Məhkəmə qərarları › İş №2-1(103)-3786/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3786/2025

18.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3786/2025 18.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X10 Oruczadənin sədrliyi və məruzəsi ilə, X13 və Fərid İlham oğlu Mədətlidən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçı, onun nümayəndəsi X4, Cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “işlədiyi illərin onun sığorta stajına daxil edilməklə 60 yaşı tamam olduğu xx.xx.2023-cü ildən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1719/2025 nömrəli, 26 may 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “işlədiyi illərin onun sığorta stajına daxil edilməklə 60 yaşı tamam olduğu xx.xx.2023-cü ildən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilmsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” bаrədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1963-cü ildə Salyan rayonunda anadan olmuşdur. 1980-ci ildə Qafur Məmmədov adına Bakı Dəniz yolları məktəbinə daxil olmuşdur. 1983-cü ildə həmin məktəbi bitirmiş, Hərbi xidmətini oxuduğu məktəbdə keçmişdir. Ehtiyatda olan zabitdir, təlimləri Gürcüstan Respublikası Poti şəhərində hərbi gəmilərdə keçmişdir. xx.xx.1984-cü ildə X16 idarəsində motorçu vəzifəsində işə başlamış, xx.xx.1984-cü ildə işdən azad edilmişdir, xx.xx.1985-ci ildə 4 nömrəli Balıq Nəzarəti müfəttişliyinin “CK Otpor” gəmisinə baş mexanik vəzifəsinə təyin edilmiş, xx.xx.1992-ci ildə öz ərizəsi ilə işdən azad edilmişdir, xx.xx.1992-ci ildə Salyan rayonu “Ornament” kooperativində anbardar vəzifəsində işləmiş, xx.xx.1992-ci ildə öz ərizəsi ilə işdən azad edilmiş, xx.xx.1993-cü ildə yenidən 4 nömrəli Balıq Nəzarəti müfəttişliyinin “Surovıy” gəmisinə baş mexanik vəzifəsinə təyin edilmiş, xx.xx.1995-ci ildə öz ərizəsi ilə işdən azad edilmişdir, xx.xx.1997-ci ildə Salyan tikinti X18 Cəmiyyətinə xəzinadar vəzifəsinə qəbul edilmişdir, xx.xx.1999-cu ildə öz ərizəsi ilə işdən azad edilmiş, xx.xx.1999-cu ildə Salyan Sərnişin ATSC-yə Dispetçer vəzifəsinə qəbul edilmiş, xx.xx.2009-cu ildə öz ərizəsi ilə işdən azad edilmiş, xx.xx.2011-ci ildə "xxxx" D-LTD firmasına gözətçi vəzifəsinə təyin edilmiş, sonra da xx.xx.2012-ci ildə firmaya məxsus olan "xxxx" gəmisinə 2-ci mexanik vəzifəsinə təyin edilmişdir. xx.xx.2017-ci ildə AR əmək məcəlləsinə əsasən işdən azad edilmiş, xx.xx.2017-ci ildə "xxxx" EKO MMCyə baş mexanik vəzifəsinə qəbul edilmiş (Monolit Gəmisinə). xx.xx.2018-ci ildə öz ərizəsi ilə işdən azad edilmiş, xx.xx.2021-ci ildə "xxxx" Qapalı Səhimdar Cəmiyyətinə mühafizəçi vəzifəsinə qəbul olunmuşdur. xx.xx.2024cü ildə öz ərizəsi ilə işdən azad edilmiş, xx.xx.2024-cü ildə "xxxx" QSC-yə mühafizəçi vəzifəsinə qəbul edilmiş və hal-hazıradək də həmin işdə işləyir. Yuxarıda qeyd edilən Dənizçilik sahəsində işlədiyi işlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı xx.xx.2017-ci il tarixli, Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vermək haqqındakı qərarı güzəştli şərtlərlə pensiya almağa səlahiyyət verir. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ərizə ilə müraciət edərək ona güzəştli şərtlərlə pensiya təyin olunması üçün sənədlər təqdim etmiş, lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı 19 oktyabr 2020-ci il tarixli **********1 nömrəli məktubla cavablandırılmış və bildirilmişdir ki, Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Halbuki iddiaçının güzəştli şərtlərlə pensiya təminatına imkan verən ən azı 15 il sığorta stajı vardır və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li Siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışmışdır. İddiaçı cavabdehin imtinasını əsassız və qanunsuz hesab edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim edilmiş iddia tələbinə dair yazılı etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və vəzifəyə uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə görüdüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyəti istiqaməti və.s) iş yerinin arayışında dəqiq göstərilməlidir. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin eyniliyinin müəyyən olunmasından gedir. Mərkəzi filialın imtina məktubunda iddiaçının təqdim etdiyi məlumatlara əsasən onun güzəştli iş stajının 12 il 6 aydan az təşkil etdiyi qeyd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli icmal məktubuna əsasən məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutualn hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Funksional vəzifənin eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir. Qeyd olunanları nəzərə alaraq İddiaçı güzəştli şərtlərləyaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. 3. Cavabdeh iddiaya dair etiraza əlavə təqdim edərək bildirmişdir ki, mərkəzi filialın 05 dekabr 2024-cü il tarixli 3-17-1/3-1-97862/2024 nömrəli xidməti məktubuna əsasən iddiaçının ümumi iş stal 34 il 9 ay 13 gün (xx.xx.2006-cı il tarixinədək 21 il 6 ay 13 gün (xx.xx.1980-xx.xx.1983-cü il, xx.xx.1984-xx.xx.1984-cü il, xx.xx.1985- xx.xx.1992-ci il, xx.xx.1993-xx.xx.1995-ci il, xx.xx.1997-xx.xx.1999-cu il, xx.xx.1999- xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 13 il 3 ay), güzəştli iş stajı isə 10 ay 7 gün (xx.xx.1984-xx.xx.1984-cü il tarixləri arasındakı dövr) təşkil edir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1719/2025 nömrəli, 26 may 2025-ci il tarixli qərarı ilə (hakim M.Hacıbəyova) iddia tələbi təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mərkəzi Filialın imtina məktubunda iddiaçının təqdim etdiyi məlumatlara əsasən onun güzəştli iş stajının 12 il 6 aydan az təşkil etdiyi qeyd edilmişdir. Belə ki, “Azərbaycan X14” QSC X5 AM03/02-555 nömrəli xx.xx.2020-ci il tarixli arayışında göstərilmişdir ki, İddiaçı Azərbaycan Dövlət X7 üzücü heyətinin nəqliyyat donanması gəmilərində xx.xx.1984-cü il tarixdən xx.xx.1984-cü il tarixədək motorçu vəzifəsində işləmişdir. Onun işlədiyi vəzifə üzücü heyətə və çalışdığı gəmilər yük daşıyan X8na aid edilir. O gəmilər liman akvatoriyasında daim fəaliyyət göstərən liman gəmiləri, habelə xidməti-yardımçı, gəzinti-səyahət, şəhərətrafı və şəhərdaxili su yollarında işləyən gəmilər hesab edilmir. İddiaçı gəmiçilikdə üzücü heyət üzrə nəqliyyat donanması gəmilərində güzəştli iş stajı 10 ay 07 gün təşkil edir. Qeyd edilən iş stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 N-li qərarı ilə təstiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüqüqu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı" 21.2 bəndinin "b" yarımbəndinə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 N-li qərarı ilə təsdiq edilmiş 2 N-li siyahının XXYİİİ hissəsinin 3-cü bəndinin ( kod ********) 1-ci yarımbəndinə (kod ********) uyğun göstərilmişdir. Beləliklə, iddiaçının güzəştli stajını (10 ay 07 gün) təsdiq edən yeganə sənəd - “Azərbaycan X14” QSC tərəfindən iddiaçıya təqdim edilmiş arayışdır. Mərkəzi Filialın 05 dekabr 2024-cü il tarixli 3-17-1/3-1- 97862/2024 nömrəli xidməti məktubuna əsasən iddiaçının: ümumi iş stajı 34 il 9 ay 13 gün; xx.xx.2006-cı il tarixədək - 21 il 6 ay 13 gün; xx.xx.1980-xx.xx.1983-cü il, xx.xx.1984xx.xx.1984-cü il, xx.xx.1985-xx.xx.1992-ci il, xx.xx.1993-xx.xx.1995-ci il, xx.xx.1997xx.xx.1999-cu il, xx.xx.1999-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər; xx.xx.2006-cı il tarixdən sonra - 13 il 3 ay; güzəştli iş stajı - 10 ay 7 gün: xx.xx.1984-xx.xx.1984-cü il tarixləri arasındakı dövrü təşkil etmişdir. Məhkəmə gedişatı zamanı “Azərbaycan X14” Qapalı Səhmdar Cəmiyyətinə iddiaçının: - xx.xx.1985-xx.xx.1992-ci il tarixlərdə 4 nömrəli Balıq Nəzarəti müfəttişliyinin “SK Otpor” gəmisində baş mexanik vəzifəsində; xx.xx.1993xx.xx.1995-ci il tarixlərdə 4 nömrəli Balıq Nəzarəti müfəttişliyinin “Surovıy” gəmisinə baş mexanik vəzifəsində; xx.xx.2012-xx.xx.2017-ci il tarixlərdə "xxxx" D-LTD firmasına məxsus "xxxx" gəmisində 2-ci mexanik vəzifəsində; xx.xx.2017-xx.xx.2018-ci illərdə "xxxx" D-LTD firmasına məxsus "xxxx" gəmisində baş mexanik vəzifəsində işləməsi ilə bağlı təkrar sorğu göndərilmiş və sorğuda qeyd olunan vəzifələrlə bağlı “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin 12 nömrəli 23 yanvar 2007-ci il tarixli qərarına istinad edilməklə güzəştli arayışın təqdim edilməsi xahiş olunmuşdur. Sorğuya cavab olaraq X5 22 aprel 2025-ci il tarixli 13-3-1/2-474/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı “Azərbaycan X14” QSC-də işləməmişdir və hal-hazırda da işləmir. Həmçinin adları qeyd olunan gəmilər “Azərbaycan X14” QSC nin balansına daxil deyildir. Bununla bağlı qeyd edirlər ki, sözügedən gəmilər “Azərbaycan X14” QSC-nin balansına daxil olmadığından, həmin gəmilərin yük daşıyan X8na aid edilib-edilməməsi, həmin gəmilərin liman akvatoriyasında daim fəaliyyət göstərən liman gəmiləri, habelə xidməti-yardımçı, gəzinti-səyahət, şəhərətrafı və şəhərdaxili su yollarında işləyən gəmilər hesab edilibedilməməsi məsələsinə də aydınlıq gətirilməmişdir. Bu səbəbdən hesab edirlər ki, məhkəmə sorğusuna “Azərbaycan X14” QSC tərəfindən daxil olan cavab məktubu iddiaçıya yuxarıda adları sadalanan gəmilərdə işlədiyi dövrlərə münasibətdə güzəştli arayışa bərabər tutula bilməz. Bu səbəbdən, Bakı İnzibati Məhkəməsinin Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(112)-1719/2025 nömrəli qərarı əsassız və qanunazidd olduğundan ləğv edilməlidir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı, onun nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası işə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının müraciətinə imtina edilmişdir. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də mahiyyəti üzrə əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. - 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. - 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. - 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. - 9.1-ci maddəsinin 13 may 2022-ci il tarixədək olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. - 9.1-ci maddəsinin 13 may 2022-ci il tarixdən sonrakı 29 iyun 2022-ci il tarixdə qüvvəyə minmiş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunun 2.1-ci maddəsinə əsasən bu Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1 – 9.3-cü, 9.6-cı, 9.7-ci və 14.4-cü maddələri əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunu: Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. a) işçinin dövlət tərəfindən mütləq sosial sığorta edilməli olan hər hansı işinin müddəti; ... v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; ... ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti; ... Həmin Qanunun 67-ci maddəsinə görə, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. Apellyasiya şikayətinin dəlillərinə münasibət: Hazırda qüvvədə olan və yuxarıda sadalanan qanunvericilik müddəalarının mübahisəyə tətbiqi göstərir ki, iddiaçının 60 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün aşağıdakı şərtlərə birlikdə əməl olunmalıdır: - fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli və ya bu şərt təmin olunmadığı halda azı 25 il ümumi sığorta stajına malik olması; - sığorta stajının azı 12 il 6 ayını əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışması. İddiaçının qanunla müəyyən olunmuş yaş həddinə çatması və ümumi iş stajının mövcud olması işin mübahisələndirilməyən halıdır. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1963-cü il təvəllüdlü olmaqla, iddiaçının xx.xx.2023-cü il tarixdə 60 yaşı tamam olmuş və onun güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququ yaranmışdır. ВЦ seriyalı 057409 nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı 26 yanvar 1982-ci ildən 1984-cü ilədək hərbi xidmətdə olmuşdur. 10/1984 nömrəli diplomun surətindən görünür ki, iddiaçı 1980-ci ildə Qafur Məmmədov adına Bakı Dəniz Yolları məktəbinə daxil olmuş və 1984-cü ildə bitirmişdir. İddiaçıya məxsus ИT-İ ******* nömrəli əmək kitabçasında qeyd olunmuş məlumatlardan müəyyən olunur ki, o, xx.xx.1984-cü ildə X16 idarəsində motorçu vəzifəsində işə başlamış, xx.xx.1984-cü ildə işdən azad edilmiş, xx.xx.1985-ci ildə 4 nömrəli Balıq Nəzarəti müfəttişliyinin “CK Otpor” gəmisinə baş mexanik vəzifəsinə təyin edilmiş, xx.xx.1992-ci ildə öz ərizəsi ilə işdən azad edilmiş, xx.xx.1992-ci ildə Salyan rayonu “Ornament” kooperativində anbardar vəzifəsində işləmiş, xx.xx.1992-ci ildə öz ərizəsi ilə işdən azad edilmiş, xx.xx.1993-cü ildə yenidən 4 nömrəli Balıq Nəzarəti müfəttişliyinin “Surovıy” gəmisinə baş mexanik vəzifəsinə təyin edilmiş, xx.xx.1995-ci ildə öz ərizəsi ilə işdən azad edilmiş, xx.xx.1997-ci ildə Salyan tikinti X18 Cəmiyyətinə xəzinadar vəzifəsinə qəbul edilmiş, xx.xx.1999-cu ildə öz ərizəsi ilə işdən azad edilmiş, xx.xx.1999-cu ildə Salyan Sərnişin ATSC-yə Dispeçer vəzifəsinə qəbul edilmiş, xx.xx.2009-cu ildə öz ərizəsi ilə işdən azad edilmiş, xx.xx.2011-ci ildə Azərbaycan Dövlət Dəniz Akademiyasına gözətçi vəzifəsinə qəbul edilmiş, xx.xx.2011-ci ildə müqaviləsinə xitam verilmiş, xx.xx.2011-ci ildə "xxxx" D-LTD firmasına gözətçi vəzifəsinə təyin edilmiş, sonrada xx.xx.2012-ci ildə firmaya məxsus olan "xxxx" gəmisinə 2-ci mexanik vəzifəsinə təyin edilmiş, xx.xx.2017-ci ildə AR əmək məcəlləsinə əsasən işdən azad edilmiş, xx.xx.2017-ci ildə "xxxx" EKO MMC-yə baş mexanik vəzifəsinə qəbul edilmiş (Monolit Gəmisinə). xx.xx.2018-ci ildə öz ərizəsi ilə işdən azad edilmiş, xx.xx.2021-ci ildə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə mühafizəçi vəzifəsinə qəbul olunmuş, xx.xx.2024-cü ildə öz ərizəsi ilə işdən azad edilmiş, xx.xx.2024-cü ildə "xxxx" QSC-yə mühafizəçi vəzifəsinə qəbul edilmiş və xx.xx.2024-cü ildə öz ərizəsi ilə işdən azad edilmiş, xx.xx.2024-cü ildə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə mühafizəçi vəzifəsinə qəbul edilmiş, xx.xx.2025-ci ildə əmək müqaviləsinə xitam verilmişdir. İddiaçının əmək kitabçasındakı məlumatlardan və təqdim etdiyi digər sənədlərdən onun qanunla tələb olunan 25 ildən də artıq ümumi iş stajına malik olduğu müəyyən edilir. İşin mübahisəli halı tələb olunan xüsusi iş stajının mövcud olmaması ilə bağlıdır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin güzəştli stajla bağlı dəlillərini əsassız hesab edir. Məhkəmə kollegiyası əvvəla güzəştli iş stajı ilə bağlı iş materiallarına əlavə edilmiş sənədlərə diqqət çəkir: - İddiaçıya təqdim edilmiş “Azərbaycan X14” QSC X5 AM03/02-555 nömrəli xx.xx.2020-ci il tarixli arayışında göstərilmişdir ki, İddiaçı Azərbaycan Dövlət X7 üzücü heyətinin nəqliyyat donanması gəmilərində xx.xx.1984-cü il tarixdən xx.xx.1984-cü il tarixədək motorçu vəzifəsində işləmişdir. Onun işlədiyi vəzifə üzücü heyətə və çalışdığı gəmilər yük daşıyan X8na aid edilir. O, gəmilər liman akvatoriyasında daim fəaliyyət göstərən liman gəmiləri, habelə xidməti-yardımçı, gəzinti-səyahət, şəhərətrafı və şəhərdaxili su yollarında işləyən gəmilər hesab edilmir. İddiaçı gəmiçilikdə üzücü heyət üzrə nəqliyyat donanması gəmilərində güzəştli iş stajı 00 il 10 ay 07 gün təşkil edir. Qeyd edilən iş stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli,12 №-li qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüqüqu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı" 21.2 bəndinin "b" yarımbəndinə ( Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21- iyun 1993-cü il tarixli, 320 №-li qərarı ilə təstiq edilmiş 2 №-li siyahının XXYİİİ hissəsinin 3-cü bəndinin ( kod ********) 1-ci yarımbəndinə (kod ********) uyğun göstərilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli 6 №-li və xx.xx.2014-cü il tarixli 213 №-li sərəncamlarına əsasən Azərbaycan Dövlət X7 və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər X12 yenidən təşkili yolu ilə "Azərbaycan X14" Qapalı Səhmdar Cəmiyyəti (Cəmiyyət) yaradılmış, həmin müəssisələrin hüquq və öhdəlikləri Cəmiyyətə keçmişdir. - İddiaçının müraciətinə əsasən Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X1 Xidmətinin 3-14/2-Z-976-3/2024 nömrəli xx.xx.2024-cü il tarixli məktubu ilə bildirilmişdir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycan Respublikası Prezidentinin 23 may 2001-ci il tarixli 485 saylı Fərmanı ilə yaradılmışdır. Araşdırmalara əsasən, Salyan rayonu 4 saylı Balıq müfəttişliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeli qurumları siyahısına aid edilmədiyindən, sözügedən quruma aid hər hansı sənədlər Nazirliyə və qurumlarına təhvil verilməmişdir. - Birinci instansiya məhkəməsinin sorğusu əsasında “Azərbaycan X14” Qapalı Səhmdar Cəmiyyəti X5 13-3-1/2- 474/2025 nömrəli 22 aprel 2025-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, İddiaçı “Azərbaycan X14” QSC-də işləməmişdir və halhazırda da işləmir. Həmçinin adları qeyd olunan gəmilər “Azərbaycan X14” QSC-nin balansına daxil deyildir. Əlavə olaraq bildirilmişdir ki, sözügedən şəxsin çalışdığı vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricililərin siyahısı”nın 21.2-ci bəndinin (Dəniz və çay donanması) “b” yarımbəndinə (üzən heyət), (dəniz, çay donanmasının və balıqçılar sənayesi donanmasının gəmi heyəti) uyğun göstərilmişdir. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən əmək şəraiti zərərli və ağır olan işlərdə iş stajına münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı tələb olunur. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə işçinin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışın tələb olunması məhz ona dəlalət edir ki, işçinin əmək funksiyasını, yəni işçinin yetirməli olduğu müvafiq işi və ya göstərməli olduğu xidməti (güzəştli olub-olmamasını) işəgötürən müəyyən edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na, «Əmək pensiyaları təyin olunması üçün zəruri olan sənədlərin Siyahısı» adlanan 2 nömrəli əlavənin 2.4.1-ci bəndinə görə, «Əmək pensiyaları haqqında» Qanunun 9-cu maddəsinə əsasən, yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim olunur. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda da məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının güzəştli iş stajı mübahisələndirilir və təqdim edilmiş güzəştli iş stajı barədə arayışı qəbul etməməklə onu ziddiyyətli sayır. Belə ki, cavabdehin apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, məhkəmə tərəfindən verilmiş sorğuya cavab olaraq X5 22 aprel 2025-ci il tarixli 13-3-1/2-474/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, “İddiaçı “Azərbaycan X14” QSC-də işləməmişdir və hal-hazırda da işləmir. Həmçinin adları qeyd olunan gəmilər “Azərbaycan X14” QSC-nin balansına daxil deyildir.” İddiaçının çalışdığı gəmilər “Azərbaycan X14” QSC-nin balansına daxil olmadığından, həmin gəmilərin yük daşıyan X8na aid edilib-edilməməsi, həmin gəmilərin liman akvatoriyasında daim fəaliyyət göstərən liman gəmiləri, habelə xidmətiyardımçı, gəzinti-səyahət, şəhərətrafı və şəhərdaxili su yollarında işləyən gəmilər hesab edilib-edilməməsi məsələsinə də aydınlıq gətirilməmişdir. Buna görə də iddiaçının gəmilərdə işlədiyi dövrlərə münasibətdə güzəştli arayışa bərabər tutula bilməz. Apellyasiya baxışı zamanı qeyd edilən ziddiyyətlərin aradan qaldırılaraq xx.xx.1963cü il təvəllüdlü İddiaçı xx.xx.1984-cü il tarixdən xx.xx.1984-cü il tarixədək işlədiyi motorçu vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” qərarı ilə və (və ya) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” nın təsdiq edilməsi barədə qərarı ilə nəzərdə tutulub-tutulmaması, nəzərdə tutulduğu təqdirdə, peşələrin kodları göstərilməklə güzəştli arayışın, peşənin adı siyahıda fərqlidirsə, bu zaman siyahı üzrə göstərilən peşəyə uyğunlaşdırılmasına dair ətraflı (izahedici) məlumatın, İddiaçı işlədiyi dövrdə ağır iş səraitində işləməsi ilə bağlı əlavə məzuniyyətin, əmək haqqına əlavələrin, digər güzəştlərin (süd, qatıq və s.) verilibverilməməsi barədə “Azərbaycan X14” QSC-yə sorğu ünvanlanmışdır. “Azərbaycan X14” QSC X8 tərəfindən məhkəməyə ünvanlanan 13-3-1/2-1310/2025 nömrəli 04 noyabr 2025-ci il tarixli sorğuya cavab məktubu ilə bildirilmişdir ki, İddiaçı xx.xx.1984-cü il tarixindən xx.xx.1984-cü il tarixədək X9 çalışmışdır. Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(112)-1719/2024 №-li məktubunda İddiaçı xx.xx.1985-xx.xx.1992-ci il tarixlərədək X9 işləyib-işləməməsi barəsində məlumat istənilmişdir. Qeyd olunan məktuba cavab olaraq həmin illərdə sözü gedən şəxsin X9 işləmədiyi barədə məlumat verilmişdir. Həmçinin adı çəkilən gəmilərin X11 aid olmadığı vurğulanmışdır. Bundan əlavə həmin məktubda Azərbaycan Republikası Alı Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-703/20 nömrəli “Əmək pensiyalarının təyin edilməsi və ya yenidən hesablanması ilə bağlı işlər üzrə” icmal məktubu əsas götürülərək arayış verilməsi xahiş edilmişdir. Bu səbəbdəndə İddiaçı həmin məktubda qeyd olunan işlədiyi vəzifələrin uyğunluğu tərəfimizdən qeyd olunmuşdur. İddiaçı gəmiçilikdə üzən heyət üzrə nəqliyyat donanması gəmilərində güzəştli iş stajı 00 il 10 ay 07 gün təşkil edir. Qeyd edilən iş stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası peşələrin, vəzifərəlin və göstəricilərin yarımbəndinə uyğun göstərilmişdir Məktuba 13-3-1/3-9-360 nömrəli xx.xx.2025-ci il tarixli arayış əlavə edilmiş və qeyd edilmişdir ki, İddiaçı Azərbaycan Dövlət X7 üzücü heyətinin nəqliyyat donanması gəmilərində xx.xx.1984-cü il tarixdən xx.xx.1984-cü il tarixədək motorçu vəzifəsində işləmişdir. Onun işlədiyi vəzifə üzücü heyətə və çalışdığı gəmilər yük daşıyan X8na aid edilir. O, gəmilər liman akvatoriyasında daim fəaliyyət göstərən liman gəmiləri, habelə xidməti-yardımçı, gəzinti-səyahət, şəhərətrafı və şəhərdaxili su yollarında işləyən gəmilər hesab edilmir. İddiaçı gəmiçilikdə üzücü heyət üzrə nəqliyyat donanması gəmilərində güzəştli iş stajı 00 il 10 ay 07 gün təşkil edir. Qeyd edilən iş stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli,12 №-li qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüqüqu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı" 21.2 bəndinin "b" yarımbəndinə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 №-li qərarı ilə təstiq edilmiş 2 №-li siyahının XXYİİİ hissəsinin 3-cü bəndinin (kod ********) 1-ci yarımbəndinə (kod ********) uyğun göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli 154 №li Qərarına əsasən X14 Azərbaycan Dövlət X14 adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli 6 №-li və xx.xx.2014-cü il tarixli 213 №-li sərəncamlarına əsasən Azərbaycan Dövlət X7 və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər X12 yenidən təşkili yolu ilə "Azərbaycan X14" Qapalı Səhmdar Cəmiyyəti (Cəmiyyət) yaradılmış, həmin müəssisələrin hüquq və öhdəlikləri Cəmiyyətə keçmişdir. Eyni zamanda apellyasiya instansiyasında icraat zamanı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə sorğu ünvanlanaraq 1980-1990-cı illərdə Respublikada fəaliyyət göstərən Balıq Nəzarəti müfəttişliklərinin vaxtilə Azərbaycan Respublikası Dövlət Ekologiya və X2 Nəzarət Komitəsinin (hazırda Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi) struktur qurumlarına daxil olubolmaması barədə, xx.xx.1963-cü il təvəllüdlü İddiaçı xx.xx.1985-xx.xx.1992-ci və xx.xx.1993-xx.xx.1995-ci illərdə işlədiyi baş mexanik vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” qərarı ilə və (və ya) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” nın təsdiq edilməsi barədə qərarı ilə nəzərdə tutulub-tutulmaması, nəzərdə tutulduğu təqdirdə, peşələrin kodları göstərilməklə güzəştli arayışın, peşənin adı siyahıda fərqlidirsə bu zaman siyahı üzrə göstərilən peşəyə uyğunlaşdırılmasına dair ətraflı (izahedici) məlumatın məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən məhkəməyə ünvanlanan 3-14/2-4031-D-xx-xx/2025 nömrəli 12 noyabr 2025-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 23 may 2001-ci il tarixli, 485 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Dövlət Ekologiya və X6 Komitəsi ləğv edilmiş, ləğv olunun komitələrin bazasında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılmışdır. Həmçinin Azərbaycan Respublikası Prezidentinin 18 sentyabr 2001-ci il tarixli, 811 nömrəli Sərəncamı ilə “Azərbalıq” X3 Konserni ləğv edilmiş, ləğv olunan “Azərbalıq” X3 Konserninin səlahiyyətləri və onun tabeliyində olan müəssisə və təşkilatlar (Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli, 669 nömrəli Sərəncamının 1-ci bəndində göstərilən müəssisə və təşkilatlar istisna olunmaqla) Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə verilmişdir. Azərbaycan Respublikasının Dövlət Ekologiya və X6 Komitəsi ləğv olunduqdan sonra həmin dövrə aid olan sənədlər aidiyyəti üzrə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə verilmişdir. Təkrarən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyindən iddiaçının işlədiyi dövrə dair güzəştli arayışın təqdim edilməsi barədə sorğu ünvanlanmış, 1980-1990-cı illərdə 4 nömrəli Balıq Nəzarəti müfəttişliyinin “CK Otpor” gəmisində və “Surovıy” gəmisində baş mexanik vəzifəsinin güzəştli vəzifə olub-olmaması barədə, əgər güzəştli vəzifə hesab olunursa Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993cü il tarixli, 320 saylı “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” qərarı ilə və (və ya) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” nın təsdiq edilməsi barədə qərarında qeyd edilən kodlara uyğunlaşdırılmasını, peşənin adı siyahıda fərqlidirsə bu zaman siyahı üzrə göstərilən peşəyə uyğunlaşdırılmasına dair ətraflı (izahedici) məlumatın təqdim edilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X1 Xidmətinin 3- 14-21/2-066/2026 nömrəli 29 yanvar 2026-cı il tarixli məktubu ilə bildirilmişdir ki, 1980- 1990-cı illərdə 4 nömrəli Balıq Nəzarəti müfəttişliyinin "CK Otpor" gəmisində və "Surovıy" gəmisində baş mexanik vəzifəsinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifə olub-olmaması barədə Xidmətdə heç bir məlumat yoxdur. Apellyasiya baxışı zamanı eyni zamanda "xxxx" QSC-yə sorğu ünvanlanaraq xx.xx.1963-cü il təvəllüdlü İddiaçı xx.xx.2012-xx.xx.2017-ci illərdə işlədiyi 2-ci mexanik vəzifəsinin və xx.xx.2017-xx.xx.2018-ci illərdə işlədiyi baş mexanik vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” qərarı ilə və (və ya) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” nın təsdiq edilməsi barədə qərarı ilə nəzərdə tutulub-tutulmaması, nəzərdə tutulduğu təqdirdə, peşələrin kodları göstərilməklə güzəştli arayışın, peşənin adı siyahıda fərqlidirsə bu zaman siyahı üzrə göstərilən peşəyə uyğunlaşdırılmasına dair ətraflı (izahedici) məlumatın, "xxxx" MMC-nin fəaliyyət istiqamətinə dair sənədlərin, qurumun əvvəl “Monolit D” LTD şirkəti olması, daha sonra "xxxx" MMC-yə çevrilməsinə dair sənədlərin məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur. "xxxx" QSC tərəfindən məhkəməyə təqdim edilmiş NS/096/2025 nömrəli 19 dekabr 2025-ci il tarixli məktubu ilə bildirilmişdir ki, İddiaçı 01 may 2017-ci ildə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində (indiki adı: “Novelty Service" Qapalı Səhmdar Cəmiyyəti; VÖEN: **********) baş mexanik vəzifəsinə qəbul edilmiş və 01 iyun 2018-ci il tarixində öz ərizəsi əsasında əmək müqaviləsinə xitam verilmişdir. Həmçinin İddiaçı heyət üzvü olduğu “Monolit Petroleum’' gəmisi tanker yük gəmisi kimi fəaliyyət göstərmişdir. Bu səbəbdən, İddiaçı "xxxx" MMC-də fəaliyyət göstərdiyi dövr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısf’nın Dəniz və çay donanması adlanan 21.2-ci bəndinin üzən heyət başlıqlı (b) yarımbəndində əks olunan dəniz, çay donanmasının və balıqçılar sənayesi donanmasının gəmi heyəti (daim liman akvatoriyasında işləyən liman gəmiləri, yardımçıxidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olmaqla) ilə uyğundur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 175 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”-nın 4.1.20-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti - bu Qaydanın 4.1.1 -ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürən tərəfindən verilən forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş güzəştli şərtlərlə pensiya hüququ verən iş stajı və həmin işin xarakteri barədə arayışa əsasən müəyyən edilir. Qoşmada sözügedən Arayışı təqdim edilmişdir. xx.xx.2025-ci il tarixli arayışda İddiaçı xx.xx.2017-xx.xx.2018-ci il tarixləri arasında işlədiyi "xxxx" MMC-də baş mexanik vəzifəsi üzrə sığorta stajının 1 il, 1 ay, 0 gün təşkil etdiyi, işlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətlərinin “tanker (yük) gəmisinin üzən heyəti” ibarət olmalqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 21.2 (b) bəndinə/ (yarımbəndinə) uyğun olması qeyd edilmişdir. "xxxx" QSC tərəfindən məhkəməyə təqdim edilmiş NS/016/2026 nömrəli 02 fevral 2026-cı il tarixli məktubla bildirilmişdir ki, "xxxx" QSC-nin fəaliyyət istiqaməti vergilər saytında “8425103 - Dəniz yanğınsöndürən gəmiləri tərəfindən xidmətlərin göstərilməsi (Əsas)” kimi göstərilmişdir. Məktubunuzda qeyd etdiyiniz digər məsələ - Qurumun əvvəl “Monolit D” LTD şirkəti olması, daha sonra "xxxx" MMC-yə çevrilməsinə dair sənədlər bizə təhvil verilmədiyi üçün, həmçinin də sənədlərin arxiv olunması qaydalarına əsasən, arxiv olunmasından 5 il ötdüyünə görə həmin sənədlərin sizə təhvil verilməsi qeyri mümkün sayılır. "xxxx" QSC tərəfindən məhkəməyə təqdim edilmiş NS/09/02/26-001 nömrəli 09 fevral 2026-cı il tarixli məktubda bildirilmişdir ki, İddiaçı heyət üzvü olduğu "Monolit Petroleum” gəmisi tanker yük gəmisi kimi fəaliyyət göstərmişdir. Bu səbəbdən, İddiaçı "xxxx" MMC-də fəaliyyət göstərdiyi dövr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01,2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Dəniz və çay donanması adlanan 21.2-ci bəndinin üzən heyət başlıqlı (b) yarımbəndində əks olunan dəniz, çay donanmasının və balıqçılar sənayesi donanmasının gəmi heyəti (daim liman akvatoriyasında işləyən liman gəmiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olmaqla) ilə uyğundur. Onun işlədiyi vəzifə və çalışdığı gəmi üzən heyətə və nəqliyyat donanmasının yük daşıyan gəmilərinə aid edilir. Sözügedən gəmi liman akvatoriyasında daim fəaliyyət göstərən liman gəmiləri, habelə xidməti- yardımçı, gəzinti-səyahət, şəhərətrafı və şəhərdaxili su yollarında işləyən gəmilər hesab edilmir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı və Uçot İdarəsi tərəfindən 3- 21-2-2-1/2-10463/2026 nömrəli 9 fevral 2026-cı il tarixli məktubla məhkəməyə təqdim edilən sənədlərdən görünür ki, “Monolit-D” LTD firması bölünmə şəklində yenidən təşkil yolu ilə "xxxx" MMC yaradılmış və MMC-nin də adı dəyişdirərək "xxxx" QSC olmuşdur. Beləliklə, "xxxx" QSC tərəfindən verilmiş arayışlarda iddiaçının “Monolit-D” LTD firmasında və "xxxx" MMC-də ("xxxx" QSC-də) işlədiyi peşə barədə ətraflı məlumat verilmişdir. İddiaçı qeyd edilən müəssisələrdə "Monolit Petroleum” tanker yük gəmisində baş mexanik vəzifəsində işləmişdir ki, həmin işlədiyi vəzifə və çalışdığı gəmi üzən heyətə və nəqliyyat donanmasının yük daşıyan gəmilərinə aid edilir. Sözügedən gəmi liman akvatoriyasında daim fəaliyyət göstərən liman gəmiləri, habelə xidməti- yardımçı, gəzintisəyahət, şəhərətrafı və şəhərdaxili su yollarında işləyən gəmilər hesab edilmir. Göründüyü kimi, iddiaçının Azərbaycan Dövlət X9 və "xxxx" D-LTD, "xxxx" MMC-də güzəştli sahədə işləməsinə dair arayışlar mövcuddur. Mübahisələndirilən 4 nömrəli Balıq Nəzarəti müfəttişliyinin CK Otpor” gəmisində və “Surovıy” gəmisində baş mexanik vəzifəsində işlədiyi dövrlərlə bağlı müəssisə tərəfindən güzəştli arayış alınması mümkün olmasa da, məhkəmə kollegiyası diqqətə çatdırır ki, “Azərbaycan X14” Qapalı Səhmdar Cəmiyyəti X8 sorğuya cavab məktubundan göründüyü kimi, iddiaçının gəmidə xx.xx.1984-xx.xx.1984-cü ildə işlədiyi motorçu peşəsinin, oxşar müəssisə kimi isə müxtəlif dövrlərdə işlədiyi baş mexanik peşəsinin (xx.xx.1985xx.xx.1992, xx.xx.1993-xx.xx.1995, xx.xx.2012-xx.xx.2017, xx.xx.2017-xx.xx.2018-ci illərdə işlədiyi) məhz Siyahıda nəzərdə tutulmuş müvafiq koda uyğunlaşdırılması düzgün olmuşdur. Məhkəmə kollegiyası bir daha diqqətə çatdırır ki, iddiaçıya məxsus 1984-cü ildə açılmış əmək kitabçasından da görünür ki, onun peşəsi gəmi mexaniki olmuş və qeyd edilən müəssisələrdə də məhz dəniz, çay donanmasının və balıqçılar sənayesi donanmasının gəmi heyətinin üzvü kimi işləmişdir. Belə olan halda eyni bir vəzifədə əvvəlki dövrlərə dair (hansı ki, müəssisə hazırda mövcud deyil) güzəştli arayışın tələbi məntiqi sayıla bilməz. Bu onu deməyə əsas verir ki, iddiaçının tələb olunan 12 il 6 aydan artıq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli,12 №-li qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüqüqu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nın 21.2 bəndinin "b" yarımbəndinə uyğun vəzifələrdə iş stajı olmuşdur. Beləliklə, qanunvericiliklə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan bütün şərtlər iddiaçıya münasibətdə mövcuddur, yəni onun xx.xx.2023-cü ilədək ümumilikdə 25 ildən çox əmək stajı vardır və qanunla müəyyən edilmiş 12 il 6 aydan artıq müddət ərzində o, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi hüququ verən peşədə işləmişdir. İddiaçının 25 il ümumi və 12 il 6 ay güzəştli iş stajının mövcudluğu iş materialları və məhkəmə araşdırmasıyla sübuta yetirilir. Məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM-14.3), «Əmək pensiyaları haqqında» AR Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM- 73.1), imtina mövcud inzibati praktikaya da zidd olmuş, habelə cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («İnzibati icraat haqqında» AR Qanununun 13.2 və 17-ci maddələri). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1719/2025 nömrəli, 26 may 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elvin Əliyev Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar