Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3744/2023 21.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı “işlədiyi müddətin ümumi iş stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin olunması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5660/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.1995-ci il tarixdən xx.xx.1995-ci il tarixədək, eyni zamanda 2000-ci ilin yanvar ayından iyun ayına qədər, iyun ayından dekabr ayına qədər 2001, 2002-ci illərin və 2004-cü ildən sonrakı illərin sosial siğorta stajına daxil edilməsi və ona hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 4 saylı Bakı DOST Mərkəzinə müraciət edərək ona təyin edilmiş yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. İddiaçının müraciətinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialında baxılmış və ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğundan ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. İddiaçıya 29 aprel 2022-ci il tarixdən yaşa görə 180 manat məbləğində yaşa görə social müavinat təyin edilmişdir. İmtina məktubu onunla əsaslandırılmışdır ki, idiaçının Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi “Ana və Uşaq” Reabilitasiya Mərkəzində işlədiyi dövrdə xx.xx.1995-ci il tarixdən xx.xx.1995-ci il tarixədək əmək haqqı hesablanmamış, eyni zamanda 2000-ci ilin yanvar ayından iyun ayına qədər, iyun ayından dekabr ayına qədər 2001, 2002-ci illərə dair əməkhaqqı kitabları və 2004-cü ildən sonrakı illərə aid əməkhaqqı kitabları Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinə təhvil verilmədiyindən həmin dövrün araşdırılması və sığorta stajına daxil edilməsi mümkün olmamışdır. İddiaçı hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 21 dekabr 2022-ci il tarixli **********8 nömrəli imtina məktubu əsassız və qanunsuzdur. Belə ki, iddiaçının ümumi sığorta stajı 28 ildən çoxdur. İddiaçı 05 may 1995-ci il tarixdən Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi “Ana və Uşaq” Reabilitasiya Mərkəzində 55 nömrəli əmrlə (paraqraf 4) masajist vəzifəsinə təyin edimişdir. 02 yanvar 1996-cı il tarixli 1 nömrəli əmrlə (paraqraf 1) iddiaçı həmin Mərkəzdə tibb bacısı vəzifəsinə keçirilmişdir. 07 yanvar 2004-cü il tarixli 1 nömrəli əmrlə (paraqraf 1) tutduğu vəzifdən azad edilmişdir. 05 iyul 2004-cü il tarixli 63 nömrəli əmrlə (paraqraf 4) iddiaçı həmin Mərkəzdə fizioterapiya tibb bacısı vəzifəsinə təyin olunmuşdur. 01 may 2006-cı il tarixdən 2 nömrəli əmrlə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi “Ana və Uşaq” Reabilitasiya Mərkəzi ləğv edildiyindən tutduğu vəzifədən azad edilmiş və elə həmin tarixdən Ə.Əliyev adına Naxçıvan MR X3 tibb bacısı vəzifəsinə təyin edilmişdir. 10 mart 2008-ci il tarixli 70 nömrəli əmrlə tutduğu vəzifədən öz xahişi ilə azad edilmişdir. Yuxarıda göstərilən məlumatlar iddiaçının adına açılmış 22 dekabr 1976-cı il tarixli HT-İ № ******* nömrəli əmək kitabçası ilə təsdiq olunmaqdadır. İddiaçı hesab edir ki, iddiası əsaslıdır və qüvvədə olan qanunvericiliyin tələblərinə uyğur. Eyni zamanda bildirilmişdir ki, oxşar məsələlər üzrə artıq böyük məhkəmə təcrübəsi formalaşmışdır. Bu məhkəmə təcrübəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasının mqvafiq qərarları ilə də öz təsdiqini tapmaqdadır. İddiaçı tərəf sonradan iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək İddiaçı hüququnun yarandığı xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, iddiaçıya verilən imtina qanuni və əsaslı olmuşdur. Belə ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Fondun Sosial ödənişlərin təyinat uzrə Mərkəzi filialına yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı ərizə ilə müraciət etmiş, Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialın xx.xx.2022-ci il tarixli **********5 nömrəli məktubunda tələb olunan sosial sığorta stajı tamamlanmadığından müraciətin müsbət həllinin mümkün olmadığı qeyd olunmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinə əsasən yaşa görə pensiya hüququnun yaranması üçün iki şərt tələb olunur: - şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; - fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajı toplaması. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qayada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Mübahisəli müddətlər üzrə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında" Qanunun “İş stajına daxil edilən əmək fəaliyyətinin növləri” adlanan 67-ci maddəsinə görə mülkiyyət və təsərrüfatçılıq formasından asılı olmayaraq müəssisələrdə, idarələrdə təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq iş stajına daxil olur....İstər hazırda qüvvədə olan, istərsə də mübahisəli dövrlər üzrə qüvvədə olmuş pensiya qanunvericiliyinə görə işçiyə pensiya ödənilməsi üçün müəssisə tərəfindən müvafiq sosial sığorta ödənişi aparılması mütləqdir və yalnız bu halda iş müddəti sosial sığorta stajına daxil edilir. İddiaçı təqdim etdiyi sənədlərin surətlərinə əsasən sosial sığorta stajı (xx.xx.1980-cı il tarixdən xx.xx.1983-cü il tarixədək əyani təhsil dövrü nəzərə alınmaqla) 19 il 11 ay 12 gün təşkil edir. Həmçinin bildirilir ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Belə ki, İddiaçı təqdim etdiyi əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1995-ci il tarixdən xx.xx.2004-cü il tarixədək, xx.xx.2004-cü il tarixdən xx.xx.2006-cı il tarixədək olan əmək fəaliyyəti dövrlərinin araşdırılması zərurəti yaranmışdır. Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin arayışına əsasən əmək kitabçasının surətində qeyd edilmiş Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi “Ana və X5ndə iddiaçının işlədiyi dövrdə xx.xx.1995-ci il tarixdən xx.xx.1995-ci il tarixədək, eyni zamanda 2000-ci ilin yanvar ayından iyun ayına qədər, iyun ayından dekabr ayına qədər əmək haqqı hesablanmadığından, həmçinin 2001, 2002-ci illərə dair əməkhaqqı kitabları və 2004-cü il tarixdən sonrakı illərə aid əməkhaqqı kitabları Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinə təhvil verilmədiyindən həmin dövrün araşdırılması və sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Əlavə olaraq, Ə.Əliyev adına Naxçıvan Muxtar Respublikası X8 üzrə Süd mətbəxinin sənədləri Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinə təhvil verilmədiyindən həmin illəri araşdırmaq mümkün olmamış və sosial sığorta stajına daxil edilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən, göstərilən dövrlərin sosial sığorta stajı kimi hesablanması qanunvericiliyin tələbləri baxımından məqsədəmüvafiq hesab edilmir. Beləliklə, İddiaçı tələb olunan 25 il sosial sığorta stajına və ya pensiyanın minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalına malik olmadığından onun yaşa görə pensiya almaq hüququ yaranmır. Bu səbəbdən, iddiaçıya pensiya təyin edilməsi qanunvericiliyin tələblərinə ziddir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5660/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş və İddiaçı hüququnun yarandığı xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının vəkili apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-5660/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: -AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1959-cu il təvəllüdlüdür. Azərbaycan Respublikasının vətəndaşıdır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, iddiaçının yaşa görə əmək peniyası təyin edilməsi barədə müraciətinə baxılmış və iddiaya etirazın məzmununa uyğun imtina cavabı verilmişdir. -xx.xx.1976-cı il tarixdən doldurulmağa başlamış iddiaçının ИТ-İ № ******* saylı əmək kitabçasının surətindən görünür ki, X6 xx.xx.1976-cı ildən xx.xx.1980-cı il tarixədək X7 1 nömrəli Tikiş Sexində işləmişdir. xx.xx.1980-cı ildən xx.xx.1983-cü il tariədək Heyran xanım adına Naxçıvan Tibb Məktəbinin feldşer şöbəsində təhsil almışdır. xx.xx.1983-cü ildən xx.xx.1983-cü il tarixədək Naxçıvan Xəstəxanasında tibb bacısı, xx.xx.1985-ci ildən xx.xx.1995-ci il tarixədək Naxçıvan şəhər Poliklinikasında sahə tibb bacısı, xx.xx.1995-ci ildən xx.xx.2004-cü il tarixədək Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi “Ana və Uşaq” Reabilitasiya Mərkəzində masajist, tibb bacısı, xx.xx.2004-cü il tarixdən xx.xx.2006-cı il tarixədək həmin Mərkəzdə tibb bacısı, 01 may 2006-cı il tarixdən xx.xx.2008-ci il tarixədək Ə.Əliyev adına Naxçıvan MR X3 tibb bacısı vəzifəsində işləmişdir. -Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, “Ana və Uşaq” Reabilitasiya Mərkəzi adında hər hansı hüquqi şəxs vergi xidmətinin məumat bazasında aşkar edilməmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin 29 mart 2023-cü il tarixli məktubu ilə iddiaçının “Ana və X5”də işləməsi və əmək haqqı alması haqqında arxiv arayışları və əmrlərinin surəti məhkəməyə göndərilmişdir. Məktuba əlavə edilmiş xx.xx.2023-cü il tarixli arxiv arayışında bildirilmişdir ki, Şahtaxtinski (Əliyeva) X2 MR Səhiyyə Nazirliyi- Ana və X5ndə işləmişdir. Arayışa iddiaçının 1995-2004-cü illərdə aylar üzrə aldığı əmək haqqı cədvəli əlavə edilmişdir. Əməkhaqqı cədvəlinin 1996-cı ildəki qrafasında iddiaçının analıq məzuniyyətində olması qeyd edilmişdir. Həmçinin sözügedən arayışın qeyd hissəsində aşağıdakılar bildirilmişdir: 1. 1998-ci ilə dair əməkhaqqı kitabında analıq məzuniyyətində olması göstərilmişdir. 2. 2000-ci ilin yanvar ayından iyun ayına qədər, iyun ayından dekabr ayına qədər olan, 2001, 2002-ci illərə dair əməkhaqqı kitabları və 2004-cü ildən yuxarı illərə dair əməkhaqqı kitabları Naxçıvan MR Dövlət Arxivinə təhvil verilməmişdir. - iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli digər arxiv arayışında bildirilmişdir ki, Naxçıvan MR Dövlət Arxivində mühafizə olunan Naxçıvan MR “Ana və uşaq” Reablitasiya Mərkəzinin sənədlərinə baxdıqda müəyyən oldu ki, Əliyeva (Şahtaxtinski) Zəminə Məmməd qızının xx.xx.1995-ci il arixli 55 №-li əmrlə “masajist” qəbul edilməsi, xx.xx.1996-cı il tarixi 1 №-li əmrlə “tibb bacısı” vəzifəsində çalışanların ad siyahısında adının olması qeyd olunmuşdur. xx.xx.2000-ci il tarixli 17 №-li əmrlə məzuniyyət müddəti başa çatdığı üçün işdə hesab edilməsi, xx.xx.2001-ci i tarixli 39 №-li əmrlə əlavə verilmiş 0,5 oklad “tibb bacısı” verilərək 1,5 okladda saxlanılması, xx.xx.2002-ci il tarixli 81 №-li Əmrlə 34 gün (otuz dörd) müddətinə əmək məzuniyyətinə buraxılması göstərilmişdir. Lakin 2004-cü ilə dair əmr kitablarında yanvar ayında işdən azad olunması haqqında məlumata rast gəlinmədi. xx.xx.2004-cı il tarixli 63 №li əmrlə 1,0 oklad “tibb bacısı” vəzifəsinə qəbul edilməsi, xx.xx.2005-ci il tarixli 60 №-li əmrlə növbəti əmək məzuniyyətinə buraxılması, xx.xx.2005ci il tarixli 75 №-li əmrlə əmək məzuniyyətinin müddəti başa çatdığı üçün işdə hesab edilməsi əmr kitablarında göstərilmişdir. Əmr kitabları 2006-cı ilin aprel ayına qədər olduğundan işdən azad olunması haqqında məlumat mövcud deyil. - Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinin 05 iyun 2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 27 aprel 2006cı il tarixli, 32 nömrəli Qərarına əsasən “Ana və X5” ləğv edilmiş və onun bazasında Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası X8 yaradılmışdır. “Ana və X5”nin bütün aidiyyəti sənədləri Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinə təhvil verilmişdir Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1- dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1- dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası” 5.2-ci bəndinə əsasən, 1 iyul 2021 - 30 iyun 2022-ci illər dövrü üzrə qadınların yaşa görə əmək pensiyası təyin edilməsi üçün yaş həddi 62 il 6 ay yaş müəyyən edilmişdir. Hazırkı işin faktiki hallarından müəyyən edilir ki, xx.xx.1959-cu il təvəllüdlü iddiaçı hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir. Bu məqsədlə cavabdehə etdiyi müraciəti təmin edilməmişdir. Cavabdeh hesab etmişdir ki, iddiaçının əmək kitabçasına əsasən ümumi stajı qanunla tələb olunan müddətdən (25 il) az- 19 il 11 ay 12 gün təşkil edir və o, minimum əmək pensiyası təyinatına imkan verən pensiya kapitalına malik deyil. Cavabdeh iddiaçının əmək kitabçasının surətində qeyd edilmiş “Ana və X5”ndə işlədiyi xx.xx.1995xx.xx.2004-cü il tarixədək, xx.xx.2004-cü il tarixdən xx.xx.2006-cı il tarixədək dövrləri mübahisələndirir. Cavabdehin əsaslandığı hal ondan ibarətdir ki, “Ana və X5”ndə işlədiyi dövrdə xx.xx.1995-ci il tarixdən xx.xx.1995-ci il tarixədək, 2000-ci ilin yanvar ayından iyun ayına qədər, iyun ayından dekabr ayına qədər iddiaçıya əməkhaqqı hesablanmamış, həmçinin 2001, 2002-ci illərə dair və 2004-cü ildən sonrakı illərə dair əməkhaqqı kitabları dövlət arxivinə təhvil verilməmişdir. Ona görə də həmin dövrlər iddiaçının sığorta stajına daxil edilə bilməz. İddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası cavabdehin imtinasının dəlili ilə razılaşmır. Belə ki, qüvvədə olan qanunvericilik normalarından da göründüyü kimi iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iki şərtin mövcud olması vacibdir.
1. iddiaçının qanunla müəyyən edilmiş pensiya yaşına çatması; -
2. fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olması. İddiaçı xx.xx.1959-cu il təvəllüdlüdür, ona görə də “Əmək pensiyaları haqqında” Qanunun 7ci maddəsinin Qeyd hissəsindəki tələbə uyğun olaraq onun pensiya hüququ xx.xx.2022-ci il tarixdən, yəni 62,5 yaşdan yaranır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olmaması işin mübahisələndirilməyən halıdır. Digər şərt kimi nəzərdə tutulmuş iddiaçının 25 il sığorta stajına malik olması faktı isə iş materialları ilə öz təsdiqini tapmışdır. Belə ki, cavabdeh inzibati orqan “Ana və X5”ndə işlədiyi dövrdə xx.xx.1995-ci il tarixdən xx.xx.1995-ci il tarixədək, 2000-ci ilin yanvar ayından iyun ayına qədər, iyun ayından dekabr ayına qədər iddiaçıya əməkhaqqı hesablanmadığını, həmçinin 2001, 2002-ci illərə dair və 2004-cü ildən sonrakı illərə dair əməkhaqqı kitablarının dövlət arxivinə təhvil verilmədiyini əsas gətirərək, həmin dövrləri ümumi iş stajına daxil etməmiş və dolayısıyla iddiaçının qanunvericiliklə 25 il ümumi iş stajına malik olmadığını qeyd etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69.1-ci maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Həmçinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən də işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları”nın 1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın 4.1.3-cü bəndinə əsasən Qanunun 7-ci maddəsinə uyğun olaraq yaşa görə pensiya təyin edilməsi üçün şəxs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, sığorta stajından asılı olmayaraq fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli və ya azı 25 il sığorta stajına malik olmalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları’nın 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: -Qanunun qüvvəyə mindiyi 2006-cı il 1 yanvar tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; -Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin Qaydaların 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası;... Göründüyü kimi Qanunun qüvvəyə mindiyi 2006-cı il 1 yanvar tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alındığı halda, 2006-cı il 1 yanvar tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün onların ümumi iş stajı əsas götürülür və həmin iş stajı işçinin əmək kitabçasının məlumatlarına əsasən müəyyən edilir. İş materiallarında olan iddiaçıya məxsus əmək kitabçasındakı qeydlərə əsasən onun təhsil illəri nəzərə alınmaqla xx.xx.1976-xx.xx.2008-ci il tarixədək ümumilikdə stajı 28 il 4 ay 25 gün, xx.xx.1976-cı il tarixdən 1 yanvar 2006-cı il tarixədək ümumi iş stajı 26 il, 2 ay, 15 gün, xx.xx.1976cı il tarixdən “Ana və X5”ndə işləməyə başladığı xx.xx.1995-ci il tarixədək staj müddəti 16 il, 20 gün təşkil edir. Həmçinin iddiaçının “Ana və Uşaq Mərkəzi”ndə işlədiyi xx.xx.1995-xx.xx.2004-cü il tarixlər və xx.xx.2004-xx.xx.2006- cı il tarixlər arasındakı dövr 10 il, 5 ay, 25 gün (1 yanvar 2006-cı il tarixədək isə 10 il 1 ay 25 gün) təşkil edir. Məhkəmə kollegiyası mübahisələndirilən dövr üzrə bildirir ki, iddiaçının “Ana və X5”də işlədiyi dövrə münasibətdə nəzərə alınmalıdır ki, iddiaçı həmin müəssisədə əmək fəaliyyətinə xx.xx.1995-ci il tarixdə başlamış və xx.xx.2004-cü il tarixədək və xx.xx.2004-cü il tarixdən xx.xx.2006-cı il tarixədək əmək fəaliyyətini eyni müəssisədə davam etdirmiş, bu barədə onun əmək kitabçasında müvafiq qeydlər aparılmışdır. Həmçinin iş materiallarında olan dövlət arxivinin arayışlarına əsasən müəssisənin mövcudluğu təsdiqini tapmış, iddiaçının həmin müəssisədə əmək fəaliyyəti ilə məşğul olması işçilər barəsində müvafiq əmrlər kitabındakı qeydlərə əsasən müəyyənləşdirilmişdir. Ona görə də müəssisənin arxiv sənədlərinin təhvil verilməməsi və onun əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından, bu, onun pensiya hüquqlarını məhdudlaşdıran nəticələr doğurmamalı və iddiaçının qazandığı iş stajına dair əmək kitabçasındakı qeydlərin mötəbərliyinə təsir etməməlidir. Eyni zamanda cavabdeh tərəfindən də iddiaçının əmək kitabçasındakı qeydlərin mötəbərliyini şübhə altına ala biləcək hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Digər tərəfdən mübahisələndirilən 1995-2006-cı illərdəki iddiaçının əmək fəaliyyətinin bir hissəsi 1 yanvar 2002-ci il tarixədək dövrə aid olduğundan, həmin müddətin bu hissəsinin sığorta stajı kimi hesablanması üçün məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti qoyula bilməz. İş fəaliyyətinin 1 yanvar 2002-ci il tarixdən 1 yanvar 2006-cı il tarixədək olan hissəsinə gəldikdə, nəzərə alınmalıdır ki, «Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında» Azərbaycan Respublikasının 1042-VQ nömrəli 6 mart 2018-ci il tarixli Qanununun 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinmişdir. Bu baxımdan, iddiaçının “Ana və X5”ndə işlədiyi xx.xx.1995-ci il tarixdən xx.xx.2006-ci il tarixədək dövr onun ümumi stajına daxil edilməlidir. Belə olan halda iddiaçının əmək kitabçasındakı qeydlərə əsasən, onun xx.xx.1976xx.xx.2006-cı illər arasındakı dövrdə 26 il, 2 ay, 15 gün ümumi stajı toplanır və beləliklə, onun qanunla tələb olunan 25 ildən artıq sığorta stajı mövcud olur. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı qanunla müəyyən edilmiş yaş həddinə çatdığından və onun göstərilən dövrə 25 ildən artıq ümumi iş stajı mövcud olduğundan iddia tələbi əsaslı olmuşdur. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM 14.3). Bu səbəbdən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («inzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə) Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçının iş stajı ona məxsus əmək kitabçasında öz əksini tapmışdır və göstərilən müvafiq qeydlər onların həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən, mötəbər hesab olunur. Nəzərə alınmalıdır ki, inzibati icraatda ərizəçinin (yəni iddiaçının) üzərinə əmək kitabçasındakı qeydlərdə əks olunan məlumatların həqiqiliyinin sübut olunması vəzifəsi qoyula bilməz. Bu, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinin tələblərinə zidd sayılır. Bundan başqa nəzərə alınmalıdır ki, əmək qanunvericiliyinin yuxarıda sadalanan normaları mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq bütün qurumlarda işləmiş sığortaolunanlara əmək pensiyası hesablanarkən onun işlədiyi və əmək kitabçasında öz əksini tapmış hər hansı işin müddətini də nəzərdə tutur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5660/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5660/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.