Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3770/2024 07.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Oruczadə Aytən Pənah qızı və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi və müvafiq əlillik dərəcəsinin təyin olunması tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1469/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı məcburetmə haqqında iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, məhkəmədən, cavabdehin ona əlillik təyin edilməsindən imtina edilməsi barədə xx.xx.2024-cü il tarixli qərarını və əyani müayinənin nəticələrinə dair xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və ona xx.xx.2023-cü il tarixli göndəriş əsasında orqanizmin funksiyalarının pozulması ilə əlaqədar əlillik təyin edilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: «…İddiaçı xx.xx.1993-cü ildə Gədəbəy rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmış, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissədə xidmətə başlamış, Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmişdir. xx.xx.1996-cı ildə Haramı düzündə mina partlayışı zamanı yaralanmış, təxliyə olunmuş və Beyləqan 3 nömrəli sovxozdakı səyyar hospitalda ilk yardım alan kimi, onu Azərbaycan Respublikası Mərkəzi Hospitalına helikopterlə gətirmişlər. xx.xx.1996-cı ildən xx.xx.1996-cı ilədək Mərkəzi Hospitalda müayinə və müalicə almış və ona “sol diz oynağının odlu qəlpə yarası, diz qapağının sınığı, artiritlə fəsad forması, sidik kisəsinin peritonxarici hissəsinin qəlpə yarası. Laparotomiya, sidik kisəsi yarasının tikilməsi, episistomanın qoyulması (xx.xx.1996) – diaqnozu qoyulmuş və onun həmin xəstəliyi “Travma Hərbi Xidməti vəzifələrini yerinə yetirərkən alınmış travmadır.” xx.xx.2015-ci il tarixində 201 nömrəli MN MHHK-nın qərarı ilə şəhadətlənmişdir. 2015-ci ildən hərbi təqaüdçüdür, lakin 2021-ci il iyun ayından ona verilən hərbi təqaüd (pensiya) dayandırılaraq bunun səbəbi kimi diaqnoz əlillik əlaməti təyin etməməsi göstərilmişdir. 2021-ci ildən əlilliyi ilə əlaqədar Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti ona qeyri-qanuni olaraq imtina edir, xəstəliyini dəqiq qiymətləndirmir...” Cavabdeh iddiaya yazılı etirazında iddia tələbinin rədd edilməsini xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, Şəmkir Rayon Mərkəzi Xəstəxanasnının xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılraq müəyyən edilmişdir ki, diaqnoz əlillik əlaməti təyin etmir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1469/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə tarixli qərarı ilə iddia təmin edilərək aşağıdakılar qərara alınmışdır: “...Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyasının İddiaçı əlilliyin təyinindən imtina edilməsinə dair xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli qərarları ləğv edilsin. İddiaçı xx.xx.2023-cü il tarixli göndəriş əsasında müvafiq əlillik dərəcəsinin təyin olunması öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun....” Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respubikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “…Birinci instansiya məhkəməsi işə baxarkən sırf ekspert rəyində vətəndaşın qeyd edilən diaqnozunun olması səbəbindən vətəndaşa əlillik təyin edilməsinin zəruriliyini vurğulamış, halbuki diaqnozun mövcudluğu hələ əlillik təyinatına əsas vermir, belə ki, həmin diaqnoz əsasında ağırlaşmalar olmadığı təqdirdə şəxsə əlillik təyin edilmir. Sözügedən hal vətəndaşın əyani müayinəsi zamanı Agentliyin Tibbi-Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Əlavə olaraq, ekspertin müvafiq rəyində həmin pozuntuların iddiaçıda Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun əlilliyin təyin edilməsinin mümkün olmaması bildirilsə də məhkəmə bu halı qəbul etməyərək əsaslandırmasını hüquqa zidd aparmışdr. Həmçinin, yüzlərlə bu formada anoloji işlərdə bütün məhkəmələrin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Birinci instansiya məhkəməsi sırf ekspert rəyinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmişdir. Diaqnoz şəxsin hazırkı vəziyyətini əks etdirməklə yanaşı əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından dərəcənin təyini zamanı, ona xx.xx.2022-ci il tarixli 187 saylı qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarları”nın hər-hansı bir bəndini aid etmək mümkün olmadı. Göndərişdə qeyd olunan diaqnoz əlillik təyinatına əsas vermədiyi halda, məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Həmçinin, əlilliklə əlaqədar sualların həlli məhkəmə tibb ekspertlərinin deyil, Nazirlər Kabinetinin 16.01,2020-ci il tarixli 11 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirlilməsi Qaydasının” 1-ci bəndinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və X2-Sosial Ekspertlərinin səlahiyyətlərinə aiddir. Əlillik müəyyən edilməsi üçün diaqnozda qeyd edilən xəstləiyin ağırlaşmaları xüsusilə mövcud olmalıdır və hazırkı işdə iddiaçıda sözügedən ağırlaşmalar mövcud deyildir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı müayinə otağına əsa ilə daxil olmuş, sol diz oynağında ağrı və hərəkət məhdudluğu, damarlarında dartınma hissindən şikayətlənmişdir. Anamnestik məlumatlarında 1996-cı ildə yaralandığını qeyd etmişdir. Müayinə zamanı qarının ön divarında aşağı orta laparotomiyanın çapığı, sol dizində, sol budun yuxarı 1/3-də çapıqlar izlənilmiş, diz oynağında 180-90 dərəcəyə qədər hərəkət həcmi göstərmiş, palpasiyada qarnı yumşaq və ağrısız olmuşdur. Nevroloji statusunda kranial sinirlər tərəfindən ocaqlı patologiya aşkar edilməmiş, vətər və sümüküstü reflekslər canlı alınmış D=S, əzələ gücü və tonus norma daxilində olmuş, yuxarı və aşağı ətraflarda hipotrofiya, atrofiya, parez, iflic aşkarlanmamışdır. X5 xx.xx.2023-xx.xx.2023-cü il tarixli 406 nömrəli Çıxarışında diaqnoz “Qəlpə yaralanmasından sonra incik sinirinin postravmatik novropatiyası. Yerişin pozulması ilə. Sol diz oynağının qəlpə yaralanmasından sonra arirozu və koııtrakturası, ağrı sindromu ilə, baldır əzələlərinin atrofiyası” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. X3 və Ortopediya İnstitutunun xx.xx.2023-cü il tarixli ********** nömrəli Arayışında diaqnoz “Partlayış travması. Sol baldırın və budun 1/3-nin nahiyəsinin qəlpə yaralanması, yad cisimlər-metal qəlpələr. Sol diz oynağının positravnıaiik deformasiyaodici arirozu, ağrı sindromu ilə və kontrakturası-bükmə 100 dərəcə, açma tamdır, ayrılı çapıqlar, baldır əzələlərinin atrofiyası ilə. Artroz İİ mərhələ” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Maddi hüquq normalarının tələbləri baxımından Bakı İnzibati Məhkəməsinin qərarı qanunsuz və əsassızdır. İddiaçıya əlilliyinin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu səbəbdən Bakı İnzibati Məhkəməsinin qərarı ləğv edilməlidir...” Məhkəmə kollegiyasının iclası barədə xəbərdar edilmiş cavabdeh tərəf (nümayndəsi) məhkəmə iclasında iştirak etməmiş, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinin tələbəlrini nəzərə alan məhkəmə kollegiyas onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı ayğağında qəlpə olduğunu, zəifləmə getdiyini, iş qabiliyyəti olmadığını və müalicə olunsa da xeyri olmadığını bildirərək birinci instansia məhkəməsinin qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır . İPM-in 52-ci maddəsinin tələbinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İddiaçının cavabdehə qarşı dəqiqləşdirilmiş iddia tələbindən göründüyü kimi, cavabdehin ona əlillik təyin edilməsindən imtina edilməsi barədə xx.xx.2024-cü il tarixli qərarını və əyani müayinənin nəticələrinə dair xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və ona xx.xx.2023-cü il tarixli göndəriş əsasında orqanizmin funksiyalarının pozulması ilə əlaqədar əlillik təyin edilməsinin cavabdehə həvalə edilməsini tələb etmişdir (İş materiallarına əsasən iddia müddətinin ötürüldüyü müəyən olunmur. İddia İnzibati icraat haqqında Qanunun 73-cü və İPM-in 38-ci və 35-ci maddəsinin tələbləri baxımından mümkündür) Məhkəmə kollegiyası aşağıdakılara görə hesab edir ki, iddiaçı tələbində haqlıdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası»nın 1.5.1-ci bəndi nəzərdə tutur ki, şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, 1.5.3-cü bəndinə əsasən əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi - göndərişin verilməsi üçün əsaslar kimi təsbit olunmuşdur. İşə əlavə olunmuş tibbi sənədələrə, eləcə də, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 PHŞ-in xx.xx.2023-cü il tarixli T905/2023 saylı ekspert rəyində verilmiş tibbi sənədlərin təhlilinə əsasən müəyyən olunur ki, Agentliyin Tibbi Sosial Ekspert Komissiyasının mübahisələndirilən qərarları ilə iddiaçıya əlillik təyinatından imtina olunması əsassızdır. Belə ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2015-ci il tarixli 221 saylı qərarından görünür ki, iddiaçı 1993-cü il tarixdə hərbi xidmətə çağrılmış, döyüş zonasında hərbi xidmət keçərkən 4.03.1996-cı ildə aldığı və xx.xx.1996-xx.xx.1996-cı illərdə nazirliyin Mərkəzi Hərbi Klinik Hospitalında müayinə və müalicə olunduğu yaralanma – diaqnoz: ”Sol diz oynağının odlu qəlpə yarası, diz qapağının sınığı, artritlə fəsadlaşması, sidik kisəsinin peritonxarici hissəsinin qəlpə yarası. Laporotomiya, sidik kisəsi yarasının tikilməsi, episisttomanın qoyulması və xx.xx.1996-cı ildə həmin Hcərrahiyyə proilli hərbi-həkim komissiaysı tərəfindən şəhadətləndirilən zaman təyin edilmiş yaralanmanın nəticəsi – “Sol diz qapağının açıq sınığı ilə sol diz oynağının odlu qəlpə yaralanması nəticəsində sol aşağı ətrafın funksiyasının cüzi dərəcədə pozulması. Sidik kisəsi yarasının tikilməsinin nəticəsi” diaqnozu, xx.xx.1997-xx.xx.1997 dövründə Hospitalda müayinə və müalicə olunduğu yaralanmanın nəticəsi – “Sol diz oynağının postravmatik sinoviti” diaqnozunda xəstəliyi müəyyən olunaraq “Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” kimi şəhatələndirilmişdir. TSEK müayinələrindən isə görünür ki, xx.xx.2015-ci il tarixdə ilkin müayinəsi zamanı iddiaçıya “Sol diz qapağının açıq sınığı ilə sol diz oynağının odlu qəlpə yaralanması nəticəsində sol diz oynağının postravmatik sinoviti və kontrakturaı. Sol diz qapağının bitişməmişsınığı, sol aşağı ətrafın funksiyasının pozulması. Aşağı ətrafın incik sinirinin zədələnməsindən ssonrakı vəziyyət. Sol diz oynağının qeyri-stabilliyi, artroz və artrozu əzələlərin atrofiyası.” – ona diaqnozu qoyulmaqla, “travmanın hərbi xidmət vəzifələrinin yerinə yetirərknə almışdır” – səbəbi ilə 1 il müddətinə 2-ci dərəcə əlillik təyin edilmiş, xx.xx.2016-cı il tarixdə isə yenidən qiymətələndirilməsi aparılaraq, həmin diaqnozla da ona 5 il müddətinə 2-ci dərəcə əlillik təyin olunmuşdur. xx.xx.2021-ci il tarixdə növbəti müayinə zamanı onun təkrar qiymətləndirilməsi zamanı qeyd olunan diaqnozun həcmi azaldılaraq “yivli tüfəngdən, qırma tüfəngdən və iri çaplı odlu silahdan atəş, partlayış travması.Sol baldırın və budun əla y/zmüayinələrinin qəlpə yaralanması, yad cisim metal qəlpələr, sol diz oynağının postravmatik deformasiyaedici artrozu, ağrı sindromu” diaqnuzu ilə “ həmin diaqnoz əlillik əlaməti təyin etmir” əsası ilə imtina olunmuş, növbəti ildə (xx.xx.2022-ci il tarixdə) qiymətləndirmə zamanı isə diaqnozun həcmi daha da azaldılaraq “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, qəlpə yaralanmasından sonra sol incik sinirinin postravmatik neyropatiyası.Sol baldırın və budun yuxarı 1/3-də qəlpə yaralanması, yad cisimlər –metal qəlpələr.” diaqnozu ilə - əlillik təyin olunmasından imtina olunmuşdur. Daha sonra, xx.xx.2023-cü il tarixli tibbi göndəriş əsasında cavabdeh Agentliyin Tibbi Sosial Ekspert Komissiyası tərəfindən iddiaçının xəstəliyi “hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, qəlpə yaralanmasından sonra sol incik sinirinin postravmatik neyropatiyası.Sol baldırın və budun yuxarı 1/3-də qəlpə yaralanması, yad cisimlərlə” diaqnozu ilə qiymətləndirilərək, Komissiyanın hazırda məhkəmə qaydasında mübahisələndirilən xx.xx.2023-cü il tarixli qərarı ilə “Diaqnoz əlillik əlaməti təyin etməməsi” əsası ilə əlillik təyin edilməsindən imtina olunmuşdur. Bundan da sonra, işə birinci instansiya məhkəməsində baxılarkən, məhkəmənin xx.xx.2023-cü il tarixli aralıq qərardadı əsasında, Komissiya tərəfindən xx.xx.2024-cü il tarixdə iddiaçının əyani müayinəsi aparılaraq, həmin tarixdə qəbul etdiyi 3-17-4/3-3- 3947/2024 saylı hazırda mübahisələndirilən qərarı ilə, iddiaçıda “əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilmir” səbəbi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na istinadən, əlillik təyin edilməsindən imtina olunmuşdur ” (i.v.23-24 43 111-112) Halbuki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 PHŞ tərfindən aparılmış təkrar ekspertizanın nəticələrinə dair verilmiş xx.xx.2023-cü il tarix li T905/2023 saylı ekspert rəyində tibbi sənədələrin tədqiqi və iddiaçının müayinəsi zamanı müəyyən olunan hallara görə: -iddiaçı xx.xx.2023-cü il tarixdə “Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” PHŞ-də komissiya tərəfindən müayinə olunarkən ona “Partlayış travması, sol baldırın və budun yuxarı 1/3-nin qəlpə yaralanması, yad cisimlər, metal qəlpələr, sol diz oynağının posttravmatik deformasiyaedici artrozu ağrı sindromu ilə və kontrakturasıbükmə: 100%; açma tamdır, ağrılı çapıqlar, baldır əzələlərinin atrofıyası, artroz İİ mərhələ” diaqnozu qoyulmuş; -onda Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş E00083358YDM saylı Forma 088 göndərişində qeyd edilmiş “Y36.2-Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, qəlpə yaralanmasından sonra sol incik sinirinin posttravmatik neyropatiyası, sol baldırın və budun yuxarı 1/3-də qəlpə yaralanması, yad cisimlərlə. Ağırlaşma:M24.5oynaqların kontrakturası, sol diz oynağının qəlpə yaralanmasından sonrakı kontrakturası ağrı sindromu ilə, baldır əzələlərinin atrofıyası, M17-qonartroz (diz oynağının artrozu),(13.4) sol diz oynağının qəlpə yaralanmasından sonrakı artrozu, R26-hərəkətin və yerişin pozulmaları, yerişin pozulması” diaqnozu hazırda da mövcuddur. Həmin xəstəlik xroniki hala keçdiyindən müalicə olunmaqla tam reabilitasiya olunmur, mütəmadi bərpaedici müalicə yolu ilə yalnız yüngülləşə bilər...” Ekspert rəyi ilə müəyyən olunan xəstəlik diaqnozundan göründüyü kimi, iddiaçıda 2015- 2016-cı illərdə 2-ci dərəcəli əlillik təyinatı aparılarkən müəyyən edilən xəstəlik diaqnozlarına uyğun xəstəlik diaqnozu və Forma 88 arayışında xx.xx.2023-cü il tarixli göndərişdə, reabilitasiyaya olunması mümkün olmayan xəstəlik əlamətləri müəyyən olunur. O cümlədən: “Əsas diaqnoz: Y36.2-Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, qəlpə yaralanmasından sonra sol incik sinirinin posttravmatik neyropatiyası, sol baldırın və budun yuxarı 1/3-də qəlpə yaralanması, yad cisimlərlə. Ağırlaşma: M24.5 - oynaqların kontrakturası, sol diz oynağının qəlpə yaralanmasından sonrakı kontrakturası ağrı sindromu ilə, baldır əzələlərinin atrofıyası, Ağırlaşma: M17 - qonartroz (diz oynağının artrozu), sol diz oynağının qəlpə yaralanmasından sonrakı artrozu, Ağırlaşma: R26 - hərəkətin və yerişin pozulmaları, yerişin pozulması”.” Xəstəliyin yaranma tarixi hərbi xidmət zamanı xx.xx.1996-cı il tarixdə aldığı yaralanmanın nəticəsində yaranmışdır (Bu barədə Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2015-ci il tarixli qərarı iş materiallarına əlavə edilmişdir). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmiş və 2022-ci ilin iyul ayının 1dən qüvvəyə minmiş “Əlliliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin Əlavəsindən də görünür qeyd olunan xəstəliklər meyarlarda mövcüddür (Əlavənin 13.4-cü bəndi ilə M17-qonartroz (diz oynağının artrozu) 13.1.3.2-ci bəndi ilə “təzahür edən pozuntularla (məsələn, onurğa sütununun böyük hissələrinin hərəkətsizliyi, ağır skolioz) gəzmənin əhəmiyyətli dərəcədə pozulması və s.əlillik meyrarları kimi müəyyən edilmişdir). Eyni zamanda, qeyd olunmaldır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kollegiyasının 26 dekabr 2017-ci il tarixli 19-1 nömrəli qərarı ilə təsdiq edilmiş “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”a əsasən - hərbi xidmətlə əlaqədar əlillik səbəbi hərbi xidmət zamanı alınmış xəsarətin, xəstəliyin bilavasitə nəticələrinə, yaxud fəsadlarına və uzaq nəticələrinə görə müəyyən edilir, əlillik səbəbləri müəyyən edilərkən xəstəlik haqqında şəhadətnamə, ştatlı HHK-nın xəsarətin, xəstəliyin səbəb əlaqəsi haqqında qərarı əsas götürülür. Hərbi xidmət (hərbi toplanış) zamanı alınmış xəsarətin, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi göstərilmiş hərbi tibbi sənədi olan şəxslərin əlillik səbəbi təqdim edilən hərbi tibbi sənəd (xəstəlik haqqında şəhadətnamə və ya arayış, yaxud ştatlı HHK tərəfindən tərtib edilmiş qərar) əsasında təyin edilir. Tədqiq olunanlardan göründüyü kimi iddiaçıya müvafiq əlillik təyinatı aparılması üçün göndəriş verilməsi Qaydaların qeyd olunan 1.5-ci bəndinin tələblərinə və qüvvədə olan əlillik meyarlara uyğun olduğu halda, cavabdeh mübahisələndirilən imtina qərarları ilə onun qanunla qorunan hüquqlarını pozmuşdur. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin olunmasını mahiyyəti üzrə düzgün nəticə kimi qiymətləndirir. Bu baxımdan, məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin, Agentlik tərəfindən hər hansı qanunazidd hərəkətə və ya hərəkətsizliyə yol verilmədiyini, qərarın maddi hüquq normaları baxımından qanunsuz və əsassız olduğunu mübahisələnirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1469/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və İPM-in 14, 68, 69, 70, 73, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1469/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3770/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3770/2024
07.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver