Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-38/2022 19.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X9 Cavabdeh Bakı şəhəri Səbail Bələdiyyəsinə qarşı “qərarın və ondan irəli gələn nəticələrin ləğvi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X10 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçı X9, 3-cü şəxsin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı X9 cavabdeh Bakı şəhəri Səbail Bələdiyyəsinə qarşı “qərarın və ondan irəli gələn nəticələrin ləğv edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin qəbul etdiyi 2-1(112)-147/2020 saylı 13 mart 2020-ci il tarixli qərarından 3-cü şəxs X11 tərəfindən verilmiş apellyasiya şikayətinə 19 yanvar 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarıqəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyətinin başçısının 1971 saylı 30.12.1998-ci il tarixli sərəncamına əsasən fərdi yaşayış evinin tikintisi üçün Badamdar qəsəbəsində 600 kv.m. torpaq sahəsi Əfəndiyev Abbas Vaqif oğluna ayrılmışdır. Bakı şəhəri Səbail Bələdiyyəsinin 142 saylı 16.12.2005-ci il tarixli qərarından görünür ki, Səbail rayonu, Salyan şossesi, 32 ünvanda yerləşən 600 kv metr torpaq sahəsinin əlavə olunmuş cizgi əsasında alqı-satqı qaydasında Zülfiyev Zəfər Həsən oğlunun adına sənədləşdirilməsi qərara alınmışdır. “Torpaqların alqı-satqısı”na dair akta və Bİİ seriyalı 026960 saylı 21.12.2006-cı il tarixli kassa mədaxil orderinə əsasən Zülfiyev Zəfər Həsən oğlu tərəfindən Səbail bələdiyyəsinə 2496 manat ödənilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən həmin sənəd 02.08.2017-ci ildə ünvan 4 ünvanda 600 kv.m. torpaq sahəsi barədə Ağayev Elşən Əziz oğlunun adına tərtib edilmişdir. AN-İ ******* saylı 28.07.2017-ci il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən tam mülkiyyət hüququ ilə X4 məxsus ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi, 0,06 ha olan torpaq sahəsi 50000 manat məbləğində X2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrini RX seriyalı ******* saylı 04.08.2017-ci il tarixli çıxarışından görünür ki, ünvan 5 ünvanında 0.06 ha torpaq sahəsi X9 xüsusi mülkiyyətindədir. 24.07.2019-cu il tarixli elektron çıxarışından görünür ki, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi X5 xüsusi mülkiyyətindədir. Zəfər Zülfiyevə məxsus A seriyalı 384072 saylı 23.07.2019-cu il tarixli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, ona məxsus 0.06 hektar torpaq sahəsi Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanda yerləşir. İddiaçı X5 cavabdehlər X14 və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı reyestrdən çıxarışın ləğv edilməsi və torpaq sahəsindən çıxarılması tələbinə dair iddiası üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyindən görünür ki, "xxxx" MMC-nin mütəxəssis rəyinə əsasən Bakı şəhəri Səbail Bələdiyyəsinin 16 dekabr 2005-ci il tarixli 142 nömrəli qərarı ilə Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 32 ünvanda iddiaçı Zəfər Zülfiyevə ayrılmış 600 kv.m. torpaq sahəsinin sərhədləri yerində dəqiqləşdirilərkən məlum oldu ki, həmin torpaq sahəsi mübahisələndirilən ərazi ilə üst-üstə düşür. Səbail rayon İcra Hakimiyyətinin 30.12.1998-ci il tarixli sərəncamı ilə Abbas Əfəndiyevə (hazırda Elşən Ağayevə) ayrılmış torpaq sahəsinin ünvanı Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi göstərilməsinə baxmayaraq mübahisələndirilən torpaq sahəsi ilə həmin massiv ara məsafə hava xətti ilə məsafə bir neçə kilometrdir. Bakı şəhəri Səbail rayonu Salyan şossesi 32 və Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi 3-cü yaşayış massivi ərazilərinin sərhədləri yerində müəyyən edilərkən məlum oldu ki, 3-cü yaşayış massivi mübahisələndirilən ərazidən bir neçə kilometr kənarda yerləşir. Bakı şəhəri Səbail Bələdiyyəsinin 16 dekabr 2005-ci il tarixli 142 nömrəli qərarı ilə Bakı şəhəri Səbail rayonu Salyan şossesi 32 ünvanda iddiaçı Zəfər Zülfiyevə ayrılmış torpaq sahəsi ilə Səbail rayon İcra Hakimiyyətinin 1971 nömrəli 30.12.1998-ci il tarixli sərəncamı ilə Abbas Əfəndiyevə ayrılmış Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi 2018 nömrəli 600 kv.m. torpaq sahəsinin plan-ölçü sənədində qeyd edilmiş torpaq sahələrinin üst-üstə düşdüyü müəyyən olunur. Bakı şəhəri Səbail rayonu Salyan şossesi 32 ünvanda iddiaçı Zəfər Zülfiyevə ayrılmış torpaq sahəsi ilə Səbail rayon İcra Hakimiyyətinin 1971 nömrəli 30.12.1998-ci il tarixli sərəncamı ilə Abbas Əfəndiyevə (hazırda Elşən Ağayevə) ayrılmış və cavabdeh tərəfindən hasara alınmış 600 kv.m. torpaq sahəsinin yerləşdiyi ərazi Səbail rayonu Badamdar qəsəbəsi 3-cü Yaşayış massivi ərazisi deyil. Bu baxımdan iddiaçı Elşən Ağayev Bakı şəhər X6 Zülfiyevə 600 kv.m. torpaq sahəsinin ayrılması barədə olan 16.12.2005-ci il tarixli 142 saylı qərarının və ondan irəli gələn nəticələrin ləğv edilməsi barədə iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Səbail Bələdiyyəsinin 142 saylı 16 dekabr 2005-ci il tarixli qərarı ilə Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 32 ünvanda 600 kv metr torpaq sahəsi Zülfiyev Zəfər Həsən oğluna, Səbail rayon İcra Hakimiyyətinin 1971 saylı 30.12.1998-ci il tarixli sərəncamı ilə Səbail rayonu Badamdar qəsəbəsində 600 kv metr torpaq sahəsi fərdi ev tikmək üçün Əfəndiyev Abbas Vaqif oğluna ayrılmışdır. Bundan sonra o, alqı-atqı müqaviləsinə əsasən həmin torpaq sahəsini almışdır. DƏDRX-nin Bakı Ərazi İdarəsi hazırda onun mülkiyyətində olan torpaq sahəsinə dair Əfəndiyev Abbas Vaqif oğluna 22.07.2017-ci ildə **********82 saylı çıxarış vermişdir. Əfəndiyev Abbas Vaqif oğlu həmin torpaq sahəsini ona satmış və torpaq sahəsi hazırda onun mülkiyyətindədir. Zülfiyev Zəfər Həsən oğlu ona qarşı torpağa dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və torpaq sahəsindən çıxarılması tələbinə dair iddia ərizəsi ilə Səbail rayon məhkəməsinə müraciət etmiş, məhkəmə ekspertizası təyin edilmişdir. Ekspert rəyinin 3-cü bəndində qeyd olunur ki, Bakı şəhəri Səbail Bələdiyyəsinin 142 saylı 16 dekabr 2005-ci il tarixli qərarı ilə Bakı şəhəri Səbail rayonu, Salyan şossesi, 32 ünvanda Zülfiyev Zəfər Həsən oğluna ayrılmış 600 kv metr torpaq sahəsi ilə Səbail rayon İcra Hakimiyyətinin 30.12.1998-ci il tarixli sərəncamı əsasında Əfəndiyev Abbas Vaqif oğluna ayrılmış hasarlanmış torpaq sahəsinin plan ölçü sənədlərində qeyd edilmiş torpaq sahələri üst-üstə düşür. Qanunla 2018-ci ilə qədər Bakı şəhərində yerləşən rayonların bələdiyyələrinə dövlət tərəfindən torpaq sahələri ayrılmamışdır. Bakı şəhərinin digər rayonları kimi Səbail bələdiyyəsinin də mülkiyyətinə torpaq sahəsi ayrılmamış və torpaq sahələrinə dair cavabdehə çıxarış verilməmişdir. Bu səbəbdən də Səbail Bələdiyyəsi vətəndaşlara fərdi yaşayış evlərinin tikintisi üçün torpaq sahəsi ayıra bilməzdi. Səbail rayon İcra Hakimiyyətinin 1971 saylı 30.12.1998-ci il tarixli sərəncamı ilə qanuni olaraq Badamdar qəsəbəsində 600 kv metr torpaq sahəsi fərdi ev tikmək üçün vətəndaş Əfəndiyev Abbas Vaqif oğluna ayrılmışdır, bundan yeddi il sonra torpaq sahəsi istifadədə olduğu zaman Səbail bələdiyyəsinin 142 saylı 16.12.2005-ci il tarixli qərarı ilə bələdiyyənin mülkiyyətində olmayan torpaq sahəsi Z.Zülfiyevə ayrılmışdır. Z.Zülfiyev Səbail rayonunun və Səbail bələdiyyəsinin ərazisində yaşayan vətəndaş deyildir. Onun daimi qeydiyyat və yaşayış yeri Bakı şəhəri, Nizami rayonu, M.X.Şərif küçəsi, ev 25, mənzil 85-dir. 2005-ci ildə bələdiyyə torpaqları hərrac yolu ilə satılmırdı ki, Z.Zülfiyev hərracdan həmin torpağı əldə etsin. Cavabdehin etirazları: Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaya dair yazılı etiraz təqdim edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-147/2020 saylı 13 mart 2020-ci il tarixli qərarı ilə iddia tələbinin təmin edilərək, Bakı şəhər Səbail Bələdiyyəsinin 3-cü şəxs Zülfiyev Zəfər Həsən oğluna 600 kv metr torpaq sahəsinin ayrılmasına dair 142 saylı 16 dekabr 2005-ci il tarixli qərarın ləğv edilməsi qərara alınmışdır. Qərardan narazı qalan 3-cü şəxs X11 tərəfindən apellyasiya şikayəti verilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-147/2020 saylı 13 mart 2020-ci il tarixli qərarının ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Bakı İnzibati Məhkəməsinin sözügedən qərarı qanunsuz və əsassız olduğundan, eləcə də maddi hüquq normalarının və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə çıxarıldığından ləğv edilməli və yeni qərar qəbul edilməlidir. Məhkəmə yalnız iddiaçı tərəfin əsas gətirdiyi bir neçə hala münasibət bildirməklə kifayətlənmişdir. Məhkəmə tərəfindən araşdırma aparılsa idi müəyyən edilərdi ki, Səbail rayon İcra hakimiyyəti Başçısının 1971 saylı 30 dekabr 1998-ci il tarixli Sərancamı ilə Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində 600 kv.m. torpaq sahəsi fərdi ev tikintisi üçün X4 ayrılmışdır. Lakin Səbail rayon İcra Hakimiyyətinin 1971 nömrəli 30 dekabr 1998ci il tarixli Sərəncamı ilə X4 ayrılmış Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi 2018 nömrəli 600 kv.m. torpaq sahəsinin yerləşmə cizgisində Səbail Rayon İcra hakimiyyəti və DƏDRX-nin əməkdaşları tərəfindən qəsdən sürüşdürülərək Səbail rayonu Salyan şossesi 32 ünvanda yerləşən sahə göstərilmiş və qanunsuz verilmiş həmin yerləşmə cizgisi əsasında onun adına hüquqmüəyyənedici sənədlər tərtib edilmişdir. İddiaçıya verilmiş çıxarışda ünvan Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi 2018 nömrəli sahə göstərilsə də, faktiki olaraq DƏDRX tərəfindən tərtib olunmuş plan-cizgidəki koordinatlar Səbail rayonu Salyan şossesi 32 ünvanda yerləşən sahə göstərilmişdir. Bu hal məhkəmənin istinad etdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 2441 saylı 07 may 2019-cu il tarixdə tərtib etdiyi ekspert rəyində də öz əksini tapmışdır. Məhkəmənin qərardadına əsasən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Ekspert rəyində torpaq sahələrinin üst-üstə düşməsi müəyyən edilsə də, cavabdeh AR ƏMDK yanında DƏDRX ekspert rəyində səhviik olduğunu bildirərək, ona məxsus olan 600 kv.m torpaq sahəsinin dəqiq yerini müəyyən etmiş və ona həmin orqan tərəfindən Bakı şəhəri, Səbail rayonu Bələdiyyəsinin 16 dekabr 2005-ci il tarixli, 142 nömrəli qərarına əsasən 24.07.2019-cu il tarixdə ********** qeydiyyat nömrəli reyestrdən elektron çıxarış (Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında AR Qanununun 12-ci maddəsinə əsasən) verilmişdir. Torpaq sahəsinin plan sxemi də hazırlanaraq ona təqdim edilmişdir. Həmin plan və ölçünün verilməsinə isə Bakı Şəhər Səbail rayon Bələdiyyəsinin 16 dekabr 2005-ci il tarixli 142 saylı qərarı əsas kimi götürülmüş və bu plan ölçüdə də qeyd olunmuşdur. Bununla da mübahisəli məsələ öz həllini tapmışdır. Lakin məhkəmə qeyd olunanları araşdırıb qiymət vermək əvəzinə onun hüquqlarını pozan qərar qəbul etmişdir. Belə ki, məhkəmə ən azından AR ƏMDK yanında DƏDRX-ni tərəf olaraq işə cəlb etsə idi, həmin torpaq sahələrinin fərqli yerlər olduğunu müəyyən edərdi. Həmçinin cavabdeh Bakı şəhəri Səbail Bələdiyyəsinin nümayəndəsi tərəfindən verilən məlumatlarda və Bələdiyyənin məhkəməyə ünvanladığı AR İPM-nin 47-ci maddəsinə əsasən iddia ərizəsinə etirazda bir-birinə ziddiyət təkşil edən ifadələr var. Belə ki, cavabdeh orqan etirazında onun adına rəsmiləşdirilmiş 600 kv.m. torpaq sahəsinə dair 16 dekabr 2005-ci il tarixli 142 saylı qərarın istintaq zərurəti ilə əlaqədar götürüldüyünü və hazırda həmin sənədlərin təqdim edilməsinin mümkün olmadığını qeyd etsə də, cavabdehin nümayandəsi ifadəsində bildirmişdir ki, Səbail Bələdiyyəsinin qeydiyyat kitabında X5 adına 142 saylı sərəncam yoxdur və belə bir sərəncam Səbail Bələdiyyəsində yoxdur. "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Normanın dispozisiyasından da aydın olduğu kimi, Bələdiyyələr kollegial orqan olduğundan onların təkbaşına sərəncam vermək hüququ yoxdur. Bələdiyyələr bütün məsələləri bələdiyyə üzvlərinin qərarı əsasında qəbul edir. Qəbul edilmiş qərardan da fiziki və ya hüquqi şəxslərə çıxarış təqdim edilir. Cavabdehin nümayəndəsinin isə məhkəmədə hansı sərəncamdan danışması bəlli deyil və dediklərinin heç bir əsası yoxdur. Çünki ona 600 kv.m torpaq sahəsi sərəncamla deyil, Səbail Bələdiyyəsinin 16 dekabr 2005-ci il tarixli, 142 saylı qərarı ilə alqı-satqı qaydasında mülkiyyətinə verilmişdir. Səbail Bələdiyyəsinin 16 dekabr 2005-ci il tarixli 142 saylı qərarına əsasən alqı-satqı yolu ilə mülkiyyətinə verilmiş 600 kv.m torpaq sahəsinə görə Səbail Bələdiyyəsinin hesabına 2496 manat ödəmişdir. Məhkəmə də bunu qərarında göstərmişdir. Göründüyü kimi, 600 kv.m. torpaq sahəsini qanuni əsaslarla əldə etmişdir. Qeyd edilənlər İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun olmadığını təsdiq edir. Belə olan halda, məhkəmənin subyektiv hüquqa malik olmayan şəxsin tamamilə əsassız iddiasını təmin etməsi qanuni və əsaslı sayıla bilməz. Tərəflərin izahatları: 3-cü şəxsin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin rədd edilməsini xahiş etmiş, eləcə də ekspert rəyinə etiraz etmədiyini bildirmişdir. İddiaçı X16 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, izahatında məhkəmə baxışında bütün mübahisəli halların aydınlaşdırıldığını və hüquqi qiymət verildiyini, məhkəmə araşdırılması zamanı Səbail Bələdiyyəsinə dövlət tərəfindən bələdiyyə torpaqlarının ayrılmadığının məlum olduğunu bildirmişdir. Bununla bağlı iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, ekpsert rəyinə isə etiraz etdiyini bildirmişdir. 19.01.2022-ci il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh Bakı şəhər Səbail Bələdiyyəsi lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçıları hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə cavabdeh Bakı şəhər Səbail Bələdiyyəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 26.08.2020-ci tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X12 apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın rədd olunmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçı X5 cavabdehlər X14 və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı reyestrdən çıxarışın ləğv edilməsi və torpaq sahəsindən çıxarılması tələbinə dair iddiasının mövcud olması hazırki iş üzrə iddiaçının da üçüncü şəxsin xeyrinə bələdiyyə tərəfindən verilmiş qərarın ləğv edilməsi ilə bağlı iddia qaldırmaqda subyektiv hüququnun mövcudluğuna dəlalət edir. Kollegiya bu baxımdan hesab edir ki, iddia mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, iddaçı Elşən Ağayev Səbail Bələdiyyəsinin 142 saylı 16.12.2005-ci il tarixli qərarı ilə 3-cü şəxs X7 ayrılmış torpaq sahəsinin ona məxsus torpaq sahəsi ilə üst-üstə düşməsinə istinad edərək, cavabdehin sözügedən qərarının ləğv edilməsni tələb edir. Bununla bağlı iddiaçı məhkəməyə müraciət etmiş və onun iddiası məhkəmə tərəfindən təmin edilmişdir. Belə ki, işə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını qanuni əsaslarla əldə etməsinə, 3-cü şəxsə ayrılmış torpaq sahəsinin 16.12.2005-ci ildə Səbail Bələdiyyəsinə təhvil verilməməsinə istinad edərək iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarından görünür ki, iddiaçı hazırki iddianı qaldırarkən iddiaçı X5 cavabdehlər X14 və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı reyestrdən çıxarışın ləğv edilməsi və torpaq sahəsindən çıxarılması tələbinə dair iddiası üzrə mülki işə baxılarkən "xxxx" MMC tərəfindən verilmiş mütəxəssis rəyinə əsaslanmışdır. Belə ki, həmin rəyə əsasən Bakı şəhəri Səbail Bələdiyyəsinin 16 dekabr 2005-ci il tarixli 142 nömrəli qərarı ilə Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 32 ünvanda iddiaçı Zəfər Zülfiyevə ayrılmış 600 kv.m. torpaq sahəsinin sərhədləri yerində dəqiqləşdirilərkən məlum oldu ki, həmin torpaq sahəsi mübahisələndirilən ərazi ilə üst-üstə düşür. Səbail rayon İcra Hakimiyyətinin 30.12.1998-ci il tarixli sərəncamı ilə Abbas Əfəndiyevə (hazırda Elşən Ağayevə) ayrılmış torpaq sahəsinin ünvanı Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi göstərilməsinə baxmayaraq mübahisələndirilən torpaq sahəsi ilə həmin massiv ara məsafə hava xətti ilə məsafə bir neçə kilometrdir. Bakı şəhəri Səbail rayonu Salyan şossesi 32 və Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi 3-cü yaşayış massivi ərazilərinin sərhədləri yerində müəyyən edilərkən məlum oldu ki, 3-cü yaşayış massivi mübahisələndirilən ərazidən bir neçə kilometr kənarda yerləşir. Bakı şəhəri Səbail Bələdiyyəsinin 16 dekabr 2005-ci il tarixli 142 nömrəli qərarı ilə Bakı şəhəri Səbail rayonu Salyan şossesi 32 ünvanda iddiaçı Zəfər Zülfiyevə ayrılmış torpaq sahəsi ilə Səbail rayon İcra Hakimiyyətinin 1971 nömrəli 30.12.1998-ci il tarixli sərəncamı ilə Abbas Əfəndiyevə ayrılmış Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi 2018 nömrəli 600 kv.m. torpaq sahəsinin plan-ölçü sənədində qeyd edilmiş torpaq sahələrinin üst-üstə düşdüyü müəyyən olunur. Bakı şəhəri Səbail rayonu Salyan şossesi 32 ünvanda iddiaçı Zəfər Zülfiyevə ayrılmış torpaq sahəsi ilə Səbail rayon İcra Hakimiyyətinin 1971 nömrəli 30.12.1998-ci il tarixli sərəncamı ilə Abbas Əfəndiyevə (hazırda Elşən Ağayevə) ayrılmış və cavabdeh tərəfindən hasara alınmış 600 kv.m. torpaq sahəsinin yerləşdiyi ərazi Səbail rayonu Badamdar qəsəbəsi 3-cü Yaşayış massivi ərazisi deyil. Hazırki işə birinci instansiya qaydasında baxılarkən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin verdiyi mütəxəssis rəyindən görünür ki, X9 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 2018 sahə ünvanında yerləşən torpaq sahəsinin sərhədləri müəyyən edilmişdir. Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması qaydaları haqqında əsasnamənin 19-cu bəndində nəzərdə tutulan qaydada planlama aparılaraq ayrılan torpaq sahəsinin ölçüsündən asılı olaraq tələb olunan miqyasda plan-ölçüsü hazırlanmadığından, həmçinin alqı-satqı müqaviləsi keçmiş DTXK-nın Bakı şəhər şöbəsi tərəfindən qeydiyyata alınmadığından, mövcud baza məlumatlarında Bakı şəhəri Səbail bələdiyyəsinin 142 saylı 16 dekabr 2005-ci il tarixli qərarı ilə Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 32 ünvanında X5 adına torpaq sahəsinin ayrılması barədə heç bir məlumat aşkar edilmədiyindən Bakı şəhəri Səbail bələdiyyəsinin 16 dekabr 2005-ci il tarixli 142 saylı qərarı ilə Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 32 ünvanında Zülfiyev Zəfər Həsən oğluna ayrılmış torpaq sahəsinin sərhədlərini müəyyən etmək mümkün olmamışdır. Bakı şəhəri Səbail bələdiyyəsinin 16 dekabr 2005-ci il tarixli 142 saylı qərarı ilə Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi, 32 ünvanında Zülfiyev Zəfər Həsən oğluna ayrılmış torpaq sahəsi ilə iddiaçının hal-hazırda mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 2018 sahə ünvanında yerləşən torpaq sahəsinin eyni olmasını, həmin sahələrin üst-üstə düşməsini müəyyən etmək mümkün olmamışdır. X9 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 2018 sahə ünvanında yerləşən torpaq sahəsinin Səbail rayonu, Badamdar qəsəbəsi, 3cü yaşayış massivində olması mülki iş materialının 64-cü səhifəsində yerləşən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsinin 28.06.2019-cu il tarixli, **********97 nömrəli məktubunda öz əksini tapmışdır. İşin apellyasiya baxışı zamanı iddiaçı X9 Əfəndiyev Abbas Vaqif oğlundan aldığı, Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyətinin başçısının 1971 saylı 30.12.1998-ci il tarixli sərəncamı ilə fərdi yaşayış evinin tikintisi üçün Badamdar qəsəbəsində yerləşən 600 kv metr torpaq sahəsinin yerləşmə cizgisi ilə onun faktiki yerləşdiyi yerin, Səbail Bələdiyyəsinin 142 saylı 16.12.2005-ci il tarixli qərarı ilə Zülfiyev Zəfər Həsən oğluna Səbail rayonu, Salyan şossesi, 32 ünvanda ayrılmış 600 kv metr torpaq sahəsinin iş materiallarında olan planı ilə, faktiki yerləşdiyi ərazi ilə üst-üstə düşüb-düşməməsinin, Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyətinin başçısının 1971 saylı 30.12.1998-ci il tarixli sərəncamına əsasən fərdi yaşayış evinin tikintisi üçün Badamdar qəsəbəsində yerləşən 600 kv metr torpaq sahəsi ilə Səbail Bələdiyyəsinin 142 saylı 16.12.2005-ci il tarixli qərarına əsasən Zülfiyev Zəfər Həsən oğluna Səbail rayonu, Salyan şossesi, 32 ünvanda ayrılmış 600 kv metr torpaq sahəsinin həm həmin torpaq sahələrinin ilkin ayrılması ilə bağlı iş materiallarında olan plan və cizgi sənədləri, həm də faktiki yerləşdiyi ərazi baxımından üst-üstə düşüb-düşməməsinin, üst-üstə düşdüyü təqdirdə düşmənin hansı hissədə olmasının müəyyən edilməsi məqsədilə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Resyetri Xidmətindən mütəxəssis cəlb edilməklə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. 12.08.2021-ci il tarixdə məhkəməyə daxil olmuş Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyində qeyd edilmişdir ki, iddiaçının iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsinə baxış keçirilmiş, naturada koordinatlar müəyyən edilməklə ölçülmüşdür. Ölçülmüş ərazinin naturada müəyyən edilmiş koordinatlarını, baza məlumatlarını və digər texniki parametrləri əks etdirən sxemlər hazırlanmışdır. Elektron kadastr baza məlumatlarına əsasən ölçülmüş əraziyə X9 mülkiyyətində olan sahəsinin 0.06 ha, reyestr nömrəsi 000401 ******* saylı çıxarış və plan-ölçü sənədi verilmişdir. Elşən X1 aldığı Səbail rayon İcra Hakimiyyətinin başçısının 1971 saylı 30.12.1998-ci il tarixli sərəncamı ilə fərdi yaşayış evinin tikintisi üçün Badamdar qəsəbəsində yerləşən 600 kv.m torpaq sahəsinin yerləşmə (miqyası, hər hansı istinad nöqtəsindən məsafəsi göstərilən) cizgisinin təqdim edilməməsi səbəbindən onun faktiki yerləşdiyi yerlə üst-üstə düşübdüşməməsi müəyyən edilməmişdir. Lakin mübahisələndirilən ərazi dövlət mülkiyyətində olmuş və hazırda sahəsi 0.06 hektardır, çıxarış və plan –ölçü sənədi ilə X9 mülkiyyətindədir. Səbail Bələdiyyəsinin 142 saylı 16.12.2005-ci il tarixli qərarı ilə X7 Səbail rayonu, Salyan şossesi 32 ünvanda ayrılmış 600 kv.m torpaq sahəsinin iş materiallarında olan (Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərinn hazırlanması qaydaları haqqında Əsasnamənin 19-cu bəndində nəzərdə tuutlan qaydada planaalma aparılaraq torpaq sahəsinin ölçüsündən asılı olaraq tələb olunan miqyasda hazırlanmış plan-ölçüsü) planının təqdim edilməməsi həmin ərazinin dövlət mülkiyyəti torpağı olması səbəbindən həmin torpaq sahəsinin faktiki yerləşdiyi ərazi ilə üst-üstə düşüb-düşməməsi müəyyən edilməmişdir. Səbail rayon İcra Hakimiyyəti Başçısının 1971 saylı 30.12.1998-ci il tarixli Sərəncamına əsasən fərdi yaşayış evinin tikintisi üçün Badamdar qəsəbəsində yerləşən 600 kv.m torpaq sahəsinin cizgisinin və Səbail Bələdiyyəsinin 142 saylı 16.12.2005-ci il tarixli Qərarına əsasən X15 rayonu, Salyan şossesi 32 ünvanda ayrılmış 600 kv.m torpaq sahəsinin planının təqdim edilməməsi, həmin ərazinin dövlət mülkiyyəti torpağı olması səbəbindən həmin torpaq sahələrinin ilkin torpaqayırma sənədlərinə əsasən üst-üstə düşüb-düşməməsi müəyyən edilməmişdir. X21 mülkiyyətində olan və onun adına verilmiş çıxarış və plan-ölçü sənədinin X5 adına verilmiş mülkiyyətində olan çıxarış və plan-ölçü sənədinin koordinatlarına əsasən bu torpaq sahələri üst-üstə düşmür və əlavə edilmiş sxemdən görünür ki, biri o birindən kənarda yerləşir. 14.12.2021-ci il tarixdə məhkəməyə daxil olmuş 10/4736 saylı 30.11.2021-ci il tarixli ekspert rəyində də apellyasiya baxışı zamanı Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin verdiyi mütəxəssis rəyində göstərilənlər qeyd olunmuşdur. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, X14 məxsus ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi, 0,06 ha olan torpaq sahəsi Bakı şəhəri Səbail Bələdiyyəsinin 142 saylı 16.12.2005-ci il tarixli qərarı ilə Zülfiyev Zəfər Həsən oğluna verilmiş Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 32 ünvanda yerləşən 600 kv metr torpaq sahəsi ilə üst-üstə düşmür. Belə olan halda iddiaçının istinad etdiyi dəlil, yəni ona məxsus torpaq sahəsinin 3cü şəxsin torpaq sahəsi ilə üst-üstə düşməsi öz təsdiqini tapmadığından, bu hal iş materialları və ekspert rəyi ilə sübuta yetirilmədiyindən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mübahisələndirdiyi Səbail Bələdiyyəsinin 142 saylı 16.12.2005-ci il tarixli qərarının ləğv edilməsi üçün hər hansı əsas mövcud deyil və buna görə də iddiaçının tələbi təmin edilə bilməz. İddiaçının “142 saylı 16.12.2005-ci il tarixli qərarın ləğv edilməsi” barədə tələbi təmin olunmadığı üçün Kollegiya hesab edir ki, bu əsas tələbə əlavə tələb olaraq verilmiş “qərardan irəli gələn nəticələrin ləğv edilməsi” barədə tələb də təmin oluna bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbini bu qərarın əsaslandırıcı hissəsində göstərilən məsələləri yoxlamadan təmin etməkdə düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, 3-cü şəxs tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin qəbul etdiyi 2- 1(112)-147/2020 saylı 13 mart 2020-ci il tarixli qərarı ləğv edilməli və iddia rədd edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddiası təmin edilmədiyindən apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza təhqiqatının aparılması ilə bağlı xərclər ona aid edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: 3-cü şəxs X11 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin qəbul etdiyi 2-1(112)-147/2020 saylı 13 mart 2020-ci il tarixli qərarı ləğv edilsin. İddia təmin olunmasın. İddiaçı X8 ekspertiza təhqiqatının dəyəri olaraq 100 manat məbləğində pul vəsaiti tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-38/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-38/2022
19.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver