Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3748/2023 16.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X12 Oruczadənin sədrliyi və məruzəsi ilə, X4 və X5 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçılar X16, İddiaçı2, X11, İddiaçı4, İddiaçı5 cavabdeh Xətai rayonu Mənzil Komunal Təsərrüfat Birliyinin 66 saylı Mənzil-Kommunal İstismar Sahəsinə qarşı “ünvan 1 ünvanını qanunsuz hesab edilməsi” iddia tələbi üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 11615/2023 nömrəli, 03 avqust 2023-ci il tarixli qərardadından iddiaçı X16 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 4əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçılar X16, İddiaçı2, X11, İddiaçı4, İddiaçı5 məhkəməyə müraciət edərək ünvan 1 ünvanının qanunsuz hesab edilməsi öhdəliyinin cavabdeh Xətai rayonu Mənzil Komunal Təsərrüfat Birliyinin 66 saylı Mənzil Kommunal İstismar Sahəsinin üzərinə qoyulmasını irəli sürmüşdürlər. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.1984-cü il tarixli 69/11 saylı əvvəlki Şaumyan rayonunun (indiki Xətai rayonunun) rəhbərliyi tərəfindən verilmiş sərəncama əsasən o, X13 ailə başçısı kimi X17 isə ailə üzvü qismində xx.xx.1985-ci ildən özləri tikdikləri evə rəsmi pasport qeydiyyatına düşmüşlər. Sonradan ailənin digər üzvləri də daimi pasport qeydiyyatına düşmüşlər. X1 qeyri-rəsmi həyat yoldaşı X14 onların Xətai rayonu, A.Qurban küçəsi 25/19 ünvanında yerləşən mənzilə 1991-ci ildə gəlin gələndən sonra onlara müvafiq sənədlərlə bəlli olmuşdur ki, 2005-ci ildən xəbərsiz Xətai rayonu MKTB-nin 66 saylı MKİS-dən onların mövcud tikili eskizini MİKS-in rəhbərliyinə çəkdirib, ünvanın yəni ünvan 5ə etməklə özü üçün süni və ya uydurma ünvan, yəni ünvan 6van eskizi əsasında qaçqın statusundan sui-istifadə edərək mövcud tikilini qanunsuz olaraq onların xəbəri olmadan sənədləşdirib özü üçün mülkiyyət etmək istəmişdir. Xətai Rayon Məhkəməsinin 2-214/2005 saylı xx.xx.2005-ci il tarixli Qətnaməsi ilə iddiası təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 1MK-854/2006 saylı qərardadı ilə Xətai Rayon Məhkəməsinin 2-214/2005 saylı xx.xx.2005-ci il tarixli Qətnaməsi ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. Cavabdeh X14 xx.xx.2006-cı ildə Bakı şəhər İcra Hakimiyyəti Aparatının mənzil məsələləri üzrə ictimai komisiyaya müraciət etmişdir. Bakı şəhər İcra Hakimiyyətinin başçısının 149 №-li xx.xx.2006-cı il tarixli sərəncamı ilə təsdiq edilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Aparatanının mənzil məsələləri üzrə ictimai komisiyasınm 5a №-li xx.xx.2006-cı il tarixli “Protokoldan çıxarış” əsasında X9 Xətai rayonu A.Qurban küçəsi 25/19A ünvanında yerləşən özbaşna tikiliyə pasport qeydiyyatına alınması və qeydiyyat vəsiqəsinin verilməsi nəzərə alınmışdır. Lakin sonradan “Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2006-cı il tarixli, 412 saylı fərmanı ilə 2001-ci il 22 avqust tarixli “Erməni millətçilərinin apardığı etnik təmizləmə nəticəsində öz tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların məskunlaşması probleminin həlli haqqında” 562 №-li Fərmanının 7-ci və 8-ci bəndləri qüvvədən düşmüşdür” X9 Xətai rayonu A.Qurban küçəsi 25/19A ünvanında yerləşən özbaşna tikiliyə pasport qeydiyyatına alınması və qeydiyyat vəsiqəsinin verilməsi öz müsbət həllini tapmamışdır. Azərbayacan Respublikası DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin 11/9055 №141RX saylı xx.xx.2006cı il tarixli məktubla X9 rəsmi cavab verilmişdir ki, Bakı şəhər İcra Hakimiyyətinin sərəncamı qüvvədən düşdüyünə görə xx.xx.2006-cı il tarixli “Protokoldan çıxarış” icrasının mümkün olmaması qeyd edililmişdir. Cavabdeh Ə.Cəlilova Səbail rayon Məhkəməsində Bakı şəhər İcra hakimiyyətinə qarşı iddia qaldırmış, Ə.Cəlilovanm iddiası təmin edilməmişdir. Həmin bu məhkəmə işlərində cavabdeh X7 qeyri rəsmi əri onların isə qardaşı cavabdeh X17 arvadı Cəlilova Əzizəyə nümayəndəlik etmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli qətnaməsi Bakı Apellyasiya Məhkəməsinin 1MK-1041/2007 saylı xx.xx.2007-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2007-ci il tarixli qətnaməsindən cavabdeh X27 Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti versə də Ali Məhkəmənin Mülki kollegiyası 6k-970/07 saylı xx.xx.2007-ci il tarixli qətnaməsi ilə Bakı Apellyasiya Məhkəməsinin qətnaməsini dəyişdirilmədən qüvvədə saxlamışdır. Bir sözlə cavabdeh Ə.Cəlilovanın heç bir iddiası təmin edilməmişdir və sonda heç bir hüquqi əhəmiyyət kəsb etməyən “Protokoldan çıxarış” sənədi ilə Xətai RPİ-nin X6 tərəfindən qanunsuz Xətai rayonu A.Qurban küçəsi 25/19A ünvanına pasport qeydiyyatına düşmüşdür. Cavabdeh X14 rəsmi qaydada Azərbayacan Respublikası DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2006-cı il tarixli məktubla rəsmi məlumatlandırılmasına baxmayaraq Xətai rayon A.Qurbanov küçəsi 25/19 ünvanını ilə ünvan 7an əldə etmiş və onlara bəlli olmayan yolla həmin o sözügedən saxta, süni, uydurma ünvana pasport qeydiyyatına düşmüşdür. Hesab edir ki, cavabdeh X2 RPİ-nin X3 vəzifəli şəxsinin qanunsuz hərəkəti nəticəsində pasport qeydiyyatına götürülmüşdür. Bütün bunları cavabdeh Cəlilova Əzizə hansı yolla etməsi onları məlum deyil. Cavabdeh X14 faktiki olaraq onlara məxsus ünvan 9 ünvanda yerləşən mənzili özününküləşdirmək məqsədilə qaçqın statusundan istifadə edib onlara məxsus 1982-1984-cü illərdə tikilmiş mövcud özbaşına tikilini ələ keçirmək məqsədilə qanunsuz yolla pasport qeydiyyatına düşmüşdür. İddiaçı X16 tərəfindən 1982- 1983-cü illərdə ünvan 10 ünvanında yerləşən özbaşına tikintinin bir hissəsi tikilmiş, 1984-cü ildə isə qardaşı X18 əsgəri xidmətdən gəldikdən sonra evin tikintisini tamamilə yekunlaşdırmışdır. Hazırkı halda cavbdeh X14 və qeyri rəsmi əri X17 ilə birlikdə iddiaçılara məxsus ünvan 11 ünvanını saxtalaşdıraraq mənzilə sahiblik və istifadə hüququnu, onların qeydiyyatda olduqları evin ünvanını saxtalaşdırmaqla iddiaçıların hər mənzilə sahiblik və istifadə hüququnu, eləcə də mülkiyyətinin bir hissəsinə mülkiyyət hüququ əldə etmək imkanı yaradır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11615/2023 nömrəli, 03 avqust 2023-ci il tarixli qərardadı (hakim L.Musayeva) ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçı X16 ondan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddianın mümkünlüyünə dair yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə Ali Məhkəmənin Plenumunun xx.xx.2015-ci il tarixli qərarına əsaslansa da, faktiki mülkiyyətlərində olan mülkiyyətin gələcəkdə qanunsuz mənimsənilməsi təhlükəsindən xilas olmasına baxıb hüquqi qiymət vermək istəmir. Onların mülkiyyətinin bir hissəsinin kənar şəxs tərəfindən mənimsənilməsi təhlükəsinin olması aşkardır. Tərəflərin izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Kollegiya ilk növbədə qeyd edir ki, subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. İş materiallarından görünür ki, sözügedən ünvandakı-Aşıq Qurban küçəsindəki fərdi yaşayış evləri özbaşına tikili olduğundan vətəndaşlar tərəfindən tikilmiş özbaşına tikliləri bir-birindən fərqləndirmək və kimin hansı evdə yaşamasını müəyyən etmək məqsədi ilə bu evlərə şərti ünvan nömrələri verilmişdir. İddiaçıların qanunsuz hesab edilməsi öhdəliyinin cavabdeh Xətai rayonu Mənzil Komunal Təsərrüfat Birliyinin 66 saylı Mənzil-Kommunal İstismar Sahəsinin üzərinə qoyulmasını tələb etdikləri ünvan 1 ünvanındakı fərdi yaşayış evi də özbaşına tikili olmaqla iddiaçıların həmin ünvanın qanunsuz hesab edilməsi ilə bağlı tələbi irəli sürməyə hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacı yoxdur. Məhkəmə kollegiyası həmçinin diqqətə çatdırır ki, Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları"nın 3.3-cü bəndinə əsasən Daşınmaz əmlak obyektinə ünvan verilməsi üçün onun mülkiyyətçisi (sahibi, tikintisi başa çatmayan daşınmaz əmlak obyektlərinə münasibətdə həmçinin sifarişçisi) və ya qanunvericiliyə uyğun verilmiş etibarnamə əsasında onu təmsil edən şəxs ərizə ilə Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edir. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən daşınmaz əmlak obyektinə ünvan aşağıdakı hallarda verilir və ya dəyişdirilir: 3.2.1. qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq sahəsi ayrıldıqda torpaq sahəsinə; 3.2.2. qanunvericiliyə uyğun olaraq daşınmaz əmlak obyektinin inşası və ya quraşdırılması aparıldıqda və ya obyekt müvafiq qaydada istismara qəbul edildikdə; 3.2.3. Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüququ tanındıqda; 3.2.4. daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqda; 3.2.5. daşınmaz əmlak obyekti ayrı-ayrı hissələrə bölündükdə; 3.2.6. daşınmaz əmlak obyektlərinin birləşməsi nəticəsində yeni daşınmaz əmlak obyekti yarandıqda. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi ilə Xidmətin aşağıdakı vəzifələri müəyyən edilmişdir: - 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq; - 3.0.25. ünvan reyestrini tərtib etmək və aparmaq, həmçinin ünvan reyestrinin məlumatlarını Ünvan Reyestri İnformasiya Sisteminə daxil etmək və onun aparılmasını təmin etmək, daşınmaz əmlak obyektlərinə ünvan vermək, ünvan reyestrində saxlanılan və açıq hesab edilən məlumatları internet saytında yerləşdirmək; - 3.0.26. daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatının və dövlət reyestrinin aparılmasını, ünvan reyestri, daşınmaz əmlakın vahid dövlət kadastrı, yerquruluşu, dövlət torpaq kadastrı, torpaqların dövlət idarəetməsinin və torpaq bazarının təşkili sahəsində funksiyaların icrasını və digər aidiyyəti dövlət orqanları ilə əlaqələndirilməklə məkan məlumatları infrastrukturunun formalaşdırılmasını təmin etmək, o cümlədən məkan məlumatlarının daxil edilməsinin, saxlanılmasının, idarə olunmasının, inteqrasiyasının və istifadəsinin təmin edilməsi sahəsində tədbirlər görmək; Beləliklə, mübahisəli ünvanda yerləşən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmədiyindən, həmçinin iddiaçının həmin evə hüquqları təsdiqini tapmadığından, həmçinin daşınmaz əmlaka dair ünvan verilməsi və ya dəyişdirilməsi üzrə Xətai rayonu Mənzil Komunal Təsərrüfat Birliyinin 66 saylı Mənzil- Kommunal İstismar Sahəsi cavabdehlik daşıyan inzibati orqan sayılmadığına görə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın mümkün hesab edilməməsi ilə bağlı gəldiyi nəticə qanuni və əsaslıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı X10 apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11615/2023 nömrəli, 03 avqust 2023-ci il tarixli qərardadı qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 2, 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ: İddiaçı X10 apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11615/2023 nömrəli, 03 avqust 2023-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Sabit Bəhrəmzadə Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-3748/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3748/2023
16.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver