Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-373/2021 09.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Ağayev Valeh Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Nuriyeva Afaq Bayram qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin X2 Mərkəzi filialına qarşı “pensiya” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-3536/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X2 İdarəsinəqarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona xx xxxx 2015-ci il tarixdən, 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və əmək pensiyasının «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun xx.xx.2015-ci ildə qüvvədə olan tələbləri əsasında hesablanaraq birdəfəyə ona ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı xx.xx.2015-ci il tarixdən, yəni 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və əmək pensiyasının hesablanması zamanı yaranacaq fərq məbləğinin «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun xx.xx.2015-ci ildə qüvvədə olan 37.7ci maddəsinin tələbləri əsasında hesablanaraq birdəfəlik qaydada ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin X2 üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, dəqiqləşdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1963-cü ildə anadan olmuş, xx.xx.1980-ci il tarixdən əmək fəaliyyətinə başlamışdır. xx.xx.2015-ci ildən iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin olunmalı idi. Həmin vaxtdan hal-hazırkı tarixə kimi dəfələrlə aidiyyəti orqanlara müraciət edilsə də, iddiaçıya xx.xx.2015-ci il tarixdən, yəni 52 yaşının tamam olduğu vaxt güzəştli şərtlərlə əmək pensiyası təyin olunmamışdır. Əmək pensiyasının 52 yaşdan, xx.xx.2015-ci il tarixdən təyin olunması və müvafiq dövrün qanunvericiliyinə uyğun olaraq pensiya məbləğinin hesablanaraq iddiaçıya ödənilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X2 İdarəsinə birinci dəfə edilmiş müraciətinə cavab olaraq xx.xx.2019-cu il tarixdə iddiaçıya ünvanlanmış imtina məktubunda göstərilənləri yerinə yetirəndən sonra ikinci dəfə xx.xx.2019-cu il tarixdə müraciət edilmiş, cavab olaraq, xx.xx.2020-ci il tarixdə **********8 saylı, xx.xx.2020 il tarixli imtina məktubunu alınmışdır. Qeyd olunan imtina məktubuna əsasən ki, iddiaçının «xxxx» ASCdə işlədiyi vəzifə Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq olunmuş 1 nömrəli siyahıda öz əksini tapmadığından və Göyçay rayonu K.Marks adına kolxozda işləməyini təsdiq edən arxiv arayışı təqdim olunmadığı üçün iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin olunmasından imtina olunur. Hesab edilir ki, cavabdehin imtina məktubu qeyri- qanunidir. Cavab məktubu əsassız olduğundan hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edilmişdir. İddiaçıya görə ona əmək pensiyası «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun xx.xx.2015-ci il tarixdə qüvvədə olan tələbləri əsasında təyin edilib hesablanmalıdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-3536/2020 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-3536/2020 saylı qərarın ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmiş dir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının İdarəyə təqdim etdiyi arayışda onun işlədiyi peşələr qeyd edilsə də, həmin peşələrin ona yaşa görə güzəştli pensiya hüquq verən sahələrə aid olmaları qeyd edilməyib. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmiş, habelə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan şəxsin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimi, iddiaçının nümayəndəsinin izahatını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. İş materialları əsasında müəyyən edilmişdir ki, iddiaçı xx xxxxxxx 1981-ci il tarixdən xx xxxxxx 1983-cü il tarixədək SSRİ Ordu sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir. O, xx.xx.1980-ci ildən (şəxsi hesab № 116) K.Marks adına kolxozun idarə heyətinin qərarına əsasən kolxozun üzvlüyünə qəbul edilmiş, 10 saylı protokola əsasən xx.xx.1984-cü il tarixdən kolxoz üzvlüyündən azad edilmiş, 293 saylı xx.xx.1984-cü il tarixli əmrlə xx.xx.1984cü il tarixdən Lyüminisent lampaları yığma sexinə yuma, qurutma sazlayıcısı şagirdi qəbul edilmiş, 336 saylı xx.xx.1984-cü il tarixli əmrlə ona Lyüminisent lampaları yığma sexində yuma, qurutma sazlayıcısının 3-cü dərəcəsi verilmiş, 198 saylı xx.xx.1987-ci il tarixli əmrə əsasən ona xx.xx.1987-ci il tarixdən EVSA sazlayıcısının (quraşdırma) 3 (üçüncü) dərəcəsi verilmiş, 7 a/k saylı xx.xx.1991-ci il tarixli əmrə əsasən xx.xx.1991-ci il tarixdən “İşıq” kiçik müəssisəsinə köçürmə yolu ilə işdən azad edilmiş, 1a saylı xx.xx.1991-ci il tarixli əmrə əsasən xx.xx.1991-ci il tarixdən “İşıq” kiçik müəssisəsi “xxxx” İXB baş zavoduna köçürmə yolu ilə quraşdırma sazlayıcısı işinə qəbul edilmiş, 38 saylı xx.xx.1993-cü il tarixli əmrə əsasən “xxxx” İXB baş zavoduna köçürmə yolu ilə xx.xx.1993-cü il tarixdən işdən azad edilmiş, 130 a/k saylı xx.xx.1993-cü il tarixli əmrlə xx.xx.1993-cü il tarixdən “xxxx” İB “İŞTQ” KM-dən köçürmə yolu ilə 3 nömrəli Lyüminisent lampaları yığma sexinə 3-cü dərəcəli quraşdırıcı yarım avtomat sazlayıcı qəbul edilmiş, 130 İTŞ saylı xx.xx.1994-cü il tarixli əmrlə ona xx.xx.1994-cü il tarixdən həmin sexdə ikinci peşə almaq etibarilə 4-cü dərəcəli sorucu yarımavtomat sazlayıcısı ixtisası verilmiş, 136/k nömrəli xx.xx.1994-cü il tarixli əmrə əsasən xx.xx.1994-cü il tarixdən həmin sexdə 4-cü dərəcəli sorucu yarımavtomat sazlayıcısı keçirilmiş, 69 saylı xx.xx.2007-ci il tarixli əmrə əsasən xx.xx.2007-ci il tarixdən işdən azad edilmişdir. Məhkəmə sorğusuna əsasən Ləğetmə prosesində olan “xxxx” ASC tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli arayışdan müəyyən edilir ki, İddiaçı xx.xx.1984-cü il tarixindən “xxxx” İB-nin Lyüminisent lampaları yığma sexində əmək fəaliyyətinə başlamış, müxtəlif peşələrdə çalışmış və İstehsalat Birliyinin bazasında “xxxx” ASC yaradılanadək, yəni xx xxxxxx 2001-ci ilədək (17 il 1 ay 13 gün) müəssisədə quraşdırıcı yarımavtomat sazlayıcı və sorucu-yarımavtomat sazlayıcısı peşələrində çalışmışdır. Əmək kitabçasında İddiaçı ASC-nin xx.xx.2007-ci il tarixli 69 nömrəli əmrinə əsasən işdən azad edilməsinə dair qeyd öz əksini tapmışdır. Eyni zamanda, bildirilir ki, İddiaçı işlədiyi sexdə ətraf mühitə civə buxarının buraxıla bilən normadan yüksək olduğundan həmin sex zərərli iş sahəsi hesab edilirdi. Bu baxımdan, İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı”nın 13-cü bölməsinin (elektron texnikası məmulatlarının və radio aparatlarının istehsalı) 1130000a-17531 (civə tətbiq etməklə cihaz və məmulatlar hazırlanan iş sahələrində məşğul olan fəhlələr) maddəsinə əsasən güzəştli pensiya hüququna malikdir. Qeyd: keçmiş İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin xx xxxxxx 2001-ci il tarixli, 257 saylı sərəncamı ilə “xxxx” İB-nin bazasında “xxxx” ASC yaradılmışdır. Bakı şəhərinin ekoloji vəziyyətinin yaxşılaşdırılmasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli, 41s saylı sərəncamına əsasən “xxxx” ASC-nin müvafiq kommunikasiya və infrastruktura malik olan sənaye şəhərciyinin yaradılması məqsədilə daimi istifadə üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə ayrılmış Abşeron və Xızı rayonları ərazilərinə köçürülməsi nəzərdə tutulmuş və 2007-ci ildən fəaliyyətini tamamilə dayandırılmışdır. Birinci instansiya məhkəməsi işin hallarına 2006-cı il 1 yanvar tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 9.1, 9.8-ci maddələrini, 1992-ci ildə qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddələrini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddia tələbi işdə olan sübutlara görə əsaslı və qanuni olduğuna görə təmin edilməli, İddiaçı xx.xx.2015-ci il tarixdən, yəni 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və əmək pensiyasının hesablanması zamanı yaranacaq fərq məbləğinin «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun xx.xx.2015-ci ildə qüvvədə olan 37.7-ci maddəsinin tələbləri əsasında hesablanaraq birdəfəlik qaydada ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin X2 üzrə Mərkəzi Filialına həvalə edilməlidir. Məhkəmə qeyd etmişdir ki, iddiaçının tələbinin təmin edilməsi və ona 52 yaşının tamam olduğu xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün onun 2006-cı il 1 yanvar tarixədək azı 20 il ümumi iş stajı olmalı, bunun 10 ilini Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahıda nəzərdə tutulmuş işlərdə çalışmış olmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı”nın 13-cü, yəni elektron texnikası məmulatlarının və radio aparatlarının istehsalı bölməsində 1130000a—17531 şifri altında a) civə tətbiq etməklə, cihaz və məmulatlar hazırlanan iş sahələrində məşğul olan fəhlələr peşəsi təsbit olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından açıq-aşkar əsaslandırılmamışdır. Belə ki, iddiaçı tərəfin məhkəməyədək cavabdeh pensiya təyinatı orqanına təqdim etdiyi 33/25 saylı, xx.xx.2018-ci il tarixli arayışda da göstərilmişdir ki, İddiaçı xx.xx.1984-ci il tarixdən (xx.xx.1984-ci il tarixli 293 saylı əmr) xx.xx.2007-ci il tarixə qədər (xx.xx.2007-ci il tarixli 69 saylı əmr) “xxxx” Bakı İstehsalat Birliyinin (BİB) Lyumilampalar sexinə şagird qəbul edilmiş, işlədiyi müddətdə həmin sexdə müxtəlif vəzifələrdə işləmişdir. Azərbaycan Respublikası Nazirlər kabineti xx xxxx 1993-cü il 320 saylı qərarının 1-ci bəndinə əsasən: 1. Yeraltı işlərdə əmək şəraiti xüsusi ilə zərərli və xüsusi ilə ağır olan işlərdə çalışanları, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli siyahısı təsdiq edilsin (1 nömrəli əlavə). İddiaçı 21 il 3 ay 16 gün (iyirmi bir il üç ay on altı gün ) NK-nın yuxarıda göstərilən qərarın 1ci siyahısındakı 13-cü bölməsinin ******* a-17531 bəndinə əsasən xüsusi zərərli sahələrdə çalışmışdır. Həmçinin qeyd olunmalıdır ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15.2-ci maddəsinə görə qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. 23.1-ci maddəsində qeyd edilmişdir ki, inzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 32.3-cü maddəsinə əsasən inzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz. Ona görə də şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin X2 Mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-3536/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Valeh Ağayev Hakimlər: Afaq Nuriyeva Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-373/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-373/2021
09.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver