Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-377/2022 19.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********708600 saylı 19 yanvar 2021-ci il tarixli qərarının ləğv edilməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6641/2021 saylı 17.07.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən e t d i: İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqdləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********708600 saylı 19 yanvar 2021-ci il tarixli qərarının ləğv edilməsi tələbinə dair” qərarının ləğv edilməsini xaxiş etmişdir. İddianın əsaslarına görə iddiaçı hesab edir ki, cavabdehin həmin qərarı ilə ona 2019-cu ilin vergi dövrü üçün gəlir vergisi üzrə. ümumilikdə 22569,84 manat məbləğində vergi müəyyən olunması əsassızdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6641/2021 saylı 17.07.2021-ci il tarixli qərarı ilə rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. 14.04.2022-ci il tarixmedə keçirilən məhkəmə iclasında cavabdehin nümayəndəsi Mehrac Əfəndiyev vergi ödəyicisi tərəfindən idarəyə dəqiqləşdirilmiş vergi bəyannaməsi verildiyini və həmin bəyanamə ilə bağlı vergi orqanı tərəfindən 30 gün müddətində araşdırma aparılıb qərar qəbul ediləcəyini bildirərək, işə baxılmasını 30 gün müddətinə təxirə salınmasını məhkəmədən xahiş etmiş, onun həmin vəsatəti nəzərə alınmaqla işə baxılması 19.05.2022-ci il tarixinə təxirə salınmışdır. 18.05.2022-ci il tarixində isə cavabdeh orqan yazılı vəsatətlə məhkəməyə müraciət edərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, vergi orqanının 11.05.2022-ci il tarixli, **********830300 saylı qərarı ilə mübahisələndirilən 19 yanvar 2021-ci il tarixli, **********708600 saylı qərar ləğv edilmiş, mübahisə predmeti mövcud deyil. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Əli Camalov mübahisə predmeti olan qərar mövcud olmadığını və 2019-cu ilin vergi dövrü üzrə dəqiqləşdirilmiş bəyannamə əsassında vergi orqanı tərəfindən yeni qərar qəbul olunduğunu bildirərək, ərizənin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının hazırkı iclası barədə xəbərdar edilmiş iddiaçının nümayəndəsi Vəkil2 məhkəmə iclasına gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələbini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehin vəsatətini və ona əlavə edilmiş sənədləri iş materialları ilə əlaqəli surətdə araşdırıb belə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, cavabdehin vəsatətinə əlavə olunmuş sənədlərə əsasən müəyyən olunur ki, 29.03.2022-ci il tarixində iddiaçı tərəfindən vergi orqanına mübahisələndirilən 2019-cu ilin vergi dövrü üzrə dəqiqləşdirilmiş gəlir vergisinin bəyannaməsi təqdim olunmuşdur. İddiaçı dəqiqləşdirilmiş bəyannməsində 2019-cu ilin vergi dövründə malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) dövriyyəsinin 197 990,77 manat, büdcəyə hesablanmış vergi məbləğinin isə 5.642,46 manat təşkil etdiyini bəyan etmişdir. İddiaçının dəqiqləşdirilmiş bəyannaməsi əsasında cavabdeh vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 37.2-ci maddəsinin tələblərinə müvafiq olaraq 30 gün müddətində kameral vergi yoxlaması keçirilmiş və nəticələrinə dair 11 may 2022-ci il tarixində **********830300 saylı qərar qəbul olunmuşdur. Həmin qərarla iddiaçıya 2019-cu ilin vergi dövrü üzrə 16.927,38 manat (ümumilikdə 22.569,84 (5.642,46+16.927,38) manat məbləğində əlavə gəlir vergisi hesablanmış və həmin qərarla vergi orqanı əvvəlki **********708600 saylı qərarını ləğv etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 67.1-ci maddəsinin tələbinə görə mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hazırkı mübahisənin predmeti olan cavabdeh vergi orqanının “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********708600 saylı 19 yanvar 2021-ci il tarixli **********708600 saylı qərarı ləğv olunduğu və mübahisələndirilən 2019-cu ilin vergi dövrü üzrə iddiaçının 29.03.2022-ci il tarixində dəqiqləşdirilmiş bəyannaməsi əsasında cavabdeh tərəfindən 11.05.2022-ci il tarixində “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********708600 saylı yeni qərar qəbul olunduğunu, başqa sözlə artıq mübahisə predmeti mövcud olmadığını nəzərə alaraq yekunda belə qənaətə gəlir ki, hazırkı iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmalıdır. Qeyd edilənlərə əsasən və İPM-in 80, 90-cı maddələrini rəhbər tutuaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İş üzrə icraat xitam verilsin. Qərardaddan təqdim edildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-1(103)-377/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-377/2022
19.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver