Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-372/2022 24.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X27 qızının, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X7, Üçüncü şəxs X8 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X14, X15 və Dosti-zadə Ceyhun Oqtay oğlu) çıxarışın verilməsi tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3032/2021saylı, 05 avqust 2021-ci il tarixli qərarından üçüncü şəxs X14 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X9 məxsus Türkan bağlar sahəsində 0.12 ha torpaq sahəsi olan 515/3 nömrəli bağ sahəsinə mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının ərizəsinə əsasən cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti əsl cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi ilə əvəz edilmişdir. Məhkəmə tərəfindən X14, X15 və Dosti-zadə Ceyhun Oqtay oğlu üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşlar. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Milli Arxiv İdarəsindən verilmiş 30 oktyabr 2015-ci il tarixli 3081 nömrəli arxiv arayışına əsasən Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 27 mart 1990-cı il tarixli 1/44 nömrəli qərarına əsasən 163 nömrəli Türkan bağ-tikinti kooperativi üzvlərinin siyahısı təsdiqlənmiş və həmin siyahıda X1 üzvləri sırasında qeyd edilmişdir. Eyni zamanda, həmin qərara əsasən X9 Türkan bağlar sahəsində 0.12 ha torpaq sahəsi olan 515/3 nömrəli bağın ayrılmasına dair 13 nömrəli Order verilmişdir. Həmin torpaq sahəsi hasarlanmış və üzərində hər hansı tikinti işləri aparılmamışdır. 22 may 2010-cu ildə X13 vəfat etmiş və 41 saylı notariat kontorunda vərəsəlik işi açılmışdır. 29 noyabr 2010-cu il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən iddiaçı vərəsə qismində tanınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən İddiaçı vəfat etmiş Cəbrayılova Aidənin qanun üzrə vərəsəsi qismində onun mülkiyyət hüquqlarının qorunmasını təmin etmək hüququna malikdir. İddiaçı tərəfindən Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulan sənədlər əsasında Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivi ünvanında yerləşən 515/3 nömrəli bağ sahəsi üzərində X4 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 23 iyul 2020-ci il tarixində cavabdehə müraciət edilmişdir. Cavabdeh tərəfindən əsassız olaraq imtina edilmiş və bildirilmişdir ki, ümumi ərazidə hasarlanma işləri bağların bölgüsünə dair sxematik xəritəyə uyğun aparılmadığından müraciət edilən bağ sahəsinin naturada dəqiq yerləşməsinin müəyyən edilməsi qeyri-mümkündür. Torpaq sahələrinin, o cümlədən bağ sahələrinin naturada dəqiq yerləşməsini müəyyən edən qurum Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Xidməti olduğundan yenidən Əmlak Məsələləri üzrə Dövlət Xidmətinə Türkan bağ massivi ünvanında yerləşən 515/3 nömrəli bağ sahəsinin naturada dəqiq yerinin müəyyən edilməsi ilə bağlı müraciət edilmişdir. Lakin yenə də cavab Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilərək 03 noyabr 2020-ci il tarixli məktubla bildirildi ki, ümumi ərazidə hasarlanma işləri bağların bölgüsünə dair sxematik xəritəyə uyğun aparılmadığından müraciət edilən bağ sahəsinin naturada dəqiq yerləşməsinin müəyyən edilməsi qeyri-mümkündür. “Yerli İcra Hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilərək arxivlərinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsini nəzərə alaraq, Türkan bağ massivi ünvanında yerləşən 515/3 nömrəli bağ sahəsinə dair Torpaq planı və ölçüsü adlı sənədin arxivdən çıxarılaraq təqdim edilməsinə dair 20 oktyabr 2020ci il tarixində müraciət edilmiş, lakin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 06 noyabr 2020-ci il tarixli məktubla belə bir sənədin arxivdə aşkar edilmədiyi barədə iddiaçıya məlumat verilmişdir. Cavabdehin imtinası əsassızdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq X4 Türkan bağ massivi ünvanında yerləşən 515/3 nömrəli bağ sahəsinə dair mülkiyyət hüquqlarının qeydə alınması və çıxarışın verilməsi üçün müvafiq order və kooperativ üzvlərinin siyahısı barədə iclas protokolundan çıxarış təqdim edilsə də, cavabdeh tərəfindən əsassız olaraq qeydiyyatdan imtina edilmişdir. Eyni zamanda hüquqların qeydiyyatından yalnız “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən imtina edə bilər. Buna baxmayaraq, cavabdeh adıçəkilən Qanunun 15-ci maddəsinə istinad etmədən, sadəcə bağ sahəsinin naturada dəqiq yerləşməsinin müəyyən edilməsinin qeyri-mümkün olması səbəbindən mülkiyyət hüquqlarının dövlət qeydiyyatından imtina etmişdir. Bu da onu göstərir ki, inzibati orqan kimi cavabdeh öz vəzifələrinin yerinə yetirilməsindən qanunsuz olaraq imtina etmiş və inzibati akt qismində çıxarışın əldə edilməsi mümkünsüz olmuşdur. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Türkan bağlar sahəsində 0.12 ha torpaq sahəsi olan 515/3 nömrəli bağ sahəsinə 22 may 2010-cu ildə vəfat etmiş anası X4 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə arayışın və mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3032/2021 saylı, 05 avqust 2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivi ünvanında yerləşən ümumi sahəsi 0.12 ha olan 515/3 nömrəli bağ sahəsinə X4 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın (arayışın) verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan üçüncü şəxs X14 apellyasiya şikayəti verərək məhkəmə tərəfindən qəbul edilən qərarın qanunazidd olduğunu göstərmiş və vərəsəlik qaydasında 1965-ci ildən onun ailəsinə məxsus və istifadəsində olan torpaq sahəsinə digər şəxsin mülkiyyət hüququ tanındığından qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Cavabdeh və digər üçüncü şəxslər məhkəmə qərarından apellyasiya şikayəti verməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X14 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, həmin bağ sahəsinə dair Bağlar İdarəsi tərəfindən 1968-ci ildə verilmiş sənəd mövcuddur və həmin ərazi hal-hazırda da onun istifadəsindədir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, iddiaçı tərəfindən Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulan sənədlər əsasında Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivi ünvanında yerləşən 515/3 nömrəli bağ sahəsi üzərində X4 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 23 iyul 2020-ci il tarixində cavabdehə müraciət edilmişdir. Cavabdeh tərəfindən əsassız olaraq imtina edilmiş və bildirilmişdir ki, ümumi ərazidə hasarlanma işləri bağların bölgüsünə dair sxematik xəritəyə uyğun aparılmadığından müraciət edilən bağ sahəsinin naturada dəqiq yerləşməsinin müəyyən edilməsi qeyri-mümkündür. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilib-edilməməsi məsələsinin həllini məhkəmənin mükahizəsinə buraxdığını bildirdi və əlavə olaraq izahatında imtinanın əsası kimi ümumi ərazidə hasarlanma işləri bağların bölgüsünə dair sxematik xəritəyə uyğun aparılmadığından müraciət edilən bağ sahəsinin naturada dəqiq yerləşməsinin müəyyən edilməsi qeyri-mümkün olmasını təşkil etdiyini bildirdi. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, üçüncü şəxsin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Türkan Bağ massivi ünvanında yerləşən ümumi sahəsi 0,12 ha olan 515/3 nömrəli bağ sahəsinin mərhum X9 məxsus olmasına dair arayışın verilməsi öhdəliyi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İş materiallarından göründüyü kimi birinci instansiya məhkəməsində sübutlar aşağıdakı ardıcıllıqla araşdırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsi tərəfindən təqdim edilmiş Bakı şəhər X19 İcraiyyə Komitəsinin «Bağ tikinti kooperatilərinin yaradılması və vətəndaşlara bağ sahələrinin verilməsi barədə (Bakı şəhəri Soveti İcraiyyə Komitəsinin yanında bağ təsərrüfatı məsələlərinin araşdırılması üçün komissiyanın 23.03.1990-cı il tarixli 16 nömrəli protokolu)» 27.03.1990-cı il tarixli 1/44 nömrəli qərarından çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, bağ tikinti kooperativlərinin tərkibinin (əlavə № 1-10) … 163 nömrəli BTK - 22 nəfər, təsdiq edilməsi və onlara müəyyən edilmiş qaydada bağ sahələrinin ayrılması qərara alınmışdır. Həmin qərara 4 №-li əlavədə 163 №-li Türkan bağ-tikinti kooperativi üzlərinin siyahısı qeyd olunmuşdur və həmin siyahıda 13-cü sırada X13 göstərilmişdir. İş materiallarında olan Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi Türkan bağlar sahəsindəki 163 nömrəli kooperativ tərəfindən verilmiş 13 nömrəli orderin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X9 Bakı şəhər İcraiyyə Komitəsinin 27.03.1990-cı il tarixli 1/44 nömrəli qərarına əsasən Türkan bağlar sahəsində 163 №-li BTK nəzdində 0.12 hektar torpaq sahəsi olan 515/3 №-li bağ ayrılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 10.02.2021-ci il tarixli məktubda qeyd edilir: X9 163 nömrəli BTK nəzdində Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivi ünvanında yerləşən 0.12 hektardan ibarət olan 515/3 saylı bağ sahəsinə dair sənəd, həmçinin təqdim edilən 13 nömrəli order idarənin arxivində aşkar edilməmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 17.05.2021-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş Bakı şəhər X19 İcraiyyə Komitəsinin «Bağ tikinti kooperatilərinin yaradılması və vətəndaşlara bağ sahələrinin verilməsi barədə (Birlik üzrə bağ sahələrinin məsələlərinin baxılmasına dair komissiyanın yığıncağının 23 mart 1990-cı il 16 nömrəli protokolu)» 27.03.1990-cı il tarixli 1/44 nömrəli qərarının təsdiq edilmiş təsdiq edilmiş surətindən görünür ki, 160 №-li BTK - 22 nəfər, 161 №-li BTK - 13 nəfər, 162 №-li BTK - 33 nəfər, 163 №-li BTK - 22 nəfər, 164 №-li BTK - 24 nəfər, 165 №-li BTK - 27 nəfər, 166 №-li BTK - 13 nəfər, 167 №-li BTK - 22 nəfər, 168 №-li BTK - 12 nəfər, 169 №-li BTK - 17 nəfər olmaqla bağ tikinti kooperativlərinin tərkibi göstərilən sayda təsdiq edilmişdir. Həmin məktuba əlavə edilmiş qeyd olunan qərara 4 №-li əlavə - 163 №-li Türkan bağ-tikinti kooperativi üzlərinin siyahısında 13-cü sırada X13 göstərilmişdir. Həmin məktuba əlavə edilmiş 163 №-li BTKnın bağ sahələrinin Türkan massivində yerləşmə planında 515/3 nömrəli bağ sahəsi qeyd olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 15.09.2020-ci il tarixli məktubda qeyd edilir: Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivi ünvanında yerləşən 515/3 saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, 23.07.2020-ci il tarixli ərizənizə tərəfimizdən baxılmışdır. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, ümumi ərazidə hasarlanma işlərinin bağların bölgüsünə dair sxematik xəritəsinə uyğun aparılmamasından bağ sahəsinin naturada dəqiq yerləşməsinin müəyyən edilməsi tərəfimizdən mümkün olmamışdır. Həmçinin, göstərilən əraziyə digər şəxsin müraciəti mövcuddur. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 22.05.2007-ci i! tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri icra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların qeydiyyatından imtina edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən İddiaçı ünvanlanmış 03.11.2020-ci il tarixli məktubda qeyd edilir: Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivi ünvanında yerləşən 515/3 saylı bağ sahəsinin naturada tanıdılması barədə müraciətə aidiyyəti üzrə baxılmışdır. Bununla əlaqədar bildiririk ki, ümumi ərazidə hasarlanma işlərinin bağların bölgüsünə dair sxematik xəritəyə uyğun aparılmamasından bağ sahəsinin naturada dəqiq yerləşməsinin müəyyən edilməsi tərəfimizdən mümkün olmamışdır. Eyni zamanda bildiririk ki, “Yerli İcra Hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən İddiaçı ünvanlanmış 06.11.2020-ci il tarixli məktubda qeyd edilir: X2 məxsus Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivi ünvanında yerləşən 515/3 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinin təqdim edilməsinə dair 20.10.2020-ci il tarixli ərizənizə tərəfimizdən baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, Cəlilova (Cəbrayılova) Aidə Bəhmən qızının adına 13 nömrəli order əsasında ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivi ünvanında yerləşən 515/3 saylı bağ sahəsinə dair Torpaq sahəsinin planı və ölçüsü sənədi İdarənin arxivində aşkar edilməmişdir. İş materiallarında olan Səbail rayon Qeydiyyat şöbəsi tərəfindən 03.06.2010-cu il tarixdə verilmiş AZ-İ seriyalı 418790 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 22.05.2020-ci il tarixdə Bakı şəhərində ölmüşdür, bu barədə ölüm haqqında akt qeydləri kitabında 03.06.2010-cu il tarixdə 289 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan 05.12.1985-ci ildə verilmiş Xİ-JQ seriyalı 339664 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1985-ci il tarixdə Şamxor rayonunda doğulmuşdur, atası X17, anası isə X10r. İş materiallarında olan Bakı şəhəri 41 saylı dövlət notariat kontoru tərəfindən 29.11.2010-cu il tarixdə verilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 22.05.2010-cu ildə vəfat etmiş X4 vərəsəsidir (reyestr 2V119, vərəsəlik işinin nömrəsi V/ 41-08.06.2010). İş materiallarında olan Bakı şəhəri 41 saylı dövlət notariat kontoru tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə ünvanlanmış 28.10.2019-cu il tarixli məktubda qeyd olunmuşdur ki, 22 may 2010-cu ildə vəfat etmiş X3 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı Bakı şəhəri 41 saylı notariat kontoruna İddiaçı tərəfindən müraciət edilmişdir. X5 vəfat etməsi ilə əlaqədar vərəsəsi İddiaçı ərizəsi əsasında 08 iyun 2010-cu il tarixdə tərəfimizdən vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən edilmişdir. Miras əmlak dövlət qeydiyyatından keçməmiş Bakı şəhəri, Xəzər rayonu, Türkan bağlar sahəsində yerləşən, 0.12 hektar torpaq sahəsinə və 515/3 saylı bağ evindən ibarətdir. Eyni zamanda həmin torpaq sahəsinin və bağ evinin üzərində yüklülüyün olub-olmaması barədə məlumat verilməsi xahiş olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası qanunsuz olmuşdur, birinci intansiya məhkəməsinin iddianı təmin etməklə Bakı şəhəri Xəzər rayon Türkan bağ massivində yerləşən ümumi sahəsi 0,12 ha olan 515/3 nömrəli bağ sahəsinin mərhum X11 məxsus olmasına dair gəldiyi nəticə əsaslı olmuşdur və bu baxımdan həmin sahəyə dair hər hansı hüquqmüəyyənedici sənədi olmayan üçüncü şəxs X26 oglunun apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki mübahisəyə aşağıdakı hüquq normaları tətbiq olunmalıdır. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 22.05.2007-ci il tarixli 2186 nömrəli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilmiş, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır ki, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsini təmin etsin və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll etsin, bu Sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin aidiyyəti dövlət orqanları tərəfindən rəsmiləşdirilməsini təmin edən tədbirlər görsün. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 139-1.1.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7.1-ci bəndinə əsasən «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına elektron çıxarış tərtib edilir. Həmin Təlimatın 7.2-ci bəndinə əsasən «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elektron çıxarış tərtib edilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. İş materiallarından müəyyən edilmişdir ki, Bakı şəhər X19 İcraiyyə Komitəsinin «Bağ tikinti kooperatilərinin yaradılması və vətəndaşlara bağ sahələrinin verilməsi barədə (Bakı şəhəri Soveti İcraiyyə Komitəsinin yanında bağ təsərrüfatı məsələlərinin araşdırılması üçün komissiyanın 23.03.1990-cı il tarixli 16 nömrəli protokolu)» 27.03.1990cı il tarixli 1/44 nömrəli qərarına əsasən bağ tikinti kooperativlərinin tərkibinin (əlavə № 1- 10) … 163 nömrəli BTK - 22 nəfər, təsdiq edilməsi və onlara müəyyən edilmiş qaydada bağ sahələrinin ayrılması qərara alınmışdır. Həmin qərara 4 №-li əlavədə 163 №-li Türkan bağ-tikinti kooperativi üzlərinin siyahısı qeyd olunmuşdur və həmin siyahıda 13-cü sırada X13 göstərilmişdir. Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi Türkan bağlar sahəsindəki 163 nömrəli kooperativ tərəfindən verilmiş 13 nömrəli orderə əsasən X9 Bakı şəhər İcraiyyə Komitəsinin 27.03.1990-cı il tarixli 1/44 nömrəli qərarına əsasən Türkan bağlar sahəsində 163 №-li BTK nəzdində 0.12 hektar torpaq sahəsi olan 515/3 №-li bağ ayrılmışdır. X13 iddiaçının anasıdır və o, 22.05.2010-cu ildə vəfat etmişdir, Bakı şəhəri 41 saylı dövlət notariat kontoru tərəfindən 29.11.2010-cu il tarixdə verilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən iddiaçı onun vərəsəsidir. İş materiallarında olan cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış 17.05.2021ci il tarixli məktubla Bakı şəhər X19 İcraiyyə Komitəsinin «Bağ tikinti kooperatilərinin yaradılması və vətəndaşlara bağ sahələrinin verilməsi barədə (Birlik üzrə bağ sahələrinin məsələlərinin baxılmasına dair komissiyanın yığıncağının 23 mart 1990-cı il 16 nömrəli protokolu)» 27.03.1990-cı il tarixli 1/44 nömrəli qərarının, qeyd olunan qərara 4 №-li əlavənin (163 №- li Türkan bağ-tikinti kooperativi üzlərinin siyahısında 13-cü sırada X13 göstərilmişdir) və 163 №-li BTK-nın bağ sahələrinin Türkan massivində yerləşmə planının (mübahisələndirilən 515/3 nömrəli bağ sahəsi də həmin yerləşmə planında göstərilmişdir) təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Cavabdeh tərəfindən qeyd olunan sənədlərin (qərar, bağ-tikinti kooperativi üzlərinin siyahısı, order) həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdir. Qeyd olunan sənədlər, eləcə də 163 №-li BTK-nın bağ sahələrinin Türkan massivində yerləşmə planı cavabdeh orqanda mövcuddur və bağ sahəsinin naturada dəqiq yerləşməsinin müəyyən edilməsi cavabdehin vəzifələrinə aiddir. Həmçinin cavabdeh mübahisələndirilən torpaq sahəsinə digər şəxslərin müraciətlərinin olmasını, habelə həmin torpaq sahəsinin digər şəxslərin torpaq sahələri ilə üst-üstə düşməsini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Göründüyü kimi cavabdehin imtinası qanunsuz olmuşdur, birinci intansiya məhkəməsinin iddianı təmin etməklə Bakı şəhəri Xəzər rayon Türkan bağ massivində yerləşən ümumi sahəsi 0,12 ha olan 515/3 nömrəli bağ sahəsinin mərhum X11 məxsus olmasına dair gəldiyi nəticə əsaslı olmuşdur. Üçüncü şəxs apellyasiya şikayətində mübahisəli torpaq sahəsinin vərəsəlik qaydasında 1965-ci ildən onun ailəsinə ayrılmaqla istifadəsində olmasını, iddiaçıya ayrılmış torpaq sahəsinin arxiv sənədlərinin, ərazi xəritələrinin olmamasını göstərsə də, nə birinci instansiya məhkəməsində, nə də apellyasiya baxışı zamanı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Ona görə də məhkəmə kollegiyası hazırki mübahisənin predmetini təşkil edən torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənədi olmayan üçüncü şəxs X8 apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Lakin, bununla belə məhkəmə kollegiyası hesab edir ki, məhkəmə qərarın nəticə hissəsində iddianın təmin edilməsi “mərhum X6 adına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın (arayişın) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qeyri müəyyən şəkildə ifadə olundugundan birinci intansiya məhkəməsinin qərarı həmin hissədə dəyişdirilməli və aşagıdakı kimi oxunmalıdır: “ İddia təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivində yerləşən ümumi sahəsi 0,12 ha olan 515/3 nömrəli bağ sahəsinin mərhum X11 məxsus olmasına dair arayışın verilməsi öhdəliyi AR ƏMDX yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi idarəsinin üzərinə həvalə edilsin”. Belə ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan sənədlərdən müəyyən edilmişdir ki, 22 may 2010-cu ildə vəfat etmiş X3 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı Bakı şəhəri 41 saylı notariat kontoruna İddiaçı tərəfindən müraciət edilmişdir. X5 vəfat etməsi ilə əlaqədar vərəsəsi İddiaçı ərizəsi əsasında 08 iyun 2010-cu il tarixdə vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən edilmişdir. İş materiallarında olan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədən də görünür ki, iddiaçı məhkəmədən 22 may 2010-cu ildə vəfat etmiş X11 məxsus olan bağ sahəsinin vərəsələrin adına rəsmiləşdirilməsi üçün arayışın alınması öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3032/2021 saylı, 05 avqust 2021-ci il tarixli qərarı dəyişdirilsin. İddiaşıya Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivində yerləşən ümumi sahəsi 0,12 ha olan 515/3 nömrəli bağ sahəsinin mərhum X11 məxsus olmasına dair arayışın verilməsi öhdəliyi AR ƏMDX yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi idarəsinin üzərinə həvalə edilsin. Qərardan, təqdim edildiyi gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-372/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-372/2022
24.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver