Məhkəmə qərarları › İş №2-1(103)-379/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-379/2023

22.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-379/2023 22.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X5 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması tələbinə dair» inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-790/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məhkəməyə«məburetmə haqqında haqqında» (İPM m.33.1) iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddiaçıya hüququ yaranan xx.xx.2011-ci il tarixdən 52 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və cavabdeh orqana müraciət etdiyi xx.xx.2020-ci il tarixdən əvvəlki illərin son üç ilinin pensiyasının hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçı xx.xx.1959-cu il tarixdə doğuliuş, əmək fəaliyyətinə xx.xx.1978-ci ildə X1 darayıcı sexində darayıcı şagirdi kimi başlamış, xx.xx.1978-ci il tarixdən darayıcı işin keçirilmiş və həmin Kombinatda xx.xx.2006-cı ilə kimi işləmiş, halhazırda da Mingəçevir şəhəri Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsində dalandar kimi işləyir. O, X1 lent darayıcı sexində “darayıcı” kimi işlədiyi illər nəzərə alınmaqla, ona güzışlli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün cavabdehə müraciət etmiş, lakin onun müvafiq ərizəsi cavabdeh tərəfindən 1 dekabr 2020-ci il tarixli məktubunda imtina ilə cavablandırılmışdır. Cavabdeh iddia ərizəsinə dair məhkəməyə ünvanladığı yazılı etirazında iddianı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının istinad etdiyi “darayıcı” peşəsinin ona güzəştli pensiya hüququ verən peşə olmasını müəyyən etmək üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “"Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı" ilə müəyyən edilməli deyil, həmin peşə 9.8-ci maddəyə əsasən iddiaçının istinad etdiyi dövrdə güvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 320 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı” ilə müəyyən edilir. İddiaçının qeyd edilən dövr işlədiyi sahə 320 saylı Qərarında “Toxuculuq sənayesi” adlanan və 22102000 kod ilə qeyd ediln sahəyə uyğun olsa da, iddiaçının işlədiyi “darayıcı” vəzifəsi qeyd edilən sahədə olan peşlərdə qeyd edilməmişdir və məhz, bu səbəbdən onun işlədiyi peşənin ona güzəştli pensiya hüququ verən peşə kimi qəbul edilə bilməz. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-790/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı xx.xx.2011-ci il tarixdən 52 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və cavabdeh orqana müraciət etdiyi xx.xx.2020-ci il tarixdən əvvəlki illərin son üç ilinin pensiyasının hesablanıb ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın rədd edilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: "Vətəndaşların pensiya təminatı haqqında” Qanununu 13-cü maddəsinə «b» bəndinə görə, «Əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər istehsalatların.peşələrin,svəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq oiunan 1 nömrəli siyahısı üzrə çalışan kişilər—55 yaşma çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ay həmin işlərdə çalışarsa, qadınlar isə 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa.güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. İddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Qanun tətbiq edilə bilməz, onun xx.xx.2006-cı il tarixədək güzəştli iş stajı yoxdu və bunu təsdiq edəcək iş yerindən heç bir arayış təqdim edilməyib. Beləliklə, iddiaçının istinad etdiyi, “darayıcı" peşəsinin ona güzəştli pensiya hüququ verən peşə olmasını müəyyən etmək üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “"Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı" ilə müəyyən edilməli deyil, həmin peşə 9.8-ci maddəyə əsasən iddiaçının istinad etdiyi dövrdə güvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 320 saylı Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı" ilə müəyyən edilir. İddiaçının qeyd edilən dövr işlədiyi sahə 320 saylı Qərarında "Toxuculuq sənayesi” adlanan və 22102000 kod ilə qeyd ediln sahəyə uyğun olsada iddiaçın işlədiyi "darayıcı” peşəsi qeyd edilən sahədə olan peşlərdə qeyd edilməmişdir və məhz bu səbəbdən onun işlədiyi peşənin ona güzəştli pensiya hüququ verən peşə kimi qəbul edilə bilməz. Onu da qeyd etmək lazımdır ki, hal-hazırda qüvvədə olan 12 saylı siyahıda belə qeyd edilən adda peşə qeyd edilməmişdir.Həmçinin , iddiaçı tərəfindən onun peşəsinin güzəştli peşə olub-olmamasını təsdiq edəcək iş yerindən arayışda nə inzibati orqan, nə də ki,məhkəməyə təqdim edilməmidşir» Məhkəmə kollegiyasının iclasınının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. xx.xx.2006-cı il tarixdən qüvvədə olan «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinin hazırkı redaksiyasına görə axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsi isə nəzərdə tutur ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Əvvəllər, 2006-cı ilə qədər qüvvədə olmuş, xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: …; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; …; e) toxuculuq istehsalı dəzgahlarında və maşınlarında çalışan qadınlar— Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan istehsalatların və peşələrin siyahısı üzrə—50 yaşına çatdıqda və həmin işlərdə azı 20 il iş stajı olduqda… Qanunun qeyd edilən 13-cü maddəsinə xx.xx.1997-ci il 321-İQD saylı Qanunla edilmiş dəyişikliklə, yaş həddi 1997-ci ilin avqustun 1-dən 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmış və 2000-ci ilin avqustun 1-dən etibarən 2 nömrəli Siyahı üzrə qadınlar üçün güzəştli yaş həddi 52 yaş təşkil etmişdir. İş materiallarına əsasən müəyyən olunur ki, iddiaçıya 52 yaşından əmək pensiyası təyin olunması üçün güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı mövcuddur. Belə ki, qeyd olunan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinin 1-ci hissəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Eyni zamanda, qüvvədə olan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 4.1.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: “1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən” - hesablanmasını nəzərdə tutur. İşdə materialları üzrə iddiaçıya məxsus ******* nömrəli əmək kitabçasının surətinə, habelə, Azərbaycan Respublikasının Dövlət X3 xx.xx.2021-ci il tarixli 171 №-li arayışına, habelə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məhkəmə sorğusuna xx.xx.2021-ci il tarixli **********67 nömrəli cavab məktubunda əsasən müəyyən olunur ki: - iddiaçı 1978-2006-cı illərdə X1 işləmiş; -sonradan, keçmiş Dövlət Əmlak Komitəsinin xx.xx.1999-cu il tarixli, 715 nömrəli sərəncamı ilə “Xalq üçün mallar” Dövlət Konserninin tabeliyində olmuş X2 bazasında "xxxx" ASC yaradılmış; -ASC yaradılan zaman müəssisədə fəaliyyət göstərmiş özəlləşdirmə komissiyası tərəfindən hazırlanmış sənədlərə əsasən İddiaçı adı əmək kollektivinin üzvü kimi səhmləri güzəştlə almaq hüququ olan şəxslərin siyahısına daxil edilmişdir ( Həmin məktuba əlavə edilmiş Siyahının 34-cü sətrində adı mövcuddur.); -“X4 yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 26 fevral 2015-ci il tarixli, 1077 nömrəli Sərəncamı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti ləğv edilmişdir. - iddiaçı X1 aşağıdakı işlərdə çalışmışdır: xx.xx.1978 -xx.xx.1979 darayıcı şagirdi (əmr №447/k, xx.xx.1978) - 1 il 1 ay 21 gün xx.xx.1978-xx.xx.2006 darayıcı sexində darayıcı (əmr 14/k 11.011979; 24/kş xx.xx.2006) –27 il 8 ay 1 gün; Hazırkı mərhələdə, oxşar mübahisə üzrə baxılan məhkəmə mübahisəsinə dair işə əlavə olunmuş «Komvol» Açıq Səhəmdar Cəmiyyətinin 02 saylı xx.xx.2022-ci il tarixli izahlı (araşdırıcı) arayışında bildirmişdir ki, həmin iş üzrə iddiaçının Bakı Komvol Kombinatında işlədiyi «darayıcı operator» vəzifəsi zərərli əmək şəraitinə aid olduğu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 saylı Siyahısnda 2200200a-16167 kod altında «darama-toxuma avadanlıqlarının operatorları» kimi, Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquqi verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 26-cı paraqrafında isə «Yüngül sənaye» bölməsində «Daraqla darama avadanlığının operatorları» bəndində və 32 paraqrafında «Toxuculuq istehsalatı» bölməsində «Daraqla darama avadanlığının operatorları» kimi qeyd olunmuşdur. «Operator» sözü, orfoqrafik mənası baxımından, «əməliyyatçı» mənasını daşıdığı nəzərə alınmaqla iddiaçının X1 xx.xx.1978-ci il tarixdən xx.xx.2005-ci ilə qədər olan 26 il darayıcı sexində 2 nömrəli Siyahında nəzərdə tutulan güzəşli pensiya hüququ verən peşədə, yəni darma-toxuma avdanlıqlarında «darayıcı» əməliyyatlarını aparmışdır. Belə olan halda, 2006-cı ilə qədər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinin qeyd olunan «e» bəndinin tələbi, həm də analoji işlər üzrə məhkəmə təcrübəsi baxımından, habelə, həmin maddəyə edilən dəyişikliklə əlaqədar pensiya yaş həddinin 1 avqşust 2000-ci il tarixdən qadınlar üçün 52 yaş təşkil etdyi də nəzərə alınmaqla, iddiaçının güzəştli şərtlərlə yaşa görə pensiya hüququ xx.xx.2011-ci il tarixdən yaranmış olur (0******* №-li şəxsiyyət vəsiqəsində doğum tarixi-: xx.xx.1959-cu ildir) “Əmək pensiyaları haqqında” Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir Həmin Qanunun 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Birinci instansiya məhkəməsinin qərarından da görünür ki, məhkəmə, işdə olan sübutlarla müəyyən olunan hallara və əmək pensiyaları haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq iddiaçıya müraciət etdiyi gündən əvvəlki üçün il üçün hesablanmaqla, güzəştli şərtlərə yaşa görə pensiya hüququnun yarandığı tarixdən əmək pensiyası təyin olunması öhdəliyi cavabdehə həvalə edilmişdir. İPM-in 73.1-ci maddəsinin tələbindən də görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin iddiaçının işlədiyi peşənin 2 nömrəli Siyahıda nəzərdə tutulmadığını vurğulayaraq, birinci instansiya məhkəməsinin qərarının əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-790/2022 saylı xx.xx.2022ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-790/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar