Məhkəmə qərarları › İş №2-1(103)-3777/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3777/2024

15.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3777/2024 15.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi ilə, İddiaçı MMC-nin cavabdehlər Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında X2 Xidmətinə və Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə qarşı İddiaçı MMC-yə xarici ölkələrdə beynəlxalq yükdaşımaları həyata keçirmək məqsədilə qanunvericiliyə uyğun olaraq lazımi həddə və lazım olan istiqamətlərdə BNF jurnallarının və icazə vərəqələrinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə baxılması üçün ərazi aidiyyəti üzrə səlahiyyətli məhkəmənin müəyyən edilməsi ilə bağlı mübahisəyə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı MMC cavabdehlər Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında X2 Xidmətinə və Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, İddiaçı MMC-yə xarici ölkələrdə beynəlxalq yükdaşımaları həyata keçirmək məqsədilə qanunvericiliyə uyğun olaraq lazımi həddə və lazım olan istiqamətlərdə icazə blankları və BNF jurnallarının verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək iddiaçının mülkiyyətində 8 ədəd nəqliyyat vasitəsinin olduğu nəzərə alınaraq Rusiyaya işlək olan 8 ədəd BNF jurnalı və ya Rusiyaya üçüncü ölkələrdən daşıma üçün 80 ədəd, Rusiyaya ikinci ölkə daşıma üçün 80 ədəd, Türkiyəyə üçüncü ölkələrdən daşıma üçün 80 ədəd, Türkiyəyə ikinci ölkə daşıma üçün 80 ədəd, Belarusa üçüncü ölkələrdən daşıma üçün 25 ədəd, Belarusa ikinci ölkə daşıma üçün 25 ədəd, Qazaxstan üçüncü ölkələrdən daşıma üçün 15 ədəd, Qazaxstana ikinci ölkə daşıma üçün 5 ədəd, Gürcüstana üçüncü ölkələrdən daşıma üçün 100 ədəd, Gürcüstana ikinci ölkə daşıma üçün 100 ədəd, İrana 20 ədəd icazə vərəqələrinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə (və ya onun müvafiq sturkturuna) üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1130/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə inzibati iş aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Sumqayıt İnzibati Məhkəməsi sözügədən qərardadı onunla əsaslandırmışdır ki, İddiaçı təsisçisi/direktoru X1 elektron kabinetindən daxil olmuş reyestr məlumatlarından görünür ki, İddiaçı hazırki hüquqi ünvanı ünvan 1b etmişdir ki, İPM-in 8.1.2-ci maddəsinə əsasən hazırki mübahisəyə iddiaçının qeydiyyatda olduğu yerin məhkəməsi tərəfindən baxılmalıdır. Bundan başqa hər iki tərəfin Bakı şəhərində yerləşməsi nəzərə alınaraq işə baxımasının səmərəliliyi baxımından da işə Bakı İnzibati Məhkəməsi tərəfindən baxılması məqsədəmüvafiqdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10365/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iş ərazi aidiyyətinin müəyyən edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, aşağıda göstərilənlərə əsasən hazırkı inzibati mübahisəyə ərazi aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”na əsasən Abşeron rayonu Sumqayıt İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir (bənd 17.1). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Qeyd olunan normanın tələblərindən göründüyü kimi, mübahisələndirmə, məcburetmə və öhdəliyin icrası haqqında iddialara inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Lakin inzibati orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olduğu hallarda, belə iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. İş materiallarından görünür ki, iddiaçı hüquqi şəxs "xxxx" MMC (VÖEN: **********) məhkəmədə iddia qaldırdığı zaman (xx.xx.2022-ci il) hüquqi ünvanı ünvan 2nı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin Dövlət Qeydiyyat İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli dövlət reyestrindən çıxarışa əsasən Abşeron rayonu, Xırdalan şəhəri, Ə.Şəfiyev, ev 4 ünvanından ünvan 3dirilmiş və yeni ünvanı qeydiyyata alınmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. 45.5.2-ci maddəsinə əsasən aidiyyətlə əlaqədar şərtlərin dəyişməsinə baxmayaraq iddia ilə bağlı iş iddianın ilkin olaraq verildiyi məhkəmənin icraatında qalır. Göründüyü kimi, iddia öhdəliyin icrası haqqında iddialara aiddir, cavabdeh isə səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqandır. Belə olan halda hazırki işə İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinin tələblərinə əsasən iddiaçının olduğu yer üzrə inzibati məhkəmədə baxılmalıdır. İddiaçı isə hazırkı tələblə ilkin olaraq məhkəmədə iddia qaldırdığı vaxt hüquqi ünvanı Abşeron rayonu olmuş, lakin məhkəmə icraatının gedişində hüquqi ünvanı dəyişdirilərək Bakı şəhərində qeydiyyata alınmışdır. Qanunvericiliyin tələblərinə əsasən isə iddiaçının hüquqi ünvanı dəyişsə də, inzibati iş iddianın ilkin olaraq verildiyi məhkəmə tərəfindən baxılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan olduğundan, ilkin olaraq hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edilən vaxt iddiaçının hüquqi ünvanı Abşeron rayonu olduğundan və Abşeron rayonu Sumqayıt İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidi olduğundan hazırki iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 8.6-cı maddəsinə əsasən inzibati məhkəmənin aidiyyətlə bağlı qərardadı qanuni qüvvəyə mindikdən sonra həmin qərardad apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları və ya bu Məcəllənin 9.1.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə üçün məcburidir. Apellyasiya instansiyası məhkəməsinin inzibati kollegiyasının aidiyyətlə bağlı qərardadı qanuni qüvvəyə mindikdən sonra, mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə üçün məcburidir. 9.1-ci maddəsinə əsasən aşağıdakı hallarda ərazi aidiyyəti üzrə səlahiyyətli məhkəmə müvafiq yuxarı məhkəmə instansiyası tərəfindən müəyyən edilir: 9.1.3. mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə özünü səlahiyyətli saymadıqda. 9.3-cü maddəsinə əsasən məhkəmə icraatının hər bir iştirakçısı və mübahisəyə baxan hər bir məhkəmə aidiyyətlə bağlı yuxarı məhkəməyə müraciət edə bilər. Yuxarı məhkəmə müraciət üzrə şifahi məhkəmə baxışı keçirmədən də qərar qəbul etməyə haqlıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iddia tələbinə dair inzibati iş ərazi aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8, 9, 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı MMC-nin cavabdehlər Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında X2 Xidmətinə və Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə qarşı İddiaçı MMC-yə xarici ölkələrdə beynəlxalq yükdaşımaları həyata keçirmək məqsədilə qanunvericiliyə uyğun olaraq lazımi həddə və lazım olan istiqamətlərdə BNF jurnallarının və icazə vərəqələrinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş ərazi aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar