Məhkəmə qərarları › İş №2-1(103)-3781/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3781/2025

19.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-3781/2025 19.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı İbrahim oğlunun cavabdeh “xxxx” X1nə qarşı iş üzrə (Açar sözlər: qərarın ləğv edilməsi və və aldığı hərbi travmaya görə əlilliyin təyin edilməsi) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, X3 və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Səmədzadə Günay Sarastən qızının katibliyi ilə, İddiaçının nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı İddiaçı İbrahim oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi * saylı Klinik Psixiatriya Xəstəxanası üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “qərarın ləğv edilməsi və və aldığı hərbi travmaya görə əlilliyin təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi İŞİN HALLARI

1. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komisiyasının ona əlillik dərəcəsi müəyyən edilməsindən imtina edilməsi barədə qərarının ləğv edilməsi, əlilliyin səbəbi-Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar olması ilə ona ötürülmüş müddət də daxil olmaqla, yəni 2021-ci ilin aprel ayından başlayaraq əlilliyi olan şəxs hesab edilməklə II qrup əlillik müəyyən edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

2. Sonradan iddiaçının nümayəndəsi və vəkili Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X7- Sosial Ekspert Komissiyasının *-**-*/*-*-****/**** saylı ## ###### 2024-cü il tarixli İddiaçı İbrahim oğluna əlillik dərəcəsi müəyyən edilməsindən imtina edilməsi barədə qərarının ləğv edilməsi və əlilliyin səbəbi-Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar olması ilə ona ötürülmüş müddət də daxil olmaqla, yəni 2021-ci ilin aprel ayından başlayaraq əlilliyi olan şəxs hesab edilməklə II dərəcə müddətsiz əlillik müəyyən edilməsi xahiş edilmişdir.

3. Daha sonra İPM-nin 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət TibbiSosial Ekspertiza və X7- Sosial Ekspert Komissiyasının ## #### 2024-cü il tarixli İddiaçı İbrahim oğluna əlillik dərəcəsi müəyyən edilməsindən imtina edilməsi barədə qərarın ləğv edilməsi və əlilliyin səbəbi-Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar olması ilə ona ötürülmüş müddət də daxil olmaqla, yəni ## #### 2024-cü il tarixindən başlayaraq iddiaçının, əlilliyi olan şəxs hesab edilməklə III dərəcə müddətsiz əlillik müəyyən edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1988-1990-cı illərdə Sovet Ordusu sıralarında xidmət etmişdir. 1991-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başlayan işğalçılıq müharibəsində Ağdamda təşkil olunan könüllü dəstələrin tərkibində düşmənə qarşı döyüşlərdə iştirak etmişdir. 1993-cü ildə Ağdam Hərbi komissarlığı tərəfindən rəsmən səfərbərlik xidmətinə çağırılmış, N saylı hərbi hissənin tərkibində düşmənə qarşı döyüşlərdə iştirak etmişdir. 1992-ci ildə ilk dəfə qolundan qəlpə yarası almışdır. 1994-cü ilin aprel ayında Ağdam rayonu, Qərvənd kəndi istiqamətində gedən döyüşlər zamanı onurğadan güllə yarası, eyni zamanda mərmi partlayışı nəticəsində kəlləbeyin travması almış, kontuziya olmuşdur. Oradan Bakı şəhəri M.Nağıyev adına xəstəxanaya müalicəyə göndərilmiş və orada müalicə almışdır. İlk dəfə 1995-1996-cı illər üzrə ona II qrup müharibə əlilliyi təyin edilmiş və müvafiq pensiya almışdır. Sonra isə 2007ci ildə II qrup əlilliyi bərpa olunmuş və 2021-ci ilin aprel ayına qədər müvafiq pensiya təyin edilmiş və pensiya almışdır. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin müharibə əlillərinə verilən müavinatı da almışdır. Sonuncu dəfə 2024-cü ilin avqust ayının 8də qeydiyyatda olduğu Azərbaycan Respublikası Səhiyyə Nazirliyi * nömrəli X5 Həkim Məsləhət Komissiyasında müayinədən keçmiş, barəsində Forma-88 tərtib olunaraq cavabdehə əlilliyin bərpa edilməsi üçün göndərilmişdir. Forma-88-də Komissiya ##.##.1994cü ildən ##.##.2021-ci ilədək stasionar müalicə aldığı bütün tibb müəssisələrinin adlarını, tibb müssisələrində olduğu müddətləri və klinik diaqnozları göstərmişdir. Bundan əlavə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi * nömrəli X5 Forma-88-də TSEK-ə göndəriş zamanı xəstəliyin diaqnozunu, XVT 10 kodlarını (F07.0, F07.8, F06.7, FI13.0, H52.2, M60.2, L40.0, R52.2, əsas diaqnoz T90.5) xəstəliyin səbəblərini, diaqnozun şərhlərini, əmək fəaliyyətinin II dərəcə itirilmə faizini də yazmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyası 2024-cü ilin avqust ayında U********APY saylı Forma-88 göndərişi üzrə əlillik təyinindən imtina etmiş, səbəb kimi “diaqnoz əlillik əlaməti təyin etmir” ifadəsini yazmışdır. Həmin imtina qərarı barədə ona ## ###### 2024-cü il tarixində məlumat verilmişdir.

5. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin ##.##.2024-cü il tarixli Qərardadı ilə iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əsl cavabdeh Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyi ilə əvəz edilmiş və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin ##.##.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur.

6. Məhkəmənin ##.##.2025-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi * saylı Klinik Psixiatriya Xəstəxanası üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmiş, eyni zamanda iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri üçüncü şəxslərə təqdim olunaraq, iddiaya qarşı öz münasibətini (etiraz) yazılı şəkildə məhkəməyə təqdim etmək təklif olunmuşdur.

7. ##.##.2025-ci il tarixdə “Elektron məhkəmə” sistemi vasitəsilə cavabdeh Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyinin iddia tələbinə dair yazılı münasibət (etiraz) məhkəməyə təqdim olunmuşdir.

8. Üçüncü şəxs – Azərbaycan Respublikası Səhiyyə Nazirliyi * saylı Klinik Psixiatriya Xəstəxanasının iddia tələbinə dair yazılı mülahizəsi məhkəməyə təqdim olunmamışdır.

9. Bakı İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət TibbiSosial Ekspertiza və X7- Sosial Ekspert Komissiyasının ## #### 2024-cü il tarixli İddiaçı İbrahim oğluna əlillik dərəcəsi müəyyən edilməsindən imtina edilməsi barədə qərarı ləğv edilməsi və əlilliyin səbəbi-Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar olması ilə ona ## #### 2024-cü il tarixindən III dərəcə müddətsiz əlillik müəyyən edilməsi barədə qərar qəbul edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi qərara alınmışdır.

10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

11. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətinə etiraz ünvanlayaraq apellyasiya şikayətinin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir.

12. Cavabdeh məhkəməyə prosessual hüquqi varisliyin tətbiq edilməsi barədə ərizə ünvanlayaraq inzibati iş üzrə cavabdeh qismində iştirak edən Cavabdeh X1nin (VÖEN: **********) fəaliyyətinə Azərbaycan Respublikası Prezidentinin “Əhalinin icbari tibbi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” *** saylı, ## #### 2026-cı il tarixli Fərmanı əsasında yenidən təşkil edilmə (birləşmə) nəticəsində xitam verildiyini, yenidən təşkil olunma nəticəsində “xxxx” X1 (VÖEN: **********) yaradıldığını, cavabdeh Cavabdeh X1nin hüquqi varis olan “xxxx” X1 ilə əvəz edilməsini məhkəmədən xahiş etmişdir.

13. AR MPM-nin 58.1-ci maddəsinə əsasən cavabdeh Cavabdeh X1 “xxxx” X1 ilə əvəz edilmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:

14. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun olaraq etiraza uyğun olaraq əsaslandırılmışdır.

MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI:

15. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətinin təmin edilməməsini, orqanizm funksiyalarının 35-60 faiz pozulmasına görə üçüncü dərəcə müddətsiz əlillik müəyyən edilməsinə etiraz etmədi.

16. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə cavabdeh nümayəndəsinin məhkəmə kollegiyasının iclasında iştirakını təmin etməmişdir.

17. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLI MƏHKƏMƏ ARAŞDIRMASININ ƏSASINI TƏŞKİL EDƏN SƏNƏDLƏR

18. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2007-ci il tarixli, № *** saylı qərarın surətindən müəyyən olunur ki, Ağdam RHK tərəfindən 1993-cü ildə hərbi xidmətə çağırılmış, 1994-cü ildə fərarilik etdiyi üçün Qarabağ hərbi prokurorluğunun məktubuna əsasən qeydiyyata götürülmüş, vətəndaş İddiaçı İbrahim oğlunun döyüş zonasında hərbi xidmət keçərkən ##.##.1994-cü ildə aldığı, ##.##.1994-cü ildən ##.##.1994-cü ilə kimi M.Nağıyev adına təcili tibbi yardım xəstəxanasında müayinə və müalicə olunduğu yaralanma - diaqnoz: “Sağ bel nahiyyəsinin yumşaq toxumalarının dəlibkeçən qəlpə yarası” və ##.##.1995-ci ildən ##.##.1995-ci ilə kimi N nömrəli hərbi hissədə müayinə və müalicə olunduğu travmanın nəticələri - diaqnoz: “Keçirilmiş qapalı kəllə-beyin travmasının (##.##.1994) nəticələri. Mühüm dərəcəli asteno-vegetativ sindrom, isterik reaksiyalarla” (Ağdam RHK-nın ##.##.2006-cı il tarixli */**** nömrəli göndəriş və **** nömrəli arayışı, MN MHKH-ın cərrahiyyə profilli HHK-nın ##.##.1993-cü il tarixli *** nömrəli arayışı, M.Nağıyev adına xəstəxananın verdiyi ##.##.1994-cü il tarixli çıxarış epikrizi, N nömrəli hərbi hissənin verdiyi ##.##.1995-ci il tarixli çıxarış epikrizi, Qarabağ hərbi prokurorluğunun ##.##.2006-cı il tarixli **/**** nömrəli məktubu ilə təsdiq edilir), “HƏRBİ TRAVMA, AZƏRBAYCAN RESPUBLİKASININ MÜDAFİƏSİ ZAMANI ALINMIŞDIR”. N nömrəli hərbi hissənin HHKnın ##.##.1995-ci il tarixli travmanın hərbi xidmətlə səbəb əlaqəsi haqqında qərarları ləğv edilir. ƏSAS: MN MHHK-nın *** nömrəli, ##.##.2007-ci il tarixli protokolu.

19. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai Rayon İdarəsinin ##.##.2014-cü il tarixli, № *** saylı arayışında göstərilmişdir ki, 1970-ci il təvəllüdlü İddiaçı İbrahim oğlu ##.##.1993-cü ildən ##.##.1994cü ilədək Azərbaycan Respublikasının ərazi bötüvlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir və ##.##.1994-cü il tarixdə N saylı hərbi hissənin tərkibində Ağdam rayonu uğrunda gedən döyüşlərdə yaralanmışdır. Nəticədə II qrup əlildir.

20. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin ##.##.2016-cı il tarixli, № */*-**** saylı arxiv arayışında göstərilmişdir ki, 1970-ci il təvəllüdlü İddiaçı İbrahim oğlu Ağdam RHK-dan hərbi xidmət keçmək üçün çağırılmışdır, N №-li hərbi hissə komandirinin ##.##.1993-cü il tarixli, *** №-li əmrilə “sıravi” hərbi rütbəsində hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş, pul təminatı ilə təmin olunaraq vəzifəyə təyin olunmuş və 3-cü MAT-a təyin edilmiş və ## ##### 1994-cü il tarixli *** №-li əmrilə stasionar müalicə almaq üçün *** №-li hərbi hospitala göndərilmişdir.

21. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “xxxx” X1nin ##.##.2022-ci il tarixli, **** №-li məkubunda göstərilmişdir ki, İddiaçı İbrahim oğlu ##.##.2022-ci il tarixdə müayinə olunmuşdur. Diaqnoz: Emosiallabil pozuntu, yaddaşın enməsi ilə. F06.6; F06.7

22. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” X1nin “Həkim psixiatr Komissiyasının” ##.##.2023-cü il tarixli, № **** və ##.##.2024-cü il tarixli, № **** saylı rəyin surətindən müəyyən olunur ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ## ###### 2023-cü il *-**/*-*-***/**** saylı “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun İddiaçı İbrahim oğlu xxxxnın nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunub. Diaqnoz: Baş beynin üzvi xəstəliyi (İ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması) nəticəsində kəskin şəxiyyət dəyişikliyi, kobud davranış pozuntuları, koqnitiv funksiyaların zəifləməsi ilə F 07.0.

23. İddiaçı İbrahim oğluna aid aşağıdakı: ##.##.2007-ci il tarixli *******0001 akt №-li qiymətləndirmə nəticəsindən görünür ki, X9: VI Sinif - Sinir sistemi xəstəlikləri => G90-G99 - Sinir sisteminin digər pozğunluqları => G93 - Baş beynin digər zədələnmələri => G93.8 - Baş beynin digər dəqiqləşdirilmiş zədələnmələri; Diaqnozun mətni: Postravmatik ensefalopatiya.qabarıq ifadə olunmuş asteno-nevrotik sindrom və vazovegetativ krizlərlə.xr. bel oma radikuliti.davamlı ağrı sindromu; Meyar: İkinci dərəcə əlillik => DİGƏR: : Asteno-nevrotik sindrom və vazovegetativ krizlərlə; Müddət: 1 il; Növbəti qiymətləndirmə tarixi: ##.##.2008-ci il.

24. ##.##.2014-ci il tarixli *******0002 akt №-li qiymətləndirmə nəticəsindən görünür ki, X9: VI Sinif - Sinir sistemi xəstəlikləri => G90-G99 - Sinir sisteminin digər pozğunluqları => G93 - Baş beynin digər zədələnmələri => G93.8 - Baş beynin digər dəqiqləşdirilmiş zədələnmələri; Diaqnozun mətni: Postravmatik ensefalopatiya. qabarıq ifadə olunmuş asteno-nevrotik sindrom və vazovegetativ krizlərlə.xr. bel oma radikuliti.davamlı ağrı sindromu; Meyar: İkinci dərəcə əlillik => DİGƏR: : Asteno-nevrotik sindrom və vazovegetativ krizlərlə; Müddət: 1 il; Növbəti qiymətləndirmə tarixi: ##.##.2015-ci il.

25. ##.##.2015-ci il tarixli *******0003 akt №-li qiymətləndirmə nəticəsindən görünür ki, X9: VI Sinif - Sinir sistemi xəstəlikləri => G90-G99 - Sinir sisteminin digər pozğunluqları => G93 - Baş beynin digər zədələnmələri => G93.8 - Baş beynin digər dəqiqləşdirilmiş zədələnmələri; Diaqnozun mətni: Postravmatik ensefalopatiya, qabarıq ifadə olunmuş asteno-nevrotik sindrom. Bel nahiyyənin sol tərəfdə güllə yarasından s/kobud çapığı. Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.12. Sinir sisteminin müxtəlif (travma, infeksiya, xroniki intoksikasiya və ya qan dövranı pozğunluqları mənşəli), kəskin nəzərə çarpan vegetativ əlamətlərlə keçən fu... Müddət: 1 il; Növbəti qiymətləndirmə tarixi: ##.##.2016-cı il.

26. ##.##.2016-cı il tarixli *******0004 akt №-li qiymətləndirmə nəticəsindən görünür ki, X9: VI Sinif - Sinir sistemi xəstəlikləri => G90-G99 - Sinir sisteminin digər pozğunluqları => G93 - Baş beynin digər zədələnmələri => G93.8 - Baş beynin digər dəqiqləşdirilmiş zədələnmələri; Diaqnozun mətni: Postravmatik ensefalopatiya, qabarıq ifadə olunmuş asteno-nevrotik sindrom. Bel nahiyyənin sol tərəfdə güllə yarasından s/kobud çapığı. Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.12. Sinir sisteminin müxtəlif (travma, infeksiya, xroniki intoksikasiya və ya qan dövranı pozğunluqları mənşəli), kəskin nəzərə çarpan vegetativ əlamətlərlə keçən fu... Müddət: 5 il; Növbəti qiymətləndirmə tarixi: ##.##.2021-ci il.

27. ##.##.2021-ci il tarixli *******0005 akt №-li qiymətləndirmə nəticəsindən görünür ki, X9: VI Sinif - Sinir sistemi xəstəlikləri => G90-G99 - Sinir sisteminin digər pozğunluqları => G93 - Baş beynin digər zədələnmələri => G93.8 – Baş beynin digər dəqiqləşdirilmiş zədələnmələri; Diaqnozun mətni: Baş beynin digər dəqiqləşdirilmiş zədələnmələri, Posttravmatik ensefalopatiya. Qabarıq ifadə olunmuş asteno-nevrotik sindrom və vazoveqetativ krizlərlə. Xroniki bel-oma radikuliti, kəskin davamlı kökcük ağrı sindromumilə, tez-tez kəskinləşən krizlərlə. Bel nahiyyəsinin güllə yaralanmasından sonrakı davamlı qalıq əlamətləri (1993-cü ildə l-ci Qarabağ müharibəsində). Dəqiqləşdirilməmiş psoriaz, Sağ ətrafların hərəkət funksiyalarının pozulması. Meyar: İmtina edilir. Mərkəzə göndərilmənin (imtina edilmənin səbəbi): Diaqnoz əlillik əlaməti təyin etməməsi – Səbəbi: Diaqnoz əillik əlaməti təyin etmir.

28. ##.##.2022-ci il tarixli *******0006 akt №-li qiymətləndirmə nəticəsindən görünür ki, X9: VI Sinif - Sinir sistemi xəstəlikləri = > G90-G99 - Sinir sisteminin digər pozğunluqları = > G93 - Baş beynin digər zədələnmələri = > G93.2 - Xoşxassəli kəllədaxili hipertenziya; Diaqnozun mətni: Baş beynin digər dəqiqləşdirilmiş zədələnmələri, Postravmatik ensefalopatiya. Radikulopatiya, .Radikulopatiya.Xroniki beloma radikuliti.Kəskin davamlı kökcük ağrı sindromu ilə.Tez-tez kəskinləşən krizlərlə.Bel nahiyyəsinin güllə yaralanmasından sonrakı davamlı qalıq əlamətləri (1993-cü il). Vegetativ [avtonom] sinir sisteminin digər pozğunluqları, .Qabarıq ifadə olunmuş astenonevrotik sindrom və vazovegetativ krizlərlə; Üzvi mənşəli emosional labil [astenik] pozğunluq, Emosional ləbil pozuntu. Yüngül koqnitiv pozğunluq, .Yaddaşın enməsi. Psoriaz, .Vulqar psoriaz,yayılmış forma. Hərəkətin və yerişin pozulmaları, .Sağ ətrafın hərəkət funksiyasının pozulması. Pteriqium, VİS OD=0.2 VİS OS=0.3. Meyar: İmtina edilir. Mərkəzə göndərilmənin (imtina edilmənin səbəbi): Göndərişin natamam doldurulması - Səbəb: Keyfiyyətsiz doldurulmaxəstənin aktiv sürücülük vəsiqəsinin olması diaqnozla uyğun deyil.

29. ##.##.2022-ci il tarixli *******0007 akt №-li qiymətləndirmə nəticəsindən görünür ki, X9: XII Sinif - Dəri və dərialtı toxuma xəstəlikləri => L40- L45 - Papulaskvamoz pozğunluqlar => L40 - Psoriaz => L40.0 - Adi psoriaz; Diaqnozun mətni: Psoriaz, .Vulqar psoriaz,yayılmış forma; Meyar: İmtina edilir. Mərkəzə göndərilmənin (imtina edilmənin səbəbi): Diaqnoz əlillik əlaməti təyin etməməsi – Səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Xüsusi səbəbdən-Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Ümumi xəstəlik səbəbi ilə əlaqədar- Müalicənin davam etdirilməsi barədə qərar qəbul edilmişdir.

30. ##.##.2024-cü il tarixli *******0008 akt №-li qiymətləndirmə nəticəsindən görünür ki, Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. Yumşaq toxumaların başqa rubrikalarda təsnif olunmayan, yad cisimlə əlaqədar granuloması. Baş-beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları, kəskin şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, koqnitiv funksiyaların zəifləməsi ilə. Konyuktivanın filyarioz invaziyası. Astiqmatizm. Adi psoriaz. Digər daimi ağrı. Mərkəzə göndərilmənin (imtina edilmənin səbəbi): Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir.

31. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X7- Sosial Ekspert Komissiyasının ##.##.2024cü il tarixli, № *-**-*/*-*-****/**** saylı Qərarında qeyd olunmuşdur ki; “... Dövlət Tibbi-Sosial Ekspertiza və X7-Sosial Ekspert Komissiyası (bundan sonra- Komissiya) ##.##.2024-cü II tarixində aşağıda adları göstərilən 17 nəfər vətəndaşın müraciətlərinə əsasən əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir. - 7. Bakı şəhər sakini ##.##.1970-ci il təvəllüdlü İddiaçı İbrahim oğlunun əlillik vəziyyəti tibb müəssisəsinin *******AABQJ nömrəli ##.##.2021-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. Daha sonra əlillik vəziyyəti DTSERA-da ##.##.2022-ci il tarixli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və Əlavə müalicəyə ehtiyacı olması barədə qərar verilmişdir (ESDAS: 3- 17-4/3-1-22905/2023). Yenidən əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. - Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən ##.##.2007-ci il tarixli *** nömrəli Qərar verilmişdir. Həmin qərarda “Saç bel nahiyəsinin yumşaq toxumalarının dəlib-keçən qəlpə yarası. Keçirilmiş qapalı kəllə-beyin travmasının (##.##.1994) nəticələri. Mühüm dərəcəli asteno-veqetativ sindrom, isterik reaksiyalarla” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. - Vətəndaş ##.##.2023-cü il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin obyektiv vəziyyətinin müayinəsi zamanı saq qolundan qəlpə yarası aldığını söyləmiş, əsəbilik, yuxusuzluqdan və əsəbləşdiyi zaman ətraflarında, üzündə keyimə, bədənində səpkilər olmasından şikayətlənmişdir. Baxış zamanı qarının sağ yan tərəfində, sağ bazunun aşağı 1/3-də, sağ saidin yuxarı 1/3-də çapıqlar izlənmiş, hərəkətləri sərbəst olmuşdur. Eyni zamanda dirsəkdə, budda səpki izləri, baldırda isə kəpəklənmiş səpkilər müşahidə olunmuşdur. Psixi statusunda ünsiyyətə sərbəst daxil olmuş, emosional stabil olmuş, əhval-ruhiyyə fonu normal, affektiv reaksiyalara/ adaptiv, mühakimə qabiliyyəti qorunmuş, reallığı qiymətləndirə bilmiş, asteno-nevrotik əlamətlər müşahidə edilmişdir. ” kimi qeyd olunmuş, Xüsusi səbəbdən Diaqnoz əlillik əlaməti təyin etmir və Ümumi xəstəlik səbəbindən Müalicənin davam edilməsi barədə qərar qəbul edilmişdir. - Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı 1994-cü ildə yaralanması olduğunu söyləmiş, yuxusuzluq, başağrıları, insanlarla yola gedə bilməməsindən, psoriaz xəstəsi olmasından şikayətlənmişdir. Anamnezində intihar cəhdləri olduğunu, 3 aydan bir psixiatrik xəstəxanalarda müalicə aldığını qeyd etmişdir. - Baxış zamanı sağ bel nahiyəsində, sağ bazunun aşağı 1/3-də, sağ saidin yuxarı 1/3-də çapıqlar müşahidə edilmiş, hərəkətləri sərbəst olmuşdur. Dirsəklərdə, hər iki budda sönmüş vəziyyətdə tək-tək psoriatik ləkələr izlənilmiş, hər iki baldırda dəri səthi tünd qırmızı rəngdə olmuşdur. - Nevroloji müayinə zamanı əlillik təyinatına əsas verə biləcək ocaqlı simptomatika aşkar edilməmiş, verdiyi anamnestik məlumatlar və təqdim edilmiş EEQ müayinəsinin nəticəsi epitutmaları təsdiqləməmişdir. - Psixi statusu: bələdliyi bütün istiqamətlərdə saxlanılmış, zahirən geyimi səliqəli, ümumi suallara adekvat cavablar vermiş, mimikası canlı olmuşdur. Ünsiyyətə həvəslə daxil olmuşdur. Xəstəliklə bağlı şikayətləri, müalicələr barədə məlumat verə bilməmişdir. - X2 ##.##.2023-cü il tarixli EEQ müayinəsinin nəticəsi "Beyinin bioelektrik potensialların enməsi, diffuz tipli dəyişiklikləri (anamnezində 1994-cü ildə kəlləbeyin travmasını qeyd edir) və paroksizmlərə meyilliyi müşahidə olunur" kimi qeyd olunmuşdur. - X2 ##.##.2023-##.##.2023-cü il tarixli Çıxarışında diaqnoz “Keçirilmiş qapalı kəlləbeyin travması, baş beyin silkələnməsinin qalıq əlamətləri. Postravmatik ensefalopatiya, asteno-nevrotik sindromla. Tez-tez təkrarlanan veqetativvestibulyar krizlərlə, kəllə-daxili hipertoniya fonunda. Emosional-labil pozuntu, yaddaşın enməsi ilə" kimi qeyd edilmişdir. - X4 və Ortopediya İnstitutunun ##.##.2023-cü il tarixli ********** nömrəli Arayışında diaqnoz “Odlu silahla yaralanmadan sonra sağ bazunun orta-aşağı 1/3-nin ön, sağ dirsək oynağının ön, sağ tərəfli qatının aşaqı-tış, sağ bel nahiyəsinin arxa, sağ budun yuxarı 1/3nin iç səthlərində çapıq toxuması, sağ baldırın boylama bütöv səthlərinin trofik dəri dəyişiklikləri, sağalmayan yaraları, L4-L5 fəqərə ətrafının osteofitləri, bel fəqərənin osteoxondrozu, irrodiasiya verən kəskin kökcük ağrı sindromu, sağ aşıq-baldır oynağının açıcı-bükücü kəskin kontraktura (açma 110 dərəcə, bükmə 100 dərəcə), əzələ atrofiyası, daimi ağrı sindromu və hərəkət funksiyasının pozulması.” kimi qeyd olunmuş, əyani müayinə zamanı öz təsdiqini tapmamışdır. - xxxxnın ##.##.2024-cü il tarixli **** nömrəli Tibbi rəyində diaqnoz “Baş beynin üzvi xəstəliyi (İ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması) nəticəsində kəskin şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, koqnitiv funksiyaların zəifləməsi ilə" kimi qeyd edilmişdir. (Təyin edilən diaqnoz 1 il müddətinə qüvvədədir). - * nömrəli Klinik Psixiatriya Xəstəxanasının 02.04.02024-##.##.2024-cü il tarixli ****/** nömrəli Çıxarışında diaqnoz “Baş beyinin üzvi xəstəliyi (İ Qarabağ müharibəsi zamanı alınmış QKBT) nəticəsində kəskin şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, koqnitiv funksiyaların zəifləməsi ilə" kimi qeyd edilmiş, əyani müayinə zamanı öz təsdiqini tapmamışdır. - Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq oIaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.”

32. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “xxxx” X1 tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, № *** saylı (canlı şəxsin ekspertizası) rəyində qeyd olunmuşdur ki, İddiaçı İbrahim oğlunda hazırda Baş beynin üzvi xəstəliyi (İ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması) nəticəsində şəxiyyət dəyişikliyi, koqnitiv funksiyaların zəifləməsi ilə (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F07.0) müəyyən edilir.

33. Azərbaycan Respublikası Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “xxxx” X1nin ##.##.2026-cı il tarixli, "Sağlamlıq vəziyyətinin təyininə dair" tərtib edilmiş T ***/**** saylı ekspert rəyinə əsasən “Baş beyinin üzvi xəstəliyi (İ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması) nəticəsində kəskin şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, koqnitiv funksiyanın zəifləməsi-F07.0” xəstəliyi ilə qeydiyyatdadır. Vətəndaş S.İ.Allahverdiyevin adına Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş ##.##.2007-ci il tarixli, *** nömrəli qərarda qeyd edilmiş “Keçirilmiş qapalı kəllə-beyin travmasının (##.##.1994) nəticələri, mühüm dərəcəli asteno-vegetativ sindrom, isterik reaksiyalarla” diaqnozu “T90-başın travmalarının nəticələrinin F07.0, F07.1, F07.2, F07.8" bəndləri ilə uyğunluq təşkil edir. "Keçirilmiş qapalı kəllə-beyin travmasının (##.##.1994) nəticələri, mühüm dərəcəli asteno-vegetativ sindrom, isterik reaksiyalarla" diaqnozlar arasında uyğunluq vardır. Belə ki, həmin bəndlərdə göstərilən diaqnozlar “T90 (Başın travmalarının nəticələri) və F07.0, F07.1, F07.2, F07.8" keçirilmiş qapalı kəllə-beyin travmasının gecikmiş ağırlaşmaları ola bilər.

34. Məhkəmənin sorğusuna cavab olaraq İddiaçı İbrahim oğlunun pensiya işinə dair inzibati icraat materiallarının surətindən müəyyən olunur ki, iddiaçıya 2007-ci il tarixdən 2016cı il tarixədək əlilliyə görə (bir illik müddət təyin edilməklə) və 2016-cı il tarixdən 2021-ci il tarixədək pensiya təyin olunmuşdur (iş səhifə 212).

TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ

35. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

36. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir.

37. Əvvəla iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

38. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nı, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunu və “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununu nəzərə alaraq hesab edir ki, cavabdeh inzibati orqanın imtinası və iddiaçı barəsində qəbul etdiyi qərarı qanunsuz və əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.

39. İlkin olaraq, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 2.1, 2.4-cü bəndlərinin məzmunundan irəli gəlir. Belə ki, həmin normaların tələbinə görə: - şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya ... hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır (2.1-ci bənd); - TSEK göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir.

40. Göründüyü kimi, tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya hərbi həkim komissiyaları tərəfindən tərtib olunmuş göndərişdəki məlumatlar şəxsin əlilliyinin qiymətləndirilməsinin əsasını təşkil edir.

41. Məhkəmə, həmçinin nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinin tələbinə görə, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

42. Məhkəmə kollegiyası xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, qüvvədən düşmüş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə əlilliyin təyin olunması üçün tibbi göndərişdə olan xəstəliyin əsas və ya yanaşı xəstəlik və ya ağırlaşma olmasından asılı olmamışdır. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda isə həmin məsələ konkret olaraq öz həllini tapmışdır ki, istər əsas diaqnoz və ağırlaşmalar nəzərə alınmaqla əlilliyin təyini mexanizmi müəyyənləşdirilmişdir. Lakin, xüsusi olaraq qeyd edilir ki, iddiaçıya əlilliyin təyinatından imtina verilərkən qüvvədə olan qanunvericilikdə də ağırlaşmanın nəzərə alınmamalı olmaması, məhz əsas diaqnozla əlilliyin təyin edilməsi barədə xüsusi norma mövcud deyil.

43. Bundan əlavə qeyd olunmalıdır ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanmalıdır.

44. Doğrudur ki, diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsi cavabdehin diskresion səlahiyyətinə aiddir və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməz. Lakin bununla bağlı qeyd olunmalıdır ki, iddiaçıya əlilliyin təyin olunması ilə əlaqədar məsələni həll edərkən, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normalarının tələblərini nəzərə almağa borcludur.

45. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur.

46. Məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.

47. Bu mənada diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsinin cavabdehin diskresion səlahiyyətinə aid olması və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxiləyə yol verilməməsi ilə bağlı nəzərə alınmalıdır ki, cavabdehin həmin hallarla bağlı arqumenti iddiaçının hüquqlarının əsassız olaraq məhdudlaşdırılmasına gətirib çıxarda biləcəyi üçün onun hazırkı mübahisəyə münasibətdə qəbul etdiyi qərara həm də bu prizmadan qiymət verilməlidir.

48. Odur ki, cavabdeh tərəfindən hazırkı mübahisəyə münasibətdə iddiaçıya əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması qanunsuz və əsassız sayılmalıdır.

49. Məhkəmə kollegiyası qeyd edir ki, göndərişin göndərildiyi dövrdə və hal-hazırda qüvvədə olan Meyarlarda üzvi mənşəli şəxsiyyət pozuntusu xəstəliyi F07.0 kodu altında göstərilir ki, həmin xəstəlik iddiaçıya əlilliyin təyininə əsas verir. Cavabdeh isə, istər həmin xəstəliyin əlillik təyinatı üçün əsas olduğunu, eləcə də iddiaçının əlilliyinin təyinatına əsas olan “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. Yumşaq toxumaların başqa rubrikalarda təsnif olunmayan, yad cisimlə əlaqədar granuloması. Baş-beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları, kəskin şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, koqnitiv funksiyaların zəifləməsi ilə. Konyuktivanın filyarioz invaziyası. Astiqmatizm. Adi psoriaz. Digər daimi ağrı” diaqnozun patoloji vəziyyəti nəticəsində meydana gəldiyini və hal-hazırda da iddiaçıda davam etdiyini nəzərə almamış, ona əlilliyin təyinatından əsassız imtina etmişdir.

50. Məhkəmə iş materiallarında olan tibbi sənədlər və forma 088 arayışı ilə kifayətlənməmiş, öz səlahiyyətləri çərçivəsində iş üzrə məhkəmə tibbi ekspertizası təyin etmişdir. Aparılmış ekspertiza tədqiqatının nəticəsində təqdim olunmuş ekspert rəyindən görünür ki, İddiaçı İbrahim oğlunda hazırda Baş beynin üzvi xəstəliyi (İ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması) nəticəsində şəxiyyət dəyişikliyi, koqnitiv funksiyaların zəifləməsi ilə (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F07.0) müəyyən edilir.

51. “Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikasının Qanunun: 1.0.10. psixiatriya müəssisəsi (psixonevroloji müəssisə) - psixiatriya yardımı sahəsində qanunvericilikdə müəyyən olunmuş qaydada fəaliyyət göstərən tibb müəssisəsi və ya onun bölməsi; 1.0.11. psixi pozuntu (xəstəlik) – sosial uyğunlaşmanın və səhhətin pozulması ilə müşayiət olunan, kliniki ifadə olunmuş psixopatoloji davranış forması. 15.0. Dövlət aşağıdakılara təminat verir: (-) 15.0.3. psixiatriya ekspertizasının bütün növlərinin (hərbi-həkim, tibbi-sosial və məhkəmə-psixiatriya ekspertizalarının) aparılmasına, lazım olduqda fəaliyyət qabiliyyətinin müvəqqəti itirilməsinin qanunvericiliklə müəyyən edilmiş qaydada məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə, əlilliyi müəyyən edilməsinə;

52. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, psixi pozuntu vəziyyətində olan şəxslərə tibbi və sosial yardım göstərilməsi dövlət təminatı, qanunçuluq, humanistlik, insan və vətəndaş hüquqlarına və azadlıqlarına əməl edilməsi prinsipləri əsasında həyata keçirilir. Nəzərə alınmalıdır ki, bu sahədə hüququ mexanizm “Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikasının Qanunun müddəaları ilə həyata keçirilir. Bu Qanun Azərbaycan Respublikasında psixiatriya yardımı göstərilməsi sahəsində yaranan münasibətləri tənzimləyir, bu sahədə hüquqi və fiziki şəxslərin hüquq və vəzifələrini müəyyən edir. Sözügedən Qanunun 15.0-ci maddəsində dövlətin psixi pozuntu xəstəliyindən əziyyət çəkən şəxslər qarşısında olan təminatların əhatə dairəsi sadalanmışdır ki, bunlardan biri də əlilliyin müyyən edilməsidir.

53. Beləliklə aydın olur ki, iddiaçıda olan “Baş beynin üzvi xəstəliyi (İ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması) nəticəsində şəxiyyət dəyişikliyi, koqnitiv funksiyaların zəifləməsi ilə (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F07.0)” meydana gəlmişdir. Göründüyü kimi iddiaçıda olan xəstəliklər iddiaçıya əlilliyin təyininə əsas versə də, cavabdeh inzibati orqan bu halı nəzərə almamış, iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Başqa sözlə desək, cavabdeh orqan səlahiyyətlərinin icrası ilə əlaqədar vəzifələrini tam yerinə yetirməmiş, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, təqdim olunmuş sübutlar yetərli olmadıqda, öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borclu olduğu halda bunu etməmişdir.

54. Bununla belə, onu da vurğulamaq zəruridir ki, əlilliyin Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar, Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar, hərbi xidmət dövrü ilə əlaqədar və ya hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar yaranması “Hərbi həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2-ci bəndinə uyğun olaraq hərbi-həkim komissiyasının rəyinə əsasən müəyyən edilir. Odur ki, əlilliyi ümumi səbəblərlə müəyyən edilmiş şəxs əlilliyinin xüsusi səbəblərdən hər hansı birindən yaranmasını mübahisələndirirsə, hərbi-həkim komissiyasının rəyinə istinad etməlidir, həmin rəy olmadan əlilliyin səbəbinin göstərilən səbəblərdən biri ilə əvəz edilməsinə yol verilmir. Bununla belə, onu da vurğulamaq zəruridir ki, xəstəlik, pozuntu və çatışmazlığın hərbi-həkim komissiyasının rəyində göstərilən səbəbi o halda əlilliyin səbəbi ilə eyniləşdirilə bilər ki, həmin xəstəlik, pozuntu və çatışmazlıqla əlaqədar orqanizmin funksiyalarının 30 faizdən artıq pozulması müəyyən edilsin, yəni həmin xəstəlik əlilliyin müəyyən edilməsinə əsas versin. Əks halda, hərbi-həkim komissiyasının rəyində göstərilənlər əlilliyin qiymətləndirilməsi zamanı nəzərə alınmır və əlilliyin səbəbinin həmin rəydəki səbəblə müəyyən edilməsi istisna edilir. 55.“Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”a əsasən, hərbi xidmətlə əlaqədar əlillik səbəbi hərbi xidmət zamanı alınmış xəsarətin, xəstəliyin bilavasitə nəticələrinə yaxud fəsadlarına və uzaq nəticələrinə görə müəyyən edilir, əlillik səbəbləri müəyyən edilərkən xəstəlik haqqında şəhadətnamə, ştatlı HHK-nın xəsarətin, xəstəliyin səbəb əlaqəsi haqqında qərarı əsas götürülür. Hərbi xidmət (hərbi toplanış) zamanı alınmış xəsarətin, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi göstərilmiş hərbi tibbi sənədi olan şəxslərin əlillik səbəbi təqdim edilən hərbi tibbi sənəd (xəstəlik haqqında şəhadətnamə və ya arayış, yaxud ştatlı HHK tərəfindən tərtib edilmiş qərar) əsasında təyin edilir.

56. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2007-ci il tarixli *** nömrəli qərarına əsasən iddiaçıya “hərbi travma, Azərbaycan Respublikasının müdafiəsi zamanı almışdır” diaqnozu qoyulduğundan və əlillik səbəbi Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının qərarı əsasında təyin edildiyindən, cavabdeh iddiaçının xəstəliyinin səbəb əlaqəsini müəyyən etməyə borcludur.

57. Yuxarıda göstərilənlərə əsasən məhkəmənin gəldiyi qənaətə görə cavabdehin iddiaçıya əlilliyin təyin edilməsinin imtinasının heç bir hüquqi və qanuni əsasları mövcud deyildir. Həmçinin qeyd olunmalıdır ki, iş materiallarında olan iddiaçı barəsində tibb müəssisələri tərəfindən tərtib edilmiş xəstəlik vərəqələrindən, əvvəlki əlillik təyinatları ilə bağlı məlumatlardan göründüyü kimi, iddiaçıya eyni diaqnozlarla dəfələrlə əlillik dərəcəsi təyin edilmişdir. Hazırda iddiaçının sağlamlıq vəziyyətində yaxşılaşma və reabilitasiya halının olması müəyyən edilməmişdir.

58. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsasən düzgün olsa da, qətnamənin nəticə hissəsi dəqiqləşdirilməlidir. Belə ki, əlilliyin müəyyən edilməsi zamanı yalnız şəxsdə hər hansı xəstəliyin və ya zədənin mövcudluğu deyil, həmin xəstəlik və zədələrin nəticəsində orqanizmin funksiyalarının pozulması və bunun həyat fəaliyyətinə təsiri nəzərə alınmalıdır. Hazırkı qanunvericilik üzrə orqanizmin funksiyalarının 30 faizədək pozulması əlillik müəyyən edilməsinə əsas vermir, 30 faizdən artıq pozulma isə 31–60 faiz, 61–80 faiz və 81–100 faiz aralıqları üzrə qiymətləndirilir. 31–60 faiz aralığı III dərəcə əlilliyə uyğun gəlir. İş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusundan, o cümlədən tibbi sənədlərdən, Forma-88 göndərişindən, iddiaçının əvvəlki əlillik vəziyyətinə dair sənədlərdən, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının ## ### 2007-ci il tarixli *** nömrəli qərarından və digər sübutlardan müəyyən edilir ki, iddiaçının sağlamlıq vəziyyətində uzunmüddətli və davamlı funksional pozuntular mövcuddur.

59. Məhkəmə kollegiyası həmin sübutları birlikdə qiymətləndirərək hesab edir ki, iddiaçının orqanizmin funksiyalarının pozulması 35–60 faiz aralığında qiymətləndirilməli və bununla əlaqədar ona III dərəcə əlillik müəyyən edilməlidir. Bu nəticə eyni zamanda iddiaçının əvvəlki əlillik tarixçəsi ilə də uzlaşır. Belə ki, yeni meyarların tətbiqindən əvvəl müəyyən edilmiş II dərəcə əlillik müddətləri yeni sistemdə 61–80 faiz funksional pozuntu aralığına daxil edilir. Rəsmi qaydalara əsasən, 61–80 faiz funksional pozuntuya uyğun əlilliyin ardıcıl olaraq 10 il davam etdiyi halda növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. Yeni meyarlar qüvvəyə minənədək müəyyən edilmiş II dərəcə əlillik müddətləri də həmin 10 illik müddətin hesablanmasına daxil edilir.

60. İş materiallarından iddiaçıya 2007-ci ildən etibarən II dərəcə əlillik müəyyən edildiyi və bu əlilliyin 2021-ci ilin aprel ayınadək davam etdiyi müəyyən edilir. Beləliklə, həmin müddət 10 ildən artıq təşkil edir. Bu müddətin yeni meyarların tətbiqi zamanı nəzərə alınması nəticəsində iddiaçının əvvəlki II dərəcə əlillik müddətinin 61–80 faiz funksional pozuntu aralığı üzrə tələb olunan ardıcıl 10 illik müddəti keçdiyi müəyyən edilir. Odur ki, iddiaçının növbəti qiymətləndirilməsi zamanı əlilliyin müddətsiz müəyyən edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət şərti də mövcuddur.

61. Məhkəmə kollegiyası, həmçinin, əlilliyin səbəbinin müəyyən edilməsi məsələsinə də qiymət verərək qeyd edir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının ## ### 2007-ci il tarixli *** nömrəli qərarı ilə iddiaçının aldığı travmanın hərbi travma olması və Azərbaycan Respublikasının müdafiəsi zamanı alınması müəyyən edilmişdir. Bu sənəd qüvvədə olduğu və iş üzrə digər sübutlarla təkzib edilmədiyi üçün əlilliyin səbəbinin müəyyən edilməsində mühüm sübut kimi qəbul edilməlidir. Beləliklə, iddiaçının sağlamlıq vəziyyətinin mövcud sübutlarla təsdiq edilən funksional pozuntuları ilə əvvəlki hərbi travması arasında əlaqə nəzərə alınaraq əlilliyin səbəbinin Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar olması barədə nəticəyə gəlinməsi əsaslıdır.

62. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin yalnız “diaqnoz əlillik əlaməti təyin etmir” ifadəsi ilə imtinanı əsaslandırması iş üzrə mövcud olan bütün tibbi və hüquqi əhəmiyyətli halların tam və hərtərəfli qiymətləndirilməsi baxımından kifayət hesab edilə bilməz. İnzibati orqan qərar qəbul edərkən yalnız ayrı-ayrı diaqnozları deyil, iddiaçının əvvəlki əlillik tarixçəsini, uzunmüddətli müalicəsini, hərbi travmanın nəticələrini, tibbi sənədləri və orqanizmin funksiyalarının pozulmasının həyat fəaliyyətinə təsirini kompleks şəkildə nəzərə almalı idi.

63. Hazırkı iş üzrə məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hüququ yalnız cavabdehin imtina qərarının formal olaraq ləğv edilməsi ilə bərpa edilə bilməz. İş üzrə toplanmış sübutlar əsasında iddiaçının orqanizmin funksiyalarının pozulmasının 35–60 faiz aralığında olması, III dərəcə əlillik meyarlarına uyğunluğu, əvvəlki II dərəcə əlillik müddətinin qanunvericiliklə müəyyən edilmiş 10 illik müddətdən artıq olması və əlilliyin səbəbinin hərbi travma ilə əlaqəsi müəyyən edilmişdir. Bu səbəbdən iddiaçının əlilliyinin müddətsiz müəyyən edilməsinə dair tələbin təmin olunması üçün hüquqi əsaslar mövcuddur. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, əlilliyin müddətsiz müəyyən edilməsi üçün əsas yalnız əvvəlki əlilliyin mövcudluğu deyil, həmin əlillik müddətinin qanunvericilikdə nəzərdə tutulmuş müddət meyarına cavab verməsidir. Hazırkı işdə isə bu şərt 2007-ci ildən etibarən davam edən II dərəcə əlillik müddəti nəzərə alınmaqla ödənilmişdir. 64.Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi nəticə etibarilə düzgün olmaqla, iddiaçının orqanizmin funksiyalarının pozulması faizinin konkretləşdirilməsi və əlilliyin müddətsiz müəyyən edilməsi nəzərə alınmaqla dəyişdirilməlidir. 65.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

66. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı “İddiaçı İbrahim oğluna ## #### 2024-cü il tarixindən III dərəcə müddətsiz əlillik müəyyən edilməsi barədə qərar qəbul edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilsin” hissəsində dəyişdirilməlidir və iddiaçı İddiaçı İbrahim oğluna orqanizmin funksiyalarının pozulmasl faizi 35-60% olmaqla müddətsiz əlillik müəyyən edilməsi öhdəliyi “xxxx” X1nin üzərinə qoyulmalıdır.

67. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı “İddiaçı İbrahim oğluna ## #### 2024-cü il tarixindən III dərəcə müddətsiz əlillik müəyyən edilməsi barədə qərar qəbul edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilsin” hissəsində dəyişdirilsin. İddiaçı İddiaçı İbrahim oğluna orqanizmin funksiyalarının pozulması faizi 35-60% olmaqla müddətsiz əlillik müəyyən edilməsi öhdəliyi “xxxx” X1nin üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Günel Abbasova Hakimlər: Fuad Talışınski Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar