Məhkəmə qərarları › İş №2-1(103)-3789/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3789/2023

30.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3789/2023 30.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X29 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X8 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçı1 və onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X19 iştirakı ilə, İddiaçı1 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı "vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7095/2023 nömrəli, 27 iyul 2023-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı1 Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia qaldıraraq “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********6653 nömrəli qərarının ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı fərdi sahibkar kimi vergi uçotuna (VÖEN: **********) alınmışdır. Fəaliyyət göstərdiyi “ALP” şadlıq sarayında xx.xx.2022- ci il tarixli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarla 23 dekabr 2022- ci il tarixdə operativ vergi nəzarəti tədbiri həyata keçirmiş və 33 nəfər şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə, xidmətlərin göstərilməsinə cəlb edilməsi əsası ilə iddiaçıya xx.xx.2023-cü il tarixdə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********6653 nömrəli qərarla 66000,0 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. xx.xx.2022-ci il tarixdə həyata keçirilmiş nəzarət tədbiri nəticəsində qəbul edilən xx.xx.2023-cü il tarixli **********6653 nömrəli qərar ləğv olunmalıdır. Belə ki, xx.xx.2022-ci il tarixdə “ALP” şadlıq evinə daxil olan vergi orqanı əməkdaşları güya 54 nəfər fiziki şəxsdən 33 nəfərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən çalışdığını müəyyən etmişlər. İlk öncə məlumdur ki, şadlıq evlərinin əsas gəlir mənbəyi toylardır. Təqvim ayı ərzində təbii ki, hər gün şadlıq sarayında toy olmur. Tоу olan günlərdə isə əlavə işçi qüvvəsinə ehtiyac yaranır. Toyda olacaq qonaqların sayına mütənasib işçilərin sayını müəyyən etmək məqsədilə cari gün təxminən saat 16.00 radələrində toyda işləmək üçün namizədlər şadlıq sarayına dəvət olunur və onlardan müəyyən meyarlara ən yaxşı cavab verən namizədlər seçildikdən sonra axşamkı toy üçün rəsmiləşdirilərək əmək fəaliyyətinə cəlb edilirlər. Həmin gün də vergi orqanının əməkdaşları saat 16.00 radələrində şadlıq sarayına gəlmiş və çağırılmış 33 nəfər namizədlə guya əmək müqaviləsi bağlanmaması səbəbi ilə mübahisələndirilən qərarı qəbul etmişlər. Halbuki həmin 33 nəfərdən 20 nəfəri daha uyğun namizəd olduqları üçün seçilmiş və daha sonra (həmin zaman vergi əməkdaşları da orda idilər) onlarla əmək müqaviləsi bağlanmışdır. Vergi əməkdaşları bütün bu proseslərin şahidi olmuşlar. Şadlıq saraylarında formalaşmış işgüzar adətlərə əsasən toy günləri müəyyən olunmuş vaxtda çağırılmış namizədlərlə iclas keçirilir və onlar seçildikdən sonra əmək funksiyalarının icrasına başlanılmamışdan bilavasitə öncə onlarla həmin gün üçün əmək müqaviləsi bağlanılır. Vergi əməkdaşları da həmin namizədlərin seçimi üçün keçirilən iclas zamanı gəlmişlər və heç bir əmək funskiyalarını icra etməyən, əmək münasibətləri yaranmamış şəxslərlə bağlı yanlış qərar vermişlər. Həmçinin, inzibati orqan tərəfindən 33 nəfərin heç birinin izahatı alınmamışdır. Göründüyü kimi, vergi orqanı işə qəbul üçün gəlmiş namizədləri əmək müqaviləsi hüquqi qüvvəyə minmədən çalışan şəxslər sırasına aid edərək əsassız qərar qəbul etmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqanın iddiaya yazılı etirazı onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********4868 nömrəli qərarına əsəsən iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev, 33F, 2403-cü məhəllə ünvanında yerləşən “Alp” şadlıq evində həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı 33 nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xıdmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi müəyyən edilərək xx.xx.2022-ci il tarixli DVX seriyalı, 006583 nömrəli operativ vergi nəzarətinin nəticəsi haqqında aktla rəsmiləşdirilmişdir Operativ vergi nəzarəti tədbiri zamanı 33 nəfər fiziki şəxs iş yükü ilə əlaqədar izahat verməkdən imtina etmiş, həmçinin iddiaçı heç bir əsaslı səbəb göstərmədən yazılı izahat təqdim etməkdən imtına etmişdir.Tərtib edilmiş akt əsasında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsi tərəfindən "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********6853 saylı qərar qəbul edilmişdir. İddiaçı əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslər işlərin yerinə yetirilməsinə iddiaçı tərəfindən cəlb edilmiş, iddiaçı 33 nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaratmış, aktda adları qeyd olunan 33 nəfər şəxs iddiaçı ilə faktiki əmək münasibətlərində olmuş, eləcə də iddiaçı məsuliyyətdən yayınmağa və vergi üstünlüyü əldə etməyə cəhd etmişdir.İddiaçının iddia ərizəsində qeyd etdiklərinin əksinə bildiririk ki, İddiaçı1 operativ vergi nəzarəti xx.xx.2022-ci il tarixdə saat 16:45-də keçirilməsinə baxmayaraq, iddiaçı 20 fiziki şəxs üzrə bildirişləri yoxlama saatlarından sonraki saatlarda elektron sistemə daxil etmişdir.Ümumiyyətlə İddiaçı1 33 fiziki şəxsdən 28 nəfəri üzrə müxtəlif tarixlərdə əmək münasibətlərində olmuşdur.Sadalananlar bir daha sübut edir ki, iddiaçı faktiki əmək münasibətlərində olmuş, eləcə də məsuliyyətdən yayınmağa və vergi üstünlüyü əldə etməyə cəhd etmişdir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7095/2023 nömrəli, 27 iyul 2023-ci il tarixli qərarı (hakim M.Hacıbəyova) ilə iddia tələbi təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə etirazın məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, operativ vergi nəzarətinin keçirilməsi ilə bağlı normalar Vergi Məcəlləsinin 50-ci maddəsində təsbit edilmişdir. Vergi Məcəlləsinin 50.6-cı maddəsinin tələbinə görə operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı Vergi Məcəlləsinin 39-43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir. Başqa sözlə desək, operativ vergi nəzarəti zamanı münasibətləri Vergi Məcəlləsinin 50-ci maddəsi ilə yanaşı, 39-43-cü və 46-49-cu maddələri də tənzimləyir. Foto və video çəkilişin aparılmasını nəzərdə tutan 41.1-ci maddə Vergi Məcəlləsinin 39-43-cü və 46-49-cu maddələri ilə kompleks şəkildə qiymətləndirilməlidir. Vergi Məcəlləsinin 48-ci maddəsində tərtib edilən protokola dair ümumi tələblərdə foto və video çəkilişin aparılması tələblər siyahısında nəzərdə tutulmadığından səyyar vergi yoxlamaları və OVN zamanı icra olunan hərəkətlər əsasən protokol və aktlarla rəsmiləşdirilir, yalnız zərurət olduqda bu hərəkətlərlə bağlı foto və video çəkiliş aparılır. Eyni zamanda bildirilir ki, sözügedən normanın (41-ci maddə) məzmunundan da göründüyü kimi foto və ya video çəkilişdən istifadə olunması imperativ tələb kimi nəzərdə tutulmamışdır. Vergi orqanları baxış zamanı aşkar olunmuş pozuntu hallarının qeydə alınması zamanı foto və video çəkilişdən istifadəni həyata keçirməkdə səlahiyyətlidir. Vergi nəzarəti tədbirləri zamanı video çəkilişlərin edilməsi ilə əlaqədar vergi ödəyicisinin ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxış həyata keçirilən zaman tətbiq edilir. Belə ki, nə Vergi Məcəlləsində, nə də ki "Dövlət vergi orqanları tərəfindən operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi" Qaydalarındaəmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqlarının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı video çəkilişlərin həyata keçirilməsi nəzərdə tutulmamışdır. Apellyasiya instansiya məhkəməsində icraat zamanı cavabdeh apellyasiya şikayətinə əlavə təqdim edərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7095/2023 nömrəli, 27 iyul 2023-ci il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə əlavə onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat İdarəsinin Təhqiqat şöbəsində həmin fakt üzrə Azərbaycan Respublikası' CM-nin 162- 1,1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq ibtidai araşdırma aparılmış və xx.xx.2023-cü il tarixdə cinayət işinin aidiyyəti üzrə göndərilməsinə dair qərar qəbul edilmişdir. xx.xx.2023-cü il tarixdə cinayət işi üzrə istintaqın davam etdirilməsi mənə həvalə olunduğundan, cinayət işi tərəfimdən icraata qəbul edilərək istintaqı davam etdirilmişdir. Cinayət işi üzrə şahid qismində dindirilmiş fiziki şəxs İddiaçı1 ifadəsində xx.xx.2022-ci il tarixdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə vergi orqanında qeydiyyata alındığını, 2022-ci ildə icarə müqaviləsinə əsasən ünvan 2 ünvanda yerləşən “ALP” şadlıq sarayını icarəyə götürdüyünü, Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsində vergi ödəyicisi kimi qeydiyyatda dayandığını, ********** saylı VÖEN-in ona məxsus olduğunu, rəhbərlik etdiyi şadlıq sarayında işçilərin onun tərəfindən işə qəbul edildiyini və işdən azad edildiyini, mühasibatlıq işlərinin özünün tərəfindən aparıldığını və vaxtında vergi orqanına təqdim edilidiyini, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-cı ıl tarixli **********4868 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında Qərarı na əsasən xx.xx.2022-ci il tarixdə onun rəhbərlik etdiyi şadlıq sarayında operativ vergi nəzarəti tədbiri həyata keçirildiyini bildirmişdir. Eyni zamanda keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı şadlıq sarayında ümumilikdə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi Qüvvəyə minmədən 33 (otuz üç) nəfər işçi olduğu aşkar edilərək müvafiq qaydada rəsmiləşdirildiyini, həmin işçilərin onun tərəfindən işə qəbul edildiyini və onların əmək haqlarının (maaşları) onun tərəfindən nağd qaydada ödənildiyini, həmin işçilərin yeni işə gəldikləri və işlə tanış olduqları üçün onlarla əmək müqaviləsi bağlanmadığını, ümumilikdə isə “Alp” şadlıq sarayında 73 nəfər şəxs müxtəlif işlərin görülməsinə cəlb edildiyini, onlardan 33-ü Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən müxtəlif işlərin görülməsinə onun tərəfindən cəlb edildiyini, 40-nın isə əmək müqaviləsi mövcud olduğunu qeyd etmişdir. Bundan əlavə, o, həmin ifadəsində aşağıdakı göstərilən tarixlərdən və göstərilən məbləğlərdə əmək haqqı ödənilməklə əmək müqaviləsi hüquqi qüvvəyə minmədən müxtəlif işlərin görülməsinə onun tərəfindən cəlb edildiyini etiraf edərək hər bir işçi üzrə ayrılıqda işlərə cəlb edilmə tarixini, vəzifəsini və əmək haqqı məbləğini qeyd etmişdir. Belə ki, X30 ofisiant kimi xx.xx.2022-ci il tarixdən gündəlik əmək haqqı 15 manat, X9 xadimə kimi xx.xx.2022-ci il tarixdən gündəlik əmək haqqı 13 manat, X20 aşbaz kimi xx.xx.2022-ci il tarixdən gündəlik emək haqqı 20 manat, X21 aşbaz kimi xx.xx.2022-ci il tarixdən gündəlik əmək haqqı 20 manat, X14 ofisiant kimi xx.xx.2022-ci il tarixdən gündəlik əmək haqqı 15 manat, X10 ofisiant kimi xx.xx.2022-ci il tarixdən gündəlik əmək haqqı 15 manat, X31 ofisiant kimi xx.xx.2022-ci il tarixdən gündəlik əmək haqqı 15 manat, X48 ofisiant kimi xx.xx.2022-ci il tarixdən gündəlik əmək haqqı 15 manat, X49 ofisiant kimi xx.xx.2022-ci il tarixdən gündəlik əmək haqqı 15 manat, X2 ofisiant kimi xx.xx.2022-ci il tarixdən gündəlik əmək haqqı 15 manat, X11 ofisiant kimi xx.xx.2022-ci il tarixdən gündəlik əmək haqqı 15 manat, X15 ofisiant kimi xx.xx.2022-ci il tarixdən gündəlik əmək haqqı 15 manat, X1 kimi xx.xx.2022-ci il tarixdən gündəlik əmək haqqı 25 manat, X23 ofisiant kimi xx.xx.2022-ci il tarixdən gündəlik əmək haqqı 15 manat, X32 ofisiant kimi xx.xx.2022-ci il tarixdən gündəlik əmək haqqı 15 manat, X5 ofisiant kimi xx.xx.2022-ci il tarixdən gündəlik əmək haqqı 15 manat, X24 ofisiant kimi xx.xx.2022-ci il tarixdən gündəlik əmək haqqı 15 manat, X33 ofisiant kimi xx.xx.2022-ci il tarixdən gündəlik əmək haqqı 15 manat, X25 ofisiant kimi xx.xx.2022-ci il tarixdən gündəlik əmək haqqı 15 manat, X6 qabyuyan kimi xx.xx.2022-ci il tarixdən gündəlik əmək haqqı 13 manat, X3 aşbaz kimi xx.xx.2022- ci il tarixdən gündəlik əmək haqqı 20 manat, Rüstəmova Gülçöhrə Təmirxan qızı xadimə kimi xx.xx.2022-ci il tarixdən gündəlik əmək haqqı^13 manat, X4 xadimə kimi xx.xx.2022-ci il tarixdən gündəlik əmək haqqı 13 manat, Səbziyev Fuad Zülfıgär oğlu işıqçı kimi xx.xx.2022-ci il tarixdən gündəlik əmək haqqı 20 manat, X40 anbardar kimi xx.xx.2022-ci il tarixdən gündəlik əmək haqqı 20 manat, X7 ofisiant kimi xx.xx.2022-ci il tarixdən gündəlik əmək haqqı 15 manat, X50 ofisiant kimi xx.xx.2022-ci il tarixdən gündəlik əmək haqqı 15 manat, Məmmədov'Zakir Rasim oğlu ofisiant köməkçisi kimi xx.xx.2022-ci il tarixdən gündəlik əmək haqqı 13 manat, X26 ofisiant kimi xx.xx.2022-ci il tarixdən gündəlik əmək haqqı 15 manat, X41 ofisiant kimi xx.xx.2022-ci il tarixdən gündəlik əmək haqqı 15 manat, X42 ofisiant kimi xx.xx.2022-ci il tarixdən gündəlik əmək haqqı 15 manat, X34 xadimə kimi xx.xx.2022-ci il tarixdən gündəlik əmək haqqı 13 manat və X61 ofisiant kimi xx.xx.2022-ci il tarixdən gündəlik əmək haqqı 15 manat olduğunu və göstərilən işçilər əmək müqaviləsi hüquqi qüvvəyə minmədən müxtəlif işlərin görülməsinə qeyd etdiyi tarixlərdə, göstərdiyi əmək haqları məbləğləri nağd qaydada ödənilməklə onun tərəfindən cəlb edildiyi bildirilmişdir. İstintaq zamanı iş üzrə şahid qismində dindirilmiş İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Opeativ vergi nəzarəti İdarəsinin Operativ vergi nəzarəti idarəsinin 2-ci operativ nəzarət şöbəsinin dövlət vergi müfəttişi X51 fərdi sahibkar İddiaçı1 (VÖEN: **********) fəaliyyət göstərdiyi ünvan 2 ünvanda yerləşən “ALP” şadlıq sarayında keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı 33 (otuz üç) nəfərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən müxtəlif işlərin yerinə yetirilməsinə cəlb edilməsi faktı aşkar edilməsində iştirak etdiyini və bu barədə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən, işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin(xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar olunması ilə bağlı operativ vergi nəzarətinin nəticələri haqqında xx.xx.2022-ci il tarixli, DVX seriyalı, 006583 nömrəli akt və ona əlavə olunmuş siyahılar tərtib edilməklə rəsmiləşdirildiyini, həmin obyektdə olarkən izdiham yarandığını, eyni zamanda orda olan şəxslər tərəfindən qalmaqal yaradılmasına cəhd edilərək izahatların alınmasına mane olunduğu, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən müxtəlif işlərin yerinə yetirilməsinə cəlb edilmiş şəxslərin şəxsiyyətlərini müəyyənedici anket məlumatları əldə edilərək müvafiq izahatların alınması üçün onlara müraciət olunduğu, onlarla maarifləndirici profilaktik söhbətlər aparıldığı, lakin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən müxtəlif işlərin yerinə yetirilməsinə cəlb edilmiş şəxslərin izahat verməkdən imtina etdiyi, buna görə də onların izahatlarının alınması mümkün olmadığını qeyd etmişdir. İstintaq zamanı şahid qismində dindirilmiş operativ vergi nəzarəti tədbirində iştirak etmiş vergi orqanı əməkdaşları X35, X43 və X12 ifadələrində X27 ifadəsində qeyd etdiyi xüsusatları təsdiq etmişlər. Bundan əlavə, cinayət işi üzrə aparılan istintaq zamanı operativ vergi nəzarəti tədbiri həyata keçirilərkən müqaviləsiz işə cəlb edilmiş 33 nəfər şəxslə sahibkar tərəfindən xx.xx.2022-ci il tarixdən hazıradək həmin şəxslərin hamısı ilə əmək müqavilələrinin bağlanıldığı Dövlət Vergi Xidmətinin Hesabat-Axtarış elektron məlumat sistemindən əldə olunmuş əmək müqavilələri bildirişləri barədə rəsmi məlumatlardan müəyyən edilmiş və cinayət işinin materiallarına əlavə edilmişdir. Beləliklə, aparılmış istintaqla sübuta yetirilmişdir ki, İddiaçı1 Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən, xeyli sayda şəxsləri, yəni 33 (otuz üç) nəfər işçiləri yəni- X30 (FİN: 66C8T3V), X9 (FİN: 3N1S6PC), X20 (FİN: 16N1H95 ), X21 (FİN: 3CAWXJ0), X14 (FİN: 5FD82HV), X10 (FİN: 2KLQ0NK), X31 (FİN: 7NFYN5C), X48 (FİN: 566UX6S), X49 (FİN: 6485CP3), X2 (FİN: 5YSUB84), X11 (FİN: 7PK8EFM), X15 (FİN: 525MCCD), X22 (FİN; 7FXWZ8J), X23 (FİN: 28UUC2U), X32 (FİN: 5U1856P), X5 (FİN: 5Z0DK9Q), X24 (FİN: 797RRRT), X33 (FİN: 6W76RZ6), X25 (FİN: 57W234M), X6 (FİN: 37VZXBT), X3 (FİN: 4C5D149), Rüstəmova Gülçöhrə Təmirxan qızı (FİN: 35FKE0A), X4 (FİN: 5GC7P1M), X18 (FİN: 2Q6PG9B), X40 (FİN: 6EEHAV5), X7 (FİN: 7N5TUL9), X50 (FİN: 4YUKNZ9), X36 (FİN: 88C4JN2), X26 (FİN: 4WDHLPG), X41 (FİN: 5RC1KHY) X42 (FİN: 737X0N4), X34 (FİN: 1D9C3Q4) və X13 (FİN: 4YGS8SA) müxtəlif işlərin yerinə yetirilməsinə cəlb etməklə, Azərbaycan Respublikası CM-nin 162-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Fiziki şəxs İddiaçı1 tərəfindən 33 nəfərin əmək müqaviləsi bağlanılmadan müxtəlif işlərin yerinə yetirilməsinə cəlb ediməsi nəticəsində ödənilməkdən yayındırılmış muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan verginin, eləcə də icbari tibbi sığorta, işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqlarının hesablanması barədə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş idarəsinin Audit şöbəsinin xx.xx.2023-cü il tarixli **********940700 nömrəli xidməti məktubundan görünür ki, əmək müqaviləsi (kontrakt) hüquqi qüvvəyə minmədən 33 nəfərin müxtəlif işlərin yerinə yetirilməsinə cəlb edilməsi nəticəsində, ümumilikdə 1047,90 manat məbləğində icbari tibbi sığorta (139,72 manat), işsizlikdən sığorta (34,94 manat) və məcburi dövlət sosial sığorta haqları (873,25 manat) ödənilməkdən yayındırılmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş fiziki şəxs İddiaçı1 mədaxil qəbzlərindən görünür ki, 1050 manat məbləğində icbari tibbi sığorta (140 manat), işsizlikdən sığorta (36 manat) və məcburi dövlət sosial sığorta haqları (874 manat) Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin depozit hesabına ödənilmişdir. xx.xx.2023-cü il tarixli müvafiq xidməti məruzələrlə həmin vəsaitlər İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsinə ödənilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Dövlət Vergi Xidmətinin Hesabat-Axtarış elektron məlumat sistemindən əldə olunmuş əmək müqavilələri bildirişləri barədə rəsmi məlumatlardan görünür ki, fiziki şəxs İddiaçı1 ilə 33 nəfər arasında bağlanmış əmək müqavilələri qüvvəyə minmişdir. Fiziki şəxs İddiaçı1 ərizə ilə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə müraciət edərək, 1050 manat məbləğində icbari tibbi sığorta (140 manat), işsizlikdən sığorta (36 manat) və məcburi dövlət sosial sığorta haqlarını (874 manat) ödədiyini, bu cinayət əməlini ilk dəfə törətdiyini və törətdiyi əməldən səmimi peşmançılıq çəkdiyini bildirərək, barəsində istintaq olunan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Qeyd olunanlar bir daha göstərir ki, iddiaçı vergidən yayındığını etiraf etmiş və Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarla razı olmuşdur. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi haqqında qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı1 və onun nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia ümumi və xüsusi mümkünlük şərtlərinə cavab verir. Belə ki, hazırkı iddia növü mübahisələndirmə haqqında iddiadır. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir: iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə verilmiş, iddia prosessual müddətə əməl edilməklə qaldırılmışdır. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 50.1-ci maddəsinə görə operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi; - 50.2-ci maddəsinə görə operativ vergi nəzarətinin həyata kecirilməsi üçün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. - 50.3-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. - 50.4-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. - 50.5-ci maddəsinə əsasən operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri çərçivəsində vergi ödəyicilərinin ərazilərinə və ya binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olması, ərazilərinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla), habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi, sənədlərin tələb edilməsi, sənədləri və nümunə kimi əşyaları götürməsi, ekspert cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçi dəvət edilməsi və aksiz markası ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markası ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların siyahıya alınması bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir. - 50.6-cı maddəsinə görə operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Azərbaycan Respublikasının vergilər nazirinin xx.xx.2020-ci il tarixli **********044300 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanları tərəfindən operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi Qaydaları”nın: - 1.4-cü bəndinə görə operativ vergi nəzarəti Vergi Məcəlləsinin 50.2-ci maddəsində və bu Qaydaların 1.6.1-ci və 1.6.2-ci yarımbəndlərinə əsasən nəzərdə tutulmuş əsaslardan biri olduqda, Vergi Məcəlləsinin 50.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Vergilər Nazirliyinin təsdiq etdiyi formada vergi orqanının əsaslandırılmış qərarına və Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnaməyə müvafiq olaraq vahid məlumat reyestrindən çıxarışa (bu Qaydaların 3-cü hissəsi ilə müəyyən edilmiş operativ vergi nəzarəti istisna olmaqla) əsasən həyata keçirilir. Qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. - 1.6-cı bəndinə görə operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi üçün Vergi Məcəlləsinin 50.2-ci maddəsində göstərilən əsaslarla yanaşı, aşağıdakı risk meyarlarından biri olmalıdır: 1.6.1. Vergilər Nazirliyi tərəfindən müəyyən edilmiş risk meyarları; 1.6.2. Vergilər Nazirliyinin müvafiq strukturları tərəfindən müəyyən edilmiş və Vergilər Nazirliyi tərəfindən təsdiq edilmiş risk meyarları. - 1.10-cu bəndinə əsasən operativ vergi nəzarəti tədbirləri vergi ödəyicisinə və ya onun səlahiyyətli nümayəndəsinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarəti tədbirini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) nəzarətə başladıqdan sonra vergi orqanının qərarını, yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışı (bu Qaydaların 3-cü hissəsi ilə müəyyən edilmiş operativ vergi nəzarəti istisna olmaqla) və öz xidməti vəsiqəsini (vəsiqələrini) vergi ödəyicisinə və ya onun səlahiyyətli nümayəndəsinə dərhal təqdim edir. - 1.13-cü bəndinə əsasən operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri çərçivəsində vergi ödəyicilərinin ərazilərinə və ya binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olması, ərazilərinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla), habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi, sənədlərin tələb edilməsi, sənədlərin və nümunə kimi əşyaların götürülməsi, ekspertin cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçinin dəvət edilməsi və aksiz markası ilə markalanmamış və ya saxta aksiz markası ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan nişanlanmamış və ya saxta məcburi nişanlanma ilə nişanlanmış malların siyahıya alınması Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. - 2.1-ci bəndinə görə operativ vergi nəzarətinin nəticələrinin rəsmiləşdirilməsi və operativ vergi nəzarətinin materiallarına baxılması Vergi Məcəlləsinin 39-cu və 49-cu maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. - 2.2-ci bəndinə görə operativ vergi nəzarətinin və bu Qaydaların 1.13-cü bəndində nəzərdə tutulmuş tədbirlərin nəticələri bütün hallarda vergi orqanının vəzifəli şəxsləri tərəfindən Azərbaycan Respublikasının Vergilər Nazirliyinin təsdiq etdiyi və bu Qaydalara əlavə edilmiş müvafiq akt, protokol və digər zəruri sənəd formaları ilə rəsmiləşdirilir. - 2.4-cü bəndinə əsasən operativ vergi nəzarətinin nəticəsi barədə vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin və ya qanun pozuntusuna yol vermiş şəxsin iştirakı ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin təsdiq etdiyi formada akt, protokol və digər sənədlər tərtib edilir. Həmin aktda, protokolda və digər sənədlərdə vergi qanunvericiliyinin pozulması halları göstərilir, vergi ödəyicisi tərəfindən tələbləri pozulmuş qanunvericilik aktlarının konkret maddələrinə istinad etməklə pozuntunun xarakteri açıqlanır, qanun pozuntusuna yol vermiş şəxsə vergi qanunvericiliyinin tələblərinə əməl edilməsinin tövsiyə olunması barədə qeyd aparılır, yaxud vergi qanunvericiliyinin pozulması hallarının olmaması göstərilir. - 2.5-ci bəndinə görə tərtib olunmuş aktlar, protokollar və digər sənədlər operativ vergi nəzarətinin keçirilməsində iştirak edən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) vergi ödəyicisi hüquqi şəxs olduqda onun rəhbəri (onu əvəz edən şəxs) və ya səlahiyyətli nümayəndəsi, fiziki şəxs olduqda onun özü və ya səlahiyyətli nümayəndəsi tərəfindən imzalanır. - 2.6-cı bəndinə əsasən vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi aktda, protokolda və digər sənədlərdə öz qeydlərini edə bilər, imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda, protokolda və digər sənədlərdə vergi orqanının vəzifəli şəxsi (şəxsləri) tərəfindən müvafiq qeyd aparılır. - 10-cu bəndinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin həyata keçirilməsi: 10.1. Bu Qaydaların 1.6.1-ci və 1.6.2-ci yarımbəndlərinə əsasən risk meyarlarından biri olduqda operativ vergi nəzarəti tədbirinin keçiriləcəyi vergi ödəyicisi və (və ya) ona məxsus təsərrüfat subyekti (subyektləri) müəyyənləşdirilir. Bu məsələyə dair operativ vergi nəzarəti tədbirinin ərazi üzrə keçirilməsi zərurəti yarandıqda Vergilər Nazirliyinin aidiyyəti strukturu ilə razılaşdırıldıqdan sonra vergi orqanları bu barədə qərar çıxara bilərlər. 10.2. Operativ vergi nəzarəti tədbiri zamanı barəsində nəzarət tədbirinin keçirilməsi haqqında qərar qəbul edilmiş vergi ödəyicisinin adı (hüquqi şəxs olduqda hüquqi şəxsin tam adı, rəhbərinin soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və digər rekvizitləri, fiziki şəxs olduqda onun soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və digər rekvizitləri), VÖEN-i, səlahiyyətli nümayəndəsi olduqda onun soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və digər rekvizitləri müəyyənləşdirilir. Vergi orqanının vəzifəli şəxsi tərəfindən vergi nəzarətinə başlamazdan əvvəl müvafiq elektron informasiya sistemindən əmək müqaviləsi bildirişləri barədə məlumat əldə edilməlidir. 10.3. Operativ vergi nəzarəti tədbirinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında Tələbnamə vergi ödəyicisinə və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edilir və onlardan birinin iştirakı ilə vergi ödəyicisinə məxsus obyektdə yerinə yetirilən işlər (xidmətlər) müəyyənləşdirilir. Tələbnamə bu Qaydaların əlavəsində göstərilən formada tərtib edilməli və həmin Tələbnamə ilə nəzarət kitabçası, əmək müqavilələri, işəgötürənin və işçilərin, habelə işəgötürənin səlahiyyətli nümayəndəsi olduqda onun şəxsiyyət vəsiqələrinin surətləri, əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair məlumat, habelə həmin obyektdə Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslər barədə müvafiq məlumatları əks etdirən sənədlər (işlərə /xidmətlərə/ cəlb edilmə ilə bağlı müvafiq sənədlər /müqavilələr/, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz”lərin surətləri) və digər zəruri sənədlər vergi ödəyicisindən tələb edilməlidir. 10.4. Vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərin faktiki sayı müəyyənləşdirilir. Operativ vergi nəzarəti tədbiri keçirilən təsərrüfat subyektində (subyektlərində) ilk növbədə işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərlə əmək müqavilələrinin və mülki qaydada müqavilələrin bağlanılıb-bağlanılmadığı və həmin müqavilələrin hüquqi qüvvəyə minməsini təsdiq edən bildirişlərin və Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslərin fəaliyyət göstərdiyi təqdirdə onlar tərəfindən “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz”lərin mövcudluğu araşdırılır. 10.5. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi və fiziki şəxslərin Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” olmadan məşğul olduğu halları aşkar edilərsə vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə həmin fiziki şəxslərin sayı və mümkün olduğu təqdirdə bu şəxslərin şəxsiyyət vəsiqələrinin surətləri əldə olunmalı, yaxud soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və digər rekvizitləri müəyyənləşdirilməli, fiziki şəxslərin aldıqları əmək haqqı məbləğləri, həmin təsərrüfat obyektində çalışan digər şəxslərin soyadı, adı, atasının adı barədə məsələlər aydınlaşdırılmalı, habelə vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin və əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş və “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” olmadan fəaliyyət göstərən fiziki şəxslərin izahatları alınmalıdır. Azərbaycan Respublikasında fəaliyyət göstərən əcnəbilərin izahatları alınarkən zəruri hallarda onların tərcüməçi xidmətindən istifadə hüququ təmin edilməlidir. 10.6. Operativ vergi nəzarəti tədbirinin keçirildiyi təsərrüfat subyektində (subyektlərində) çalışan fiziki şəxslərdən alınan izahatda həmin şəxslərin hansı tarixdən və kim tərəfindən işə (xidmətə) cəlb edilməsi, əmək müqaviləsi bildirişinin olub-olmaması, işəgötürən tərəfindən həmin şəxslərə əmək müqaviləsi bildirişinin və bu bildirişin qeydiyyata alınması haqqında məlumatın surətinin verilib-verilməməsi, aldıqları əmək haqqı məbləğləri, həmin təsərrüfat subyektində (subyektlərində) çalışan digər şəxslərin soyadı, adı, atasının adı, onların hansı tarixdən işə (xidmətə) cəlb edildikləri barədə məlumatlar əks etdirilməlidir. İşəgötürəndən alınan izahatda əmək münasibətləri rəsmiləşdirilməmiş fiziki şəxslərin hansı tarixdən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmələri, sayı, adı, soyadı, atasının adı və əmək haqları müəyyənləşdirilməlidir. Operativ vergi nəzarəti tədbirinin keçirildiyi təsərrüfat subyektində (subyektlərində) muzdlu işlə çalışan işçilərlə yanaşı xidməti müqavilə əsasında və ya Vergi Məcəlləsinin 220.10-cu maddəsində göstərilən şəxslər fəaliyyət göstərdikdə onların müvafiq sənədlərinin olması yoxlanılır və bu barədə aktda qeyd edilir. 10.7. Operativ vergi nəzarəti tədbirinin nəticələri üzrə bu Qaydalara uyğun olaraq akt və əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş və Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslərin həmin aktın əlavəsinə müvafiq olaraq siyahısı tərtib olunur. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə münasibətdə Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, işin faktiki hallarına əsasən iddiaçının 33 nəfər fiziki şəxsi əmək müqaviləsi hüquqi qüvvəyə minmədən, ona məxsus obyektdə işlərin görülməsinə cəlb etməsi, bununla da Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinin pozulması aşkar edildiyi üçün cavabdeh tərəfindən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.10-cu maddəsinin tələblərinə əsasən iddiaçıya iddiaçının mübahisələndirdiyi qərar ilə maliyyə sanksiyası tətbiq edilmişdir. Cavabdeh inzibati orqan iddiaçının mübahisələndirdiyi qərarı qəbul edərkən yalnız xx.xx.2022-ci il tarixli DVX seriyalı, 006583 nömrəli operativ vergi nəzarətinin nəticəsi haqqında akta istinad etmişdir. Kollegiya bununla bağlı qeyd edir ki, həmin aktın tərtib edilməsi hələ özlüyündə aktda qeyd olunan hadisənin, faktın baş verməsini təsdiq edə bilməz. Belə ki, inzibati prosessual qanunvericiliyin tələblərinə əsasən, inzibati orqan yalnız həmin aktı qəbul etməklə kifayətlənməməli, həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İş materiallarından da göründüyü kimi inzibati orqan tərəfindən məhkəməyə həmin aktı qəbul etməyi zəruri edən şərtlərin mövcudluğuna dair hər hansı sübut təqdim edilə bilməmişdir. Apellyasiya şikayətində operativ vergi nəzarəti tədbiri zamanı 33 nəfər fiziki şəxsin iş yükü ilə əlaqədar izahat verməkdən imtina etməsi göstərilsə də, iş materiallarında olan aktların heç birində bu barədə qeyd yoxdur, yalnız bir aktda bu barədə qeyd var ki, həmin aktda həmin qeyd çap ilə yazılmış, həmin aktın tərtib edilmə yeri isə «Bakı şəhəri, Binəqədi rayonu» ərazisi qeyd olunmuşdur. Habelə iddiaçının iddia ərizəsində göstərdiyi toyda işləmək üçün namizədlərin toy mərasiminin keçirildiyi gün şadlıq sarayına dəvət olunması və onlardan müəyyən meyarlara ən yaxşı cavab verən namizədlər seçildikdən sonra həmin axşamkı toy üçün rəsmiləşdirilərək əmək fəaliyyətinə cəlb edilməsi barədə arqumentini əsaslı hesab edir, belə ki, iddiaçının təqdim etdiyi siyahıya əsasən iddiaçı yoxlama aparıldığı gündə xx.xx.2022-ci ildə olduğu kimi, həmin gündən əvvəlki tarixlərdə də - xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2002-ci il tarixlərində saat 17.00-dan sonra işçilərlə əmək müqaviləsi bağlamışdır, bu da şadlıq sarayında toy mərasimi keçirildiyi vaxt işçilərin əmək müqaviləsi bağlanılmaqla işə cəlb edilməsi, yoxlama aparılan gün şadlıq sarayında olan vətəndaşların heç də hamısının iddiaçının işçisi olmadıqlarını, adları aktda göstərilən vətəndaşların işə qəbul olunmaq üçün dəvət olunmaları barədə iddiaçının bildirdiklərinin həqiqət olduğunu təsdiq edir. Bundan əlavə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 41.1-ci maddəsinə əsasən vergi nəzarəti tədbirləri ilə əlaqədar vergi ödəyicisinin ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxış keçirilərkən aşkar olunmuş pozuntular protokolla rəsmiləşdirilir və bu zaman foto və (və ya) video çəkilişdən istifadə olunması imkanının nəzərdə tutulmasına baxmayaraq cavabdeh iddiaçı barədə tərtib edilmiş aktda adları çəkilən şəxslərin iddiaçının tapşırıqlarını yerinə yetirməsini, əmək fəaliyyətini göstərməsini təsdiq edə bilən foto və ya video-çəkiliş materiallarını məhkəməyə təqdim etməmişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikası Vergi Məcəlləsinin 41-ci maddəsinə istinad edilərək baxış zamanı foto və (və ya) video çəkilişdən istifadə olunmasına dair müddəanın imperativ tələb olmadığı qənaətə gəlinmişdir. Lakin həmin Məcəllənin 41.1-ci maddəsinin məzmunu belədir: «Vergi nəzarəti tədbirləri ilə əlaqədar vergi ödəyicisinin ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxış keçirilərkən aşkar olunmuş pozuntular protokolla rəsmiləşdirilir və bu zaman foto və (və ya) video çəkilişdən istifadə olunur.» Göründüyü kimi, maddənin məzmunu iki hissədən ibarətdir, hər iki hissə eyni sonluqla, yəni felin indiki zamanının məchul növündə bitir və hər iki hissənin mənasından imperativ tələb olduqları, yəni həm protokolla rəsmiləşdirmənin, həm də foto, video çəkilişdən istifadənin vergi orqanı üçün vəzifə olduğu açıq-aşkar görünür. Hətta aktda adları qeyd olunan şəxslərin faktiki əmək fəaliyyətinə cəlb edildiyini qəbul etsək də, bu faktın sübut edilməsi üçün yalnız aktın tərtib edilməsi kifayət etmir, məhz bu cür spesifik faktların sübuta yetirilməsi məqsədilə foto və (və ya) video çəkilişdən istifadə olunması mütləqdir. Yoxlamaya gələn vergi əməkdaşlarının sayının çoxluğu və gəldikləri vaxtda hələ toy mərasiminin başlamaması, yəni onların foto, video çəkiliş etmələrinə kifayət qədər imkanlarının olmasına baxmayaraq, bunu etməmələri, keçirilmiş yoxlamanın obyektivliyini, qərəzsizliyini ciddi şübhə altına alır, nəticələrini etibarsız edir. Bundan başqa, apellyasiya şikayətinə əlavədə İddiaçı1 Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində verdiyi izahat və icbari tibbi sığorta, işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqları üçün etdiyi ödəniş vergidən yayınmanın etirafı kimi qəbul edilmişdir. Bununla bağlı apellyasiya instansiya məhkəməsində iddiaçının nümayəndəsi və vəkili bu halı onunla izah etmişdir ki, İddiaçı1 ilk dəfə həmin Baş İdarəyə dəvət olunanda orada təhqiqatçı ona həmin ödənişləri etməyi təklif etmiş, əks təqdirdə cinayət işi başlanılacağını bildirmiş, İddiaçı1 isə haqlı olduğu üçün barəsində cinayət işi başlanacağına inanmayaraq, bu təklifi rədd etmiş, daha sonra həmin Baş İdarədə İddiaçı1 barəsində cinayət işi başlanılmış, sonuncuya müstəntiq tərəfindən eyni təklif edilmiş və ödəniş edərsə, gələcəkdə barəsində məhkumluq yaranmayacağı barədə məlumat verilmiş, ödəniş etməsinin və cinayət işinin xitam olunmasının İnzibati Məhkəmədə baxılan işə təsiri olmayacağına dair vədlər verilmiş, İddiaçı1 isə həmin vaxt müdafiəçi ilə təmin olunmadığından, ona düzgün izah verilmədiyindən, habelə barəsində cinayət işi başlanmasının gələcək işgüzar fəaliyyətinə və şəxsi nüfuzuna xələl gətirəcəyindən narahatlıq keçirdiyindən, müstəntiqin təklif etdiyi məzmunda izahat və ərizə verməyə, yuxarıda qeyd edilən ödənişləri etməyə məcbur qalmışdır. Əslində isə həm Bakı İnzibati Məhkəməsində işə baxılarkən İddiaçı1 hər hansı şəxsi əmək müqaviləsi olmadan hər hansı işlərin yerinə yetirilməsinə cəlb etmədiyini israrla bildirmiş və hazırda da bildirir. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinə əsasən, şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Hətta şərti olaraq İddiaçı1 etirafını həqiqi hesab etsək belə, hər iki vergi orqanının həmin maddənin tələbini nəzərə almaması qanunsuz, habelə ibtidai istintaq zamanı geniş prosessual imkanlara malik istintaq orqanının 33 nəfər fiziki şəxsdən 1 nəfərinin belə ifadəsini almağın mümkün olmadığını öz qərarında qeyd etməsi əsassızdır. Həmçinin cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli. **********6653 nömrəli qərarı Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 49.1-ci maddəsinin tələbləri pozulmaqla qəbul edilmişdir. Belə ki, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********6653 nömrəli qərarda təsvir edilən pozuntunun aşkar edilməsi haqqında akt xx.xx.2022-ci il tarixdə tərtib edilmişdir, belə olan halda həmin aktda təsvir edilən pozuntuya görə iddiaçının Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58-ci maddəsində nəzərdə tutulmuş məsuliyyətə cəlb olunması haqqında qərar xx.xx.2023-cü ilə qədər qəbul oluna bilərdi, lakin cavabdeh pozuntunun aşkar edildiyi xx.xx.2022-ci il tarixli aktın tərtib edilməsindən sonra 40 gün keçdikdən sonra iddiaçının mübahisələndirdiyi xx.xx.2023-cü il tarixli qərarı qəbul etmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Qeyd olunananlara əsasən hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin əsaslandırması düzgün, gəldiyi nəticə işin faktiki hallarına və iddia tələbinin hüquqi əsaslarını təşkil edən hüquq normalarına uyğundur. Cavabdehin apellyasiya şikayətində irəli sürdüyü dəlillər formal xarakterli olmaqla hazırda mübahisələndirilən qərarının ləğv olunması üçün əsas vermir. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7095/2023 nömrəli, 27 iyul 2023-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar