Məhkəmə qərarları › İş №2-1(103)-3726/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3726/2025

03.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3726/2025 03.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X10 Oruczadənin sədrliyi və məruzəsi ilə, X15 və Fərid İlham oğlu Mədətlidən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “mənzil uçotunun köçürülməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7405/2025 nömrəli 18 iyun 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Gədəbəy rayonunda mənzil uçotunun Sabunçu rayonuna köçürülməsi barədə sərəncam verilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o Vətən müharibəsi şəhid ailəsidir, əvvəlki qeydiyyatı Gədəbəy rayonunda olduğu üçün həmin rayonun İcra Hakimiyyəti tərəfindən mənzil uçotuna götürülmüşdür. 2024-cü-ilin iyul ayından pasport qeydiyyatını Sabunçu rayonu ünvan 1 ünvanına dəyişdiyi üçün mənzil uçotunun da Sabunçu rayonuna köçürülməsi xahişi ilə Cavabdehnə ərizə ilə müraciət etmişdir, lakin müraciətinin təmin olunmasından imtina edilmiş, Sabunçu rayonunda 5 il daimi pasport qeydiyyatı olmadığı əsas gətirilmişdir. İnzibati orqanın imtinası əsassızdır, çünki o özünün Sabunçu rayonunda pasport qeydiyyatında olduğu təqdirdə mənzil uçotunun Gədəbəy rayonunda saxlanılması mənasızdır. Cavabdeh etirazını onunla əsalandırmışdır ki, İddiaçı mənzil uçot işinin Gədəbəy Rayon İcra Hakimiyyətindən Cavabdehnə köçürülməsi barədə sərəncam verilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulmasını xahiş etmişdir. Nəzərə çatdırılır ki, İddiaçı passport qeydiyyatı Gədəbəy rayonu olmuş, daha sonra 2024-cü ildə passport qeydiyyatını dəyişərək ünvan 3 ünvanına qeydiyyata düşmüşdür. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.7-ci maddəsində qeyd olunur ki, vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləməsi məsələləri haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli fərmanına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinrti 3 ay müddətində Mənzil Məcəlləsinin 51.7-ci maddəsində qeyd olunan qaydaları Azərbayan Respublikasının Prezidenti ilə razılaşdırılaraq təsdiq edilməlidir. Lakin həmin qaydalar Nazirlər Kabineti tərəfindən müəyyən edilməmişdir. Qeyd edilənlərdən görünür ki, Nazirlər Kabineti qeyd olunan qaydaları müəyyən etmədiyindən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması və onların mənzil növbəliyinin köçürülməsi qanunla tənzimlənmir. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinn rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7405/2025 nömrəli 18 iyun 2025-ci il tarixli qərarı ilə (hakim A.Əhədova) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, Cavabdehnə onun şəhid ailəsi kimi mənzil növbəsinə alınmağı xahişi ilə deyil, artıq Gədəbəy Rayon İcra Hakimiyyəti tərəfindən qeydiyyata alınmış şəhid ailəsi kimi onun mənzil növbəsinin yaşayış yerini dəyişdiyi üçün Sabunçu rayonuna dəyişdirilməsinin qeydiyyata alınması xahişi ilə müraciət etmişdir. Məhkəmə qərar qəbul edərkən bu faktı hərtərəfli araşdırmamış və düzgün hüquqi qiymət vermədən qeyri-qanuni qərar çıxarmışdır. İcra Hakimiyyətinin onun ərizəsini təmin etməməsi barədə ünvanladığı cavab məktubundan və məhkəmə qərarından belə nəticə çıxarılır ki, Gədəbəy Rayon İcra Hakimiyyəti və Cavabdeh ayrı-ayrı icra və idarəetmə orqanlarıdır. Qanunvericiliyə görə qeyd olunan orqanlar hər ikisi hakimiyyətin icra orqanları hesab olunurlar. Hesab edir ki, Gədəbəy Rayon İcra Hakimiyyətinin onun mənzil növbəsinə götürülməyi barədə qərarı qüvvədə olduğu halda, Bakı şəhəri Cavabdeh onun mənzil növbəsinin Sabunçu rayonuna dəyişdirilməsindən imtina etməsi qanunsuz hesab edilməli idi. Məhkəmə qərarının əsasını o fakt təşkil edir ki, onun və əri X1 adına ayrı-ayrı yerlərdə torpaq sahələri qeydiyyatdan keçmiş və buna görə də o, mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəxs kimi qeydiyyatdan keçə bilməz. Məhkəmə kollegiyasının nəzərinə çatdırılır ki, məhkəmə qərarında qeyd olunan və onun adına qeydiyyatdan keçmiş Gədəbəy rayonu, Çalburun kəndində yerləşən 0,58 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və həmin kənddə yerləşən 0,16 ha yaşayış məntəqələri təyinatlı torpaq sahələrinin mövcudluğundan nə onun, nə də ərinin məlumatı olmamışdır və həmin torpaq sahələrinin harada yerləşməsi onlara məlum deyildir. Bu fakt yerində yoxlanılsa, məlum olardı ki, qeyd olunan torpaq sahələri əvvəllər və eləcədə hal-hazırda onların deyil, başqa şəxslərin istifadəsindədir. Əgər həqiqətən ailə üzvlərinin istfadəsində qeyd olunan torpaq sahələrinin mövcud olması aşkar olunarsa, onlar həmin an torqaq sahələrini dövlətə bağışlamağa hazırdırlar. Bundan başqa o və ərinin qeydiyyatda olduğu ünvan 5 ünvanında yerləşən yaşayış sahəsi həqiqətən onun adına qeydiyyatdan keçmişdir. Ehtiyac olduğundan qeyd olunan mənzil “ASAN-4” mərkəzində notariat ofisində təsdiq olunmuş xx.xx.2024-cü il tarixli bağışlama müqaviləsinə əsasən X2 adına özgəninkiləşdirilmişdir. Yuxarıda göstərilən halların mövcud olmasına baxmayaraq məhkəmə belə bir qənaətə gəlmişdir ki, onun və ailəsinin hazırki yaşayış sahəsi ilə əlaqədar vəziyyəti AR MM-nin 52-ci maddəsinin təsiri altına düşür və onlar həmin maddənin tələbinə görə yaşayış sahəsinin yaxşılaşdırılmasına ehtiyacı olmayan şəxslər hesab olunurlar və buna əsasən iddia tələbinin rədd olunması barədə qərar çıxarmışdır. Onlar Bakı şəhəri Cavabdehnə ilkin olaraq mənzil növbəsinə götürməsi xahişi ilə müraciət etməmişlər, artıq şəhid ailəsi kimi mənzil növbəsinə götürülmüş şəxsin yaşayış yerini dəyişdiyi üçün mənzil növbəsinin qeydiyyata alınması barədə müraciət etmişlər. Bunlar isə ayrı-ayrı anlamlar daşıyır və nəticə etibarı ilə ayrı-ayrı hüquqi faktlardır. Məhkəmə isə qərar verərkən iş üçün əhəmiyyətli olan bu faktı araşdırmamış və düzgün hüquqi qiymət verməmişdir. Tərəflərin iştirakı: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin olunması, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh inzibati orqan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İddianın mümkünlüyü: Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Hazırki iş üzrə iddiaçı mənzil növbəsinə salıma barədə sərəncam verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş edir. İddiaçı subyektiv hüquqa malikdir. Cavabdeh hazırki iş üzrə cavabdehlik daşıyan inzibati orqandır. İddiaçı cavabdeh inzibati orqana müraciət etmiş, inzibati orqan tərəfindən müraciətinə imtina edilmişdir. İPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə kollegiyası iddianın mahiyyəti üzrə aşağıdakıları qeyd edir: İddia mümkün olsa da, mahiyyəti üzrə əsassız olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün ilk növbədə mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən şəhid ailəsinin yaşayış sahəsi ilə təmin edilməsi qüvvədə olan qanunvericiliyə müvafiq surətdə respublika hökumətinin müəyyənləşdirdiyi qaydada yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 3.9.6-cı bəndinə görə yerli icra hakimiyyəti başçıları dövlət mənzil fondunun yaşayış və qeyriyaşayış sahələrinin saxlanılmasını və idarə olunmasını təşkil edir, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: - 30.1-ci maddəsinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. - 30.2-ci maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. - 48.1-ci maddəsinə görə sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. - 50.1-ci maddəsinə əsasən aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). - 50.2-ci maddəsinə görə vətəndaşın və (və ya) onun ailə üzvlərinin sosial kirayə müqaviləsinə əsasən bir neçə yaşayış sahəsi olduqda və (və ya) mülkiyyət hüququ əsasında qeyd edilən şəxslərə bir neçə yaşayış sahəsi məxsus olduqda, yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunma səviyyəsi göstərilən bütün yaşayış sahələrinin ümumi sahəsinin cəmi nəzərə alınmaqla müəyyən edilir. - 51.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. - 51.2-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. - 51.3-cü maddəsinə görə vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. - 51.4-cü maddəsinə əsasən uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. - 52-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. - 53.1-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. - 55.1-ci maddəsinə görə aşağıdakı hallarda vətəndaşlar yaşayış sahəsinə ehtiyacı olan qismində uçotdan çıxarılır: 55.1.5. müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq bələdiyyə tərəfindən vətəndaşlara yaşayış sahəsinin tikintisi üçün torpaq sahəsi verildikdə. Azərbaycan SSR Nazirlər Sovetinin 1983-cü il 14 oktyabr tarixli, 418 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR ərazisində mənzil ehtiyacını yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydaları”

1. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürmək, növbə müəyyən etmək və yaşayış sahələri vermək məsələlərinə dair komissiyanın təklifləri müvafiq yerli X8 icraiyyə komitəsi tərəfindən müzakirə və təsdiq edilir.

2. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanlar — mənzil-tikinti kooperativlərinin üzvləri, şəxsi mülkiyyətində yaşayış evi olan vətəndaşlar və bu evlərdə yaşayan başqa vətəndaşlar ümumi əsaslarla uçota götürülür və yaşayış sahələri ilə təmin edilirlər.

4. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçotuna həmin yaşayış məntəqəsində müddəti rayon, şəhər (respublika və vilayət tabeli şəhər) xalq deputatları Sovetləri tərəfindən müəyyən edilən vaxt ərzində daimi yaşayan şəxslər götürülürlər.

6. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar, bir qayda olaraq, yaşayış yerində rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd X8 icraiyyə komitəsində uçota götürülürlər. XX çağırış Bakı şəhər X14 4-cü sessiyasının 1988-ci il 8 aprel tarixli qərarı ilə təsdiq edilmiş “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”

4. Mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu, mənzil sahəsi almaq üçün növbənin müəyyənləşdirilməsi, habelə dövlət və ictimai mənzil fondunun evlərində mənzillərin bölüşdürülməsi ictimai nəzarət altında və aşkarlığa əməl olunmaqla həyata keçirilir. İcraiyyə komitələrinin qərarı ilə bu məqsəd üçün Bakı şəhər və rayon xalq deputatları Sovetlərinin icraiyyə komitələri yanında mənzil məsələləri üzrə ictimai komissiyalar yaradılır.

7. Bakı şəhərində daimi yaşayan ailəsinin hər üzvü beş kvadratmetr və daha az mənzil sahəsi ilə təmin edilən vətəndaşlar mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşlar hesab edilirlər.

8. Mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan hesab edilmiş vətəndaşlar yaşayış yerində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna bu şərtlə götürülürlər ki, azı son beş il ərzində Bakı şəhərində yaşamış olsunlar və daimi pasport qeydiyyatında olsunlar. Yaşayışın müddəti Bakı şəhərində pasport qeydiyyatının olması ilə müəyyən edilir. Bakı şəhərinə bu qaydalar qəbul edildikdən sonra gələn vətəndaşlar Bakı şəhərində pasport qeydiyyatının təsdiq etdiyi kimi yeddi il yaşadıqdan sonra mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna götürülürlər.

17. Mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna qəbul edilmək üçün vətəndaş müvafiq surətdə yaşayış yerində rayon X8 İcraiyyə Komitəsinə ərizə verir. Ərizəçi ilə birlikdə Bakı şəhərində nə qədər yaşadıqlarından asılı olmayaraq onunla birlikdə pasport qeydiyyatına alınmış və onunla birlikdə yaşayan arvad, habelə onların öhdəsində olan uşaqlar və səhhətinə görə qulluğa ehtiyacı olan əmək qabiliyyətini itirmiş valideynlər mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna götürülə bilərlər. Ailənin birlikdə yaşayan digər ailə üzvləri ərizəçi ilə birlikdə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotuna yalnız bu şərtlə qəbul edilirlər ki, son 5 il ərzində Bakı şəhərində yaşamış olsunlar və bunun pasport qeydiyyatı təsdiq etsin.

Apellyasiya şikayətinin dəlillərinə münasibət:

İşin məhkəmələr tərəfindən araşdırılmış hallarından görünür ki, İddiaçı və əri X4 şəhid ailə üzvləridir. İddiaçı Gədəbəy Rayon İcra Hakimiyyəti Başçısının sərəncamı ilə mənzil növbəsinə götürülmüş, daha sonra İddiaçı xx.xx.2024-cü il tarixdən ünvan 11 ünvanına qeydiyyata düşmüş, Gədəbəy rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli 144 nömrəli sərəncamı ilə İddiaçı mənzil növbəsindən çıxarılaraq onun mənzil növbəliliyinin qeydiyyatı üzrə Cavabdehnə köçürülməsi üçün uçot sənədlərinin aidiyyəti üzrə göndərilməsi qərara alınmışdır. Hazırkı iş üzrə iddiaçı qeydiyyatda olduğu ünvan üzrə Cavabdeh tərəfindən mənzil uçotuna alınmasını mübahisələndirir. Cavabdeh Azərbaycan Respublikası Bakı şəhər Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2025-ci il tarixli 5-18/2-A-9-068/2025 nömrəli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.7-ci maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydaları müvafiq İcra Hakimiyyəti orqanı (Azərbaycan Respublikası Nazirlər Kabineti) tərəfindən müəyyən edilməlidir. Lakin həmin qaydalar müəyyən edilmədiyindən vətəndaşların yaşayış yeri üzrə Rayon İcra Hakimiyyətində mənzil növbəsinə qəbul edilməsi dayandırılmışdır. Həmin qaydalar müəyyən edildikdən sonra qaldırdığınız məsələyə yenidən baxılacaq. - Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Bakı şəhəri Cavabdeh xx.xx.2025-ci il tarixli 5-18/2-1637/2025 nömrəli məktubu ilə təqdim edilmiş sənədlərdən görünür ki: AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatından görünür ki, xx.xx.1977-ci il təvəllüdlü İddiaçı ünvan 11 ünvanında qeydiyyatdadır. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatından görünür ki, xx.xx.1970-ci il təvəllüdlü X4 ünvan 11 ünvanında qeydiyyatdadır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş Daşınmaz Əmlakın dövlət reyestrindən Arayışda göstərilmişdir ki, İddiaçı adına Respublika ərazisi üzrə əmlakın mövcudluğuna dair xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli müraciətinə əsasən aşağıdakı əmlaklar aşkar edilmişdir: 1)Gədəbəy rayonu, Çalburun kəndində yerləşən 0.58 ha Kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; 2) Gədəbəy rayonu, Çalburun kəndində yerləşən 0.16 ha yaşayış məntəqələrinin torpaq sahəsi. Azərbaycan Respublikası Bakı şəhər Bakıxanov Bələdiyyəsi tərəfindən verilmiş 03/A saylı xx.xx.2025-ci il tarixli Arayışda göstərilmişdir ki, ünvan 11 ünvanında qeydiyyatda olan X4 və İddiaçı Bakıxanov Bələdiyyəsi tərəfindən torpaq sahəsi ayrılmamışdır. - Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-19757/2025 nömrəli məktubunda göstərilmişdir ki, keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X1 və İddiaçı adlarına (ümumibirgə pay) Gədəbəy rayonu, Çalburun kəndində 0.16 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinə dair JN-462D nömrəli xx.xx.2006-cı il tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə; Gədəbəy rayonu, Çalburun kəndində 0.58 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair JN-11 nömrəli xx.xx.2000-ci il tarixli torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Gəncə şəhəri, Kəpəz rayonu, DOS-6, ev 81, 5 saylı mənzil xx.xx.2010-cu il tarixdə X1 adına qeydiyyatdan keçmişdir. Gəncə şəhəri 5 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2012-ci il tarixli 4Ə-1-292 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Gənclik küçəsi, ev 29c, 5 saylı mənzil xx.xx.2023- cü il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir. 4 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli 4Ə-3159 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən X2 adına özgəninkiləşdirilmişdir. Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, ev 61, 16 saylı mənzil xx.xx.2023-cü il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir. Gəncə şəhəri 6 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli 4Ə-184 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X3 adına özgəninkiləşdirilmişdir. - Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-21263/2025 nömrəli məktubla təqdim edilmiş sənədlərdən görünür ki: “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarışdaa əsasən ünvan 11 (yeni qaydalarla: AZ 1132, ünvan 10 ünvanında yerləşən **********79-05301- 093245 reyestr nömrəli ümumi sahəsi 99.4 kv.m olan mənzil xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə X7 adına daşınmaz əmlakın dövlət reyestrində 3804 nömrəli reyestr kitabının 355931 nömrəli vərəqində qeydiyyata alınmışdır. xx.xx.2023-cü il tarixli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsinə əsasən hədiyyə verən X11 ünvan 11(yeni qaydalarla: AZ 1132, ünvan 10 ünvanında yerləşən ümumi sahəsi 99.4 kv.m olan mənzili hədiyyə alan İddiaçı bağışlamışdır. “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarışa əsasən ünvan 11 (yeni qaydalarla: AZ 1132, ünvan 10 ünvanında yerləşən **********79-05301- 093245 reyestr nömrəli ümumi sahəsi 99.4 kv.m olan mənzil xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 3804 nömrəli reyestr kitabının 355931 nömrəli vərəqində qeydiyyata alınmışdır. xx.xx.2024-cü il tarixli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsinə əsasən hədiyyə verən İddiaçı ünvan 11(yeni qaydalarla: AZ 1132, ünvan 10 ünvanında yerləşən ümumi sahəsi 99.4 kv.m olan mənzili hədiyyə alan X5 bağışlamışdır. “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarışdaa əsasən ünvan 11 (yeni qaydalarla: AZ 1132, ünvan 10 ünvanında yerləşən **********79-05301- 093245 reyestr nömrəli ümumi sahəsi 99.4 kv.m olan mənzil xx.xx.2024-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə X2 adına daşınmaz əmlakın dövlət reyestrində 3804 nömrəli reyestr kitabının 355931 nömrəli vərəqində qeydiyyata alınmışdır. - Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2025-ci il tarixli 18/2-11120 nömrəli məktubunda göstərilmişdir ki, xx.xx.1977-ci il təvəllüdlü X6 xx.xx.2013-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Gədəbəy rayonu, Çalburun kəndində, xx.xx.2024-cü il tarixdən hazırki vaxtadək ünvan 11 ünvanında qeydiyyatdadır. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2025-ci il tarixli 18/2-11119 nömrəli məktubunda göstərilmişdir ki, ünvan 11 ünvanında xx.xx.1977-ci il təvəllüdlü İddiaçı yaşayış yeri üzrə qeydiyyatdadır. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi şəhid ailəsinin üzvü kimi yaşayış yeri üzrə Bakı şəhəri Cavabdehndə güzəştli mənzil növbəsinə salınması və nəticə etibarilə həmin növbə əsasında Bakı şəhərində mənzillə təmin olunmasına nail olmaqdan ibarətdir. Apellyasiya şikayətinin dəlillərində göstərilən “iddiaçının hazırki tələbinin uçota alınmaqla bağlı deyil, uçotun köçürülməsi ilə bağlı olması”na münasibətdə məhkəmə kollegiyası diqqətə çatdırır ki, iddiaçı Gədəbəy Rayon İcra Başçısının xx.xx.2024-cü il tarixli sərəncamı ilə uçotdan çıxarılmışdır. Həmin sərəncamda uçot sənədlərinin aidiyyəti üzrə (Cavabdehnə) göndərilməsi qeyd edilsə də nəticə etibarilə Cavabdeh Başçısının verəcəyi Sərəncam iddiaçının qeydiyyat ərazisi üzrə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülməsi ilə bağlı olacaqdır. Yuxarıda istinad olunan qanunvericilik normalarından müəyyən edilir ki, şəxsin yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün onun ümumən yaşayış sahəsinə ehtiyacı olması müəyyən olunmalıdır. Lakin əgər şəxsə (ailə üzvlərinə) aid yaşayış sahəsinin tikintisi üçün torpaq sahəsi və ya mənzil varsa, o, uçotdan çıxarılır. Yəni həmin şəxs artıq yaşayış sahəsinə ehtiyacı olan hesab edilmir, buna görə də uçotdan çıxarılır. Mənzil Məcəlləsinin 52-ci maddəsinin tətbiqi üçün uçota alınmaq istəyən vətəndaşın mənzil şəraiti müraciətdən öncə uçota alınmasına mane olacaq dərəcədə qanunla nəzərdə tutulan minimal səviyyə və ondan yuxarı əliverişli vəziyyətdə olmalıdır ki, yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmağa xidmət edən müvafiq hərəkətlər etməklə (əmlakı satmaq, bağışlamaq və s.) şəxs öz əlverişli mənzil şəraitini pisləşdirmiş olsun. Apellyasiya şikayətinin dəlillərini əsassız hesab edən kollegiya qeyd edir ki, ünvan 11 ünvanda yerləşən mənzil xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına qeydiyyatdan keçmiş, xx.xx.2024-cü il tarixli, Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsi əsasında oğlunun adına özgəninkiləşdirilmişdir. Bundan sonra iddiaçı xx.xx.2024-cü il tarixdən mülkiyyətçisi olduğu ünvan 11 ünvanında qeydiyyata alınmış və mənzili oğlunun adına özgəninkiləşdirdikdən sonra xx.xx.2024-cü il tarixdə Gədəbəy rayonu üzrə mənzil uçotundan çıxarılmış və cavabdeh Bakı şəhər Cavabdehnə xx.xx.2025-ci il tarixdə müraciət edərək mənzil uçotuna alınmasını xahiş etmişdir. Belə olan halda Məhkəmə kollegiyası diqqətə çatdırır ki, iddiaçının mülkiyyətində olan əmlakı özgəninkiləşdirməsi (bağışlamanın) iddiaçının mənzil vəziyyətini qəsdən pisləşdirdiyi hal kimi qəbul edilir və bu halda iddiaçının vəziyyəti bilavasitə Mənzil Məcəlləsinin 52-ci maddəsinin təsiri altına düşür. Beləliklə, iddiaçının mülkiyyətində olan yaşayış sahəsinin özgəninkiləşdirilməsindən və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 52-ci maddəsinə əsasən müvafiq bağışlama barədə əqdin bağlandığı tarixdən növbəti beş il müddət keçmədiyindən iddianın təmin edilməsi də hazırkı halda istisna edilir. Məhkəmə kollegiyasının qənaəti ondan ibarətdir ki, yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək məqsədi ilə niyyətli hərəkətlərə yol vermiş vətəndaşlar üçün qanunvericiliklə müəyyən edilmiş 5 illik müddət (niyyətli hərəkətlərə yol verdikləri gündən) iddiaçıya münasibətdə başa çatmamışdır. Digər mübahisəli məqama münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından da aydın görünür ki, iddiaçının adına hazırda da Gədəbəy rayonu, Çalburan kəndində 0.16 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi əri X4 ilə onun ümumbirgə mülkiyyətindədir. Göründüyü kimi, hazırda iddiaçının və onun ailə üzvü olan ərinin adına fərdi yaşayış evinin tikintisinə icazə verən həyətyanı torpaq sahəsinin qeydə alınması müəyyən olunması iddiaçının hazırda yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmasına əsas vermir. Məhkəmə kollegiyası onu da diqqətə çatdırır ki, yuxarıda sadalanan qanunvericilik normalarının tələblərinə əsasən, Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşlar azı son 5 il ərzində Bakı şəhərində yaşamış olduqları halda, bu qaydalar qəbul edildikdən sonra Bakı şəhərinə gələn vətəndaşlar isə yeddi il yaşadıqdan sonra mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna götürülə bilərlər. Daimi yaşamağın müddəti isə Bakı şəhərində pasport qeydiyyatının tarixi ilə müəyyən edilir. İddiaçının daimi olaraq 7 il müddətində Bakı şəhərinin Sabunçu rayonu ərazisində yaşaması öz təsdiqini tapmır. Məhkəmə kollegiyası nəzərə çatdırır ki, oxşar iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-3015/2025 saylı, xx.xx.2025-ci il tarixli Qərarında da mövqe bu cür əsaslandırılmışdır. Beləliklə, Məhkəmə kollegiyası nəzərə çatdırır ki, yuxarıda sadalanan qanunvericilik normalarının məqsədi sosial müdafiəyə ehtiyacı olan şəxslərin layiqli həyat səviyyəsi, onların sosial təminatı və cəmiyyətin həyatında tam həcmdə iştirakını və sosial inteqrasiyasına şərait yaradılmasını, onların həyat şəraitinin yaxşılaşdırılmasını təmin etməkdir. Bununla bağlı dövlətin vəzifəsi müvafiq kateqoriyadan olan şəxslərin ehtiyaclarının ödənilməsi üçün köməklik göstərilməsidir. Həmçinin qeyd edilməlidir ki, Azərbaycan cəmiyyətində şəhid anlayışı müqəddəsdir. Şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Lakin bu müdafiənin reallaşdırılması, şəhid ailəsinin hər bir üzvünə münasibətdə ali hörmət hissinin hüquqla uyğunlaşdırılması bəzən mümkünsüz dilemmalarla nəticələnir. Burada qarşıqarşıya dayanan iki ali dəyər mövcuddur: 1. şəhid ailəsinə hörmət və sosial qayğı borcu;

2. qanunun aliliyi və bərabər tətbiq prinsipi. Hər bir hüquqi dövlət bu iki anlayışı uzlaşdırmağa çalışır. Lakin praktiki vəziyyətlərdə bu hər zaman mümkün olmur. Əgər şəhid anası üçün istisna edilərsə, bu, digər həssas qruplardan olan şəxslərdə suallar doğura və belə hallar sosial narazılıq və hüquqi bərabərliyə inamın itməsi ilə nəticələnə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi iddiaçının hazırkı vəziyyətdə mənzillə təmin olunmaq üçün mənzil növbəsinə götürülmə hüququna malik olmaması barədə qanuni qənaətə gəlmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri qərarın ləğvinə əsas vermir, bu səbəbdən, şikayət təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7405/2025 nömrəli 18 iyun 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır (İPM-87.6).

Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62, 81, 75 və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7405/2025 nömrəli 18 iyun 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elvin Əliyev Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar