## #### 1997-ci il tarixli ***-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997ci il ######un #-dən başlayaraq 2000-ci il ######un #-dək hər il altı ay artırılır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya 52 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün onun ##.##.2006-cı il tarixədək 20 ildən çox ümumi iş stajı olmalı və bundan 10 ildən çoxunu Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli *** saylı Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * №-li Siyahısı”nda nəzərdə tutulan peşə və ya vəzifədə işləməlidir. Işin faktiki halları ondan ibarətdir ki, iddiaçı İddiaçı ##.##.1956-cı il təvəllüdlüdür. Iş materiallarında olan iddiaçı İddiaçı məxsus pensiya işində olan sənədlərdən görünür ki, iddiaçı tərəfindən ##.##.2024-cü il tarixli cavabdehə ünvanlanmış ərizədə iddiaçı ona 2004- 2005-ci illərin orta əmək haqqına əsasən ## ### 2006-cı ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təmin edilməsini və həmin tarixdən indiyə kimi istifadə olunmamış pensiya kapitalını 72-yə bölərək pensiyanın yenidən hesablanmasını xahiş etmişdir. Iddiaçıya 57 yaşının tamam olduğu ## ### 2013-cü il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Bu zaman iddiaçıya "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin # #### 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən ##.##.2006-cı il tarixinədək olan iş stajının hər tam ilinə 170 manat götürülməklə, ##.##.2006-cı il tarixindən sonrakı dövrə fərdi hesabın sığorta hissəsində toplanan (pensiya hüququnun yarandığı günədək) pensiya kapitalının cəmindən və həmin dövrdə baza hissə toplanmaqla pensiya hesablanmışdır. Hazırda iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli *** nömrəli Qərarı ilə təsdiq olunmuş * №-li Siyahı ilə ##.##.2009-cu il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini, bu zaman qüvvədə olmuş normalar rəhbər tutulmaqla ona son 24 ayın (##.##.2007-##.##.2009-cu il) orta əmək haqqına əsasən pensiya hesablanmasını və həmin tarixdən hesablanaraq ödənilməsini mübahisələndirir. Cavabdehin mövqeyinə görə isə iddiaçının işlədiyi sahə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli *** nömrəli Qərarı ilə təsdiq olunmuş * №-li Siyahıda nəzərdə tutulan sahələrə deyil, * №-li Siyahının radioaktiv maddələrlə, ionlaşdırma şüalar mənbələri ilə və berulliumla işlər (XXXII) bölməsində müəssisələrdə, elmi-tədqiqat institutlarında, laboratoriyalarda, konstruktor və təcrübə-konstruktor təşkilatlarında işlər yarımbölməsində (2330200) nəzərdə tutulan sahələrə uyğun olduğundan onun # ###### 2006-cı il tarixinədək * №-li Siyahı üzrə güzəştli iş stajı yoxdur. Iş materiallarında olan sənədlərlə müəyyən edilir ki, iddiaçı ##.##.2006-cı il tarixədək 20 ildən çox ümumi iş stajına malikdir və bu, cavabdeh tərəfindən də mübahisələndirilmir. Güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajı ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının işlədiyi müəssisə - Azərbaycan Milli Elmlər X6 ##.##.2024-cü il tarixli ***-**/** nömrəli arayışında iddiaçının ##.##.1978-cü ildən ##.##.2006-ci ilə qədər sosial sığorta (əmək) stajının 26 il 4 ay təşkil etməsini və bundan 17 il 4 ay 9 gün stajın isə (##.##.1984-##.##.2001-ci illər) zərərli şəraitdə işlədiyi güzəştli iş stajı olduğunu qeyd etmişdir. Həmin arayışında işəgötürən təsdiq edir ki, iddiaçı ##.##.1984-cü ildən ##.##.2001-ci ilə qədər yüksək ixtisaslı mütəxəssis kimi Fizika Institutunda işlədiyi müddətdə tam iş günü ərzində laboratoriyada xüsusi kimyəvi maddələrlə daimi məşğul olmuş, o cümlədən, işiq tərkiblilər, qurğuşun, civə, xrom, onların oksidləri, birləşmələrinin maddələri; selen, tellur, selenli, misli, sinkli birləşmələr, kükürd-karbon, kobalt, indium, qalay, qallium və onların mürəkkəb birləşmələri və törəmələrinin sintezi və monokristallarının alınması, mexaniki və kimyəvi üsullarla emalı, güclü şüalanma və ionlaşdırma mənbələri, radioaktiv maddələr, nadir torpaq elementləri ilə məşğul olmuş, qamma qurğularında (kobaltın radiaktiv izotopu Co60) tədqiqat, rentgen şüalarının və elektron selinin bu birləşmələrin fiziki xassələrinə təsiri, rentgenstruktur analiz və radiasiya zərərliyi şəraitində istismar, təmir, sazlama və eksperiment işləri ilə daim və bilavasitə məşğul olmuş, daimi olaraq tam iş günü ərzində yerinə yetirdiyi yuxarıda sadalanan işlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1993-cü il tarixli *** saylı qərarı ilə təsdiq olunmuş * saylı Siyahının VIII bölməsinin 1-ci bəndinin (1080A00-17541, 1080A010) və XXII bölməsinin 1-ci bəndinin (12201000, 12202000-1754a) və 2-ci bəndinin (12202000, 12202000-17541) göstəricilərinə tam uyğundur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli *** nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli Siyahısı»: - VIII. Kimya istehsalatı. 1080A00—17541 A. Tam iş günü aşağıda sadalanan istehsalatlarda və işlərdə məşğul olan kimya müəssisələrinin və neft kimya sənayesi sahələrinin fəhlələri, rəhbərləri və mütəxəssisləri. - XXII. Radioaktiv maddələrlə, ionlaşdırıcı şüa mənbələri, berillium və nadir torpaq elementləri ilə işlər. 12201000 - 1. Müəssisələrdə, elmi tədqiqat institutlarında, laboratoriyalarda, konstruktor və təcrübə-konstruktor təşkilatlarında və tibb idarələrində işlər. 12201000—1754a radiasiya və ya berillium zərərliyi şəraitində təcrübə, təcrübəistehsalat və böyüdülmüş laboratoriya qurğularında, radioaktiv xammalın təcrübə sexlərində, sənaye üsulu ilə texnoloji prosesin emalı və təkmilləşdirilməsində, atom enerjisi sənayesinii istifədəsində, radioaktiv maddələrin, berillium və ondan hazırlanan məmulatların radioaktiv maddələrin sənaye və təcrübə yolu ilə əldə edilməsi ilə daim məşğul olan fəhlələr, rəhbərlər və mütəxəssislər. 12202000 - 2. Şüalandırıcıların aktivliyi 5x100 küri və daha çox olan güclü izotop şüalandırıcı qammaqurğularında tədqiqat, nəqliyyat, təcrübə-sənaye atom reaktorlarında, onların prototiplərində və kritik yığılmalarında və impuls reaktorlarında təcrübə, istilik-nüvə qurğularında işlər. 12202000—17541 adiasiya zərərliliyi şəraitində istismar, təmir, sazlama və eksperiment işləri ilə daim və bilavasitə məşğul olan fəhlələr, rəhbərlər və mütəxəssislər. Göründüyü kimi, iddiaçının işlədiyi sahə və vəzifələr qeyd olunan Siyahıya uyğundur və ##.##.2006-cı il tarixədək iddiaçının qeyd olunan güzəştli iş stajı 10 ildən çoxdur. Iddiaçı tərəfindən təqdim edilmiş ona güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışında da iddiaçının işlədiyi həmin sahə və vəzifələrin qeyd olunan Siyahıda göstərilən sahə və vəzifələrə uyğun olduğu təsdiq edilmişdir. Cavabdeh isə həmin peşələrin * №-li Siyahıda nəzərdə tutulan sahələrə deyil, * №-li Siyahıda nəzərdə tutulan sahəyə uyğun olduğunu bildirsə də, bunu əsaslandıra bilməmiş və əksini sübut edən sənədləri məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, iddiaçının ## ###### 2006-cı il tarixə kimi 20 ildən artıq ümumi əmək stajı olduğuna və onun 10 ildən artıq müddətini güzəştli şərtlərlə pensiya hüququ verən sahə və vəzifələrdə işlədiyinə görə onun 52 yaşından (##.##.2008-ci ildən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçının * nömrəli Siyahı ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu əldə etməsi ##.##.2010-cu il tarixdən əvvəlki dövrə təsadüf edir, belə olan halda iddiaçı qanuna müvafiq dəyişikliyin edildiyi ##.##.2010-cu il tarixədək qazanılmış pensiya hüququ əldə etdiyindən, onun pensiyası pensiya hüququnun yarandığı dövrdə qüvvədə olmuş qaydalara uyğun, yəni “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci və 27.1-ci maddələrinə əsasən orta əmək haqqına əsasən yenidən hesablanmalı və yaranmış fərq ödənilməlidir (iddia tələbinə uyğun olaraq ##.##.2009-cu il tarixdən pensiya təyin edilməsi və bu zaman həmin tarixdən əvvəlki 24 ayın ##.##.2007- ##.##.2009-cu il üzrə orta əmək haqqına əsasən hesablanması). Eyni zamanda qeyd olunmalıdır ki, həmin dövrdə qüvvədə olan qanunvericilik normalarında güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün pensiya kapitalının olması tələbi müəyyən edilməmişdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Qeyd olunan Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Məhkəmə kollegiyası qeyd edir ki, sadalanan normaların tələblərinə əsasən iddiaçının ##.##.2009-cu il tarixdən yaranmış pensiya məbləğinin hesablanaraq birdəfəlik ödənilməsi tələbi əsassızdır. Birinci instansiya məhkəməsi haqlı olaraq yaranmış fərqin pensiya təyin edilməsi üçün iddiaçının müraciət etdiyi ##.##.2024-cü il tarixdən əvvəlki 3 il üçün hesablanaraq ödənilməsi qənaətinə gəlmişdir və belə mövqe sadalanan normaların tələblərinə uyğundur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, həm iddiaçı, həm də cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ##### 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3710/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3710/2025
08.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver