Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3798/2024 19.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Nigar Xeyrulla qızı və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, X10 Asəf qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X8 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı “mənzil növbəsinə götürülmə” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5641/2024 saylı, 31 iyul 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək İİ Qarabağ Müharibəsinin əlili İddiaçı mənzil növbəsinə götürülməyiniğ və kirayə pulunun ödənilməsi vəzifəsinin cavabdeh Suraxanı Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, İddiaçı xx xxxxxx 1998-ci ildə doğulmuşdur. xx.xx.2016xx.xx.2018-ci il tarixinədək N saylı hərbi hissədə xidmət etmişdir. xx.xx.2020-ci il il tarixində İİ Qarabağ Müharibəsi başladıqdan sonra cəbhəyə yollanıb, Füzuli, Cəbraıl, Zəngilan, Qubadlı rayonları uğrunda gedən döyüşlərdə iştirak etmişdir. xx.xx.2020-ci il tarixində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğurunda gedən döyüşlər zamanı Qubadlı rayonu istiqamətində ağır yaralanmışdır. Ona aldığı xəsarətin dərəcəsi barədə məlumatları ərizəyə əlavə edir. Vətən müharibəsi əlili kimi yaşayı yeri üzrə mənzil növbəsinə alınmağı ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyətinə müraciət etmişdir. xx.xx.2023-cü, 5-20/2-İ-49-068/2023 saylı imtina məktubu ilə imtina verilmişdir. O, Qudasının evinə 2023-cü ilin avqust ayından qeydiyyata düşmüşdür. Lakin 2000-ci ilin Lənkərandakı evinin su altında qaldıqından və atası Bakı şəhərində işlədiyindən ailəsini Bakı şəhərində kirayədə saxlamaq məcburiyyətində qalıb, hətta orta təhsilini belə Bakı şəhərində almışdır. “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12- ci maddəsinə əsasən Azərbaycan Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki. “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”nın 8-ci bəndinə əsasən mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan hesab edilmiş vətəndaşlar yaşayış yeri üzrə uçota bu şərtlə götürülürlər ki, onlar azı son 5 (beş) il ərzində Bakı şəhərində daimi qeydiyyatda olmaqla yaşamış olsunlar. İddiaçı son 5 (beş) il ərzində Bakı şəhərində daimi qeydiyyatı olmadığından yuxarıda göstərilən qaydalara əsasən RİH-ə qarşı iddianın əsassız olduğunu bildirilmiş və tələbin təmin edilməməsinə dair qərar qəbul etməyi xahiş edilmişdir . Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5641/2024 saylı, 31 iyul 2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş və xx.xx.1998-ci il təvəllüdlü, İİİ dərəcə müharibə əlili İddiaçı mənzil növbəsinə götürülməsi barədə sərəncamın verilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə həvalə edilməsi qərara alınmışdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)- 5641/2024 saylı, 31 iyul 2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatından görünür ki, xx.xx.1998-ci il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X6 haqqında arayışdan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2027- ci il tarixədək üçüncü dərəcəli əlildir. Diaqnoz: Postkontuzion sindrom, qapalı kəlləbeyin travması, baş beyin silkələnməsi anamnezdə funksional tutmala rretroqrad amneziya, depressiv sindrom. Baş beynin silkələnməsi, digər qarışıq həyəcan pozğunluqları, əhvalın üzvi mənşəli (affektiv) pozğunluğu. Əlillik səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar. - AZ-İİ 943956 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.1998-ci ildə Lənkəran rayonunda, Nərimanabad qəsəbəsində doğulmuşdur. X4, anası X2r. - “X11 Limanı” ASC-nin xx.xx.2023-cü il tarixli 15/23 nömrəli arayışından görünür ki, X9 həqiqətən 25 may 2005-ci il tarixindən 30 avqust 2019-cu il tarixinədək "xxxx" ASC- də donanma şöbəsinin mütəxəssisi vəzifəsində işləmişdir. - A 285487 nömrəli ümumi orta təhsil haqqında şəhadətnamədən görünür ki, İddiaçı 2013cü ildə Bakı şəhəri, E.Qaranzadə adına 270 nömrəli məktəbi bitirmişdir. - A 081657 nömrəli Azərbaycan Respublikası ilk Peşəixtisas təhsili haqqında diplomdan görünür ki, İddiaçı 14 sentyabr 2013-cü il tarixində 5 nömrəli Bakı Peşə Liseyinə daxil olmuş və 13 iyun 2016-cı il tarixində kömpüter operatoru ixtisası üzrə kursu bitirmişdir. - Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə təhsil idarəsi E.Qaranzadə adına 270 nömrəli tam orta məktəbin xx.xx.2024-cü il tarixli 353 nömrəli arayışında qeydb edilmişdir ki, İddiaçı həqiqətən də Bakı şəhəri E.Qaranzadə adına 270 nömrəli tam orta məktəbdə 2004-2013-cü illərdə təhsil almışdır. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Suraxanı Rayon Polis idarəsinin xx.xx.2024-cü il tarixli, 54/2-9002/2024 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı 2014-cü il tarixdə Lənkəran rayonunda qeydiyyatda olmuşdur xx.xx.2023-cü il tarixdə isə ünvan 2 ünvanına qeydiyyata alınmışdır. - Məhkəmənin sorğusuna cavab olaraq Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024-cü il tarixli, 18/2-8975/24 nömrəli məktubunda bildirilmişdir ki, xx.xx.1998-ci il təvəllüdlü İddiaçı ilk dəfə Lənkəran rayonu, Nərimanabad qəsəbəsi üzrə sənədləşdirilərək, ona Lənkəran Şəhər-Rayon Polis Şöbəsi tərəfindən xx.xx.2012-ci il tarixdə AZE-10335704 nömrəli və xx.xx.2014cü il tarixdə AZE14590141 nömrəli şəxsiyyət vəsiqələri verilmişdir. Əlavə olaraq bildiririk ki, xx.xx.2023-cü il tarixdə İddiaçı 6 saylı Bakı “ASAN xidmət” mərkəzi üzrə regional qrup tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Rüfət Abdullayev küçəsi, ev 3, mənzil 31, Yeni qaydalarla: Hövsan qəsəbəsi, Rüfət Abdullayev küçəsi, 29, M1, m1 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınaraq AA******* nömrəli şəxsiyyət vəsiqəsi ilə təmin edilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli, 5303 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.1998-ci il təvəllüdlü, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yaşayan İddiaçı xx.xx.2021xx.xx.2021-ci tarixində yuxarıda adı göstərilən xəstəxanada stasionar müalicədə, xx.xx.2022xx.xx.2022; xx.xx.2022-xx.xx.2022; xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə gündüz stasionarı şöbəsində yarım stasionar rejimli müalicədə olub. Sizə verdiyimiz məlumat sorğuda göstərilən şəxslərin yuxarıda adı göstərilən xəstəxanada müalicədə olub-olmamasını əks etdirir. Həmin şəxsin ( və ya şəxslərin) psixiatrik kabinetdə qeydiyyatda olub-olmamasını dəqiqləşdirmək üçün yaşayış yeri üzrə poliklinika və yaxud Mərkəzi Rayon Xəstəxanasına müraciət etməyiniz tövsiyə olunur. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-02/2-5984/2024 nömrəli məktubunda bildirilmişdir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri' publik hüquqi şəxsinin ərazi idarələrində mövcud arxiv materiallarına əsasən İddiaçı adına qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, **********54 nömrəli məktubunda bildirilmişdir ki, X5 və X1 adlarına Lənkəran rayonu, Nərimanabad qəsəbəsində yerləşən 0.1358 ha torpaq sahəsi (ümumibirgə) kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN : 989 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. X5 və X1 adlarına Lənkəran rayonu, Balıqçılar qəsəbəsində yerləşən 0.05 ha yaşayış məntəqələrinin torpaq sahəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN . 82A nömrəli torpaöın mülkiyyətə verilməsinə dai şəhadətnamə verilmişdir. Sorğuda qeyd olunan digər şəxslərin adlarına respublika üzrə qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. - Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin iddiaçıya ünvanladığı xx.xx.2023- cü il tarixli imtina məktubunda bildirilmişdir ki, “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydalan”nın 8-ci bəndinə əsasən mənzil şəraitinin yaxşılaşdırılmasına'ehtiyacı olan hesab edilmiş vətəndaşlar yaşayış yeri üzrə uçota bu şərtlə götürülürlər ki, onlar azı son 5 (beş) il ərzində Bakı şəhərində daimi qeydiyyatda olmaqla yaşamış olsunlar. Nəzərinizə çatdırırıq ki, Siz ünvan 5 ünvana xx.xx.2023-cü il tarixdən qeydiyyata alındığınızdan və son 5 (beş) il müddətində Bakı şəhərində daimi qeydiyyatda olmadığınızdan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53.1.2-ci maddəsinə və yuxarıda qeyd olunan qaydalara əsasən müraciətinizin təmin edilməsi səlahiyyətlərimiz xaricindədir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.9.6-cı bəndinə görə yerli icra hakimiyyəti başçılarına dövlət mənzil fondunun yaşayış və qeyri-yaşayış sahələrinin saxlanılması və idarə olunmasını təşkil edir, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: -51.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. -51.2-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. -51.3-cü maddəsinə görə vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. -51.4-cü maddəsinə əsasən uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. -51.7-ci maddəsinə görə vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. -53.1-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. ““Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 27 avqust 2009-cu il tarixli 153 nömrəli Fərmanının 1.3.7-ci yarımbəndinə əsasən həmin Məcəllənin 51.7-ci maddəsində nəzərdə tutulmuş vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydasının Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə həvalə edilmişdir. Lakin hazırkı tarixədək müvafiq qaydalar müəyyən edilməmişdir “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer - onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. Hazırkı işin hallarından görünür ki, cavabdeh iddiaçının mənzil növbəliyinə qəbuldan imtina edərkən onun Bakı şəhəri ərazisində daimi yaşamasını onun pasport qeydiyyatı ilə əlaəqləndirmiş və iddiaçının pasport qeydiyyatının 2023-cü il tarixdən Bakı şəhərində olduğunu müəyyən etməklə sonuncunun həmin tarixdən Bakı şəhəri ərazisində faktiki yaşamağa başladığı qənaətinə gəlmişdir. Lakin, iş materiallarında olan iddiaçının pasport qeydiyyatı 2023-cü ildən Bakı şəhəri olsa da Bakı şəhəri ərazisində daimi yaşaması 5 ildən çoxdur. Belə ki, iş üzrə təqdim olunmuş sübutlarla müəyyən olunur ki, iddiaçı X4, anası X3 ilə birlikdə Bakı şəhəri ərazisində məskunlaşmış, atası 25 may 2005-ci il tarixindən 30 avqust 2019-cu il tarixinədək "xxxx" ASC- də donanma şöbəsinin mütəxəssisi vəzifəsində işləmiş, iddiaçı 2004-2013-cü illərdə Bakı şəhəri E.Qaranzadə adına 270 nömrəli tam orta məktəbdə təhsil almış, 14 sentyabr 2013-cü il tarixində 5 nömrəli Bakı Peşə Liseyinə daxil olmuş və 13 iyun 2016-cı il tarixində kömpüter operatoru ixtisası üzrə kursu bitirmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası”nda xx.xx.2021-xx.xx.2021-ci tarixində yuxarıda adı göstərilən xəstəxanada stasionar müalicədə, xx.xx.2022-xx.xx.2022; xx.xx.2022-xx.xx.2022; xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə gündüz stasionarı şöbəsində yarım stasionar rejimli müalicədə olmuşdur. Hazırda iddiaçının adına respublika ərazisində hər hansı əmlaka olan hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Göründüyü kimi iddiaçının Bakı şəhəri ərazisində faktiki və daimi yaşadığı sübut olunduğundan onun Bakı şəhərində qeydiyyatda olduğu ünvan üzrə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması mümkündür. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh daimi yaşama ilə bağlı işin yuxarıda qeyd edilən hallarını, eləcə də Mənzil Məcəlləsinin 51.3-cü maddəsinin tələbinə uyğun olaraq -qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşların uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, həm də digər yer üzrə verə bilmə hüququnun mövcudluğunu nəzərə almadan iddiaçını Bakı şəhərində qeydiyyatda olduğu rayon üzrə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota almaqdan imtina etməkdə haqlı olmamışdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5641/2024 saylı, 31 iyul 2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5641/2024 saylı, 31 iyul 2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3798/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3798/2024
19.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver