Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3780/2023 06.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X10 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X3 ibarət tərkibdə, X7-Yusiflinin katibliyi ilə, İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil2, Cavabdehin nümayəndəsi X1, Üçüncü şəxslər X6 və X4 nümayəndəsi (vəkili) Vəkil3 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X12 və digərləri) “çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə “ləğv edilmiş məhkəmə qərarının icrasında dönüş edilməsi haqqında” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1492/2023 saylı 14 iyun 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 06 noyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 3 ünvanında olan evin 05 fevral 2002-ci ildə tərtib edilmiş reyestr nömrəsi 30/300 olan Texniki pasportunda göstərilən tikinti altındakı 116 kv m. torpaq sahəsinə və evə birgə mülkiyyət kimi çıxarış vermək öhdəliyinin cavadehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4500/2017 nömrəli iş üzrə xx.xx.2017-ci il qərarı ilə iddia təmin edilmiş, iddiaçının ünvan 4 ünvandakı evin 115,9 kv.m. ölçüdə tikintialtı torpaq sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq həmin evlə birlikdə sözügedən torpaq sahəsinə dair vahid əmlak kimi reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Cavabdeh xx.xx.2018-ci il tarixdə apellyasiya şikayəti verərək, 2-1(82)-4500/2017 nömrəli iş üzrə xx.xx.2017-ci il qərarının ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(103)-1477/2018 nömrəli iş üzrə xx.xx.2018-ci il tarixli qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bundan sonra, ərizəçilər E.Həsənov, K.Əmrəhova, Ə.Həsənzadə və İ.Həsənzadə Bakı İnzibati Məhkəməsinə xx.xx.2020-ci il tarixdə ərizə təqdim edərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4500/2017 nömrəli, xx.xx.2017-ci il qərarı maraqlarına toxunduğundan onların hazırkı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmalarını, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarının ləğv olunmasını və iş üzrə icraatın təzələnməsini xahiş etmişdirlər. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(82)-4500/2017 nömrəli (hakim Rüstəm Kərimli) qərardadı ilə ərizənin rədd edilməsi qərara alınmışdır. Ərizəçilər xx.xx.2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2- 1(82)-4500/2017 nömrəli qərardadından apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və ərizənin təmin edilməsi barədə yeni qərardadın qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 21(103)- 1325/21 nömrəli qərardadı ilə ərizəçilərin apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(82)-4500/2017 nömrəli qərardadının ləğv edilməsi, işin baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 21(103)- 1325/2021 nömrəli qərardadından narazı qalan iddiaçı həmin qərardaddan kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(102)1568/2021 nömrəli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(103)-1325/2021 nömrəli qərardadından verilən kassasiya şikayəti mümkün sayılmamış və onun icraata qəbulundan imtina edilmişdir. İş Bakı İnzibati Məhkəməsinə qaytarıldıqdan sonra 2-1(82)-4500/2017 nömrəli xx.xx.2022-ci il tarixli qərardadla 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(82)4500/2017 saylı qərarının ləğv edilməsi, X12, X9, X5 və X4 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9936/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-1492/2023 nömrəli qərardadı ilə iddiaçının “İddiaçı ünvan 5 ünvanındakı evin 115.9 kv.m ölçüdə tikintialtı torpaq sahəsinin mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq həmin evlə birlikdə sözügedən torpaq sahəsinə dair vahid əmlak kimi reyestrdən çıxarış verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi”nə dair iddia tələbinin dəqiqləşdirilməsi icraata qəbul edilmişdir. Üçüncü şəxslər X12 və X11 məhkəməyə ərizə ilə müraciət edərək, ləğv edilmiş 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(82)4500/2017 saylı qərarı əsasında 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ünvan 6 ünvanına dair İddiaçı adına xx.xx.2018-ci il tarixdə tərtib edilmiş texniki pasport ləğv olunmaqla əvvəlki vəziyyətə geriyə dönüş edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1492/2023 saylı 14 iyun 2023-cü il tarixli qərardadı ilə ərizə təmin edilmiş və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017ci il tarixli 2-1(82)4500/2017 saylı qərarının icrasına dönüş edilərək, 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ünvan 6 ünvanına dair İddiaçı adına xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmış RX seriyalı ******* nömrəli Çıxarış və xx.xx.2018-ci il tarixdə tərtib edilmiş texniki pasportun ləğv olunması qərara alınmışdır. Eyni zamanda Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1492/2023 saylı 14 iyun 2023-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1492/2023 saylı 14 iyun 2023-cü il tarixli qərardadından narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərardadın ləğv edilməsi və ərizənin rədd edilməsi haqqında yeni qərardad qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mövcud qərardadda qeyd olunsa da ki, məhkəmə iclasında iddia tərəfinin iştirakı ilə qərar qəbul edilib elan edilmişdir, bu tamamilə əsasızdır. Belə ki, həmin gün məhkəmədə iddianın təminindən başqa hər hansı bir qərar qəbul edilməmişdir. Bu halı məhkəmə iclasının audio video yazılışlarına baxaraq da müəyyən etmək olar. Həmçinin digər bir fakt bu halı təsdiq edir ki, mövcud qərardad elektron məhkəmə kabinetinə yüklənməmişdir. Bakı İnzibati Məhkəməsi qərardad qəbul edilərkən məhkəmə tərəfindən Azərbaycan Respublikasının Konstitusiyasın 60, 125,127 və 129-cu maddələrinin tələbləri pozulmuşdur. İddiaçının hüquqlarının müdafiəsinə təminat verilməmiş və qərəzli yanaşılmışdır. Mövcud icra edilmiş qətnamə ləğv edilsə də işə yenidən baxıldıqdan sonra iddianın təmin olunması barədə eyni məzmunlu qətnamə qəbul edilmişdir. Mövcud halda icrada dönüş edilməsi üçün heç bir əsas yoxdur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 4500/2017 nömrəli iş üzrə xx.xx.2017-ci il qərarı ilə iddia təmin edilmiş, iddiaçının ünvan 4 uhvandakı evin 115,9 kv.m. ölçüdə tikintialtı torpaq sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq həmin evlə birlikdə sözügedən torpaq sahəsinə dair vahid əmlak kimi reyestrdən çıxarıçn verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Həmçinin Bakı İnzibati Məhkəməsinin 2-l(112)-1492/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərarı ilə də iddia təmin edilmiş, iddiaçının ünvan 5 ünvamndakı evin 115.9 kv.m ölçüdə tikintialtı torpaq sahəsinin miikiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq həmin evlə birlikdə sözügedən torpaq sahəsinə dair vahid əmlak kimi reyestrdən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Tamamilə eyni məzmunda olan qərarın olmasına baxmayaraq hər hansı dəyişiklik olmamasına baxmayaraq mövcud qərarın çıxarılması tamamilə əsassızdır. Daha sonra İddiaçı apellyasiya şikayətinə əlavəyə dair ərizə verərək bildirmişdir ki, iddiaçının Bakı şəhəri, R.Axundov küçəsi, ev 43 ünvanında bir neçə tikililisi mövcuddur. O, ailə üzvləri ilə birlikdə Nərimanov rayon XDS İcraiyyə Komitəsinin 12 aprel 1989-cu il tarixli, 11 nömrəli qərarı əsasında göstərilən ünvana daimi pasport qeydiyyatına alınmış, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2001-ci il tarixli, 562 nömrəli Fərmanına əsasən həmin ünvan üzrə əmlak özəlləşdirilmişdir. Həmin özəlləşmənin aparılmasına hazırki iş üzrə 3-cü şəxs qismində işə cəlb edilən X12 və digərləri yazılı razılıqlarını bildirmişdilər. Sonradan tikilmiş əlavə tikililərə dair “təqdim edilmiş layihəyə uyğun mövcud istifadə vəziyyətində iddiaçının adına sənədləşdirilməsinə icazə verilməsi barədə” Nərimanov Rayon İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli, 479 nömrəli sərəncamı qəbul edilmişdir. Nərimanov Rayon İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli, 479 nömrəli sərəncamı mübahisəsiz olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən qəbul edilmişdir. Yəni mübahisə yaradılmadan sərəncamda qeyd edilən tikililərə dair mülkiyyət hüquqlarınının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla çıxarış verilməsinə razılıq verilmişdir. Sadəcə sərəncam tikililər ilə bağlı verildiyindən, qeyd olunan həmin ünvanda 115,9 kv.m ölçüdə tikintialtı torpaq sahəsi sərəncamda qeyd edilmədiyindən, torpaq sahəsinə dair çıxarış almaq üçün məhkəməyə müraciət etmək məcburiyyətində olmuşdur. 2017-ci il tarixdə 2 saylı ünvan 8 ünvanındakı 115,9 kv.m ölçüdə tikintialtı torpaq sahəsinə mülkiyyət hüquqlarınının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq həmin evlə birlikdə sözügedən torpaq sahəsinə dair vahid əmlak kimi reyestrdən çıxarışın verilməsi Öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə” iddiasına baxılmış və iddiası 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-1(82) 4500/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarı ilə təmin edilmiş, cavabdeh tərəfindən verilmiş şikayətlər rədd edilərək, qərar 2018-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Qeyd edilən iddia üzrə çıxarılan qərarın icrası zamanı 2018- ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi, ona aid Nərimanov rayon İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli, 479 nömrəli sərəncamı da ondan təhvil alaraq, ümumi tikili və torpaq sahəsinə dair (həm məhkəmə qərarında qeyd edilən sahə, həmçinin sərəncamda qeyd edilən tikili sahələrə dair) mülkiyyət hüququna dair çıxarış və texniki pasport vermişdir. Sonradan Nərimanov Rayon İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli, 479 nömrəli sərəncamının etibarsız hesab edilməsinə dair X12, X9, X5, X11 iddia qaldırmışlar. Onların iddialarına hər üç məhkəmə instansiyasında baxılaraq rədd edilmişdir, (həmin iddiaya dair Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(102)- 209/2023 saylı yekun qərarı qəbul edilmişdir). Bundan başqa X12 və digərləri Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-1(82) 4500/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarından guya məlumatsız olduqlarını və həmin məhkəmə qərarının onların maraqlarına toxunduğunu bildirmişlər. Məhkəmə tərəfindən 3cü şəxs qismində işə cəlb edilməklə 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-1(82) 4500/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarı ləğv edilmiş və işə yenidən mahiyyəti üzrə baxılmışdır. Məhkəmə araşdırılmasından sonra 2017-ci il tarixdə təqdim etdiyi iddia tələbi əsaslı və qanuni olduğundan yenidən təmin edilmişdir. Amma iddianın yenidən təmin edilməsinə baxmayaraq hakim tərəfindən ondan xəbərsiz olaraq, qanunla hakimə verilmiş səlahiyyətləri keçərək, cavabdeh orqanın mübahisəsiz qəbul etdiyi, Ali Məhkəmə tərəfindən qanuniliyi təsdiq edilmiş Nərimanov rayon İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli, 479 nömrəli sərəncamına əsasən 2018-ci il tarixdə verilmiş çıxarış və texniki pasport “icraya dönüş” qərardadı adı altında ləğv edilmişdir. Məhkəmə “icraya dönüş” qərardadı ilə birbaşa Ali Məhkəmə tərəfindən qanuniliyi təsdiq edilmiş Nərimanov rayon İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli, 479 nömrəli sərəncamının düzgünlüyünü mübahisələndirmişdir. Yəni qərardadın gəldiyi nəticə ilə Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-l(102)-209/2023 saylı yekun qərarı arasında ziddiyyət yaranmışdır. Bundan savayı cavabdeh orqan tərəfindən mübahisələndirilməyən, hazırki iddia üzrə məhkəmə predmeti olmayan, məhkəmədə hazırki iddia ilə mübahisələndirilməyən, sərəncama dair münasibət bildirməklə hakim kobud qanun pozuntusuna yol vermişdir. Bakı İnzibatı Məhkəməsində iddiaya mahiyyəti üzrə yenidən baxılan zaman hakim tərəfindən yerli baxış keçirilmiş, orada 3 nəfər dindirilmiş. Onlar da tikililərin onun tərəfindən aparıldığınına dair izahatlar vermişlər. Qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və üçüncü şəxslərin ərizəsinin rədd edilməsini xahiş etmişdir. Üçüncü şəxslər X6 və X4 nümayəndəsi (vəkili) Vəkil3 apellyasiya şikayətinə yazılı etiraz verərək bildirmişdir ki, apellyasiya şikayətinin əsası kimi göstərilmişdir ki, sözügedən qərardad guya elan edilib, elektron məhkəmə kabinetinə yüklənməyib və s. Halbuki qərardad elan edilmiş və hətta elandan sonra iddiaçının vəkili münasibət bildirərək qərardada ehtiyac olmadığını bildirmişdir. Bundan əlavə, xx.xx.2023-cü il tarixdə elektron kabinetə yerləşdirilmiş məhkəmənin eyni -xx.xx.2023-cü il tarixli qərarında ayrıca abzasda şikayət olunan qərardad barədə qeyd vardır/qərarın 4-cü səhifəsi/. Daha sonra iddiaçı MPM-nin 236-1-ci maddəsinə əsaslanaraq mövcud icra edilmiş qərar ləğv edilsə də işə yenidən baxıldıqdan sonra iddianın təmin olunması barədə eyni məzmunlu qərar qəbul edilmişdir. O zaman sual olunur ki, iddiaçı nədən narahatdır? Eyni məzmunlu qərarı yenə eyni qaydada icra etdirər. İddiaçı apellyasiya şikayətinə əlavəsində qeyd etmişdir ki, əlavə tikililərə sərəncamla çıxarış almışdır, icraya dönüş barədə ərizə gizlin saxlanılmış, müzakirələr aparılmamışdır. Gizlin saxlanılma ilə bağlı bildirir ki, hazırkı işin icraatı elektron qaydada aparıldığından o “ləğv edilmiş məhkəmə qərarının icrasında dönüş edilməsi barədə” ərizəni elektron məhkəmə sisteminə xx.xx.2023-cü il tarixdə həm sənəd olaraq ərizə kimi, həm də vəkil müraciəti kimi 2 dəfə təqdim etmişdir.. Bu fakt bir daha sözügedən ərizənin gizlin saxlanması barədə yazılanların yalan, cəfəngiyyat olduğunu sübuta yetirir. Bundan əlavə, iddiaçı tələbinin dəqiqləşdrilməsi barədə ərizəsini də xx.xx.2023-cü il tarixdə elektron kabinet vasitəsilə təqdim etmişdir. Sadalananlara əsasən iddiaçının e-kabinetdə həmin ərizəni görməməsi mümkünsüzdür. Apellyasiya şikayətinə əlavədə həmçinin qeyd olunur ki, hakim sərəncamı mübahisələndirmiş, sərəncama münasibət bildirmişdir. Bir daha bildirir ki, məhkəmə qərarı cavabdeh inzibati orqana icra üçün göndərildikdən sonra iddiaçı öz adına xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmış RX seriyalı ******* nömrəli çıxarış və xx.xx.2018-ci il tarixdə tərtib olunmuş texniki pasportu məhz məhkəmə qərarı əsasında almışdır. Əgər əlavə əraziləri “qanuni sərəncam” əsasında həmin sənədlərə əlavə etdirmişdirsə, bunu özü şikayətində yazdığı kimi məhkəmə qərarının eyni nəticə hissəsi ilə təkrarən əlavə etdirə bilər. Mübahisələndirilən qərardad məhkəmə icraatının iştirakçılarına eyni tarixdə göndərilmişdir. Apellyasiya şikayəti mümkün sayılaraq icraata qəbul edilmiş və işə baxılması xx.xx.2023-cü il tarixə təyin edilmişdir. İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil2 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Üçüncü şəxslər X6 və X4 nümayəndəsi (vəkili) Vəkil3 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi X2 mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, inzibati məhkəmə icraatının iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək, ərizə rədd olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, hazırki iş üzrə Azərbaycan Respublikası 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qəbul etdiyi 2-1(82)-4500/2017 saylı xx.xx.2017-ci il tarixli qərarı ilə iddia təmin edilərək, iddiaçının ünvan 9 ünvanında yerləşən evin 115.9 kv.m ölçüdə tikintialtı torpaq sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq həmin evlə birlikdə sözügedən torpaq sahəsinə dair vahid əmlak kimi reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Həmin məhkəmə qərarının icrası təmin olunaraq, ünvan 10 ünvanına dair İddiaçı adına RX seriyalı ******* nömrəli xx.xx.2018-ci il qeydiyyat tarixli çıxarış hazırlanmışdır. Qeyd edilən Çıxarışa əsasən daşınmaz əmlakın ümumi sahəsi 306.7 kv.m., torpaq sahəsinin ölçüsü isə 0,01159 ha olaraq göstərilmişdir. Sonradan üçüncü şəxslər X12 və X11 məhkəməyə ərizə ilə müraciət edərək, ləğv edilmiş 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(82)4500/2017 saylı qərarı əsasında 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ünvan 6 ünvanına dair İddiaçı adına xx.xx.2018-ci il tarixdə tərtib edilmiş texniki pasport ləğv olunmaqla əvvəlki vəziyyətə geriyə dönüş edilməsini məhkəmədən xahiş etmişdir və birinci instansiya məhkməsi də onların ərizəsinin təmin olunması barədə qərardad qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – İPM) müddəaları tətbiq oluna bilər. Eyni zamanda həmin Məcəllənin 81.3-cü maddəsinə görə, bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Odur ki, MPM-in 236-1.1-ci maddəsinin hazırki işdə tətbiqini məhkəmə kollegiyası mümkün sayır. Həmin maddənin tələbinə görə, icra edilmiş qətnamə ləğv edildikdə və işə yenidən baxıldıqdan sonra iddianın tamamilə və ya onun bir hissəsinin rədd edilməsi haqqında qətnamə, yaxud iş üzrə icraata xitam verilməsi, yaxud da iddianın baxılmamış saxlanması haqqında qərardad çıxarıldıqda bu aktı qəbul etmiş məhkəmə icrada dönüş edilməsi barədə tədbirlər görməli, o cümlədən ləğv edilmiş qətnamə üzrə bir tərəfin xeyrinə alınanları digər tərəfə qaytarmalı, əmlakı qaytarmaq mümkün olmadıqda isə, həmin əmlakın dəyərini tutmalıdır. MPM-in 236-1.2-ci maddəsinə görə məhkəmə öz təşəbbüsü ilə icrada dönüş haqqında məsələyə baxmalı və iş üzrə icraatın yekunlaşdığı yeni qətnamədə, yaxud qərardadda onu həll etməlidir. MPM-in 236-1.3-cü maddəsinə görə məhkəmə ləğv edilmiş qətnamənin icrasında dönüş haqqındakı məsələni həll etməzsə, işdə iştirak edən şəxslərin, yaxud işdə iştirak etməyə cəlb edilməyən, lakin ləğv edilmiş qətnamə və ya qərardad əsasında aparılmış icra onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin icrada dönüş haqqında ərizəsi üzrə məhkəmə qərardad qəbul edir. Bu ərizəyə işdə iştirak edən şəxslər xəbərdar edilməklə, məhkəmə iclasında baxılır. Lakin həmin şəxslərin gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələni həll etməyə mane olmur. Sadalanan normaların məzmunundan aydın olur ki, birinci instansiya məhkəməsi 3-cü şəxslərin işə cəlb olunması ilə bağlı işin icraatını təzələyib, işə mahiyyəti üzrə baxarkən həmin anda həm də icra edilmiş məhkəmə aktının icrası ilə bağlı icrada dönüş etməyə borclu idi. Lakin icrada dönüşü həmin anda etməyib, sonradan işin mahiyyəti üzrə müvafiq qərar qəbul edərkən də bu dönüşü etmənin mümkünlüyünü qanunverici məhkəmənin başqa qənaətə gəlməsi (məsələn, əvvəllər təmin edilmiş iddianı sonradan təmin etməzsə) ilə şərtləndirir. Hazırki işdə isə məhkəmə işə yenidən mahiyyəti üzrə baxıb eyni nəticəyə, yəni iddianın təmin edilməsi qənaətinə gəldiyi üçün həmin qərarın qəbul edildiyi gündə həm də icrada dönüş etmə zərurəti yaranmamışdır. İşdən görünür ki, birinci instansiya məhkəməsinin əvvəl qəbul etdiyi 2-1(82)- 4500/2017 saylı xx.xx.2017-ci il tarixli qərarın nəticəvi hissəsi ilə sonradan icraatın təzələnməsi və işə yenidən mahiyyəti üzrə baxılması nəticəsində qəbul edilmiş 2-1(112)- 1492/2023 saylı 14 iyun 2023-cü il tarixli qərarın nəticəvi hissəsi eynilik təşkil edir. Bu barədə məhkəmə kollegiyası xüsusi olaraq vurğulayır ki, icrada dönüş işin mahiyyəti üzrə baxılması təzələnərkən həyata keçirilməyib, sonradan yekun məhkəmə aktının qəbul edildiyi anda həyata keçirilməsi üçün məhkəmənin əvvəlki qənaətindən fərqli qənaətə gəlməsi vacib idi ki, bu hal da hazırki işdə baş verməmişdir. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən əvvəlki qərarda gəlinən nəticədən fərqli nəticəyə gəlmədiyi halda, eyni nəticəyə gəlməsi barədə yekun məhkəmə aktı qəbul edərkən 3-cü şəxslərin ərizəsi əsasında həm də əvvəlki məhkəmə qərarının icrası ilə bağlı icra dönüş etməsinə bir zərurət olmamışdır. Qeyd olunanlarla bağlı məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş şikayət təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1492/2023 saylı 14 iyun 2023-cü il tarixli qərardadı ləğv olunmalı və üçüncü şəxslər X12 və X4 “icra dönüş” barədə ərizəsi təmin olunmamalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1492/2023 saylı 14 iyun 2023-cü il tarixli qərardadı ləğv edilsin. Üçüncü şəxslər X12 və X4 “icra dönüş” barədə ərizəsi təmin edilməsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-3780/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3780/2023
06.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver