Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-373/2025 13.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi və məruzəsilə, X5 və Ismayılov Orxan Nadir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, üçüncü şəxs Üçüncü şəxs vəkili Nümayəndə iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayonu Cavabdeh qarşı (üçüncü şəxslər Üçüncü şəxs, X1 və xxxx publik hüquqi şəxsi) “qərarın qismən etibarsız sayılması” tələbinə dair iş üzrə Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ####### 2023-cü il tarixli qərarından üçüncü şəxs Üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: Iddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayonu Cavabdeh qarşı (üçüncü şəxslər Üçüncü şəxs, X1 və xxxx publik hüquqi şəxsi) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin # ###### 2002-ci il tarixli ** nömrəli qərarının “iddiaçının mərhum atasına ayrılmış 0,25 ha torpaq sahəsinə aid hissədə” etibarsız sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Inzibati Məhkəməsinin (hakim Rüstəm Kərimli) *-*(***)-****/**** nömrəli, ## ####### 2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, cavabdeh Bakı şəhəri Sabunçu rayonu Cavabdeh # ###### 2002-ci il tarixli ** nömrəli qərarı “X3 Bakı ŞIH Bağlar Təsərrüfatının Inşikafı və Istismarı Birliyi ilə bağlanmış ## ####### 2003-cü il tarixli müqavilə ilə ayrılmış 0,25 ha torpaq sahəsinə aid hissədə” etibarsız sayılmışdır. Həmin qərardan üçüncü şəxs Üçüncü şəxs apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə, iddiaçının babası tərəfindən ##.##.1980-ci il tarixində bağladığı icarə müqaviləsinin iddiaçıya mübahisəli torpaq sahəsinə mülkiyyət hüququnun verilməsi üçün əsas sayır. Belə ki, Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 25-ci maddəsinə əsasən isə yuxarıda qeyd olunan maddənin müddəaları 2007-ci il ###ın ##-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. Qeyd edilən maddəni tətbiq etməzdən əvvəl, məhkəmə mübahisəli torpaq sahəsinin Üçüncü şəxs Ələsgər oğluna təqdim edildiyi dövrdə hansı mülkiyyətdə olmasını müəyyən etməli idi. BIHin ##.##.2000-ci il sərəncamı ilə Binəqədi bələdiyyəsinə ayrılması nəzərdə tutulan torpaq sahəsi ilə ##.##.1980-ci il tarixli icarə müqaviləsinin predmetini təşkil edən torpaq sahəsi üst üstə düşürsə, iddiaçının babası tərəfindən həmin torpaqlardan qanuni istifadə hüququ mülkiyyət növünün dəyişməsi ilə birlikdə yeni icarə müqaviləsinin bağlanmasını zəruri edirdi. Əvəzində isə Binəqədi Bələdiyyəsi ##.##.2002-ci il qərarı ilə eyni torpaq sahəsini X2 ayırmışdır. Birinci instansiya məhkəməsi işin ədalətli həlli üçün mühüm əhəmiyyət kəsb edən məsələlərin üzərindən ötəri keçmiş və qərarın əsas predmeti olan Bilgəh qəsəbəsində yerləşən torpaq sahəsinə münasibətdə əsas maraqlı şəxs olan Üçüncü şəxs Ələsgər oğlunun iştirakını təmin etməmişdir. Üçüncü şəxs qismində məhkəmə öz qərarında Üçüncü şəxs Ələsgər oğluna istinad etsə də, sonuncuya nəinki üçüncü şəxs qismində cəlbedilməsi barədə qərardad, barəsində apellyasiya şikayəti verilən qərar belə rəsmi qaydada təqdim olunmamışdır. Yalnız qeyd edilən mühüm xüsusat artıq məhkəmə prosesində “işin hallarının araşdırılması prinsipinə” zidd şəkildə icraatın aparılmasına dəlalət edir. Yuxarıda qeyd olunanlardan əlavə olaraq digər vacib məsələlər barəsində də məhkəmə tərəfindən vahid mövqe sərgilənmir. Belə ki, iddiaçının babası X6 ilə keçmiş X7 arasında bağlanılan icarə müqaviləsinin şərtlərinə dair məhkəmə tərəfindən heç bir aydınlıq gətirilmir və ancaq onun vəfatından sonra iddiaçının atası tərəfindən eyni sahənin istifadəyə verilməsi üçün ərizənin verilməsinə istinad edilir. Müqavilənin müddəti, icarəçinin vəfatı nəticəsində müqavilənin aqibəti barəsində məhkəmə qərarında heç bir qeyd aparılmayıb və bu onu sübut edir ki, bu istiqamətdə heç bir araşdırılma aparılmayıb. Bununla yanaşı, qərarın əsaslandırma hissəsində qeyd edilmişdir ki, Cavabdeh Üçüncü şəxs Ələsgər oğluna ##.##.2002-ci il qərarı ilə ayırdığı 0.36 ha torpaq sahəsi BIH tərəfindən 2000-ci ildə ##.##.2000-ci il *** nömrəli sərəncamı ilə Cavabdeh ayrılması nəzərdə tutulan ərazi hüdudları ilə üst-üstə düşür. Buna baxmayaraq məhkəmə, Əmlak Məsələləri Dövlət Xidmətinin yanında “xxxx” publik hüquqi şəxsinin * saylı Bakı Ərazi Idarəsi tərəfindən 2023-cü il tarixində mübahisənin predmetini təşkil edən torpaq sahəsinin dövlət mülkiyyətinə aid olmağı rəyinə istinad edərək Bələdiyyənin eyni torpaq sahəsinə sərəncam səlahiyyətinin olmadığını qeyd etmişdir. ##.##.2000-ci il BIH sərəncamı Üçüncü şəxs Ələsgər oğluna 2002-ci ildə ayrılacaq sahənin 2000-ci ildə Cavabdeh verilməsini nəzərdə tutmuşdur. Sözügedən torpaq sahəsi 2002-ci il tarixində Cavabdeh tərəfindən Üçüncü şəxs Ələsgər oğluna təqdim edildikdən sonra isə 2003-cü il tarixində yenidən iddiaçının atasına BIH tərəfindən müqavilə əsasında istifadəyə verilmişdir. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə, 1980-ci il tarixində iddiaçının babası ilə keçmiş X7 arasında olan müqavilənin 2002-ci il tarixində qüvvədə olmasını, həmçinin həmin torpaq sahəsinin ##.##.2002-ci il tarixində hansı mülkiyyətdə olmasını araşdırmalı idi. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən üçüncü şəxs Üçüncü şəxs vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə və digər üçüncü şəxslərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə apellyasiya şikayəti üçüncü şəxs Üçüncü şəxs tərəfindən verildiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini onun apellyasiya şikayətinə münasibətdə yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 4.1. Inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. 11.1. Inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. Inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 13.1. Inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. Inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. 64.1. Inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. Inzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. Inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. Inzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. 65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. 65.2. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Iş materiallarında olan sənədlərdən görünür ki, Bakı şəhər Icra Hakimiyyəti başçısı Aparatının Abadlaşdırma və Park-Bağ Təsərrüfatının Inkişafı Departamenti Bağlar Təsərrüfatının Inkişafı və X9 ərazisindəki **** nömrəli bağın istifadəyə verilməsi haqqında ##.##.2003-cü il tarixli, *** nömrəli müqaviləyə əsasən Sabunçu rayonu Bilgəh ərazisində 0,25 hektar torpaq sahəsi olan **** nömrəli bağ sahəsi X3 istifadəsinə verilmişdir. X3 ##.##.2008-ci ildə Bakı şəhərində vəfat etmişdir (##.##.2008-ci il tarixli AZ-İ seriyalı ****** nömrəli Ölüm haqqında şəhadətnamənin surəti). Bakı şəhəri ** saylı Notariat ofisi tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə ünvanlanmış məktuba əsasən İddiaçı ərizəsi əsasında ##.##.2008-ci ildə vəfat etmiş X3 miras qalmış Bilgəh ərazisində **** nömrəli 0.25 ha torpaq sahəsinə dair vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən edilmişdir. Qeyd olunan bağ sahəsinin cavabdeh tərəfindən təqdim edilmiş arxiv qovluğunda olan sənədlərdən görünür ki, ##.##.1980-ci, ##.##.1970-ci, ##.##.1964-cü, ##.##.1960-cı illərdə həmin bağ sahəsinin X6 istifadəsinə verilməsi barədə bağ müqavilələri imzalanmışdır. Arxiv qovluğunda olan bağların bölgüsünə dair sxematik xəritədə də iddiaçıya ayrılmış **** nömrəli bağ sahəsi göstərilmişdir. Eyni zamanda iş materiallarına əlavə edilmiş Cavabdeh ##.##.2002-ci il tarixli ** nömrəli qərarına əsasən Üçüncü şəxs fərdi yaşayış evi tikmək üçün 0.36 ha torpaq sahəsi ayrılmışdır. Lakin cavabdeh Bakı şəhəri Sabunçu rayonu Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış # ###### 2022-ci il tarixli məktubda bildirilir ki, Cavabdeh 2000-2008-ci illərə aid sənədləri Arxiv Idarəsinin ## ###### 2009-cu il tarixli aktına əsasən oxunması mümkün olmadığına görə ləğv edilmişdir. Ona görə də hər hansı məlumatın verilməsi mümkünsüzdür. Bundan başqa, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə Iş Mərkəzi tərəfindən məhkəməyə ünvanlanmış # ###### 2022-ci il tarixli məktubda bildirilir ki, Sabunçu rayonu Cavabdeh # ###### 2002-ci il tarixli ** saylı sərəncamı X11 aşkar edilməmişdir. Həmçinin Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəməyə ünvanlanmış ##.##.2022-ci il tarixli məktubda qeyd edilir ki, Bakı şəhəri Sabunçu rayonu Cavabdeh arxiv sənədləri Dövlət Arxivinin Bakı Filialına təhvil verilməmişdir. xxxx publik hüquqi şəxsi * saylı Bakı Ərazi Idarəsi tərəfindən məhkəməyə təqdim olunmuş mütəxəssis rəyində qeyd olunmuşdur ki, göstərilən torpaq sahəsinin sərhədlərinin bir tərəfinin bir hissəsinə but daşı düzülüb, digər tərəfdən isə mişar daşı ilə hasarlanıb. Torpaq sahəsi faktiki olaraq 0,359 ha təşkil edir (sahədə yaşayışa yararsız birmərtəbəli köhnə yaşayış evi və həyət tikililəri var). Vahid elektron kadastr baza məlumatlarına əsasən ərazidə yerləşən fərdi yaşayış evi 005011009182-10301 reyestr nömrəsi ilə hazırda X1 mülkiyyətindədir (fərdi yaşayış evinin texniki pasportuna əsasən istifadədə olan torpaq sahəsi 0,401 ha təşkil edir). Qeyd olunan ümumi massiv Bilgəh bağ massivi olmaqla dövlət torpaqlarıdır. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə “yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olmaqla Dövlət torpağıdır. Vahid elektron kadastr baza məlumatlarına əsasən ərazidə yerləşən fərdi yaşayış evi 005011009182- 10301 nömrəsi ilə hazırda X1 mülkiyyətindədir (fərdi yaşayış evinin texniki pasportuna əsasən istifadədə olan torpaq sahəsi 0,401 ha təşkil edir). Qeyd olunan ümumi massiv Bilgəh bağ massivi olmaqla dövlət torpaqlarıdır. Apellyasiya baxışı zamanı tərəflərin iştirakı ilə məhkəmə yerində müayinəsi keçirilmişdir. Yerində müayinə zamanı həm iddiaçı, həm üçüncü şəxs eyni torpaq sahəsini göstərmişlər. Torpaq sahəsində yaşayış üçün tamamilə yararsız, yalnız divarları yarıuçulmuş vəziyyətdə olan kiçik tikili mövcuddur. Üçüncü şəxsin vəkilinin bildirdiyinə görə həmin tikili Üçüncü şəxs fərdi yaşayış evi tikmək üçün torpaq sahəsinin ayrılması barədə Cavabdeh ##.##.2002-ci il tarixli ** nömrəli qərarına əsasən daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ qeydə alınmış fərdi yaşayış evidir, çıxarış verilərkən ev bu vəziyyətdə olmuş və hasar da mövcud olmuşdur. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin ##.##.2007-ci il tarixli **** nömrəli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər Icra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilmiş, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır ki, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsini təmin etsin və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll etsin, bu Sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin aidiyyəti dövlət orqanları tərəfindən rəsmiləşdirilməsini təmin edən tədbirlər görsün. Azərbaycan Respublikası Prezidentinin ##.##.1997-ci il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə»nin 1-ci bəndinə görə vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il ###ın ##-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. Göründüyü kimi, torpaq sahəsi Bilgəh bağ massivinə aid torpaq sahəsidir, dövlət torpağıdır və “yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aiddir. Mübahisəli torpaq sahəsinə dair Bakı şəhər Icra Hakimiyyəti başçısı Aparatının Abadlaşdırma və Park-Bağ Təsərrüfatının Inkişafı Departamenti Bağlar Təsərrüfatının Inkişafı və Istismarı Birliyi ilə iddiaçının mərhum atası X3 arasında bağın icarəyə verilməsi barədə ## ####### 2003-cü il tarixdə, ondan daha əvvəl isə sonuncunun atası X6 ilə Bakı şəhər XDS Bağlar Təsərrüfatı Idarəsi arasında bağın icarəyə verilməsi barədə müqavilə bağlanmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, həmin torpaq sahəsi bələdiyyə mülkiyyətində deyil, dövlət mülkiyyətidə olan torpaqlara (bağ massivinə) aid olduğundan, müvafiq orqanlardan rəylərin alınıb-alınmamasından asılı olmayaraq, Cavabdeh həmin torpaq sahəsini bələdiyyə mülkiyyətində olan ərazi kimi # ###### 2002-ci il tarixli ** nömrəli qərarla başqa şəxsə ayırmaqda səlahiyyətli olmamışdır. Eyni zamanda qeyd edilməlidir ki, iddiaçının atasının istifadəsinə bağ sahəsinin verilməsi barədə müqavilə və onunla bağlı olan sənədlər geri çağırılmamış, ləğv edilməmiş, dəyişdirilməmiş, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilməmişdir, həmin sənədlər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Beləliklə, Sabunçu rayonu Cavabdeh tərəfindən mübahisələndirilən qərar ona məxsus olmayan torpaq sahəsi barədə qəbul edilmiş, yəni həmin torpaq üzərində müvafiq qərar qəbul etmək səlahiyyəti olmamışdır. Həmin qərar Sabunçu rayonu Cavabdeh tərəfindən ona məxsus olmayan torpaq sahəsi barədə qəbul edildiyindən, yəni həmin torpaq sahəsi üzərində Sabunçu rayonu Cavabdeh müvafiq qərar qəbul etmək səlahiyyəti olmadığından, mübahisələndirilən qərar etibarsız hesab edilməlidir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Üçüncü şəxs Üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ####### 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-373/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-373/2025
13.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver