Məhkəmə qərarları › İş №2-1(103)-3757/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3757/2025

11.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3757/2025 11.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Oruczadənin sədrliyi və məruzəsi ilə, X6 və Fərid İlham oğlu Mədətlidən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının əmək pensiyasının yenidən hesablanması haqqında 15 mart 2022-ci il tarixli **********4 №-li, 28 iyun 2024-cü il tarixli 3-17-1/3-7-7282/2024 №-li və 24 dekabr 2024-cü il tarixli 3-17-1/3-3-23826/2024 №-li qərarlarının ləğv edilməsi, haqqında “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017ci il tarixədək qüvvədə olmuş 9.8., 37.3.4-cü və 37.3.5-ci maddələrinin tətbiq olunaraq pensiyasının həm sığorta hissəsinin, həm də qulluq stajına görə əmək pensiyasına əlavələrin bütün dövr üçün (14 may 2021-ci il tarixdən) tam ödənilməsi öhdəliyin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin e- 2-1(112)-6885/2025 nömrəli, 07 may 2025-ci il tarixli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “cavabdehin qeyd olunan qərarı qanunsuz olduğundan ləğv edilərək, haqqında “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş 37.3.4-cü və 37.3.5-ci maddələrinin tətbiq olunması, işləməyinə baxmayaraq, qanunvericiliyin düzgün tətbiq olunmaması nəticəsində pensiyaya çıxdığı 14 may 2021-ci il tarixdən əsassız və qanunsuz olaraq ödənilməyən qazandığı əmək pensiyasının ona tam həcmdə (100%) ödənilməsi barədə cavabdehin qarşısında öhdəliyin qoyulması” bаrədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının əmək pensiyasının yenidən hesablanması haqqında 15 mart 2022-ci il tarixli **********4 №-li, 28 iyun 2024-cü il tarixli 3-17-1/3-7- 7282/2024 №-li və 24 dekabr 2024-cü il tarixli 3-17-1/3-3- 23826/2024 №-li qərarlarının ləğv edilməsi, haqqında “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş 9.8., 37.3.4-cü və 37.3.5-ci maddələrinin tətbiq olunaraq pensiyasının həm sığorta hissəsinin, həm də qulluq stajına görə əmək pensiyasına əlavələrin bütün dövr üçün (14 may 2021-ci il tarixdən) tam ödənilməsi öhdəliyin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya 14 may 2021-ci il tarixdə Müdafiə Nazirliyinin X5 X1 Mühəndis təminatı şöbəsinin rəisi vəzifəsində olarkən Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən ehtiyata tərxis olunduğuna görə ona əmək pensiyası təyin olunmuşdur. 23 noyabr 2021-ci il tarixdən Müdafiə Nazirliyinin Mühəndis Qoşunları Baş İdarəsinin Mühəndis Təminatı İdarəsinin Məlumatların analizi şöbəsində 2ci dərəcə dövlət qulluqçusu ixtisas dərəcəsi verilməklə məsləhətçi-mütəxəssis vəzifəsinə təyin olunmuşdur. Bundan sonra ona təyin olunmuş pensiya məbləği dəyişdirilərək 50% həcmində ödənmişdir. 9 fevral 2024-cü il tarixdə bağlaşma əsasında Azərbaycan Ordusunda 1 il 6 ay müddətinə zabitlərin həqiqi hərbi xidmətinə könüllü qəbul edilərək X5 X1 Mühəndis təminatı şöbəsinin rəisi vəzifəsinə nisbətən daha yüksək vəzifə hesab olunan Müdafiə Nazirliyinin Mühəndis Qoşunları Baş İdarəsinin Mühəndis Təminatı İdarəsinin rəisi vəzifəsinə təyin olunmuşdur. Bundan sonra isə ona təyin olunmuş pensiya məbləği bir daha azaldılaraq yalnız sığorta hissəsi ödənilmişdir. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı 8 yanvar 2025-ci il tarixli 3-17-1/2- Ə3-2112/2025 №-li cavab məktubunda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.4-cü maddəsinin 1 iyul 2017-ci ildən sonra qüvvəyə minmiş hazırki redaksiyasına istinad edərək, Müdafiə Nazirliyinin Mühəndis Qoşunları Baş İdarəsinin Mühəndis Təminatı İdarəsinin Məlumatların analizi şöbəsində məsləhətçimütəxəssis vəzifəsində işlədiyinə görə qulluq stajına görə əmək pensiyasına əlavələrin 50 faiz həcmində və onun sığorta hissəsinin tam ödənildiyini, 9 fevral 2024-cü il tarixdən Müdafiə Nazirliyinin Mühəndis Qoşunları Baş İdarəsinin Mühəndis Təminatı İdarəsinin rəisi vəzifəsinə təyin olunduğuna görə isə guya qulluq stajına görə əmək pensiyasına əlavənin təyin edilməsi üçün əsas götürülmüş vəzifədə (20.1.11-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə) çalışdığına görə əlavənin ödənilməsinin dayandırıldığını bildirmişdir. Eyni məzmunlu cavab Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 9 yanvar 2025-ci il tarixli 3-17-1/2-B-2782/2025 №-li məktubunda da əks olunmuşdur. Əvvəla, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 37.3.4-cü maddəsinin hazırda qüvvədə olan məzmununa əsasən “bu qanunun 20.1.1-20.1.21-ci maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələr həmin maddələrdə göstərilən vəzifələrdə çalışdıqda 50 faiz həcmində ödənilir. Həmin şəxslər (bu qanunun 20.1.5-ci, 20.1.14-cü, 20.1.18-ci, 20.1.20-ci maddələrində göstərilən şəxslərdən yalnız həmin orqanlarda azı 35 il qulluq stajı olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavənin təyin edilməsi üçün əsas götürülmüş çalışdıqda, onlara həmin əlavənin ödənilməsi dayandırılır”. O isə, 14 may 2021-ci il tarixdə qulluq stajına görə əmək pensiyasına əlavənin təyin edilməsi üçün əsas götürülmüş Müdafiə Nazirliyinin X5 X1 Mühəndis təminatçı şöbəsinin rəisi vəzifəsindən pensiyaya çıxmış və 9 fevral 2024-cü il tarixdən bağlaşma əsasında Azərbaycan Ordusunda 1 il 6 ay müddətinə zabitlərin həqiqi hərbi xidmətinə könüllü qəbul edilərək X5 X1 Mühəndis təminatı şöbəsinin rəisi vəzifəsinə nisbətən daha yüksək vəzifə hesab olunan Müdafiə Nazirliyinin Mühəndis Qoşunları Baş İdarəsinin Mühəndis Təminatı İdarəsinin rəisi vəzifəsində xidmət etmişdir. Yəni, qulluq stajına görə əmək pensiyasına əlavənin təyin edilməsi üçün əsas götürülmüş vəzifədə çalışmadığından, ona həmin əlavənin ödənilməsinin dayandırılırmasını, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 37.3.4-cü maddəsinin hazırda qüvvədə olan məzmununa tam zidd olduğunu hesab edir. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının pensiya məbləğinin hesablanma qaydası və ödənilməsi əsasları “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələb və mahiyyətinə, habelə digər normativ aktlara uyğun olmadığından ləğv olunmalıdır. Aşağıdakı səbəblərdən Qanunun 37.3.4-cü maddəsinin hazırda qüvvədə olan redaksiyadakı mətni və xx.xx.2014cü il tarixdən sonra “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda edilmiş dəyişikliklər, o cümlədən xx.xx.2017-ci il tarixli 543-VDQ nömrəli Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş dəyişikliklər (həmin dəyişikliklər xx.xx.2017-ci il tarixdən qüvvəyə minmişdir) xeyrinə olmadığı halda ona münasibətdə tətbiq olunmamalı və buna görə də, Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın yuxarıda qeyd olunan qərarı qanunsuz olduğundan ləğv edilərək işləməyinə baxmayaraq, qazandığı əmək pensiyası və ona ödənilməyən məbləğ tam şəkildə ödənilməlidir. Belə ki, xx.xx.2017-ci il tarixli 543-VDQ nömrəli Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş dəyişikliklər xx.xx.2017-ci il tarixdən qüvvəyə minmişdir. Həmin dəyişikliklərə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.4-cü maddəsində dəyişikliklər edilmiş, 37.3.5-ci maddəsi isə (həmin maddəyə əsasən bu qanunun 20.1.11 – 20.1.13-cü maddələrində nəzərdə tutulmuş şəxslərə, yəni hərbi qulluqçulara qulluq stajına görə əmək pensiyasına əlavələr tam məbləğdə ödənilir) ləğv edilmişdir. Lakin onun güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı (20 təqvim ili) xx.xx.2014-cü il tarixdə yarandığından, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin həmin vaxt qüvvədə olmuş redaksiyasının tələblərinə əsasən bundan sonra, o cümlədən xx.xx.2017-ci il tarixdən sonra qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda edilmiş xeyrinə olmayan dəyişikliklər ona münasibətdə tətbiq oluna bilməz. Çünki Qanunun 29 iyun 2022-ci il tarixədək qüvvədə olmuş 9.8-ci maddəsinə əsasən «Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir». Qanunun 9.5-ci maddəsinə əsasən isə «Aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: 9.5.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular». Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 8 yanvar 2025-ci il tarixli 3-17-1/2-Ə3-2112/2025 №-li cavab məktubunda qeyd olunanların əksinə olaraq Qanunun 9.5.1 və 9.8-ci maddələrində qeyd olunduğu kimi bu hüquq hər hansı şərtlə, o cümlədən hərbi qulluqçunun hərbi xidmətdən buraxılıb-buraxılmaması (Qanunun 9.6-cı maddəsi) ilə məhdudlaşdırılmamışdır. Güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı 2014-cü ilin sentyabr ayında yaranmışdır. Onun güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı xx.xx.2017-ci il tarixdən əvvəl (xx.xx.2014-cü il tarixdə) yarandığına görə, həm Azərbaycan Respublikasının Konstitusiyasının, həm də “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.4-cü maddəsinin xx.xx.2017-ci il tarixdən sonrakı, xeyrinə olmayan tələbləri ona münasibətdə tətbiq oluna bilməz və ona həmin Qanunun xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş 37.3.5-ci maddəsi, yəni «bu qanunun 20.1.11-ci - 20.1.13-cü maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələr tam məbləğdə ödənilir» müddəası tətbiq olunmalıdır. Odur ki, qeyd olunanlara əsasən pensiya ödənilərkən xx.xx.2017-ci il tarixdək qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.4-cü maddəsinin xeyrinə olmayan dəyişiliklərlə bağlı tələblərin ona münasibətdə tətbiq olunması qanunvericiliyin tələblərinə zidd olduğundan, pensiya hüququmun yarandığı vaxt (xx.xx.2014-cü il tarixdə) qüvvədə olmuş olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarının barəmdə tətbiq olunması, bundan sonra edilmiş dəyişikliklərin isə yalnız xeyrinə olduğu halda tətbiq olunması və buna görə də 14 may 2021-ci il tarixdə pensiyaya çıxdıqdan sonra ona təyin olunmuş pensiya məbləğinin həmin vaxtdan tam həcmdə ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddiaçının tələbinə etiraz edilərək bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.6-cı maddəsinin 1 iyul 2017-ci il tarixindən 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən, hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. İddiaçıya dair sonuncu xidmət keçdiyi qurum tərəfindən Mərkəzi Filiala göndərilmiş məlumat vərəqində hərbi xidmətdən 14 may 2021-ci il tarixdə tərxis olunduğu qeyd edildiyindən qanunvericiliyin tələblərinə uyğun qaydada 15 may 2021-ci il tarixdən hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Qanunun 37.3.4-cü maddəsinə əsasən, Qanunun 20.1.11-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə çalışdıqda, onlara qulluq stajına görə əlavənin ödənilməsi dayandırılır və əmək pensiyasının sığorta hissəsi ödənilir. Bununla əlaqədar olaraq, İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyində hərbi xidmət keçdiyindən pensiyasının qulluq stajına görə əlavə hissəsi dayandırılmışdır. İddiaçının pensiya hüququ 1 iyul 2017-ci il tarixdən əvvəl deyil, sonra - yəni 15 may 2021-ci il tarixdən yarandığından, əmək pensiyasının müraciətində göstərildiyi qaydada hesablanması qanunvericiliyi tələbləri baxımından mümkün hesab edilməmişdir. Əlavə olaraq, Qanunun 38-ci maddəsinə əsasən, əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin dəyişməsinə və ödənilməsinin dayandırılmasına səbəb ola biləcək hallar yarandıqda əmək pensiyaçısı və işəgötürən əmək pensiyasını təyin edən orqana məlumat verməyə borcludur. İşəgötürən əmək pensiyaçısını işə qəbul edərkən bu barədə 5 gün ərzində əmək pensiyasını təyin edən orqana məlumat verməlidir. Aparılan araşdırma nəticəsində İddiaçı xx.xx.2024-cü il tarixdə xidmətə qayıtdığı, lakin bu barədə Mərkəzi Filiala məlumat verilmədiyi müəyyən edilmişdir. Nəticədə ona artıq ödənilmiş 1222,55 manat pul vəsaiti müəyyən olunmuşdur. Həmin vəsait 2024-cü ilin iyul ayından etibarən hissə-hissə əmək pensiyasından tutularaq büdcəyə bərpa edilir, hazırda qalıq artıq ödəmənin məbləği 1097,81 manat təşkil etməkdədir. Beləliklə, cavabdehin artıq ödənilmiş pul vəsaitinin tutulması haqqında qərarının ləğv edilməsi üçün qanunvericiliklə nəzərdə tutulan əsasların mövcud olmadığı tərəflərindən sübuta yetirilmiş hesab edilməlidir. Bu səbəbdən iddiaçının iddia tələbi əsassız və qanunazidd hesab edilərək təmin edilməməlidir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6885/2025 nömrəli, 07 may 2025-ci il tarixli qərarı ilə (hakim M.Hacıbəyova) iddianın qismən təmin edilməsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında “Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” 28 iyun 2024-cü il tarixli 3- 17-1/3-7-7282/2024 №-li və 24 dekabr 2024-cü il tarixli 3-17-1/3-3-23826/2024 №-li qərarlarının “qeyd” hissələri (ötən dövr üzrə alınmamış pensiya məbləğləri haqqında məlumat hissəsi) ləğv edilməsi, iddia tələbinin digər hissədə təmin edilməməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddiaçı hərbi xidmətə qayıtması barədə məlumatı 5 gün ərzində vermədiyindən, ona xx.xx.2022-ci il tarixli qərarı ilə yenidən hesablanmış əmək pensiyasının ödənilməsinin davam etməsi nəticəsində, əmək pensiyasının artıq ödənilmiş məbləği yaranmışdır. Qanunun 37.3.4-cü maddəsinə əsasən, bu Qanunun 20.1.11-ci maddəsində göstərilən şəxslər(hərbi qulluqçular) həmin maddədə sadalanan vəzifələrdə çalışdıqda, onlara qulluq stajına görə əlavənin ödənilməsi dayandırılır və əmək pensiyasının sığorta hissəsi ödənilir. Bununla əlaqədar olaraq, iddiaçının Azərbaycan Respublikasının Müdafiə Nazirliyində hərbi xidmət keçdiyindən cavabdeh tərəfindən qanunauyğun olaraq pensiyasının qulluq stajına görə əlavənin ödənilməsi dayandırılmışdır. Cavabdehin xx.xx.2024-cü il tarixdə qəbul edilmiş “Əmək pensiyasının yenidən hesablanması haqqında” Qərarı ilə iddiaçının əmək pensiyası “həqiqi hərbi xidmət keçməsi ilə əlaqədar” yenidən hesablamış, xx.xx.2024-cü il tarixdən müddətsiz 207,92 manat məbləğində müəyyən edilmiş, qərarın “qeyd” hissəsində iddiyaçıya 02.02.- xx.xx.2024-cü il tarixidək 2945,87 manat artıq ödənildiyi göstərilmiş, həmin məbləğin hissə-hissə tutulması qeyd edilmişdir. Bundan sonra cavabdeh tərəfindən davamlı olaraq iddiaçının pensiyasından tutulmalar aparılmışdır. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək qərarın təmin edilməyən hissəsində ləğv edilərək iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın iddianın təmin olunan hissəsində ləğv edilərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətlərinin dəlilləri: İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda xx.xx.2014-cü il tarixdən sonra edilmiş dəyişikliklərin İddiaçı xeyrinə olmadığı halda ona münasibətdə tətbiq olunmasını qanunsuz hesab etmişlər. Belə ki, xx.xx.2017-ci il tarixli 543-VDQ nömrəli Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş dəyişikliklər xx.xx.2017-ci il tarixdən qüvvəyə minmişdir. Həmin dəyişikliklərə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.4-cü maddəsində dəyişikliklər edilmiş, 37.3.5-ci maddəsi isə (həmin maddəyə əsasən bu qanunun 20.1.11 – 20.1.13-cü maddələrində nəzərdə tutulmuş şəxslərə, yəni hərbi qulluqçulara qulluq stajına görə əmək pensiyasına əlavələr tam məbləğdə ödənilir) ləğv edilmişdir. Lakin İddiaçı güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı (20 təqvim ili) xx.xx.2014-cü il tarixdə yarandığından, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin həmin vaxt qüvvədə olmuş redaksiyasının tələblərinə əsasən bundan sonra, o cümlədən xx.xx.2017-ci il tarixdən sonra qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda edilmiş İddiaçı xeyrinə olmayan dəyişikliklər ona münasibətdə tətbiq oluna bilməz. Çünki Qanunun 29 iyun 2022ci il tarixədək qüvvədə olmuş 9.8-ci maddəsinə əsasən «Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir». Qanunun həmin vaxt (29 iyun 2024-cü il tarixədək) qüvvədə olmuş 9.5-ci maddəsinə əsasən isə «Aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: 9.5.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular». Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 8 yanvar 2025-ci il tarixli 3-17- 1/2-Ə3-2112/2025 №-li cavab məktubunda qeyd olunanların əksinə olaraq Qanunun 9.5.1 və 9.8-ci maddələrində qeyd olunduğu kimi bu hüquq hər hansı şərtlə, o cümlədən hərbi qulluqçunun hərbi xidmətdən buraxılıb-buraxılmaması (Qanunun 9.6-cı maddəsi) ilə məhdudlaşdırılmamışdır. Qeyd olunmalıdır ki, 7 iyun 2024-cü il tarixli 1172-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.5-ci maddənin birinci abzasına “hərbi qulluqçu kimi” sözlərindən əvvəl “hərbi xidmətdən buraxıldığı gündən” sözləri əlavə edilmişdir (dərci 29 iyun 2024-cü il, “Azərbaycan” qəzeti). Bu Qanunla edilən dəyişikliklər də İddiaçı xeyrinə olmadığından ona münasibətdə tətbiq oluna bilməz. Bundan başqa, Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin 7-ci bəndinin tələblərinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir, başqa normativ hüquqi aktların qüvvəsi isə geriyə şamil edilmir. Azərbaycan Respublikasının Konstitusiyasının 12, 16, 26, 38, 71, 147 və 149-cu maddələrinə əsasən bu Konstitusiyanın heç bir müddəası insan və vətəndaş hüquqlarının ləğvinə yönəldilmiş müddəa kimi təfsir edilə bilməz, Qanunla Konstitusiyanın müddəaları arasında ziddiyyət olduqda, ən yüksək hüquqi qüvvəyə malik olan Azərbaycan Respublikasının Konstitusiyası tətbiq olunmalıdır, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Eyni zamanda, yuxarıda qeyd olunduğu kimi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsində də oxşar müddəa, yəni «Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir» tələbi yazılmışdır (Qanunun 29 iyun 2022-ci il tarixədək qüvvədə olmuşdur). Odur ki, İddiaçı güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı xx.xx.2014-cü il tarixdə yarandığına görə, həm Azərbaycan Respublikasının Konstitusiyasının, həm də “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.4-cü maddəsinin xx.xx.2017-ci il tarixdən sonrakı, xeyrinə olmayan tələbləri İddiaçı münasibətdə tətbiq oluna bilməz və həmin Qanunun xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş 37.3.5-ci maddəsi, yəni «bu qanunun 20.1.11-ci-20.1.13-cü maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələr tam məbləğdə ödənilir» müddəası ona münasibətdə tətbiq olunmalıdır. İddiaçı xx.xx.2017-ci il tarixdən əvvəl, yəni xx.xx.2017-ci il tarixli 543-VDQ nömrəli Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş dəyişikliklərdən əvvəl (xx.xx.2014-cü il tarixdə) xidmət illərinə görə güzəştli şərtlərlə ömürlük pensiya hüququ əldə etdiyindən, ona pensiyanın təyin edilməsi həmin hüququn əldə edildiyi zaman qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş tələblərə müvafiq həyata keçirilməlidir. Yəni pensiya ödənilərkən xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.4-cü və digər maddələrinin xeyrinə olmayan dəyişiliklərlə bağlı tələbləri ona münasibətdə tətbiq olunmamalı (xeyrinə olan dəyişiliklərlə bağlı tələbləri isə tətbiq olunmalı), eyni zamanda həmin Qanunun xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş 37.3.5-ci maddəsi tətbiq olunmalıdır. Əgər məhkəmə cavabdeh inzibati orqanın “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmadan, barəsində inzibati akt qəbul edilən maraqlı şəxsi inzibati icraata dəvət etmədən, araşdırmanı onun iştirakının təmin etməklə aparmadan, iddiaçının qanunla qorunan pensiya təminatı hüququna qanunsuz olaraq müdaxilə etdiyini müəyyən etmişsə, hansı səbəbdən bu pozuntuları “Dövlət Sosial Müdafiə Fondunun Xüsusi ŞərtlərləTəyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” 28 iyun 2024-cü il tarixli 3-17-1/3-7- 7282/2024 №-li və 24 dekabr 2024-cü il tarixli 3-17-1/3-3-23826/2024 №li qərarlarının yalnız “qeyd” hissələri”nə şamil etmiş, tam olaraq qərarların özünə şamil etməmişdir? Axı qanunsuz icraat qeyd olunan qərarlarda göstərilən bütün bəndlər üzrə aparılmışdır. Odur ki, hesab edilmişdir ki, məhkəmə cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının əmək pensiyasının yenidən hesablanması haqqında 15 mart 2022-ci il tarixli **********4 №-li, 28 iyun 2024-cü il tarixli 3-17-1/3-7- 7282/2024 №-li və 24 dekabr 2024-cü il tarixli 3-17-1/3-3-23826/2024 №-li qərarlarını tam ləğv etməməklə və iddia tələbini tam təmin edərək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunununxx.xx.2017-ci il tarixədək qüvvədə olmuş 9.8., 37.3.4-cü və 37.3.5-ci maddələrinin tətbiq olunaraq İddiaçı pensiyasının həm sığorta hissəsinin, həm də qulluq stajına görə əmək pensiyasına əlavələrin bütün dövr üçün (14 may 2021-ci il tarixdən) tam ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul etməməklə səhv nəticəyə gəlmişdir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının pensiya hüququ 1 iyul 2017-ci il tarixdən əvvəl deyil, sonra – yəni 15 may 2021ci il tarixdən yarandığından, əmək pensiyasının müraciətində göstərildiyi qaydada hesablanması qanunvericiliyi tələbləri baxımından mümkün hesab edilməmişdir. Əlavə olaraq bildirilmişdir ki, Qanunun 38-ci maddəsinə əsasən, əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin dəyişməsinə və ödənilməsinin dayandırılmasına səbəb ola biləcək hallar yarandıqda əmək pensiyaçısı və işəgötürən əmək pensiyasını təyin edən orqana məlumat verməyə borcludur. İşəgötürən əmək pensiyaçısını işə qəbul edərkən bu barədə 5 gün ərzində əmək pensiyasını təyin edən orqana məlumat verməlidir. Aparılan araşdırma nəticəsində İddiaçı xx.xx.2024-cü il tarixdə xidmətə qayıtdığı, lakin bu barədə Mərkəzi Filiala məlumat verilmədiyi müəyyən edilmişdir. Nəticədə ona artıq ödənilmiş 1222,55 manat pul vəsaiti müəyyən olunmuşdur. Həmin vəsait 2024-cü ilin iyul ayından etibarən hissə-hissə əmək pensiyasından tutularaq büdcəyə bərpa edilir, hazırda qalıq artıq ödəmənin məbləği 1097,81 manat təşkil etməkdədir. Beləliklə, cavabdehin artıq ödənilmiş pul vəsaitinin tutulması haqqında qərarının ləğv edilməsi üçün qanunvericiliklə nəzərdə tutulan əsasların mövcud olmadığı tərəfimizdən sübuta yetirilmiş hesab edilməlidir. Bu səbəbdən iddiaçının iddia tələbi əsassız və qanunazidd hesab edilərək təmin edilməməlidir. Birinci instansiya məhkəməsi işə baxarkən iş üzrə əhəmiyyətli olan hallarının tam, hərtərəfli və obyektiv araşdırmadığı görünür. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübuta yetirilməmiş, mövcud sübutlara isə düzgün hüquqi qiymət verilməmişdir. Bu səbəbdən, Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-1(112)-6885/2025 nömrəli qərarı iddianın təmin edilməsi hissəsində əsassız və qanunazidd olduğundan ləğv edilməlidir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili öz apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının iddianın təmin edilməyən hissəsində ləğv edilərək iddia tələbinin tam təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi öz apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, birinci instansiya məhkəməsinin qərarının iddianın təmin edilən hissəsində ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayətləri qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçilərin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iddiaçının apellyasiya şikayəti isə qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən ləğv edilməli, iddia tələbi həmin hissədə təmin edilməlidir. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciəti təmin edilməmişdir. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı tərəfindən iddia tələbi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının əmək pensiyasının yenidən hesablanması haqqında 15 mart 2022-ci il tarixli **********4 №-li, 28 iyun 2024-cü il tarixli 3-17-1/3-7- 7282/2024 №-li və 24 dekabr 2024-cü il tarixli 3-17-1/3-3-23826/2024 №-li qərarlarının ləğv edilməsi kimi qoyulmuş, həmin qərarlar mübahisələndirilsə də, mübahisələndirmə haqqında iddialar kimi qəbul edilməməlidir. Belə ki, iddiaçının hüquqi marağı həmin qərarlar ləğv edilməklə, pensiya məbləğinin 100 faiz ödənilməsinə, qanunsuz tutulmaların dayandırılmasına və artıq ödəmələrin geri qaytarılmasına yönəlmişdir. Odur ki, hazırkı iddia tələbi öhdəliyin icrası haqqında iddia növünə aiddir. Hazırkı iddia tələbləri sosial təminatla bağlı olduğundan, eyni zamanda cavabdeh inzibati orqan tərəfindən iddiaçıya münasibətdə qəbul etdiyi qərar “İnzibati icraat haqqında” Qanuna müəyyən edilmiş qərar anlayışından fərqli olduğundan, yəni qəbul edilmiş akt özlüyündə cavabdehin faktiki hərəkətini ehtiva etdiyindən öhdəliyin icrası haqqında iddia növü kimi qəbul edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, bu növ iddiaların mümkün sayılması ilə bağlı inzibati prosessual qanunvericilikdə müəyyən edilən yeganə şərt isə məhkəməyə müraciət edilməzdən əvvəl iddiaçının (şəxsin) müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. Yəni inzibati prosessual qanunvericilik öhdəliyin icrası haqqında iddia növü ilə əlaqədar iddia tələbinin irəli sürülməsi üçün hər hansı müddət müəyyən etməmişdir. (Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)- 1383/2025 nömrəli, 14 may 2025-ci il tarixli qərardadında da oxşar hüquqi mövqe sərgilənmişdir). İddia mümkün iddia olmaqla, mahiyyəti üzrə də qismən əsaslıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi inzibati orqanın 28 iyun 2024-cü il tarixli 3-17-1/3-7-7282/2024 №-li və 24 dekabr 2024-cü il tarixli 3-17-1/3-3- 23826/2024 №-li qərarlarını artıq ödəmələrin tutulması ilə bağlı qeyd hissəsinə münasibətdə ləğv etməkdə haqlı nəticəyə gəlsə də, 15 mart 2022-ci il tarixli **********4 №li qərara münasibətdə iddianın tam rədd edilməsi ilə bağlı nəticəsi maddi və prosessual hüquq normalarının pozuntusu ilə əlaqələndirilir. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün ilk növbədə mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: - 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. - 1.0.3-cü maddəsinə əsasən hərbi qulluqçular — Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir; - 1.0.12-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi - fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğdir; - 1.0.13-cü maddəsinə əsasən əmək pensiyasının yığım hissəsi -fərdi şəxsi hesabın yığım hissəsində toplanan pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğdir; - 9.5-ci maddəsinə əsasən aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi xidmətdən buraxıldığı gündən hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: 9.5.1. hərbi xidmətdən buraxılanadək 25 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular; 9.5.2. hərbi xidmətdən yaşa görə buraxılmış, buraxıldığı günə 30 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 15 ilini hərbi xidmətdə keçirmiş şəxslər; 9.5.3. hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 48 və daha çox yaşı, 30 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 15 ilini hərbi xidmətdə keçirmiş şəxslər; 9.5.4. hərbi xidmət müddəti 15 il və daha çox olmaqla Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması işlərində köçürmə zonasında iştirak etmiş hərbi qulluqçular. - 9.6-cı maddəsinə əsasən hərbi qulluqçulara yaşa görə əmək pensiyası hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Aşağıdakı şəxslər istisna olmaqla, hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin olunduqdan sonra yenidən hərbi xidmətə qəbul edilmiş və buraxılmış əmək pensiyaçılarının əmək pensiyasının sonuncu təminat xərcliyinə görə yenidən hesablanmasına yol verilmir. 9.6.1. hərbi xidmətə yenidən qəbul edildiyi tarixdən ən azı 72 ay xidmət etmiş şəxslər; 9.6.2. məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə hərbi xidmətə bərpa edilmiş şəxslər; 9.6.3. hərbi xidmət vəzifələrini yerinə yetirərkən həlak olmuş şəxslər; 9.6.4. ali zabit heyətinə aid şəxslər. - 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. - 20.1-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: ... 20.1.11. bu qanunun 9.5-ci maddəsində göstərilən hərbi qulluqçular; - 37.3-cü maddəsinə əsasən işləyən əmək pensiyaçılarına: ... 37.3.4. bu qanunun 20.1.1-20.1.21-ci maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələr həmin maddələrdə göstərilən vəzifələrdə çalışdıqda 50 faiz həcmində ödənilir. Həmin şəxslər (bu qanunun 20.1.5-ci, 20.1.14-cü, 20.1.18-ci, 20.1.20-ci maddələrində göstərilən şəxslərdən yalnız həmin orqanlarda azı 35 il qulluq stajı olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavənin təyin edilməsi üçün əsas götürülmüş vəzifədə (bu qanunun 20.1.1-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.3-cü maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.4-cümaddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.5-1-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.6-cı maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.7-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.9-cu maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.11-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.12-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.16-cı maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə) çalışdıqda, onlara həmin əlavənin ödənilməsi dayandırılır. Qeyd. 2017-ci il iyulun 1-dək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş bu Qanunun 20.1.11-20.1.13-cü maddələrində nəzərdə tutulmuş şəxslərə həmin tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.5-ci maddəsinin müddəaları tətbiq olunur. - 38.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin dəyişməsinə və ödənilməsinin dayandırılmasına səbəb ola biləcək hallar yarandıqda, əmək pensiyaçısı və işəgötürən əmək pensiyasını təyin edən orqana məlumat verməyə borcludur. - 38.2-ci maddəsinə əsasən işəgötürən əmək pensiyaçısını işə qəbul edərkən bu barədə 5 gün ərzində əmək pensiyasını təyin edən orqana məlumat verməlidir. - 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: Əvvəla iş materiallarında olan sənədlərə diqət yetirilir: - AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1977-ci ildə doğulmuşdur. - Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçının müraciətinə əsasən xx.xx.2025-ci il tarixli, 3-17-1/2-73-2112/2025 nömrəli “artıq ödənilmiş vəsaitin əmək pensiyasından tutularaq büdcəyə ödənilməsi haqqında” məktubunda bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin 1 iyul 2017-ci il tarixindən 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən, hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Sonuncu xidmət keçdiyi qurum tərəfindən Fonda göndərilmiş ona dair məlumat vərəqində hərbi xidmətdən 14 may 2021-ci il tarixində tərxis olunduğu qeyd edildiyindən ona qanunvericiliyin tələblərinə uyğun qaydada 15 may 2021-ci il tarixindən hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Qanunun 37.3.4-cü maddəsinə əsasən, Qanunun 20.1.11-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə çalışdıqda, onlara qulluq stajına görə əlavənin ödənilməsi dayandırılır və əmək pensiyasının sığorta hissəsi ödənilir. Bununla əlaqədar olaraq, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində hərbi xidmət keçdiyindən pensiyanın qulluq stajına görə əlavə hissəsi dayandırılmışdır. Pensiya hüququ 1 iyul 2017-ci il tarixindən əvvəl deyil, sonra - 15 may 2021-ci il tarixindən yarandığından pensiyanın müraciətində qeyd etdiyi qaydada hesablanması qanunvericiliyi tələbləri baxımından mümkün deyil. Məlumat üçün, Qanunun 38-ci maddəsinə əsasən, əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin dəyişməsinə və ödənilməsinin dayandırılmasına səbəb ola biləcək hallar yarandıqda əmək pensiyaçısı və işəgötürən əmək pensiyasını təyin edən orqana məlumat verməyə borcludur. İşəgötürən əmək pensiyaçısını işə qəbul edərkən bu barədə 5 gün ərzində əmək pensiyasını təyin edən orqana məlumat verməlidir. Aparılan araşdırma nəticəsində onun 2 fevral 2024-cü il tarixində hərbi xidmətə qayıtdığı, lakin bu barədə Fonda məlumat verilmədiyi müəyyən edilmişdir. Nəticədə ona 1222,55 manat məbləğində artıq pul vəsaiti ödənilmişdir. Həmin vəsait 2024-cü ilin iyul ayından etibarən ayda 20,79 manat olmaqla pensiyasından tutularaq büdcəyə bərpa edilir. Hazırda qalıq artıq ödəmə məbləği 1097,81 manat təşkil edir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının **********4 №-li, xx.xx.2021-ci il tarixli “Əmək pensiyasının təyin edilməsi haqqında” Qərarından görünür ki, Müdafiə Nazirliyinin məlumat vərəqəsi əsasında İddiaçı xx.xx.2021-ci ildən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsi əsas götürülərək 1544,70 manat yaşa görə əmək pensiyası təyin edilmişdir. - “Şəxsin əmək müqaviləsi bildirişi haqqında” məlumatdan görünür ki, İddiaçı xx.xx.2021-ci ildə Müdafiə Nazirliyi ilə əmək müqaviləsi bağlamış və “Dövlət qulluqçusu- Məsləhətçi” vəzifəsində işə başlamışdır. - İddiaçı tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizənin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı fevral ayında göndərilən yeni məlumat vərəqəsinə əsasən onun pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının **********4 №-li, xx.xx.2022-ci il tarixli “Əmək pensiyasının yenidən hesablanması haqqında” Qərarından görünür ki, İddiaçı xx.xx.2021-ci ildə təyin edilmiş 1544,70 manat yaşa görə əmək pensiyası “əmək müqaviləsinin aşkar edilməsi” səbəbindən yenidən hesablanmış və yenidən hesablanmış pensiya məbləği 956 manat, 17 qəpik təyin edilmişdir. Ötən dövrlər üzrə alınmamış pensiya məbləğləri haqqında məlumatlar hissəsində göstərilmişdir ki, artıq ödənilmiş pensiya məbləği 999,83 manat təşkil edir. Həmçinin həmin hissədə tutulmalar, əvəzləşdirmə barədə məlumat qeyd edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 3-17-1/3-7-7282/2024 №-li, xx.xx.2024-cü il tarixli “Əmək pensiyasının yenidən hesablanması haqqında” Qərarından görünür ki, İddiaçı təyin edilmiş yaşa görə əmək pensiyası “həqiqi hərbi xidmət keçməsi ilə əlaqədar” səbəbdən yenidən hesablanmış və yenidən hesablanmış pensiya məbləği 207 manat, 92 qəpik təyin edilmişdir. Ötən dövrlər üzrə alınmamış pensiya məbləğləri haqqında məlumatlar hissəsində göstərilmişdir ki, artıq ödənilmiş pensiya məbləği 2945,87 manat təşkil edir. Həmçinin, həmin hissədə əvəzləşdirmə barədə məlumat qeyd edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 3-17-1/3-3-23826/2024 №-li, xx.xx.2024-cü il tarixli “əmək pensiyasının yenidən hesablanması haqqında” Qərarından görünür ki, İddiaçı təyin edilmiş yaşa görə əmək pensiyası “maddi yardımın dəqiqləşdirilməsi ilə əlaqədar” səbəbdən yenidən hesablanmış və yenidən hesablanmış pensiya məbləği 314 manat, 17 qəpik təyin edilmişdir. Ötən dövrlər üzrə alınmamış pensiya məbləğləri haqqında məlumatlar hissəsində göstərilmişdir ki, artıq ödənilmiş pensiya məbləği 1097,81 manat təşkil edir. Həmçinin, həmin hissədə əvəzləşdirmə barədə məlumat qeyd edilmişdir. Məhkəmə kollegiyasının gəldiyi qənaət: İnzibati işin araşdırılmış hallarından müəyyən olunur ki, iddiaçıya dair sonuncu xidmət keçdiyi qurum tərəfindən cavabdehə göndərilmiş məlumat vərəqində hərbi xidmətdən 14 may 2021-ci il tarixdə tərxis olunduğu qeyd edildiyindən qanunvericiliyin tələblərinə uyğun qaydada 15 may 2021-ci il tarixdən hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Beləliklə, iddiaçıya 2021-ci ilin may ayında yaşa görə əmək pensiyası təyin edildikdən sonra iddiaçı işləməyən əmək pensiyaçı kateqoriyasına keçmişdir. Sonradan iddiaçı xx.xx.2021-ci il tarixdə əmək müqaviləsi əsasında dövlət qulluqçusu ixtisas dərəcəsi ilə işə başlaması faktı cavabdeh tərəfindən müəyyən edildiyindən və iddiaçı artıq işləyən əmək pensiyaçısı kateqoriyasına keçdiyindən cavabdeh inzibati orqan xx.xx.2022-ci il tarixli qərarı ilə onun əmək pensiyasını yenidən hesablamışdır. Bununla da iddiaçının pensiyasının qulluq stajına görə əlavə hissəsi dayandırılmışdır. Əlaqəli olaraq daha sonralar xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli əmək pensiyasının yenidən hesablanması barədə qərarlar qəbul edilmiş və artıq ödəmələr hissə-hissə iddiaçıdan tutulmuşdur. İddiaçı hazırda “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə istinad edərək hesab edir ki, onun pensiya hüququ xx.xx.2017-ci ildən əvvəl yarandığından, yəni, 2014-cü ildə bu hüququ qazandığından, hərbi xidmətdən tərxis olma 14 may 2021-ci ildə olduğundan, pensiya hüququ yarandığı vaxt (2014-cü ildə) qüvvədə olan qanunvericilik ona münasibətdə tətbiq edilməlidir. Bununla da iddiaçının tələbi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş 37.3.4-cü və 37.3.5-ci maddələrinin tətbiq olunması, 14 may 2021-ci il tarixdən təyin edilmiş əmək pensiyasının tam həcmdə ödənilməsindən ibarətdir. Cavabdehin gətirdiyi arqument ondan ibarətdir ki, iddiaçının pensiya hüququ 1 iyul 2017-ci il tarixdən əvvəl deyil, sonra - yəni 15 may 2021-ci il tarixdən yarandığından, əmək pensiyasının müraciətində göstərildiyi qaydada hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Əlavə olaraq, Qanunun 38-ci maddəsinə əsasən, əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin dəyişməsinə və ödənilməsinin dayandırılmasına səbəb ola biləcək hallar yarandıqda əmək pensiyaçısı və işəgötürən əmək pensiyasını təyin edən orqana məlumat verməyə borcludur. İşəgötürən əmək pensiyaçısını işə qəbul edərkən bu barədə 5 gün ərzində əmək pensiyasını təyin edən orqana məlumat verməlidir. Nəticədə artıq ödənilmiş 2359,18 manat pul vəsaitindən iddiaçıya ödənilməli olan 1359,36 manat pul vəsaiti çıxılmış, xx.xx.2022-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində 999,82 manat artıq ödəmə hissə-hissə iddiaçının əmək pensiyasından tutularaq büdcəyə bərpa edilmişdir. xx.xx.2024-cü il tarixindən yenidən həqiqi hərbi xidmətə qayıtdığından əmək pensiyası yenidən hesablanmış və ona artıq ödənilmiş 1222,55 manat pul vəsaiti müəyyən olunmuşdur. Həmin vəsait 2024-cü ilin iyul ayından etibarən hissə-hissə əmək pensiyasından tutularaq büdcəyə bərpa edilir, hazırda qalıq artıq ödəmənin məbləği 1097,81 manat təşkil etməkdədir. Məhkəmə kollegiyası əvvəla qəbul edilmiş əmək pensiyasının yenidən hesablanması barədə qərarları mahiyyəti üzrə qismən qanuni hesab edərək diqqətə çatdırır ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddəsinin 1 iyul 2017-ci il tarixindən 29 iyun 2022ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən, hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Qanunun 9.5-ci maddəsinə əsasən qanunda göstərilən hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi xidmətdən buraxıldığı gündən hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının istinad etdiyi “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə münasibətdə isə kollegiya diqqətə çatdırır ki, həmin maddədə qeyd edilən norma Qanunun 9.1-ci madəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq olaraq təyin edilməsini nəzərdə tutur. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Həmin Qanunun 9.1-ci maddəsində isə qeyd edilmişdir ki, Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi, iddiaçının istinad etdiyi norma hazırda mübahisə predmetinə aid olan hərbi qulluqçulara pensiya təyinatının aparılması ilə bağlı münasibətlərə şamil olunmur. Belə olan halda inzibati orqan tərəfindən qəbul edilmiş qərarlar pensiyanın yenidən hesablanması hissəsində əsaslı və qanuni olduğuna görə həmin hissədə qərarların ləğvi tələbinə münasibətdə birinci instansiya məhkəməsinin qənaəti qanuni olmuşdur. Bununla belə məhkəmə kollegiyası nəzərə çatdırır ki, mübahisələndirilən qərarlar pensiyadan tutulmaların aparılması, əvəzləşdirilmələr hissəsində əsaslı və qanuni sayıla bilməz. İşin araşdırılmış və faktiki hallarından aydındır ki, cavabdeh artıq ödəmə kimi o hala istinad edir ki, iddiaçı işləyən əmək pensiyaçısı kateqoriyasına keçərkən cavabdeh inzibati orqana məlumat verilmədiyi üçün hesablamalar işləməyən əmək pensiyaçısı kateqoriyasına uyğun olaraq aparılmış və nəticədə artıq ödəmələr yaranmışdır. Həmin məbləğlər də əvəzləşdirilmiş, hissə-hissə tutulmaqda davam edir. Mübahisələndirilən hər 3 inzibati aktın qeyd hissəsində yuxarıda göstərildiyi kimi iddiaçının əmək pensiyasına münasibətdə artıq ödəmələrin müəyyən edildiyi və iddiaçının əmək pensiyasından tutulduğu (əvəzləşdirildiyi) müəyyən olunur. Belə ki, iddiaçı xx.xx.2021-ci il tarixdə əmək müqaviləsi əsasında dövlət qulluqçusu ixtisas dərəcəsi ilə işə başlaması faktı cavabdeh tərəfindən müəyyən edildiyindən və iddiaçı artıq işləyən əmək pensiyaçısı kateqoriyasına keçdiyindən cavabdeh inzibati orqan xx.xx.2022-ci il tarixli qərarı ilə onun əmək pensiyasını yenidən hesablamışdır. Əmək pensiyası yenidən hesablanarkən artıqödəmələr müəyyən edilmiş və qərarın ötən dövrlər üzrə alınmamış pensiya məbləğləri haqqında məlumatlar hissəsində göstərilmişdir ki, artıq ödənilmiş pensiya məbləği 999,83 manat təşkil edir. Qərarın “qeyd” hissəsindən həmin məbləğin əvəzləşdirildiyi (tutulmaların aparıldığı) müəyyən edilir. Cavabdehin xx.xx.2024-cü il tarixdə qəbul edilmiş “Əmək pensiyasının yenidən hesablanması haqqında” Qərarı ilə iddiaçının əmək pensiyası “həqiqi hərbi xidmət keçməsi ilə əlaqədar” yenidən hesablamış, xx.xx.2024-cü il tarixdən müddətsiz 207,92 manat məbləğində müəyyən edilmiş, qərarın “qeyd” hissəsində iddiyaçıya 02.02.xx.xx.2024-cü il tarixədək 2945,87 manat artıq ödənildiyi göstərilmiş, həmin məbləğin hissə-hissə tutulması qeyd edilmişdir. Bundan sonra cavabdeh tərəfindən davamlı olaraq iddiaçının pensiyasından tutulmalar aparılmışdır. Cavabdeh inzibati orqanın xx.xx.2024-cü il tarixli “Əmək pensiyasının yenidən hesablanması” qərarının qeyd hissəsindən görünür ki, həmin dövrə iddiaçının artıq ödəmə üzrə borcu 1097.81 manat təşkil edir. Göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək iddiaçının pensiyasından tutulmalar aparılmışdır. Apellyasiya araşdırması zamanı da cavabdehin səlahiyyətli nümayəndəsi hər 3 inzibati akta münasibətdə müəyyən edilmiş artıq ödəmə məbləğlərinin tutulduğu və ya əvəzləşdirildiyi barədə izahat vermişdir. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Həmin Qanunun 39.4-ci maddəsinə əsasən borc ödənilib qurtarmamış əmək pensiyasının və əmək pensiyasına əlavənin verilməsi bu Qanunla müəyyən edilmiş hallarda dayandırılarsa, borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılır. Məhkəmə kollegiyası qanunvericilik normalarının tələblərindən çıxış edərək diqqətə çatdırır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsində artıq ödənilmiş məbləğin tutulmasının iki üsulu qeyd edilmişdir: 1) pensiyaçının razılığı, 2) məhkəmə qərarı ilə. İşin araşdırılmış hallarından göründüyü kimi, iddiaçıya sonradan yenidən hesablamalar aparıldıqdan sonra artıq ödəmələrə görə tutulmaların aparılmasına (əvəzləşdirilməsinə) razılığı (belə bir razılıq məktubu təqdim edilmir) olmamışdır. Həmçinin, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməklə ondan artıq ödənilmiş pensiyanın tutulmasına razılığının olmamasını da ifadə etmişdir. Bundan əlavə inzibati orqanın da artıqödəmə kimi müəyyən etdiyi pensiya məbləğinin tutulması (əvəzləşdirilməsi) barədə yuxarıda qeyd edilən normada göstərildiyi kimi müstəqil iddia tələbi və buna dair məhkəmə qərarı olmamışdır. Beləliklə, iş üzrə araşdırma yekununda belə bir qənaət formalaşır ki, inzibati orqanın mübahisələndirilən qərarlarının artıq ödəmələrin tutulması ilə bağlı qeyd hissələrinə münasibətdə inzibati icraat haqqında və əmək pensiyaları haqqında qanunvericiliyin tələbləri pozunmuşdur. Birinci instansiya məhkəməsi inzibati orqanın xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli əmək pensiyasının yenidən hesablanması barədə qərarlarının qismən ləğv edilməsi ilə bağlı sərgilədiyi mövqe qanuni olsa da, mübahisələndirilən digər inzibati akta (xx.xx.2022) münasibətdə isə maddi və prosessual hüquq normaları pozularaq iddia tələbinin tam rədd edilməsi ilə bağlı nəticəyə gəlmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri ilə qismən razılaşaraq hesab edir ki, iddia tələbi mübahisələndirilən xx.xx.2022-ci il tarixli inzibati aktın qeyd (artıq ödəmələrin tutulması, əvəzləşdirilməsi) hissəsinə münasibətdə əsaslı olduğundan həmin hissədə birinci instansiya məhkəməsinini qərarı ləğv edilməli və həmin hissədə iddia təmin edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati Prosessual Məcəllənin: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6885/2025 nömrəli, 07 may 2025-ci il tarixli qərarı qismən- Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında “Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2022-ci il tarixli **********4 nömrəli qərarının ləğv edilməsi ilə bağlı iddia tələbinin təmin edilməməsi hissəsində qismən ləğv edilməli, iddia tələbi ləğv edilən hissədə təmin edilməli, məhkəmə qərarı qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6885/2025 nömrəli, 07 may 2025-ci il tarixli qərarı qismən- Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında “Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2022-ci il tarixli **********4 nömrəli qərarının ləğv edilməsi ilə bağlı iddia tələbinin təmin edilməməsi hissəsində qismən ləğv edilsin. Həmin hissədə yeni qərar qəbul edilsin. İddiaçının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında “Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2022-ci il tarixli **********4 nömrəli qərarının ləğv edilməsi hissəsində iddia tələbi qismən təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında “Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2022-ci il tarixli **********4 nömrəli qərarının “qeyd” hissəsi (ötən dövr üzrə alınmamış pensiya məbləğləri haqqında məlumat hissəsi) ləğv edilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elvin Əliyev Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar