Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3783/2022 15.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Hüseynin sədrliyi və məruzəsi ilə, İlham Əziz oğlu Kərimli və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 08 sentyabr 2022-ci il tarixli, 2-1(112)-10378/2022 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı birinci ixtisas dərəcəsinə görə ona hər ay vəzifə maaşına minimum əmək haqqının beş misli miqdarında ödənilməmiş əlavə haqqın nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması və ödənilməmiş pensiya məbləğinin xx.xx.2019-cu il tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, iddiaçı 2000-ci il tarixədək Tovuz Rayon Məhkəməsinin hakimi, Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının sədri, Azərbaycan Respublikası Ali Məhkəməsinin sədr müavini və hakimi vəzifələrində işləmişdir. Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1993-cü il tarixli, 589 saylı qərarına əsasən “Azərbaycan Respublikasının məhkəmə quruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 93-cü maddəsinə, “Azərbaycan Respublikası məhkəmələri hakimlərinin ixtisas dərəcələri haqqında” Əsasnaməyə uyğun olaraq iddiaçıya birinci ixtisas dərəcəsi verilmişdir. “Azərbaycan Respublikası məhkəmələri hakimlərinin ixtisas dərəcələri haqqında” Əsasnaməyə uyğun olaraq iddiaçıya verilmiş birinci ixtisas dərəcəsinə görə hər ay minimum əmək haqqının (şərti maliyyə) vahidinin beş misli miqdarda pul ödənilməsi nəzərdə tutulmuşdur. Həmin pulun ödənilməsi ömürlük nəzərdə tutulmuşdur. Qanuna əsasən dərəcə yalnız məhkəmə qaydasında geri alına bilinər. Buna baxmayaraq, 2007-ci ilin sentyabr ayından bu günə kimi həmin pul iddiaçıya ödənilməmişdir. 1993-cü ilin yanvar ayının 1-dən tətbiq edilən “Azərbaycan Respublikası məhkəmələrinin ixtisas dərəcəli hakimlərinə əlavə haqq verilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1992-ci il tarixli, 364 saylı Qərarının 1-ci bəndinə əsasən, 1-ci ixtisas dərəcəli hakimə minimum əmək haqqının 5 misli məbləğində əlavə haqq verilməlidir. Bundan başqa qeyd edilənin məcburiliyi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Məhkəmələr və Hakimlər haqqında Azərbaycan Respublikası Qanununun 109, Konstitusiya Məhkəməsi Haqqında Azərbaycan Respublikası Qanununun 73-cü və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2008-ci il tarixli Qərarından da irəli gəlir. Belə ki, həmin Qərarda qeyd edilir ki, “Hakimlərin səlahiyyət müddətində mövcud olmuş və tədricən dəyişdirilmiş hakimlər üçün daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəaları Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinin müddəası nəzərə alınmaqla mövcud qanunvericiliyin dəyişdirilməsindən asılı olmayaraq qüvvəsini saxlamalıdır”. Minimum aylıq əmək haqqının məbləği 2019-cu ilin sentyabr ayının 1-dən 250 manat müəyyən edilmişdir. Qeyd olunanlarla bağlı cavabdeh inzibati orqana müraciət edilsə də, cavabdeh iddiaçının müraciətinin təmin olunmasından imtina etmişdir. Cavabdehin imtinası əsassızdır. Cаvаbdеh iddiаyа dаir еtirаzını təqdim edərək göstərmişdir ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş 60430 nömrəli məlumat vərəqəsinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə uyğun qaydada iddiaçıya 1 yanvar 2007-ci il tarixindən hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 3-cü bəndinə əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən tərtib olunur və əmək pensiyasının təyin edilməsi üçün Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala təqdim edilir. Həmin Qaydaların 4-cü bəndinə görə əmək pensiyasının yenidən hesablanması məqsədilə xidmət illərinin müddətindəki, təminat xərcliyinin tərkibindəki və vəzifə uyğunlaşdırılması ilə bağlı baş verən artımlar barədə məlumatlar da həmin orqan tərəfindən Mərkəzi Filiala göndərilməlidir. Əmək pensiyasının məbləğinə təsir göstərən hər hansı yenidən hesablanmanın aparılması məsələsinə xidmət illərinin müddətindəki, təminat xərcliyinin tərkibindəki və vəzifə uyğunlaşdırılması ilə bağlı dəyişikliklər barədə müvafiq məlumat iddiaçının sonuncu xidmət keçdiyi orqandan Mərkəzi Filiala daxil olduqdan sonra baxıla bilər. Bakı İnzibati Məhkəməsinin 08 sentyabr 2022-ci il tarixli, 2-1(112)-10378/2022 saylı qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı birinci ixtisas dərəcəsinə görə ona hər ay vəzifə maaşına minimum əmək haqqının beş misli miqdarında ödənilməmiş əlavə haqqın nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması və ödənilməmiş pensiya məbləğinin xx.xx.2019-cu il tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh iddia ərizəsinə etirazla eyni məzmunlu apellyasiya şikayəti verərək, qərarı ləğv edib iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İPM-in 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İddiaçıya məxsus pensiya işində olan sənədlərdən görünür ki, İddiaçı xx.xx.2007-ci il tarixindən yaşa görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022ci il tarixli məktubda qeyd edilir: Sizin xx.xx.2022-ci il tarixli müraciətinizə cavab olaraq bildiririk ki, hakim işlədiyiniz dövrdə ixtisas dərəcəsi verilməsi ilə əlaqədar arxiv sənədlərinə baxış keçirilərkən məlum olmuşdur ki, Azərbaycan Respublikasının Milli Məclisinin 04 may 1993-cü il tarixli 589 nömrəli Qərarı ilə Sizə birinci ixtisas dərəcəsi verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 04 noyabr 1992-ci il tarixli 364 nömrəli «Azərbaycan Respublikası məhkəmələrinin ixtisas dərəcəli hakimlərinə əlavə haqq verilməsi haqqında» Qərarı ilə birinci ixtisas dərəcəli hakimlərə 1993-cü il yanvarın 1-dən minimum əmək haqqının 5 misli məbləğində əlavə haqq ödənilməsi müəyyən edilmişdir. Həmin Qərara əsasən 04 may 1993-cü il tarixdən xx.xx.2000-ci ilədək Sizə əmək haqqı hesablanarkən hər ay vəzifə maaşına minimum əmək haqqının 5 misli məbləğində əlavə haqq ödənilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilir: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 18 may 2022-ci il tarixində daxil olmuş müraciətinizə aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş 60430 nömrəli məlumat vərəqəsinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə uyğun qaydada Sizə 1 yanvar 2007-ci il tarixindən Xüsusi Şərtləriə Təyinat üzrə Mərkəzi Filial tərəfindən hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Əmək pensiyanızdakı sonrakı artımlar nəzərə alınmaqla vəzifə maaşınız 2227,00 manat, rütbə maaşınız 159,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 15 faizi miqdarında əlavəniz 357,90 manat, Ali Məhkəmə hakimlərinin səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsinə görə vəzifə maaşının 25 faizi miqdarında əlavəniz 556,75 manat, yüksək hüquqi ixtisasa görə vəzifə maaşının 15 faizi miqdarında əlavəniz 334,05 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası 64,00 manat olmaqla cəmi təminat xərcliyiniz 3698,70 manat təşkil etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə uyğun olaraq, təminat xərcliyinizin (3698,70 manat) 83 faizi - 3069,92 manat məbləğində hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ödənilir. Eyni zamanda bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 3-cü bəndinə əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən tərtib olunur və əmək pensiyasının təyin edilməsi üçün Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala təqdim edilir. Sözügedən Qaydaların 4-cü bəndinə görə əmək pensiyasının yenidən hesablanması məqsədilə xidmət illərinin müddətindəki, təminat xərcliyinizin tərkibindəki və vəzifə uyğunlaşdırılması ilə bağlı baş verən artımlar barədə məlumatlar da həmin orqan tərəfindən Mərkəzi Filiala göndərilməlidir. Qeyd olunanlara əsasən əmək pensiyanızın məbləğinə təsir göstərən hər hansı yenidən hesablanmanın aparılması məsələsinə xidmət illərinin müddətindəki, təminat xərcliyinizin tərkibindəki və vəzifə uyğunlaşdırılması ilə bağlı dəyişikliklər barədə müvafiq məlumat sonuncu xidmət keçdiyiniz orqandan Mərkəzi Filiala daxil olduqdan sonra baxıla bilər. Əlavə olaraq bildiririk ki, 1 yanvar 2022-ci il tarixindən hesablanmaqla Sizə “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli Sərəncamına əsasən aylıq pensiya məbləğinin 10 faizi - 306,99 manat maddi yardım ödənilir. «Azərbaycan Respublikası Ali Məhkəməsinin üzvlərinə ixtisas dərəcələri verilməsi haqqında» Azərbaycan Respublikası Milli Məcləsinin 4 may 1993-cü il tarixli 589 nömrəli qərarına əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavini Şahin Möhübbət oğlu Rüstəmova birinci ixtisas dərəcəsinin verilməsi qərara alınmışdır. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun: 109-cu maddəsinin 5-ci hissəsinə əsasən hakimlərin, sabiq hakimlərin və onların ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 109-cu maddəsinin 6-cı hissəsinə əsasən bu maddənin beşinci hissəsinin müddəaları bu qanuna uyğun keçirilmiş təyinatlardan əvvəl hakim işləmiş və pensiya yaşına çatmış sabiq hakimlərə də şamil edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 109-cu, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 73-cü və «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2008-ci il tarixli qərarına əsasən «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 109-cu maddəsi və «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin müddəaları Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İ hissəsində nəzərdə tutulmuş hakimlərin müstəqilliyinin təminatlarından biri kimi qəbul edilməli və onların barəsində hakim vəzifələrində işlədikləri dövrdə mövcud olmuş daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası Milli Məclisinin 1992-ci il 29 iyul tarixli 250 nömrəli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikası məhkəmələri hakimlərinin ixtisas dərəcələri haqqında Əsasnamə”nin: 1-ci bəndinə əsasən bu Əsasnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Ali Arbitraj Məhkəməsinin, Naxçıvan Muxtar Respublikası Arbitraj Məhkəməsinin, Bakı Şəhər Məhkəməsinin, rayon (şəhər) xalq məhkəmələrinin, yerli arbitraj məhkəmələrinin və hərbi tribunalların hakimlərinə ixtisas dərəcələri verilməsi qaydasını müəyyən edir. 3-cü bəndinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimlərinə birinci ixtisas dərəcəsi verilir. 4-cü bəndinə əsasən hakimlərə ixtisas dərəcəsi Azərbaycan Respublikasının Ali Soveti və Naxçıvan Muxtar Respublikasının Ali Soveti tərəfindən verilir. 5-ci bəndinə əsasən birinci ixtisas dərəcəsində qalma müddəti müəyyən edilmir. 7-ci bəndinə əsasən ixtisas dərəcələri hakimlərə ömürlük verilir. 8-ci bəndinə əsasən ixtisas dərəcəsi olan hakimlərə vəzifə maaşından əlavə haqq müəyyən edilir. «Azərbaycan Respublikası məhkəmələrinin ixtisas dərəcəli hakimlərinə əlavə haqq verilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 4 noyabr 1992-ci il tarixli 364 nömrəli qərarına əsasən Azərbaycan Respublikası məhkəmələrinin beşinci ixtisas dərəcəli hakimlərinə Azərbaycan Respublikasında müəyyən edilmiş minimum əmək haqqının bir misli məbləğində, dördüncü ixtisas dərəcəli hakimlərinə iki misli məbləğində, üçüncü ixtisas dərəcəli hakimlərinə üç misli məbləğində, ikinci ixtisas dərəcəli hakimlərinə dörd misli məbləğində, birinci ixtisas dərəcəli hakimlərinə beş misli məbləğində, ali ixtisas dərəcəli hakimlərinə altı misli məbləğində əlavə haqq verilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Məhkəmə hesab edir ki, iddiaçı birinci ixtisas dərəcəli hakim kimi «Azərbaycan Respublikası məhkəmələrinin ixtisas dərəcəli hakimlərinə əlavə haqq verilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 4 noyabr 1992-ci il tarixli 364 nömrəli qərarına əsasən minimum əmək haqqının beş misli məbləğində əlavə haqq aldığından həmin əlavə nəzərə alınmaqla iddiaçıya təyin edilmiş pensiya yenidən hesablanmalıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, 01 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanmalıdır. Bu normaya əsasən iddiaçının birinci ixtisas dərəcəsinə görə aldığı əlavələr 1993-2000-ci illəri əhatə etdiyindən, həmin dövrlə bağlı məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti tələb olunmamalıdır. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Beləliklə kollegiya qeyd edir ki, İddiaçı 1 yanvar 2007-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. «Azərbaycan Respublikası Ali Məhkəməsinin üzvlərinə ixtisas dərəcələri verilməsi haqqında» Azərbaycan Respublikası Milli Məcləsinin 4 may 1993-cü il tarixli 589 nömrəli qərarına əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavini İddiaçı birinci ixtisas dərəcəsi verilmişdir. «Azərbaycan Respublikası məhkəmələrinin ixtisas dərəcəli hakimlərinə əlavə haqq verilməsi haqqında» Azərbaycan Respublikası Milli Məcləsinin 4 noyabr 1992-ci il tarixli 364 nömrəli qərarına əsasən 04 may 1993-cü il tarixdən xx.xx.2000-ci ilədək iddiaçıya əmək haqqı hesablanarkən hər ay vəzifə maaşına minimum əmək haqqının beş misli məbləğində əlavə haqq ödənilmişdir. Lakin iddiaçıya pensiya məbləği hesablanarkən aldığı həmin əlavə haqq məbləği nəzərə alınmamışdır. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 08 sentyabr 2022-ci il tarixli, 2-1(112)-10378/2022 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: İlham Kərimli Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2-1(103)-3783/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3783/2022
15.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver