Məhkəmə qərarları › İş №2-1(103)-3783/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3783/2024

24.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3783/2024 24.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Məmmədov Ceyhun Bəşir oğlu və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “kadastr planının etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5016/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri Xəzər (əvvəlki adı ilə Əzizbəyov) Rayon İcra Hakimiyyətinin başçısının xx.xx.1999-cu il tarixli 2620 nömrəli sərəncamına əsasən Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi ərazisində fərdi yaşayış evlərinin tikintisi üçün ayrılan ərazidən 796 kv.m torpaq sahəsinin Keçmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xərtiəçəkmə Komitəsi tərəfindən X5 kitabında 483 nömrə ilə uçota alınmış xx.xx.2006-cı il tarixli kadastr planının etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: “…Bakı şəhəri Xəzər (əvvəlki adı ilə Əzizbəyov) Rayon icra Hakimiyyətinin başçısının xx.xx.1999-cu il tarixli, 2620 nömrəli sərəncamına əsasən Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi ərazisində fərdi yaşayış evlərinin tikintisi üçün ayrılan ərazidən 796 kv.m torpaq sahəsi onun istifadəsinə verilmişdir. Keçmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xərtiəçəkmə Komitəsi tərəfindən həmin torpaq sahəsinin plan və ölçüsünə dair sxem tərtib edilmişdir. Həmin plan çəkilsə də sxemdə göstərilən ərazi ilə iddiaçıya verilmiş torpaq sahəsi üst-üstə düşmür. Həmin ərazi ona məxsus deyildir. Plan çəkilən zaman ərazinin ölçüləri dəqiq müəyyən edilmədiyindən səhv çəkilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Azərbaycan Respublikası Dövlət Torpaq və Xərtiəçəkmə Komitəsinin ləğv edilməsi haqqında fərmanına əsasən Azərbaycan Respublikası Dövlət Torpaq və Xərtiəçəkmə Komitəsi ləğv edilmiş, X5, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmək sahəsindəki funksiyaları Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilmişdir. Odur ki, ilk növbədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X5 kitabında xx.xx.2006-cı il tarixində 483 nömrə ilə uçota alınmış, ona verilmiş torpaq sahəsinin kadastr planının etibarsız hesab edilməsi üçün Əmlak Məsələləri Dövlət Komitəsinə müraciət etmiş, bununla bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli **********92 nömrəli məktubu ilə ona verilmiş cavaba əsasən məsələnin həlli idarənin səlahiyyətləri xaricində olduğu, məhkəməyə müraciət etməli olduğunu bildirilmişdir...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5016/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya mümkün sayılmışdır. İddiaçı apellyasiya şikayətini aşağıdakılarla əsaslandırmışdır: “...Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5016/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı əsassızdır. Belə ki, Bakı şəhəri Xəzər (əvvəlki adı ilə Əzizbəyov) Rayon icra Hakimiyyətinin başçısının xx.xx.1999-cu il tarixli, 2620 nömrəli sərəncamına əsasən Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi ərazisində fərdi yaşayış evlərinin tikintisi üçün ayrılan ərazidən 796 kv.m torpaq sahəsi onun istifadənə verilmişdir. Keçmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xərtiəçəkmə Komitəsi tərəfindən həmin torpaq sahəsinin plan və ölçüsünə dair sxem tərtib edilmişdir. Həmin plan çəkilsə də sxemdə göstərilən ərazi ilə ona verilmiş torpaq sahəsi ust-üstə düşmür. Həmin ərazi ona məxsus deyildir. Plan çəkilən zaman ərazinin ölçüləri dəqiq müəyyən edilmədiyindən səhv çəkilmişdir. Məhkəmə tərəfindən əsassız olaraq iddia mümkün sayılmamışdır. Halbuki mən kadastr planının etibarsız hesab edilməli olduğunu iddia ərizəsində əsaslandırmışdır. Məhkəmə qeyd olunan xüsusatlar üzrə heç bir araşdırma aparmamış, iş üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, iddianı mümkün saymamışdır...” Məhkəmə kollegiyasının iclası barədə məlumat verilmiş tərəflər məhkəmə iclasına gəlməmiş, İPM-in 62-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin qeyd olunan normasının mənası onu ehtiva edir ki, inzibati məhkəmə icraatı qaydasında qaldırılan iddianın mümkünlüyü şərtlərinin yerinə yetirildiyi halda, yolveriləndir. Yəni, iddia subyektiv hüququ olan şəxs tərəfindən, inzibati məhkəmə icraatına aid iddia növündə və qanunla müəyyən edilmiş cavabdehlik öhdəliyi üzərinə düşən inzibati orqana qarşı qaldırıldığı və formal olaraq (sübutlar da əlavə olunmaqla) əsaslandırıldığı halda, mümkün iddia kimi icraata qəbul edilir. Əks halda, həmin Məcəllənin 35.3-cü maddəsinə müvafiq olaraq iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. Konkret halda isə iddianın mümkünlük şərtləri yerinə yetirilmir. Belə ki, işin hallarından göründüyü kimi, Bakı şəhəri Xəzər (keçmiş “Əzizbəyov”) Rayon icra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli 2620 nömrəli sərəncamına əsasən Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi ərazisində fərdi yaşayış evlərinin tikintisi üçün ayrılan ərazidən 796 kv.m torpaq sahəsi iddiaçının istifadəə verilmiş və keçmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xərtiəçəkmə Komitəsi tərəfindən həmin torpaq sahəsinin plan və ölçüsünə dair sxem tərtib edilərək ona verilmişdir. Konkret halda, iddiaçı mübahisələndirir ki, kadastr planı çəkilsə də, sxemdə göstərilən ərazi ilə ona verilmiş torpaq sahəsi ust-üstə düşmür. Həmin ərazi ona məxsus deyildir. Plan çəkilən zaman ərazinin ölçüləri dəqiq müəyyən edilməmiş, səhv çəkilmişdir. Halbuki, işə əlavə olunmuş, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin **********3000067 nömrəli Torpaq sahəsinin Kadastr planına əsasən isə müəyyən olunur ki, həmin kadstr planı Bakı şəhəri Əzizbəyov Rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cı il tarixli 2620 nömrəli sərəncamına əsasən fərdi yaşayış evi tikintisi üçün X1 ayrılmış 796 kv.m torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. İş üzrə birinci instansiya məhkəməsinin surğusuna cavab olaraq Əmlak məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli 3-21-3-60\2- 1521/2024 nömrəli məktubu ilə məhkəməyə təqdim edilmiş, İddiaçı adına verilmiş **********3000067 nömrəli “Torpaq sahəsinin Kadastr plan”nın tərtib edilməsinə əsas olmuş ilkin torpaqayırma sənədlərinin təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri Əzizbəyov Rayon İHB xx.xx.1999-cı il tarixli, 2620 nömrəli sərəncamına əsasən: -Binə qəsəbəsi, C.Cabbarlı küçəsi, ev 3a-da yaşayan X2ma Mərdəkan qəsəbəsində 895 saylı sahədə fərdi ev tikmək üçün 1200 kv.m. torpaq sahəsi ayrılmış, evin tikintisinin təsdiq edilmiş 145-000- 129s tipli layihə əsasında aparılması tapşırılmış; -895 saylı sahənin sxemi və baş plandan çıxarışı Əzizbəyov RİHB-nin 1-ci müavini Ə.Heydərov tərəfindən və Mərdəkan qəsəbəsi üzrə Bələdiyyəsi tərəfindən imzalanaraq möhürlə təsdiq edilmişdir. Beləliklə də, tədqiq olunan sübutlardan göründüyü kimi, Bakı şəhəri Əzizbəyov Rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cı il tarixli 2620 nömrəli sərəncamı ilə iddiaçıya Mərdəkan qəsəbəsində 895 saylı sahədə fərdi ev tikmək üçün 1200 kv.m. torpaq sahəsi ayrılmış və torpaqayıran həmin orqan tərəfindən torpaq sahəsinin yerləşmə cizgisi tərtib edilərək təsdiq edilmiş, qeyd edilən torpaqayırma sənədləri əsasında da keçmiş AR DTXK tərəfindən **********3000067 nömrəli Torpaq sahəsinin kadastr planı tərtib edilmişdir. Konkret halda isə iddiaçı onun adına verilmiş həmin sərəncam və cizgi əsasında tərtib olunmuş həmin kadstr plannın etibarsız hesab olunmasını tələb edir ki, səhv çəkilmişdir, həmin torpaq sahəsi onun deyidir. Lakin bu zaman özü tərəfindən də ona ayrılmış torpaq sahəsinin harada yerləşdiyi də əsaslandırılmamışdır. Başqa sözlə, onun tərəfindən qaldırılan öhdəliyin icrası haqqında hazırkı iddia, İPM-in 35.1-ci maddəsinin tələbinə uyğun əsaslandırılmış iddia kimi qiymətləndirilə və məhkəmə icraatı mümkün sayıla bilməz. İPM-in 35.3-cü maddəsi isə nəzərdə tutur ki, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Ona görə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərardadı ilə iddianın mümkün sayılmaması barədə gəldiyi nəticəni düzgün nəticə kimi qiymətləndirir və bu baxımdan da, onun apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən heç bir araşdırma aparılmadan, əsassız qərardad qəbul edildiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə nəticəyə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5016/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən və İPM-in 80, 83, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qəraraaldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5016/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar