Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3772/2024 17.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Məmmədov Ceyhun Bəşir oğlu və Abbasova Günel Məhərrəm qızından ibarət tərkbdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə qarşı "inzibati şikayətə cavab verilməsi tələbinə dair” iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 8935/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə qarşı (Bakı şəhər Xətai rayon İcra Şöbəsi, Ədliyyə İşlər Nazirliyi İcra Baş İdarəsi və X3 üçüncü şəxs qismində göstərilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək aşağıdakılarıl məhkəmədən xahiş etmişdir: - nazirlik tərəfindən onun (tələbkarın) inzibati şikayətinə münasbət bildiməməklə, şikayəti üzrə müvafiq qərarın qəbul edilməsində və hal-hazıradək şikayətə cavab verilməsində göstərilən hərəkətsizliyin qanunsuz hesab edilməsi; -iddiaçının inzibati şikayətnə cavab verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi və ondan inzibati şikayət üzrə aparılmış araşdırmaya dair sənədlərin təsdiq olunmuş surətlərinin hazırkı mübahisəyə səbəb olan Xətai rayon icra şöbəsində aparılan icraat iş qovluğunun tələb olunması; -AR DİN X7 İdarəsindən “Mtsubishi Pajero” markalı 99-kJ-846 dövlət nişanlı nəqliyyat vasitəsinin X2 adına aparılmış alqı-satqı müqaviləsinin və həmin nəqliyyat vasitəsi ilə bağlı sonuncunun adından verilmis etibarnamlərin təsdiq olunmuş surətinin təqdim edilməsinə dair sorğu göndərilmsi barədə qərardad çıxarılması. İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır. “...İddiaçı “İnzibati Şikayət”lə cavabdehə müraciət edərək, AR ƏN İcra Baş İdarəsi tərəfindən tələbkarın şikayət ərizəsinə münasibət bildirməməklə göstərilən hərəkətsizliyin qanunsuz hesab edilməsi; şikayət ərizəsinin araşdırılması və qanuna müvafiq qaydada və müddətdə müvafiq Qərarın qəbul edilməsi və tələbkarın Şikayətinə cavab verilməsi öhdəliyinin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi İcra Baş İdarəsinə həvalə edilməsi barədə Qərar çıxarılmasını xahiş etmişdir. 1.1. Faktiki Əsas: Aşağıdakı sənədlər və sübutlar əlavə edilmişdir. 1.1.1.Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2578/2022 nömrəli, xx.xx.2023-cü il tarixli İcra vərəqəsi; Səbail rayon Məhkəməsinin 2(009)-85/2021 nömrəli, xx.xx.2021 il tarixli İcra Vərəqəsi, Nizami rayon İcra və Probasiya şöbəsinin xx.xx.2021-ci il tarixli “İcraata başlamaq haqqında” Qərarı və borclunun “X5” mebel mağazasında olan 4 ədəd əmlak üzərinə həbsin qoyulmasına dair 20753 nömrəli, xx.xx.2021-ci il tarixli “Görülmüş tədbirlər haqqında” Məlumat; 1.1.2.Xətai rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli “İcraata başlamaq haqqında” Qərarı Xətai rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli Təqdimatı və e18440\2023 nömrəli xx.xx.2023-cü il tarixli məktubu; Borclunun xx.xx.2023-cü il tarixli Ərizəsi və xx.xx.2023-cü il tarixli Əmək müqaviləsi bildirişi; 1.1.3. Nizami rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli “İcraata başlamaq haqqında” Qərarı; 1.1.4.xx.xx.2021-ci il tarixli “Seçme Luxury”, xx.xx.2021-ci il tarixli “AKM Luxury” və xx.xx.2021-ci il tarixli “Vessev interior project”in məktubları. 1.1.5.Bakı Apellyasiya Məhkəməsinin 8(103)- 38/2024 nömrəli, xx.xx.2024-cü il tarixli Qərardadı 1.2. Hüquqi Əsas: 1.2.1. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamənin 8.10-cu maddəsinə əsasənməhkəmə qərarlarının icrasını təmin edilməsi Nazirliyin fəaliyyət istiqamətlərinə aiddir. 1.2.2. Həmin Əsasnamənin 9.56-cı maddəsinə əsasən- Nazirlik bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, vətəndaşların təklif, ərizə və şikayətlərinə baxılmasını və onların qəbulunu təmin etmək, daxil olmuş müraciətlərə vaxtında, o cümlədən yaradılmış internet saytı vasitəsilə cavab vermək və qanunvericiliklə müəyyən edilmiş qaydada digər tədbirlər görmək -vəzifəsini yerinə yetirir. 1.3. QEYD. Həmin halı təsdiq edən “İnzibati Şikayət” və həmin Şikayətin cavabdeh tərəfindən alınmasını təsdiq edən poçt qəbizi əlavə edilir. 1.4. Cavabdehdən hal-hazıradək cavab alınmadığına görə məcbur qalıb məhkəməyə müraciət edirik.
2. “İnzibati Şikayət”i cavabdehə göndərməmişdən öncə, İcra Baş İdarəsinə və surəti Xətai rayon İcra şöbəsinə Şikayət Ərizəsi ilə müraciət edərək, Xətai rayon İcra şöbəsinin və həmin şöbənin icra məmuru Kəmalə Həsənovanın bilə-bilə qanunsuz hərəkətlərinin, o cümlədən təkləbkara qarşı açıq-aşkar qərəzli və süründürməçilik və borclu Həsənov Kamrana qarşı isə onun qanunsuz hərəkətlərinə əsassız üstünlük vermək mövqeyinin qarşısının alınmasında, eləcə də qanuni qüvvədə olan məhkəmə qətnaməsinin icra olunmasında 1 ildən artıq müddət ərzində göstərilən bilə-bilə qanunsuz hərəkətlərə və hərəkətsizliyə son qoyulmasında, eyni zamanda bu işdə qanunla müəyyən edilmiş vəzifə səlahiyyətlərini qərəzli olaraq yerinə yetirməyən təqsirli şəxslərin cəzalanmasında yardımçı olmağı və icra işinin qanunla müəyyən edilmiş qaydada və müddətdə başa çatdırılmasında köməklik göstərilməsini xahiş etmişdir. Məhz, həmin Şikayətə cavab verilmədiyindən, eləcə də iddiaçıya qarşı qərəzli və bilə-bilə qanunsuz hərəkətlər və hərəkətsizlik açıqaşkar davam etdirildiyindən, o cümlədən qanuni qüvvədə olan məhkəmə qətnaməsi qanunvericiliyin tələblərində nəzərdə tutulan qaydada və müddətdə icra olunmadığından, yuxarıda göstərilən “İnzibati Şikayət”lə cavabdehə müraciət olunmuşdur. İlk dəfə xx.xx.2023-cü il tarixli şikayət ərizəsi ilə nazirliyin İcra Baş İdarəsinə müraciət edilmişdir. SƏBƏB: Bakı Apellyasiya Məhkəməsi tərəfindən 2(103)-2578/2022 nömrəli, xx.xx.2023-cü il tarixdə verilmiş İcra vərəqəsi əsasında Xətai rayon İcra şöbəsininqanunsuz, qərəzli və süründürməçilik mövqeyi barədə, eyni zamanda Bakı şəhər Səbail rayon Məhkəməsinin 2(009)-85/2021 nömrəli, xx.xx.2021 il tarixli “İddianın təmini tədbiri barədə” Qərardadı və həmin Qərardad əsasında qətnamənin icrasının təmini üçün xx.xx.2021-ci il tarixdə borclu Kamran Həsənovun mülkiyyətində olan 4 ədəd əmlak üzərinə həbs qoyulmasına dair Atkla bağlı açıq-aşkar qanunsuz hərəkətsizlik göstərilməsi olmuşdur. Eyni zamanda, həmin kikayət ərizəsində - Xətai rayon İcra şöbəsinin icra məmuru Kəmalə Həsənovaya edilmiş etirazın qəbul edilməsi və icra işlərinin davam etdirilməsi üçün müvafiq olaraq başqa icra məmurunun icraatına təqdim edilməsi; Xətai rayon İcra şöbəsinin həmin icra məmurunun tələbkarın hüquqlarına qarşı bilə-bilə etdikləri qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə, onun barəsində qanunamüvafiq tədbirlər görülməsi və cəzalandırılması; borcluya aid icra işində olan sənədlərlə tanış olmağa və onlardan surət çıxarmağa görə yardım göstərilməsi və tələbkarın nümayəndəsi və vəkili olaraq (Vəkil;ş\v AZE ********; FİN xxxxxxx) icra işləri barədə mövcud məlumatlarla tanış olmaq üçün “Elektron icra” informasiya sisteminə əlavə olunmasında köməklik göstərilməsi-xahiş olunmuşdur. Həmin Ərizəyə münasibət bildirilməmiş və iddiaçıya qarşı qərəzli və qanunsuz hərəkətlər (hərəkətsizlik) davam etdirilmişdir. 4. Açıq-aşkardır ki, iddiaçının İnzibati Şikayətinə cavab verməməklə (yəni münasibət bildirməməklə), eləcə də qanunvericiliyə müvafiq olaraq tədbirlər görməməklə, cavabdehin (o cümlədən Ədliyyə Nazirliyi İcra Baş İdarəsinin) qanunsuz və qərəzli hərəkətsizliyinin nəticəsidir ki, qanuni qüvvədə olan məhkəmə qətnaməsi hal-hazıradək Xətai rayon İcra şöbəsi tərəfindən icra olunmur və müfaviq tədbirlər görülmür. Ona görə də, Xətai rayon İcra şöbəsinin (o cümlədən həmin Şöbənin icra məmuru Kəmalə Həsənovanın) qanunsuz hərəkətlərinin (hərəkətsizliyinin) başlanılması və hazırda da davam edirilməsini xranoloji ardıcıllıqla aşağıdakı qaydada izah edirik. 4.1. Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 2578/2022 saylı mülki iş üzrə, xx.xx.2022-ci il tarixli qətnaməsi Ali Məhkəmənin 2(102)-4782/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərarı ilə dəyişdirilmədən qüvvədə saxlanılmış; Bakı Apellyasiya Məhkəməsi tərəfindən 2(103)- 2578/2022 nömrəli, xx.xx.2023-cü il tarixdə İcra vərəqəsi verilmiş və icrası Xətai rayon İcra şöbəsinə göndərilmiş; həmin İcra Vərəqəsi xx.xx.2023-cü il tarixdə EMİSvasitəsilə Xətai rayon İcra şöbəsinə təqdim olunsa da, icra məmuru Kəmalə Həsənova tərəfindən “İcraata başlamaq haqqında” Qərarxx.xx.2023-cü il tarixdə, yəni 29 gündən sonra tərtib edilmiş və xx.xx.2023-cü il tarixdə, yəni 33 gündən sonra elektron imza ilə təsdiqlənmiş; icra məmuruna, Bakı şəhər Səbail rayon Məhkəməsinin 2(009)- 85/2021 nömrəli, xx.xx.2021 il tarixli “İddianın təmini tədbiri barədə” Qərardadı, Nizami rayon İcra və Probasiya şöbəsinin Səbail rayon Məhkəməsinə ünvanlanmış 20753 nömrəli, xx.xx.2021-ci il tarixli “Görülmüş tədbirlər haqqında” Məlumatı və Aktı təqdim etməklə, qətnamənin icrasının təmini üçün xx.xx.2021- ci il tarixdə borclu Kamran Həsənovun mülkiyyətində olan 4 ədəd əmlak üzərinə həbs qoyulması barədə dəfələrlə izahat verilməklə, borclu barəsində qanuna müfaviq tədbirlərin görülməsi xahiş edilsə də, icra məmuru həmin malların mövcud olmamsını və bu səbəbdən də borclu barəsində bu hal üzrə hər hansı bir tədbirin görülməsinin mümkün olmamasını bildirmiş; bundan sonra, İcra məmuru qanunvericiliyin normalarını rəhbər tutmaq əvəzinə, borclunun xahişini və təqdim etdiyi saxtalığı açıq-aşkar müəyyən edilən Arayışı rəhbər tutaraq, heç bir araşdırma aparmadan birbaşa “İcra sənədinin ərazi adiyyəti üzrə göndərilməsi barədə” xx.xx.2023-cü il tarixli qərar qəbul etmiş və icra işini Nərimanov rayon İcra Şöbəsinə göndərmiş; Bakı Apellyasiya Məhkəməsinin 8(103)-38/2024 nömrəli, xx.xx.2024-cü il tarixli Qərardadı ilə- “Bakı şəhəri Xətai rayon İcra şöbəsinin "İcra sənədinin ərazi adiyyəti üzrə göndərilməsi barədə" 21 sentyabr 2023-cü il tarixli qərarından tələbkarın verdiyi şikayəti təmin edilmiş. Xətai rayon İcra şöbəsinin "İcra sənədinin ərazi adiyyəti üzrə göndərilməsi barədə" 21 sentyabr 2023cü il tarixli qərarı ləğv edilmiş və icra sənədi Bakı şəhəri Xətai rayon İcra şöbəsinə qaytarılaraq həmin icra şöbəsində icra hərəkətləri davametdirilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 8(103)-38/2024 nömrəli, xx.xx.2024-cü il tarixli Qərardadının 16-cı bəndində göstərilir ki, “Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, icra məmuru tərəfindən "İcra sənədinin ərazi adiyyəti üzrə göndərilməsi barədə" qərar qəbul olunarkən yuxarıda qeyd olunan xüsusatlar nəzərə alınmamış, yalnız arayışa istinad olunaraq işin aidiyyatı üzrə göndərilməsi qənaətinə gəlmişdir. Kollegiya qeyd edir ki, borcular tərəfindən təqdim olunmuş arayışa əsasən icra sənədinin aidiyyatı üzrə qənaətinə gəlinməsi icra sahəsində mənfi təcrübənin formalaşmasına, icra sənədlərinin qeyri – müəyyən müddətdə icrasız qalmağına səbəb ola bilər. Əgər hal – hazırda icra məmurunun gəldiyi qənaət əsaslı hesab olunarsa, bu zaman icra sənədinin göndərildiyi icra şöbəsində bir neçə ay icraat aparıldıqdan sonra borclu tərəfindən yeni bir arayışın təqdim olunması və yenidən aidiyyat üzrə başqa bir icra şöbəsinə göndərilməsi üçün əsas yaranır. Birinci instansiya məhkəməsi tərəfindən də yuxarıda qeyd olunan hallar araşdırılmamış və düzgün olmayan nəticəyə gəlinmişdir. Açıqaşkardır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Kəmalə Həsənovanın qəbul etdiyi “İcra sənədinin ərazi adiyyəti üzrə göndərilməsi barədə”xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi halı onu sübut edir ki, həmin qərar əsassız və qanunsuz olmuşdur...”
Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8935/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv olunmasını və növbəti prosessual hərəkətlərin yerinə yetirilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür.
Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır:
“...İş materiallarında olan sübutlar (sənədlər) müqayisəli təhlil edilməklə araşdırılmamış; yalnız məhkəmənin sorğusu əsasında cavabdehdən əldə olunmuş və formal mülahizəyə əsaslandırılmış cavab məktubundakı mülahizələr əsas götürülməklə cavabdehin mövqeyinə əsassız üstünlük verilmiş; iddiaçının mövqeyinə qərəzli yanaşılmaqla iddia tələbi əsassız olaraq mümükünsüz hesab edilmişdir. Odur ki, qərardad əsassızdır. Ədliyyə Nazirliyinin adından (blankında), məhkəməyə təqdim olunan xx.xx.2024-cü il tarixli 316-4\2-4069\2024 nömrəli məktubuna hər hansı bir sübut və məktubda göstərilən halları təsdiq edən hər hansı bir sənəd əlavə edilməmişdir. Yəni, məhkəmə sorğusuna verilən cavab məktubunda göstərilənlər formal mülahizəyə əsaslanır. İlk növbədə qeyd edirik ki, cavabdehin Məhkəməyə təqdim etdiyi Məktubda da etiraf və təsdiq edilir ki, iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli və xx.xx.2024-cü il tarixli Şikayətlərlə cavabdehə müraciət edilmişdir. Məktuba, iddiaçının şikayətlərinə verilən cavab məktublarının və ya sənədlərin, eləcə də həmin cavabların faktiki olaraq iddiaçı tərəfindən alınmasını təsdiq edən sübutların əlavə edilməməsi, həmin Məktubun formal mülahizəyə əsaslanmasını müəyyən edir. Digər tərəfdən, cavabdeh, iddiaçıya qarşı bilə-bilə göstərdiyi qanunsuz hərəkətsizliyini ört-basdır etməsi üçün məhkəməyə əsası olmayan, yəni formal mülahizəyə əsaslanmış Məktubu təqdim etmişdir. Ümumiyyətlə, məktubun məntiqi əsası da yoxdur. Hal-hazıradək iddiaçıya, iddiaçının nümayəndəsinə və vəkilinə hər hansı bir cavab verilməmiş və sənədlər təqdim olunmamışdır. İcra işində olan bəzi sənədlərin surəti isə Bakı Apellyasiya Məhkəməsində və Xətai rayon Məhkəməsində aparılan mülki məhkəmə iş materiallarından götürülmüşdür. (əksi sübut edən sənəd və ya sübut mövcuddursa cavabdeh tərəfindən təqdim oluna bilər) . Bundan başqa, cavabdehin məhkəməyə təqdim etdiyi məktubunda qeyd olunan “...xx.xx.2024-cü il tarixli oxşar məzmunlu şikayətlərinə ...” ifadəsi də, cavabdehin açıqaşkar bilə-bilə yalan ifadəsi olmaqla yanaşı həqiqəti əks etdirmir. Belə ki, həmin Şikayətlər hazırkı məhkəmə iş materiallarına EMİS-ndəki e-kabinet vasitəsilə təqdim edilmiş və onların məzmununa diqqət yetirilərsə, cox asanlıqla fərqli olduğu müəyyən olunur. Bundan başqa, məktubun axırında “İcra xidmətinin müavini səlahiyyətlərini icra edən” qeyd olunmaqla, Qalib Əliyev tərəfindən imzalanması göstərilsə də, həmin şəxsin AR Ədliyyə Nazirliyinin adından Məhkəməsorğularına cavab verilməsini təsdiq edən etibarnamə də əlavə olunmamışdır. Yuxarıda göstərilən dəlillərə və faktlara isə məhkəmə tərəfindən ümumiyyətlə hüquqi qiymət verilməmişdir.Həmin dəlillər və faktlar qərardadda olmamış kimi göstərilməklə, həmin hallara hüquqi müəyyənlik gətirilməmişdir. Xüsusi olaraq qeyd olunmalıdır ki, iddia predmetnin obyektini təşkil edən “İnzibai şikayət”in əsasını, cavabdehin tabeliyində fəaliyyət göstərən İcra Baş İdarəsi tərəfindən iddiaçının Şikayətinə cavab verilməsində göstərilən hərəkətsizlikdir. Məhz, göstərilən səbəbdən cavabdehə müraciət olunmuş və cavabdehdən də cavab alınmadığı üçün, iddiaçı məcbur qalıb, hazırkı iddia tələbləri ilə məhkəməyə müraciət etmişdir...”
Məhkəmə kollegiyasının iclası barədə məlumat verilmiş tərəflər məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 62-ci maddəsinə əsasən məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşıdırıb belə hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin qeyd olunan normasının mənası onu ehtiva edir ki, inzibati icraat qaydasında baxılan iddia –subyektiv hüququ olan şəxs tərəfindən qanunla üzərinə müvafiq öhdəlik düşən inzibati orqana qarşı qaldırılmalı və inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmaqla, iddiaçı tərəfindən hüquq və azadlıqların pozulması (sübutlar da əlavə olunmaqla) əsaslandırmalıdır ki, iddianın inzibati məhkəmə icraatı mümkün sayılmış olsun. Əks təqdirdə, həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Konkret halda isə hazırkı iddianın inzibati məhkəmə icraatının mümkünlük şərtləri öz təsdiqini tapmır. Birincisi, iş materiallarına əsasən müəyyən olunur ki, iddiaçı tərəfindən mübahisələndirilən məsələ mülki icraat qaydasında baxılan iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən verilmiş 2(103)-2578/2022 nömrəli xx.xx.2023cü il tarixdə verilmiş icra sənədi üzrə Xətai rayon İcra şöbəsinin icra məmuru tərəfindən icra qanunvericiliyi ilə üzərinə düşən öhdəliyini yerinə yetirməməsi, hərəktsizlik nümayiş etdirməsi ilə bağlıdır. Bununla əlaqədar birincisi, məhəmə kollegiyası onu qeyd edir ki, “İcra haqqında” Qanunun 2.1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 26-cı maddəsinin tələbinə görə icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən tərəflər icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. Həmin Qanunun 87.1-ci maddəsi isə icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər.İddiaçı tərəfindən barəsində şikayət edilən məsələ mülki icraat çərçivəsində baxılan iş üzrə qəbul olunmuş məhkəmə qətnaməsinin icrasından irəli gələn bir məsələni ehtiva edir. Digər tərəfdən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı iddiası üzrə Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-1522/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli qərardadında məhkəmə kollegiyası qerd etmişdir ki, “…kassasiya məhkəməsi analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda (o cümlədən, xx.xx.2023-cü il tarixli, 2-1(102)-1243/2023 nömrəli, xx.xx.2023- cü il tarixli, 2- 1(102)- 1168/2023 nömrəli, xx.xx.2023-cü il tarixli, 2-1(102)-2323/2023 nömrəli; xx.xx.2023-cü il tarixli, 2-1(102)-2466/2023 nömrəli; xx.xx.2023-cü il tarixli, 2- 1(102)- 2552/2023 nömrəli, xx.xx.2023-cü il tarixli, 2-1(102)-2342/2023 nömrəli qərarlarda) aşkar və birmənalı şəkildə qeyd edilmişdir ki, mülki mübahisənin gedişində çıxarılmış məhkəmə qətnaməsinin əsasında verilmiş icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və hərəkətlər, o cümlədən hərəkətsizliklər inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlmədiyindən, onların inzibati iddia qaydasında ayrıca iddia verməklə inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir. Mülki məhkəmə aktının icrası ilə bağlı icra icraatının gedişində icra məmurunun qərar və hərəkətlərinin, eləcə də hərəkətsizliyinin mübahisələndirilməsi həmin məhkəmə aktının icrasına nəzarət edən məhkəməyə şikayət vermək hüququndan istifadə etməklə reallaşdırılmalıdır” Qeyd edilənlərdən göründüyü kimi, icra sənədinin vaxtında və düzgün icrasına nəzarəti icra qurumunun rəhbəri və icra sənədini qəbul etmiş məhkəmə tərəfindən həyata keçirilir və tərəflər, o cümlədən, tələbkarın icra məmurunun qanunsuz hərəkət və hərəkətsizliyindən məhkəməyə şikayət vermək hüquqlarına malikdirlər. Göründüyü kimi, qanunverici icra məmurunun icra mərhələsində hərəkət və hərəkətsiliyidən şikayətin məhz, məhkəməyə verilməsini nəzərdə tutur. Konkret halda, iddiaçı tərəfindən şikayətin şikayət instansiyasına verilməsinə gəldikdə, iş materiallarına əsasən müəyyən olunur ki, birinci instansiya məhkəməsinin müvafiq sorğusuna cavabdeh Ədliyyə Nazirliyi məhkəməyə ünvanladığı 24 iyun 2024-cü il tarixli məktubunda aşağıdakıları bildirilmişdir: “...X1 Ədliyyə Nazirliyinə daxil olmuşxx.xx.2023-cü il tarixli müraciətinə İcra baş idarəsi tərəfindən xx.xx.2023-cü il tarixli, 3-16-4/3-S-11092/6-2023 saylı məktub ilə cavab verilmişdir. Nizami rayon icra şöbəsi tərəfindən şikayətçiyə icra işi barədə xx.xx.2023-cü il tarixli, 17/xx-xx-22602/23-1740 saylı məktubla cavab verilmiş, Xətai rayon icra şöbəsi tərəfindən isə şikayətçinin nümayəndəsi ilə əlaqə saxlanılaraq icra işi barədə ətraflı şəkildə məlumat verilmiş və icra işinin materiallarının surətləri təqdim edilmişdir. Həmçinin, vətəndaşın İcra baş idarəsinə daxil olmuş xx.xx.2024-cü il tarixli oxşar məzmunlu şikayətinə xx.xx.2024-cü il tarixli, 3-16-4/2- S-5247/3-6/2024 saylı məktubla müvafiq cavab verilmişdir...” Görünndüyü kimi, cavabdeh tərəfindən iddiaçının ona ünvanlanmış şikayəti ilə bağlı ona müəfəssəl məlumat verilmişdir. Beləliklə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərardadı ilə iddianın mümkün sayılmamasını işin hallarına və prosessual hüquq normalarının tələblərinə uyğun nəticə kimi qiymətləndirir. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin həmin qərardadın qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə nəticəyə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati-Məhkəməsinin 2-1(112)-8935/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İPM-in 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutub məhkəmə kollegiyası qəraraaldı:
İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8935/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.