Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3794/2023 04.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X11 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X7 ibarət tərkibdə, X10-Yusiflinin katibliyi ilə, İddiaçıların nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinə qarşı “qərarın etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-202/2023 saylı 17 avqust 2023-cü il tarixli qərardadından 3-cü şəxs X6 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması məsələsinə 04 oktyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Binəqədi Bəələdiyyəsi tərəfindən X5 verilmiş 972/1 nömrəli, 30 dekabr 2005-ci il tarixli qərarın etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Sonradan 3-cü şəxs X3 nümayəndəsi (vəkili) tərəfindən vəsatət verilərək, hazırda Bakı İnzibati Məhkəməsinin icraatında iddiaçı X3 Cavabdeh Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinə qarşı (3-cü şəxslər İddiaçı1 və İddiaçı2) “torpaq sahəsinə dair verilmiş qərarların etibarsız hesab edilməsi barədə iş olduğu bildirilmiş və e-2-1(112)- 5192/2023 saylı işi üzrə icraatın həmin mübahisə həll edilənə kimi dayandırılması barədə qərardad qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi Bələdiyyəsinə qarşı "qərarın etibarsız hesab edilməsi" barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdirlər. Qeyd olunan iş məhkəmənin icraatındadır. Qeyd etmək vacibdir ki, hazırki iş üzrə 3-cü şəxs olan X2 Rayonu, Biləcəri Bələdiyyəsinin 10 noyabr 2004-cü il tarixli, 1031 və 1033 saylı Qərarların etibarsız hesab edilməsi ilə əlaqədar Bakı İnzibati məhkəməsinə müraciət etmişdir və həmin e-2-l(112)- 5192/2023 saylı iş hazırda hakim Tural Məlikovun icraatındadır. Qeyd etmək lazımdır ki, hazırki iş üzrə iddiaçılar e-2-l(112)-5192/2023 saylı iş üzrə 3-cü şəxsdirlər. Bildirmək zəruridir ki, qeyd olunan torpaq sahəsi 2005-ci il tarixdən, yəni, bələdiyyə tərəfindən X1 hazırki dövrədək onun qanuni istifadəsindədir. Buna baxmayaraq, iş üzrə 3-cü şəxslər 17 il sonra onun qanuni istifadəsində olan torpaq sahəsinə münasibətdə Binəqədi Rayonu, Biləcəri Bələdiyyəsinin 10 noyabr 2004-cü il tarixli, 1031 və 1033 saylı Qərarlarına əsasən həmin torpaq sahəsinin onlara verildiyini bildirirlər. Bildirmək lazımdır ki, baxılan hazırki iş digər inzibati mübahisənin predmetini təşkil edir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-202/2023 saylı 17 avqust 2023-cü il tarixli qərardadı ilə vəsatətin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan 3-cü şəxs X6 tərəfindən apellyasiya şikayəti verilərək qərardadın ləğv edilməsi və iş üzrə icraatın dayandırılması barədə qərardad qəbul edilməsi xahiş edimişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. İnzibati prosessual qanunvericiliyin tələblərinə görə apellyasiya şikayətinin vaxtında verilməsi apellyasiyanın mümkün sayılması üçün əsas şərtlərdən biridir. Bununla bağlı hazırki iş üzrə apellyasiyanın mümkünlüyünün yoxlanılması məsələsinə baxılması xx.xx.2023-cü il tarixdə təyin edilmişdir. Həmin tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmalarına baxmayaq cavabdeh və 3-cü şəxslər iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişlər. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki iş üzrə apellyasiyanın mümkünlüyü məsələsinə cavabdehin nümayəndəsinin və 3-cü şəxslərin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq apellyasiya şikayətinin mümkünlük məsələsinə cavabdehin nümayəndəsinin və 3-cü şəxslərin iştirakı olmadan baxılıb iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddiaçıların nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 258.1-ci maddəsinə əsasən iş üzrə icraatın dayandırılması və onun təzələnməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 258.2-ci maddəsinə əsasən iş üzrə icraatın dayandırılması barədə məhkəmənin qərardadından şikayət verilə bilər. Nəzərə alınmalıdır ki, hazırki işdə 3-cü şəxsin vəsatəti iş üzrə icraatın dayandırılması barədə olmuş və həmin vəsatət təmin edilməmişdir. Yəni, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş və hazırda mübahisələndirilən akt – “icraatın dayandırılması barədə vəsatətin təmin olunmaması” ilə bağlıdır. Yuxarıda sadalanan qanunvericiliyin tələbinə görə isə məhkəmə qərardadının yalnız “iş üzrə icraatın dayandırılması” barədə qəbul edilməsi və məhz belə qərardadlardan apellyasiya şikayətinin verilməsinin mümkünlüyü nəzərdə tutulmuşdur. X8 Məcəllənin 83.1-ci maddəsinə əsasən şikayət inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və müstəqil mübahisələndirilməsi bu Məcəllə ilə nəzərdə tutulmuş qərardadlardan verilə bilər. Həmin Məcəllənin 83.4-cü maddəsinə görə bu Məcəllə ilə müstəqil qaydada mübahisələndirilməsinə yol verilməyən qərardadlardan məhkəmənin yekun qərarı ilə birlikdə şikayət verilə bilər. Beləliklə, “iş üzrə icraatın dayandırılması barədə vəsatətin təmin olunmaması” ilə bağlı ayrıca akt şəklində qərardad qəbul edilməsi qanunla müəyyən olunmamışdır. Belə vəsatətlərə münasibətin bildirilməsi məhkəmənin protokol qaydasında apardığı prosessual hərəkətlə, yəni məsələnin yerində müşavirə qaydasında həlli ilə mümkündür. Lakin hazırki vəziyyətdə “iş üzrə icraatın dayandırılması barədə vəsatətin təmin olunmaması” ilə bağlı məhkəmənin ayrıca akt şəklində qərardad qəbul etməsini nəzərə alaraq Kollegiya qeyd edir ki, bu hal həmin qərardaddan apellyasiya şikayətinin verilməsi üçün də əsas ola bilməz. Sözügedən qərardadın sonunda ondan şikayət verilməsinin mümkünlüyü qeyd olunmadığı halda, vəsatəti təmin olunmayan şəxs həmin qərardaddan apellyasiya şikayəti verməklə, həmin məhkəmə aktının apellyasiya qaydasında qanuniliyi və əsaslılığının yoxlanılmasına rəvac verə bilməz. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, “iş üzrə icraatın dayandırılması barədə vəsatətin təmin olunmaması” ilə bağlı çıxarılmış məhkəmə qərardadından 3-cü şəxsin verdiyi apellyasiya şikayəti mümkün sayılmamalıdır. Kollegiya onu da qeyd edir ki, mübahisələndirilən məhkəmə aktından apellyasiya şikayətinin verilməsi qanunla müəyyən edilmədiyi üçün həmin apellyasiya şikayətinin mümkün sayılmaması ilə bağlı çıxarılmış məhkəmə qərardadından da kassasiya şikayətinin verilməsi yolverilməzdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci, 83 və Mülki Prosessual Məcəlləsinin 258-ci maddələrini rəhbər tutub, məhkəmə kollegiyası QƏRARAALDİ: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-202/2023 saylı 17 avqust 2023-cü il tarixli qərardadından 3-cü şəxs X6 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və şikayətin qəbulundan imtina edilsin. Qərardaddan kassasiya şıkayəti verilə bilməz. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-3794/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3794/2023
04.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver