Məhkəmə qərarları › İş №2-1(103)-379/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-379/2022

03.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-379/2022 03.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Baxışova Vüsalə Ələkbər qızının və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, İddiaçı cavabdehin nümayəndəsi vəkil X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi tələbinə dair» inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4870/2021saylı, 02.08.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İ. İddiaçı cаvаbdеh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Azərbaycan Respublikası Bаkı İnzibаti Məhkəməsinə müraciət edərək, ona hüququnun yarandığı vaxtdan (04.12.2020-ci ildən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini və həmin tarixdən əmək pensiyasının hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına iddiaçı 04.12.2020-ci il tarixdə 60 yaşına çatmışdır. Hesab edir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquq yaranmışdır. Belə ki, onun ümumi iş stajı 25 ildən, güzəştli iş stajı isə 12 il 06 aydan çox təşkil edir. İşlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nda öz əksini tapmış və müvafiq arayılar ilə təsdiq olunmuşdur. O, güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün cavabdehə müraciət etmiş, lakin sonuncu onun 28.01.2021-ci il tarixində Filiala daxil olmuş müraciətinə verdiyi 03 fevral 2021-ci il tarixli cavab məktubunda fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalının kifayət olmaması səbəbi ilə imtina olunmuşdur. İddiaçı hesab edir ki, imtina qanunsuzdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4870/2021saylı, 02.08.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya 60 yaşdan, yəni 04.12.2020-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və pensiya hüququnun yarandığı həmin tarixdən ödənilməyən pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmaması haqqında yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə hesab etmişdir ki, “... iddiaçının pensiya kapitalı 43.193,16 manat təşkil edir. Tələb edilən pensiya kapitalı isə 40.800,00 manata bərabərdir. Məhkəmə bu nəticəyə gələrkən özünə məxsus hesablama üsulundan istifadə edib. Belə ki, qərarın 6 və 7-ci vərəqlərində həmin kapitalın indeksləşdirilmiş məbləğini müəyyənləşdirərəkən nəzərə almayıb ki, 01 iyul 2017-ci il tarixinədək olan dövrdə pensiya məbləği sığorta və kapital hissələrindən deyil, həm də baza hissəsindən ibarət idi. Dolayısı ilə indeksləşdirilən məbləğdən baza hissəsi çılmalı idi. Məhkəmə Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin tələbini pozub. Həmin maddəyə görə güzəştli şərtlərlə əmək pensiyası almaq üçün 3 sığorta hadisəsinin baş verməsi zəruridir: yaş, staj və zəruri pensiya kapitalı. İddiaçıya pensiya təyin edilməsi üçün zəruri olan 3 şərt reallaşmadığından onun tələbi əsaslı deyildir. Məhkəmə, həmin Qanunun 6.2, 6.3 və 45-ci maddələrinin tələblərini diqqətə almayıb. Əmək pensiyaları haqqında Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.1-ci bəndinə əsasən gözlənilən pensiya ödənişi müddəti 144 ay (12 il) təşkil edir. Həmin tarixdə pensiya məbləği 200 manat təşkil edirdi. İddiaçı baxımından pensiya ödəniş müddəti 204 aya bərabərdir. Bu müddəti məbləğlə ifadə edilsə, tələb edilən pensiya kapitalı 40.800 manat cəmi, 36.919,97 manat təşkil edir...” Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayndəsi D.Novruzov apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı cavabehin apellysiya şikayəti ilə razılaşmayaraq, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, aşağıdakı əsaslara görə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddiaçının tələbindən göründüyü kimi, 04.12.2020-ci il trixdən, yəni 60 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsinin cavabdehə həvalə edilməsini məhkəmədən xahiş etmiş, lakin sonuncu ona ünvanladığı 03.02.2021-ci il tarixli cavab məktubu ilə imtina edərək bildirmişdir ki, Əmək pensiyalavrı haqqında Qanunun 9.1, 1.0.8,-ci maddələrinə müvafiq olaraq ona güzəştli şərtlərlə pensiya təyin olunması üçün 40.800,0 manat pensiya kapitalı tələb olunduğu halda, fərdi hesabında pensiya kaptialı cəmi, 36.919,97 manat təşkil edir. 01.01.2006-cı il tarixdən qüvvədə olan, «Əmək pensiyaları haqqında» Qanunun 9.1ci maddəsinin 01.07.2017-ci il tarixədən qüvvədə olan redaksiyasına görə axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar-55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan iverdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanun qeyd olunan tələbindən göründüyü kimi, 60 yaşından güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün sığortaolunanın 60 yaşı tamam olmalı, 25 il ümumi və azı 12 il 6 ay güzətli pensiya hüququ verən iş stajına malik olmalı və onun minimum əmk pensiysını almağa imkan verən pensiya kapitalı olmalıdır. Cavabdehin iddia ərizəsinə etirazından və hazırkı apellyasiya şikayətindən görünür ki, imtina məktubunda qeyd etdiyi əsaslardan çıxış edərək, onun fərdi hesabında tələb olunan pensiya kapitalı olmadığından iddiçıya güzəştli şərtlərlə pensiya təyin olunmasını mümkünsüz olduğunu mübahisələndirmişdir. Qeyd olunanlardan göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının güzəştli şərtlərlə pensiya yaş həddinə çatdığı, onun 25 il ümumi və12 il 6 ay Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulan, güzəştli pensiya hüququ verən xüsusi staja malik olması mübahisələndirilmir. Onun tərəfindən mübahisələndirilən məsələ yalnız iddiaçının fərdi hesabında tələb olunan (40.800,0 manat) pensiya kapitalına malik olmaması ilə əlaqədardır. Birinci instansiya məhkəməsinin qərarından görünür ki, məhkəmə iddianı təmin edərkən göstərmişdir ki, “...iddiaçının 01.01.2006-cı il tarixədək qazandığı əmək stajına görə pensiya kapitalının 23.361,19 manat, 01.01.2006-cı il tarixdən hazırki günədək pensiya kapitalının isə 19.831,97 manat olduğunu nəzərə aldıqda məhkəmə tərəfindən müəyyən olunur ki, ümumilikdə pensiya kapitalı 43.193,16 manat təşkil edir. 01.01.2006cı il tarixdən hesablanmış 19.831,97 manat pensiya kapitalı, DSMF-nın struktur bölməsi olan Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi filialı tərəfindən təqdim olunmuş “sığortaolunanın hesabı” haqqında məlumat cədvəllində əks olunmuşdur. Belə olan halda, toplanmış pensiya kapitalı əsasında sığortaolunanın aylıq pensiya məbləğinin 212 (43.193,16/204 ay) manat olması müəyyən edilir. Alınan həmin məbləğ “Əmək pensiyaları haqqında” Qanunun 6-1-ci maddəsində nəzərdə tutulan məbləğdən (200 manatdan) çoxdur ki, bu da iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmasına səbəb olur...” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşır. Belə ki, iddiaçının işə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin (№ 0*******, Salyan RPŞ 07.06.2011) surətinə əsasən 04.12.2060-cı il tarixində doğulmuşdur. Belə olan halda, onun 04.12.2020-cı il tarixinə 60 yaşı tamam olur. “Əmək pensiyaları haqqında” Qanunun 6-1-ci maddəsinin həmin vaxt qüvvədə olan redaksiyasına görə pensiya məqsədləri üçün 2019-cu ilin 1 oktyabr tarixindən əmək pensiyasının minimum məbləği 200 manat məbləğində nəzərdə tutulurdu. Cavabdehin imtina məktubu, iddia ərizəsinə etirazı və onun hazırkı apellyasiya şikayətinin üst-üstə düşən dəlillərində mübahisəlndirilir ki, Qanunun 6-1-ci və 9.1-ci maddələrinin tələbləri və Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.1-ci bəndi ilə müəyyən olunan pensiya ödəniş müddəti baxımından, iddiaçının 204 (144+60) aya bərabər olan pensiya ödəniş müddəti üçün tələb edilən pensiya kapitalı 40.800 manat təşkil etdiyi halda, faktiki olaraq onun pensiya kapitalı 36.919,97 manat təşkil edir” Lakin iş materiallarına və qanunvericiliyin tələblərinə əsasən müəyyən olunur ki, cavabdehin qeyd olunan dəlilləri həqiqəti əks etdirmir, əksinə, iddiaçının 60 yaşı tamam olduğu 04.12.2020-cı il tarixinə nəinki,40.800,00 manat, bundan da artıq pensiya kapitalı toplanır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 10.4-cü maddəsinə əsasən yaşa görə əmək pensiyasının məbləği P=SH+YH düstürü ilə müəyyən edilir ki: burada Ppensiya kapitalı; SH-yaşa görə əmək pensiyasının sığorta hissəsi; YH –yaşa görə əmək pensiyasının yığım hissəsidir. Həmin Qanunun 27.1-ci maddəsinə görə, sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. İş materiallarına əsasən isə iddiaçının 60 yaşının tamam olduğu 04.12.2020-ci il tarixədək ümumilikdə, 38 il 07 ay 02 gün ümumi iş stajı mövcud olmuşdur ki, həmin stajın da 24 il 10 ay 25 günü (02.01.1979-21.11.1979; 14.05.1980-28.06.1982; 06.09.1982- 24.01.1984; 10.04.1984-27.09.1984; 03.10.1984-13.12.1985; 18.12.198507.08.1987; 14.10.1987-28.08.1990; 02.10.1990-18.07.1992; 10.10.1992-19.11.1992; 09.03.1993- 29.09.1997; 02.03.1998-13.06.2002; 14.06.2002-01.01.2006) 01.01.2006-cı il tarixədək olan dövrdə toplanmışdır ki, iddiaçının qeyd olunan staja malik olması cavabdeh tərəfindən mübahisəlndirilmir. Qanunun qeyd olunan 27.1-ci maddəsinin tələbindən göründüyü kimi, 1 iyul 2017-ci il tarixdə bu Qanuna edilən dəyişiklikdən sonra, fərdi hesabında pensiya kapitalı kimi aşağıdakılar qeyd alınır 1) 2006-cı ilə qədər ümumi stajın hər ili üçün 306 manatdan hesablanaraq şəxsin fərdi hesabında nəzərə alınır. 2) 01.01.2006-01.2017-ci il tarixinədək fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalı 80 faiz artırılmaqla fərdi hesabda qeydə alınır. İş materiallarının 41-ci vərəqindən görünür ki, cavabdehin birinci instansiya məhkəməsinin müvafiq sorğusuna cavab olaraq təqdim etdiyi iddiaçının (sığortaolunanın) fərdi hesabında 2006-cı ilin yanvar ayından 2019-cu ilin dekabr ayınadək 19.831,97 manat pensiya kapitalı toplanmışdır. Belə olan halda, cavabdehin imtina məktubu, iddia ərizəsinə etirazı və apellyasiya şikayətinin dəlilləri baxımından, iddiaçının fərdi hesabında mövcud olan 36.919,97 manat pensiya kapitalının qalan hissəsi, yəni 17.088,00 (36.919,97-19.831,97) manatı 2006-cı ilə qədər ümumi iş stajından, hər ili üçün 306 manatdan olmaqla (Qanunun qeyd olunan 27.1-ci maddəsinə müvafiq olaraq) hesablanan məbləği təşkil edir. Görünür, cavabdeh iddiaçının 2006-cı ilə qədər ümumi iş stajından, hər il üçün 306 manatdan olmaqla, pensiya kapitalını hesablayarkən, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11.12.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın tələblərini nəzərə almamışdır. Belə ki, həmin “Qaydalar”ın 4.2-ci bəndi ilə “Yaşa görə əmək pensiyalarının hesablanması” qaydası müəyyən olunmuşdur: “ 4.2.1.Yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış (Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla) pensiya sığorta kapitalının (PSK) gözlənilən pensiya ödənişi müddəti aylarının sayına nisbəti kimi (SH=PSK/T) müəyyən edilir. 4.2.2.Yaşa görə pensiyanın təyin olunması üçün ilk növbədə müraciət edən şəxslərin pensiya kapitalı hesablanır. Bu məqsədlə onun 2006-cı il yanvarın 1-dək olan dövrə aid ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesabının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Misal 15. Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək 27 il 6 ay ümumi iş stajı olan sığortaolunanın fərdi hesabının sığorta hissəsində həmin tarixədək qeydə alınmalı olan pensiya kapitalı aşağıdakı qaydada hesablanır: (27 il tam iş stajı x 306 manat) + (306 manat : 12 ay x 6 ay) =8415,0 manat. 4.2.3. 1 iyul 2017-ci il tarixdən etibarən Qanuna edilmiş dəyişikliklərə əsasən, Qanunun 29.1-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq, 2006-2016-cı illər üzrə isə istehlak qiymətləri indeksinin illik səviyyəsi əsasında indeksləşdirilir. Misal 16.15-ci misaldakı sığortaolunanın 01.01.2006-cı il tarixə fərdi hesabının sığorta hissəsində qeydə alınmış 8415,0 manat pensiya kapitalının 01.01.2017-ci il tarixə indeksləşdirilmiş məbləği 18250,4 manat təşkil edir ki, bu da aşağıdakı qaydada müəyyənləşdirilir. İstehlak İndeksləşdirmə nəzərə qiymətləri İllər alınmaqla ilin əvvəlinə indeksinin illik pensiya kapitalı səviyyəsi 2006 8,3 8415,0 2007 16,7 9113,4 2008 20,8 10635,4 2009 1,5 12847,6 2010 5,7 13040,3 2011 7,9 13783,6 2012 1,1 14872,5 2013 2,4 15036,1 2014 1,4 15396,9 2015 4,0 15612,5 2016 12,4 16237,0 2017 18250,4 ...” “Qaydalar”ın müəyyən etdiyi qeyd olunan hesablama qaydası hazırkı mübahsəli hüquq münasibətlərinə tətbiq edildikdə, iddiaçının 01.01.2006-cı il tarixinədək toplamış olduğu 24 il 10 ay 25 gün iş stajına görə onun 01.01.2006-cı il tarixinə qədər pensiya kapitalı 7.619,96 [(24x306)+(306:12x10)+(306:365x25)=7.619,96] manat təşkil edir. Belə olan halda, “Qaydalar”dakı cədvəldə göstərilən illər və bundan sonra 2017- 2020-ci illər üzrə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq, tətbiq olunan istehlak qiymətləri indeksinin illik səviyyəsi nəzərə alınmaqla, iddiaçının 2006-cı ilə qədər ümumi stajının hər ilinə görə 306 manatdan olmaqla, toplamış olduğu 7.619,96 manat məbləğində pensiya kapitalı, onun pensiya yaş həddinə çatdığı 2020-ci ilə kimi aşağıdakı məbləğlərdə indeksləşdirilir: İstehlak İndeksləşdirmə nəzərə qiymətləri İllər alınmaqla ilin əvvəlinə pensiya indeksinin illik kapitalı (manatla) səviyyəsi (ilin sonuna olan %) 01.01. 2006 8,3 7.619,96 01.01. 8.249,17 2007 16,7 7619,96 + (7.619,96 x 8,3%) 9.626,78 01.01. 8.249,17 2008 20,8 +(8.249,17x16,7%) 11.629,15 01.01. 2009 1,5 9.626,78+(9.626,78x20,8%) 11.803,58 01.01. 11.629,15 2010 5,7 +(11.629,15x1,5%) 12.476,39 01.01. 11.803,58+(11.803,58x5, 2011 7,9 7%) 13.462,02 01.01. 12.476,39+(12.476,39x7, 2012 1,1 9%) 01.01. 13.610,11 2013 2,4 13.462,02+(13.462,02x1,1%) 01.01. 13.936,75 2014 1,4 13.610,11+(13.610,11x2,4%) 01.01. 14.131,86 2015 4,0 13.936,75+(13.936,75x1,4%) 01.01. 14.697,14 2016 12,4 14.131,86+(14.131,86x4,0) 01.01. 16.519,58 2017 12,9 14.697,14+(14.697,14x12,4) 18.650,61 01.01. 16.519,58+(16.519,58x1 2018 2,3 2,9%) 01.01. 19.575,64 2019 2,6 18.650,61+(18.650,61x2,3%) 20.084,61 01.01.2020 2,8 19.575,64+(19.575,64x2,6%) 20.646,98 31.12. 20.084,61+(20.084,61x2, 2020 8%) İddiaçının 60 yaş həddi 2020-ci ilin sonuncu ayında tamam olur. Belə olan halda, onun 01.01 2006-cı ilə qədər ümumi stajına görə “Əmək pensiyaları haqqında” Qanunun 27.1-ci maddəsinə müvafiq olaraq 01.01.2006-cı il tarixinə topladığı 7.619,96 manat məbləğində pensiya kapitalı, indeksləşdirməklə 2020-ci ilin sonuna 20.646,98 manat təşkil edir (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin məlumatları üzrə cədvəldə qeyd olunan istehlak qiymətləri indeksinin illik səviyyəsini əks etdirən məlumatlar (hər ilin sonuna olan faizlər) hazırkı mərhələdə işə əlavə olunmuşdur). Cavabdehin məhkəməyə təqdim etdiyi, iddiaçının 2006-cı ilin yanvar ayından 2019cu ilin dekabr ayınadək iddiaçının (sığortaolunanın) fərdi hesabına dair çıxarışdıan görünür ki, 19.831,97 manat pensiya kapitalı toplanmışdır. Bundan əlavə, iddiaçının əmək kitabçasının işə əlavə olunmuş surətinə və DSMFnin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı iddiaçının fərdi hesabı haqqında 05.05.2021-ci il tarixli **********0 nömrəli məktubuna əsasən müəyyən olunur ki, iddiaçı (sığortaolunan) 03.06.219 - 09.12.2019-cu il tarixlərində "xxxx" MMC-də (sığortaedən) çilingər kimi işləmiş, ona cəmi 7.155,45 manat məbləğində əmək haqqı hesablamış və iddiaçı tərəfindən həmin əmək haqqından 1.788,86 manat məcburi sosial sığorta haqları ödənilmişdir. Beləliklə də, DSMF-nin rəsimi məlumatlarına əsasən iddiaçının 01.01.2006- 01.01.2020-ci illərdə azı 21.000 pensiya kapitalı movcud olduğu təsdiq olunur. Həmin məbləği də, onun 2006-cı ilə qədər toplamış olduğu və “Qaydalar”a müvafiq indeksləşdirilən 20.646,98 manat məbləğində pensiya kapitalı ilə topladıqda, iddiaçının 41.000,00 manatdan da çox pensiya kapitalı yaranır ki, bu da 204 ay üçün tələb olunan 40.800,00 manat pensiya kapitalı məbləğindən çoxdur. Birinci instansiya məhkəməsinin qərparından da görünür ki, məhkəmə tərəfindən “Əmək pensiyaları haqqında” Qanunun 27.1-ci və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11.12.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaydaların” 4.2-ci bəndinin müəyyən etdiyi hesablama qaydasına müvafiq olaraq 2017-ci ilə qədər düzgün hesablanmış, lakin 01.01.2017- 01.01.2021 dövrü üzrə Dövlət Statistika Komitəsinin məlumatları üzrə istehlak qiymətləri indeksinin illik səviyyəsi (faizi) düzgün göstərilməmiş və bununla bağlı əsaslandırıcı sübutlar işə əlavə ounmamışdır. Hər bir halda, hazırkı apellyasiya mərhələsində aparılmış məhkəmə tədqiqatı ilə iddiaçının 60-yaşının tamam olduğu tarixə olan pensiya kapitalının tələb olunan 40.800,00 manatdan da artıq olduğu, bununla da ona 60 yaşından güzəştli şərtlərlə pensiya təyin olunması üçün “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulan bütün şərtlərin ödənildiyi sübuta yetirilir. Bu baxımdan məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən iddiaçının, ona 200 minimum pensiya məbləği ödənilməsi üçün tələb olunan 40.800,00 manat pensiya kapitalı məbəlğindən də çox pensiya kapitalına malik olduğu barədə gəldiyi nəticəni mahiyyəti üzrə düzgün nəticə kimi qiymətləndirir. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin tələbinə görə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla, və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Beləliklə də, cavabdeh tərəfindən iddiaçıya 60 yaşından güzəştli şərtlərlə pensiya təyin olunması üçün zəruri pensiya kaptialına malik olmadığını əsas gətirərək ona pensiya təyinatından imtina etməsinin əsassız olduğu və onun pensiya hüququnu pozduğu öz təsdiqini tapır. İPM-in 73.1-ci maddəsinin tələbindən də görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göstərilənləri nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin edilməsini işdə olan sübutlara, maddi və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Ona görə də cavabdehin apellyasiya şikayətinin məhkəmə tərəfindən özünəməxsus şəkildə hesablama aparıldığını və maddi hüquq normalarının pozulması ilə qərar çıxarıldığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4870/2021saylı, 02.08.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 14, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4870/2021saylı, 02.08.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Vüsalə Baxışova Elmira Nağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar