Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-376/2022 12.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əyani təhsil müddətinin sosial sığorta stajına daxil edilməsi və ona 26.02.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X5 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əyani təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi və 26.02.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1329/2021 saylı 21 iyun 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 12 yanvar 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1963-cü il təvəllüdlüdür. HB seriyalı 969001 saylı 29.06.1985-ci il tarixli diplomdan görünür ki, İddiaçı 1980ci ildə M.Əzizbəyov adına X8 ordenli Azərbaycan Neft və Kimya İnstitutuna daxil olmuş, 1985-ci ildə istilik energetik mühəndisi” ixtisası üzrə tam kursu bitirmişdir. BB seriyalı 145785 saylı 07.08.1986-cı il tarixli hərbi biletdən görünür ki, İddiaçı 1984-cü ildə institut daxilində hərbi hazırlıq kursu keçmişdir. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 01-306 saylı 15.05.2020-ci il tarixli arayışından görünür ki, İddiaçı 1980-cı ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutu (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Energetka fakültəsinin “X3” ixtisası üzrə əyani şöbənin İ kursuna daxil olmuş, 1985-ci ildə həmin ixtisas üzrə əyani şöbəni bitirmişdir. İddiaçıya məxsus İT-İ seriyalı ******* saylı 27.08.1985-ci il tarixli əmək kitabçasından görünür ki, İddiaçı 26.08.1985-ci ildə "xxxx"-nin Qazan-turbin sexinə əməliyyat heyətinə nəzarətçi maşinist vəzifəsinə işə qəbul edilmiş, 21.11.1985-ci ildə həmin sexdə turbin avadanlıqları üzrə nəzarətçi maşinist vəzifəsinə keçirilmiş, 31.03.1987-ci ildə həmin sexdə enerji blokun maşinisti vəzifəsinə keçirilmişdir, 04.12.1987-ci ildə Avadanlıqların Sazlanması və Sınağı sexində mühəndis vəzifəsinə keçirilmişdir, 14.11.1988-ci ildə həmin sexdə böyük mühəndis vəzifəsinə keçirilmiş, 15.06.1990-cı ildə həmin sexdə sex rəisinin müavini vəzifəsinə keçirilmiş, 02.09.1996-cı ildə həmin sexdə sex rəisi vəzifəsinə keçirilmiş, 11.08.1999-cu ildə Yanacaq-Nəqliyyat sexinin rəisi təyin edilmiş, 01.03.2004-cü ildə İdarə aparatı, Baş mühəndisin müavini (istilik texnikası avadanlıqlarının istismarı üzrə) təyin edilmiş, 25.04.2003-cü ildə "xxxx" ASC-nin idarəetmə strukturunun təkmiləşdirilməsi ilə əlaqədar "xxxx" "xxxx" MMC adlandırılmış, 05.01.2006-cü ildə "xxxx" ASC-nin idarəetmə strukturunun təkmiləşdirilməsi ilə əlaqədar "xxxx" MMC «Azərbaycan X3» MMC adlandırılmış, 29.12.2015-ci ildə "xxxx" MMC-nin baş mühəndisi vəzifəsinə təyin edilmiş, 17.11.2017-ci ildə "xxxx" MMC-nin direktoru vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası "xxxx" ASC “Azərbaycan X3” MMC-nin “İstehsalat fəaliyyəti haqqında” 07-14 saylı 18.03.2020-ci il tarixli arayışından görünür ki, "xxxx" MMCnin direktoru 1963-cü il təvəllüdlü İddiaçı 26.08.1985-ci il tarixdən 21.11.1985-ci il tarixədək "xxxx"-nin Qazan-turbin sexinin əməliyyat heyətinə nəzarətçi maşinist vəzifəsinə işə qəbul edilmiş (Əmr № 773, 27.08.1985), 21.11.1985-ci il tarixdən 31.03.1987-ci il tarixədək həmin sexdə turbin avadanlıqları üzrə nəzarətçi maşinist (Əmr № 216, 21.11.1986), 31.03.1987-ci il tarixdən 04.12.1987-ci il tarixədək həmin sexdə enerji blokun maşinisti (Əmr № 77, 08.05.1987), 04.12.1987-ci il tarixdən 14.11.1988-ci il tarixədək Avadanlıqların Sazlanması və Sınağı sexində mühəndis (Əmr № 201, 16.12.1987), 14.11.1988-ci il tarixdən 15.06.1990-cı il tarixədək həmin sexdə böyük mühəndis (Əmr № 110, 24.11.1988), 15.06.1990-cı il tarixdən 02.09.1996-cı il tarixədək həmin sexdə sex rəisinin müavini (Əmr № 88/K, 18.06.1990), 02.09.1996-cı il tarixdən 11.08.1999-cu il tarixədək həmin sexdə sex rəisi (Əmr № 151/K, 27.08.1996), 11.08.1999-cu il tarixdən 01.03.2004cü il tarixədək Yanacaq-Nəqliyyat sexinin rəisi (Əmr № 72/K, 11.08.1999), 01.03.2004-cü il tarixdən 29.12.2015-ci il tarixədək İdarə aparatı, Baş mühəndisin istilik avadanlıqlarının istismarı və əməyin mühafizəsi üzrə müavini (Əmr № 57/KŞ, 01.03.2004), 29.12.2015-ci il tarixdən 17.11.2017-ci il tarixədək "xxxx" MMC-nin baş mühəndisi, 17.11.2017-ci il tarixdən hal-hazıradək "xxxx" MMCnin direktoru vəzifəsində işləyir. İddiaçı 26.08.1985-ci il tarixdən 04.12.1987-ci il tarixədək 8 saatlıq iş günü müddətində bilavasitə stansiyanın qazan və turbin sexində yerləşən əsas və köməkçi avadanlıqların istismarı ilə məşğul olmuşdur. Göstərilən sahə zərərli iş yeri hesab olunur və onun əmək haqqına əlavə 12% əmək haqqı ödənilmişdir. İş şəraitində səs-küy, titrəmə, havanın cərəyan surəti, iş yerində havanın temperaturunun normadan yuxarı olması faktorları mövcud olmuşdur. Avadanlıqların Sazlanması və Sınağı Sexi qazan, turbin, forsunka və titrəmə qruplarından ibarətdir. Sexin rəisi, rəis müavini, böyük mühəndisi qazan və turbin avadanlıqlarının iş rejimlərini yoxlayır, qazan və turbin avadanlıqlarının optimal texniki istismar parametrlərinin təyin olunması məqsədi ilə istismar sınaqlarının keçirilməsinə və sazlama işlərinin aparılmasına bilavasitə rəhbərlik edir. Sazlama və sınaq işləri yüksək parametrlərlə işləyən qazan və turbin avadanlıqlarında yerinə yetirilir. Sazlama və sınaq işləri yüksək səs-küy, titrəmə, temperatur və təzyiq olan sahələrdə aparılır. Göstərilən sahələr zərərli iş yeri hesab olunur və 04.12.1987-ci il tarixdən 11.08.1999-cu il tarixədək onun əmək haqqına əlavə 12% əmək haqqı ödənilmişdir. İş şəraitində zərərli kimyəvi maddələr, mq/m3 , 3-4 sinif təhlükəli, səs-küy, titrəmə, havanın cərəyan surəti, iş yerində havanın temperaturunun normadan yuxarı olması faktorları mövcud olmuşdur. Yanacaq-Nəqliyyat sexi zərərli iş yeri hesab olunur və həmin sexin rəisinin iş fəaliyyəti bütün iş günü müddətində mazut təsərrüfatında olduğu üçün 11.08.1999-cu il tarixdən 01.03.2004-cü il tarixədək onun əmək haqqına əlavə 8% əmək haqqı ödənilmişdir. İş şəraitində zərərli kimyəvi maddələr mq/m3 , 3-4 sinif təhlükəli, səs-küy, infraqırmızı şüalanma, iş yerində havanın temperaturunun normadan yuxarı olması faktorları mövcud olmuşdur. İddiaçı 26.08.1985- ci il tarixdən 11.08.1999-cu il tarixədək tutduğu vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli qərarının 24-cü bölməsinin “a”, ”b” bəndlərinə uyğundur. Zərərli iş şəraitində işlədiyi iş stajı 13 il 08 ay 21 gün təşkil edir. Azərbaycan Respublikası "xxxx" ASC “Azərbaycan X3” MMC-nin 07-15 saylı 18.03.2020-ci il tarixli arayışından görünür ki, "xxxx" MMC-nin direktoru 1963-cü il təvəllüdlü İddiaçı 26.08.1985-ci il tarixdə “Azərbaşenerji”-nin göndərişi ilə "xxxx"-nin QazanTurbin sexinin Əməliyyat heyətinə, nəzarətçi maşinist vəzifəsinə işə qəbul edilmiş, ilk dəfə əmək fəaliyyətinə “Azərbaycan DRES"-də başladığı üçün İddiaçı adına müəssisə tərəfindən 27.08.1985-ci il tarixdə İT-İ seriyalı ******* nömrəli əmək kitabçası açılmış, lakin titul vərəqəsinə möhür vurulmamışdır. Həmin müddətdə müəssisənin adı "xxxx" ASC-nin 25.04.2003-cü il tarixli AÜ/091 saylı əmrinə əsasən idarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar "xxxx" - "xxxx" MMC adlandırılmışdır. "xxxx" ASC-nin 05.01.2006-cı il tarixli AÜ/002 saylı əmrinə əsasən idarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar “Azərbaycan DRES" MMC - “Azərbaycan X3” MMC adlandırılmışdır. Əvvəlki möhürlər qanunvericiliyə uyğun olaraq təhvil verildiyi üçün halhazırda Kadrlar şöbəsinin möhürü dəyişdirilmişdir. İddiaçı 26.08.1985-ci il tarixdən bir müəsissədə işlədiyi üçün əmək kitabçasının titul vərəqəsinə "xxxx" MMC-nin Kadrlar şöbəsinin möhürü vurulmuşdur. "xxxx" MMC adlandırılan X1 Avadanlıqlarının Sazlanması və Sınağı sexində mühəndis, böyük mühəndis, sex rəisi və müavini, həmçinin Yanacaq-nəqliyyat sexinin rəisi vəzifələrinin Azərbaycan Respublikası Nazirlər Kabineti 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın “Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı” bölməsində göstərilən vəzifələrdən hansına uyğun olması barədə” izahlı arayışında qeyd olunur: Hazırda "xxxx" MMC adlandırılan X3 8 enerji blokundan ibarətdir. Enerji bloku dedikdə qazanxana, turbin, generator və köməkçi avadanlıqlar, həmçinin güc transformatoru nəzərdə tutulur, X2 6 enerji bloku bir binada, digər 2 enerji bloku isə başqa binada yerləşdirilmişdir. Ancaq bir binada yerləşdirilən 6 enerji bloku stansiyanın strukturunda 1 nömrəli qazan-turbin sexi kimi, digər binada yerləşdirilən 2 enerji bloku isə 2 nömrəli qazan-turbin sexi struktur vahidi kimi formalaşdırılmışdır. Vəzifələrin uyğunluğu “Funksionallıq”, “Vaxt”, “Zərərlilik”, “Təzyiq”, “Temperatur”, “Səs-küy”, “Titrəmə”, “Təhlükəlilik” göstəriciləri və eyni avadanlıqlara xidmət göstərilməsi əsas götürülərək təsdiq olunmuş texniki sənədlər, vəzifə təlimatları, əsasnamələr, texniki istismar qaydaları, enerji blokunun avadanlıqlarının texniki xarakteristikalarına və əmək şəraitinə görə iş yerinin attestasiya xəritəsinə əsasən müəyyən edilir. İzahlı arayışda göstərilən vəzifəli şəxslərin hər birinin aşağıdakı əsas vəzifələri vardır: İstehlakçıların enerji ilə təchiz olunması üçün avadanlıqların etibarlı, qəzasız və qənaətli işinin təmin olunması; Operativ dispetçer intizamına əməl etməklə buraxılan enerjinin normal keyfiyyətinin, enerji istehsalının maksimal qiymətinin, etibarlığının təmin edilməsi; Avadanlıqların, bina və qurğuların istismara hazır vəziyyətdə saxlanılması, avadanlığın istismara prossesində partalayış, yanğın, əməyin gigiyena və təhlükəsizlik tələbinin yerinə yetirilməsi. İstehsalatın adamlara və ətraf mühitə olan zərərli təsirini azaltmaq üçün yeni texnologiyanın mənimsənilməsi, təmir işlərinin keyfiyyətinin yüksəldilməsi, avadanlıq və qurğuların avtomatlaşdırılması, sexin plan-tapşırıqların yerinə yetirməsi. Uyğunluğu göstərilən vəzifələrdə işləyən şəxslər, qeyd olunan vəzifələri yerinə yetirmək üçün eyni iş günü ərzində, eyni məkanda və avadanlıqda, eyni zərərli və təhlükəli iş şəraitində, yəni yüksək parametrlərlə işləyən qazan və turbin avadanlıqlarının istismarının həyata keçirilməsi üçün müxtəlif funksiyaları həyata keçirirlər. Avadanlıqların Sazlanması və Sınağı sexinin mühəndisi vəzifəsi qeyd olunan siyahıda bilavasitə göstərilən enerji blokunun maşinsti vəzifəsinə uyğundur. Çünki, hər iki vəzifəni daşıyan şəxs eyni zərərli iş şəraitində, eyni məkanda, eyni avadanlıqlara eyni vəziyyətdə, yəni istismar zamanı xidmət edirlər. Belə ki, enerji bloku maşinisti enerji blokunda olan hər bir avadanlığın zavod təlimatına uyğun istismarını həyata keçirmək üçün müxtəlif funksiyaları həyata keçirir. Avadanlıqların Sazlanması və Sınağı sexinin mühəndisi isə qazan və turbin avadanlıqlarının istismarı zamanı iş rejimlərini yoxlayır, qazan və turbin avadanlıqlarının optimal texniki istismar parametrlərinin təyin olunması məqsədilə istismar sınaqları keçirir, sazlama işlərini normadan yüksək səs-küy, titrəmə, temperatrur və təzyiq olan sahədə aparır və hər iki vəzifədə işləyən şəxs əmək şəraitinin eyni dərəcədə zərərli olmasına görə əmək haqqına 12% əlavə əmək haqqı almaqla onlara əlavə məzuniyyət verilir. Avadanlıqların Sazlanması və Sınağı sexinin böyük mühəndisi qeyd edilən Siyahıda göstərilən enerji blokunun böyük maşinsti vəzifəsi ilə uyğundur. Çünki, hər iki vəzifəni daşıyan şəxs eyni iş günü ərzində, eyni zərərli iş şəraitində, eyni məkanda, eyni avadanlıqlara eyni vəziyyətdə, yəni istismar zamanı rəhbərlik edirlər. Belə ki, enerji blokunun böyük maşinisti enerji blokunun maşinisti ilə eyni yerdə işləyərək onların işinə nəzarət və rəhbərlik edir. Avadanlıqların Sazlanması və Sınağı sexinin böyük mühəndisi isə qazan və turbin avadanlıqlarının iş rejimlərini yoxlayan, həmin avadanlıqların optimal texniki istismar parametrlərinin təyin olunması məqsədilə sınaqlarını keçirən, sazlama işlərini aparan mühəndisi təlimatlandırır, işlərinə rəhbərlik edir və bu işləri sexdə yəni, normadan yüksək səs-küy, titrəmə, temperatur və təzyiq olan sahədə aparır və ona görə də hər iki vəzifədə işləyən şəxs əmək şəraitinin eyni dərəcədə zərərli olmasına görə 12% əlavə əmək haqqı alır və onlara əlavə məzuniyyət verilir. Avadanlıqların Sazlanması və Sınağı sexinin rəisi və rəis müavini vəzifələri qeyd olunan siyahıda göstərilən “qazanxana sexlərinin rəisləri və onların müavinləri vəzifəsi”nə uyğundur. Ona görə ki, hər iki vəzifəni daşıyan, yəni qazanxana sexlərinin rəisləri və onların müavinləri, Avadanlıqların Sazlanması və Sınağı sexinin rəisi və rəis müavinləri eyni zərərli iş şəraitində, eyni məkanda eyni avadanlıqlara eyni vəziyyətdə yəni istismar zamanı bilavasitə rəhbərlik edirlər. Belə ki, qazanxana, yəni qazan qurğuları sistemi "xxxx" MMC adlandırılan X2 Qazan və Turbin sexi kimi formalaşdırılmışdır. Odur ki, qazan- turbin sexinin rəisi (qazanxana sexinin rəisi) yüksək parametrlərlə işləyən qazan və turbin avadanlıqlarının istismarına bilavasitə rəhbərlik edirlər. Avadanlıqların Sazlanması və Sınağı sexinin rəisi və rəis müavini isə yüksək parametrlərlə işləyən qazan və turbin avadanlıqlarında iş rejimlərini yoxlayır, qazan və turbin avadanlıqlarının optimal texniki istismar parametrlərinin təyin olunması məqsədilə İstismar sınaqlarının keçirilməsinə bilvasitə rəhbərlik edirlər. Sazlama və sınaq işləri yüksək parametrlərlə işləyən qazan və turbin avadanlıqlarında yerinə yetirilir. Sazlama və sınaq işləri qazan və turbin avadanlıqlarında normadan artıq səs-küy, titrəmə, temperatrur və təzyiq olan sahələrdə aparılır. Qeyd olunan sahələr zərərli iş sahəsi hesab olunur və ona görə həmin vəzifəli şəxslərə aylıq əmək haqqına 12% əlavə əmək haqqı və əlavə məzuniyyət verilir. Avadanlıqların Sazlanması və Sınağı sexinin mühəndisi, böyük mühəndisi, sex rəisi və müavini tərəfindən qeyd olunan işlər il ərzində mütəmadi olaraq hər bir enerji blokunun qazan və turbin avadanlıqlarında aparılır. Yanacaq-nəqliyyat sexinin rəisi vəzifəsi yuxarıda qeyd edilən siyahıda bilavasitə göstərilən “qazanxana, turbin (buxar-qaz turbini), qazanturbin (tozhazırlama) və “yanacaq ötürmə sexlərinin növbə rəisləri”, “qazanxana sexlərinin rəisi və onların müavinləri” vəzifələrinə uyğundur. Çünki, hər iki vəzifəni daşıyan şəxslər mazutun boşaldılması, rezervuarlara vurulması, həmçinin mazutun yanmaya hazırlanması üçün müxtəlif texnoloji proseslərdən keçdikdən sonra mazutu qazana ötürülməsi üçünyanacaqötürmə - yanacaq nasosları ilə qazanlara vurulmasına bilavasitə rəhbərlik edirlər və qeyd olunan işləri eyni dərəcədə zərərli iş şəraitində eyni məkanda yerinə yetirirlər. Belə ki, qazanxana, turbin (buxar-qaz turbini), qazan-turbin (tozhazırlama) və yanacaq ötürmə sexlərinin növbə rəisləri, mazut müxtəlif texnoloji proseslərdən keçdikdən sonra qazana ötürülməsinə rəhbərlik edirlər və qazanxana sexlərinin rəisi və onların rəis müavinləri isə mazutun alınması və lazımi texnolji proseslərin aparılmasına, qazana ötürülməsinə, qazanxananın iş fəaliyyətinin təşkil edilməsinə bilvasitə rəhbərlik edirlər. "xxxx" MMC adlandırılan X2 Yanacaq Nəqliyyat sexi müstəqil sex kimi fəaliyyət göstərir, balansında 11,6 km dəmiryolu xətti, 6 ədəd teplovoz, hər birinin tutumu 20000 m3 olan 12 ədəd rezervuar, mazutun qəbul edilməsi açıq üsulla boşaldılması üçün 2 ədəd boşaltma qurğusu var. Gün ərzində 240 sistern və ya 1400 ton mazut boşaldıla bilir, mazut təsərrüfatında mazutun yanma prosesinə hazırlamaq üçün müxtəlif texnoloji proseslərdən sonra mazut nasosları vasitəsilə qazanlara ötürülməsi bilavasitə rəhbərlik etməklə həmin avadanlıqların istismarı və təmirinə nəzarət edir. Yanacaq Nəqliyyat sexinin rəisinin iş otağı mazut nasosxanasında yerləşir, yəni zərərli iş zonası hesab edir və ona görə də həmin vəzifədə işləyən şəxsə 8% əlavə əmək haqqı verilməklə hər il əlavə məzuniyyət verilir. Azərbaycan Respublikası "xxxx" ASC "xxxx" MMC-nin 10.09.2020-ci il tarixli izahlı arayışına əlavədən görünür ki, İddiaçı "xxxx" MMC-nin Avadanlıqların Sazlanması və Sınağı sexində mühəndis, böyük mühəndis, sex rəisinin müavini və sex rəisi vəzifələrində işlədiyi müddətdə 16.12.1987-ci ildən 11.08.1999-cu il tarixədək zərərli işə görə ona 1789,29 rubl və 1239560,96 manat əlavə əmək haqqı ödənilmişdir və hər iş ili üçün 6 gün əlavə məzuniyyət verilmişdir. Müəssisədə 1992-ci ilin avqust ayınadək ödəniş rubl ilə həyata keçirilmişdir. 11.08.1999-cu il tarixdən 01.03.2004-cü il tarixədək Yanacaq nəqliyyat sexinin rəisi vəzifəsində işləyərkən zərərli işə görə ona ******* manat əlavə əmək haqqı ödənilmiş və hər iş ili üçün 6 gün əlavə məzuniyyət verilmişdir. Azərbaycan Respublikası "xxxx" ASC “Azərbaycan X3” MMC-nin 07-24 saylı 17.05.2021-ci il tarixli güzəştli iş stajına dair arayışından görünür ki, 1963-cü il təvəllüdlü İddiaçı 26.08.1985-ci il tarixdən 21.11.1985-ci il tarixədək "xxxx"-nin Qazan-turbin sexinin əməliyyat heyətinə, nəzarətçi maşinist vəzifəsinə işə qəbul edilmişdir (Əmr № 773, 27.08.1985). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 24-cü bölməsinin “a” bəndində göstərilən qazanxana avadanlığı üzrə nəzarətçi maşinist vəzifəsinə uyğundur. 21.11.1985-ci il tarixdən 31.03.1987-ci il tarixədək həmin sexdə turbin avadanlıqları üzrə nəzarətçi maşinist vəzifəsində (Əmr № 216, 21.11.1986). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 24-cü bölməsinin “a” bəndində göstərilən turbin avadanlığı üzrə nəzarətçi maşinist vəzifəsinə uyğundur. 31.03.1987-ci il tarixdən 04.12.1987-ci il tarixədək həmin sexdə enerji blokun maşinisti vəzifəsində (Əmr № 77, 08.05.1987). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 24-cü bölməsinin “a” bəndində göstərilən enerji blokunun maşinisti vəzifəsinə uyğundur. 04.12.1987-ci il tarixdən 14.11.1988-ci il tarixədək Avadanlıqların Sazlanması və Sınağı Sexində mühəndis vəzifəsində (Əmr № 201, 16.12.1987). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 24-cü bölməsinin “a” bəndində göstərilən enerji blokunun maşinisti vəzifəsinə uyğundur. 14.11.1988-ci il tarixdən 15.06.1990-cı il tarixədək Avadanlıqların Sazlanması və Sınağı Sexində böyük mühəndis vəzifəsində (Əmr № 110, 24.11.1988). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 24-cü bölməsinin “a” bəndində göstərilən enerji blokunun böyük maşinisti vəzifəsinə uyğundur. 15.06.1990-cı il tarixdən 02.09.1996-cı il tarixədək Avadanlıqların Sazlanması və Sınağı Sexində rəis müavini vəzifəsində (Əmr № 88/K, 18.06.1990). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 24-cü bölməsinin “b” bəndində göstərilən qazanxana sexlərinin rəisləri və onların müavinləri vəzifələrinə uyğundur. 02.09.1996-cı il tarixdən 11.08.1999-cu il tarixədək Avadanlıqların Sazlanması və Sınağı Sexində rəis vəzifəsində (Əmr № 151/K, 27.08.1996). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 24-cü bölməsinin “b” bəndində göstərilən qazanxana sexlərinin rəisləri və onların müavinləri vəzifələrinə uyğundur. 11.08.1999-cu il tarixdən 01.03.2004-cü il tarixədək Yanacaq-Nəqliyyat sexinin rəisi (Əmr № 72/K, 11.08.1999). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 24-cü bölməsinin “b” bəndində göstərilən qazanxana sexlərinin rəisləri və onların müavinləri, habelə “qazanxana”, “turbin” (buxarqaz-turbin), qazan-turbin (toz hazırlama) və yanacaqötürmə sexlərinin növbə rəisləri vəzifələrinə uyğundur. Zərərli iş şəraitində işlədiyi iş stajı 18 il 06 ay 05 gün təşkil edir. İddiaçı onun güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxmaq hüququnun olduğuna istinad edərək cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin edilməsindən imtina edilmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən İddiaçı ünvanlanmış **********5 saylı 24.06.2020-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 6 mart 2007-ci il tarixinədək qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 2 nömrəli siyahıya görə güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verə istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsinin (24) rəhbərlər və mütəxəssislər (24B) bəndində qazanxana sexlərinin rəisləri və onların müavinləri, turbin atom stansiyasının idarə edilməsi üzrə mühəndislər vəzifəsi nəzərdə tutulmuşdur. İdarəyə təqdim edilmiş İT-l seriyalı ******* saylı 27.08.1985-ci il tarixli əmək kitabçasında qeyd olunanlara əsasən 04.12.1987-11.08.1999-cı il tarixləri arasındakı dövr ərzində "Azərbaycan DRES”-in Avadanlıqların Sazlanması və Sınağı Sexində mühəndis, böyük mühəndis, sex rəisinin müavini və sex rəisi, 11.08.1999-01.03.2004-cü il tarixləri arasındakı dövr ərzində isə Yanacaq Nəqliyyat sexinin rəisi vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, onun işlədiyi sahə yuxarıda qeyd olunan sahəyə uyğun deyil. Bu səbəbdən onun güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “01.09.1980-ci il tarixdən 25.06.1985-ci il tarixədək M.Əzizbəyov adına X8 ordenli Azərbaycan Neft və Kimya İnstitutunda əyani təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi və 26.02.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, 1980-1985-ci illər M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunda əyani şöbədə 5 il təhsil almış və “İstilik energetik mühəndisi” ixtisasına yiyələnmişdir. Əmək fəaliyyətinə 26.08.1985-ci ildə başlamış və müxtəlif vəzifəsində işləmişdir. Onun işlədiyi nəzarətçi maşinist, turbin avadanlıqları üzrə nəzarətçi maşinist və enerji bloku maşinisti vəzifələri bilavasitə Siyahıda göstərilmiş, Avadanlıqların Sazlanması və Sınağı sexində işlədiyi mühəndis, böyük mühəndis, sex rəisinin müavinin və sex rəisi vəzifələri bilavasitə Siyahıda göstərilməmişdir. Lakin iddiaçı qeyd edilən vəzifələrdə işləyərkən gündəlik iş müddətində qazan və turbin avadanlıqlarına xidmət etmiş, iş yeri müvafiq orqanlar tərəfindən attestasiya olunmuş, Siyahıda bilavasitə göstərilən vəzifələrdə çalışan şəxslərlə eyni həcmdə, yəni 12% əlavə əmək haqqı almış və ona əlavə məzuniyyət verilmişdir. Avadanlıqların Sazlanması və Sınağı sexinin mühəndisi, böyük mühəndisi, sex rəisinin müavinin və sex rəisi vəzifələrində işləyərkən Siyahıda bilavasitə göstərilən şəxslərlə birlikdə eyni avadanlıqda, eyni şəraitdə, eyni vəziyyətdə, yəni qazan və turbin avadanlıqlarının istismarı zamanı həmin avadanlıqlara xidmət etmişdir. Yanacaq Nəqliyyat sexində işlədiyi müddət ərzində zərərli işə görə daim 8% həcmində əlavə əmək haqqı almış və əlavə məzuniyyət verilmişdir. O, 26.08.1985-ci il tarixdən 11.03.2004-cü il tarixədək 19 ildən artıq müddətdə zərərli iş şəraitində işləmişdir. Ona güzəştli şərlərlə yaşa görə əmək pensiyasının təyin edilməsilə əlaqədar cavabdeh orqanın imtinası qanunsuz və əsassız sayılmalıdır. Onun güzəştli iş stajı (26.08.1985- 11.03.2004-ci illər) 13 ildən artıq, ümumi stajı isə (01.09.1980- 01.01.2006-cı illər) 25 il təşkil edir. 57 yaşı isə 26.02.2020-ci ildə tamam olmuş, fərdi hesabının sığorta hissəsində qeyd olunmuş pensiya kapitalı hal-hazıra kimi 131.000 manatdan çoxdur, yəni pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verir. Cavabdehin etirazları: İş üzrə cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 6 mart 2007-ci il tarixinədək qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 2 nömrəli siyahıya görə güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verə istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsinin (24) rəhbərlər və mütəxəssislər (24B) bəndində qazanxana sexlərinin rəisləri və onların müavinləri, turbin atom stansiyasını idarə edilməsi üzrə mühəndislər vəzifəsi nəzərdə tutulmuşdur. İdarəyə təqdim edilmiş 27.08.1985-ci il tarixli İT-İ ******* nömrəli əmək kitabçasında qeyd olunanlara əsasən 04.12.1987-11.08.1999-cı il tarixləri arasındakı dövr ərzində "Azərbaycan DRES”-in Avadanlıqların Sazlanması və Sınağı Sexində mühəndis, böyük mühəndis, sex rəisinin müavini və sex rəisi, 11.08.1999- 01.03.2004-cü il tarixləri arasındakı dövr ərzində isə Yanacaq Nəqliyyat sexinin rəisi vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi sahə yuxarıda qeyd olunan sahəyə uyğun deyil. Bu səbəbdən onun güzəştli iş stajı 12 il 6 aydan az müddət təşkil edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1329/2021 saylı 21 iyun 2021-ci-ci il tarixli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır. Tərəflərin izahatları: İddiaçı tərəfindən verilmiş yazılı izahat iddia ərizəsinin və apellyasiya şikayətinin məzmunu ilə eynilik təşkil edir. İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi 24.06.2020-ci il tarixdir. Lakin həmin imtina məktubunun iddiaçı tərəfindən nə vaxt alınması barədə sübut iş materiallarında mövcud deyildir. İddiaçı isə iddia ilə məhkəməyə 05.08.2020-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı tələbi “onun 01.09.1980-ci il tarixdən 25.06.1985-ci il tarixədək M.Əzizbəyov adına X8 ordenli Azərbaycan Neft və Kimya İnstitutunda əyani təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi və ona 26.02.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədədir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu onun tələbinin təmin olunmasından onun 04.12.1987-11.08.1999-cı il tarixləri arasındakı dövr ərzində "Azərbaycan DRES”-in Avadanlıqların Sazlanması və Sınağı Sexində mühəndis, böyük mühəndis, sex rəisinin müavini və sex rəisi, 11.08.1999-01.03.2004-cü il tarixləri arasındakı dövr ərzində isə Yanacaq Nəqliyyat sexinin rəisi vəzifəsində işlədiyi vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verə istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsinin (24) rəhbərlər və mütəxəssislər (24B) bəndində qazanxana sexlərinin rəisləri və onların müavinləri, turbin atom stansiyasının idarə edilməsi üzrə mühəndislər vəzifəsinə uyğun olmaması, bununla da güzəştli iş stajının 12 il 6 aydan az olması əsası ilə imtina etmişdir. Bununla bağlı iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş, lakin onun iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmişdir. Belə ki, birinci instansiya məhkəməsi iddiaçının 01.01.2006-cı il tarixədək ümumi iş stajının 25 il 4 ay 06 gün təşkil etməsinə baxmayaraq, tələb olunan güzəştli iş stajının 12 il 6 aydan az olmasına istinad edərək iddianın təmin edilməməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” AR Qanunu 01.01.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanunu qüvvədə olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 Qərarı ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən təsdiq olunaraq 08.10.2010-cu il tarixli 4027 nömrəli şəhadətnamə ilə normativ hüquqi akt kimi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 2.1.8-ci bəndində göstərilir ki, Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərlə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə təyin olunur. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərərli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.01.2007-ci il tarixli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. 01.01.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» və «b» bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçiləristehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. Göründüyü kimi, iddiaçı onun 01.01.2006-cı il tarixə qədər 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq xüsusi stajının tamam olmasına əsaslanaraq onun güzəştli şərtlərlə 57 yaşdan əmək pensiyasına çıxmaq hüququnun olduğuna istinad etdiyi üçün əvvəlcə onun “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin tətbiqi ilə bağlı pensiya hüququnun mümkünlüyü məsələsi yoxlanılmalıdır. Həmin Qanunun 9.8-ci maddəsinin tələbinə görə hüquq münasibətlərinə tətbiq edilməli olan «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin «b» bəndinə əsasən iddiaçının 01.01.2006-cı il tarixə qədər 25 ildən az olmayan ümumi, 12 il 6 aydan az olmayan xüsusi stajının mövcud olub-olmaması yoxlanılmalıdır. Göründüyü kimi, iddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) İddiaçının 01.01.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması; 2) İddiaçının 01.01.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. Hazırki işdə iddiaçı iddiasının əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə təhsil barədə sənədini (diplomu), əmək kitabçasını, işləməsi barədə arxiv arayışlarını və güzəştli iş stajına dair arayışları təqdim etmişdir. Yuxarıda da qeyd olunduğu kimi, iddiaçıya məxsus diplomdan görünür ki, o müvafiq olaraq 1980-ci ildə M.Əzizbəyov adına X8 ordenli Azərbaycan Neft və Kimya İnstitutuna daxil olmuş, 1985-ci ildə istilik energetik mühəndisi” ixtisası üzrə əyani formada tam kursu bitirmiş, 1984-cü ildə institut daxilində hərbi hazırlıq kursu keçmişdir. Həmin dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” 67-ci maddəsinin üçüncü bəndinin “ğ” yarımbəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti işçinin iş stajına daxil edilir. Eyni məzmunlu müddəa 23.09.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndində də öz əksini tapmışdır. Bununla bağlı iddiaçı onun əyani təhsil aldığı müddətin ümumi iş stajına daxil edilməsini tələb etməkdə haqlı olmuşdur. İddiaçıya məxsus əmək kitabçasından görünür ki, o, əmək fəaliyyətinə 26.08.1985ci ildə başlamış və hazırki vaxta kimi müxtəlif peşələrdə çalışmış, onun ümumi iş stajı təhsil aldığı dövr (5 il) də nəzərə alınmaqla 25 ildən artıq təşkil edir və işin bu halı cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilmir. Hazırki iş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaçının güzəştli iş stajının 12 il 6 ay olması mübahisələndirilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı tələb olunur. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə işçinin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışın tələb olunması məhz ona dəlalət edir ki, işçinin əmək funksiyasını, yəni işçinin yetirməli olduğu müvafiq işi və ya göstərməli olduğu xidməti (güzəştli olub-olmamasını) işəgötürən müəyyən edir. Cavabdeh inzibati orqanın mübahisələndirdiyi hal- iddiaçının 12 il 6 aydan çox güzəştli iş stajının olması faktı araşdırılarkən iddiaçının nümayəndəsi və vəkili tərəfindən təqdim etdiyi “Azərbaycan X3” MMC-nin 07-60 saylı 22.12.2021-ci il tarixli işin xarakteri haqqında arayışdan müəyyən olundu ki, müəssisənin fəaliyyət istiqaməti Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı, İstehsalat sahəsi Qazan-turbin sexi olmaqla yanaşı, İddiaçı 26.08.1985-ci il tarixdən 21.11.1985-ci il tarixinədək "xxxx"-nin Qazan-turbin sexinin əməliyyat heyətinə qazanxana avadanlığı üzrə nəzarətçi maşinist vəzifəsində işləmiş, onun işlədiyi qazanxana avadanlığı üzrə nəzarətçi maşinist vəzifəsi üzrə işçi qazan qurğusunun əsas və köməkçi avadanlıqlarının istismar parametrlərinin saxlanılmasını təmin edir, növbə ərzində mütəmadi olaraq həmin avadanlıqların işləməsinə nəzarət edir. Blok maşinistinin göstərişi üzrə texnoloji rejim parametrlərinin saxlanılmasını təmin edir. Nəzarətçi maşinist vəzifələrini zərərli, normadan artıq yüksək səs- küy, titrəmə, təhlükəlilik, havanın cərəyan sürəti, havanın temperaturunun normadan yuxarı olması faktorları olan iş şəraitində işlədiyi üçün ona əlavə əmək haqqına 12% əlavə əmək haqqı ödənilməklə əlavə məzuniyyət günləri verilmişdir. Onun tutduğu vəzifə Azərbaycan respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən islahatların, işlərin, peşələrin,vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın (Nazirlər Kabinetinin 12.01.2007-ci il tarixli Qərarı ilə quvvədən düşmüşdür) “Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı” adlı 13-cü bölməsinin “a” bəndinin 13-cü abzasına – 2140000a – 13929 – qazanxana avadanlığı üzrə nəzarətçi maşinistlər vəzifəsinə uyğundur; 21.11.1985-ci il tarixdən 31.03.1987-ci il tarixədək həmin sexdə turbin avadanlıqları üzrə nəzarətçi maşinist vəzifəsində işləmiş, onun işlədiyi turbin qurğuları avadanlığı üzrə nəzarətçi maşinist turbin avadanlığının istismar parametrlərinin saxlanılmasını təmin edir, növbə ərzində mütəmadi olaraq həmin avadanlığın işləməsinə nəzarət edir. Blok maşinistinin göstərişi üzrə texnoloji sxləri yoxlayır, tələb olunan hallarda texnoloji sxemləri dəyişdirir, texnoloji sxemlərin rejim parametrlərini saxlanmasını təmin edir. Nəzarətçi maşinist vəzifələrini zərərli, normadan artıq yüksək səs- küy, titrəmə, təhlükəlilik, havanın cərəyan surəti, havanın temperaturunun normadan yuxarı olması faktorları olan iş şəraitində yerinə yetirdiyi – işlədiyi üçün ona əlavə əmək haqqına 12% əlavə əmək haqqı odənilməklə əlavə məzuniyyət günləri verilmişdir. Tutduğu vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın (Nazirlər Kabinetinin 12.01.2007-ci il tarixli Qərarı ilə quvvədən düşmüşdür) “Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı” adlı 13cü bölməsinin “a” bəndinin 14-cü abzasına – 2140000a – 13929 – turbin avadanlığı üzrə nəzarətçi maşinistlər vəzifəsinə uyğundur; 31.03.1987-ci il tarixdən 04.12.1987-ci il tarixədək həmin sexdə enerji blokunun maşinisti vəzifəsində işləmiş, işlədiyi enerji bloku maşinisti qazan və turbin avadanlıqlarının təlimata uyğun istismar parametrlərinin saxlanmasına, enerji blokunun tələb olunan səviyyədə yüklənməsi, yükün çıxarılması əməliyyatlarını icra edir, qeyd olunan avadanlıqların təmin olunan zaman təmirə çıxarılması, təmirçilərə təhvil verilməsi və təmir olunmuş avadanlıqları yoxlayıb qəbul etmək və s. vəzifələri yerinə yetirir. Enerji blokunun maşinisti vəzifələrini zərərli, normadan artıq yüksək səs- küy, titrəmə, təhlükəlilik, havanın cərəyan surəti, havanın temperaturunun normadan yuxarı olması faktorları olan iş şəraitində yerinə yetirdiyi – işlədiyi üçün ona əlavə əmək haqqına 12% əlavə əmək haqqı odənilməklə əlavə məzuniyyət günləri verilmişdir. Tutduğu vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın (Nazirlər Kabinetinin 12.01.2007-ci il tarixli Qərarı ilə quvvədən düşmüşdür) “Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı” adlı 13-cü bölməsinin “a” bəndinin 23-cü abzasına – 2140000a – 14415 – enerji bloklarının maşinistləri vəzifəsinə uyğundur; 04.12.1987-ci il tarixdən 14.11.1988-ci il tarixədək Avadanlıqların Sazlanması və Sınağı sexində mühəndis vəzifəsində işləmiş, işlədiyi avadanlıqların Sazlanması və Sınağı sexinin mühəndisi vəzifələrini qazan – turbin sexində yerləşən enerji blokunun əsas (qazan və turbin) və köməkçi avadanlıqlarının yerləşdiyi istehsalat sahəsində istehsalçı zavod tərəfindən müəyyən edilmiş istehsal parametrlərinə uyğun istismar edilməsini təmin etmək üçün 380 voltdan – 500000 voltadək elektrik gərginliyi altında olan elektrik avadanlıqlarından həmçinin 5450C temperaturda olan, 225 atmosfer təzyiq altında iti buxarla, 3300C isti hava ilə işləyən qazan qurğularından, 5400C temperaturda olan, 240 atmosfer təzyiq altında dəqiqədə 3000 dəfə dövr edən – fırlanan buxar turbinində, həmçinin digər yüksək gərginlik altında olan müxtəlif avadanlıqlarda istismar sınaqlarının keçirilməsini həyata keçirir, aparılmış sınaqların nəticələrinə əsasən avadanlıqların optimal qənaətli və təhlükəsiz işləməsinə təmin etmək üçün rejim xəritələri – sxemləri hazırlayır. Avadanlıqların Sazlanması və Sınağı sexinin mühəndisi vəzifələrini qazan – turbin sexində, enerji blokunun istismarı zamanı, yəni zərərli, normadan artıq yüksək səs – küy, titrəmə, təhlükəlilik, havanın cərəyan surəti, havanın temperaturunun normadan yuxarı olması faktorları olan iş şəraitində yerinə yetirdiyi – işlədiyi üçün ona əlavə əmək haqqına 12% əlavə əmək haqqı odənilməklə əlavə məzuniyyət günləri verilmişdir. Onun işlədiyi mühəndis vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın (Nazirlər Kabinetinin 12.01.2007-ci il tarixli Qərarı ilə quvvədən düşmüşdür) “Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı” adlı 13-cü bölməsinin “a” bəndinin 23-cü abzasına – 2140000a – 14415 – enerji bloklarının maşinistləri vəzifəsinə uyğundur; 14.11.1988-ci il tarixdən 15.06.1990-cı il tarixədək Avadanlıqlarının Sazlanması və Sınağı sexində böyük mühəndis vəzifəsində işləmiş, işlədiyi avadanlıqların Sazlanması və Sınağı sexinin mühəndisi vəzifələrini qazan – turbin sexində yerləşən enerji blokunun əsas (qazan və turbin) və köməkçi avadanlıqlarının yerləşdiyi istehsalat sahəsində istehsalçı zavod tərəfindən müəyyən edilmiş istehsal parametrlərinə uyğun istismar edilməsini təmin etmək üçün 380 voltdan – 500000 voltadək elektrik gərginliyi altında olan elektrik avadanlıqlarından həmçinin 5450C temperaturda olan, 225 atmosfer təzyiq altında iti buxarla, 3300C isti hava ilə işləyən qazan qurğularından, 5400C temperaturda olan, 240 atmosfer təzyiq altında dəqiqədə 3000 dəfə dövr edən – fırlanan buxar turbinində, həmçinin digər yüksək gərginlik altında olan müxtəlif avadanlıqlarda istismar sınaqlarının keçirilməsini həyata keçirilməsinə rəhbərlik edir. Avadanlıqların Sazlanması və Sınağı sexinin böyük mühəndisi isə qazan – turbin avadanlıqlarının iş rejimlərini yoxlayan, həmin avadanlıqların optimal texniki istismar parametrlərinin təyin olunması məqsədilə sınaqlarını keçirən, sazlama işlərini aparan mühəndisi təlimatlandırır, işlərinə rəhbərlik edir və bu işləri normadan yüksək səs – küy, titrəmə, təhlükəlilik, havanın cərəyan surəti, havanın temperaturunun normadan yuxarı olması faktorları olan iş şəraitində yerinə yetirdiyi – işlədiyi üçün ona əlavə əmək haqqına 12% əlavə əmək haqqı odənilməklə əlavə məzuniyyət günləri verilmişdir. Onun işlədiyi böyük mühəndis vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın (Nazirlər Kabinetinin 12.01.2007-ci il tarixli Qərarı ilə quvvədən düşmüşdür) “Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı” adlı 13cü bölməsinin “a” bəndinin 34-cü abzasına – 2140000a – 18832– enerji bloklarının böyük maşinistləri vəzifəsinə uyğundur; 15.06.1990-cı il tarixdən 02.09.1996-cı il tarixədək Avadanlıqların Sazlanması və Sınağı sexində sex rəisinin müavini, 02.09.1996-cı il tarixdən 11.08.1999-cu il tarixədək Avadanlıqların Sazlanması və Sınağı sexində sex rəisi vəzifələrində işləmiş, Avadanlıqların Sazlanması və Sınağı sexinin rəis müavini və sex rəisi vəzifələrini qazan – turbin sexində yerləşən enerji blokunun əsas (qazan və turbin) və köməkçi avadanlıqlarının yerləşdiyi istehsalat sahəsində istehsalçı zavod tərəfindən müəyyən edilmiş istehsal parametrlərinə uyğun istismar edilməsini təmin etmək üçün həmin avadanlıqların istismarı zamanı 380 voltdan – 500000 voltadək elektrik gərginliyi altında olan elektrik avadanlıqlarından həmçinin 5450C temperaturda olan, 225 atmosfer təzyiq altında iti buxarla, 3300C isti hava ilə işləyən qazan qurğularından, 5400C temperaturda olan, 240 atmosfer təzyiq altında dəqiqədə 3000 dəfə dövr edən – fırlanan buxar turbinində, həmçinin digər yüksək gərginlik altında olan müxtəlif avadanlıqlarda istismar sınaqlarının keçirilməsini həyata keçirilməsinə rəhbərlik edir. Avadanlıqların Sazlanması və Sınağı sexinin rəis müavini yüksək parametrlərdə işləyən qazan – turbin avadanlıqlarında iş rejimlərini yoxlayanmasına, qazan və turbin avadanlıqlarının optimal texniki istismar parametrlərinin təyin olunması məqsədilə istismar sınaqlarının keçirilməsinə, bilavasitə rəhbərlik edir. Sazlanma və sınaq işləri qazan-qazan və turbin avadanlıqlarında normadan yüksək səs – küy, titrəmə, temperatur və təzyiq olan sahələrdə aparılır. Qeyd olunan sahələr zərərli iş sahəsi hesab olunur və ona görə həmin vəzifəli şəxslərə aylıq əmək haqqına 12% əlavə əmək haqqı odənilməklə əlavə məzuniyyət günləri verilmişdir. Onun işlədiyi sex rəisi və sex rəisinin müavini vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın (Nazirlər Kabinetinin 12.01.2007-ci il tarixli Qərarı ilə quvvədən düşmüşdür) “Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı” adlı 13-cü bölməsinin “b” bəndinin 5-ci abzasına – 2140000b – 24125 – qazanxana sexlərinin rəisləri və onların müavinləri vəzifəsinə uyğundur; 11.08.1999-cu il tarixdən 01.03.2004-cu il tarixədək Yanacaq – nəqliyyat sexində sex rəisi vəzifəsində işləmiş, "xxxx" MMC adlandırılmış X2 Yanacaq Nəqliyyat sexi müstəqil sex kimi fəaliyyət göstərir, balansında 11,6 km dəmiryolu xətti, 6 ədəd teplovoz, hər birinin tutumu 20 000 m3 olan 12 ədəd rezervuar, mazutun qəbul edilməsi açıq üsulla boşaldılması üçün 2 ədəd boşaltma qurğusu var. Gün ərzində 240 sistem və ya 14000 ton mazut boşaldıla bilir, mazut təsərrüfatında mazutun yanma prosesinə hazırlamaq üçün müxtəlif texnoloji proseslərdən sonra mazut nasosları vasitəsilə qazanlara ötürülməsi bilavasitə rəhbərlik etməklə həmin avadanlıqların istismarı və təmirinə nəzarət edir. Yanacaq Nəqliyyat sexinin rəisinin iş otağı mazut nasosxanasında yerləşir, yəni zərərli iş zonası hesab edilir və ona görə də həmin vəzifədə işləyən şəxə 8% əlavə əmək haqqı verilməklə hər il əlavə məzuniyyət günləri verilir. Onun tutduğu vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın (Nazirlər Kabinetinin 12.01.2007-ci il tarixli Qərarı ilə quvvədən düşmüşdür) “Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı” adlı 13-cü bölməsinin “b” bəndinin 5-ci abzasına – 2140000b – 24125 – qazanxana sexlərinin rəisləri və onların müavinləri vəzifəsinə və 4-cü abzasına – 2140000b – 24043 – qazanxana, turbin (Buxar – qaz turbini), qazan turbin tozhazırlama və yanacaq ötürmə sexlərinin növbə rəisləri vəzifəsinə uyğundur. Bununla da İddiaçı zərərli iş şəraitində işlədiyi iş stajı 18 il 06 ay 05 gun təşkil edir. Arayış müvafiq peşələr üzrə vəzifə təlimatları, sexlərin əsasnamələri, texniki istismar qaydaları, qazan qurğularının sınaq metodikası, əmək şəraitinə görə iş yerinin attestasiya xəritəsi və enerji blokunun avadanlıqlarının texniki xarakteristikaları əsasında tərtib edilmişdir. Beləliklə, aparılmış araşdırmalar nəticəsində aydın oldu ki, iddiaçının 01.01.2006-cı il tarixədək xüsusi iş stajı 12 il 6 aydan artıqdır və bu staj onun iş yeri tərəfindən verilmiş təfərrüatlı arayışla təsdiq olunur. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün iki şərt- 25 ildən az olmayan ümumi, 12 il 6 aydan az olmayan xüsusi stajı tam olaraq tamamlanmışdır. Göründüyü kimi, apelyasiya baxışı zamanı aparılan araşdırmalar onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi iş materialları ilə kifayətlənərək natamam araşdırma aparmış, xidməti vəzifəsinə görə əlavə zəruri olan araşdırmanı aparmamış, qərar qəbul edərkən isə maddi hüquq normalarını işin hallarına düzgün tətbiq etmədiyi üçün iddiaçı apellyasiya instansiyası qaydasında həmin qərarı mübahisələndirməkdə haqlı olmuşdur. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Qeyd olunanlara əsasən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1329/2021 saylı 21 iyun 2021-ci il tarixli qərarı ləğv edilməli, iddia təmin edilməli, iddiaçının 01.09.1980-ci il tarixdən 25.06.1985-ci il tarixədək M.Əzizbəyov adına X8 ordenli Azərbaycan Neft və Kimya İnstitutunda əyani təhsil aldığı müddət onun sosial sığorta stajına daxil edilməli və ona 57 yaşdan, yəni 26.02.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1329/2021 saylı 21 iyun 2021-ci il tarixli qərarı ləğv edilsin. İddia təmin edilsin. İddiaçı 01.09.1980-ci il tarixdən 25.06.1985-ci il tarixədək M.Əzizbəyov adına X8 ordenli Azərbaycan Neft və Kimya İnstitutunda əyani təhsil aldığı müddət onun sosial sığorta stajına daxil edilsin. İddiaçı 57 yaşdan, yəni 26.02.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Cahangir Yusifov
Məhkəmə qərarları › İş №2-1(103)-376/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-376/2022
12.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver