Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3727/2025 09.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədovdan (sədrlik edən və məruzəçi), Şərafət Asif qızı Məmmədovadan və X1 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4911/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. a) Birinci instansiya məhkəməsində icraat.
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-273337/2024 nömrəli Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı bildirir ki, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-2-3/2273337/2024 nömrəli Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə Qərarına əsasən kameral vergi yoxlaması İddiaçı MMC-yə 2024cü ilin avqust ayı üzrə 39986,46 manat əlavə dəyər vergisi hesablanmışdır. Qərarda qeyd edilmişdir ki, təqdim edilmiş bəyannamənin 301.1 “malların təqdim edilməsi, işlərin görülmsəi, xidmətlərin göstərilməsi üzrə əməliyyatlar” sətrinin “təqdim edilmiş, mal iş və xidmətlərin dəyəri (ƏDV nəzərə alınmadan)” sütununda olan 61569,90 manat məbləğ, rəsmiləşdirilmiş son xronometraj müşahidəsinin nəticəsində müəyyən edilmiş (283716,20 manat) məbləğdən 222146,30 manat azdır. Cavabdeh vergi orqanının qərarında qeyd edilən əsaslandırma əsassız olduğu üçün xx.xx.2024-cü il tarixli 3-21- 2-3/2-273337/2024 nömrəli Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə Qərarı ləğv edilməlidir. Cavabdeh inzibati orqan tərəfindən 08-11 avqust 2024-cü ilin tarixlərində iddiaçının günlük dövriyyəsinin müəyyən edilməsi üçün xronometraj metdu ilə müşahidə keçirilmişdir. Xronometrajın metdou ilə müşahidə həftənin cümə, cümə axşamı, şənbə və bazar günləri keçirilmişdir. Xronometraj metdou ilə müşahidə keçiriən əməkdaşlar bazar ertəsi günü dövriyyyənin aşağı olduğunu görmüş və müşahidənin keçirilməsi dayandırılmışdırlar. Müşahidə sadəcə olaraq 4 gün yəni həftə sonu müşahidə keçirilmişdir. Halbuki qərarda göstərilən müddət ərzində müşahidə keçirilmiş olsa idi real dövriyyə müəyyən ediləcəkdir. İddiaçının günlük dövriyyəsi həqiqətəndə xronometraj metodu ilə aparılmış müşahidənin nəticəsi barədə aktlarda qeyd edildiyi kimi deyildir. Dövriyyənin 4 günün nəticəsinə uyğun olaraq müəyyən edilməsi düzgün deyil.
3. Sonradan idiaçının nümayəndəsi və vəkili Vəkil xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim edərək cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21- 2-3/2- 273337/2024 nömrəli və xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-333307/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(112)-4911/2025 nömrəli qərardadı ilə iddia tələbi dəqiqləşmiş şəkildə icraata qəbul edilmişdir.
5. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, xx.xx.2024-cü il tarixli **********3160 nömrəli qərarla vergi ödəyicisində xronometraj metodu ilə müşahidənin keçirilməsinə başlanılmışdır. Xornometraj metodu ilə müşahidə xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə aparılmış, müşahidənin nəticəsi barədə günlük və yekun aktlar tərtib edilmişdir. Belə ki, aparılmış xronometraj metodu ilə müşahidə nəticəsində xx.xx.2024-cü il tarixli 027873 saylı AKTla xx.xx.2024-xx.xx.2024 il tarixlərdə keçirilmiş xronometraj metodu ilə müşahidə nəticəsində malların (iş və xidmətlərin) satış dövriyyəsi NKA-nın “z” hesabatlarına əsasən nağd 8091,62 manat, nağdsız isə 47705,84 manat olmaqla ümumi dövriyyə 55797,52 manat müəyyən olunmuşdur. Eləcə də orta günlük satış dövriyyəsi 13949,38 manat təşkil etmişdir. İddiaçı tərəfindən mübahisələndirilən xx.xx.2024-cü il tarixli 3-21-2-3/2- 273337/2024 nömrəli qərarla 2024-cü ilin avqust ayı üzrə əlavə dəyər vergisi hesablanmışdır. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş bəyannamənin 301.1 “Malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi üzrə əməliyyatlar” sətrinin “Təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri (ƏDV nəzərə alınmadan)” sütununda olan 61569.90 manat məbləğ, rəsmiləşdirilmiş son xronometraj müşahidəsinin nəticəsində müəyyən edilmiş (283716.20 manat) məbləğdən 222146,30 manat azdır. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********166200 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövr üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsinin və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim olunmadığından 2024-cü ilin avqust ayı üçün ƏDV bəyannaməsi üzrə 39986,46 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2024-cü il tarixli **********478800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. 2024-cü il avqust ayı üzrə ƏDV bəyannamə məlumatları Cari bəyannamə məlumatları Kameral bəyannamə məlumatları 1 ƏDV cəlb olunan əməliyyatlar 61 569.90 283 716.20 2 ƏDV 11 082.46 51 068.92 3 Ədv-dən azad əməliyyatlar 10 780.00 4 Əvəzləşməyə əsas verən e-qaimə faktura məbləği 10 390.65 10 390.65 5 Əvəzləşdirilən ƏDV 1 870.32 1 870.32. İddiaçının 2024-cü ilin avqust ayı üzrə təqdim etdiyi ƏDV bəyannamə məlumatlarından görünən odur ki, iddiaçının bəyan etdiyi dövriyyə məlumatı vergi orqanının xronometrajla müəyyən etdiyi dövriyyədən olduqca az göstərilmişdir. Həmçinin iddiaçı təqdim etdiyi bəyannamədə ƏDV-dən azad olunan əməliyyatları barədə məlumatı qeyd etməmişdir. İddiaçı tərəfindən mübahisələndirilən digər xx.xx.2024-cü il tarilxi 3-21-2- 3/2- 333307/2024 nömrəli qərarla iddiaçıya 33747,01 manat əlavə dəyər vergisi hesablanmışdır. İddiaçı tərəfindən təqdim edilmiş 2024-cü il əlavə dəyər vergisi üzrə bəyannamənin 308-ci sətrində VM 175.1-ci maddəsinə əsasən alınmış elektron qaiməfakturalar (elektron vergi hesab-fakturalar) üzrə nağdsız qaydada ödənilmiş məbləğ sətrində 4.367,25 manat ƏDV məbləği göstərilməsinə baxmayaraq, həmin bəyannaməyə əlavə edilmiş elektron qaimə-fakturalar (e-VHF) barədə məlumatın 308 kodlu sətri üzrə ödənilmiş ƏDV məbləğlərinin cəmi 666,20 manat göstərildiyi üçün kənarlaşma yaranmışdır. Təqdim edilmiş bəyannamənin 301.1 “Malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi üzrə əməliyyatlar” sətrinin “Təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri (ƏDV nəzərə alınmadan)” sütununda olan 6266.70 manat məbləğin, rəsmiləşdirilmiş son xronometraj müşahidəsinin nəticəsində müəyyən edilmiş (189144.14 manat) məbləğdən 182877.44 manat az olduğu müəyyən edilmişdir. 2024-cü ilin sentyabr ayı ərzində iddiaçı tərəfindən ƏDV-dən azad edilən təqdim edilmiş elektron qaiməfakturaların dəyəri (ƏDV-siz) (0.00 manat) göstərilmiş və bu məbləğlə onlayn kassa aparatı ilə müəyyən edilmiş ƏDV-dən azad olan dövriyyənin (ƏDV-siz) (1390.00 manat) cəmi (1390.00 manat) məbləği ilə həmin hesabat ayı üzrə təqdim etdiyiniz bəyannamənin 307.3-cü sətri ƏDV-dən azad olunan əməliyyatlar üzrə hesabat dövrü ərzində yaranmış debitor borc məbləğinin ( 0.00 manat) fərqi ( 1390.00 manat) və 307.3-cü sətrdə ƏDVdən azad olunan əməliyyatlar üzrə hesabat dövrü ərzində silinən debitor borc məbləğinin (hesabat dövründə dəqiqləşdirilən əməliyyatlar nəzərə alınmaqla) ( 0.00 manat), bəyannamənin 5 nömrəli Əlavəsinin 303.34-cü sətir üzrə dövr ərzində daxil olmuş avans məbləğinin ( 0.00 manat) cəmi 1390.00 manat olmasına baxmayaraq 303-cü sətrdə ƏDV-dən azad olunan əməliyyatlar üzrə daxil olmuş məbləğin 0.00 manat göstərilməsi nəticəsində 1390.00 manat kənarlaşma müəyyən edilmişdir. Belə ki, iddiaçının 2024-cü il sentyabr ayı üzrə ƏDV bəyannaməsində bəyan edilmiş dövriyyə məbləi keçirilmiş sonuncu xronometraj metodu ilə müşahidə nəticəsində müəyyən edilmiş dövriyyə məbləğindən az göstərilmişdir. Həmçinin iddiaçı tərəfindən təqdim edilmiş bəyannamədə ƏDV-dən azad əməliyyatlar bəyan edilməmişdir. Eləcə də iddiaçı tərəfindən 2024-cü il sentyabr ayı üzrə 4367.25 manat əvəzləşdirilməli məbləğ bəyan edilsə də, həmin elektron qaimə fakturalar əsasında yalnız 666.19 manat ƏDV-nin ödənildiyi müəyyən edilərək, əvəzləşdirilən vergi məbləğində azalma aparılmışdır. 2024-cü il sentyabr ayı üzrə ƏDV bəyannamə məlumatları Cari bəyannamə məlumatları Kameral bəyannamə məlumatları ƏDV cəlb olunan əməliyyatlar 6 266.70 189 144.14 ƏDV 34 045.95 ƏDVdən azad əməliyyatlar 1 390.00 Əvəzləşməyə əsas verən e-qaimə faktura məbləği 24 262.5 3 701.06 Əvəzləşdirilən ƏDV 4 367.25 666.19.
6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4911/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir.
7. İddiaçı MMC apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
b) Apellyasiya şikayətinin dəlilləri
8. Apellyasiya şikayəti iddiaya uyğun əsaslandırılmışdır.
ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatları
10. Məhkəmədə iddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin edilərək,birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, cavabdehin nümayəndəsi isə verilmiş etiraza uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanmasını məhkəmədən xahiş etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
11. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;
12. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 50-1.1-ci maddəsinə müvafiq olaraq xronometraj metodu ilə müşahidə operativ vergi nəzarəti növü olmaqla istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi məqsədi ilə vergi ödəyicilərinin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin saxlanılması ilə bağlı olan istehsal, anbar, ticarət və digər binalarında (ərazilərində) aşağıdakı hallarda aparılır: 50-1.1.1. vergi ödəyicisinin təqdim etdiyi vergi bəyannamələrində vergi tutulan dövriyyə əvvəlki hesabat dövriyyələri ilə müqayisədə 30 faizdən çox azaldıqda, yaxud dövriyyə məbləğlərinin vergi ödəyicisinin fəaliyyəti barədə iqtisadi göstəricilərinə, işçilərinin sayına, əmtəə-material ehtiyatlarının həcminə, satış qiymətlərinə və aktivlərinin dəyərinə uyğun olmaması barədə vergi orqanında mənbəyi bəlli məlumatlar olduqda; 50-1.1.2. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının təkrar pozulması faktları aşkar olunduqda; 50-1.1.3. bu Məcəllənin 15.1.13-cü maddəsinə müvafiq olaraq vergi ödəyicisi yeni xronometraj metodu ilə müşahidə keçirilməsi haqqında vergi orqanına tələb irəli sürdükdə Həmin Məcəllənin 50-1.3-cü maddəsinə uyğun olaraq xronometraj metodu ilə müşahidə obyektin normal fəaliyyətinə maneçilik törətməməklə və bu Məcəllənin 50.350.6-cı maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilməklə 15 iş günündən çox olmayan müddətdə aparılır. 50-1.4-cü maddəsinə əsasən, müşahidəyə başlamazdan əvvəl xronometraj metodu ilə müşahidə aparılmalı olan obyektdə malın (işin, xidmətin) qiymətini müəyyən etmək məqsədi ilə vergi orqanının nəzarət qaydasında mal (iş, xidmət) alqısı həyata keçirmək hüququ vardır. 50-1.5-ci maddəsinə müvafiq olaraq xronometraj metodu ilə müşahidə keçirilən zaman müxtəlif vergi ödəyicilərinin tətbiq etdikləri qiymətlərin nəzarət qaydasında mal alqısı zamanı rəsmiləşdirilmiş qiymətlərdən 30 faizdən çox (aşağı və ya yuxarı) fərqlənməsi faktları aşkar edildikdə, istehsal həcmi və ya satış dövriyyəsi nəzarət qaydasında mal alqısı zamanı rəsmiləşdirilmiş qiymətlər nəzərə alınmaqla hesablanır. 50-1.6-cı maddəsinə görə, xronometraj metodu ilə müşahidə zamanı müəyyən edilmiş göstəricilər hər iş gününün sonunda müvafiq aktla rəsmiləşdirilir.
13. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
14. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
15. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
16. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən mübahisələndirmə haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.1-ci maddələrinə əsasən)
17. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 11-13-cü bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.
18. İşin faktiki hallarından göründüyü kimi cavabdehin xx.xx.2024-cü il tarixli **********3160 nömrəli qərarına əsasən iddiaçıya aid ünvan 1 ünvanında yerləşən “Maize Beach” adlı obyektdə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövrdə yəni 4 gün müddətində xronometraj metodu ilə müşahidə keçirilmiş, müşahidənin nəticəsi barədə günlük və yekun aktlar tərtib edilmişdir. Cavabdehin yoxlamasına əsasən xx.xx.2024cü il tarixli 027873 saylı AKTla xx.xx.2024-xx.xx.2024 il tarixlərdə keçirilmiş xronometraj metodu ilə müşahidə nəticəsində malların (iş və xidmətlərin) satış dövriyyəsi NKA-nın “z” hesabatlarına əsasən nağd 8091,62 manat, nağdsız isə 47705,84 manat olmaqla ümumi dövriyyə 55797,52 manat müəyyən olunmuşdur. Eləcə də orta günlük satış dövriyyəsi 13949,38 manat təşkil etmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli 3-21-2- 3/2- 273337/2024 nömrəli qərarı ilə 2024-cü ilin avqust ayı üzrə əlavə dəyər vergisi hesablanmışdır. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş bəyannamənin 301.1 “Malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi üzrə əməliyyatlar” sətrinin “Təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri (ƏDV nəzərə alınmadan)” sütununda olan 61569.90 manat məbləğ, rəsmiləşdirilmiş son xronometraj müşahidəsinin nəticəsində müəyyən edilmiş (283716.20 manat) məbləğdən 222146,30 manat az olduğu müəyyən edilərək 11 noyabr 2024-cü il tarixli 3-21-2-3/2-273337/2024 nömrəli qərar ilə 2024-cü ilin avqust ayı əlavə dəyər vergisi üzrə vergi orqanı tərəfindən 49.198,60 manat, əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 39.986,46 manat vergi hesablanmışdır. Cavabdehin 03 dekabr 2024-cü il tarixli 3-21-2-3/2- 333307/2024 nömrəli qərarına əsasən 2024-cü ilin sentyabr ayı əlavə dəyər vergisi üzrə vergi orqanı tərəfindən aparılmış 33.379,76 manat, əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 37.747,01 manat vergi hesablanmışdır.
19. Hazırda iddiaçı hər iki qərarın günlük dövriyyəsinin yüksək olduğu həftənin qeyri-iş günlərində keçirilən xronometrajın nəticələrinə əsasən qəbul edildiyini, iddiaçının VMnin 15.1.13-cü maddəsinə əsasən xx.xx.2024-cü il tarixdən etibarən xronometraj metodu ilə müşahidənin keçirilməsini xahiş etdiyini, lakin müraciətin təmin edilmədiyini əsas gətirərək xronometraj metodu ilə keçirilmiş yoxlamanın nəticələrinə əsasən hesablanmış əlavə dəyər vergisinin ləğvini mübahisələndirir.
20. İşin apellyasiya baxışı zamanı FHN X2 və Sularda Xilasetmə dövlət xidməti tərəfindən verilmiş 25 avqust 2025-ci il tarixli sorğuya cavab məktubuna əsasən 2024-cü il üzrə Bakı şəhəri və Abşeron yarımadasında çimərlik mövsümünün başlanması-bitməsi Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyətinin Başçısı tərəfindən təsdiq edilmiş Sərəncam ilə müəyyən edilir. Belə ki, 2024-cü il tarixli Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyətinin Sərəncamına əsasən çimərlik mövsümü 3 (üç) ay müddətində xx.xx.2024-cü il tarixində başlamış – xx.xx.2024-cü il tarixində bitmişdir.
21. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, cavabdeh orqan qanunvericiliklə müəyyən edilmiş hüquqlardan istifadə edərək yoxlama apardığından, xronometraj metodu ilə aparılan müşahidə Vergi Məcəlləsinin tələblərinə müvafiq qaydada həyata keçirildiyindən birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
22. Kollegiya iddiaçının yeni xronometraj metodu ilə müşahidə keçirilməsi haqqında apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən iddiaçı sonuncu xronometraj metodu ilə müşahidədən 1 ay sonra irəli sürmək hüququ olsa da, bu hüququndan istifadə etməməsi barədə birinci instansiya məhkəməsinin göstərdiyi mövgeyi ilə razılaşır. Belə ki, iddiaçı avqust yoxlamasından 1 ay sonra deyil, xx.xx.2024-cü il tarilxi kameral yoxlama qərarından sonra xx.xx.2024-cü il tarixdə xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə ərizə ilə vergi orqanına müraciət etmişdir.
23. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
24. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4911/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
25. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4911/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.