Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-3721/2025 15.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi və məruzəsilə, X4 və Ismayılov Orxan Nadir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi ilə, Iddiaçı İddiaçı cavabdeh cavabdeh1 qarşı “torpaq sahəsinin ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi" tələbinə dair iş üzrə Bakı Inzibati Məhkəməsinin e-*- *(***)-****/**** nömrəli, ## #### 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: Iddiaçı İddiaçı cavabdeh cavabdeh1 * saylı Bakı Ərazi Idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Zirə bağ massivində yerləşən 1008 kv.metr **-** saylı torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatına alınaraq, hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair miras qoyan X1 adına arayışın və müvafiq texniki sənədlərin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri * saylı Ayaqqabı Fabrikinin “Primorye” X11 Heyətinin yığıncağının ##.##.1988-ci il tarixli, * saylı protokoluna əsasən iddiaçının mərhum həyat yoldaşı X1 “Primorye” Bağçılıq Yoldaşlığına üzv qəbul olunması və ona ** saylı, 504 kv.metr bağ sahəsinin daimi istifadəsinə verilməsi qərara alınmışdır. Sonradan “Primorye” X11 Heyətinin yığıncağının ##.##.1997-ci il tarixli, * saylı protokoluna əsasən Akşin Əfəndiyevin ** saylı 504 kv.metr bağ sahəsinə boş qalmış ** saylı sahənin əlavə olunması və ona bağ sahəsi 27-34 sayı ilə qeydə alınmaqla, 1008 kv.metr bağ sahəsinin daimi istifadəyə verilməsi qərara alınmışdır. Akşin Əfəndiyev ##.##.2011-ci ildə vəfat etmişdir. ##.##.2011-ci ildə vəfat etmiş X1 ayrılmış 1008 kv.metr bağ torpaq sahəsi onun xüsusi mülkiyyətinə verilmişdir və göstərilən torpaq sahəsi vərəsəlik hüququ əsasında miras kütləsinə daxildir. Göstərilən 1008 kv.metr torpaq sahəsinə vərəsəliyin rəsmiləşdirilməsi üçün mərhumun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair miras qoyanın adına arayışın və müvafiq texniki sənədlərin alınması üçün iddiaçı cavabdehə müraciət etmişdir. Lakin cavabdeh tərəfindən hüquqların dövlət qeydiyyatına alınmasından imtina olunmuşdur. Cavabdehin imtinası tamamilə əsassızdır. Iddiaçı tərəfindən cavabdehə Bakı şəhəri * saylı Ayaqqabı Fabrikinin “Primorye” X11 Heyətinin yığıncağının ##.##.1988-ci il tarixli, * saylı protokolundan çıxarış və “Primorye” X11 Heyətinin yığıncağının ##.##.1997-ci il tarixli, * saylı protokolundan çıxarış, həmçinin Bağçının üzvlük kitabçası və “Primorye” Bağçılıq Yoldaşlığı üzvlərinin siyahısı təqdim olunmuşdur. Göründüyü kimi, protokollardan çıxarışın biri 1988-ci il, ikincisi isə 1997-ci il tarixlidir. Yəni qərarlar bu tarixlərdə qəbul olunmuşdur. Sadəcə olaraq protokollardan çıxarışlar - * saylı çıxarış ## ### 2007-ci ildə, * saylı çıxarış isə ## ### 2007-ci ildə iddiaçının mərhum həyat yoldaşına təqdim olunmuşdur. Cavabdeh isə tam əsassız olaraq çıxarışların vətəndaşa təqdim olunması tarixini qərarın verilməsi tarixi kimi göstərməklə, faktiki olaraq “nə bəhanə olursa-olsun, təki vətəndaşa imtina verilsin prinsipi” ilə hərəkət edərək, qərarların verilməsi tarixlərini saxtalaşdırmağa cəhd edir. Cavabdehin işçisi tərəfindən yerində ölçmə işləri aparılmışdır. Əgər bağ sahəsi ümumi ərazidə yerləşsəydi, işçi iddiaçının yanında hansı ölçmə işlərini aparıb? Imtinada göstərilənlər həqiqətə uyğun deyil və hüquqların dövlət qeydiyyatına alınmasından imtina olunması üçün formal xarakterli bəhanə məqsədi daşıyır. Bakı Inzibati Məhkəməsinin (hakim Emin Abdullayev) e-*-*(***)-****/**** nömrəli, ## #### 2025-ci il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, Bakı şəhəri, Xəzər rayonu, Zirə bağ massivində yerləşən, sahəsi 504 kv.m olan ** nömrəli torpaq sahəsi üzərində hüquqların X1 məxsus olması barədə arayışın və müvafiq texniki sənədlərin iddiaçı İddiaçı verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 * saylı Bakı Ərazi Idarəsinə həvalə olunmuş, iddia qalan hissədə təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın iddianın təmin edilməyən hissəsində ləğv edilməsini və iddianın həmin hissədə də təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddianı qismən rədd edərkən ona əsaslanmışdır ki, mərhum X1 ** nömrəli bağ sahəsi təhkim olunduğu dövrdə, adıçəkilən şəxs * saylı Bakı Ayaqqabı fabrikasında işləməmiş, onun ümumiyyətlə həmin dövrdə hər hansı əmək fəaliyyəti olmamışdır. Lakin məhkəmə nəzərə almamışdır ki, 1997ci ildə ** saylı bağ sahəsi İddiaçıyevə “Primorye” Bağçılıq Yoldaşlığının qərarı ilə ayrılarkən, o, Bağçılıq Yoldaşlığının üzvü olmuşdur. ** saylı bağ sahəsi isə ümumilikdə Bağçılıq Yoldaşlığına ayrılmış bütün sahənin daxilində istifadəsiz qalmışdır. ** saylı bağ sahəsinin artıq İddiaçıyevin istifadəsində olan ** saylı bağ sahəsi ilə qonşuluqda olması səbəbindən həmin bağ sahəsi X11 Heyətinin qərarı ilə İddiaçıyevə ayrılmışdır ki, bu da tam qanunidir. Belə ki, istifadəsiz qalmış bağ sahəsi qanuni əsaslarla “Primorye” Bağçılıq Yoldaşlığının istifadəsində olmuşdur və “Primorye” Bağçılıq Yoldaşlığının bu bağ sahəsi barədə qərar qəbul etmək üçün tam səlahiyyəti olmuşdur. “Primorye” Bağçılıq Yoldaşlığı 1997-ci ildə üzvü olduğu İddiaçıyevə ** saylı bağ sahəsini ayırarkən onun * saylı Bakı Ayaqqabı fabrikasında işləməməsi səbəbi ilə bu hissədə iddianın rədd olunması özüözlüyündə absurddur. Belə ki, həmin vaxt * saylı Bakı Ayaqqabı fabrikası faktiki olaraq fəaliyyətini dayandırmışdı. Işə baxan birinci instansiya məhkəməsi qanunun müddəalarını düzgün tətbiq edə bilməmiş və onun birbaşa olaraq Azərbaycan Respublikasının Konstitusiyasında göstərilən mülkiyyət və vətəndaş hüquqlarını pozan qərar qəbul etmişdir. Azərbaycan Respublikası Iqtisadiyyat nazirinin ## #### 2025-ci il tarixli *-**/*-*-F- ***/**** nömrəli əmri ilə Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (bundan sonra-DƏDKR) publik hüquqi şəxsinin Nizamnaməsi, strukturu və ştat cədvəli yeni redaksiyada təsdiq edilmiş, Nizamnamə yeni redaksiyada qeydiyyata alındıqdan və müvafiq təşkilati xarakterli tədbirlər başa çatdırıldıqdan sonra DƏDKR-in tabeliyindəki ərazi idarələrinin (ixtisaslaşdırılmış hüquqi şəxslərin) fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının və balanslarındakı əmlakların DƏDKR-ə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra – inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 58.1-ci maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. 58.2-ci maddəsinə əsasən hüquq varisi prosesə daxil olana qədər prosesdə edilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, hüquqi varisi üçün də məcburidir. Apellyasiya baxışı zamanı cavabdeh cavabdeh1 * saylı Bakı Ərazi Idarəsi onun hüquq varisi cavabdeh1 ilə əvəz edilmişdir. Apellyasiya baxışı zamanı əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə apellyasiya şikayəti iddiaçı tərəfindən verildiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini iddiaçının apellyasiya şikayətinə münasibətdə yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Iş materiallarında olan Bakı şəhəri * №-li Ayaqqabı fabrikinin “Primorye” X11 heyətinin yığıncağının * №-li, ##.##.1997-ci il tarixli protokolundan çıxarışın surətindən görünür ki, ** nömrəli bağ sahəsinin sahibi X3 bağçılıq-yoldaşlığından kənar edilmiş, boş qalmış ** №-li sahə X1 ** №-li sahəsinə əlavə olunmuş, artırılmış bağ sahəsi 27-34 №-si altında qeydə alınmış, bağın sahəsi 1008 kv.m hesab edilmişdir. Çıxarışda olan qeyddə onun ## ### 2007-ci il tarixində verildiyi qeyd edilmişdir. Çıxarış “xxxx” ASC-nin “Primorye” Bağçılıq Yoldaşlığı tərəfindən təsdiq edilmişdir. Iş materiallarında olan Bağçının üzvlük kitabçasının surətindən görünür ki, X1 “Primorye” Bağçılıq Yoldaşlığı üzvlərinin * №-li, ##.##.1988-ci il tarixli protokoluna əsasən Bağçılıq Cəmiyyətinə üzv qəbul edilmişdir, ona Əzizbəyov rayonu, Zirə qəsəbəsi, sahəsi 504 kv.m olan ** №-li bağ sahəsi ayrılmışdır. Üzlük kitabçasında əlavə olaraq qeyd olunmuşdur ki, ##.##.1997-ci il tarixli * №-li protokola əsasən ** №-li bağ sahəsi ** №-li bağ sahəsinə əlavə edilmiş və artırılmış bağ sahəsi 27-34 №-si altında qeydə alınır, sahəsi 1008 kv.m hesab olunur. Iş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X1 ##.##.2011-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Iş materiallarında olan * saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat ofisi tərəfindən Bakı şəhəri * saylı Ərazi Idarəsinə ünvanlanmış *** nömrəli ##.##.2024-cü il tarixli məktubun surətindən görünür ki, ##.##.2023-cü il tarixdə vəfat etmiş X1 vərəsəsi - İddiaçı ərizəsi əsasında V-***/**** saylı vərəsəlik işi açılmışdır və vərəsələrin dairəsi müəyyən olunmuşdur. Iş materiallarında olan əmək kitabçasından görünür ki, X1 ##.##.1987-ci ildən ##.##.1991-ci ilədək * saylı Bakı Ayaqqabı fabrikində işləmişdir. «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin ##.##.2007-ci il tarixli **** nömrəli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər Icra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilmiş, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır ki, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsini təmin etsin və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll etsin, bu Sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin aidiyyəti dövlət orqanları tərəfindən rəsmiləşdirilməsini təmin edən tədbirlər görsün. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il ###ın ##dək HYPERLINK "https://e-qanun.az/framework/23986" \o "şəhər (rayon) icra hakimiyyəti orqanları"müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda; 15.1.7. bu Qanunun 9.2-1-ci maddəsində nəzərdə tutulan araşdırmanın nəticəsində sənədlərdə göstərilən məlumatların yanlış olduğu təsdiq edildikdə. 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Iddia tələbindən görünür ki, iddiaçı Bakı şəhəri, Xəzər rayonu, Zirə bağ massivində yerləşən 1008 kv.metr **-** saylı torpaq sahələri üzərində hüquqların X1 məxsus olması barədə arayışın və müvafiq texniki sənədlərin verilməsini xahiş edir. Bakı Inzibati Məhkəməsinin hazırda mübahisələndirilən e-*-*(***)-****/**** nömrəli, ## #### 2025-ci il tarixli qərarı ilə iddia qismən təmin edilərək Bakı şəhəri, Xəzər rayonu, Zirə bağ massivində yerləşən, sahəsi 504 kv.m olan ** nömrəli torpaq sahəsi üzərində hüquqların X1 məxsus olması barədə arayışın və müvafiq texniki sənədlərin iddiaçı İddiaçı verilməsi vəzifəsi cavabdehə həvalə olunmuş, iddia qalan hissədə təmin edilməmişdir. Iddiaçı hazırda apellyasiya şikayəti verərək qərarın iddianın təmin edilməyən hissəsində ləğv edilməsini və iddianın həmin hissədə də təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Apellyasiya baxışı zamanı verilmiş məhkəmə sorğusuna əsasən cavabdeh1 * saylı Bakı Ərazi Idarəsi tərəfindən Bakı şəhəri * №-li Ayaqqabı fabrikinin “Primorye” Bağçılıq Yoldaşlığının arxiv qovluğu məhkəməyə təqdim edilmişdir. Qeyd olunan sənədlərdə ** nömrəli bağ sahəsinin X1 ayrılmasına dair müvafiq məlumat və sənədlər mövcud deyildir. Bundan başqa, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Bakı şəhəri * №-li Ayaqqabı fabrikinin “Primorye” X11 heyətinin yığıncağının * №-li, ##.##.1997-ci il tarixli protokolundan çıxarışın surətindən görünür ki, “Primorye” Bağçılıq Yoldaşlığının üzvü ** nömrəli bağ sahəsi ayrılmış X3 Yoldaşlığından kənarlaşdırılmış və həmin bağ sahəsi X1 ** №-li sahəsinə əlavə olunmuşdur. Lakin məhkəmə təqdim edilmiş Bağçılıq Yoldaşlığın arxiv qovluğunda olan sənədlərdən görünür ki, ** nömrəli bağ sahəsi X3 deyil, B.Bahabov adlı şəxsə ayrılmışdır. Həm üzvlərin siyahısında, həm də bağların sxematik xəritəsində ** nömrəli bağ sahəsinin B.Bahabov adlı şəxsə ayrıldığı qeyd olunmuşdur. Göründüyü kimi, ** nömrəli bağ sahəsinin X3 ayrıldığı, daha sonra onun Bağçılıq Yoldaşlığından kənarlaşdırıldığı və həmin bağ sahəsinin X1 ** №-li sahəsinə əlavə olunduğu məhkəmə iclasında araşdırılmış sübutlarla öz təsdiqini tapmadı və iddiaçı da bununla bağlı sübutları məhkəməyə təqdim edə bilmədi. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın mübahisələndirilən hissədə ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı mübahisələndirilən hissədə təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ## #### 2025-ci il tarixli qərarı iddiaçının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3721/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3721/2025
15.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver