Məhkəmə qərarları › İş №2-1(103)-3797/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3797/2025

01.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3797/2025 01.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Oruczadə Aytən Pənah qızı (sədrlik edən və məruzəçi), X1 və X3 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusunun və vəsiqənin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 01 iyul 2025-ci il tarixli 2-1(112)- 4279/2025 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi:, Müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-4279/2025 nömrəli qərarı ilə iddia təmin edilərək, xx.xx.2012-ci il təvəllüdlü İddiaçı1 və İddiaçı2 məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyi Azərbaycan Respublikasının Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə həvalə edilmişdir . Sözügedən qərar qanuni qüvvəsini aldığından xx.xx.2025-ci il tarixli məktubla icra edilməsi üçün aidiyyəti üzrə Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə göndərilmişdir. Cavabdeh məhkəməyə ünvanladığı məktubunda müvafiq sənədlərin təqdim edilmədiyini əsas gətirmiş, iddiaçı tərəfə ünvanlanan cavabda iddiaçıların 16 yaşının tamam olmaması səbəbilə icranın mümkün olmadığını qeyd etmiş, hər bir halda, qərarın icrasını müxtəlif əsaslar gətirərək təmin etməmişdir. Bakı İnzibati Məhkəməsinin 01 iyul 2025-ci il tarixli 2-1(112)-4279/2025 nömrəli qərardadı Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi Məhkəmə qərarının icra olunmaması səbəbilə 1000 (bir min) manat miqdarında cərimə olunmuşdur. İş materiallarından görünür ki, cavabdeh apelyasiya şikayəti verərək cərimənin qoyulması barədə qərardadın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, cavabdehin cərimənin götürülməsinə dair ərizəsi təmin edilməli və məhkəmə qərardadı ləğv edilməli, cavabdehin üzərindən cərimə götürülməlidir. Belə ki, İPM-in 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. MPM-in 126.1-ci maddəsinə görə məhkəmə cərimələri bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda və miqdarda məhkəmə tərəfindən qoyulur. MPM-in 126.2-ci maddəsinə görə işin məhkəmə baxışında iştirak edən və iştirak etməyən dövlət orqanlarının, hüquqi şəxslərin və digər təşkilatların vəzifəli şəxslərinə qanunla nəzərdə tutulmuş vəzifələrini pozmağa görə məhkəmə tərəfindən qoyulan cərimə onların şəxsi vəsaitlərindən tutulur. MPM-in 126.3-cü maddəsinə görə cərimə qoyulması barədə qərardad cərimənin qoyulması barədə işə aiddir və həmin işə tikilir. MPM-in 126.4-cü maddəsinə görə cərimə qoyulması barədə qərardadın surəti cərimə qoyulan şəxsə göndərilir. MPM-in 127.1-ci maddəsinə görə üzərinə cərimə qoyulmuş şəxs, cərimə qoymuş məhkəmədən qərardadı aldıqdan sonra iyirmi gün ərzində cərimənin götürülməsini və ya onun miqdarının azaldılmasını xahiş edə bilər. MPM-in 127.2-ci maddəsinə görə bu ərizəyə məhkəmə iclasında baxılır və əlaqəli olduğu işin materiallarına tikilir. Üzərinə cərimə qoyulmuş şəxs iclasın vaxtı və yeri haqqında xəbərdar edilir. Onun gəlməməsi məhkəmənin ərizəyə baxmasına mane olmur. MPM-in 127.3-cü maddəsinə görə cəriməni götürməkdən və ya onun miqdarını azaltmaqdan imtina edilməsi barədə qərardaddan apellyasiya qaydasında şikayət verilə bilər. Məhkəmə iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, cavabdehin cərimənin götürülməsinə dair ərizəsi təmin edilərək, məhkəmə qərardadı ləğv edilməli və onun üzərindən 1000 (min) manat miqdarında cərimə götürülməlidir. Belə ki, iş materiallarında olan cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi tərəfindən göndərilmiş məktubda göstərilmişdir ki, Bakı İnzibati Məhkəməsinin 21 yanvar 2025-ci il tarixli 2-1(112)-4279/2025 saylı qərarının icra edilməsi barədə Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə daxil olmuş müraciətə təkrar baxılmışdır. Komitənin Regional idarəetmə və status şöbəsinin 16 sentyabr 2025-ci il tarixli protokoluna əsasən İddiaçı1 AA seriyalı, 523523 nömrəli və İddiaçı2 AA seriyalı, 523522 nömrəli məcburi köçkün statusunu təsdiq edən sənəd (vəsiqə) verilmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 81ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsinin 01 iyul 2025-ci il tarixli 2- 1(112)-4279/2025 nömrəli qərardadı ləğv edilsin. Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin üzərindən 1000 (min) manat miqdarında cərimə götürülsün. Qərardaddan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Səməd Cəfərov Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar