Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3714/2025 09.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “çıxarışın verilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X5 (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, Nizamlı Aygün Ülviyyət qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi və fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, çıxarışın verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1393/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İŞİN HALLARİ
1. Bakı İnzibati Məhkəməsinin sorğusuna əsasən Dövlət Arxivinin Bakı Fililalı tərəfindən təqdim olunmuş: - Bakı şəhəri Sabunçu rayon Bakıxanov bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2007- ci il tarixli məktubdan görünür ki, Bakıxanov bələdiyyəsi yuxarıda göstərilənləri nəzərə alaraq, Bakıxanov qəsəbəsi, 4094 məhəllə, 3 saylı evin arxa hissəsində 120.0 m2 torpaq sahəsini alqı-satqı edərək, vətəndaş İddiaçı mülkiyyətinə verilməsinə münasibət bildirməsi üçün məktubla Sabunçu Rayon İcra Hakimiyyətinin başçısına müraciət etmişdir. - Sabunçu rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli məktubunda bildirilmişdir ki, vətəndaş İddiaçı Bakıxanov qəsəbəsi, 4094-cü məhəllə, 3 saylı evin arxa tərəfində uzun müddət bağ kimi istifadə etdiyi 120,0 m2 torpaq sahəsinin orada mühəndis qurğularının (elektrik, qaz, su, kanalizasiya, telefon, və. s) mövcudluğunu rayonun müvafiq təsərrüfatları ilə razılaşdırılaraq «Bələdiyyələr haqqında»kı mövcud qanunun tələblərinə uyğun olaraq sənədləşdirilməsinə etiıaz olunmur. - Bakı şəhəri Sabunçu rayonu Bakıxanov Bələdiyyəsi İqtisad-İnkişaf Daimi Komissiyasının xx.xx.2007-ci il tarixli qərarına sasən Bakıxanov qəsəbəsi, 4094 məhələ, 3 saylı evin arxa hissəsində 120 kv.m torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. - Bakı şəhəri Sabunçu Rayonu Bakıxanov Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 92 nömrəli qərarı ilə Bakıxanov qəsəbəsi, 4094 məhəllə, 3 saylı evin arxa hissəsində vət. İddiaçı uzun müddət istifadə etdiyi 120.0 kv. m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı edilərək, mülkiyyətinə verilməklə, G.M. Kərimovaya satılmışdır (1 kv.m üçün 3.20 manat ödəmək şərtilə). - Torpaqların alqı-satqısına dair aktdan görünür ki, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 92 nömrəli qərarı ilə ayrılmış torpaq sahəsi İddiaçı əvvəlcədən 384.00 manat haqq müqabilində satılmışdır. - Bakı şəhəri Sabunçu rayonu Bakıxanov bələdiyyəsinin xx.xx.2007-ci il tarixli protokolundan çıxarışa əsasən Sabunçu rayon İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli, 1/543 saylı razılıq məktubunu nəzərə alaraq, vət.İddiaçı 4094 məhəllə 3 saylı evin arxa hissəsində fərdi yaşayış evinin tikintisi üçün 120 kv.m torpaq sahəsinin alqı-satqı edilərək, onun adına sənədləşdirilməsi qərara alınmışdır.
2. Cavabdeh tərəfindən sorğuya cavab məktubu ilə təqdim olunmuş: - Seriya MA № ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, məhəllə 4094, 3 saylı evin arxa hissəsində yerləşən torpaq sahəsi üzərində X8 xüsusi mülkiyyət hüquqları qeydə alınmışdır. (alqı-satqı müqaviləsinə və torpaq sahəsinin ilkin mülkiyyətçiyə ayrılması barədə Sabunçu rayon Bakıxanov Bələdiyyəsinin xx.xx.2006cı il tarixli sərəncamına əsasən) - Seriya RX № ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən torpaq sahəsi üzərində X4 xüsusi mülkiyyət hüquqları qeydə alınmışdır. (Əsas: 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2(81)-3382/2014 nömrəli qərarı ilə torpaq sahəsi üzərində mülkiyyət hüququ qeydiyyata alınmasa da, torpaq sahəsi üzərində bələdiyyə qərarı ilə istifadə hüququ tanınmışdır)
3. Cavabdeh tərəfindən verilmiş mütəxəssis rəyi ilə bildirilmişdir ki, göstərilən torpaq sahəsi faktiki olaraq 137.7 kv.m təşkil edir. Torpaq sahəsi üzərində ümumi sahəsi 108.5 kv.m olan yaşayış evi (4 otaq yaşayış sahəsi 65.8 kv.m) mövcuddur. Tikili qeyd olunan "xxxx" MMC tərəfindən tərtib edilmiş memarlııq və planlaşdırma bölməsinə uyğundur. Tikilinin 7.0 metr aralı məsafəsində 5 mərtəbəli yaşayış binası, 16.0 m aralı məsafəsində 7 mərtəbə+mansard olan yaşayış binası və 2.0 m aralı məsafədə isə 2 mərtəbəli yaşayış binası mövcuddur. Vahid elektron kadastr baza məlumatlarına əsasən daşınmaz əmlak yaşayış binasının qarşısında ətrafda yaşıllıq ağacları olan ərazidə yerləşir. Tikili 2008-ci il tarixli ortofotoda müşahidə olunur. Bələdiyyələrin təsdiqlənmiş sərhədləri olmadığından, bələdiyyə ərazisi olub-olmadığını araşdırmaq mümkün olmadı. Göstərilən sahə “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aiddir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTİ
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 4094 məhəllə, 3 saylı binanın arxa hissəsində yerləşən 120 kv.m torpaq sahəsinə və üzərində yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququnu tanıyaraq, buna dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçının nümayəndəsi və vəkili sonradan məhkəməyə ərizə təqdim edərək “Bakı şəhəri Sabunçu rayonu Bakıxanov bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 92 nömrəli qərarı ilə ayrılmış Bakıxanov qəsəbəsi, 4094 məhəllədə, 3 saylı evin arxa hissəsində yerləşən, 120 kv.m torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin üzərində İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın verilməsi və qeyd olunan torpaq sahəsinə dair texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi”ni xahiş etmişdir. Məhkəmənin müvafiq qərardadı ilə iddianın dəqiqləşdirilməsinə dair ərizə icraata qəbul edilmişdir.
6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən 4094-cü məhəllədə olan 3 saylı binanın arxasında yerləşən bağ sahəsi kimi istifadə olunmuş torpaq sahəsi uzun müddət iddiaçının istifadəsində olmuşdur. Həmin torpaq sahəsinin uzun müddət onun istifadəsində olmasını nəzərə alaraq o, həmin torpaq sahəsini sənədləşdirmək istəmişdir. Təxminən 2007-ci ilin əvvəllərində, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov bələdiyyəsinə müraciət etmişdir. Oradan ona bildirilmişdir ki, həmin torpaq sahəsi ona satıla bilər. Buna görə də ilk əvvəl Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti ilə razılaşdırma aparılmalıdır. Bir müddət sonra, ona bildirilmişdir ki, Bələdiyyənin müraciəti əsasında, Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti, qeyd olunan torpaq sahəsinin ona satılmasına razılıq vermişdir. Bundan sonra, qeyd olunan torpaq sahəsinin iddiaçıya satılmasına dair akt tərtib olunmuşdur. Həmçinin, Bakı şəhəri Sabunçu rayon Bakıxanov bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 92 saylı qərarı ilə, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən 4094-cü məhəllədə olan 3 saylı binanın arxasında yerləşən, fərdi yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş 120 kv.m torpaq sahəsi ona ayrılmışdır. İddiaçı hazırda daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qeydiyyatını həyata keçirmək məqsədilə cavabdehə müraciət etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur.
7. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. Etiraz onunla əsaslandırılmışdır ki, sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, təqdim olunmuş torpaqların alqı-satqısına dair akt Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanının həmin dövrdə qüvvədə olan bəndinə əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməmişdir. Həmçinin torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəddə (yerləşmə cizgisi) bələdiyyə qərarına istinad edilməmiş, o cümlədən cizgidə istinad məsafələri qeyd edilməmiş, perimetrik ölçü və konfiqurasiyada fərqlər olduğundan sənədin göstərilən sahəyə aid olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Bundan əlavə elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsinin bələdiyyə ərazisi olması barədə bazada məlumat aşkar edilməmişdir, dövlət mülkiyyəti torpağıdır. Qeyd olunanlarla yanaşı idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman sahənin çoxmərtəbəli yaşayış binalarının həyətində ümumi istifadədə olan yaşıllıq ərazisində yerləşdiyi müəyyən edilmişdir.
9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1393/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir.
10. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının iddia etdiyi torpaq sahəsinin hər hansı fiziki və ya hüquqi şəxsin mülkiyyətində, yaxud qanuni istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşməsinə dair sübut təqdim edilməmişdir. Torpaq sahəsinin ölçülərinin, konfiqurasiyası ilə yerləşmə cizgisindəki uyğunsuzluq varsa belə, bu iddiaçının məsuliyyət sferasına aid olan məsələ deyil və bu uyğunsuzluğun müvafiq şərtlər daxilində aradan qaldırılması birbaşa cavabdeh inzibati orqanın səlahiyyətlərindədir. Belə ki, yuxarıda istinad olunan “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”ndən göründüyü kimi yerquruluşu işləri aparılmaqla və qüvvədə olan qanunvericiliyin tələblərinə müvafiq qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqları aradan qaldırılmaqla rəsmiləşdirmək cavabdehin səlahiyyətinə aiddir.
11. Məhkəmə cavabdehin iddia olunan torpaq sahəsinin dövlət mülkiyyəti torpağı olmasına dair dəlilinə münasibətdə qeyd etmişdir ki, cavabdeh göstərilən məsələlərlə əlaqədar heç bir dəlil təqdim etməmiş, öz arqumentlərinin əsaslığını sübuta yetirə bilməmişdir. Əksinə, cavabdehin məhkəmə sorğusuna cavab olaraq təqdim etdiyi sənədlərdən iddiaçının qonşuluğunda yerləşən torpaq sahələri üzərində ayrı-ayrı şəxslərin adına hüquqların dövlət qeydiyyatına alındığı müəyyən edilmişdir. Xüsusi ilə qeyd edilməlidir ki, mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış torpaq sahələrinin ilkin hüquqmüəyyənedici sənədi iddiaçı da olduğu kimi bələdiyyə qərarı çıxış etmişdir. Nə qədər ki, cavabdeh bələdiyyə qərarı əsasında başqa şəxsin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını həyata keçirirsə, bərabər münasibət iddiaçıya münasibətdə də göstərilməli, onun da hüququ dövlət qeydiyyatına alınmalıdır.
12. Göründüyü kimi cavabdeh tərəf mübahisələndirilən torpaq sahəsinin ayrılan vaxt bələdiyyənin mülkiyyətində olmadığını iddia etsə də, iddia olunan torpaq sahəsi ilə qonşuluğunda yerləşən digər torpaq sahələrinin ayrılması məhz eyni bələdiyyə tərəfindən qəbul edilmiş qərarlar əsasında həyata keçirilmiş, nəticə etibarilə həmin sahələrdən birinə dair şəxsin mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış, digər şəxsə münasibətdə isə müvafiq məhkəmə qərarı ilə istifadə hüquqları tanınmışdır. Eyni zamanda, məsələ ilə bağlı əhəmiyyət kəsb edən mühüm hallardan biri də Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının rəsmi razılıq məktubudur. Sözügedən sənəddə qeyd olunan mövqedə açıq şəkildə mübahisələndirilən torpaq sahəsinin bələdiyyə ərazi sərhədləri daxilində yerləşdiyi təsdiq edilmişdir.
13. Belə olan halda, cavabdeh inzibati orqanın bu dəlili təkzib edilir və cavabdehin iddiaçı ilə analoji hüquqi vəziyyətdə olan şəxslərin mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması ilə bağlı inzibati praktikası artıq mövcuddur. Ancaq cavabdeh tələbi eyni faktiki və hüquqi əsaslara söykənən iddiaçının eyni ərazidə yerləşən daşınmaz əmlak üzərində hüququnun qeydiyyatına dair müraciətinin təmin edilməsindən imtina etmiş, bununla da bərabərlik (bərabər yanaşma) prinsipini pozmuşdur
14. Cavabdeh apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1393/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ
b) Apellyasiya şikayətinin dəlilləri
15. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazın dəlilləri ilə oxşarlıq təşkil edir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
d) Prosses iştirakçılarının izahatları
17. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu:
8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.10-1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə - tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir.
19. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu:
68.1. Qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda.
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:
Maddə 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2.məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydalarla əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələrini) və faktlar (faktiki halları) da nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarı tam olaraq yoxlanılır.
23. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı birinci instansiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
26. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının iddia tələbi ilə bağlı məsələ birinci instansiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
27. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
28. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
29. Avropa İnsan hüquqları Məhkəməsinin həmin mövqeyinə uyğun olaraq apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla belə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
30. İddia tələbinin mahiyyəti və apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir:
31. İş materiallarına əsasən müəyyən edilmişdir ki, Bakı şəhəri Sabunçu rayon Bakıxanov bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2007- ci il tarixli məktubdan görünür ki, Bakıxanov bələdiyyəsi yuxarıda göstərilənləri nəzərə alaraq, Bakıxanov qəsəbəsi, 4094 məhəllə, 3 saylı evin arxa hissəsində 120.0 m2 torpaq sahəsini alqı-satqı edərək, vətəndaş İddiaçı mülkiyyətinə verilməsinə münasibət bildirməsi üçün məktubla Sabunçu Rayon İcra Hakimiyyətinin başçısına müraciət etmişdir. 32.Sabunçu Rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli məktubunda bildirilmişdir ki, vətəndaş İddiaçı Bakıxanov qəsəbəsi, 4094-cü məhəllə, 3 saylı evin arxa tərəfində uzun müddət bağ kimi istifadə etdiyi 120,0 m2 torpaq sahəsinin orada mühəndis qurğularının (elektrik, qaz, su, kanalizasiya, telefon, və. s) mövcudluğunu rayonun müvafiq təsərrüfatları ilə razılaşdırılaraq «Bələdiyyələr haqqında»kı mövcud qanunun tələblərinə uyğun olaraq sənədləşdirilməsinə etiıaz olunmur.
33. Bakı şəhəri Sabunçu rayonu Bakıxanov Bələdiyyəsi İqtisad-İnkişaf Daimi Komissiyasının xx.xx.2007-ci il tarixli qərarına sasən Bakıxanov qəsəbəsi, 4094 məhələ, 3 saylı evin arxa hissəsində 120 kv.m torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir.
34. Bakı şəhəri Sabunçu Rayonu Bakıxanov Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 92 nömrəli qərarı ilə Bakıxanov qəsəbəsi, 4094 məhəllə, 3 saylı evin arxa hissəsində vət. İddiaçı uzun müddət istifadə etdiyi 120.0 kv. m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı edilərək, mülkiyyətinə verilməklə, G.M. Kərimovaya satılmışdır (1 kv.m üçün 3.20 manat ödəmək şərtilə).
35. Torpaqların alqı-satqısına dair aktdan görünür ki, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 92 nömrəli qərarı ilə ayrılmış torpaq sahəsi İddiaçı əvvəlcədən 384.00 manat haqq müqabilində satılmışdır.
36. Bakı şəhəri Sabunçu rayonu Bakıxanov bələdiyyəsinin xx.xx.2007-ci il tarixli protokolundan çıxarışa əsasən Sabunçu rayon İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli, 1/543 saylı razılıq məktubunu nəzərə alaraq, vət.İddiaçı 4094 məhəllə 3 saylı evin arxa hissəsində fərdi yaşayış evinin tikintisi üçün 120 kv.m torpaq sahəsinin alqı-satqı edilərək, onun adına sənədləşdirilməsi qərara alınmışdır.
37. Seriya MA № ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, məhəllə 4094, 3 saylı evin arxa hissəsində yerləşən torpaq sahəsi üzərində X8 xüsusi mülkiyyət hüquqları qeydə alınmışdır. (alqı-satqı müqaviləsinə və torpaq sahəsinin ilkin mülkiyyətçiyə ayrılması barədə Sabunçu rayon Bakıxanov Bələdiyyəsinin xx.xx.2006cı il tarixli sərəncamına əsasən)
38. Seriya RX № ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən torpaq sahəsi üzərində X4 xüsusi mülkiyyət hüquqları qeydə alınmışdır. (Əsas: 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2(81)-3382/2014 nömrəli qərarı ilə torpaq sahəsi üzərində mülkiyyət hüququ qeydiyyata alınmasa da, torpaq sahəsi üzərində bələdiyyə qərarı ilə istifadə hüququ tanınmışdır)
39. Cavabdeh tərəfindən verilmiş mütəxəssis rəyi ilə bildirilmişdir ki, göstərilən torpaq sahəsi faktiki olaraq 137.7 kv.m təşkil edir. Torpaq sahəsi üzərində ümumi sahəsi 108.5 kv.m olan yaşayış evi (4 otaq yaşayış sahəsi 65.8 kv.m) mövcuddur. Tikili qeyd olunan "xxxx" MMC tərəfindən tərtib edilmiş memarlııq və planlaşdırma bölməsinə uyğundur. Tikilinin 7.0 metr aralı məsafəsində 5 mərtəbəli yaşayış binası, 16.0 m aralı məsafəsində 7 mərtəbə+mansard olan yaşayış binası və 2.0 m aralı məsafədə isə 2 mərtəbəli yaşayış binası mövcuddur. Vahid elektron kadastr baza məlumatlarına əsasən daşınmaz əmlak yaşayış binasının qarşısında ətrafda yaşıllıq ağacları olan ərazidə yerləşir. Tikili 2008-ci il tarixli ortofotoda müşahidə olunur. Bələdiyyələrin təsdiqlənmiş sərhədləri olmadığından, bələdiyyə ərazisi olub-olmadığını araşdırmaq mümkün olmadı. Göstərilən sahə “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aiddir.
40. İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 4094 məhəllə, 3 saylı binanın arxa hissəsində yerləşən 120 kv.m torpaq sahəsinə və üzərində yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququnu tanıyaraq, buna dair çıxarışın verilməsi ilə bağlı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir.
41. Cavabdehin xx.xx.2024-cü il tarixli, 3-21-3/02/2-K-0011-8/2024 nömrəli imtina məktubu ilə iddiaçıya bildirmişdir ki, təqdim olunmuş torpaqların alqı-satqısına dair akt Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanının həmin dövrdə qüvvədə olan bəndinə əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməmişdir. Həmçinin torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəddə (yerləşmə cizgisi) bələdiyyə qərarına istinad edilməmiş, o cümlədən cizgidə istinad məsafələri qeyd edilməmiş, perimetrik ölçü və konfiqurasiyada fərqlər olduğundan sənədin göstərilən sahəyə aid olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Bundan əlavə elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsinin bələdiyyə ərazisi olması barədə bazada məlumat aşkar edilməmişdir, dövlət mülkiyyəti torpağıdır. Qeyd olunanlarla yanaşı idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman sahənin çoxmərtəbəli yaşayış binalarının həyətində ümumi istifadədə olan yaşıllıq ərazisində yerləşdiyi müəyyən edilmişdir.
42. Məhkəmə kollegiyası qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinə istinadla qanunla müəyyən edilmiş qaydada bələdiyyə tərəfindən bələdiyyəyə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair qəbul olunmuş akt əsasında mübahisəli torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının qeydiyyatı aparılması üçün onun tərəfindən təqdim edilmiş hüquq müəyyənedici sənədlərin mövcudluğu, mötəbərliyi və hüquqi qüvvəsini saxlaması müəyyən olunmalıdır. Tərəflər arasında bununla bağlı mübahisə olduqda, məhkəmə sözügedən məsələni lazımi qaydada araşdırmalı və qiymətləndirməlidir.
43. Bələdiyyə qərarından görünür ki, mübahisəli torpaq sahəsi həmin qərarla iddiaçıya ayrılmış, torpaqların alqı-satqısına dair aktdan görünür ki, həmin torpaq sahəsinə dair iddiaçı və cavabdehin iştirakı ilə razılaşma əldə edilmiş, yerləşmə sxemindən görünür ki, torpaq sahəsini yerləşdiyi yer barədə sxem bələdiyyə tərəfindən təsdiq edilmiş, mədaxil qəbzindən görünür ki, torpaq sahəsinə dair ödəniş iddiaçı tərəfindən həyata keçirilmiş və bələdiyyənin məhkəmə sorğusuna cavab məktubundan görünür ki, adıçəkilən torpaq sahəsi həqiqətən də iddiaçıya hal-hazırda qüvvədə olan qərar əsasında ayrılmış, adıçəkilən torpaq sahəsi ayrılan zaman bələdiyyənin mülkiyyətində olmuşdur ki, adıçəkilən torpaq sahəsinin bələdiyyələrə ayrılmış torpaq sahəsində olması ilə bağlı yerli icra hakimiyyəti orqanı tərəfindən verilmiş sərəncam və xəritə məhkəməyə təqdim edilmişdir. Lakin cavabdeh inzibati orqan isə “İnzibati icraat haqqında” Qanunun tələblərinə zidd olaraq əlavə sənədlər tələb etmişdir. Cavabdeh qanunvericiliyin tələblərinə zidd olaraq hər hansı araşdırma aparmadan hərəkətsizliyə yol vermişdir.
44. «Bələdiyyələrin statusu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında yerli özünüidarə vətəndaşların fəaliyyətinin təşkilinin elə bir sistemidir ki, bu sistem onlara qanun çərçivəsində yerli əhəmiyyətli məsələləri müstəqil və sərbəst şəkildə həll etmək hüququnu həyata keçirmək və yerli əhalinin mənafeyi naminə Azərbaycan Respublikası Konstitusiyasının 144-cü maddəsinin İİ hissəsinə uyğun olaraq dövlət işlərinin bir hissəsini yerinə yetirmək imkanı verir. Bu hüquqları qanunla müəyyən edilmiş qaydada ümumi, bərabər, birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilmiş bələdiyyə üzvlərindən ibarət nümayəndəli kollegial orqanlar (bələdiyyələr) və ya vətəndaşların yığıncaqları həyata keçirirlər. Bələdiyyələr öz vəzifələrini yerinə yetirmək məqsədi ilə onların qarşısında məsuliyyət daşıyan, daimi fəaliyyət göstərən icra strukturları yarada bilərlər.
45. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir
46. Cavabdehin imtina dəlilləri ilə bağlı Konstitusiya Məhkəməsinin məhz hazırkı mübahisəli məsələyə dair qəbul etdiyi qərarın müddəalarının qeyd edilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, orpaq sahəsinin planlaşdırılması layihəsinin müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaması və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən torpaq sahəsinin yerquruluşu işlərinin (planlama) aparılmamasına dair apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd edir.
47. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur.
48. Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir.
49. Yuxarıda qeyd edilən iş materiallarından göründüyü kimi cavabdeh inzibati orqan tərəfindən iddiaçının iddia etdiyi torpaq sahəsinin hər hansı fiziki və ya hüquqi şəxsin mülkiyyətində, yaxud qanuni istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşməsinə dair sübut təqdim edilməmişdir. Torpaq sahəsinin ölçülərinin, konfiqurasiyası ilə yerləşmə cizgisindəki uyğunsuzluq varsa belə, bu iddiaçının məsuliyyət sferasına aid olan məsələ deyil və bu uyğunsuzluğun müvafiq şərtlər daxilində aradan qaldırılması birbaşa cavabdeh inzibati orqanın səlahiyyətlərindədir. Belə ki, yuxarıda istinad olunan “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”ndən göründüyü kimi yerquruluşu işləri aparılmaqla və qüvvədə olan qanunvericiliyin tələblərinə müvafiq qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqları aradan qaldırılmaqla rəsmiləşdirmək cavabdehin səlahiyyətinə aiddir.
50. Məhkəmə kollegiyası cavabdehin iddia olunan torpaq sahəsinin dövlət mülkiyyəti torpağı olmasına dair dəlilinə münasibətdə qeyd edir ki, cavabdeh göstərilən məsələlərlə əlaqədar heç bir dəlil təqdim etməmiş, öz arqumentlərinin əsaslığını sübuta yetirə bilməmişdir. Əksinə, cavabdehin məhkəmə sorğusuna cavab olaraq təqdim etdiyi sənədlərdən iddiaçının qonşuluğunda yerləşən torpaq sahələri üzərində ayrı-ayrı şəxslərin adına hüquqların dövlət qeydiyyatına alındığı müəyyən edilmişdir. Xüsusi ilə qeyd edilməlidir ki, mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış torpaq sahələrinin ilkin hüquqmüəyyənedici sənədi iddiaçı da olduğu kimi bələdiyyə qərarı çıxış etmişdir. Nə qədər ki, cavabdeh bələdiyyə qərarı əsasında başqa şəxsin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını həyata keçirirsə, bərabər münasibət iddiaçıya münasibətdə də göstərilməli, onun da hüququ dövlət qeydiyyatına alınmalıdır.
51. Göründüyü kimi cavabdeh tərəf mübahisələndirilən torpaq sahəsinin ayrılan vaxt bələdiyyənin mülkiyyətində olmadığını iddia etsə də, iddia olunan torpaq sahəsi ilə qonşuluğunda yerləşən digər torpaq sahələrinin ayrılması məhz eyni bələdiyyə tərəfindən qəbul edilmiş qərarlar əsasında həyata keçirilmiş, nəticə etibarilə həmin sahələrdən birinə dair şəxsin mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış, digər şəxsə münasibətdə isə müvafiq məhkəmə qərarı ilə istifadə hüquqları tanınmışdır. Eyni zamanda, məsələ ilə bağlı əhəmiyyət kəsb edən mühüm hallardan biri də Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının rəsmi razılıq məktubudur. Sözügedən sənəddə qeyd olunan mövqedə açıq şəkildə mübahisələndirilən torpaq sahəsinin bələdiyyə ərazi sərhədləri daxilində yerləşdiyi təsdiq edilmişdir.
52. Belə olan halda, cavabdeh inzibati orqanın bu dəlili təkzib edilir və cavabdehin iddiaçı ilə analoji hüquqi vəziyyətdə olan şəxslərin mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması ilə bağlı inzibati praktikası artıq mövcuddur. Ancaq cavabdeh tələbi eyni faktiki və hüquqi əsaslara söykənən iddiaçının eyni ərazidə yerləşən daşınmaz əmlak üzərində hüququnun qeydiyyatına dair müraciətinin təmin edilməsindən imtina etmiş, bununla da bərabərlik (bərabər yanaşma) prinsipini pozmuşdur.
53. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1842/2023 saylı xx.xx.2023-cü il tarixli 3 ulduzla işarələnmiş qərarında qeyd edilmişdir ki, İnzibati orqanlar özlərinin praktikalarında hamıya münasibətdə bərabər yanaşmanı və ardıcıl münasibəti təmin edəcək qaydada davranmalıdırlar. Hər hansı dövlət xidməti müxtəlif səbəblərdən qanunsuz olaraq göstərilmişdirsə, inzibati orqanlar ilk növbədə həmin qanunsuzluğun aradan qaldırmasına yönəlmiş hərəkətlər etməli, eləcə də məsələyə münasibətdə özlərinin sonrakı praktikalarını dəyişdirdiklərini göstərməklə bu halı aşkar nümayiş etdirməlidirlər. Bu qaydada hərəkət etməyərək əvvəlki təcrübəyə uyğun davranmaqda davam etdikdə, inzibati orqanlar eyni hallara əsaslanan sonrakı müraciətləri həll edərkən bərabərlik və etimadın qorunması hüququnun tələblərini nəzərə almalıdır. İnzibati orqanların inzibati praktikası həm də onların özlərinin müstəqil olaraq formalaşdırdığı, yaxud məhkəmə qərarları əsasında formalaşmış hüquq tətbiqi praktikası kimi fərqləndirilə bilər. Əgər hər hansı məsələ üzrə mübahisə məhkəmə çəkişməsi nəticəsində həll edilmişsə, eyni faktiki hallara və hüquqi əsaslara söykənən sonrakı mübahisələrdə inzibati orqan özünün praktikasını həmin qərarın məzmununa uyğunlaşdırmaqla formalaşdırmağa borcludur. Nəzərə alınmalıdır ki, inzibati orqanın məhkəmə qərarına əsaslanan inzibati (hüquq tətbiqi) praktikasının dəyişdirilməsi üçün ya həmin məhkəmə qərarı hüquqi qüvvəsini itirməli və ya sonradan həmin məsələyə münasibətdə yeni məhkəmə təcrübəsi formalaşmalı, yaxud da məhkəmə qərarının əsasında duran maddi-hüquqi əsaslar dəyişməlidir.
54. Məhkəmə kollegiyası iddiaçı tərəfindən təqdim edilmiş torpaqların alqı-satqısına dair aktları ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq olunmaması imtina dəlili ilə bağlı olaraq qeyd edir ki, formalaşmış məhkəmə təcrübəsinə əsasən, bu qəbildən olan işlər üzrə bələdiyyə qərarının qəbul edilməsindən sonra iddiaçıya ayrılan torpaq sahəsinin qanunvericiliyin tələblərinə uyğun olaraq torpaqayırma qaydasında həyata keçirilib-keçirilməməsi (o cümlədən naturada müəyyən edilməsi), iddiaçıya verilən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olub-olmaması və təyinatının müəyyən edilməsi, torpağın alqı-satqısına dair aktın qanunvericiliyin tələbinə uyğun olaraq tərtib edilib-edilməməsi (səlahiyyətli şəxslər tərəfindən imzalanması, möhürlənməsi) istiqamətində araşdırma aparılmalıdır.
55. Bundan əlavə, qanunvericiliyin tələbinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Belə ki, iş materiallarından da görünür ki, iddiaçının iddia etdiyi torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınmasına əsas verən hüquqmüəyyənedici sənədlər mövcuddur.
56. Göründüyü kimi, mübahisəli torpaq sahəsinin cavabdehin iddia etdiyi kimi bələdiyyə üçün nəzərdə tutulmuş torpaqlara aid olması ilə bağlı məlumatın aşkar edilməməsi dəlili öz təsdiqini tapmamış, iş üzrə cavabdeh də mübahisəli torpaq sahəsinin bələdiyyə aid olmaması ilə bağlı hər hansı bir sübut təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, sözügedən torpaq sahəsi bələdiyyəyə ayrılmış və bələdiyyə ona aid olan torpaq sahəsini həmin vaxt qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq iddiaçıya ayırmışdır.
57. Analoji işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2835/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda (o cümlədən, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati X1 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı xx.xx.2024-cü il tarixli, 2- 1(102)-832/2024 nömrəli, X9 Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı xx.xx.2023-cü il tarixli, 2-1(102)-426/2023 nömrəli, X2 Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı xx.xx.2023-cü il tarixli, 2-1(102)-1299/2023 nömrəli, X3 Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı xx.xx.2023-cü il tarixli, 2-1(102)-1861/2023 nömrəli və X10 Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı xx.xx.2023-cü il tarixli, 2-1(102)-1494/2023 nömrəli qərarlarda) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, iddiaçının üzərində hüququnun dövlət qeydiyyatına alınmasını tələb etdiyi torpaq sahəsi səlahiyyətli orqanın – bələdiyyənin qərarı əsasında ayrılmışdır. Həmin bələdiyyə qərarı mübahisələndirilməmiş, ləğv olunmamış, geri çağırılmamış, dəyişdirilməmiş və ya etibarsız sayılmamışdır. Bu baxımdan həmin inzibati akt hüquqi qüvvəsini saxlayır və etibarlı hesab olunur. İnzibati orqanlar inzibati aktın qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur. İddiaçı hazırda da qüvvədə olan və ona münasibətdə əlverişli xarakter daşıyan qərara etimad göstərək həmin sənədin məzmununa uyğun davranmışdır. Bununla da iddiaçının inzibati orqanın inzibati praktikasına etimadı yaranmışdır.
58. Kollegiya qeyd edir ki, müvafiq qərar səlahiyyətli orqan tərəfindən qəbul edilmiş və hal-hazıradək qüvvədədir. Həmin qərarın ləğv edilməsi, dəyişdirilməsi və ya qüvvədən düşməsi barədə, yəni onun qüvvədə olmasını şübhə altına alan hər hansı sübut yoxdur.
59. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanı ilə “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” təsdiq edilmişdir. Həmin Fərmanın 2.1-ci bəndinə əsasən bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş Qaydalara uyğun olaraq, dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılmasını və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsini bu Fərmanın 6.1-ci bəndində nəzərdə tutulmuş Tədbirlər Planına müvafiq olaraq 2020-ci ilədək təmin etsin; 2.2. dövlət əmlakının registrində, meşə, su və digər sahəvi dövlət kadastrlarında torpaqlarla bağlı mövcud məlumatların, habelə aidiyyəti dövlət orqanları tərəfindən torpaqların münbitliyinin bərpası və artırılması istiqamətində həyata keçirilən tədbirlərin, torpaqlardan istifadənin vəziyyətinin müəyyən olunması məqsədi ilə aparılan monitorinqlərin nəticələri barədə məlumatların torpaqların elektron kadastr uçotu informasiya sisteminə daxil edilməsini, həmin sistemin daşınmaz əmlakın vahid dövlət kadastrına və daşınmaz əmlakın dövlət reyestrinə inteqrasiyasını təmin etsin; 2.3. torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin.
60. Məhkəmə kollegiyası qeyd edir ki, torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir.
61. Lakin hazırkı iş üzrə cavabdeh inzibati orqan öz imtinasını “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində göstərilən hallarla əsaslandıra bilməmiş, bununla bağlı mötəbər sübutlar təqdim edə bilməmişdir. Eyni zamanda cavabdeh inzibati orqan apellyasiya şikayətinin dəlili olan təqdim edilmiş yerləşmə cizgisində dəqiq istinadlar və məsafələrin qeyd olunmaması, həmçinin cizgidə qeyd olunan perimetrik ölçülər və konfiqurasiya ilə faktiki vəziyyət arasında ciddi uyğunsuzluğun mövcud olmasına dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir.
62. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın (cavabdehin) üzərinə düşür.
63. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1862/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli 3 ulduzlu qərarında qeyd edilmişdir ki, iddiaçının üzərində hüququnun dövlət qeydiyyatına alınmasını tələb etdiyi torpaq sahəsi səlahiyyətli orqanın – bələdiyyənin qərarı əsasında ayrılmışdır. İddiaçı hazırda da qüvvədə olan və ona münasibətdə əlverişli xarakter daşıyan qərara etimad göstərərək həmin sənədin məzmununa uyğun davranmış, torpaq sahəsinin dəyərini ödəmiş və ondan təyinatına uyğun istifadə etməyə başlamışdır və istifadə etməkdə davam edir. Bu müddət ərzində iddiaçının həmin qərarın məzmununa, onun qanunauyğunluğuna və dəyişməzliyinə müəyyən inamı, etimadı yaranmışdır. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir və şəxsin bu haqqı qanunla qorunur.
64. İddiaçının fərdi yaşayış evinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması məsələsinə münasibətdə kollegiya bildirir ki, yuxarıda istinad olunan Qanunun 8.0.9.1.2-ci maddəsindən göründüyü kimi, 01 yanvar 2013-cü il tarixədək məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evləri üzərində hüquqların qeydiyyata alınması üçün həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənədin mövcudluğu yetərli sayılır.
65. Belə ki, iş materiallarında olan Bakı şəhəri Sabunçu rayonu Bakıxanov Bələdiyyəsi İqtisad-İnkişaf Daimi Komissiyasının xx.xx.2007-ci il tarixli qərarından görünür ki, Bakıxanov qəsəbəsi, 4094 məhəllə, 3 saylı evin arxa hissəsində 120 kv.m torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Göründüyü kimi mübahisə predmetini təşkil edən fərdi yaşayış evinin xx.xx.2013-cü il tarixədək inşa olunduğu müəyyən olunur.
66. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, bu halda, fərdi yaşayış evi üzərində hüquqların qeydiyyata alınmasına münasibətdə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.9.1.2- ci maddəsinin tətbiq edilməsi prosessual qənaət prinsipi baxımından məqsədəuyğundur. Belə ki, yuxarıda qeyd edildiyi kimi, xx.xx.2013-cü il tarixinədək torpaq sahəsinin xüsusi mülkiyyətində olmaqla, yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş və hündürlüyü 12 metrədək olan fərdi yaşayış evlərinə münasibətdə hüquqmüəyyənedici sənəd kimi yalnız torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənədin mövcudluğu kifayət hesab olunmuşdur. İş materiallarından görünür ki, iddiaçıya məxsus evin layihəsi mövcuddur və inşa edilmiş evin layihə ilə uyğunsuzluğu barədə tərəflər arasında hər hansı mübaihsə yoxdur. Belə olan halda qeyd edilir ki, iddiaçının fərdi yaşayış evini inşa etdiyi dövrdə torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatı rəsmiləşdirilməmiş olsa da, torpaq sahəsinin ayrılmasına dair bələdiyyə qərarı əsasında onun gözlənilən mülkiyyət hüquqları yaranmışdır. Hazırkı məhkəmə qərarı ilə həmin hüquqların qeydiyyata alınması təmin olunduğuna görə, iddiaçı göstərilən maddənin tətbiq dairəsinə daxil olmaqla, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair də mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün tələb olunan hüquqmüəyyənedici sənəd tələblərinə cavab verir. Bu səbəbdən də, həm torpaq sahəsi, həm də onun üzərində inşa olunmuş fərdi yaşayış evi üzərində iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etməkdə iddiaçı haqlı olmuşdur.
67. Həmçinin, apellyasiya şikayətinin iddia olunan torpaq sahəsinin çoxmərtəbəli yaşayış binalarının həyətində ümumi istifadədə olan yaşıllıq ərazisində yerləşməsi ilə bağlı dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda göstərildiyi kimi, mübahisə predmeti olan torpaq sahəsinin qonşuluğunda yerləşən digər torpaq sahələrinin qeydiyyata alınması ilə bağlı cavabdehin praktikası artıq mövcuddur. Digər tərəfdən, sahənin yaşıllıq ərazi olması torpaq sahəsinə hər hansı hüququn qeydiyyata alınması istisna olunmur. Yaşıllıq ərazisinə zərər vurulması mülkiyyət hüququna dair iddianın predmetinə daxil deyil. Təbii haldır ki, istifadədə olan istənilən əmlakda, o cümlədən torpaq sahəsində ekoloji təhlükəsizliyin gözlənilməsi, yaşıllıq ərazisinin qorunmasına dair tələblərə hər bir şəxsin, o cümlədən iddiaçının riayət etməsi vacibdir. Həmin tələblərə riayət edilməməsi, onsuz da işin hallarından asılı olaraq inzibati, hətta cinayət məsuliyyətinə səbəb ola bilər. Lakin məhz ərazinin yaşıllıq olması mülkiyyət hüquqlarının dövlət qeydiyyatından imtina əsası deyil.
68. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq hesab edir ki, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 92 №-li qərarı ilə ayrılmış torpaq sahəsi üzərində iddiaçının gözlənilən mülkiyyət hüquqları yaranmış və həmin hüquqların qeydiyyatı cavabdeh tərəfindən həyata keçirilməlidir.
69. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşaraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1393/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. 70.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1393/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.