Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(103)-3715/2025 09.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Giriş hissə: Hakimlər Aytən Pənah qızı Oruczadənin sədrliyi və məruzəsi ilə, X1 və X3 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, Iddiaçı İddiaçı Seyid oğlunun cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh * saylı Bakı Ərazi Idarəsinə (hazırkı Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh) qarşı (3-cü şəxs - Üçüncü şəxs) "bağ sahəsinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınmaqla çıxarışın verilməsi" tələbinə dair inzibati iş üzrə Bakı Inzibati Məhkəməsinin *-*(***)-***/**** nömrəli, ## ### 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVIRI HISSƏ Iddiaçı İddiaçı Seyid oğlu cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh * saylı Bakı Ərazi Idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Icra Hakimiyyəti Bağlar Təsərrüfatının Inkişafı və Istismarı Birliyi tərəfindən verilmiş ## ###### 2004-cü il tarixli, **** saylı torpaq sahəsinin istifadəyə verilməsi müqaviləsinə əsasən ***Ə saylı, Bakı şəhəri, Əzibəyov (indiki Xəzər) rayonu, Şüvəlan bağ masivində yerləşən 0,12 hektar bağ sahəsinin adına mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, həmin bağ sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Inzibati Məhkəməsinin *-*(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qərardadı ilə Üçüncü şəxs iş üzrə məhkəmə icraatına zəruri olaraq 3-cü şəxs qismində cəlb edilmişdir. Bakı Inzibati Məhkəməsinin *-*(***)-***/**** nömrəli, ## ### 2025-ci il tarixli qərarı ilə iddia qismən təmin edilərək Bakı şəhəri Icra Hakimiyyəti Bağlar Təsərrüfatının Inkişafı və Istismarı Birliyi ilə bağlanmış ## ###### 2004-cü il tarixli, **** saylı torpaq sahəsinin istifadəyə verilməsi müqaviləsinə əsasən ***Ə saylı, Bakı şəhəri, Əzibəyov (indiki Xəzər) rayonu, Şüvəlan bağ masivində yerləşən 0,1153 hektarlıq bağ sahəsi üzərində iddiaçı İddiaçı Seyid oğlunun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh * saylı Bakı Ərazi Idarəsinə həvalə olunması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın təmin edilmiş hissəsində ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Bir sıra prosessual hərəkətlər edildikdən sonra məhkəmə iclası ## ######## 2026-cı il tarixə təyin edilmişdir. ## ######## 2026-cı il tarixində iddiaçı İddiaçı Seyid oğlu dəftərxana vasitəsilə məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi ərizənin məhkəmə tərəfindən qəbul edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı və üçüncü şəxs məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası ərizəyə iddiaçı və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDIRICI HISSƏ Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırkı işdən müəyyən olunur ki, iddiaçı İddiaçı Seyid oğlu cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh * saylı Bakı Ərazi Idarəsinə qarşı tələbi Bakı şəhəri Icra Hakimiyyəti Bağlar Təsərrüfatının Inkişafı və Istismarı Birliyi tərəfindən verilmiş ## ###### 2004-cü il tarixli, **** saylı torpaq sahəsinin istifadəyə verilməsi müqaviləsinə əsasən ***Ə saylı, Bakı şəhəri, Əzibəyov (indiki Xəzər) rayonu, Şüvəlan bağ masivində yerləşən 0,12 hektar bağ sahəsinin adına mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, həmin bağ sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi barədədir. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Həmin Məcəllənin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Məhkəmə kollegiyası nəzərə alır ki, iddianın geri götürülmüş hesab edilməsindən fərqli olaraq, iddianın bilavasitə iddiaçının özü tərəfindən geri götürülməsi IPM-də aşkar tənzimlənməsə də, “iddianın geri götürülməsi”nin yolverilənliyi IPM-in 55.3-cü və 55.5-ci maddələrinin təyinatına və məqsədinə uyğundur. Belə ki, bir halda, iddiaçının icraatın davam etdirilməsinə marağının olmamasına dair qənaət iddiaçının icraatdan yayınmasında ifadə olunan passiv davranışından irəli gəlirsə, hazırkı halda, bu qənaət (icraatın davam etdirilməsinə marağın olmaması) iddiaçının bilavasitə özünün aktiv davranışından – onun iddianı geri götürmə barədə ərizə verməsindən irəli gəlir. Göründüyü kimi, hər iki (passiv və aktiv) davranış eyni nəticəyə yönəlməklə IPM-in 55.3cü və 55.5-ci maddələrinin məqsədlərini – iddiaçının icraatın davam etdirilməsinə marağının olmamasının müəyyən edilməsini və bu səbəblə iddia üzrə icraata xitam verilməsini təmin edir. Göstərilənləri nəzərə alaraq Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş iddianın geri götürülməsinə dair ərizə təmin edilməli və hazırkı iddia üzrə icraata xitam verilməlidir. NƏTICƏVI HISSƏ Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 80, 87-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Iddianın geri götürülməsinə dair ərizə təmin edilsin. Hazırkı iddia üzrə icraata xitam verilsin. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elvin Əliyev Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(103)-3715/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3715/2025
09.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver