Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-372/2024 02.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə, Əhmədova Könül Seyidələkbər qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2 və cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “mənzilə dair kirayə müqaviləsinin bağlanması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4241/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun yaşadığı ünvan 1 ünvanda yerləşən 28 saylı mənzilə dair orderdə mənzilin sahibi kimi və mənzilin nömrəsi 28 kimi göstərilərək yeni orderin cavabdeh tərəfindən verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, Kamal Əkbərov uzun müddət ərzində Politexnik Universitetdə işləmişdir. Kamal Əkbərov 25 yanvar 1959-cu il tarixdə X2 ilə rəsmi qaydada nikaha daxil olmuşdur. Həmin nikahdan X4 anadan olmuşdur. xx.xx.1960-cı il tarixdə Politexnik Universitetinin işçiləri üçün ünvan 2 ünvanda olan binada (əvvəlki ünvanı ünvan 4işlər. Həmin işçilərdən biri Kamal Əkbərov olmuşdur. Bakı şəhəri, Oktyabr rayonunun (hazırkı Cavabdeh) xx.xx.1960-cı il tarixli order kötüyünə əsasən Bakı şəhəri, Yasamal rayonu, 4-cü Xrebtovaya küçəsi, 510-cu məhəllə, ev 15 A, mənzil 29 Kamal Əkbərovun adına rəsmiləşdirilmişdir. Kamal Əkbərov ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşamışdır. xx.xx.1996-cı il tarixdə Kamal Əkbərov, xx.xx.2021-ci il tarixdə X4 vəfat etmişdir. X2 uzun müddət xəstə olduğundan ona İddiaçı kömək etmişdir. xx.xx.2022-ci il tarixdə X2 vəsiyyətnamə əsasında ona məxsus əmlaklarını İddiaçı vəsiyyət etmişdir. Həmin vəsiyyətnamə Bakı şəhəri, 27-ci notariat ofisində təsdiq edilmişdir. xx.xx.2022-ci il tarixdə X2 vəfat etmişdir. Sonradan məlum olmuşdur ki, mənzilin nömrəsi 28 əvəzinə 29 olaraq orderdə səhv yazılmışdır. Həmin mənzil üzrə kommunal xidmətə görə ödəniş qəbzlərində mənzilin ünvanı 28 göstərilmişdir. 29 nömrəli mənzildə başqa şəxs yaşayır. İddiaçı daha sonra iddia tələbini dəqiqləşdirərək, yaşadığı ünvan 2 ünvanda yerləşən 28 saylı mənzilə dair onunla kirayə müqaviləsinin bağlanması barədə qərar qəbul edilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4241/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. İddiaçı qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı, onun nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-4241/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: -Əmlak Məsələləri Dövlət Xidmətinin 22 dekabr 2022-ci il tarixli **********37 nömrəli məktubundan görünür ki, ünvan 5 ünvanında yerləşən 5 mərtəbəli bina Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti Yasamal Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansında olan daşınmaz dövlət əmlakıdır. - Oktyabr rayon ZDS İK-nın (indiki Yasamal rayon İH) xx.xx.1960-cı il tarixli, 16 saylı qərarından görünür ki, Yasamal rayonu, Ə.Ələkbərov küçəsi, 510-cu məhəllə, 15A nömrəli evdə yerləşən 60 mənzilə köçürülmüş Politexnik İnstitutunun müəllim tərkibindən ibarət 71 ailənin siyahısı təsdiqlənmiş, təqdim edilmiş siyahıya əsasən həmin şəxslərə order verilməsi tapşırılmışdır. Qərara əlavə edilmiş adlı siyahıda Kamal Abkarovun adı 32-ci sırada qeyd olunmuş, onun 4 nəfər ailə tərkibinə 2 otaqlı 29 saylı mənzilin ayrıldığı göstərilmişdir. - Həmin qərar əsasında vətəndaş Kamal Əkbərova Rayon icrakomunun Mənzil idarəsi tərəfindən xx.xx.1960-cı il tarixdə Oktyabr (indiki Yasamal) rayonu, 4-cü Xrebtovaya (indiki Ə.Ələkbərov) küçəsi, 510-cu məhəllə, 15A nömrəli evin 29 saylı mənzilinə dair 02822 nömrəli order kötüyü verilmiş, orderdə ailə tərkibi kimi arvadı B.Əkbərova, oğlu T.Əkbərov və anası X.Əkbərovanın adı qeyd edilmişdir. - ölüm haqqında şəhadətnamələrdən görünür ki, Kamal Əkbərov xx.xx.1996-cı ildə, Beatrisa Əkbərova isə xx.xx.2022-ci ildə ölmüşdür. - Bakı şəhəri Cavabdeh 21 fevral 2023-cü il tarixli məktubunda göstərilmişdir ki, Yasamal rayonu, Ə.Ələkbərov küçəsi, 510-cu məhəllə, ev 15A ünvanında yerləşən 28 saylı mənzil dövlət mənzil fonduna, 29 saylı mənzil isə xüsusi mənzil fonduna aiddir. Hər iki mənzil Yasamal rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansındadır. - Cavabdeh xx.xx.2022-ci il tarixli, 2039/d nömrəli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi və “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmədiyindən Yasamal rayonu, Ə.Ələkbərov küçəsi, 510-cu məhəllə, ev 15 A ünvanında yerləşən 28 saylı mənzilə dair İddiaçı ilə kirayə müqaviləsinin bağlanması və mənzil nömrəsinə düzəliş edilməsi ilə bağlı xahişininin yerinə yetirilməsi mümkün deyildir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, qüvvədə olan Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən bir mənzildə yaşayan və mənzildəki yaşayış sahələrindən ayrı-ayrı sosial kirayə müqavilələri əsasında istifadə edərək, bir ailədə birləşmiş vətəndaşların yaşadıqları bütün yaşayış sahələrinin sosial kirayə müqaviləsini onlardan biri ilə bağlamağı tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən kirayəçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvü digər ailə üzvlərinin və kirayəyə verənin razılığı ilə əvvəl bağlanmış sosial kirayə müqaviləsi üzrə ilkin kirayəçi əvəzinə özünün kirayəçi kimi tanınmasını tələb etmək ixtiyarı vardır. Bu hüquq kirayəçinin vəfat etdiyi halda onun fəaliyyət qabiliyyətli bütün ailə üzvlərinə məxsusdur. Göründüyü kimi, qanunverici kirayəçinin vəfat etdiyi halda onun əvəzinə özünün kirayəçi kimi tanınmasını tələb etmək ixtiyarını yalnız kirayəçinin fəaliyyət qabiliyyətli ailə üzvlərinə şamil etmişdir. İş materiallarından isə iddiaçı Kamal Əkbərovun ailə üzvü olmadığı müəyyən edilir. Həmçinin hazırda ünvan 7 ünvanında qeydiyyatda olmaqla mübahisəli mənzildə yaşaması da təsdiq olunmur. Belə olan halda aydındır ki, qüvvədə olan qanunvericiliyə əsasən iddiaçı Kamal Əkbərova verildiyini iddia etdiyi 28 saylı mənzilə dair K.Əkbərovun ailə üzvü kimi onunla kirayə müqaviləsinin bağlanmasını tələb edə bilməz. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikaytənin dəlili kimi qeyd edilmiş 27-ci notariat ofisinin xüsusi notariusu E.H.Qurbanov tərəfindən təsdiq edilmiş 21 iyun 2022-ci il tarixli vəsiyyətnaməyə münasibətdə qeyd edir ki, vəsiyyətnamənin surətindən görünür ki, ünvan 8 ünvanda qeydiyyatda olan X1 məxsus olan bütün əmlaklarını ünvan 9 ünvanında qeydiyyatda olan İddiaçı vəsiyyət etmişdir. Göründüyü kimi mübahisələndirilən mənzilə dair kirayə müqaviləsi Beatrisa Əkbərovanın adına dəyişdirilməmiş, mənzil onun adına özəlləşdirilməmiş və konkret halda həmin mənzilə dair onun mülkiyyət hüququ qeydə alınmamışdır. AR Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1152-ci maddəsi isə nəzərdə tutur ki, miras qoyan vəsiyyətnamənin tərtib edildiyi vaxt onda olmayan əmlakı vəsiyyətnamədə o halda nəzərdə tuta bilər ki, mirasın açılacağı vaxtadək bu əmlak onun mülkiyyəti olsun. Mübahisələndirilən əmlak isə konkret halda daşınmaz əmlakdır, yəni mənzildir Belə olan halda, həmin sözügedən Məcəllənin 139.1-ci maddəsi isə nəzərdə tutur ki, daşınmaz əmlaka “mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 146.3-cü maddəsinə əsasən isə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: - 59.1-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin - vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. - 62.1-ci maddəsinə görəyaşayış sahəsinin sosial kirayə müqaviləsi dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin verilməsi haqqında qərara əsasən yazılı formada bağlanır. - 48.1-ci maddəsinə əsasən sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. - 51.1-ci maddəsinə görə həmin Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. - 51.2-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. - 51.3-cü maddəsinə görə vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. İstinad edilən normalardan görünür ki, şəxsin dövlət tərəfindən sosial kirayə müqaviləsi əsasında mənzillə təmin edilmək hüququ mövcuddur, lakin bunun üçün o, ilk növbədə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmalıdır. İşdə olan Bakı şəhəri Cavabdeh 21 fevral 2023-cü il tarixli məktubundan görünür ki, vətəndaş İddiaçı Rayon İcra Hakimiyyətində heç bir mənzil uçotuna götürülməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı 28 saylı mənzilə dair onunla kirayə müqaviləsinin bağlanması barədə qərar qəbul edilməsi üçün qanundan irəli gələn hər hansı bir hüquqa malik deyildir. Bu səbəbdən onun hazırkı məzmunda iddiası təmin edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4241/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4241/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-372/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-372/2024
02.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver