Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-379/2025 16.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı2, İddiaçı1 Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “pulun verilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər X99 (sədrlik edən və məruzəçi), X69 və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Nizamli Aygün Ülviyyət qızının katibliyi, İddiaçılar İddiaçı2 və İddiaçı1 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1642/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İŞİN HALLARİ
1. Azərbaycan Sovet Sosial Respublikası Bakı şəhəri Çaparidze rayonu Xalq Məhkəməsinin 1940-ci il tarixli Qərara əsasən Tutu-xanım X38 və X7 Hüseynova Bibixanım Mikayıl qızının vəfatından sonra qalmış miras olan ev əşyaları və Yuxarı qəbiristan küçəsində yerləşən, 19 (on doqquz) otaqdan ibarət olan və Caparidze rayonu maliyyə şöbəsinin 4-11 saylı arayışı və Voroşılovo rayonu 2-ci sahəsi xalq məhkəməsinin icraçıları tərəfindən aparılmış xx.xx.1939-cu il tarixli əmlak siyahısına müvafiq olaraq 19616 rubl (on doqquz min altı yüz on altı rubl) məbləğdə qiymətləndirilən 3 saylı 2 mərtəbəli ev üzrə varislər kimi müəyyən edilməsi və qeyd olunmuş əmlaka dair varislik hüquqları təsdiq edilməsi və qəyyumları Babayev Mikayıla varislik rüsumunun norkomfinə ödənilməsi barədə qərardadın surətinin verilməsi qərara alınmışdır.
2. Azərbaycan Sovet Sosial Respublikası Voroşilovo rayonu Xalq Məhkəməsinin 2-99 nömrəli iş üzrə 1957-ci il tarixli Qətnaməsinə əsasən iddiaçılar X36 və X39 Voroşilovo rayon Mənzil Şöbəsinə qarşı Vaqif küçəsində olar 2 mərtəbəli, 3 saylı, daş evin qaytarılması barədə iddiasının təmin edilməsi qərara alınmışdır.
3. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixli, 22 nömrəli Arxiv arayışından görünür ki, “Bakı şəhəri Voroşilov rayon İcraiyyə Komitəsinin maliyyə şöbəsi” arxiv fondunda mühafizə edilən sənədlərində 1932-1935-ci illərə dair Torpaq vergisi almaq və vergi daxil olması hesab kartoçkalarında qeyd olunur ki, V.Kladbişenskaya küçəsi, ev 3 ünvanında yerləşən ümumi sahəsi 445 kv.m. olan mülkün sahibi Ata xan Məmməd Hüseyn və Hüseynov X19 olmuşdur.
4. Lənkəran rayon 1 saylı Notariat ofisinin xx.xx.2023-cü il tarixli 134 nömrəli məktubda qeyd olunmuşdur ki, T.H. Məmmədovanın xx.xx.2006-cı il tarixdə vəfat etməsi və vərəsələrinin dairəsi müəyyən edilmişdir. Qanunvericiliyin tələbinə əsasən oğlu-İddiaçı1 miras qoyanın vərəsəsi olması barədə məlumat verilir.
5. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasinin Ədliyyə Nazirliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 10/180 nömrəli məktubda qeyd olunmuşdur ki, tələb olunan Səbail (Voroşilov) rayon məhkəməsinin 2-99/1957-ci il tarixli qətnaməni və Yasamal (Çaparidze) rayon Məhkəməsinin 1940-ci il qərarı Ədliyyə Nazirliyinin Mərkəzi Arxivində aşkar etmək mümkün olmamışdır. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Mərkəzi Arxivində Milli Arxiv İdarəsi yanında İdarə sənədlərini qaydaya salan Mərkəzlə bağlanılmış müqavilə əsasında 1923-1990-cı illər üzrə əməli əhəmiyyətini itirmiş cinayət və mülki işlərin ekspertizası aparılmışdır. xx.xx.2009-cu il tarixli akta əsasən islah olunmaz dərəcədə korlanmış, çürümüş, yararsız və oxunması mümkün olmayan, sayı və miqdarı təyin edilməyən naryadlar, mülki, cinayət, notariat işləri və s. sənədlər yandırma yolu ilə məhv edilməsi üçün X81 Cəmiyyətinə təhvil verilmişdir.
6. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasi Bakı Şəhəri Cavabdeh Başçısının Aparatının xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, qaldırılan məsələnin araşdırılması məqsədilə aidiyyəti üzrə müvafiq tapşırıqlar verilmişdir. Bildirilir ki, sözügedən mənzilə dair sənədlər Rayon İcra Hakimiyyətinin arxivində aşkar edilməmişdir. “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə əsasən rayon və şəhər icra hakimiyyəti orqanlarının sənədləri üçün müvəqqəti mühafizə müddəti 5 il müəyyən edildiyi nəzərə alınaraq, Bakı şəhəri Cavabdeh başçısının 2018-ci ilə qədər olan arxiv sənədləri qanunamüvafiq qaydada Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialına təhvil verilmişdir.
7. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, AR Ədliyyə Nazirliyi 17 noyabr 2009-cu il tarixdə 19/332 saylı məktubla müraciət edərək Nazirliyin Mərkəzi Arxivində saxlanılan, saxlanma müddəti bitmiş və məhv edilmək üçün ayrılmış mülki işlərin xx.xx.2009-cu il tarixli Akt əsasında makulatura kimi qəbul edilməsini xahiş etmişdir. 07 dekabr 2009-cu il tarixdə məhv edilmək üçün ayrılmış sənəd və işlər makulatura (kağız tullantısı) kimi təhvil verilmiş, bu barədə xx.xx.2009-cu il tarixli 114 saylı Qəbul haqqında qebz-faktura tərtib olunmuşdur. Aydınlıq gətirmək üçün bildirilir ki,məhv edilmək üçün təhvil verilən bütün kitab, sənəd, qəzet, dərslik və s. kağız tullantıları doğranılaraq preslənir və təkrar emal üçün müvafiq müəssisələrə göndərilir.
8. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, 69 saylı reyestr kitabının 433-cü səhifəsində olan məlumatlara əsasən Bakı şəhəri, Verxne Kladbişenskaya küçəsi, 3 saylı fərdi yaşayış evi X62, X141 və Cabbarova Şəriyə X6 (bununla bağlı müvafiq reyestr kitabında 1911 -ci il tarixinə aid olan qeyd mövcuddur) adlarına qeydiyyata alınmasına dair qeydlər vardır. Həmçinin bildirilir ki, 177 saylı reyestr kitabının 8080-ci səhifəsində olan məlumatlardan məlum olur ki, Bakı şəhəri, Kosoy döngəsi, 3 saylı fərdi yaşayış evi X82, X118 və Cabbarova Şəriyə X6 adlarına qeydiyyata alınmışdır, lakin xx.xx.1931-ci il tarixdə həmin fərdi yaşayış evi üzərində olan mülkiyyət hüquqlarından imtina edilməsinə və həmin mülkün dövlətin balansına keçməsinə dair qeydlər aşkar edilmişdir. Sözügedən hər iki əmlak ilə bağlı arxiv əsasları İdarənin arxivində saxlanılmadığından qeyd olunan fərdi yaşayış evlərinin eyni əmlak olub-olmamasını müəyyənləşdirmək mümkün olmamışdır. Qeyd edilir ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 49-cu maddəsinə (Torpaq sahəsi üzərində mülkiyyət hüququ) əsasən keçmiş torpaq mülkiyyətçilərinin (onların varislərinin) torpaq sahələri üzərində hüquqlarının restitusiyasına yol verilmir. Həmçinin eyni ünvan göstəricilərinə malik digər fərdi yaşayış evləri ilə bağlı məlumatları təqdim edilmişdir: 123 saylı reyestr kitabının 13-cü səhifəsində olan məlumatlara əsasən Bakı şəhəri, Verxne Kladbişenskaya küçəsi, 3 saylı fərdi yaşayış evi xx.xx.1919-cu il tarixdə X91 və Həsənin adlarına qeydiyyata alınmışdır. xx.xx.1923-cü il tarixinə aid qeydlərə əsasən qeyd olunan fərdi yaşayış evi X119 Yəhya, X120 Əhməd və Hüseynov X37 adlarına qeydiyyata alınmışdır. Sözügedən fərdi yaşayış evi ilə bağlı aparılan digər əməliyyatlar barəsində həmin reyestr kitabında hər hansı məlumat qeyd olunmamışdır. Məlumat üçün bildirilir ki, dövlət reyestrində qeydiyyata alınmış digər daşınmaz əmlak olan Bakı şəhəri, Verxne Kladbişenskaya küçəsi, 3 saylı fərdi yaşayış evi (əmlakın sonrakı poçt ünvanlarının Vaqif döngəsi, ev 3 və 1-ci Seyidbəyli döngəsi, ev 3 olmasına dair məlumat mövcuddur) ilkin olaraq X26, X64 və X121 Hacıyevin adlarına qeydiyyata alınmışdır. Bakı şəhəri 1 saylı DNKnın xx.xx.1989-cu il tarixli 2kn. “H”-40 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə əsasən bəhs olunan mülkün 1/6 hissəsi X14 adına qeydiyyata alınmışdır. Bakı şəhəri 18 saylı DNK-nın V-01-11 reyestr nömrəli xx.xx.1995-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə əsasən fərdi yaşayış evinin 1/6 hissəsi X40 vəfatından sonra onun oğlu X77 və mərhumun həyat yoldaşı X27 adına qeydiyyata alınmışdır. Səbail rayon Məhkəməsinin xx.xx.1995-ci il tarixli 2-341-1995-ci il tarixli icra vərəqəsinə əsasən Bakı şəhəri, 1-ci Seyidbəyli döngəsi, 3 saylı ümumi mülkün “B” tikilisindən 12,3 kv.m sahəsi olan 5 nömrəli, yaşayayış otaqları 8,2 kv.m sahəsi olan 6 nömrəli 110 kv.m sahəsi olan 7 nömrəli, 8,4 kv.m sahəsi olan 8 nömrəli yardımçı otaqlar, “A” tikilisindən 14,7 kv.m olan 5 nömrəli 5,8 kv.m sahəsi olan 7 nömrəli, yardımçı otaqlar, “B” tikilisindən 6,9 kv.m sahəsi olan 1 nömrəli, 13,6 kv.m sahəsi olan 2 nömrəli və 13,7 kv.m sahəsi olan 3 nömrəli yardımçı otaqlar ayrılıb iddiaçıların-X77 və X27 mülkiyyətinə verilmişdir. Səbail rayon Məhkəməsinin xx.xx.1999-cu il tarixli icra vərəqəsinə əsasən qeyd olunan mülkün 2/6 hissəsi X12 adına qeydiyyata alınmışdır. Bakı şəhər 41 saylı DNK-nın 2V/27 reyestr nömrəli xx.xx.2000-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə əsasən evin 1/6 hissəsi X20 adına qeydiyyata alınmışdır. Qeyd olunan fərdi yaşayış evinin “V” tikilisi, 2 otaq-27,3 kv.m, yaşayış sahəsindən ibarət olan hissəsi Bakı şəhəri 41 saylı DNK-nın 4Ə-583 reyestr nömrəli xx.xx.2002-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X1 adına qeydiyyata alınmışdır. Bakı şəhəri 2 saylı DNK-nın 2V/1-58 reyestr nömrəli xx.xx.2002-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə əsasən evin 1/6 hissəsi X15 mülkiyyətinə verilmişdir. Cavabdeh xx.xx.2005-ci il tarixli 473 nömrəli sərəncamına əsasən 1-ci H.Seyidbəyli döngəsi, 3 saylı evin vətəndaş X2 məxsus mənzil iki otaqlı, yaşayış sahəsi 42,0 kv.m, köməkçi sahəsi 106,61 kv.m, ümumi sahəsi 148,61 kv.m olduğu təsdiq edilmişdir. Bakı şəhəri 41 saylı DNK-nın 2V-122 reyestr nömrəli xx.xx.2005-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” əsasında fərdi evin 2/6 hissəsi X34 adına qeydiyyata alınmışdır. X27 vəfatından sonra Bakı şəhəri 28 saylı DNK-nın 2V-1-26 reyestr nömrəli xx.xx.2006-cı il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” əsasında mərhuma məxsus hissədən hər biri 1/3 hissə olmaqla X78, X77 və X79 irs almışdırlar. X133 Rəşidoviçin vəfatından sonra ona məxsus hissə Bakı şəhəri 41 saylı DNK-nın 2V-03 reyestr nömrəli 28.01,2009-cu il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” əsasında arvadı X70 və övladları X53, X71, X54, X41, X22 adlarına qeydiyyata alınmışdır. Sözügedən fərdi yaşayış evinin 2/6 hissədən “A” tikilisi-5 nömrəli otaq (14,7 kv.m), 7 nömrəli otaq (5,8 kv.m) olan hissəsi Bakı şəhəri 12 saylı NK-nın 4ə-111 reyestr nömrəli xx.xx.2017-ci il tarxli alqı-satqı müqaviləsinə əsasən X44nun adına dövlət reyestrində qeydiyyata alınmışdır. 2/6 hissədən “B” tikilisi-7 nömrəli otaq (11,0 kv.m), 8 nömrəli otaq (8,4 kv.m) olan hissə Bakı şəhəri 12 saylı NK-nın 4ə-111 reyestr nömrəli xx.xx.2017-ci il tarxli alqı-satqı müqaviləsinə əsasən X42 adına qeydiyyata alınmışdır. Bakı şəhəri 2 saylı NK-nın 4ə-14 və 4ə-15 reyestr nömrəli xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 2/6 hissədən B tikilisi-7 nömrəli otaq (11,0 kv.m), 8 nömrəli otaq (8,4 kv.m) və 2/6 hissədən B tikilisi 4 nömrəli otaq (12,5 kv.m), 5 nömrəli otaq (16,5 kv.m) , 6 nömrəli otaq (8,2 kv.m)-2/3 hissə X28 adına qeydiyyata alınmışdır. X29 adına 1/6 hissə 3 saylı Bakı “ASAN xidmət” mərkəzi notariusu tərəfindən təsdiq edilmiş 4ə-1502 reyestr nömrəli xx.xx.2019-cu il tarixli bağışlama müqaviləsinə əsasən qeydiyyata alınmışdır. Qeyd olunan fərdi yaşayış evinin 2/6 hissədən B tikilisi 4№otaq (12,5kv.m.), 5№otaq (16,5kv.m.), 6№otaq (8,2kv.m.)-dən 1/3 hissəsi Vəkilsoy Paşa Kazım oğlunun adına Bakı şəhəri 2 saylı NK-nın 4ə-13 reyestr nömrəli xx.xx.2018-ci il tarxli alqısatqı müqaviləsinə əsasən qeydiyyata alınmışdır. Məlumat üçün bildirilir ki, Bakı şəhəri, Səbail rayonu, 1-ci H.Seyidbəyli döngəsi, 3 saylı fərdi yaşayış evi hazırda aşağıda sadalanan şəxslərin adlarında qeydiyyatdadır: 1) X132 Rəşidoviç-1/6 hissədən bir hissə açıq saxlanılır; 2) X4- 2/6 hissədən 2 otaq (y/s 37.5kv.m., ü/s 142.1kv.m.); 3) X65-2/6 hissə; 4) X41-1/6 hissədən bir hissə; 5) X431/6 hissədən bir hissə; 6) X55 -1/6 hissədən bir hissə; 7) X71-1/6 hissədən bir hissə; 8) X70-1/6 hissədən bir hissə; 9) X54-1/6 hissədən bir hissə; 10) X44- 2/6 hissədən A tikilisi 5 №otaq (14.7kv.m.), 7 №otaq (5.8kv.m.) 11) X56-2/6 hissədən B tikilisindən ü/s 127.2 kv.m.; 12) X57-1/6 hissə; 13) Vəkilsoy Paşa Kazım oğlu- 2/6 hissədən B tikilisi 4№otaq (12,5kv.m.), 5№otaq (16,5kv.m.), 6№otaq (8,2kv.m.)-dən 1/3 hissə
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTİ
a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçılar İddiaçı2 və İddiaçı1 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehin üzərinə iddiaçılara dəymiş ziyan kimi vərəsəlik əsasında iddiaçılara məxsus olan Bakı şəhəri, Səbail rayonu, Həsən Seyidbəyli küçəsi, ev 3 ünvanında yerləşən ümumi sahəsi 445 kv.m. olan mülkün əvəzi olaraq 1.335.000 (bir milyon üç yüz otuz beş min) manat məbləğində pulun iddiaçılara verilməsi öhdəliyinin qoyulması ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıların babası və onların qardaşı olan Ata xan Məmməd Hüseyn və Hüseynov X3 V. Kladbişenskaya küçəsi, ev 3 ünvanında (indiki adla ünvan 1 sahəsi 445 kv.m. olan mülkü olmuşdur. Sonradan isə bu mülk atası və anası, yəni Məmmədova Tutuxanım və Hüseynov Sərdara qalmışdır. Belə ki, iddiaçılarda bunu təsdiq edən bəzi sənədlər də mövcuddur. 1940-cı il 27-31 may tarixli məhkəmə qərarı və 2-99/1957 nömrəli xx.xx.1957-ci il tarixli məhkəmə qətnamələrinə əsasən həmin mülk ata və anası, yəni Məmmədova Tutuxanım və Hüseynov Sərdarın hesab olunmuşdur. Bu zaman onlar ilk dəfə əmlakla bağlı hüquqların tanınmasına dair, sonra isə həmin mülkün onlara qaytarılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Bunun nəticəsində onların iddiaları təmin olunmuş və sözügedən mülkün ata və anası, yəni Məmmədova Tutuxanım və Hüseynov Sərdarın mülkü olması təsdiq edilmişdir. 1940cı il 27-31 may tarixli məhkəmə qərarı qəbul olunduqda həmin yerin adı Yuxarı qəbirstan küçəsi, 2-99/1957 nömrəli xx.xx.1957-ci il tarixli məhkəmə qətnaməsi qəbul olunduqda isə həmin yerin adı Vaqif küçəsi olmuşdur. Həmçinin bu sənədlərdə həmin ünvanda 2 mərtəbəli, 19 otaqlı, 3 saylı daş evin olduğu qeyd olunmuşdur. Bundan əlavə, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin 31 may 2018-ci il tarixli, 22 nömrəli arxiv arayışına əsasən "Bakı şəhəri Voroşilov rayon İcraiyyə Komitəsinin maliyyə şöbəsi" arxiv fondunda mühafizə edilən sənədlərində 1932- 1935-ci illərə dair Torpaq vergisi almaq və vergi daxil olması hesab kartoçkalarında qeyd olunur ki, V. Kladbişenskaya küçəsi, ev 3 ünvanında yerləşən ümumi sahəsi 445 kv.m. olan mülkün sahibi Ata xan Məmməd Hüseyn və Hüseynov X19 olmuşdur. İddiaçıların nənə və babası uzun müddət həmin evdə yaşamışlar. Bütün bunlar da bunu sübut edir ki, V. Kladbişenskaya küçəsi, ev 3 ünvanında (indiki adla ünvan 1 sahəsi 445 kv.m. olan mülk iddiaçıların nənə və babalarına məxsus olmuşdur. Lakin sonra həmin evdə yaşayan ailənin hər bir üzvü başqa bir mənzilə köçərək orada yaşamağa başlamışdır. Bundan sonra isə Cavabdeh əslində iddiaçılara məxsus olan bu evi başqa şəxslərə vermişdir. Bunu da Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********27 nömrəli qeyd olunan əmlaklarla bağlı məlumat və sənəd surətlərinin təqdim edilməsi haqqında cavabı sübut edir. Bu cavabda qeyd edilmişdir: Bununla əlaqədar olaraq bildirilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Həsən Seyidbəyli küçəsi, ev 3, 4/5 saylı mənzil Cavabdeh Başçısının 40 nömrəli xx.xx.1997-ci il tarixli sərəncamına, 50 nömrəli, xx.xx.1999-cu il tarixli forma 2 arayışına, ailə üzvləri tərəfindən verilmiş razılıq ərizələrinə əsasən ilkin olaraq X45 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 41 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2005-ci il tarixli 40-200 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən X13 adına qeydiyyatdan keçmişdir. Təsdiq edilmiş xx.xx.2021-ci il tarixli 3M-345 reyestr nömrəli mirasın bölüşdürülməsinə dair sazişə əsasən sözügedən mənzilin 41.3 kv.m hissəsi X58, 105.6 kv.m olan hissəsi X46 adlarına qeydiyyatdan keçmişdir. 1 saylı Bakı "ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli 81-39427 reyestr nömrəli bölgü sxeminə, 1 saylı Bakı “ASANxidmət" mərkəzində notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli 40-1440 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən sözügedən mənzilin X59 məxsus olan hissəsindən 12,2 kv.m hissə Bakı şəhəri, Səbail rayonu, Həsən Seyidbəyli küçəsi, ev 3, 4 saylı mənzil kimi X58 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. 1 saylı Bakı "ASAN xidmət" mərkəzində notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli 40-1441 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə və 1 saylı Bakı "ASAN xidmət" mərkəzində notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli 81-39427 reyestr nömrəli bölgü sxeminə əsasən sözügedən mənzilin X59 məxsus olan hissəsindən 40,1 kv.m hissə Bakı şəhəri, Səbail rayonu, Həsən Seyidbəyli küçəsi, ev 3, 4B saylı mənzil kimi X8 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. 1 saylı Bakı "ASAN Xidmət" mərkəzində notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli 48-1442 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə sözügedən mənzilin X59 məxsus olan hissəsindən 1 otaq-14.1 kv.m olan hissə Bakı şəhəri, Səbail rayonu, Həsən Seyidbəyli küçəsi, ev 3, 4A saylı mənzil kimi X23 adına, 2 otaq-26 kv.m olan hissə X46 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətlərindədir. Bakı şəhəri, Səbail rayonu, Həsən Seyidbəyli küçəsi, ev 3, 7 saylı mənzil Cavabdeh başçısının 580 nömrəli 14.07 2000-ci il tarixli sərəncamına, 625 nömrəli xx.xx.2000-ci il tarixli forma 2 arayışına, ailə üzvləri tərəfindən verilmiş razılıq ərizələrinə əsasən ilkin olaraq X16 adına qeydiyyatdan keçmişdir, Bakı şəhəri 41 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2000-cı il tarixli 3MZA-502 reyestr nömrəli alqısatqı müqaviləsinə əsasən X128 Alinin adına qeydiyyatdan keçmişdir. Əmlakın alqı-satqı müqaviləsinə əsasən X5 adına qeydiyyatdan keçmişdir. Sözügedən mənzilin X9 məxsus olan 3 otağın y/s- 54.9 kv.m-dən 1/3 hissəsi Bakı şəhəri 2 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2017-ci il tarixli 40-109 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən X31 adına qeydiyyatdan keçmişdir. 3 otağın (y/s-54.9 kv.m-dən 1/3 hissəsi Bakı şəhəri 2 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2017-cı il tarixli 48-110 reyestr nömreli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən X17 adına qeydiyyatdan keçmişdir. 3 otağin y/s-54.9 kv.m-dan 1/3 hissəsi Bakı şəhəri 2 sayli notanat kontoru tarafindan tesdiq edilmiş xx.xx.2017-ci il tarixli 48-109, 48-110 reyestr nömrəli daşınmaz Əmlakın bağışlanması müqavilərinə asasan X5 adina qeydiyyatdan keçmişdir. Hazırda sözügedən mənzilin 1 otağı (y/s-16.0 kv m) X47, 3 otaqdan (y/s-54,9 kv.m) 1/3 hissə X5, 3 otaqdan (y/s-54,9 kv.m) 1/3 hissə Orucəliyev likin Akif oğlunun, 3 otaqdan (y/s54.9 kv.m) 1/3 hissə X17 mülkiyyətlərindədir. Bakı şəhəri, Səbail rayonu, Həsən Seyidbəyli küçəsi, ev 3, 10 saylı mənzil Cavabdeh başçısının 41 nömrəli xx.xx.1997-ci il tarixli sərəncamına, Səbail rayon Məhkəməsinin 2-251-1997 nömreli xx.xx.1997-ci il tarixli qərarına əsasən ilkin olaraq X52 adına qeydiyyatdan keçmişdir, Bakı şəhəri 29 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.1997-ci il tarixli 3MA/436 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X86 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 41 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2001-ci il tarixi 48/546 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X10 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 41 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2004-cü il tarixli 48/5-765 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X32 adına qeydiyyatdan keçmişdir. Sözügedən mənzilin ümumi sahəsi 20 kv.m olan hissəsi Bakı şəhəri 14 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2017-ci il tarixli 40-355 reyestr nömrəli daşınmaz emlakın alqı- satqı müqaviləsinə əsasən X24 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Sözügedən mənzilin ümumi sahəsi 17.6 kv.m olan hissəsi Bakı şəhəri 14 saylı qeydiyyatdan keçmişdir. Sözügedən mənzilin X33 məxsus olan hissəsi Bakı şəhəri 14 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş 48-495 reyestr nömrəli xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X60 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İddiaçı qeyd edir ki, bu sənədlər və əlavə olaraq iddiaçılara verilən sənədlər onlarda mövcud olsa da, həcmi həddən artıq çox olduğuna görə verdikləri iddiaya bu sənədləri əlavə edə bilmirlər, lakin bu sənədləri məhkəmədə təqdim edə bilərlər. Bütün bu qeyd edilənlər isə iddiaçıların xəbəri olmadan baş verdiyini qeyd edir. İddiaçı hesab edir ki, bu tamamilə qanunsuz bir əməldir. Çünki vərəsə olaraq baba və nənələrinə məxsus olan mülk əslində iddiaçıların olmalı idi. Lakin Cavabdeh bu mülkü mənimsəyərək başqa şəxslərə vermişdir. Halhazırda bu ünvanda bir neçə ev vardır və bu evlərdə də yaşayış var. Buna görə də bu evlərin yenidən iddiaçılara qaytarılması çox çətindir. Bu səbəbdən bu evlərin dəyəri qiymətindəki pul məbləğinin iddiaçılara verilməsi daha ağlabatan hesab olunur. Həmin ərazidə yerləşən evlərin hər kv.m.-nin qiyməti ən azı təqribən 3000 manatdır. Buna görə də iddiaçılar da onlara məxsus olan 445 kv.m.mülkün dəyəri kimi 1.335.000 (bir milyon üç yüz otuz beş min) manat məbləğində pulu tələb edirlər.
11. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1642/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir.
12. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, işin cavabdeh inzibati orqan tərəfindən mübahisləndirilən halı iddiaçıya hakim kimi 69 saylı reyestr kitabının 433-cü səhifəsində olan məlumatlara əsasən Bakı şəhəri, Verxne Kladbişenskaya küçəsi, 3 saylı fərdi yaşayış evi X62, X141 və Cabbarova Şəriyə X6 (bununla bağlı müvafiq reyestr kitabında 1911-ci il tarixinə aid olan qeyd mövcuddur) adlarına qeydiyyata alınmasına dair qeydlər vardır. Həmçinin bildirilmişdir ki, 177 saylı reyestr kitabının 8080-ci səhifəsində olan məlumatlardan məlum olur ki, Bakı şəhəri, Kosoy döngəsi, 3 saylı fərdi yaşayış evi X82, X118 və Cabbarova Şəriyə X6 adlarına qeydiyyata alınmışdır, lakin xx.xx.1931-ci il tarixdə həmin fərdi yaşayış evi üzərində olan mülkiyyət hüquqlarından imtina edilməsinə və həmin mülkün dövlətin balansına keçməsinə dair qeydlər aşkar edilmişdir. Məhkəmə qeyd edir ki, faktiki olaraq Bakı şəhəri, Səbail rayonu, Həsən Seyidbəyli küçəsi, ev 3 ünvanında yerləşən mənzil 1911-ci il tarixindən xx.xx.1931-ci il tarixinə qədər X82, X118 və Cabbarova Şəriyə X6 mülkiyyət hüquqları qeydiyyata alınmış və xx.xx.1931-ci il tarixdə həmin fərdi yaşayış evi üzərində olan mülkiyyət hüquqlarından imtina edilmiş və həmin mənzil dövlətin balansına keçmişdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 49cu maddəsinə (Torpaq sahəsi üzərində mülkiyyət hüququ) əsasən keçmiş torpaq mülkiyyətçilərinin (onların varislərinin) torpaq sahələri üzərində hüquqlarının restitusiyasına yol verilmir. 28.Məhkəmə hesab edir ki, fərdi yaşayış evi 1911-ci il tarixindən qeyri şəxslərin mülkiyyətində olmuş və xx.xx.1931-ci il tarixində mülkiyyət hüquqlarından imtina edilmiş evə dair iddiaçıların hər hansı qanuni müddəaya əsaslanan qanuni gözləntisi və hüquqi marağı mövcud deyildir. 29.Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin qanunsuz hərəkətləri (hərəkətsizliyi) və həmin hərəkətlər (hərəkətsizlik) nəticəsində iddiaçılara ziyan vurulması müəyyən edilmir.
13. İddiaçılar apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1642/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ
b) Apellyasiya şikayətinin dəlilləri
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışıdır ki, bizim baba və onun qardaşı olan Ata xan Məmməd Hüseyn və Hüseynov X3 V. Kladbişenskaya küçəsi, ev 3 ünvanında (indiki adla ünvan 1 sahəsi 445 kv.m. olan mülkü olmuşdur. Sonradan isə bu mülk ata və anam, yəni Məmmədova Tutuxanım, Hüseynov Sərdara qalmışdır. Belə ki, bizdə bunu təsdiq edən bəzi sənədlər də mövcuddur. 1940-cı il 27- 31 may tarixli məhkəmə qərarı və 2-99/1957 nömrəli xx.xx.1957-ci il tarixli məhkəmə qətnamələrinə əsasən həmin mülk ata və anam, yəni Məmmədova Tutuxanım, Hüseynov Sərdarın hesab olunmuşdur. Bu zaman onlar ilk dəfə əmlakla bağlı hüquqların tanınmasına dair, sonra isə həmin mülkün onlara qaytarılmasına dair iddia ərizəsi ilə Məhkəməyə müraciət etmişlər. Bunun nəticəsində onların iddiaları təmin olunmuş və sözügedən mülkün ata və anam, yəni Məmmədova Tutuxanım, Hüseynov Sərdarın mülkü olması təsdiq edilmişdir. 1940-cı il 27-31 may tarixli məhkəmə qərarı qəbul olunduqda həmin yerin adı Yuxarı qəbirstan küçəsi, 2-99/1957 nömrəli xx.xx.1957-ci il tarixli məhkəmə qətnaməsi qəbul olunduqda isə həmin yerin adı Vaqif küçəsi olmuşdur. Həmçinin bu sənədlərdə həmin ünvanda 2 mərtəbəli, 19 otaqlı, 3 saylı daş evin olduğu qeyd olunmuşdur. Bundan əlavə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin 31 may 2018-ci il tarixli, 22 nömrəli arxiv arayışına əsasən "Bakı şəhəri Voroşilov rayon İcraiyyə Komitəsinin maliyyə şöbəsi" arxiv fondunda mühafizə edilən sənədlərində 1932-1935-ci illərə dair Torpaq vergisi almaq və vergi daxil olması hesab kartoçkalarında qeyd olunur ki, V. Kladbişenskaya küçəsi, ev 3 ünvanında yerləşən ümumi sahəsi 445 kv.m. olan mülkün sahibi Ata xan Məmməd Hüseyn və Hüseynov X19 olmuşdur. Bizim nənə və babamız uzun müddət həmin evdə yaşamışlar. Bütün bunlar da bunu sübut edir ki, V. Kladbişenskaya küçəsi, ev 3 ünvanında (indikiadla ünvan 1 sahəsi 445 kv.m. olan mülk bizim nənə və babalarımıza məxsus olmuşdur. Lakin sonra həmin evdə yaşayan ailənin hər bir üzvü başqa bir mənzilə köçərək oradan yaşamağa başlamışdır. Bundan sonra isə Cavabdeh əslində bizə məxsus olan bu evi başqa şəxslərə vermişdir. Bunu da Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********27 nömrəli qeyd olunan əmlaklarla bağlı məlumat və sənəd surətlərinin təqdim edilməsi haqqında cavabı sübut edir. Bu cavabda qeyd edilmişdir: Bununla əlaqədar olaraq bildiririk ki, Bakı şəhəri, Səbail rayonu, Həsən Seyidbəyli küçəsi, ev 3, 4/5 saylı mənzil Cavabdeh Başçısının 40 nömrəli xx.xx.1997-ci il tarixli sərəncamına, 50 nömrəli, xx.xx.1999-cu il tarixli forma 2 arayışına, ailə üzvləri tərəfindən verilmiş razılıq ərizələrinə əsasən ilkin olaraq X45 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 41 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2005-ci il tarixli 40-200 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən X13 adına qeydiyyatdan keçmişdir. Təsdiq edilmiş xx.xx.2021-ci il tarixli 3M-345 reyestr nömrəli mirasın bölüşdürülməsinə dair sazişə əsasən sözügedən mənzilin 41.3 kv.m hissəsi X61, 105.6 kv.m olan hissəsi X46 adlarına qeydiyyatdan keçmişdir. 1 saylı Bakı "ASAN xidmət" mərkəzində notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli 81-39427 reyestr nömreli bölgü sxeminə, 1 saylı Bakı "ASAN xidmət" mərkəzində notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli 40-1440 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən sözügedən mənzilin X59 məxsus olan hissəsindən 12 2 kv.m hissə Bakı şəhəri, Səbail rayonu, Həsən Seyidbəyli küçəsi, ev 3, 4 saylı mənzil kimi X58 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. 1 saylı Bakı "ASAN xidmət" mərkəzində notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli 40-1441 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə və 1 saylı Bakı "ASAN xidmət" mərkəzində notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli 81-39427 reyestr nömrəli bölgü sxeminə əsasən sözügedən mənzilin X59 məxsus olan hissəsindən 40 1 kv.m hissə Bakı şəhəri, Səbail rayonu, Hasen Seyidbəyli küçəsi, ev 3, 4B sayli mənzil kimi X11 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. 1 saylı Bakı "ASAN xidmət" mərkəzində notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli 48-1442 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə sözügedən mənzilin X59 məxsus olan hissəsindən 1 otaq-14.1 kv.m olan hissə Bakı şəhəri, Səbail rayonu, Həsən Seyidbəyli küçəsi, ev 3, 4A saylı mənzil kimi X23 adına, 2 otaq-26 kv.m olan hisse X48 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətlərindədir. Bakı şəhəri, Səbail rayonu, Həsən Seyidbəyli küçəsi, ev 3, 7 saylı mənzil Cavabdeh başçısının 580 nömrəli 14.07 2000-ci il tarixli sərəncamına, 625 nömreli xx.xx.2000-ci il tarixli forma 2 arayışına, ailə üzvləri tərəfindən verilmiş razılıq ərizələrinə əsasən ilkin olaraq X16 adına qeydiyyatdan keçmişdir, Bakı şəhəri 41 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2000-ci il tarixli 3M/A-502 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X128 Alinin adına qeydiyyatdan keçmişdir. Əmlakın alqı-satqı müqaviləsinə əsasən X5 adına qeydiyyatdan keçmişdir. Sözügedən mənzilin X9 maxsus olan 3 otağın y/s-54.9 kv.m-dən 1/3 hissəsi Bakı şəhəri 2 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2017-ci il tarixli 40-109 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən X31 adına qeydiyyatdan keçmişdir. 3 otağın(y/s-54.9 kv.m-dən 1/3 hissəsi Bakı şəhəri 2 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2017-ci il tarixli 48-110 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən X17 adına qeydiyyatdan keçmişdir. 3 otağin y/s-54.9 kv.m-dan 1/3 hissəsi Bakı şəhəri 2 sayli notanat kontoru tarafindan tesdiq edilmiş xx.xx.2017-ci il tarixli 48-109, 48-110 reyestr nömrəli daşınmaz Əmlakın bağışlanması müqavilərinə asasan X51 qizinin adina qeydiyyatdan keçmişdir. Hazırda sözügedən mənzilin 1 otağı (y/s-16.0 kv m) X49, 3 otaqdan (y/s-54 9 kv.m) 1/3 hisse X51 qizinin, 3 otaqdan (y/s-54.9 kv.m) 1/3 hissə Orucəliyev likin Akif oğlunun, 3 otaqdan (y/s- 54.9 kv.m) 1/3 hissə X18 mülkiyyətlərindədir. Bakı şəhəri, Səbail rayonu, Həsən Seyidbəyli küçəsi, ev 3, 10 saylı mənzil Cavabdeh başçısının 41 nömrəli xx.xx.1997-ci il tarixli sərəncamına, Səbail rayon Məhkəməsinin 2-251-1997 nömreli 28.03. 1997-ci il tarixli qərarına əsasən ilkin olaraq X52 adına qeydiyyatdan keçmişdir, Bakı şəhəri 29 saylı dövlet notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.1997-ci il tarixli 3MA/436 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X86 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 41 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2001-ci il tarixi 48/546 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X10 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 41 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2004-cü il tarixli 48/5-765 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqavilesine əsasən X25 adına qeydiyyatdan keçmişdir Sözügedən mənzilin ümumi sahəsi 20 kv.m olan hissesi Bakı şəhəri 14 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2017-ci il tarixli 40-355 reyestr nömrəli daşınmaz emlakın alqı-satqı müqaviləsinə əsasən X24 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Sozügedən mənzilin ümumi sahəsi 17.6 kv.m olan hissəsi Bakı şəhəri 14 saylı qeydiyyatdan keçmişdir. Sözügedən mənzilin X33 məxsus olan hissəsi Bakı şəhəri 14 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş 48- 495 reyestr nömrəli xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X60 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bu sənədlər və əlavə olaraq bizə verilən sənədlər bizdə mövcud olsa da, həcmi həddən artıq çox olduğuna görə verdiyimiz iddiaya bu sənədləri əlavə edə bilməyəcəyik. Lakin bu sənədləri Məhkəmədə təqdim edə bilərik. Bütün bu qeyd edilənlər isə bizim xəbərimiz olmadan baş vermişdir. Bu isə tamamilə qanunsuz bir əməldir. Çünki vərəsə olaraq baba və nənələrimizə məxsus olan mülk əslində bizim olmalı idi. Lakin Cavabdeh bu mülkü mənimsəyərək 12. Apellyasiya şikayəti verən şəxsin tələbi 13. Apellyasiya şikayətinə əlavə edilmiş sənədlər Sənədin növü Faylın adı Endir etibarnamə memmedov faiq huseynov sehriyar etibarname 1.pdf Endir order order - baki apellyasiya.pdf Endir ərizə Elektron Ərizə.pdf Endir Dövlət rüsumunun ödənilməsi haqqında məlumat Ərizəni imzalayan şəxs haqqında məlumat: başqa şəxslərə vermişdir. Hal-hazırda bu ünvanda bir neçə ev vardır və bu evlərdə də yaşayış var. Buna görə də bu evlərin yenidən bizə qaytarılması çox çətindir. Bu səbəbdən bu evlərin dəyəri qiymətindəki pul məbləğinin bizə verilməsi daha ağlabatan hesab olunur. Həmin ərazidə yerləşən evlərin hər kv/m-nin qiyməti ən azı təqribən 3000 manatdır. Buna görə də biz də bizə məxsus olan 445 kv.m.mülkün dəyəri kimi 1.335.000 (bir milyon üç yüz otuz beş min) manat məbləğində pulu tələb edirik.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
d) Prosses iştirakçılarının izahatları
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar apellyasiya şikayətinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər.
17. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
18. AR Mülki Məcəlləsi:
2.5. Əgər qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar bir tərəfin digər tərəfə inzibati və ya digər hakimiyyət tabeliyinə əsaslanan əmlak münasibətlərinə, o cümlədən vergi, maliyyə və inzibati münasibətlərə tətbiq edilmir. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin vurduqları zərər üçün məsuliyyət Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir.
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:
Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktınqəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 70.1.İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydalarla əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələrini) və faktlar (faktiki halları) da nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarı tam olaraq yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
22. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası işin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən iş üzrə yekun qərar qəbul edilərkən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqini qanuni və əsaslı sayır.
24. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
25. Avropa İnsan hüquqları Məhkəməsinin həmin mövqeyinə uyğun olaraq apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla belə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
26. İddiaçıların apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, iddiaçıların babası və onların qardaşı olan X115 və Hüseynov X3 V. Kladbişenskaya küçəsi, ev 3 ünvanında (indiki adla ünvan 1 sahəsi 445 kv.m. olan mülkü olmuşdur. Hal-hazırda bu ünvanda bir neçə ev vardır və bu evlərdə də yaşayış var. Buna görə də bu evlərin yenidən iddiaçılara qaytarılması çox çətindir. Bu səbəbdən bu evlərin dəyəri qiymətindəki pul məbləğinin iddiaçılara verilməsi daha ağlabatan hesab olunur. Həmin ərazidə yerləşən evlərin hər kv.m.-nin qiyməti ən azı təqribən 3000 manatdır. Buna görə də iddiaçılar da onlara məxsus olan 445 kv.m.mülkün dəyəri kimi 1.335.000 manat məbləğində pulu tələb edirlər.
27. Birinci instansiya məhkəməsinin araşdırması zamanı qeyd edilmişdir ki, 69 saylı reyestr kitabının 433-cü səhifəsində olan məlumatlara əsasən Bakı şəhəri, Verxne Kladbişenskaya küçəsi, 3 saylı fərdi yaşayış evi X62, X141 və Cabbarova Şəriyə X6 (bununla bağlı müvafiq reyestr kitabında 1911-ci il tarixinə aid olan qeyd mövcuddur) adlarına qeydiyyata alınmasına dair qeydlər vardır. Həmçinin bildirilmişdir ki, 177 saylı reyestr kitabının 8080-ci səhifəsində olan məlumatlardan məlum olur ki, Bakı şəhəri, Kosoy döngəsi, 3 saylı fərdi yaşayış evi X82, X118 və Cabbarova Şəriyə X6 adlarına qeydiyyata alınmışdır, lakin xx.xx.1931-ci il tarixdə həmin fərdi yaşayış evi üzərində olan mülkiyyət hüquqlarından imtina edilməsinə və həmin mülkün dövlətin balansına keçməsinə dair qeydlər aşkar edilmişdir.
28. Kollegiya qeyd edir ki, iddiaçıların mübahisələndirdikləri mənzillə bağlı Bakı şəhəri, Səbail rayonu, Həsən Seyidbəyli küçəsi, ev 3 ünvanında yerləşən mənzil 1911-ci il tarixindən xx.xx.1931-ci il tarixinə qədər X82, X118 və Cabbarova Şəriyə X6 mülkiyyət hüquqları qeydiyyata alınmış və xx.xx.1931-ci il tarixdə həmin fərdi yaşayış evi üzərində olan mülkiyyət hüquqlarından imtina edilmiş və həmin mənzil dövlətin balansına keçmişdir.
29. İddiaçıların pul təklifinə münasibətdə isə qeyd edilir ki, xx.xx.1931-ci il tarixdə həmin fərdi yaşayış evi üzərində olan mülkiyyət hüquqlarından imtina edilməsinə və həmin mülkün dövlətin balansına keçməsinə dair qeydlər aşkar edilmişdir. Həmin imtinanın həqiqiliyini şübhə altına alan hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Başqa sözlə, pul tələbi ilə bağlı hüquqların realizə edilməsinin mümkünlüyü ilə bağlı heç bir sübut təqdim olunmadığından həmin tələb qanuna müvafiq hesab edilə bilməz.
30. Bundan əlavə, tələbin təmini o zaman mümkün hesab edilə bilərdiki qanunvericilikdə bununla bağlı hər hansısa müddəa mövcud olsun. Hazırda isə iddiaçının maddi marağı pozulmayıb və nəticə etibarilə “qanuni gözləntisi” yoxdur. Həmçinin məhkəmə araşdırması ilə cavabdehin qanunsuz hərəkətləri və həmin hərəkətlər nəticəsində iddiaçılara ziyanın vurulması müəyyən edilməmişdir.
31. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1642/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
32. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1642/2024 nömrəli, xx.xx.2024-cü il tarixli dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.