Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-377/2020 17.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), X3 və X2 ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, İddiaçının nümayəndəsi X5, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı (xx.xx.1966-cı il tarixdə Laçın rayonunun Kürdhacı kəndində anadan olmuş, ünvan 1 A ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışın verilməsi tələbinə dair 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)-3885/2019 nömrəli qərarından cavabdehin verdiyi apellyasiya şikayətinə əsasən, inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı xx.xx.2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2019-cu il tarixli, **********72 nömrəli imtinasının əsassız hesab edilməsi, Bakı şəhəri, Nərimanov rayonu, S.Y.Bakuvi küçəsindəki 4 otaqlı, yaşayış sahəsi 71.2 kv.m., köməkçi sahəsi 82.7 kv.m., ümumi sahəsi 153.9 kv.m. olan 36a nömrəli ev (mənzil) üzrə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılması və bu barədə onun adına müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti (RİH) başçısının xx.xx.2008-ci il tarixli 462 №-li Sərəncamı ilə RİH-in nəzdində fəaliyyət göstərən Mənzil Məsələləri üzrə X4 təsdiq edilmiş, S.Y.Bakuvi küçəsi ev № 36 a ünvan üzrə 4 otaqlı, yaşayış sahəsi 71,2 kv.m, ümumi sahəsi 153,9 kv.m. balans dəyəri 45530 manat olan yaşayış evi (mənzili) dövlət Mənzil Fondu balansına qəbul edilmiş, Sərəncamın 1-ci bəndinə uyğun mənzil kirayə müqavilələrinin onunla bağlanması ərazi aidiyyətli 36 №-li MKİS-ə həvalə edilmişdir. Qeyd edilənlərə, Azərbaycan Respublikasında Mənzil fondunun özəlləşdirilməsi haqqında Azərbaycan Respublikasının Qanununa, həmin Qanunda dəyişiklik edilməsi barədə xx.xx.2015-ci il tarixli Azərbaycan Respublikasının Qanununa (№ 1199-İX QD)əsasən iddiaçı kirayəçisi olduğu ünvan 2 a ünvan üzrə yaşayış sahəsi 71,2 kv.m., ümumi sahəsi 152,9 kv.m. olan 4 otaqlı evin (mənzilin) daşınmaz əmlakın reyestrində mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılması, bu barədə onun adına müvafiq çıxarış və Texniki Pasportun verilməsi üçün ərizə ilə AR DƏDRX-nin yanında 1 saylı Bakı Şəhər Ərazi idarəsinə müraciət etmiş, lakin cavabdeh xx.xx.2019-cu il tarixdə **********72 №-li imtina məktubu ilə hüquqmüəyyənedici sənədlərin (Akt, sərəncam və 2 №-li Forma üzrə arayışın) təqdim edilməsinin zəruri olunmasını bildirmişdir. Halbuki sadalanan bütün sənədləri iddiaçı xx.xx.2019-cu il tarixli cavabdehə ünvanladığı ərizəyə əlavə etmişdir. Daha sonra cavabdeh “Mənzil fondunun özəlləşdirilməsi haqqında” AR Qanununun 8-ci maddəsinə istinad edərək mənzildə yaşayan digər ailə üzvlərinin razılıq ərizələrini tələb etmişdir. Ərazi aidiyyətli 36 №-li MKİS tərəfindən verilmiş 2 №-li forma üzrə arayışda onun ailə tərkibinin 1 nəfərdən (özü) ibarət olmasının göstərilməsinə baxmayaraq cavabdeh onun hansı ailə üzvlərinin razılıq ərizələrinin zəruri olmasının səbəbini bildirməmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassız olmaqla yanaşı qanunaziddir və qanunvericilikdə nəzərdə tutulan bütün sənədlərin əslini cavabdeh inzibati orqana təqdim etmişdir. Qeyd olunanlara əsasən iddiaçı “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 1-ci, 8-ci maddələrinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci, 12.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1.1-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, 29-cu və 71-ci maddələrinə, Azərbaycan Respublikası İPM-in 14.3-cü, 33.1-ci, 33.2-ci və 73.1-ci maddələrinə istinad edərək cavabdehin xx.xx.2019-cu il tarixli, **********72 nömrəli imtinasının əsassız hesab edilməsi, Bakı şəhəri, Nərimanov rayonu, S.Y.Bakuvi küçəsindəki 4 otaqlı, yaşayış sahəsi 71.2 kv.m., köməkçi sahəsi 82.7 kv.m., ümumi sahəsi 153.9 kv.m. olan 36a nömrəli ev (mənzil) üzrə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət qeydiyyatının aparılması və bu barədə onun adına müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı Azərbaycan Respublikası İPM-in 13-cü maddəsinə əsasən iddia tələbini dəqiqləşdirərək Bakı şəhəri, Nərimanov rayonu, S.Y.Bakuvi küçəsindəki 4 otaqlı, yaşayış sahəsi 71.2 kv.m., köməkçi sahəsi 82.7 kv.m., ümumi sahəsi 153.9 kv.m. olan 36a nömrəli evin (mənzil) üzərində mülkiyyət hüquqlarının onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, bu barədə dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)- 3885/2019 saylı qərarı ilə (Hakim-Z.Tağıyev) iddia təmin edilmiş, Bakı şəhəri, Nərimanov rayonu, S.Y.Bakuvi küçəsindəki 4 otaqlı, yaşayış sahəsi 71.2 kv.m., köməkçi sahəsi 82.7 kv.m., ümumi sahəsi 153.9 kv.m. olan 36a nömrəli evin (mənzil) üzərində mülkiyyət hüquqlarının İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, bu barədə dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. xx xxxxxx 2019-cu il tarixdə cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv olunmasını və iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mənzilə dair hüquqmüəyyənedici sənədlərin İddiaçı adına Nərimanov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli mənzil məsələləri üzrə ictimai komissiyanın aktının təsdiq edilməsi və yaşayış evinin Dövlət Mənzil Fondu balansına götürülməsi barədə sərəncamı, mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 saylı forma) cavabdeh idarəyə təqdim edilməmişdir. Bundan əlavə iddiaçı aidiyyəti üzrə müraciət etməmişdir. İddiaçı “ASAN” xidmət mərkəzlərinə müraciət etməli idi. Qeyd olunanlardan əlavə, müvafiq mənzil yerləşən ərazi söküntü ərazisidir. İşin apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi İbrahim Kəlbiyev məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək onunla oxşar məzmunlu izahat verdi və apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Əlavə olaraq, o, evin ilkin olaraq taxta vaqonlar şəklində olduğunu, 1994-95-ci ildə aldığını, evin kupçası, alğı-satqı müqaviləsi və ya başqa sənədinin olmadığını, iddiaçının əvvəllər ev növbəsində olduğunu və ödənişlər etdiyini, Evin 1997-ci ildə tikildiyini, Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyətinə müraciət etdiklərini və evə ünvan verildiyini qeyd etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən, iddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. İşə əlavə edilmiş Bakı şəhəri Nərimanov RİH başçısının xx.xx.2008-ci il tarixli, 462 saylı «mənzil məsələləri üzrə ictimai komissiyanın aktının təsdiq edilməsi və yaşayış evinin Dövlət Mənzil Fondu balansına götürülməsi barədə» sərəncamı ilə mənzil məsələləri üzrə ictimai komissiyanın aktının təsdiq edilməsi, S.Y.Bakuvi küçəsi ev 36a ünvan üzrə 4 otaqlı, yaşayış sahəsi 71.2 kv.m., ümumi sahəsi 153.9 kv.m., balans dəyəri 45530 manat olan yaşayış evi Dövlət Mənzil Fondunun balansına qəbul edilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı ŞİH MKTD Nərimanov rayon MKTB-nin 36 saylı MKİS-in xx.xx.2019-cu il tarixli 36/1352 saylı forma 2 arayışına əsasən ünvan 4 ünvanında yerləşən evdə İddiaçı 2008-ci ildən daimi qeydiyyatdadır. İş materiallarında olan Bakı ŞİH Nərimanov rayon MKTB-nin 36 saylı MKİS tərəfindən verilmiş İ.Y.Bakuvi küçəsi, ev 36a ünvanında yerləşən İddiaçı məxsus mənzil və ona bitişik qeyri-yaşayış sahəsinin Eskizinə əsasən ümumi sahə 153,9 m2-dir. İşin apellyasiya icraatı zamanı iddiaçının nümüyəndəsi tərəfindən təqdim edilmiş, Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli, 462 №-li Sərəncamının icrası ilə əlaqədar xx.xx.2008-ci il tarixli Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsinin kirayə haqqında Birtipli Müqaviləyə əsasən İddiaçı və onun ailə üzvlərinə Bakı şəhəri, Nərimanov rayonu, S.Y.Bakuvi küçəsində 36a №-li evdə (mənzildə) 71,2 kvadrat metr yaşayış sahəsi müddətsiz istifadə üçün verilir. İddiaçının müraciətinə əsasən cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli, **********72 saylı imtina məktubunda mənzilə dair hüquqmüəyyənedici sənədlərin təqdim olunmaması qeyd olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəlməmişdir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsaslar qanunvericiliklə müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik haqqında şəhadətnamələr, mənzil sertifikatı və qanunvericiliklə müəyyən edilmiş digər sənədlər, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri ola bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.5-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri, həmin Qanunun 8.0.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İddia ərizəsinin məzmunundan və iddiaçının nümayəndəsinin verdiyi izahatdan aydın göründüyü kimi, iddiaçı istifadəsində olan Bakı şəhəri, Nərimanov rayonu, S.Y.Bakuvi küçəsindəki 4 otaqlı, yaşayış sahəsi 71.2 kv.m., köməkçi sahəsi 82.7 kv.m., ümumi sahəsi 153.9 kv.m. olan 36a nömrəli evə (mənzil) dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə tələbi irəli sürərkən, Bakı şəhəri Nərimanov RİH başçısının xx.xx.2008-ci il tarixli, 462 saylı «mənzil məsələləri üzrə ictimai komissiyanın aktının təsdiq edilməsi və yaşayış evinin Dövlət Mənzil Fondu balansına götürülməsi barədə» sərəncamına əsaslanmışdır. Lakin iddiaçının mübahisəli fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarını təsdiq edən hər hansı sənəd əlavə edilməmişdir. Eyni zamanda, qeyd edilən özbaşına tikilinin ilkin olaraq, mənzil və ya qeyri-yaşayış sahəsi olması, sonradan yenidən tikinti işlərinin aparılması və ilkin sahəsinin ölçüsü, torpaq sahəsinin qanuni qaydada ayrılması, layihə-smeta sənədləri və razılıqlar və icazələr ilə bağlı hər hansı sənəd təqdim edilməmişdir. İddiaçının və onun nümayəndəsinin izahatlarından da göründüyü kimi belə sənədlər mövcud olmamışdır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iş materiallarından göründüyü kimi mübahisəli fərdi yaşayış evinə dair Bakı şəhəri Nərimanov RİH başçısının xx.xx.2008ci il tarixli, 462 saylı «mənzil məsələləri üzrə ictimai komissiyanın aktının təsdiq edilməsi və yaşayış evinin Dövlət Mənzil Fondu balansına götürülməsi barədə» sərəncamı hüquqmüəyyənedici sənəd kimi qiymətləndirilə bilməz. Eyni zamanda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 10.2-ci maddəsinə görə, hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2-ci maddəsinə əsasən, torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi-hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşır. Belə ki, qanunvericiliyin birmənalı tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün qanunvericiliklə nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. Lakin iddiaçı «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 8-ci maddəsində nəzərdə tutulan əsaslardan hər hansı birini cavabdehə və Məhkəməyə təqdim etməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə kollegiyası qeyd edilənləri ümumiləşdirərək hesab edir ki, mübahisəli fərdi yaşayış evinin iddiaçıya ayrılması haqqında ilkin hüquqmüəyyənedici sənədlərin olmaması həmin ev üzərində iddiaçının mülkiyyət hüququ qeydə alına bilməz. Məhkəmə kollegiyası işin apellyasiya icraatı zamanı iddiaçının nümüyəndəsi tərəfindən təqdim edilmiş, Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli, 462 №-li Sərəncamının icrası ilə əlaqədar xx.xx.2008-ci il tarixli Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsinin kirayə haqqında Birtipli Müqaviləyə münasibətdə qeyd edir ki, həmin müqavilə iddiaçının iddia ərizəsində göstərilməmiş, işin birinci instansiya icraatı zamanı məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda, iddiaçı və onun nümayəndəsi məhkəmə iclaslarında verdikləri izahatlarında həmin yaşayış sahəsinə dair Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının müvafiq sərəncamından başqa sənədlərinin olmadığını bildirsələr də, yalnız sonuncu məhkəmə iclasında iddiaçının nümayəndəsi müqaviləni məhkəməyə təqdim etmişdir. Qeyd edilənlər həmin müqavilənin xx.xx.2008-ci il tarixdə bağlanmasını şübhə altına alır. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.2), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur («İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 13.2 və 17-ci maddələri). Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayəti ilə razılaşır. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsassız, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunsuzdur, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təsdiq olunur, dəlillər qərarın ləğvinə əsas verir. Azərbaycan Respublikası İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli və birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İPM-in 87, 89, 90, 94, 99-cu maddələrinin tələblərini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı : Cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin apellyasiya şikayəti təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)- 3885/2019 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Nərimanov rayonu, S.Y.Bakuvi küçəsindəki 4 otaqlı, yaşayış sahəsi 71.2 kv.m., köməkçi sahəsi 82.7 kv.m., ümumi sahəsi 153.9 kv.m. olan 36a nömrəli evin (mənzil) üzərində mülkiyyət hüquqlarının onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, bu barədə dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə” iddiası təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-377/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-377/2020
17.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver