Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3730/2024 17.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Məmmədov Ceyhun Bəşir oğlu və Abbasova Günel Məhərrəm qızından ibarət tərkbdə, cavabdehin nümayəndəsi X1 və iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair” inzibati iş üzrə iddiaçının “qərara izah verilməsi barədə ərizəsinə dair" Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4740/2021 saylı xx.xx.2024-cü il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4740/2021 saylı 2 avqust 2021-ci il tarixli qərarı ilə iddiа təmin edilərək iddiaçıya 52 yaşdan (8 sentyabr 2017-ci il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-370/2022 saylı 6 may 2022-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, qərar dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(102)-1600/2022 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş və apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4740/2021 saylı 02 avqust 2021-ci il tarixli qərarına izah verilməsini xahiş etmişdir. Ərizə aşağıdakılarla əsaslandırılmışdır: “...Ali Məhkəmə həmin Qərarın əsaslandırma hissəsində qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının pensiya hüququnun 52 yaşdan yaranmasını qeyd etsə də, qərarın əsaslandırma və nəticə hissələrində texniki səhv olaraq mötərizə içərisində “08 sentyabr 2012-ci ildən” əvəzinə “8 sentyabr 2017-ci il tarixindən” sözlərini qeyd etmiş, apellyasiya instansiyası isə qərarı qüvvədə saxlayarkən bu yanlışlığa münasibət bildirməmişdir. Odur ki, apellyasiya instansiya məhkəməsinin qərarı, birinci instansiya məhkəməsinin qərarının əsaslandırma və nəticə hissələrində mötərizə içərisində yazılan “08 sentyabr 2017-ci il tarixindən” sözləri “8 sentaybr 2012-ci il tarixindən” sözləri kimi oxunmaqla, dəyişdirilmədən saxlanılmalıdır”. Adı çəkilən qərarlar qanuni qüvvəyə mindikdən sonra icra olunması üçün cavabdeh DSMF-nun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilmişdir. Lakin cavabdeh tərəfindən Azərbaycan Respublikası adından çıxarılmış adı çəkilən qərarlar düzgün icra olunmadığından dəfələrlə cavabdehə müraciət edərək ümumi əmək stajı nəzərə alınmaqla pensiyası düzgün hesablanılması və ona hesabatlar verilməsini xahiş etmişdir. Lakin cavabdeh müraciətinin təmin olunmasından imtina etmişdir. Ona görə də cavabdehə qarşı “ümumi əmək stajımın 31 il 05 ay 16 gün olması nəzərə alınmaqla, 52 yaşının tamam olan gündən, yəni xx.xx.2012-ci ildən başlayaraq ümumilikdə 33108,99 (otuz üç min yüz səkkiz manat 99 qəpik) manat məbləğində pulun ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia qaldırmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14202/2023 saylı xx.xx.2023-cü il tarixli Qərardadı ilə iddiası mümkün sayılmamışdır. Həmin qərardadda qeyd olunur: “Məhkəmə qeyd edir ki, məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyində məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərdə olduğu kimi, icra orqanı qismində inzibati orqana qarşı tələblərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır. Əgər hazırda tərəflər arasında həmin qərarın icrası ilə bağlı iddiaçının nəzərə alınmalı sığorta stajı və pensiyanın ödənilmə tarixi barədə fikir ayrılığı mövcuddursa, bu məsələ ayrıca iddianın qaldırılması yolu ilə deyil, qanuni qüvvəsini almış məhkəmə qərarının icrası qaydasında həll etməlidir”. Daha sonra, adı çəkilən Qərardadda qeyd olunur: “Azərbaycan Respublikası İPM-nin 1.2ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərb.Respub. MPMnin müddəaları tətbiq oluna bilər. Azərb.Respub. MPM-nin 230.1-ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Məsələyə əks yanaşma eyni məsələ üzrə iki məhkəmə qərarının qəbul edilməsinə gətirib çıxarmaqla, dövlətin adından çıxarılmış qərarın məcburi icrasını aradan qaldırmış olur ki, bu da yolverilməzdir. Odur ki, qeyd olunanlara əsasən Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-4740/2021 saylı 2 avqust 2021-ci il tarixli qərarına izah verilməsini xahiş etmişdir...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4740/2021 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçının ərizəsi təmin edilərək izah verilmişdir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4740/2021 №li iş üzrə çıxarılmış xx.xx.2021- ci il tarixli qərarı ilə qərara alınmış İddiaçı 52 yaşdan (8 sentyabr 2012-ci il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin SosiaMüdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması, İddiaçı 52 yaşdan, yəni xx.xx.2012-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və pensiya hüququnun yarandığı xx.xx.2012-ci il tarixdən ödənilməyən pensiya məbləğinin ödənilməsi kimi başa düşülsün. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və iddiaçının ərizəsinin rədd edilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...Qanunvericilik yaranmış vəziyyətin qərara izah verilməsi yolu ilə həll olunmasını təsbit etmişdir. Bu prosessual vasitədən istifadə qaydaları və əsasları MPM-nin 230-cu maddəsi ilə tənzimlənir. Nəzərə alınmalıdır ki, qərarın izahı heç bir halda məhkəmənin baxılmış mübahisə üzrə təkrar araşdırmanı, qərarın təsviri, əsaslandırıcı və nəticə hissələrində olan ziddiyyətlərin təhlilini ehtiva etmir. Bu hallarda yol verilmiş nöqsanlar qərardad çıxarılmaqla aradan qaldırıla bilər. Həmçinin qərarın izahı zamanı məhkəmə baxışının predmeti olmamış məsələlərin həlli yolverilməzdir. Qərarın izahı həm də onun məzmununun dəyişdirilməsi ilə nəticələnə bilməz. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112) -4740/2021 nömrəli qərarının nəticə hissəsində yalnız iddiaçıya 52 yaşdan (8 sentyabr 2012-ci il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Bununla əlaqədar olaraq,8 sentyabr 2012-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və 18 noyabr 2017-ci il tarixdən hesablanmış, yəni qərar icra olunmuşdur. Lakin iddiaçı qərara izahın verilməsi ilə bacılı xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, məhkəmə qərarı tərəfimizdən icra edilidikdən sonra iddiaçı məhkəmə qərarına izah verilməsi ilə bacılı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-4740/2021 nömrəli qərarın məzmununu dəyişərək izah vermişdir. Halbuki Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 230.1- ci maddəsinə əsasən, işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş Qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Belə ki, iddiaçı Mərkəzi Filial tərəfindən xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2 1(102)- 1600/2022 nömrəli qərarına əsasən 8 sentyabr 2012-ci il tarixdən güzəştli şərtlərlə yasa görə əmək pensiyası təyin edilmiş yə 18 noyabr 2017-ci il tarixdən hesablanmışdır. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra- Qanun) 32.1.1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla, aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qanunun 45-ci maddəsinə əsasən, gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanının 2.11 -ci maddəsinə əsasən Qanunun 45 ci maddəsinin birinci cümləsinə uyğun olaraq həmin Qanunun məqsədləri üçün gözlənilən pensiya ödəniş müddəti 144 ay (12 il) nəzərdə tutulur. Qanunun 27-ci maddəsinin 1 iyul 2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən xx.xx.2006-cı il tarixədək olan iş stajının hər tam ilinə 170 manat götürülməklə, xx.xx.2006-cı il tarixdən sonrakı dövrə fərdi hesabın sığorta hissəsində toplanan (pensiya hüququnun yarandığı günədək) pensiya kapitalının cəmindən və həmin dövrdə baza hissə toplanmaqla əmək pensiyası hesablanırdı. İddiaçı 1 yanvar 2006-cı il tarixədək mübahisələndirilməyən ümumi is stajı 27 il 7 av 11 gün təşkil edir.Sözügedən dövrə xx.xx.1977-ci il tarixdən xx.xx.1980-cı il tarixədək, xx.xx.1981-ci il tarixdən xx.xx.1986-cı il tarixədək, xx.xx.1986-cı il tarixdən xx.xx.1989-cu il tarixədək, xx.xx.1989-cu il tarixdən xx.xx.2005-ci il tarixədək olan dövrlər daxil edilmişdir. Bununla əlaqədar, iddiaçının xx.xx.2006-cı il tarixədək iş stajına uyğun olaraq Qanunun 27-ci maddəsinə əsasən həmin tarixə pensiyasının sığorta hissəsi 32,60 manat (27,61 il x 170 manat: 144 ay) hesablanaraq, xx.xx.2012-ci il tarixə indeksləşdirilib 57,62 manat müəyyən edilərək üzərinə 85,00 manat baza hissəsi əlavə edilərək İddiaçı xx.xx.2012-ci il tarixə 142,62 manat (57,62+85,00) əmək pensiyası hesablanmışdır. Əlavə olaraq, Qanunun 1 yanvar 2023-cü il tarixdən qüvvədə olan 26.4-cü maddəsi də nəzərə alınmaqla Qanunun 29.1-ci maddəsinə əsasən indeksləşdirilmə ilə əlaqədar İddiaçı əmək pensiyası 01.01,2024-cü il tarixdən etibarən 363,86 manat təşkil edir. “İnzibati icraat haqqında” Qanunun 64.1, 64.2-ci maddələrinin tələbinə görə inzibati akt ünvanlandığı şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır.İnzibati akt qanunla müəyyən olunmuş cjavdada cteri çağırılana, ləäv edilənə, dəyisdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 2015-ci ildə iddiaçıya əmək pensiyası təyin edilməsi barədə cavabdehin rəsmi imtinası olmuş, bu imtinadan iddiaçı həmin vaxtdan məlumatlı olmuş, lakin iddiaçı cavabdehin imtinasını məhkəmə, yaxud inzibati Qaydada mübahisələndirməmisdir.(Azərbavan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-2218/2023 nömrəli qərarının 28-31-ci bəndləri) Məhkəmə qərardadında qeyd edilmişdir ki, iş materiallarında olan Dövlət Sosial Müdafiə Fondu tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2016-cı il tarixli, 15/781 nömrəli məktubdan müəyyən olunur ki, iddiaçı ilk dəfə hazırkı tələblə cavabdeh inzibati orqana xx.xx.2016-ci il tarixdə müraciət etmişdir.Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçıya ödəniləcək pensiya ona pensiya təyin olunmalı olan xx.xx.2012-ci il tarixdən hesablanaraq, ödənilməlidir. Qərardadın sözügedən hissəsinə münasibətdə bildiririlir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-4740/2021 nömrəli qərarında iddiaçının xx.xx.2016-cı il tarixli müraciətinə baxılmamış, belə bir müraciətin oldudu iddiaçı tərəfindən də göstərilməmişdir. Bu da onu deməyə əsas verir ki, iddiaçı xx.xx.2016-cı il tarixli müraciəti ilə razılaşmışdır...” Məhkəmə kollegiyasının iclasında ıştirak edən cavabdehin nümayəndəsi məhkəmənin qərarı icra olunaraq, iddiaçının sonuncu müraciətindən əvvəlki üç ilə üçün onun əmək pensiyasının hesablanaq ödənildiyini və həmin ərizəsini və filialın ona əmək pensiyası təyin olunması barədə qərarının surətlərini məhkəməyə təqdim edərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilib ərizənin rədd olunması barədə yeni qərardad qəbul edilməsini, iddiaçı isə onunla razılaşmamış, birinci instansiya məhkəməsinin qərardadının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişlər. İİ. Məhkəmə kollegiyası tərəfləri dinləyib və iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilməli, aşağıdakı əsaslara görə birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iddiaçının qərara izah barədə ərizəsi rədd olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 116.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qaydanın nəzərdə tutulmadığı hallarda, məhkəmə qərarlarının icrası ilə bağlı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin və «İcra haqqında» Azərbaycan Respublikasının Qanunun müvafiq müddəaları tətbiq olunur. Bu Məcəllədə isə qərarının izahı ilə bağlı hər hansı qayda nəzərdə tutulmamışdır. Belə olan halda, MPM-in 230-cu maddəsinin tələbində isə göstərilir ki, işə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Həmin Məcəllənin 230.3-cü maddəsinə əsasən, qətnamə və ya qərardad icra edilməmişsə onun izah edilməsinə yol verilir. Qeyd olunan prosessual hüquq normasının mənasından göründüyü kimi, məhkəmə aktı icra edilmişdirsə, onun izah edilməsinə yol verilmir. Konkret halda, işin qeyd olunan hallarından göründüyü kimi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4740/2021 saylı 2 avqust 2021-ci il tarixli qərarı ilə iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş və həmin qərar yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən qüvvədə saxlanılmış, beləliklə də birinci instansiya məhkəməsinin həmin qərarı qanuni qüvvəsini almışdır. İş materiallarından görünür ki, Bakı İnzibati Məhkəməsinin həmin qərarı qanuni qüvvəsini aldıqdan sonra, məhkəmənin 31 yanvar 2023-cü il tarixli məktubu ilə icra edilməsi üçün cavabdehə göndərilmiş və bununla bağlı sonuncu məhkəməyə ünvanladığı 16 may 2023cü il tarixli məktubunda bildirmişdir ki, Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsinin 2 avqust 2021-ci il tarixli 2-1(112)-4740/2021 nömrəli qərarının icrası məqsədilə tərəflərindən İddiaçı 327,21 manat məbləğində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, həmçinin ona ötən dövr üzrə ödənilməli olan 7792,20 manat pensiya məbləği müəyyən edilmişdir. Həmin məbləğ “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada ötən dövrdəki ayların sayına bölünməklə xx.xx.2023-xx.xx.2025-ci il tarixləri arasındakı dövr ərzində hissə-hissə hər ay 259,74 manat olmaqla adıçəkilən şəxsin əmək pensiyasının üzərinə əlavə edilərək müvafiq kart hesabına köçürülməklə sözügedən məhkəmə qərarının icrası tam başa çatdırılacaq. İşin hazırkı apellyasiya mərhələsində də cavabdeh orqanın nümayəndəsinin izahatına və onun məhkəməyə təqdim etdiyi sənədlərə, o cümlədən, iddiaçının məhkəməyə qədər cavabdehə ünvanladığı güzəştli şərtlərlə pensiya təyin olunması barədə xx.xx.2020-ci il tarixli ərizəsinə və cavabdeh filialın xx.xx.2023-cü il tarixli qərarına əsasən müəyyən olunur ki, həmin qərarla ona xx.xx.2012-ci il tarixdən, yəni 52 yaşından güzəştli şərtlərlə yaşa görə ömürlük əmək pensiyası təyin edilmiş və müraciətinin daxil olduğu tarixdən əvvəlki 3 il üçün, yəni, xx.xx.2017-ci il tarixdən hesablanmaqla, 110 manat manat məbləğində əmək pensiyası müəyyən edilərək ödənilməyə başlanılmış, sonradan isə onun əmək pensiyasının yenidən hesablanması nəticəsində pensiya məbləği 327,21 manata çatdırılmışdır. Göründüyü kimi, Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli qəranıın əsaslandırma hissəsində qeyd olunan, Bakı İnzibati Məhkəməsinin 2 avqust 2021-ci il tarixli qərarında pensiyanın təyini tarixində buraxılan yanlışlıq aradan qaldırılmaqla da, cavabdeh tərəfindən iddiaçıya sonuncu müraciət etdiyi tarixdən əvvəlki üç ildən hesablanmaqla, ömürlük əmək pensiyası təyin olunmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qüvvədə olan 32.1-1-ci maddəsi də məhz, onu nəzərdə tutur ki, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Beləliklə də qeyd olunanlar onu deməyə əsas verir ki, Bakı İnzibati Məhkəməsinin qanuni qüvvəsini almış 2 avqust 2021-ci il tarixli qərarı “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin tələblərinə uyğun qaydada artıq icra olunmuşdur. İPM-in 116-cı maddəsinin qeyd olunan göndərişi baxımından MPM-in 230.3-cü maddəsinin tələbindən isə göründüyü kimi, qətnamə və ya qərardad yalnız icra edilmədiyi halda, onun izah edilməsinə yol verilir. Başqa sözlə, artıq icra olunmuş məhkəmə qərarının izahına yol verilmir. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının ərizəsi təmin olunaraq qərara izah verilməsi həm MPM-in 230.1-ci maddəsi, həm də “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin tələbləri baxımından, Ali Məhkəmənin qərarında müəyyən edilən hallardan kənara çıxaraq izah verilməsini - səhv nəticə kimi qiymətlənidir. İzah edilir ki, qanuni qüvvəsini almış məhkəmə qərarının icra edilməməsi və ya düzgün icra eddilməməsi (o cümlədən, tələbkar pensiyanın düzgün hesablanmamasından və məbləğindən narazı qaldıqda) məsələlərinin həlli, həmin qərarın icrası qaydasında, İPM-in İV fəslinin müəyyən etdiyi qaydalara müvaiq olaraq, həmin işin davamı çərçivəsində həll edilir. Beləliklə də, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4740/2021 saylı xx.xx.2024-cü il tarixli qərardadının əsassız olduğunu, maddi və prosnessual hüquq normalarının pozulmaısı ilə qəbul olunduğunu mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4740/2021 saylı xx.xx.2024cü il tarixli qərardadı ləğv olunmalı və iddiaçının həmin qərara izah verilməsi barədə ərizəsinin rədd edilməsi barədə yeni qərardad çıxarılmalıdır. Qeyd olunanlara əsasən və İPM-in 80, 83, 87, 90, 89, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4740/2021 saylı xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilsin. İddiaçının qərara izah verilməsi barədə ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3730/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3730/2024
17.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver