Məhkəmə qərarları › İş №2-1(103)-3794/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3794/2024

11.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3794/2024 11.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X8 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi X5, cavabdehin nümayəndələri X1, X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai rayon İdarəsinə qarşı “əmək haqqının və gecikdirilmiş günlər üçün ödəncin ödənilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2333/2024 nömrəli, 10 iyul 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai rayon İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə qədər ala bilmədiyi əmək haqqı, mükafat və sosial sığorta ayırmalarının, eləcə də hər gecikdirilmiş gün üçün 1 faiz ödəncin hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, N42,50 manat əmək haqqının və qərar icra olunan günə qədər hər gecikdirilmiş gün üçün 1 faiz ödəncin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmət Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai rayon İdarəsinin onun hərbi xidmətə çağırılmağı haqqında qərarının ləğv edilməsi tələbinə dair iş Bakı İnzibati Məhkəməsinin icraatında olmuşdur. İddiaçı cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə müddətli həqiqi hərbi xidmətə göndərilmiş və xx.xx.2023-cü il tarixdə hərbi hissədən geri qaytarılmışdır. Hərbi xidmətə çağırılan günə qədər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutunda işləmişdir. Hərbi xidmətdən qayıtdıqdan sonra əvvəl işlədiyi işinə yenidən bərpa olunmağa çalışsa da, işəgötürən onu işə götürə bilməmişdir. İşəgötürən ondan hərbi xidmətdən qayıtmağı barədə arayış istəmişdir. Həmin arayışı isə İdarə tərəfindən məlumatların elektron sistemə işlənilmədiyi üçün ala bilməmişdir. xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə keçirilən məhkəmə iclasları zamanı İdarənin nümayəndəsi məlumatların elektron sistemə hərbi xidmətə göndərilən gündən 3 gün ərzində işlənilməli olduğunu, lakin idarə tərəfindən işlənilmədiyini bildirmişdir. xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə keçirilən məhkəmə iclasları zamanı işə düzələ bilmədiyini məhkəmə iclaslarında da bildirmişdir. xx.xx.2023-cü il tarixdə keçirilən iclas zamanı İdarənin nümayəndəsi İdarədən arayış ala biləcəyini bildirmişdir. Bundan sonra ona İdarə tərəfindən arayış verilmiş və həmin arayış əsasında xx.xx.2023-cü il tarixdən əvvəlki iş yerinə yenidən bərpa edilmişdir. Halbuki məlumatlar elektron sistemə vaxtında işlənsə idi, iddiaçı həmin vaxtdan işə bərpa oluna bilərdi. İdarənin yol verdiyi nöqsana görə o, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə qədər işsiz qalaraq əmək haqlarından, eləcə də sosial sığorta stajından məhrum olmuşdur. İşəgötürən tərəfindən verilmiş arayışda qeyd edilmişdir ki, aprel ayı üçün əmək haqqı məbləği 560,0 manat, kart hesabına oturan məbləğ 464,80 manat, aprel ayından isə 300 manat mükafat təşkil edir. Sosail arayışda da əmək haqqı məbləği qeyd edilib. Bakı İnzibati Məhkəməsinin (hakim Həmid Ağalarov) 2-1(112)-2333/2024 nömrəli, 10 iyul 2024-cü il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, İddiaçı N42,50 (bir min doqquz yüz qırx iki manat, əlli qəpik) manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyi Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai rayon İdarəsinə həvalə edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə baxarkən və qərar qəbul edərkən işin faktiki hallarını düzgün araşdırmamış, habelə qəbul etdiyi qərarda maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Bütün bunlar da məhkəmə qərarının apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Bakı İnzibati Məhkəməsi hazırki işin araşdırılmasını bir istiqamətdə aparmış, sübutlar tam və hərtərəfli araşdırılmamışdır. Belə ki, işəgötürən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutu iddiaçının işə gec bərpa olunmasının səbəbi kimi Xidmətin Bakı şəhəri Xətai rayon idarəsinin lazımi sənədlərin (burada hansı sənədlər lazımdır işəgötürən açıqlamır) xx.xx.2024-cü il tarixinədək İnformasiya Texnologiyaları İnstitutuna təqdim etməməsini göstərmişdir. Lakin birinci instansiya məhkəməsi işəgötürənin cavabdehdən belə sənədləri tələb etməsini, habelə işəgötürənin belə bir sənədləri tələb etməsinin onun səlahiyyətlərınə aid olub-olmamasını araşdırmamışdır. Həmçinin işəgötürənin hərbi xidmətdən ehtiyata buraxılmamış şəxslərdən hər hansı sənədi tələb etməsi qanunsuzdur. İddiaçı xx.xx.2024-cü ıl tarixdə hərbi hissədən geri qaytarılmış, ehtiyata isə xx.xx.2024-cü il tarixdə keçirilmişdir. Cavabdeh Xidmətin Bakı şəhəri Xətai rayon idarəsi iddiaçıya qarşı qanunsuz hərəkətlərə yol verilməmiş və bu səbəbdən birinci instansiya məhkəməsinin qərarı apellyasiya qaydasında ləğv edilməlidir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri X3 və X6 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X9 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddia tələbi qismən təmin edildiyindən və apellyasiya şikayətinin məzmununa əsasən cavabdeh məhkəmə qərarının iddia tələbinin təmin edilən hissəsini mübahisələndirdiyindən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini qeyd olunan hissədə yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai rayon İdarəsinin xx.xx.2023-cü il tarixli, 276 nömrəli arayışının surətindən görünür ki, Əsgərov X2 və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə müddətli həqiqi hərbi xidmətə göndərilmişdir. xx.xx.2023-cü il tarixdə hərbi hissədən geri qaytarılmışdır. İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)- 9149/2023 nömrəli qərarından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai Rayon İdarəsinə qarşı “hərbi xidmətə çağırılması haqqında qərarın ləğv edilməsi” tələbinə dair iddiası təmin edilmiş və xx.xx.N91-ci il təvəllüdlü İddiaçı müddətli həqiqi hərbi xidmətə yararsız hesab edilməsi və onun dinc dövrdə hərbi xidmətə çağırılmaması öhdəliyi cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai Rayon Şöbəsinə həvalə edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(103)-N46/2024 nömrəli qərardadından görünür ki, cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai Rayon İdarəsinin Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9149/2023 saylı xx.xx.2023cü il tarixli qərarından verdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş və şikayətin apellyasiya qaydasında icraata qəbulundan imtina olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutu tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşı İddiaçı xx.xx.2023-cü il tarixində hərbi qulluğa çağırışla əlaqədar işdən azad edilmiş və N iyul 2023-cü il tarixdə işə bərpa olunmuşdur. Onun işə gec bərpa olunmasının səbəbi, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai rayon İdarəsinin lazımi sənədləri xx.xx.2023-cü il tarixinədək İnformasiya Texnologiyaları İnstitutuna təqdim etməməsidir. İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək almalı olduğu GROSS əmək haqqının (həmçinin mükafat) məbləği 2366,71 (iki min üç yüz altmış altı manat yetmiş bir qəpik), NETT əmək haqqının məbləği N42,50 (min doqquz yüz qırx iki manat əlli qəpik) müəyyən olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. 89.2-ci maddəsinə əsasən maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. İşin faktiki halları ondan ibarətdir ki, iddiaçı xx.xx.2023-cü il tarixdə müddətli həqiqi hərbi xidmətə göndərilmiş, xx.xx.2023-cü il tarixdə hərbi hissədən geri qaytarılmış, N iyul 2023-cü il tarixdə daha əvvəl işlədiyi işə bərpa olunmuşdur. İddiaçı bu gecikmənin cavabdeh tərəfindən məlumatların elektron sistemə vaxtında işlənmədiyini əsas gətirərək N42,50 manat əmək haqqının və qərar icra olunan günə qədər hər gecikdirilmiş gün üçün 1% ödəncin ödənilməsini tələb edir. Bakı İnzibati Məhkəməsinin hazırda mübahisələndirilən qərarı ilə iddia qismən təmin edilərək iddiaçıya N42,50 manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-9149/2023 nömrəli qərarı ilə iddiaçının müddətli həqiqi hərbi xidmətə yararsız hesab edilməsi və onun dinc dövrdə hərbi xidmətə çağırılmaması öhdəliyi cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai Rayon Şöbəsinə həvalə edilmişdir. Həmin qərar qanuni qüvvəyə minmişdir. Göründüyü kimi, iddiaçının hərbi xidmətə çağırılması ilə bağlı cavabdehin qərarının qanunsuz olması məhkəmə qərarı ilə təsdiqini tapmışdır. İddiaçı hərbi qulluğa çağırışla əlaqədar işdən azad edilmiş və N iyul 2023-cü il tarixdə işə bərpa olunmuşdur. Cavabdehin xx.xx.2023-cü il tarixli, 276 nömrəli arayışından görünür ki, Əsgərov X2 və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə müddətli həqiqi hərbi xidmətə göndərilmiş, xx.xx.2023-cü il tarixdə hərbi hissədən geri qaytarılmışdır. İddiaçının işə gec bərpa olunmasının səbəbi onun hərbi hissədən geri qaytarılması barədə arayışın gec verilməsi olmuşdur. Cavabdeh bu barədə məlumatın gec verilməsinin səbəblərini izah edə bilməmişdir. Qeyd olunanlara əsasən vurulmuş ziyanla bağlı cavabdehin təqsirli hərəkətlərinin mövcudluğu müəyyən edildiyindən, yəni cavabdehin tələb olunan arayışı gec təqdim etməsi ilə iddiaçının işinə gec bərpa olunması nəticəsində xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək almalı olduğu əmək haqqının məbləği N42,50 manat maddi ziyan kimi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı qeyd olunan hissədə təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai rayon İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2333/2024 nömrəli, 10 iyul 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar