Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3737/2023 21.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X11 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X7 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçının nümayəndəsi X12, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********171975 nömrəli qərarın ləğv edilməsi” iddia tələbi üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-10414/2023 nömrəli, 15 avqust 2023-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********171975 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarın 271745.43 manat hesablanmış mənfəət vergisi və hesablanmış mənfəət vergisinə görə tətbiq edilmiş 135.872,72 manat maliyyə sanksiyası, 230.135,2 manat hesablanmış ƏDV və hesablanmış ƏDV-yə görə tətbiq edilmiş 115.067,61 manat maliyyə sanksiyası, 657.988,81 manat ödəmə mənbəyində vergi və hesablanmış ödəmə mənbəyində vergiyə görə tətbiq edilmiş 328.994,41 manat maliyyə sanksiyası hissəsində ləğv olunması barədə qərar çıxarılması tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının məhkəməyə ünvanladığı ərizəsinə əsasən iddia tələbi xx.xx.2023-cü il tarixli qərardad ilə “Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********171975 nömrəli qərarın ləğv edilməsi” kimi dəqiqləşdirilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, DVX-nin Milli Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********160715 saylı qərarına əsasən İddiaçı MMC-də (VÖEN **********) səyyar vergi yoxlaması keçirilmiş və yoxlamanın nəticələrinə görə xx.xx.2023-ci il tarixli **********161345 saylı səyyar vergi yoxlaması aktı tərtib olunmuşdur. Səyyar vergi yoxlaması aktına əsasən ümumilikdə 1.105.707,72 manat vergi məbləğinin, 8.219,76 manat faiz məbləğinin hesablanması və 588.488,65 manat maliyyə sanksiyasının tətbiq olunması təklif olunur. Daha sonra yoxlama materiallarına baxılmış və xx.xx.2023-cü il tarixli **********171975 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul edilmişdir. Qərara əsasən ümumilikdə 1.223.862,66 manat vergi məbləği hesablanmış, 134.956,11 manat vergi məbləğinin artıq hesablanması müəyyən edilmiş və 580.208,13 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Qərara əsasən mənfəət vergisi üzrə ümumilikdə 271745.43 manat mənfəət vergisi hesablanmışdır Vergi məbləğinin hesablanmasının əsası olaraq qeyd olunmuşdur ki, Vergi ödəyicisi tərəfindən yoxlama ilə əhatə olunan dövr üzrə səyyar vergi yoxlaması aparılan nəzarət olunan əməliyyatın tərəfi olan qeyri-rezident ilə bağlı tələb olunan müvafiq sənədlər yoxlamaya tam təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 108-ci maddəsinin tələbləri pozulmuşdur. Bununla bağlı bildirilmişdir ki, sifarişçi SOCAR POLYMER MMC (VÖEN **********) ilə İddiaçı MMC arasında bağlanılmış xx.xx.2018-ci il OLSP/10_18 saylı müqaviləyə əsasən icraçı 2018-ci ildə istehsala buraxılmış “Polipropilen və yüksəksıxlıqlı polietilen məhsullarının istehsalı layihəsi” üzrə istehsalın layihə gücünə çatdırılması üçün, məhsulların istehsal prosesinin idarə edilməsi, təhlükəsiz istismarı, keyfiyyətinə nəzarət, texnoloji proseslərin prinsipial sxemləri və.s işləri üzrə məsləhət xidmətləri yerinə yetirmişdir. Həmin xidməti yerinə yetirmək üçün qeyri-rezident “X6 F.Z.E” şirkətindən “Polipropile və yüksəksıxlıqlı polietilen məhsullarının istehsalı layihəsi” üzrə istehsalın layihə gücünə çatdırılması üçün, istehsal prosesinin idarə edilməsi, təhlükəsiz istismarı, keyfiyyətinə nəzarət, texnoloji proseslərin prinsipial sxemləri və.s xidmət üzrə məsləhət xidmətləri almışdır. Həmin xidmət bilavasitə xx.xx.2018-ci il tarixli OL-SP/10_18 saylı müqavilədə nəzərdə tutulmuş xidmətin tərkib hissəsidir ki, həmin xidmət qarşılığında əldə edilmiş gəlirlə bağlı “X6 F.Z.E” şirkətinə çəkilmişdir. Lakin bu xərc səyyar vergi yoxlaması zamanı nəzərə alınmamış, iddiaçı tərəfindən vergi orqanına 2019-cu il üçün təqdim olunmuş mənfəət vergisi bəyannaməsinin 221.15-ci sətrindən 790.670,00 manat, 2020-ci il üçün təqdim olunmuş mənfəət vergisi bəyannaməsinin 221.15-ci sətrindən 525.570,00 manat, 2021-cu il üçün təqdim olunmuş mənfəət vergisi bəyannaməsinin 221.15-ci sətrindən 67.739,00 manat silinərək gəlirin əldə edilməsi ilə bağlı ümumi xərc məbləği azaldılaraq əsassız mənfəət formalaşdırılmışdır. Eyni zamanda xərc məbləğinin nəzərə alınmaması Vergi Məcəlləsinin 108-ci maddəsi ilə əlaqələndirilmişdir. Vergi Məcəlləsinin 108.1-ci maddəsin əsasən gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Yuxarıda da deyildiyi kimi yoxlama zamanı nəzərə alınmayan xərc məbləği bilavasitə gəlirin əldə edilməsi ilə əlaqədar olduğundan əlavə mənfəət vergisinin hesablanması əsassızdır. Bundan başqa səyyar vergi yoxlaması aktında MMC ilə OLİMP UAV, SOCAR CONSTRUCTİON və QAYĞİ SAĞLAM NƏSİL NAM hüquqi şəxsləri arasında imzalanmış borc müqavilələrinə əsasən illik 0,0% dərəcəsi ilə borc verildiyi qeyd olunsada, bazar qiyməti faiz dərəcələri nəzərə alınmaqla əsassız faiz gəliri formalaşdırılaraq gəlir məbləği artırılmış və ümumilikdə 4.920,23 manat mənfəət vergisi məbləğinin hesablanması təklif edilmişdir. Bununla bağlı bildirilmişdir ki, Vergi Məcəlləsinin 14.2-ci maddəsinə əsasən vergitutma məqsədləri üçün malların (işin, xidmətin) qiyməti tərəflərin əməliyyatda (əqdə) təsbit etdikləri qiymət qəbul edilir. Əks hal sübuta yetirilmirsə, bu qiymət bazar qiyməti kimi qəbul edilir. Maddənin mətnindən də göründüyü kimi bazar qiyməti mal təqdim olunması və ya iş görülməsi (xidmət göstərilməsi) zamanı tətbiq oluna bilər. Eyni zamanda bazar qiyməti əks hal sübuta yetirilmirsə tərəflərin əməliyyatda (əqdə) təsbit etdikləri qiymət bazar qiyməti kimi qəbul edilir. Lakin müqavilə əsasında pul vəsaitinin borc verilməsi mal təqdim olunması və ya iş görülməsi (xidmət göstərilməsi) hesab edilmədiyi üçün bazar qiymətinin tətbiqi əsassızdır. Bundan başqa “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarında birbaşa qeyd olunur ki, qanunvericilik mülki dövriyyə iştirakçılarının hüququn ümumi prinsipinə müvafiq olaraq onların vicdanlı olmaları ehtimalından çıxış etmişdir. Əks hal sübut edilməyənə qədər hər kəsin hərəkətlərinin düzgün olmasını nəzərdə tutan vicdanlılıq prezumpsiyası fundamental hüquqi prezumpsiyalardan biridir (“quivis praesumitur bonus dones probetur contrarium”). Məhz bu prezumpsiyadan çıxış edərək, vergitutma məqsədləri üçün tərəflərin əqddə təsbit etdikləri qiymət qəbul edilir. Əks hal sübuta yetirilmirsə, bu qiymət bazar qiyməti kimi qəbul edilir. Əks halın, yəni nəticə etibarilə, mülki hüquqdan sui-istifadənin sübuta yetirilməsi, bununla da sözügedən prezumpsiyanın təkzib edilməsi isə vergi orqanının üzərinə düşür. İddiaçı bildirmişdir ki, yuxarıda da qeyd edildiyi kimi vergi orqanı mülki hüquqdan suiistifadənin sübuta yetirməməsi səbəbindən bazar qiymətinin tətbiqi əsassızdır. Qərara əsasən ümumilikdə 230.135,2 manat ƏDV üzrə vergi məbləğinin hesablanması təklif olunur. Vergi məbləğinin hesablanmasının əsası olaraq səyyar vergi yoxlaması aktında qeyd olunmuşdur ki, X20 Sazişi üzrə “ƏDV” 3.1-ci maddəsinə əsasən sıfır faiz (0 %) dərəcə ilə ƏDV tutulan malların, işlərin və xidmətlərin təchizatçıları bu malları, işləri və xidmətləri təchiz edəndə təchizatın verildiyi şəxsdən ƏDV-dən sıfır faiz (0 %) dərəcə ilə azad olunma haqqında nömrələnmiş və möhürlə təsdiq olunmuş sertifikatın surətini alırlar. Bu ƏDV-dən sıfır faiz (0%) dərəcə ilə azad olunma sertifikatının surəti təchizatçının sıfır faiz (0%) dərəcəsi ilə ƏDV tutmağa icazəsi olduğuna qəti sübutdur. Əks halda təqdim olunmuş xidmətlərin dəyərinə Vergi Məcəlləsinə əsasən ƏDV tətbiq edilir. Yoxlanılan dövrdə Cəmiyyətin Sertifikatı olmamışdır. Yoxlanılan dövr üzrə cəmiyyətə X-OCEAN Limited qeyri-rezident şirkəti xidmət göstərmiş və göstərilmiş xidmətlərə görə 2020-ci il üzrə 951.663,02 manat, 2021-ci il üzrə 326.865,82 manat, cəmi 1.278.528,84 məbləğində ödənişlərin aparılmasına baxmayaraq bu ödənilmiş məbləğlərə ƏDV hesablanmamışdır. Vergi Məcəlləsinin 169.4-cü maddələrinə əsasən qeyri-rezident şirkətlərə aparılmış ödənişlərin ƏDV-yə cəlb edilərək 2020-ci il üzrə 171.299,34 manat, 2021-ci il üzrə 58.835,84 cəmi 230.135,19 ƏD V-nin hesablanması təklif olunur. Vergi Məcəlləsinin 58.1ci maddəsinə əsasən 115.067,59 manat məbləğində maliyyə sanksiyasının təqbiq edilməsi təklif olunur. Bununla bağlı bildirilmişdir ki, Vergi Məcəlləsinin 2.7-ci maddəsinə əsasən X17 haqqında, əsas boru kəməri haqqında və digər bu qəbildən olan sazişlərdə və ya qanunlarda, o cümlədən neft və qaz haqqında, ixrac məqsədli neft-qaz fəaliyyəti və xüsusi iqtisadi zonalar haqqında qanunlarda bu Məcəllədə və vergilər haqqında digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş müddəalardan fərqli müddəalar müəyyən edildikdə, həmin sazişlərin və ya qanunların müddəaları tətbiq edilir. Xəzər Dənizinin Azərbaycan Sektorunda Azəri və Çıraq Yataqlarının və X8 X10 İşlənməsi və X17 Haqqında Sazişin (Saziş) tərkibinə ƏDV haqqında Protokol daxil edilmişdir. Həmin protokolun müddəalarına əsasən: Yuxarıda verilmiş 1-ci maddəyə uyğun olaraq sıfır faiz (0%) dərəcəsi ilə ƏDV tutan malların, işlərin və xidmətlərin təchizatçıları bu malları, işləri və xidmətləri təchiz edəndə təchizatın verildiyi şəxsdən Əlavə 2-də göstərilmiş ƏDV-dən sıfır faiz (0%) dərəcə ilə azad olunma haqqında nömrələnmiş və möhürlə təsdiq olunmuş sertifikatın surətini göndəriş məktubu ilə alırlar. Bu ƏDV-dən sıfır faiz (0%) dərəcə ilə azad olunma sertifikatının surəti təchizatçının sıfır faiz (0%) dərəcəsi ilə ƏDV tutmağa icazəsi olduğuna qəti sübutdur. Bildirilmişdir ki, İddiaçı MMC təchizatçıdan alınmış sertifikat əsasında əməliyyatlara sıfır faiz (0 %) ƏD tətbiq etmişdir. İddiaçı MMC Vergi Məcəlləsi169.2-ci maddəsinə əsasən (ƏDV-nin məqsədləri üçün qeydiyyata alınan hər hansı şəxs) X-OCEAN Limited qeyri-rezident şirkətini vergi agenti sayılır. Bu səbəbdən X- OCEAN Limited qeyri- rezident şirkətinin "xxxx" MMC-yə göstərilmiş xidmətlərə görə 2020ci il üzrə 951.663,02 manat, 2021-ci il üzrə 326.865,82 manat, cəmi 1.278.528,84 məbləğində aparılmış ödənişlərinə ƏDV hesablanmaması Xəzər Dənizinin Azərbaycan Sektorunda Azəri və Çıraq Yataqlarının və X8 X10 İşlənməsi və X17 Haqqında Sazişin (Saziş) tələblərinə uyğundur. Bundan başqa səyyar vergi yoxlaması aktında qeyd olunan “Əks halda təqdim olunmuş xidmətlərin dəyərinə Vergi Məcəlləsinə əsasən ƏDV tətbiq edilir, cümləsi sözü gedən ƏDV haqqında Protokolda mövcud deyil. Başqa sözlə desək, əks halın Vergi Məcəlləsi ilə tənzimləndiyi beynəlxalq sazişdə əksini tapmır. Bildirilmişdir ki, Xəzər Dənizinin Azərbaycan Sektorunda Azəri və Çıraq Yataqlarının və X8 X10 İşlənməsi və X17 Haqqında Sazişin (Saziş) “12.6 X2” bəndinin (iii) yarımbəndinə əsasən Xarici Subpodratçılara bu 12.6(a) bəndində göstərilənlərdən savayı ödənişlərlə əlaqədar olaraq vergilər tətbiq olunmur. Bundan əlavə Xəzər Dənizinin Azərbaycan Sektorunda Azəri və Çıraq Yataqlarının və X8 X10 İşlənməsi və X17 Haqqında Sazişə (Saziş) əlavə olunmuş X3 X15 Protokolun 1.2-ci bəndinə əsasən 1.1 Bəndində göstərilənlər istisna olmaqla, Karbohidrogen fəaliyyəti ilə bağlı Xarici Subpodratçılar bütün vergi ödəmələrindən azaddırlar və Karbohidrogen fəaliyyəti ilə bağlıXarici Subpodratçılara edilən ödənişlər heç bir vergiyə cəlb olunmayacaq yaxud onlardan heç bir vergi tutulmayacaqdır. Bu səbəbdən xarici subpodratçı olan X-OCEAN Limited qeyri-rezident şirkəti ilə aparılmış əməliyyatlara görə ƏDV-nin hesablanması birmənalı olaraq qanunsuzdur. Ödəmə mənbəyində tutulan vergilər üzrə: Qərara əsasən MMC-nin təsisçisindən borc müqaviləsinə əsasən 0,0% dərəcə ilə cəlb edilmiş pul vəsaitinə bazar qiymətləri üzrə faiz dərəcəsi tətbiq edilməklə Vergi Məcəlləsinin 123-cü maddəsinə əsasən 657.988,81 manat faizlərdən ödəmə mənbəyində vergi məbləği hesablanması təklif olunmuşdur. Bununla bağlı yuxarıda qeyd olunan fikirləri təkrar edərək bildirilmişdir ki, Vergi Məcəlləsinin 14.2-ci maddəsinə əsasən vergitutma məqsədləri üçün malların (işin, xidmətin) qiyməti tərəflərin əməliyyatda (əqdə) təsbit etdikləri qiymət qəbul edilir. Əks hal sübuta yetirilmirsə, bu qiymət bazar qiyməti kimi qəbul edilir. Maddənin mətnindən də göründüyü kimi bazar qiyməti mal təqdim olunması və ya iş görülməsi (xidmət göstərilməsi) zamanı tətbiq oluna bilər. Eyni zamanda bazar qiyməti əks hal sübuta yetirilmirsə tərəflərin əməliyyatda (əqdə) təsbit etdikləri qiymət bazar qiyməti kimi qəbul edilir. Lakin müqavilə əsasında pul vəsaitinin borc verilməsi mal təqdim olunması və ya iş görülməsi (xidmət göstərilməsi) hesab edilmədiyi üçün bazar qiymətinin tətbiqi əsassızdır. Bundan başqa “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarında birbaşa qeyd olunur ki, qanunvericilik mülki dövriyyə iştirakçılarının hüququn ümumi prinsipinə müvafiq olaraq onların vicdanlı olmaları ehtimalından çıxış etmişdir. Əks hal sübut edilməyənə qədər hər kəsin hərəkətlərinin düzgün olmasını nəzərdə tutan vicdanlılıq prezumpsiyası fundamental hüquqi prezumpsiyalardan biridir (“quivis praesumitur bonus dones probetur contrarium”). Məhz bu prezumpsiyadan çıxış edərək, vergitutma məqsədləri üçün tərəflərin əqddə təsbit etdikləri qiymət qəbul edilir. Əks hal sübuta yetirilmirsə, bu qiymət bazar qiyməti kimi qəbul edilir. Əks halın, yəni nəticə etibarilə, mülki hüquqdan sui-istifadənin sübuta yetirilməsi, bununla da sözügedən prezumpsiyanın təkzib edilməsi isə vergi orqanının üzərinə düşür. Lakin yuxarıda da qeyd edildiyi kimi vergi orqanı mülki hüquqdan sui-istifadənin sübuta yetirməməsi səbəbindən bazar qiymətinin tətbiqi əsassızdır. Cavabdeh tərəfindən təqdim edilmiş etirazda qeyd edilmişdir ki, səyyar vergi yoxlaması Vergi Məcəlləsi və X17 Sazişlərinə və onlara dair qəbul edilmiş Protokollara uyğun aparılmışdır. Cəmiyyətin təqdim etdiyi sənədlər və elektron fayllar əsasında mənfəət vergisinin 281 720,43 manat az hesablandığı müəyyən edilmişdir. Qeyd olunan nöqsanlar aşağıdakılardan ibarət olmuşdur: Yoxlama ilə əhatə edilən dövrdə Cəmiyyət özü ilə qarşılıqlı surətdə asılı olan və X5 azad iqtisadi zonada qeydiyyatdan keçərək fəaliyyət göstərən “X6 F.Z.E” şirkəti (bundan sonra - Qeyri-rezident) ilə bağlanmış #OLMP 01/10_18 nömrəli məsləhət xidməti müqaviləsinə əsasən, adıçəkilən qeyri-rezident tərəfindən təqdim edilmiş xidməti satın alaraq onu 3-cü tərəf rezident vergi ödəyicisi olan Socar Polymer MMC (VÖEN:**********) ilə bağladığı OL-SP/10_18 saylı müqaviləyə əsasən ona təqdim edir. Cəmiyyət, həmin xidmətin göstərilməsi məqsədilə müddətli əmək müqaviləsi əsasında 3 (nəfər) əcnəbi əməkdaşı vaxtamuzd formada cəlb etdiyini və göstərilən məsləhət xidmətinin həmin şəxslər vasitəsilə həyata keçirildiyini bildirmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 18-ci maddəsinə əsasən bir şəxs digər şəxsin əmlakında (nizamnamə kapitalında) bilavasitə və ya dolayısı ilə iştirak edirsə və onun iştirak payı və ya səs hüququ azı 20 faizdirsə və ya şəxslər üçüncü şəxsin birbaşa və ya dolayısı ilə nəzarətindədirlərsə qarşılıqlı surətdə asılı olan şəxslər hesab edilirlər. Nəzarət olunan əməliyyat barədə təqdim edilmiş arayış və təqdim edilən müvafiq sənədlər üzrə Cəmiyyət və X6 F.Z.E qarşılıqlı surətdə asılı olan şəxslər olaraq qəbul edilmişdir. Belə ki, Cəmiyyətin sahiblərindən biri olaraq çıxış edən X9 həm də Qeyri-rezidentin rəhbəridir. Transfer qiymətinin tətbiqi aşağıdakı qanunvericilik, qaydalar və tələb olunduğu təqdirdə müstəqil məlumat mənbələri əsas götürülməklə müəyyən edilir: Vergi Məcəlləsinin 14-1-ci və 18-ci maddələri; Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2017-ci il 27 yanvar tarixli **********006200 nömrəli Qərarı ilə təsdiq edilmiş “Transfer qiymətlərinin müəyyən edilməsi və tətbiqi Qaydaları” (bundan sonra - “TQ Qaydaları”); İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD-nin) “Transmilli şirkətlər və vergi orqanları üçün Transfer qiymətləndirmə Qaydaları” (bundan sonra - “OECD Qaydaları"). Vergi Məcəlləsinin 14-1-ci maddəsinə, TP Qaydalarının 5-ci hissəsinə və OECD Qaydalarına əsasən Transfer qiymətlərinin müəyyən edilməsi üçün aşağıdakı üsullarından istifadə edilir: Qiymətlərin müqayisəsi üsulu - nəzarət olunan əməliyyat çərçivəsində təqdim edilən və ya alınan malın qiymətinin nəzarət olunmayan əməliyyat çərçivəsində formalaşan qiymətlə müqayisə edilərək, “qol uzunluğu prinsipinə” uyğunluğunun qiymətləndirilməsidir. Bu üsul nəzarət olunmayan əməliyyat çərçivəsində formalaşan Cəmiyyət tərifindən tətbiq edilən daxili və xarici müqayisəli qiymətlər vergi orqanına təqdim edilə bilmədiyi üçün tətbiq edilməmişdir. Sonrakı (təkrar) satış qiyməti üsulu - alınan malın təkrar satışı zamanı alış qiymətinin üzərinə əlavə olunan təkrar satış marjasının nəzarət olunmayan əməliyyatlarda formalaşan qiymətin tərkibindəki təkrar satış marjası ilə müqayisə edilərək, transfer qiymətinin müəyyən edilməsidir. Bu üsul topdan satış, distribütor fəaliyyəti ilə məşğul olan müəssisələrinə tətbiq edildiyi və yoxlanılan əməliyyat bu istiqamətdə olmadığı üçün həmin üsul seçilməmişdir. Dəyərin toplanması üsulu - nəzarət olunan əməliyyatlar çərçivəsində təqdim olunan malların (işlərin, xidmətlərin) qiymətinin onların istehsalı ilə bağlı çəkilmiş faktiki xərclərin üzərinə əlavə edilən gəlir marjasının nəzarət edilməyən əməliyyatlar üzrə gəlir marjası ilə müqayisə edilərək, transfer qiymətinin müəyyən edilməsidir. Bu üsulun əsasən istehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə tətbiq edilir. Yoxlanılan əməliyyat xidmətlə bağlı olduğu üçün bu üsulun seçilməsi məqsədəmüvafiq hesab edilməmişdir. Rentabellilik üsulu - nəzarət olunan əməliyyatlar çərçivəsində əməliyyatın tərəfi olan şəxsin əldə etdiyi mənfəətin onun ümumi xərclərində, gəlirlərində və ya aktivlərinin ümumi dəyərində xüsusi çəkisi müqayisə edilə bilən nəzarət olunmayan əməliyyat çərçivəsində tətbiq olunan xüsusi çəki ilə müqayisə edilərək, transfer qiymətinin müəyyən edilməsidir. Test edilən tərəfin nəzarət olunan əməliyyat barədə tələb edilən sənədləri təqdim edə bilməməsi bu üsulun tətbiqini məhdudlaşdırır. Mənfəətin bölgüsü üsulu - əlaqəli şəxslər arasında əməliyyatlar aparıldığı zaman tərəflərdən hər birinin həmin əməliyyatlardan əldə etdiyi mənfəətin həmin şəxslər arasında transfer qiymətləri siyasətinə əsasən bölüşdürülməsidir. Bu üsul daha kompleks əməliyyatlara münasibətdə tətbiq edildiyindən, qarşılıqlı sürətdə asılı olan şəxslər və aparılmış əməliyyatlar barədə məlumatlar təqdim edilmədiyindən, eyni zamanda yoxlanılan tərəfin apardığı əməliyyatların xarakterinə uyğun olmadığından mənfəətin bölgüsü üsulunun seçilməsi məqsədəmüvafiq hesab edilməmişdir. Transfer qiymətinin yoxlanılması üçün Cəmiyyət tərəfindən müvafiq xidmətin alınması məqsədilə ödənişlərin edildiyi qeyrirezident barədə məlumatların, xüsusilə də qarşılıqlı əlaqəlilik dərəcəsi, təşkilati struktur, biznes strategiyası, qiymət siyasəti, fəaliyyət istiqamətləri, müvafiq xidmətlərin göstərilməsi üçün Qeyri-rezidentin institusional potensialı və ixtisaslı kadrlara malik olub-olmaması, göstərilən yoxlama ilə əhatə edilən dövr üzrə maliyyə hesabatları və sair məlumatların vergi orqanına təqdim edilməməsi müvafiq əməliyyat üzrə edilən ödənişlərin (çəkilən xərclərin) əsaslandırılmamasına səbəb olur. Həmçinin Qeyri- rezidentin 2019-2021-ci illərdə maliyyə hesabatları olmamaqla yanaşı, aparılan əməliyyatla bağlı gəlir və xərclərin açıqlaması barədə sənədlər, transfer qiyməti üzrə təhlil sənədi də təqdim edilməmişdir. Belə ki yuxarıda sadalanan məlumatlar yoxlamaya təqdim edilmədiyindən xx.xx.2023- cü il tarixli “Sənədlərin və nümunə kimi əşyaların vərilməsindən imtina barədə” Akt tərtib edilmişdir. "xxxx" MMC və “X6 F.Z.E” şirkəti arasında aparılan əməliyyat Vergi Məcəlləsinin 14-1.2.1-ci maddəsinə əsasən transfer qiymətlərinin tətbiqi obyektidir. Sözügedən şirkətlər arasında formalaşan qiymət əmələgəlmə prosesi araşdırılarkən Qeyri-rezident tərəfindən xidmət haqqı kimi alınan əlavə ödənişlərin iqtisadi faydalılığının müəyyənləşdirilməsi “Transfer qiymətlərinin müəyyən edilməsi və tətbiqi Qaydaları”na və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının “Transmilli şirkətlər və vergi orqanları üçün Transfer qiymətləndirmə Qaydaları”na əsasən aparılmışdır. Belə ki, “Transfer qiymətlərinin müəyyən edilməsi və tətbiqi Qaydaları”nın 2-ci bəndinə əsasən Qaydalarda transfer qiymətlərinin tətbiqi sahəsində istifadə olunan anlayışlar, əgər bu Qaydalarda digər məna nəzərdə tutulmamışdırsa, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (bundan sonra - İƏİT) “Transmilli şirkətlər və vergi orqanları üçün Transfer qiymətləndirmə Qaydaları”nda qəbul edilmiş mənada tətbiq edilir. Bununla bağlı, İƏİT-in 7.5-ci bəndinə əsasən qrup daxili xidmətlərin araşdırılması zamanı iki məsələyə diqqət yetirilməlidir: 1. Xidmətin həqiqətən göstərilib göstərilməməsi? (“Benefit test”) 2. Xidmət göstərilmişdirsə, formalaşan qiymətin (marja) qol uzunluğu prinsipinə uyğun olubolmaması? Bunun müəyyən edilə bilinməsi üçün “Benefit test” çərçivəsində Cəmiyyət tərəfindən Qeyri-rezidentə edilən əlavə ödənişlərin şirkətin kommersiya və biznes maraqlarına uyğunluğu araşdırılmalı idi. Vergi ödəyicisi tərəfindən yoxlama ilə əhatə olunan dövr üzrə səyyar vergi yoxlaması aparılan nəzarət olunan əməliyyatın tərəfi olan Qeyri-rezident ilə bağlı tələb olunan müvafiq sənədlər yoxlamaya tam təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 108-ci maddəsinin tələbləri pozulmuşdur. Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən 2019-cu il üzrə 158 134,0 manat, 2020-ci il üzrə 103 081,2 manat, 2021-ci il üzrə 5 610,0 manat, cəmi 266 825,2 manat mənfəət vergisinin hesablanması təklif olunmuşdur. Cəmiyyət ilə Olimp UAV, SOCAR Construction və X22 Naminə hüquqi şəxsləri arasında imzalanmış borc müqavilələrinə əsasən illik 0.0% dərəcəsi ilə borc verilmişdir. Yoxlama ilə bazar qiyməti üzrə faiz dərəcələri nəzərə alınmaqla yenidən hesablama aparılmış və Cəmiyyətin 2019cu il üzrə 1 070,59 manat və 2021-ci il üzrə 23 530,58 manat, cəmi 24 601,17 manat mənfəətinin artırılması təklif olunmuşdur. Vergi Məcəlləsinin 104-cü maddəsinə əsasən 2019-cu il üzrə 214,11 manat, 2021-ci il üzrə 4 706,12 manat, cəmi 4 920,23 manat əlavə mənfəət vergisinin hesablanması təklif olunmuşdur. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən mənfəət vergisinin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 271745,43 manat azaldılmasına görə 50% miqdarında, yəni 135872,72 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməklə vergi məsuliyyətinə cəlb edilməsi təklif olunmuşdur. Bundan başqa yoxlama zamanı cəmiyyətin təqdim etdiyi sənədlər və elektron fayllar əsasında ödəmə mənbəyində tutulan verginin 523 032,95 manat az hesablandığı müəyyən edilmişdir. Qeyd olunan nöqsanlar aşağıdakılardan ibarət olmuşdur: Yoxlama zamanı Cəmiyyətə təsisçisi olan Talıbov İsgəndər tərəfindən borc müqaviləsinə əsasən illik 0.0% dərəcəsi ilə müxtəlif məbləğlərdə borc verilmişdir. Yoxlama ilə bazar qiyməti üzrə faiz dərəcələri nəzərə alınmaqla Vergi Məcəlləsinin 123-cü maddəsinə əsasən yenidən hesablama aparılmış və borclar üzrə 2019-cu il üzrə 1 838 153,2 manat, 2020-ci il üzrə 2 487 577,92 manat, 2021-ci il üzrə 1 505 838,81 manat, 2022-ci il üzrə 748 318,15 manat, cəmi 6 579 888,08 manat müəyyən edilmiş faiz məbləğinə görə ödəmə mənbəyində 2019-cu il üzrə 183 815,32 manat, 2020ci il üzrə 248 757,79 manat, 2021-ci il üzrə 150 583,88 manat, 2022-ci il üzrə 74 831,82 manat, cəmi 657 988,81 manat əlavə hesablamanın aparılması təklif olunmuşdur. Vergi Məcəlləsinin 58-ci maddəsinə əsasən azaldılmış verginin 50%-i miqdarında, yəni 328 994,40 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. Cəmiyyətin təqdim etdiyi sənədlər və elektron fayllar əsasında X21nin 236 961,24 manat az hesablandığı müəyyən edilmişdir. Qeyd olunan nöqsanlar aşağıdakılardan ibarət olmuşdur: X20 Sazişi üzrə “ƏDV” Protokolun 3.1 maddəsinə əsasən sıfır faiz (0%) dərəcəsi ilə ƏDV tutulan malların, işlərin və xidmətlərin təchizatçıları bu malları, işləri və xidmətləri təchiz edəndə təhcizatın verildiyi şəxsdən ƏDV-dən sıfır faiz (0%) dərəcə ilə azad olunma haqqında nömrələnmiş və möhürlə təsdiq olunmuş sertifikatın surətin alırlar. Bu ƏDV-dən sıfır faiz (0%) dərəcə ilə azad olunma sertifakıtının surəti təhcizatçının sıfır faiz (0%) dərəcə ilə ƏDV tutmağa icazəsi olduğuna qəti sübutdur. Əks halda təqdim olunmuş xidmətlərin dəyərinə Vergi Məcəlləsinə əsasən ƏDV tətbiq edilir. Yoxlanılan dövr üzrə Cəmiyyətin Sertifikatı olmamışdır. Yoxlanılan dövr üzrə cəmiyyətə X-OCEAN Limited qeyri rezident şirkəti xidmət göstərmiş və göstərilmiş xidmətlərə görə 2020-ci il üzrə 951 663,02 manat, 2021-ci il üzrə 326 865,82 manat, cəmi 1 278 528,84 məbləğində ödənişlərin aparılmasına baxmayaraq bu ödənilmiş məbləğlərə ƏDV hesablanmamışdır. Vergi Məcəlləsinin 169.4-cü maddələrinə əsasən qeyri rezident şirkətlərə aparılmış ödənişlərin ƏDV-yə cəlb edilərək 2020-ci il üzrə 171 299,34 manat, 2021-ci il üzrə 58 835,84, cəmi 230 135,19 ƏDV-nin hesablanması təklif olunmuşdur. Vergi Məcəlləsinin 58.1 maddəsinə əsasən 115 067,59 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. İddia ərizəsində Sifarişçi "xxxx" MMC (VÖEN **********) ilə İddiaçı MMC arasında bağlanılmış xx.xx.2018-ci il tarixli OL-SP/1018 saylı müqaviləyə əsasən icraçı 2018-ci ildə istehsala buraxılmış “Polipropilen və yüksəksıxlıqlı polietilen məhsullarının istehsalı layihəsi” üzrə istehsalın layihə gücünə çatdırılması üçün, məhsulların istehsal prosesinin idarə edilməsi, təhlükəsiz istismarı, keyfiyyətinə nəzarət, texnoloji proseslərin prinsipial sxemləri və.s işləri üzrə məsləhət xidmətləri yerinə yetirmişdir. Həmin xidməti yerinə yetirmək üçün qeyri-rezident “X6 F.Z.E” şirkətindən “Polipropilen və yüksəksıxlıqlı polietilen məhsullarının istehsalı layihəsi” üzrə istehsalın layihə gücünə çatdırılması üçün, istehsal prosesinin idarə edilməsi, təhlükəsiz istismarı, keyfiyyətinə nəzarət, texnoloji proseslərin prinsipial sxemləri və.s xidmət üzrə məsləhət xidmətləri alındığı, həmin xidmətlər bilavasitə xx.xx.2018-ci il tarixli OL- SP/1018 saylı müqavilədə nəzərdə tutulmuş xidmətin tərkib hissəsidir ki, həmin xidmət qarşılığında əldə edilmiş gəlirlə bağlı “X6 F.Z.E” müəssisəsinə xərc çəkildiyi bildirilmişdir. Bununla bağlı bildirilmişdir ki, “X6 F.Z.E” şirkəti tərəfindən təqdim edilən hesablarda “X6 F.Z.E” işçiləri və ya xidmətin fiziki olaraq göstərilməsinin təsviri göstərilməmiş və bununla əlaqədar olaraq əlavə sənəd və məlumat təqdim edilməmişdir. İddiaçı Vergi Məcəlləsinin 14.2-ci maddəsinə əsasən vergitutma məqsədləri üçün malların (işin, xidmətin) qiyməti tərəflərin əməliyyatda (əqdə) təsbit etdikləri qiymət qəbul edildiyini, əks hal sübuta yetirilmirsə, bu qiymət bazar qiyməti kimi qəbul edildiyini bildirmişdir. Həmçinin müqavilə əsasında pul vəsaitinin borc verilməsi mal təqdim olunması və ya iş görülməsi (xidmət göstərilməsi) hesab edilmədiyi üçün bazar qiymətinin tətbiqi əsassız olduğunu bildirmişdir. Bundan başqa iddia ərizəsində “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarında mülki dövriyyə iştirakçılarının hüququn ümumi prinsipinə müvafiq olaraq onların vicdanlı olmaları ehtimalından çıxış etdiyini, əks hal sübut edilməyənə qədər hər kəsin hərəkətlərinin düzgün olmasını nəzərdə tutan vicdanlılıq prezumpsiyası fundamental hüquqi prezumpsiyalardan biri olduğunu, məhz bu prezumpsiyadan çıxış edərək, vergitutma məqsədləri üçün tərəflərin əqddə təsbit etdikləri qiymət qəbul edildiyin, əks hal sübuta yetirilmirsə, bu qiymət bazar qiyməti kimi qəbul edildiyini, vergi orqanının mülki hüquqdan sui-istifadənin sübuta yetirməməsi səbəbindən bazar qiymətinin tətbiqinin əsassız olduğunu bildirmişdir. Bununla bağlı bildirilmişdir ki, borcun verilməsi xidmət hesab edilir, Hesablamalar aparılarkən Mərkəzi Bankın dərc etdiyi Statistik Bülleteninin əsasında müvafiq dövr üçün Kreditlər üzrə orta faiz dərəcələri nəzərə alınmaqla təsisçi tərəfindən verilmiş borca faizlər hesablanmışdır. Həmçinin bildirilməlidir ki, hüquqi şəxslə onun təsisçisi mülki hüququn ayrı- ayrı subyektləri olmaqla vergitutma məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər sayılır. Təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə vergilərin hesablanması Vergi Məcəlləsinin 14-cü maddəsinə əsasən bazar qiyməti nəzərə alınmaqla həyata keçirilir. İddia ərizəsində "xxxx" MMC-nin təchizatçıdan alınmış sertifikat əsasında əməliyyatlara sıfır faiz (0 %) ƏDV tətbiq etdiyini, "xxxx" MMC-nin Vergi Məcəlləsinin 169.2-ci maddəsinə əsasən X-OCEAN Limited qeyrirezident şirkətinin vergi agenti sayıldığını, bu səbəbdən X-OCEAN Limited qeyri-rezident şirkətinin "xxxx" MMC-yə göstərilmiş xidmətlərə görə ƏDV hesablanmadığı bildirilmişdir. Həmçinin Cəmiyyətin nümayəndələri Xəzər Dənizinin Azərbaycan Sektorunda Azəri və Çıraq Yataqlarının və X8 X10 İşlənməsi və X17 Haqqında Sazişə (Saziş) əlavə olunmuş X4 X15 Protokolun 1.2-ci bəndinə əsasən 1.1-ci bəndində göstərilənlər istisna olmaqla, Karbohidrogen fəaliyyəti ilə bağlı Xarici Subpodratçılar bütün vergi ödəmələrindən azad olunduğunu və Karbohidrogen fəaliyyəti ilə bağlı Xarici Subpodratçılara edilən ödənişlərdən heç bir vergi tutulmadığını qeyd etmişdir. Bununla bağlı bildirilmişdir ki, X17 Haqqında Sazişə (Saziş) əlavə olunmuş X4 X15 Protokolun 1.2-ci bəndində mənfəətə münasibətdə olan vergilərdən bəhs edilir. Həmçinin bildirilmişdir ki, Xəzər Dənizinin Azərbaycan Sektorunda Azəri və Çıraq Yataqlarının və X8 X10 İşlənməsi və X17 Haqqında Sazişə (Saziş) əlavə olunmuş X21 haqqında Protokolun 3-cü maddəsinə əsasən sıfır faiz (0%) dərəcəsi ilə ƏDV tutan malların, işlərin və xidmətlərin təchizatçıları bu malları, işləri və xidmətləri təchiz edəndə təchizatın verildiyi şəxsdən Əlavə 2-də göstərilmiş ƏDV-dən sıfır faiz (0%) dərəcə ilə azad olunma haqqında nömrələnmiş və möhürlə təsdiq olunmuş sertifikatın surətini göndəriş məktubu ilə alırlar, bu ƏDV-dən sıfır faiz (0%) dərəcə ilə azad olunma sertifikatının surəti təchizatçının sıfır faiz (0%) dərəcəsi ilə ƏDV tutmağa icazəsi olduğuna qəti sübutdur. Həmçinin bildirilməlidir ki, qeyd edilən Protokolun 6.1-ci maddəsinə əsasən Podratçı Tərəf, Əməliyyat şirkəti və onun Subpodratçıları sıfır faiz (0%) dərəcəsi ilə ƏDV ödəməli olduğu halda Podratçı Tərəflərə, Əməliyyat şirkətinə və onun Subpodratçılarına malların, işlərin və ya xidmətlərin tədarükü ilə əlaqədar sıfır faizdən (0%) artıq dərəcə ilə ƏDV qoyulursa və ya tutulursa, onda Sazişə uyğun olaraq həmin Podratçı Tərəflər, Əməliyyat şirkəti və onun Subpodratçıları belə artıq ödənmiş ƏDV-ni tam məbləğdə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq qaydada Dövlət Büdcəsindən geri almaq və ya digər Vergilərlə əvəzləşdirmək hüququna malikdirlər. Cavabdeh qurum tərəfindən dəyişdirilmiş iddia tələbi üzrə etiraza əlavədə qeyd edilmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş ərizədə tələbinin əsası kimi vergi yoxlamasının 90 iş günündən artıq müddətə həyata keçirildiyini və bu səbəbdən qərarın tam ləğv edilməli olduğunu bildirmişdir. Bildirilmişdir ki, Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 iş günündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 iş gününə qədər artırıla bilər. Həmin Məcəllənin 38.4-cü maddəsinə əsasən səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. Bundan başqa Məcəllənin 38.7.2-ci maddəsinə əsasən səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs və ya vergi və ya maliyyə məsələləri üzrə məsul şəxs) və ya fərdi sahibkar müvəqqəti olaraq əmək qabiliyyətini itirdikdə səyyar vergi yoxlaması dayandırılır. İddiaçının göstərdiyi dəlilə münasibət olaraq bildirilir ki, vergi orqanının xx.xx.2022-ci il tarixli qərarına əsasən iddiaçıda növbəti səyyar vergi yoxlaması təyin edilmişdir. Bundan sonra vergi orqanının xx.xx.2022-ci il tarixli, **********162673 nömrəli və xx.xx.2022-ci il tarixli **********164372 nömrəli qərarlara əsasən yoxlama 60 iş günü artırılmışdır. Həmçinin vergi orqanının xx.xx.2022, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli qərarlara əsasən yoxlama ümumilikdə 99 gün dayandırılmışdır. Vergi Məcəlləsinin 39.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi yoxlaması aktı ilə və ya onun hər hansı bir hissəsi ilə razılaşmadıqda, vergi yoxlaması aktının verilməsi günündən 30 gün müddətində müvafiq vergi orqanına aktı imzalamamasının səbəblərini izah edə, yaxud akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. Bu halda vergi ödəyicisi yoxlama aktını imzalamamasını və ya etirazını ona öz yazılı izahatını (etirazını) təsdiq edən sənədlərin surətini əlavə edərək vergi orqanına təqdim etməyə hüququ vardır. Məcəllənin 39.6-cı maddəsinə əsasən bu Məcəllənin 39.5-ci maddəsində müəyyən edilən müddət bitdikdən sonra 15 gündən çox olmayan müddətdə vergi orqanının rəhbəri (onun müavini) vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada götürülmüş, habelə vergi ödəyicisi tərəfindən təqdim edilmiş sənədlərə və vergi yoxlaması aktına, vergi qanunvericiliyinin pozulması hallarına və onların aradan qaldırılması və müvafiq sanksiyaların (cərimələrin) tətbiq edilməsi məsələsinə baxır. Həmin Məcəllənin 49.1-ci maddəsinə uyğun olaraq səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində Məcəllədə nəzərdə tutulmuş qərarlardan birini çıxarır. Səyyar vergi yoxlaması aktı çıxarıldıqdan sonra vergi orqanı tərəfindən yuxarıda qeyd edilən müddəalarda nəzərdə tutulmuş müddətlər nəzərə alınmaqla xx.xx.2023-cü il tarixində “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilmişdir. Göründüyü kimi vergi orqanı tərəfindən Vergi Məcəlləsinin müddəaları tam olaraq gözlənilmişdir. Dəqiqləşdirilmiş iddia ərizəsində mübahisələndirilən hesablamalarla əlaqədar bildirilmişdir ki, yoxlama zamanı cəmiyyət tərəfindən yoxlanılan dövr üzrə vergi orqanlarına təqdim olunmuş ödəmə mənbəyində tutulan vergi üzrə bəyannamələrin düzgünlüyü ilkin mühasibat sənədləri (bank çıxarışları, ödəmə tapşırıqları, invoyslar, xidmət müqavilələri, aktlar və s.) ilə müqayisə edilməklə yoxlanılmış və yoxlamanın nəticəsi kimi verginin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləği ilə müqayisə edilərkən ödəmə mənbəyində tutulan vergi üzrə 134 955,86 manat məbləğində artıq hesablandığı müəyyən olunmuşdur. Belə ki, Xəzər Dənizinin Azərbaycan Sektorunda Azəri və Çıraq Yataqlarının və X8 X10 İşlənməsi və X17 Haqqında Sazişi üzrə Xocean Limited şirkəti tərəfindən göstərilmiş xidmətlərə görə 1 214 602,74 manat məbləğində (vergilər çıxıldıqdan sonra) ödəniş edilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, ödəniş Sazişin Protokoluna uyğun olaraq tutulmalı olduğu halda səhvən Vergi Məcəlləsinə uyğun olaraq tutulub. Nəticədə Vergi Məcəlləsinin 125-ci maddəsinə əsasən ödəmə mənbəyində tutulan vergi üzrə (1 214 602.74 / 0.9) 134 955,86 manat məbləğində verginin azaldılması və Xəzər Dənizinin Azərbaycan Sektorunda Azəri və Çıraq Yataqlarının və X8 X10 İşlənməsi və X17 Haqqında Sazişə dair qəbul edilmiş “X4 X15” Protokolun 1.1-ci bəndi üzrə Xarici Subpodratçılar üzrə ödəmə mənbəyində tutulan vergi üzrə 63 926,44 manat verginin hesablanması təklif olunur. X4 X15” Protokolun 3.6 bəndinə əsasən yoxlama ilə ödəmə mənbəyində 63 926,44 manat verginin vaxtında tutulmamasına və dövlət büdcəsinə ödənilməməsinə görə 8 269,76 manat məbləğində faizin (libor +4%) hesablanması təklif olunmuşdur. Etirazda (ilkin və əlavə) göstərilənləri və İnzibati Prosessual Məcəllənin 48-ci maddəsini əsas tutaraq "xxxx" MMC-nin iddia ərizəsinin rədd edilməsini məhkəmədən xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-10414/2023 nömrəli, 15 avqust 2023-ci il tarixli qərarı (hakim G.Sevdimalıyeva) ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********171975 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarı 271.745,43 manat hesablanmış mənfəət vergisi və hesablanmış mənfəət vergisinə görə tətbiq edilmiş 135.872,72 manat maliyyə sanksiyası, 230.135,2 manat hesablanmış ƏDV və hesablanmış ƏDV-yə görə tətbiq edilmiş 115.067,61 manat maliyyə sanksiyası, 657.988,81 manat ödəmə mənbəyində vergi və hesablanmış ödəmə mənbəyində vergiyə görə tətbiq edilmiş 328.994,41 manat maliyyə sanksiyası hissəsində ləğv edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın iddia tələbinin təmin olunduğu hissədə ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə etirazın məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə tərəfindən qərar qəbul edərkən vergi ödəyicisinin “X6 F.Z.E” şirkətinə ödənilən məbləğlərin gəlirin əldə edilməsi ilə bağlı olması səbəbindən xərcə aid edilməli olmasını bildirmişdir. Bununla bağlı bir daha bildirilir ki, Vergi Məcəlləsinin 13.2.71-ci maddəsinə əsasən vergi tutulan əməliyyatın faktiki iqtisadi göstəricisi - vergi tutulan əməliyyatın məbləği, həcmi (mal partiyasının həcmi), icra müddəti və şərtləridir. Həmçinin Məcəllənin 13.2.69-cu maddəsinə əsasən vergi üstünlüyü - vergi tutulan əməliyyatın faktiki iqtisadi göstəriciləri dəyişmədən, vergilərin bu Məcəllədə müəyyən edilmiş müddətlərdə və məbləğdə ödənilməsindən yayınmadır. Bundan başqa 13.2.70-ci maddəsinə əsasən vergidən yayınma sxemi - vergi üstünlüyü əldə etmək məqsədi ilə hər hansı formada bağlanılmış əqd və ya aparılmış əməliyyatdır. Göründüyü kimi vergi qanunvericiliyi sənədləşdirilmiş, lakin faktiki iqtisadi göstəriciləri təsdiq edilməmiş əməliyyatları vergilərin hesablanması baxımından bazar qiymətləri tətbiq etməklə hesablanmasını müəyyən etmişdir. Mübahisələndirilən əməliyyatın qeyri rezidentlə aparıldığını, həmçinin qarşılıqlı surətdə olan şəxslər arasında aparıldığını nəzərə alaraq xərclərə Vergi Məcəlləsinin 14-1.5-ci maddəsinin normaları tətbiq edilməlidir. Yoxlama zamanı Vergi Məcəlləsinin tətbiq edilməsi üçün cəmiyyət tərəfindən müvafiq xidmətin alınması məqsədilə ödənişlərin edildiyi qeyri-rezident barədə məlumatların, xüsusilə də qarşılıqlı əlaqəlilik dərəcəsi, təşkilati struktur, biznes strategiyası, qiymət siyasəti, fəaliyyət istiqamətləri, müvafiq xidmətlərin göstərilməsi üçün Qeyri-rezidentin institusional potensialı və ixtisaslı kadrlara malik olub-olmaması, göstərilən yoxlama ilə əhatə edilən dövr üzrə maliyyə hesabatları və sair məlumatlar istənilmiş, vergi ödəyicisi həmin məlumatların təqdim edilməsindən imtina etmiş və nəticədə alınmış xidmətlərin faktiki olaraq alınması təsdiq edilmədiyi üçün vergi qanunvericiliyinə uyğun olaraq ödəniş məbləğləri xərclərdən çıxarılmışdır. Məhkəmə tərəfindən borcun faizsiz verildiyini və bu səbəbdən iddiaçının hər hansı faiz gəliri əldə etmək hüququnun olmadığını bildirmişdir. İddiaçı hüquqi şəxs kommersiya hüquqi şəxsi olmaqla kommersiya fəaliyyəti ilə məşğul olduğu üçün onun həyata keçirdiyi əməliyyatlar kommersiya fəaliyyəti kimi hesab edilməli və qeyd edilən faizsiz borc əməliyyatlarına bazar qiyməti tətbiq edilməklə vergilər hesablanmalıdır. Həmçinin bildirirlər ki, Vergi Məcəlləsinin 14.6.4-cü maddəsinə əsasən müəyyənləşdirilmiş bazar qiymətlərindən ancaq vergitutma məqsədləri üçün istifadə edilir və mallar (işlər, xidmətlər) qanunvericilikdə nəzərdə tutulmuş qaydada faktiki satış qiyməti ilə uçota alınır. Göründüyü kimi Vergi Məcəlləsi vergi ödəyiciləri tərəfindən qanunvericiliyə zidd olmayan hər hansı müqavilənin bağlanmasının qarşısını almır. Sadəcə vergitutma baxımından həmin müqavilələrə bazar qiyməti tətbiq etməklə vergilərin hesablanacağını bildirmişdir. Bundan başqa məhkəmənin mövqeyi nəzərə alınsa onda bütün ödəyicilər bir-birilərinə malları, işləri, xidmətləri əvəzsiz təqdim edə və məhkəmənin qeyd etdiyi kimi 135-ci maddəni əsas götürərək hər hansı vergi öhdəliyinin olmadığını bildirəcəklər. Nəticə etibarı ilə isə Vergi Məcəlləsinin bazar qiymətləri müddəası və vergidən yayınmanın qarşısını alınması üçün vergi qanunvericiliyinə əlavə edilmiş digər müddəaların faktiki olaraq işlənməyən müddəalara, həmçinin qanunverici orqan tərəfindən qeyd edilən normaların əsassız yerə qəbul edilməsi nəticəsinə gətirib çıxardacaqdır. Məhkəmə tərəfindən iddiaçının ƏDV sıfır sertifikatını aldığını və bu səbəbdən qeyri-rezident tərəfindən göstərilən xidmətlərə ƏDV-nin hesablanmasını əsassız hesab etmişdir. Bununla bağlı bildirirlər ki, məhkəmə Sazişin və Protokolun tələblərini düzgün tətbiq etmədən Podratçı tərəflərin iddiaçıya təqdim etdiyi sənədi iddiaçının sertifikatı kimi qiymətləndirmişdir. Belə ki, Protokolun Əlavə 2-də Sertifikatın forması və ərizə forması təsdiq edilmişdir. Məhkəmə iddiaçı tərəfindən təqdim edilən sənədə sadəcə texniki cəhətdən düzgünlüyünə baxsa idi, bu sənədin sertifikat olmadığını asanlıqla müəyyənləşdirə bilərdi (əlavə edilir). Mübahisələndirilən məsələdə 2 sertifikat təqdim edilmişdir ki, həmin sertifikatın nömrələri Şd01 və Az1910002 nömrəli sertifikatlardır ki, həmin sertifikatlar ABŞ-in Azərbaycan Respublikasındakı filialına və “BP Eksploreyşn (Şah dəniz) Limited” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə təqdim edilmişdir. Bundan başqa qeyd edirlər ki, Protokolun 2.1-ci bəndinə əsasən hər bir Əməliyyat Şirkəti və X18 və bu Protokola uyğun olaraq sıfır faiz (0%) dərəcəsi ilə ƏDV tutmağa səlahiyyət verildiyini bildirən vergidən azad olunma sertifikatı almaq üçün Vergilər Nazirliyinə yazılı şəkildə ərizə ilə müraciət edir. Hər hansı bir Əməliyyat şirkəti, Podratçı tərəf və onların Subpodratçılarına Sazişə və bu Protokola uyğun olaraq sıfır faiz (0%) dərəcəsi ilə ƏDV tutmağa səlahiyyət verildiyini bildirən ƏDV-dən azad olunma sertifikatı almaq üçün Vergilər Nazirliyinə Əlavə 3-də göstərilən formada ərizə ilə müraciət etməyə icazə verilir. Subpodratçının Vergilər Nazirliyinə yazdığı ərizə onunla müqavilə bağlamış Podratçı Tərəfin, Əməliyyat şirkətinin və ya onun Subpodratçılarının həmin Subpodratçı ilə Sazişə və bu Protokola uyğun olaraq mallar, işlər və xidmətlər təchiz etmək üçün müqavilə bağlandığını təsdiq edir və bundan başqa Vergilər Nazirliyi tərəfindən sertifikatın verilməsi üçün heç bir əlavə sənəd tələb edilmir. Protokolun 2.5-ci maddəsinə əsasən hər hansı bir ƏDV-dən sıfır faiz (0%) dərəcə ilə azad olunma sertifikatı istifadə üçün başqasına verilə bilməz. Göründüyü kimi qanunvericilik 0 (sıfır) faiz sertifikatı olmayan şəxslərə ƏDV-nin 0 faiz dərəcəsi ilə iş və xidmətlərin təqdim edilməsini nəzərdə tutmamışdır. Göstərilənlərin əksinə olaraq Protokolun 6.1-ci maddəsinə əsasən “yuxarıda qeyd olunan 1-ci bəndə uyğun olaraq, Podratçı Tərəf, Əməliyyat şirkəti və onun Subpodratçıları sıfır faiz (0%) dərəcəsi ilə ƏDV ödəməli olduğu halda Podratçı Tərəflərə, Əməliyyat şirkətinə və onun Subpodratçılarına malların, işlərin və ya xidmətlərin tədarükü ilə əlaqədar sıfır faizdən (0%) artıq dərəcə ilə ƏDV qoyulursa və ya tutulursa, onda Sazişə uyğun olaraq həmin Podratçı Tərəflər, Əməliyyat şirkəti və onun Subpodratçıları belə artıq ödənmiş ƏDV-ni tam məbləğdə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq qaydada Dövlət Büdcəsindən geri almaq və ya digər Vergilərlə əvəzləşdirmək hüququna malikdirlər. Göstərilənlərə əsasən iddiaçı vergi ödəyicisinin aldığı iş və xidmətlər üzrə sertifikatı olmadığı üçün ona təqdim edilən iş və xidmətlər 18 faiz dərəcə ilə vergiyə cəlb edilməlidir. Bundan başqa məhkəmə Xəzər Dənizinin Azərbaycan Sektorunda Azəri və Çıraq yataqlarının və X8 X10 işlənməsi və X17 haqqında Sazişin tətbiq edilməsi məqsədi ilə “X4 cəlb edilməsi” Protokoluna istinad edərək xarici subpodratçılardan ödəmə mənbəyində verginin tutulduğunu və bu tutulmadan sonra xarici subpodratçılardan hər hansı verginin tutulması qanunvericiliyə zidd olduğunu bildirmişdir. Vergi Məcəlləsinin 2.7-ci maddəsinə əsasən Bu Məcəllə qüvvəyə minənədək və ya o, qüvvəyə mindikdən sonra qanunla təsdiq olunmuş X17 haqqında, əsas boru kəməri haqqında və digər bu qəbildən olan sazişlərdə və ya qanunlarda, o cümlədən neft və qaz haqqında, ixrac məqsədli neft-qaz fəaliyyəti və xüsusi iqtisadi zonalar haqqında qanunlarda bu Məcəllədə və vergilər haqqında digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş müddəalardan fərqli müddəalar müəyyən edildikdə, həmin sazişlərin və ya qanunların müddəaları tətbiq edilir. Mübahisə predmeti üzrə vergi orqanı tərəfindən aparılan səyyar vergi yoxlaması zamanı hesablanmış X21nə münasibətdə Məhkəmə hesab etmişdir ki, ümumilikdə hesablanmış 230135.2 manat ƏDV üzrə vergi məbləği Azəri və Çıraq yataqlarının və X8 X10 işlənməsi və X17 haqqında Sazişə dair X4 X15 Protokolun 1.2-ci bəndinə əsasən əsassızdır. Lakin nəzərə alınmamışdır ki, adı çəkilən Protokolun 1.2-ci bəndində mənfəətə olan münasibətdə olan vergilərdən bəhs edilir. Odur ki, yoxlama zamanı hesablanmış ƏDV məbləğinə münasibət Azəri və Çıraq yataqlarının və X8 X10 işlənməsi və X17 haqqında Sazişin X21 haqqında Protokoluna münasibətdə deyil, X4 X15 Protokoluna münasibətdə tənzimlənmişdir. Məhkəmə mübahisələndirilən qərarın ÖMV hissəsini ləğv edərkən şəxsin qarşılıqlı surətdə asılı olmasının əməliyyatın nəticəsinə təsir etmədiyini, təsisçi olaraq borcun investisiya hesab edildiyini və bu əməliyyatdan dividend kimi gəlir əldə edəcəyinə istinad etmişdir. Həmçinin məhkəmə qərarı əsaslandırmaqdan ötrü faizlə borcun əldə edilməsinin sahibkarlıq fəaliyyətinə zidd olmasını, belə olan halda isə əksinə iddiaçı tərəfin zərərinə və dövlət vergilərinin azaldılmasına gətirib çıxardacağını bildirmişdir. Qeyd edilənlərlə bağlı ilk növbədə bildirirlər ki, Vergi Məcəlləsinin 14.3.2-ci maddəsinə əsasən təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə bazar qiymətləri tətbiq edilməklə vergilər hesablanmalıdır. Bundan əlavə bildirirlər ki, təsisçi tərəfindən borcun verilməsi investisiya fəaliyyəti hesab edilməklə dividend gəlirlərinin əldə edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Belə ki, “İnvestisiya fəaliyyəti haqqında” qanunun 1.1.2-ci maddəsinə əsasən investisiya - gəlir əldə etmək məqsədilə sahibkarlıq fəaliyyəti obyektlərinə qoyulan pul vəsaitləri, qiymətli kağızlar, digər əmlak, o cümlədən əmlak hüquqları və pul dəyəri olan digər hüquqlardır. Göründüyü kimi məhkəmənin qeyd etdiklərindən fərqli olaraq mübahisələndirilən halda borc öhdəliklərindən hər hansı gəlirin əldə edilməsi və ya gözlənilməsi hüququ belə yoxdur. Halbuki Məhkəmə Vergi Məcəlləsinin 135- ci maddəsinə əsasən hüququn yaranması məsələsini xüsusi vurğulasa da borc müqaviləsi zamanı borc müqaviləsindən gəlirin əldə etmək hüququnun olmamasını bildirməmişdir. Məhkəmənin faizin verilməsinin iqtisadi cəhətdən əsaslı olmaması qənaəti ilə bağlı bildiririk ki, məhkəmə bu hissədə riyazi hesablamalar aparsa da nəzərə almamışdır ki, Vergi Məcəlləsində əsas borcun qaytarılması vergitutma baxımından xərcə aid edilmir və yalnız əsas məbləğə ödənilən faiz məbləğləri xərcə aid edilir. Belə ki, Vergi Məcəlləsinin 122.4-cü maddəsinə əsasən cəmiyyətin fəaliyyəti zamanı əldə edilmiş aktivlərin, o cümlədən pul vəsaitlərinin (təsisçiyə borcların verilməsi və ya alınmış borcların əvəzinin qaytarılması istisna olmaqla) təsərrüfat fəaliyyətinin məqsədlərindən kənar digər məqsədlər üçün təsisçiyə verilməsi, habelə təsisçinin digər şəxslərə olan borclarının əvəzinin ödənilməsi vergitutma məqsədləri üçün dividend ödəmələrinə bərabər hesab edilir və bu zaman bu Məcəllənin 122.1-ci maddəsi ilə ödəmə mənbəyində vergi tutulur. Göründüyü kimi, Vergi Məcəlləsinin birbaşa tələbidir ki, borc dividend hesab edilmir. Əlavə olaraq bildirirlər ki, iddiaçı vergi ödəyicisinin bəyannamələri araşdırılarkən 2010-cu ildən bu vaxta kimi hər hansı dividend ödənişi edilməmişdir. Məhkəmə həmçinin qərar qəbul edərkən borcun verilməsinin mal, iş, xidmət təqdim edilməsi olmadığını və bu səbəbdən bazar qiymətinin tətbiq edilməli olmadığını bildirmişdir. Məhkəmənin bu mövqeyi ilə bağlı bildirirlər ki, ümumilikdə müqavilə üzrə yaranan münasibətlər mal, iş, xidmət təqdim edilməsindən biri hesab edilməlidir. Belə olmadığı halda məhkəmə tərəfindən bu münasibətlərin nədən ibarət olması bildirilməlidir. Bundan başqa Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Kredit müqaviləsi maliyyə xidmətləri göstərən bank, kredit təşkilatları tərəfindən təqdim edilən xidmətlərdir. Məhkəmənin qeyd etdiklərini tətbiq etsək onda həmin müəssisələr tərəfindən hər hansı xidmət göstərilmir. Halbuki Vergi Məcəlləsinin 13.2.14.1-ci maddəsinə görə kreditlərin, maliyyə lizinqi əməliyyatlarının, kredit təminatlarının və pul-kredit əməliyyatlarında hər hansı girov və ya lombard təminatının təqdim edilməsi (yaxud verilməsi) və qaytarılması, o cümlədən krediti və ya təminatı təqdim etmiş şəxsin kreditləri və kredit təminatlarını idarə etməsi maliyyə xidmətləri hesab edilir. Məhkəmə tərəfindən qərar qəbul edilərkən 2019- cu ildə qüvvədə olan Vergi Məcəlləsinin 56-cı, 83.3- cü və 85.4-cü maddələrinin müddəalarının nəzərə alınmadığına istinad etmiş və bu səbəbdən iddianın həmin hissədə təmin edilməli olduğunu bildirmişdir. İlk növbədə qeyd olunmalıdır ki, vergi orqanı tərəfindən yoxlama qərarı xx.xx.2022-ci il tarixində qəbul edilmişdir. Vergi Məcəlləsinə dəyişiklik xx.xx.2020-ci ildə aparılmışdır. Bundan başqa məhkəmə tərəfindən istinad edilən normaların tətbiqi vergi ödəyicilərinin vəziyyətini ağırlaşdıran və ya yüngülləşdirən hal kimi qəbul edilməməlidir. Belə ki, istinad olunan normalar müddətlə bağlı normalardır ki, həmin normalarda da vergitutma obyekti, dərəcəsi, qaydası müəyyənləşdirilməmişdir. Əlavə olaraq bildirirlər ki, qanunla nəzərdə tutulmuş vergiləri ödəmək Konstitusiya ilə müəyyən edilmiş əsas öhdəliklərdən biri olmaqla şəxsin vəziyyətini ağırlaşdıran hal kimi qiymətləndirilməməlidir. Belə ki, vergi öhdəliyi şəxslərin vəziyyətini ağırlaşdırmaq, cəzalandırmaq məqsədi deyil, dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatına yönəlməklə sosial problemlərin həll olunması vəzifəsini daşıyır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, qərarın iddia tələbinin təmin edilən hissəsində ləğv edilməsi və iddia tələbinin həmin hissədə təmin edilməməsi haqqında qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). İşdən göründüyü kimi, iddia qismən təmin olunsa da, iddianı təmin olunmayan hissəsindən iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyindən, Məhkəmə kollegiyası yalnız cavabdehin verdiyi apellyasiya şikayəti həddində qərarı –iddianın təmin olunmuş hissəsində yoxlayır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia ümumi və xüsusi mümkünlük şərtlərinə cavab verir. Belə ki, hazırkı iddia növü mübahisələndirmə haqqında iddiadır. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir: iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə verilmiş, iddia prosessual müddətə əməl edilməklə qaldırılmışdır. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 38.1-ci maddəsinə əsasən səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. -38.2-ci maddəsinə əsasən vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 iş günündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 iş gününə qədər artırıla bilər. -38.4-cü maddəsinə əsasən səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. -38.7.2-ci maddəsinə əsasən səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs və ya vergi və ya maliyyə məsələləri üzrə məsul şəxs) və ya fərdi sahibkar müvəqqəti olaraq əmək qabiliyyətini itirdikdə səyyar vergi yoxlaması dayandırılır. -135.1-ci maddəsinə əsasən müvafiq məbləğ vergi ödəyicisinə qeyd-şərtsiz ödənilməlidirsə, yaxud vergi ödəyicisi əqd və ya müqavilə üzrə bütün öhdəliklərini yerinə yetirmişdirsə, bu vaxt gəliri almaq hüququ əldə edilmiş sayılır. -135.2-ci maddəsinə əsasən vergi ödəyicisi müqavilə üzrə iş görürsə və ya xidmət göstərirsə, gəlir onu almaq hüququ müqavilədə nəzərdə tutulan işlərin görülməsinin və ya xidmətlərin göstərilməsinin tam başa çatdığı vaxtda əldə edilmiş sayılır. -135.3-cü maddəsinə əsasən vergi ödəyicisi gəlir əldə edirsə və ya onun faiz gəliri, yaxud əmlakın icarəyə verilməsindən gəlir əldə etmək hüququ vardırsa, borc öhdəliklərinin və ya icarə müqaviləsi üzrə ödəmənin müddətinin qurtardığı vaxt gəlir almaq hüququnun əldə edildiyi vaxt sayılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: -24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. -24.5-ci maddəsinə əsasən inzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. -47.1-ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə münasibətdə Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, işin faktiki hallarına əsasən DVX-nin Milli Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********160715 saylı qərarına əsasən İddiaçı MMC-də (VÖEN **********) səyyar vergi yoxlaması keçirilmiş və yoxlamanın nəticələrinə görə xx.xx.2023-cü il tarixli **********161345 saylı səyyar vergi yoxlaması aktı tərtib olunmuşdur. Səyyar vergi yoxlaması aktına əsasən ümumilikdə 1.105.707,72 manat vergi məbləğinin, 8.219,76 manat faiz məbləğinin hesablanması və 588.488,65 manat maliyyə sanksiyasının tətbiq olunması təklif olunur. Daha sonra yoxlama materiallarına cavabdeh vergi orqanı tərəfindən baxılmış və xx.xx.2023-cü il tarixli **********171975 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul edilmişdir. Qərara əsasən ümumilikdə 1.223.862,66 manat vergi məbləği hesablanmış, 134.956,11 manat vergi məbləğinin artıq hesablanması müəyyən edilmiş və 580.208,13 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Səyyar vergi yoxlaması aktına əsasən 2020-ci ilin mənfəət vergisi üzrə 105.114,00 manat, 2021-ci ilin mənfəət vergisi üzrə 18.258,31 manat, 2020-ci ilin hesabat ayları üçün ƏDV üzrə ümumilikdə 172.003,81 manat, 2021-ci ilin hesabat ayları üçün ƏDV üzrə ümumilikdə 60.293,85 manat, 2022-ci ilin ilk yarımilliyində hesabat ayları üçün ƏDV üzrə ümumilikdə 4.663,58 manat vergi məbləğinin hesablanması və ümumilikdə 8.219,76 manat faiz məbləğinin hesablanması təklif (libor + 4%) edilsə də, yoxlama materiallarına baxılan zaman qeyd olunan rəqəmlər tam təsdiqini tapmamışdır. Belə ki, 2020-ci ilin mənfəət vergisi üzrə 103.081,20 manat, 2021-ci ilin mənfəət vergisi üzrə 10.316,11 manat, 2020-ci ilin hesabat ayları üçün ƏDV üzrə ümumilikdə 171.299,35 manat, 2021-ci ilin hesabat ayları üçün ƏDV üzrə ümumilikdə 58.835,85 manat vergi vergi məbləğinin hesablanması barədə xx.xx.2023-cü il tarixli **********171975 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul edilmişdir. Həmçinin 2022-ci ilin ilk yarımilliyində hesabat ayları üçün ƏDV üzrə əlavə (azaldılmış) vergi məbləği və faiz (libor + 4%) hesablanmamışdır. Göründüyü kimi yuxarıda qeyd edilən qərarla hesablanmış 3 növ vergi borcuna münasibətdə birinci instansiya məhkəməsi qərarı qanunsuz hesab etmişdir. Məhkəmə kollegiyası ilk olaraq mənfəət vergisi üzrə apellyasiya şikayətinin dəlillərinə münasibət bildirir: İş materiallarından görünür ki, yoxlanılan dövrdə ümumilikdə 271745.43 manat mənfəət vergisi hesablanmışdır. Vergi məbləğinin hesablanmasına əsas olaraq səyyar vergi yoxlaması aktında qeyd olunmuşdur ki, vergi ödəyicisi tərəfindən yoxlama ilə əhatə olunan dövr üzrə səyyar vergi yoxlaması aparılan nəzarət olunan əməliyyatın tərəfi olan qeyri-rezident ilə bağlı tələb olunan müvafiq sənədlər yoxlamaya tam təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 108-ci maddəsinin tələbləri pozulmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, mənfəət vergisi hesablanılan zaman cavabdeh tərəfindən Vergi Məcəlləsinin 14-1-ci və 108-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, səyyar vergi yoxlaması aktında (səhifə 13) İddiaçı MMC ilə “X6 F.Z.E” arasında aparılan əməliyyat Vergi Məcəlləsinin 14-1.2.1-ci maddəsinə əsasən transfer qiymətlərinin tətbiqi obyekti olması qeyd edilsə də, mənfəət vergisi hesablanan zaman transfer qiyməti tətbiq edilməklə mənfəət müəyyən olunmamışdır. Həmçinin Vergi Məcəlləsinin 108-ci maddəsinin tələbləri pozulduğu üçün vergi məbləğinin hesablandığı qeyd olunmuş, halbuki Vergi Məcəlləsinin 108.1-ci maddəsinə əsasən gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Tərəflərin nümayəndələrinin verdikləri izahatlardan da müəyyən olunur ki, iddiaçı ilə SOCAR POLYMER MMC (VÖEN **********) arasında bağlanılmış müqaviləyə əsasən icraçı işi (xidməti) yerinə yetirmək üçün qeyri-rezident “X6 F.Z.E” şirkətindən xidmət almışdır. Başqa sözlə iddiaçı, SOCAR POLYMER MMC-yə 2.252.081,47 manat dəyərində iş (xidmət) təqdim edərək gəlir əldə edilməsi üçün “X6 F.Z.E” şirkətindən 1.426.606,00 manat dəyərində iş (xidmət) alaraq qeyd olunan gəlirin əldə edilməsi üçün xərc çəkmiş və həmin xərci vergi orqanına təqdim edilən mənfəət vergisi bəyannaməsində gəlirdən çıxmışdır. Apellyasiya şikayətində “X6 F.Z.E” arasında aparılan əməliyyat Vergi Məcəlləsinin 14-1.2.1-ci maddəsinə əsasən transfer qiymətlərinin tətbiqi obyekti olması qeyd edilmiş və qeyri-rezidentə aid sənədlər iddiaçıdan tələb olunmuşdur. Halbuki vergi qanunvericiliyinə əsasən vergi ödəyicisinin qeyri-rezident şəxsə aid sənədlərin təqdim edilməsi kimi hər hansı vəzifəsi yoxdur. Qeyri-rezidentlə aparılmış əməliyyatlara dair sənədlər tələb oluna bilər ki, həmin sənədlər yoxlamanı həyata keçirən vəzifəli şəxsə təqdim olunmuşdur. AR Vergi Məcəlləsinin 16.1.4-1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən qaydalarda nəzərdə tutulmuş sənədləri vergi orqanının tələbi ilə təqdim etmək vəzifəsi var. Lakin bu o halda tətbiq edilir ki, transfer qiymətlər vergi ödəyicisinin özü tərəfindən hesablanmış olsun. Belə ki, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2017-ci il 27 yanvar tarixli **********006200 nömrəli “ Transfer qiymətlərinin müəyyən edilməsi və tətbiqi” Qaydalarının 10.2-ci bəndinə əsasən vergi ödəyicisi transfer qiymətlərini müstəqil şəkildə müəyyən etdiyi halda həmin qiymətin bu Qaydaların tələblərinə uyğunluğunun yoxlanılması üçün tələb olunan bütün sənədləri, o cümlədən, nəzarət olunan əməliyyatın bütün təfərrüatları və şərtləri, hesablamanın bütün şərtləri, müqayisə üçün seçilmiş əməliyyatlar, həmin əməliyyatların və tətbiq edilmiş üsulun seçim səbəbi və əsaslandırılması haqqında məlumatları və təsdiqedici sənədləri də vergi orqanına təqdim etməlidir. Lakin hazırki işdə transfer qiymətləri iddiaçı MMC tərəfindən hesablanmadığı üçün qeyri-rezidentə aid sənədlərin iddiaçıdan tələb edilməsi əsassızdır. Yuxarıda adı keçən Qaydaların 3-cü maddəsinə əsasən nəzarət olunan əməliyyatlar çərçivəsində təqdim edilən və ya alınan malların (işlərin, xidmətlərin) qiymətləri müqayisə edilən nəzarət olunmayan əməliyyatlar üzrə qiymətlərə uyğun olmadığı halda, vergi orqanı həmin əməliyyatdan vergini transfer qiymətləri əsas götürülməklə yenidən hesablayır. Bu hüququn qanunverici tərəfindən vergi orqanlarına verilməsinə baxmayaraq cavabdeh vergi orqanı transfer qiymət tətbiq etməklə vergi məbləğini hesablamamış və hər hansı əsas olmadan gəlirdən çıxılmalı olan xərc nəzərə alınmamışdır. Bundan başqa səyyar vergi yoxlaması zamanı MMC ilə OLİMP UAV, SOCAR CONSTRUCTİON və QAYĞİ SAĞLAM NƏSİL NAMİNƏ hüquqi şəxsləri arasında imzalanmış borc müqavilələrinə əsasən illik 0,0% dərəcəsi ilə borc verildiyi qeyd olunsa da, bazar qiyməti faiz dərəcələri nəzərə alınmaqla əsassız faiz gəliri formalaşdırılaraq gəlir məbləği artırılmış və ümumilikdə 4.920,23 manat mənfəət vergisi məbləğinin hesablanması təklif edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hesablama metodundan istifadə edərək gəlirin və xərcin uçotunu apardığı üçün 4.920,23 manat mənfəət vergisinin hesablanması əsassızdır. Belə ki, Vergi Məcəlləsinin 135-ci maddəsi hesablama metodundan istifadə olunarkən gəlirin əldə edilməsi vaxtını müəyyən edir. İş materiallarında olan müqavilələrdə borcun faizsiz verildiyi mübahisəsiz olduğundan faiz gəlirini əldə etmək hüququ yoxdur. Buna baxmayaraq, iddiaçıya bazar qiyməti tətbiq edilməklə vergi məbləğinin hesablanması yoxlama materiallarında qeyd edilsə də, vergilərin hesablanması zamanı hansı faiz dərəcəsinin tətbiq edilməsi qeyd edilməməklə yanaşı Vergi Məcəlləsinin 14.6.1cı maddəsinin müddəaları nəzərə alınmamışdır. Belə ki, həmin maddənin tələbinə əsasən malların (işlərin, xidmətlərin) bazar qiymətləri müəyyənləşdirilərkən qiymətlərə təsir edə bilən aşağıdakı amillər nəzərə alınır: - göndərilmiş malların (görülmüş işlərin, göstərilmiş xidmətlərin) həcmi (əmtəə partiyasının həcmi); -öhdəliklərin icra olunması müddəti, ödəniş şərtləri; -mallara (işlərə, xidmətlərə) tələb və təklifin dəyişməsi, (o cümlədən istehlakçı tələbinin mövsümi olaraq artıb-azalması); -malların mənşə ölkəsi, alındığı və ya təqdim edildiyi yer; -malların (işlərin, xidmətlərin) göndərilmə şərtləri; -malların keyfiyyətinin və digər istehlak göstəricilərinin səviyyəsi; -marketinq siyasətinin aparılması ilə əlaqədar olaraq analoqu olmayan yeni malların (işlərin, xidmətlərin) bazara çıxarılması, yaxud malların (işlərin, xidmətlərin) yeni bazara çıxarılması, istehlakçıların tanış olması məqsədilə əmtəə nümunələrinin təqdim edilməsi; -işlərin görülməsi, xidmətlərin göstərilməsi, o cümlədən təmir, tikinti, quraşdırma işləri, nəqliyyat, icarə, təhsil, tibb xidmətləri və digər sahələr üzrə bazar qiymətləri müəyyənləşdirilərkən işlərin görüldüyü, xidmətlərin göstərildiyi ərazi, onların keyfiyyət göstəriciləri və qiymətlərə təsir edə bilən digər şərtlər nəzərə alınır. Yuxarıda qeyd olunan amillər verilmiş faizsiz borclar üzrə bazar qiyməti tətbiq edilən zaman nəzərə alınmamaqla yanaşı, bazar qiyməti olaraq hansı faiz dərəcəsinin tətbiq edildiyi iş materiallarından aydın olmur. Eyni zamanda Vergi Məcəlləsinin 14.2-ci maddəsinə əsasən vergitutma məqsədləri üçün malların (işin, xidmətin) qiyməti tərəflərin əməliyyatda (əqdə) təsbit etdikləri qiymət qəbul edilir. Əks hal sübuta yetirilmirsə, bu qiymət bazar qiyməti kimi qəbul edilir. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarında birbaşa qeyd olunur ki, qanunvericilik mülki dövriyyə iştirakçılarının hüququn ümumi prinsipinə müvafiq olaraq onların vicdanlı olmaları ehtimalından çıxış etmişdir. Əks hal sübut edilməyənə qədər hər kəsin hərəkətlərinin düzgün olmasını nəzərdə tutan vicdanlılıq prezumpsiyası fundamental hüquqi prezumpsiyalardan biridir (“quivis praesumitur bonus dones probetur contrarium”). Məhz bu prezumpsiyadan çıxış edərək, vergitutma məqsədləri üçün tərəflərin əqddə təsbit etdikləri qiymət qəbul edilir. Əks hal sübuta yetirilmirsə, bu qiymət bazar qiyməti kimi qəbul edilir. Əks halın, yəni nəticə etibarilə, mülki hüquqdan suiistifadənin sübuta yetirilməsi, bununla da sözügedən prezumpsiyanın təkzib edilməsi isə vergi orqanının üzərinə düşür. Lakin yuxarıda da qeyd edildiyi kimi mülki hüquqdan sui-istifadənin vergi orqanı tərəfindən sübuta yetirməməsi səbəbindən bazar qiymətinin tətbiqi əsassızdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən mənfəət vergisi hesablanan zaman Vergi Məcəlləsinin tələbləri pozulmamış və səyyar vergi yoxlaması zamanı əsassız olaraq mənfəət vergisi hesablandığı üçün mübahisələndiriən Qərarın bu hissədə ləğv olunması ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Həmçinin qeyd edilməlidir ki, mübahisələndirilən Qərara cavabdeh vergi orqanı 2019cu il üzrə mənfəət vergisi hesablayan zaman və həmin vergi məbləğinə maliyyə sanksiyası tətbiq edərkən 2019-cu ildə qüvvədə olmuş Vergi Məcəlləsinin 56-cı, 83.3-cü və 85.4-cü maddələrinin müddəalarını nəzərə almamış və 3 illik müddəti ötürərək hesablamalar aparmışdır. Bu səbəbdən həmin dövrdə qüvvədə olmuş Vergi Məcəlləsinin 56.1, 83.3, 85.4-cü maddələri ilə müəyyən edilmiş vergiyə cəlb edilən hesabat dövrünün bitməsindən 3 il keçdikdən sonra tətbiq edildiyi üçün həmin dövrlər üzrə əlavə hesablanmış vergi və tətbiq edilmiş maliyyə sanksiyası əsassızdır. Belə ki, AR Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər. Bu maddə ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir. Vergi ödəyicisi tərəfindən bu maddədə göstərilən müddətdə təqdim edilən vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması bu Məcəllənin 37.2-ci maddəsində göstərilən müddətdə həyata keçirilir. Xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda, vergi yoxlamaları (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) yoxlamanın keçirilməsi haqqında vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 5 illik dövrü, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamaları üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti ilə müəyyən edilən dövrü əhatə edir. 29 noyabr 2019-cu il tarixli 1704-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 85.4-cü maddəyə yeni məzmunda ikinci və üçüncü abzaslar əlavə edilmişdir. Həmin Qanun 2020-ci il yanvarın 1-dən qüvvəyə minmişdir. Beləliklə, həmin 3 illik müddətin səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə etməsinə dair müddəa xx.xx.2020-ci ildən qüvvəyə mindiyindən vergi orqanı həmin normanı vergi ödəyicisinin vəziyyətini ağırlaşdıran şəkildə tətbiq edə bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərar xx.xx.2022- ci il tarixli, məsuliyyətə cəlb qərarı xx.xx.2023-cü il tarixli olmaqla yoxlama ilə əhatə olunan vergi dövrü iyul 2019-iyun 2022-ci ildir. Qeyd edilən normanın cavabdeh tərəfindən tətbiqi nəticəsində iddiaçının hüquq məsuliyyətinin yaranması şübhəsizdir, odur ki, məhkəmə əlavə əsaslandırma olmadan belə, hesab edir ki, cavabdeh xx.xx.2020-ci ilə qədər olan dövr üzrə (2019-cu il üzrə) hesablamanı aparmağa səlahiyyətli olmamışdır. Məhkəmə kollegiyası hesablanmış ƏDV üzrə apellyasiya şikayətinin dəlillərinə münasibət bildirir: Mübahisələndirilən qərara əsasən ümumilikdə 230.135,2 manat ƏDV üzrə vergi məbləği hesablanmışdır. Vergi məbləğinin hesablanmasına əsas olaraq səyyar vergi yoxlaması aktında qeyd olunmuşdur ki, X20 Sazişi üzrə “ƏDV” 3.1-ci maddəsinə əsasən sıfır faiz (0 %) dərəcə ilə ƏDV tutulan malların, işlərin və xidmətlərin təchizatçıları bu malları, işləri və xidmətləri təchiz edəndə təchizatın verildiyi şəxsdən ƏDV-dən sıfır faiz (0 %) dərəcə ilə azad olunma haqqında nömrələnmiş və möhürlə təsdiq olunmuş sertifikatın surətini alırlar. Bu ƏDV-dən sıfır faiz (0%) dərəcə ilə azad olunma sertifikatının surəti təchizatçının sıfır faiz (0%) dərəcəsi ilə ƏDV tutmağa icazəsi olduğuna qəti sübutdur. Əks halda təqdim olunmuş xidmətlərin dəyərinə Vergi Məcəlləsinə əsasən ƏDV tətbiq edilir. Yoxlanılan dövrdə Cəmiyyətin Sertifikatı olmamışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 2.7-ci maddəsinə əsasən X17 haqqında, əsas boru kəməri haqqında və digər bu qəbildən olan sazişlərdə və ya qanunlarda, o cümlədən neft və qaz haqqında, ixrac məqsədli neft-qaz fəaliyyəti və xüsusi iqtisadi zonalar haqqında qanunlarda bu Məcəllədə və vergilər haqqında digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş müddəalardan fərqli müddəalar müəyyən edildikdə, həmin sazişlərin və ya qanunların müddəaları tətbiq edilir. Xəzər Dənizinin Azərbaycan Sektorunda Azəri və Çıraq Yataqlarının və X8 X10 İşlənməsi və X17 Haqqında Saziş mövcuddur. Həmin Sazişin 12.6-cı maddəsi X2nın ümumi qaydalarını müəyyən edir. Həmin maddənin (a) Subpodratçılardan (“Xarici Subpodratçılar”) vergilərın alınması qaydalarını tənzimləyir. (i) yarımbəndində qeyd edilmişdir ki, Karbohidrogen Fəaliyyəti ilə əlaqədar olaraq Dövlətdə təsərrüfat fəaliyyəti göstərən X1 Fəaliyyəti ilə əlaqədar olaraq Dövlətin hüdudları daxilində gördükləri işlər və ya göstərdikləri xidmətlər müqabilində alınan ödəniş məbləğlərinin iyirmi faizi (20%) həcmində vergi qoyulan mənfəət əldə edirlər və həmin mənfəətin iyirmi beş faizi (25%) vergi kimi tutulmalıdır ki, bu vergi də ümumilikdə həmin ödəniş məbləğlərinin beş faizini (5%) təşkil edir. (Aktın 19-cu səhifəsindən (2-ci bənddə) də görünür ki, X-Ocean şirkətinə köçürülən məbləğdən həmin ödəniş tutulmuş, məbləğ artıq ödəndiyindən qeyd edilən məbləğlərdən vergi orqanı tərəfindən 134.955,86 manat məbləğində verginin azaldılması təklif olunmuşdur). Ödəniş məbləğlərini verən hər hansı şəxs həmin vergini də bu məbləğlərdən tutur və tutulan vergiləri ödəniş tarixindən sonra otuz (30) gün müddətində müvafiq vergi orqanına ödəyir. Bu vergilər həmin Xarici Subpodratçının vergi məsuliyyətini, habelə onun bəyannamə təqdim etmək və bütün vergiləri ödəmək öhdəliklərini tamamilə əhatə edir. (iii) yarımbəndinə əsasən Xarici Subpodratçılara bu 12.6(a) bəndində göstərilənlərdən savayı ödənişlərlə əlaqədar olaraq vergilər tətbiq olunmur. (c) bəndində isə qeyd olunmuşdur ki, hər bir Podratçı Tərəf (i) ona təchiz edilən və ya onun təchiz etdiyi bütün mallar, işlər və xidmətlər üçün, (ii) Karbohidrogenlərinin ixracı üçün və (iii) aldığı malların, işlərin və xidmətlərin idxalı üçün X14 (ƏDV) (sıfır faiz (0%) dərəcə ilə) azad edilir. Üstəlik, hər Podratçı Tərəfə mallar, işlər və xidmətlər təchiz edən təchizatçılardan hər biri həmin təchizatları X14 (ƏDV) (sıfır faiz (0%) dərəcə ilə) azad hesab edir. Xəzər Dənizinin Azərbaycan Sektorunda Azəri və Çıraq Yataqlarının və X8 X10 İşlənməsi və X17 Haqqında Sazişin (Saziş) tərkibinə ƏDV haqqında Protokol daxil edilmişdir. Həmin protokolun müddəalarına əsasən: 3.1 Yuxarıda verilmiş 1-ci maddəyə uyğun olaraq sıfır faiz (0%) dərəcəsi ilə ƏDV tutulan malların, işlərin və xidmətlərin təchizatçıları bu malları, işləri və xidmətləri təchiz edəndə təchizatın verildiyi şəxsdən Əlavə 2-də göstərilmiş ƏDV-dən sıfır faiz (0%) dərəcə ilə azad olunma haqqında nömrələnmiş və möhürlə təsdiq olunmuş sertifikatın surətini göndəriş məktubu ilə alırlar. 3.2 Bu ƏDV-dən sıfır faiz (0%) dərəcə ilə azad olunma sertifikatının surəti təchizatçının sıfır faiz (0%) dərəcəsi ilə ƏDV tutmağa icazəsi olduğuna qəti sübutdur. X13 Azərbaycan Sektorunda Azəri və Çıraq Yataqlarının və X8 X10 İşlənməsi və X17 Haqqında Sazişə (Saziş) əlavə olunmuş X3 X15 Protokolun 1.2-ci bəndinə əsasən 1.1 Bəndində göstərilənlər istisna olmaqla, Karbohidrogen fəaliyyəti ilə bağlı Xarici Subpodratçılar bütün vergi ödəmələrindən azaddırlar və Karbohidrogen fəaliyyəti ilə bağlı Xarici Subpodratçılara edilən ödənişlər heç bir vergiyə cəlb olunmayacaq yaxud onlardan heç bir vergi tutulmayacaqdır. İddiaçı vergi ödəyicisi tərəfindən alınmış sertifikat əsasında əməliyyatlara sıfır faiz (0 %) ƏDV tətbiq etmişdir. Məhkəmə kollegiyası beləliklə hesab edir ki, Xəzər Dənizinin Azərbaycan Sektorunda Azəri və Çıraq Yataqlarının və X8 X10 İşlənməsi və X17 Haqqında Sazişin (Saziş) müddəaları tətbiq olunmalıdır. Bu səbəbdən X-OCEAN Limited qeyri-rezident şirkətinin MMC-yə göstərilmiş xidmətlərə görə 2020-ci il üzrə 951.663,02 manat, 2021-ci il üzrə 326.865,82 manat, cəmi 1.278.528,84 məbləğində aparılmış ödənişləri Xəzər Dənizinin Azərbaycan Sektorunda Azəri və Çıraq Yataqlarının və X8 X10 İşlənməsi və X17 Haqqında Sazişin (Saziş) tələblərinə uyğun olaraq sıfır faiz (0%) dərəcə ilə ƏDV-yə cəlb olunmalıdır və səyyar vergi yoxlaması materiallarına əsasən yuxarıda qeyd olunan əməliyyatlar üzrə ƏDV-nin hesablanması əsassızdır. Məhkəmə kollegiyası hesablanmış ödəmə mənbəyində tutulan vergilər üzrə apellyasiya şikayətinin dəlillərinə münasibət bildirir: Hazırda mübahisələndirilən Qərara əsasən iddiaçı vergi ödəyicisinin təsisçisindən borc müqaviləsinə əsasən 0,0% dərəcə ilə (faizsiz) cəlb edilmiş pul vəsaitinə bazar qiymətləri üzrə faiz dərəcəsi tətbiq edilməklə Vergi Məcəlləsinin 123-cü maddəsinə əsasən 657.988,81 manat faizlərdən ödəmə mənbəyində vergi məbləği hesablanmışdır. Göründüyü kimi iddiaçı borc vermişdir və bu maliyyə vəsaitinin yaranma mənbəyi iddiaçının öz təsisçisindən aldığı borcdur. Qeyd olunan əməliyyatları təsdiq edən müqavilələr iş üzrə materiallarda mövcuddur. Göründüyü kimi, iddiaçı borc təqdim edəndir və bu əməliyyat üzərindən onun hər hansı gəliri formalaşmamışdır. Müqavilələrdə iddiaçının borcu faizlə verdiyi nəzərdə tutulmamışdır və borcun verilməsi hər hansı faizlə şərtləndirilməmişdir. Yalnız iddiaçının borcu faizlə verdiyi və borc verilən məbləğin geri qaytarıldığı təqdirdə, iddiaçının faizlərdən gəliri formalaşa və ya yarana bilərdi. Hazırki mübahisəyə münasibətdə isə müqavilələrdə belə şərt təsbit edilməmişdir və bu hal Mülki Məcəllənin 390-cı və 739.2-ci maddələrinin borc münasibətlərinin rəsmiləşdirildiyi dövrdə qüvvədə olan redaksiyasının tələblərinə uyğundur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Hazırki iş üzrə materiallardan iddiaçının belə fəaliyyətlə məşğul olan şəxs olduğu görünmür. Bu baxımdan iddiaçının borcu faizsiz verdiyi, onun hər hansı gəlirinin formalaşmadığı qəbul olunmalıdır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, oxşar iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının qəbul etdiyi 2-1(102)-1914/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarında da hüquqi mövqe bu cür əsaslandırılmışdır. Məhkəmə kollegiyası həmçinin diqqətə çatdırır ki, apellyasiya şikayətində qeyd edildiyi kimi şəxslərin qarşılıqlı surətdə asılılığı əməliyyatın nəticəsinə təsir göstərmir. Eyni zamanda vergi məbləği hesablanan zaman Vergi Məcəlləsinin 134, 135 və 136-cı maddələrinə əsasən hesablama metodundan istifadə olunarkən gəlirin və xərclərin uçotu qaydaları, həmçinin gəlirin əldə edilməsi (xərcin çəkilməsi) vaxtı ilə bağlı tələblər nəzərə alınmalı idi. Əgər faiz gəlirinə bazar qiyməti tətbiq edilərək vergi məbləği hesablanırsa həmin faiz gəliri (müəssisəyə münasibətdə faiz xərcləri) MMC-nin mənfəətini azaltmalı idi ki, cavabdeh vergi orqanı bu məqamları da nəzərə almamışdır. Həmçinin cavabdeh vergi orqanı iddiaçı vergi ödəyicisinə bazar qiyməti tətbiq edilməklə vergi məbləği hesablanan zaman həm səyyar vergi yoxlaması aktında həm də mübahisələndiriən Qərarda hansı faiz dərəcəsinin tətbiq edilməsi qeyd edilməməklə yanaşı, Vergi Məcəlləsinin 14.6.1-cı maddəsinin müddəaları nəzərə almadığı üçün aparılmış hesablama əsassızdır. Qeyd olunananlara əsasən hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin əsaslandırması düzgün, gəldiyi nəticə işin faktiki hallarına və iddia tələbinin hüquqi əsaslarını təşkil edən hüquq normalarına uyğundur. Cavabdehin apellyasiya şikayətində irəli sürdüyü dəlillər formal xarakterli olmaqla hazırda mübahisələndirilən qərarının ləğv olunması üçün əsas vermir. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. - 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-10414/2023 nömrəli, 15 avqust 2023-ci il tarixli qərarı yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-3737/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3737/2023
21.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver