Məhkəmə qərarları › İş №2-1(103)-377/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-377/2021

10.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-377/2021 10.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Ağayev Valeh Məmməd oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, X5 oğlunun katibliyi ilə, İddiaçının nümayəndələri X4, X1, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı «xxxx» MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair iddiası üzrə inzibati mübahisəyə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-2689/2020 saylı qərarından iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-2689/2020 saylı qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır (hakim N.Abıyev). Həmin qərardan narazı qalan iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı «xxxx» MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qərarın və aktın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC barəsində “İnzibati şikayətin qismən təmin edilməsi haqqında xx xxxxxxx 2019-cu il tarixli **********704100 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan İddiaçı” MMC məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsinə (dəqiqləşdirilməsi) dair ərizə təqdim edərək və ərizədə cavabdeh qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətini göstərərək, İddiaçı MMC-nin barəsində “İnzibati şikayətin qismən təmin edilməsi haqqında” xx xxxxxxx 2019-cu il tarixli **********704100 №li qərarın “2015-ci ilin dekabr ayı üzrə müəyyən edilmiş 45.798,9 ƏDVnin yayındırılması” hissəsində ləğv olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı” MMC yenidən məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsinə (dəqiqləşdirilməsi) dair ərizə təqdim edərək və ərizədə cavabdeh qismində Bakı şəhəri LGBİ-yi göstərərək, İddiaçı MMC-nin barəsində Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Bakı şəhəri LGBİ-nin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətinə cəlb edilməsi haqqında qərara düzəliş edilməsi haqqında” xx.xx.2019cu il tarixli, **********191195 №li qərarın “2015-ci ilin dekabr ayı üzrə müəyyən edilmiş 45.798,9 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi” hissəsində ləğv edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri LGBİ-nin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2017-ci il tarixli **********147449 nömrəli Qərarına əsasən İddiaçı MMC-də vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə xx.xx.2015-ci il tarixdən xx.xx.2017-ci il tarixədək olan dövr əhatə olunmaqla növbədənkənar səyyar vergi yoxlaması keçirilmiş və yoxlamanın nəticələrinə dair xx.xx.2019-cu il tarixli **********130826 №li akt tərtib edilmişdir. Yoxlma ilə əlavə dəyər vergisinin 48 607,71 manat məbləğində azaldılması aşkar edildiyi üçün səyyar vergi yoxlaması aktı və yoxlama materialları vergi orqanı tərəfindən əsaslı və etibarlı hesab edilərək, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2019-cu il tarixli **********81911 nömrəli qərar qəbul edilmiş və ümumilikdə 24 303,86 mannat məbləğində maliyyə sanksiyası tətbiq olunmuşdur. Vergi orqanına təqdim edilmiş vergi bəyannamələri və ilkin mühasibat sənədlərinə əsasən əlavə dəyər vergisinin düzgünlüyünün yoxlanılması zamanı Cəmiyyət tərəfindən Vergi Məcəlləsinin 175.1-ci maddəsinin tələbləri pozularaq, alınmış mallara görə verilmiş vergi hesab-fakturaları üzrə əməliyyatların dəyərinin nağd şəkildə ödənildiyi aşkar edilmiş və nəticədə yoxlama olmaqla, ümumilikdə 48 607,71 manat məbləğində əlavə vergi hesablanmış və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən əlavə dəyər vergisinin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğində nisbətən azaldılmasına görə azaldılmış vergi məbləğinin 50 faiz miqdarında, 2015-ci ilin dekabr ayı üzrə 22 899,45 manat, 2017-ci ilin iyun ayı üzrə 1 404,41 manat olmaqla, ümumilikdə 24 303,85 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Bundan sonra vergi ödəyicisi səyyar vergi yoxlamasının nəticələrindən narazılıq barədə xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli şikayətlərlə Vergilər Nazirliyinə müraciət etmişdir. Həmin şikayətlərə Vergilər Nazirliyinin sənədlərlə iş və müraciətlərə baxılması baş idarəsi tərəfindən baxılmış və inzibati icraatın nəticəsinə dair “İnzibati şikayətin qismən təmin edilməsi haqqında” x xxxxxxx 2019-cu il tarixli **********704100 nömrəli qərar qəbul edilmişdir. Həmin qərara əsasən səyyar vergi yoxlamasının nəticələri yoxlama ilə 2015-ci ilin dekabr ayı üzrə müəyyən edilmiş 45 798.9 manat ƏDV-nin yayındırılması ilə əlaqədar vergi ödəyicisinə tətbiq edilmiş 22 899,45 mannat məbləğində maliyyə sanksiyası hissəsində ləğv edilmiş və yoxlamanın nəticələri qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Vergi ödəyicisinin eyni məzmunlu təkrar şikayəti Apellyasiya Şurasının icraatına qəbul edilərək xx.xx.2019- cu il tarixli iclasının gündəliyinə daxil edilmiş və şuranın iclasında aparılan müzakirlər zamanı işin faktiki halları və qanunvericiliyin müvafiq müddəaları nəzərə alınmaqla şikayətin təmin edilməməsi qərara alınmışdır. İş üzrə Bakı İnzibati Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil verdiyi apellyasiya şikayətini müdafiə edərək, çıxışında göstərmişdir ki, Vergilər Nazirliyinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəlişin edilməsi haqqında” xx.xx.2019-cu il tarixli **********191195 nömrəli qərara vergi qanunvericiliyinin aktlarının tələblərinə zidd olmaqla qismən əsassızdır və bu səbəbdən qeyd edilən qərar “2015-ci il dövrü üzrə müəyyən edilmiş 45798,9 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi hissəsində” ləğv edilməlidir. Belə ki, qərar onunla əsaslandırılmışdır ki, “... Eyni zamanda, Vergi Məcəlləsinin 56.1-ci maddəsinə əsasən vergi qanunvericiliyinin pozulması anında 3 il keçmişdirsə, şəxs həmin qanunvericiliklə bağlı hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz”. Nümayəndə və vəkil apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndələri X8 və X6 apellyasiya şikayətini müdafiə edərək, vəkillə eyni məzmunlu izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirmədən saxnılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, tərəflərin nümayəndələrinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. iş materialları ilə müəyyən edilir ki; İddiaçı MMC hüquqi şəxs kimi xx.xx.2007-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Vergilər Departamentinin Kommersiya Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış və ona bu barədə müvafiq Şəhadətnamə verilmişdir. Bakı şəhəri Lokal Gəlirlər Departamentinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2017-ci il tarixli **********147449 nömrəli Qərarına əsasən İddiaçı MMC-də (VÖEN **********) Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən xx.xx.2015-ci il tarixdən xx.xx.2017-ci il tarixədək olan dövr əhatə olunmaqla növbədəkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlamanın nəticəsi xx.xx.2019-cu il tarixli **********130826 nömrəli aktla rəsmiləşdirilmişdir. xx.xx.2019-cu il tarixli, **********130826 №-li səyyar vergi yoxlaması aktından görünür ki, Bakı şəhəri Lokal Gəlirlər Departamentinin əməkdaşları tərəfindən xx.xx.2017- ci il tarixli **********126878 saylı qərara əsasən İddiaçı MMC-də Vergi Məcəllənin 38.3.5-ci maddəsinə əsasən, vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanması məqsədi ilə (2015-2017-ci illər üzrə aksiz vergisi, 2015-2016-ci illər üzrə əmlak vergisi, 2016-2017-ci illər üzrə torpaq vergisi, İV rüb 2015-İİ rüb 2017-ci illər üzrə ödəmə mənbəyindən tutulan vergi, 2015-2016-ci illər üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi, oktyabr 2015-cı il-sentyabr 2017- ci illər üzrə mədən vergisi, sentyabr 2015-sentyabr 2017-ci illər üzrə əlavə dəyər vergisi, 2015- 2016-ci illər üzrə mənfəət vergisi, İV rüb 2015-İİ rüb 2017-ci illər üzrə sadələşdirilmiş vergi üzrə) növbədənkənar vergi yoxlaması aparılmışdır. Yoxlama xx.xx.2017-ci il tarixdə başlanıb, xx.xx.2019-cu il tarixdə başa çatdırılmışdır. Qeyd olunan akta görə vergi orqanına təqdim edilmiş vergi bəyannamələri ilkin mühasibat sənədlərinə əsasən müqayisəli şəkildə yoxlanılarkən büdcəyə çatası ƏDV-nin 48.607,71 (2015-ci il üzrə 45.798,90 manat; 2017-ci il üzrə 2.808,81 manat) manat az hesablanması aşkar edilmiş və yoxlamanın nəticəsi olaraq Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən ƏDV-nin hesabatda göstərilən məbləğinin, verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən 48.607,71 manat azaldılmasına görə azaldılmış vergi məbləğinin 50 % miqdarında, yəni 24.303,86 (2015-ci il üzrə 22.899,45 manat; 2017-ci il üzrə 1404,41 manat) manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. Bakı şəhəri Lokal Gəlirlər Departamentinin Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətinə cəlb edilməsi haqqında xx.xx.2019-cu il tarixli, **********181911 №li qərarı ilə İddiaçı MMC-yə 48.607,71 (2015-ci il üzrə 45.798,90 manat; 2017-ci il üzrə 2.808,81 manat) manat ƏDV-nin azaldılmasına görə 48.607,71 (2015-ci il üzrə 45.798,90 manat; 2017-ci il üzrə 2.808,81 manat) manat əlavə ƏDV hesablanmış və həmin məbləğlərin 50 % miqdarında, yəni 24.303,86 (2015-ci il üzrə 22.899,45 manat; 2017-ci il üzrə 1404,41 manat) manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi qərara alınmış və qeyd olunan qərar xx.xx.2019-cu il tarixdə İddiaçı MMC-nin rəhbəri İsmayıl Mailova rəsmi qaydada təqdim olunmuşdur. Azərbaycan Respublikasının Vergilər Nazirliyinin “inzibati şikayətin qismən təmin edilməsi haqqında” xx xxxxxxx 2019-cu il tarixli **********704100 saylı qərarın surətindən görünür ki, İddiaçı MMC-nin rəhbəri X3 cəmiyyətdə keçirilmiş səyyar vergi yoxlamasının nəticələri barədə Vergilər Nazirliyinə verdiyi xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli inzibati şikayətləri qismən təmin edilmiş, Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətinə cəlb edilməsi haqqında xx.xx.2019-cu il tarixli, **********181911 №li qərar 22.899,45 manat məbləğində maliyyə sanksiyası hissəsində ləğv edilmiş, qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhər LGBİ-nin Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətinə cəlb edilməsi haqqında qərara düzəliş edilməsi haqqında xx.xx.2019-cu il tarixli, **********191195 №li qərarı ilə İddiaçı MMC-yə 48.607,71 (2015-ci il üzrə 45.798,90 manat; 2017-ci il üzrə 2.808,81 manat) manat ƏDV-nin azaldılmasına görə hesablanmış 48.607,71 (2015-ci il üzrə 45.798,90 manat; 2017-ci il üzrə 2.808,81 manat) manat əlavə ƏDV ilə bağlı tətbiq olunmuş 50 % miqdarında, yəni 24.303,86 (2015-ci il üzrə 22.899,45 manat; 2017-ci il üzrə 1404,41 manat) manat məbləğində maliyyə sanksiyasına düzəliş edilərək 1.404,41 manat (2017-ci il üzrə) məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Apellyasiya Şurasının xx.xx.2019cu il tarixli **********182000 saylı qərarı ilə hüquqi şəxs İddiaçı MMC-nin səyyar vergi yoxlamasının nəticələrindən narazılıq barədə şikayət təmin edilməmiş, Azərbaycan Respublikasının Vergilər Nazirliyinin “inzibati şikayətin qismən təmin edilməsi haqqında” xx xxxxxxx 2019-cu il tarixli **********704100 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Birinci instansiya məhkəməsi bildirmişdir ki, hazırkı iddia növünə görə mübahisələndirmə haqqında iddialara aiddir. Bu növ iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üstüstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). Mübahisəli inzibati aktın qanuniliyi formal-hüquqi baxımdan yoxlanılarkən müəyyən olunur ki, həmin aktda Vergi Məcəlləsinin 38-ci maddəsi və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 58 və 61-ci maddələrinin icraatla bağlı tələblərinə əməl olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.1-ci maddəsinə əsasən səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada vergi yoxlaması aktı tərtib edilir və həmin şəxslər və yoxlanılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar tərəfindən imzalanır. Vergi ödəyicisi yoxlama aktında öz qeydlərini edə bilər, aktı imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən vergi yoxlaması aktında yoxlama zamanı aşkar olunmuş və sənədlərlə təsdiq edilmiş vergi qanunvericiliyinin pozulması halları və həmin pozuntulara görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin və digər qanunların konkret maddələri, yaxud vergi qanunvericiliyinin pozulması hallarının olmaması göstərilməlidir. Həmin Məcəllənin 49.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi, vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması, əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında qərarlardan birini çıxarır. Həmin Məcəllənin 49.3-cü maddəsinə əsasən vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə çıxarılmış qərar əsasında 10 gündən gec olmayaraq vergi ödəyicisinə vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə tələbnamə göndərilir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabddehin xx.xx.2019-cu il tarixli qərarı (iddiaçı tərəfindən mübahisələndirilən hissədə) maddi-hüquqi baxımdan da qanuni olmuş, qəbul edildiyi dövrdə qüvvədə olan hüquq normalarının tələbləri inzibati orqan tərəfindən gözlənilmişdir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 153-cü maddəsinə əsasən əlavə dəyər vergisi (bundan sonra ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaiməfakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. Həmin Məcəllənin 159.5-ci maddəsinə görə vergi ödəyicisi malları (işləri, xidmətləri) ƏDV-ni ödəməklə əldə edirsə və müvafiq əvəzləşdirmə alırsa və ya almaq hüququna malikdirsə, belə mallardan (işlərdən, xidmətlərdən) qeyri-kommersiya məqsədləri üçün istifadə edilməsi, fövqəladə hallardan başqa, malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması vergi tutulan əməliyyat sayılır. Həmin Məcəllənin 174.1-ci maddəsinə əsasən bu Məcəllənin 166-cı maddəsinə uyğun olaraq hesabat dövrü ərzində vergi tutulan dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-nin məbləği bu Məcəllənin 173.1-ci maddəsinə uyğun olaraq vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin 175-ci maddəsinə uyğun olaraq əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqlə müəyyən olunur. Həmin Məcəllənin 175.1-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Məhkəmə araşdırması zamanı iş materiallarından (cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim olunmuş əlavə dəyər vergisinin bəyannamələrindən, iddiaçının “şəxsi hesab vərəqəsi”ndən çıxarışdan və “Vergi ödəyiciləri tərəfindən alınmış VHF barədə hesabat”dan) müəyyən olunmuşdur ki, iddiaçı vergi ödəyicisi tərəfindən xx.xx.2015-ci il tarixli HJ seriyalı 196501 nömrəli, xx.xx.2015-ci il tarixli HJ seriyalı 326478 nömrəli, xx.xx.2015-ci il tarixli HJ seriyalı 487549 nömrəli, xx.xx.2015-ci il tarixli HJ seriyalı 487550 nömrəli, xx.xx.2015-ci il tarixli HJ seriyalı 487549 nömrəli vergi hesab fakturası üzrə ödənilmiş əlavə dəyər vergisi həm vergi hesab fakturaların alındığı dövrlərdə, həm də 2015-ci ilin dekabır ayının əlavə dəyər vergisi bəyannamələrində əvəzləşməyə təqdim edilmişdir. Ödənilmiş əlavə dəyər vergisi 2 (iki) dəfə əvəzləşməyə təqdim edildiyi üçün vergi orqanı tərəfindən 2015-ci ilin əlavə dəyər vergisi bəyannamələrində əvəzləşməyə təqdim edilmiş 45.798.90 manat məbləğində əvəzləşmə ləğv edilmişdir. İddiaçı cəmiyyət tərəfindən ötən müddət ərzində qeyd olunan məbləğdə əvəzləşmənin ləğv olunması mübahisələndirilməmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əssən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Bu maddə ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir. Vergi ödəyicisi tərəfindən bu maddədə göstərilən müddətdə təqdim edilən vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması bu Məcəllənin 37.2-ci maddəsində göstərilən müddətdə həyata keçirilir. İş materiallarından da göründüyü kimi cavabdeh vegi orqanı tərəfindən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl olunmaqla, cavabdeh cəmiyyətdə xx.xx.2015-ci il tarixdən xx.xx.2017-ci il tarixədək olan dövr əhatə olunmaqla növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi barədə xx.xx.2017-ci il tarixdə qərar qəbul olunmuş, qeyd olunan qərar iddiaçı tərəfindən mübahisələndirilməmiş, qərara əsasən keçirilmiş yoxlamanın nəticəsinə dair müvafiq akt tərtib olunmuş, həmin akta əsasən isə vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətinə cəlb edilməsi (qərara düzəliş edilməsi) haqqında qərar qəbul edilmişdr. Məhkəmə kollegiyası iddiaçının apelyasiya şikayətində göstərilən dəlilləri qəbul etmir və belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur, ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: İddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-2689/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Valeh Ağayev Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar