Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-38/2024 24.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “sərəncamın qismən ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X4 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X1 və X3 ibarət tərkibdə, X2-Yusiflinin katibliyi ilə, İddiaçının vəkili Vəkil1 iştirakı ilə, Üçüncü şəxsin vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “sərəncamın qismən ləğv edilməsi və s.” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2385/2022 saylı 02 sentyabr 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 24 aprel 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 19-cu Dağlıq küçəsi, 3677-ci məhəllədə istifadədə olan 0,07028 ha torpaq sahəsində yerləşən 569.6 kv.m. ümumi, 456.6 kv.m. əsas, 113 kv.m. köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası (Nərgiz kafesi) tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən İddiaçı adına Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 19-cu Dağlıq küçəsində yerləşən qeyri-yaşayış binasına dair (Nərgiz kafesi) xx.xx.2009-cu il tarixli texniki pasport tərtib edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH seriyalı ******* saylı Çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 19-cu Dağlıq küçəsi, 3677-ci məhəllədə istifadədə olan 0,07028 ha torpaq sahəsində yerləşən 569,6 kv.m ümumi, 456,6 kv.m əsas, 113,0 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmış, həmçinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən həmin qeyri-yaşayış binasına dair xx.xx.2009-cu il tarixli texniki pasport tərtib edilmişdir. Texniki pasporta əsasən qeyri-yaşayış binasının 38 tikilidən ibarət olmaqla, ümumi sahəsi 569,6 kv.metr təşkil etdiyi göstərilmişdir. Çoxmənzilli yaşayış binalarının tikintisinin layihələndirilməsinə dair Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 284 saylı 22 dekabr 2017-ci il tarixli Sərəncamına əsasən “Bakı şəhəri Binəqədi rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə" 22 yanvar 2016-cı il tarixli 8 saylı Qərarı rəhbər tutularaq Binəqədi rayonu, Atatürk prospekti 64 ünvanında mövcud olan qaraj sahələrinin və fərdi yaşayış evlərinin qəzalı olması və rayonun memarlıq görünüşünə xələl gətirməsi səbəbindən sökülərək yerində hündürmərtəbəli yaşayış binasının tikintisinin layihələndirilməsinin "xxxx" MMC tərəfindən təmin edilməsi, Binəqədi rayonu, Atatürk prospekti 64 ünvanında hündürmərtəbəli yaşayış binasının tikintisinin aparılması məqsədi ilə Binəqədi rayonu, Atatürk prospekti 64 ünvanında mövcud qaraj sahələrinin və yaşayış evlərinin yerləşdiyi 1485 m2 torpaq sahəsinin "xxxx" MMC-nin istifadəsinə ayrılması, tikinti işləri başa çatdıqdan sonra ayrılmış torpaq sahəsinin qanunda nəzərdə tutulmuş qaydada sənədləşdirilməsinin "xxxx" MMC tərəfindən təmin edilməsi, "xxxx" MMC ərazinin və hündürmərtəbəli yaşayış binasının memarlıq planlaşdırması həllini layihələndirilmə ərəfəsində Binəqədi Rayon İcra Hakimiyyəti ilə razılaşdırması, tikinti işləri aparılarkən sahədə aşkar olunmamış mühəndis kommunikasiya xətləri qeydə alınarsa, Baş Plan işlənməzdən əvvəl həmin kommunikasiya xətlərinin və ərazidə mövcud yaşıllıqların köçürülməsinin aidiyyəti qurumlarla razılaşdırılmaqla "xxxx" MMC-nin vəsaiti hesabına həyata keçirilməsi, Binəqədi rayonu, Atatürk prospekti 64 ünvanında hündürmərtəbəli yaşayış binasının tikintisinə başlanması məqsədi ilə "xxxx" MMC-yə Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq Binəqədi rayonu, Atatürk prospekti 64 ünvanında mövcud qaraj və fərdi yaşayış evlərinin sahibləri ilə qarşılıqlı razılaşma əsasında kompensasiya ödənilməsi və ya yeni mənzil və qeyri-yaşayış sahəsi ilə əvəzlənməsi şərtilə "xxxx" MMC-nin vəsaiti hesabına sökülməsi, aparılacaq söküntü işləri nəticəsində yaranmış bərk məişət tullantılarının xüsusi poliqona daşınmasının "xxxx" MMC tərəfindən təmin edilməsi, Sərəncamın İ və İİ bəndlərinin tələbləri "xxxx" MMC tərəfindən tam yerinə yetirildikdən sonra tikinti işlərinə başlanılmazdan əvvəl hündürmərtəbəli yaşayış binasının tikinti layihəsinə dair Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq aidiyyəti qurumlardan müvafiq rəylərin alınmasım və tikinti işlərinə başlanılması üçün əsas olan xüsusi nişanın alınmasının təmin edilməsi, tikinti işlərinin aparılması planlaşdırılan torpaq sahəsində yaşıllıqların qanunsuz məhv edilməsinin qarşısının alınması və sanitar vəziyyətin nəzarətdə saxlanılmasının Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə tapşırılması qərara alınmışdır. Binəqədi Rayon İcra Hakimiyyətinin 284 saylı 22 dekabr 2017-ci il tarixli Sərəncamına əsasən Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti 64 ünvanında yerləşən 1485 kv.m. torpaq sahəsinə dair 06/17 saylı ayrıc aktı tərtib edilmişdir. Həmin ayrıc aktına əsasən torpaq sahəsinin uzunluğu 45,0 metr, eni 33,0 metr təşkil edir. Sözügedən sərəncamdan narazı qalan İddiaçı cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin 284 nömrəli xx.xx.2017-ci il tarixli sərəncamının Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti 64 ünvanda "xxxx" MMC-yə ayrılmış torpaq sahəsinin “Nərgiz” kafesinin torpaq sahəsi ilə kəsişdiyi hissədə ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdı ki, ünvan 4 ünvanında 456,6 kv.m. əsas, 113 kv.m. köməkçi sahədən ibarət bir mərtəbəli qeyri-yaşayış sahəsi olan “Nərgiz” kafesinə məxsus torpaq sahəsi (hüquq subyekti İddiaçı) xx.xx.2009-cu il tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş MN 02İ7416 nömrəli çıxarışla iddiaçının mülkiyyətindədir. O, “Texnikabank”ın Yasamal filialının müdir müavini işləyərkən martın 27-də 2012-ci il tarixdə Milli Təhlükəsizlik Nazirliyi (bundan sonra; MTN) tərəfindən həbs edilib. O, Cinayət Məcəlləsinin 178 (dələduzluq), 179 (mənimsəmə və israf etmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 313 (vəzifə səhlənkarlığı), 320 (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham olunub və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilir, yuxarı instansiya məhkəmələri hökmü qüvvədə saxlayıblar. O, 16 mart 2019-ci il tarixdə AR Prezidentinin sərəncamı ilə əfv edilib. İddiaçı həbsdə olduğu vaxt Binəqədi rayon İcra Hakimiyyətinin 22 dekabr 2017-ci il tarixli 284 saylı sərəncamı ilə ona məxsus “Nərgiz” kafesinin torpaq sahəsinin bir hissəsi daxil olmaqla, yanındakı boş sahədən "xxxx" MMC adlı bır şirkətə torpaq ayrılıb. Həmin ərazidə "xxxx" MMC adlı bir şirkət çoxmərtəbəli yaşayış binası inşa edir. Həmin torpaq sahəsi Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən 22 dekabr 2017-ci il tarixli 284 saylı sərəncamla Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti 64 ünvanda "xxxx" MMC-yə ayrılmış 1485 kv.m torpaq sahəsidir. "xxxx" MMC-yə ayrılmış 1485 kv.m torpaq sahəsinin cizgisində (topoqrafiq planı) “Nərgiz” kafesinə məxsus tikililər göstərilməyib. Ona görə də o hesab edir ki, Binəqədi Rayon İcra Hakimiyyətinin 284 nömrəli xx.xx.2017-ci il tarixli sərəncamı nəticəsində “Nərgiz” kafesinin torpaq sahəsindən Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti 64 ünvanda "xxxx" MMC-yə ayrılmış torpaq sahəsi geri qaytarılmalı və bu könüllü qaydada həll edilmədiyindən inzibati icraat qanunvericiliyinə uyğun məhkəmə qaydasında həll edilməlidir. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə "xxxx" MMC iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz daxil olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 22-1(112)-2385/2022 saylı 02 sentyabr 2022-ci il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin məzmunu ilə eynilik təşkil etməklə əlavə olaraq bildirilmişdir ki, iş materiallarında olan “Məhkəmə Ekspertiza Xidmətləri" MMC-nin və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəyindən görünür ki, Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən 22 dekabr 2017-ci il tarixli 284 saylı sərancamla Bakı şəhəri Binəqədi rayonu, Atatürk prospekti 64 ünvanda "xxxx" MMC-yə ayrılmış 1485 m' torpaq sahəsi sənəd üzrə 67 kv.m və faktiki 184 kv.m “Nərgiz" kafesinin torpaq sahəsi ilə kəsişir. Mülkiyyət hüququ əsas insan hüquq və azadlıqları sistemində, xüsusən də İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsində və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya (Avropa Konvensiyasına) Əlavə (1 saylı) protokolun 1-ci maddəsində təsbit edilmiş hüquqlar sırasında mühüm yer tutur. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. İstər AR Konstitusiyasına və istər də Mülki Məcəlləyə, istərsə də görə İddiaçı “Nərgiz” kafesinə və onun torpaq sahəsinə mülkiyyət hüquqları var və o, bu hüquqlardan öz mülahizəsinə uyğun istifadə edə bilər, lakin digər tərəf onun hüquqlarını pozur. Ona görə də Binəqədi Rayon İcra Hakimiyyətinin 22 dekabr 2017-ci il tarixli 284 saylı sərancamı nəticəsində “Nərgiz” kafesinin toıpaq sahəsindən Bakı şəhəri Binəqədi aryonu, Atatürk prospekti 64 ünvanda "xxxx" MMC-yə ayrılmış torpaq sahəsi geri qaytarılmalı və bu könüllü qaydada həll edilmədiyindən, məhkəmə qaydasında həll edilməlidir. Məhkəmə maddi hüquq norması olaraq Avropa Məhkəməsinin Airey İrlandiyaya qarşı işinə əsaslanmışdır ki, Konvensiya nəzəri və xəyali hüquqları deyil, praktik və effektiv hüquqları təmin etmək üçün nəzərdə tutulmuşdur. Lakin sənədlərdən göründüyü kimi, iddiaçının mülkiyyət hüquqi nəzəri və xəyalı deyildir, o mövcuddur. Tərəflərin izahatları: İddiaçının vəkili Vəkil1 iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir. Üçüncü şəxsin vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçıları hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişlər. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri) düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62.3-cü maddəsinə görə bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. Hazırkı iş üzrə iddiaçının mübahisələndirdiyi sərəncamdan daha əvvəl məlumatlı olması və ya ona rəsmi qaydada həmin sərəncamın təqdim edilməsinin sübut olunmadığını nəzərə alaraq birinci instansiya məhkəməsi düzgün olaraq iddia müddətinin ötürülmədiyi nəticəsinə gəlmiş və iddianı mümkün saymışdır. İşin mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı tələbi “Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin 284 nömrəli xx.xx.2017-ci il tarixli sərəncamının Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti 64 ünvanda "xxxx" MMC-yə ayrılmış torpaq sahəsinin “Nərgiz” kafesinin torpaq sahəsi ilə kəsişdiyi hissədə ləğv edilməsi” barədədir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilməmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İşin faktiki hallarına görə, Bakı şəhəri, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 284 saylı sərəncamı ilə Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti 64 ünvanda mövcud qaraj sahələrinin və yaşayış evlərinin yerləşdiyi 1485,0 kv.metr torpaq sahəsi hündürmərtəbəli yaşayış binasının tikintisinin aparılması məqsədilə "xxxx" MMC-nin istifadəsinə ayrılmış və həmin torpaq sahəsinin ayrılmasına dair 06/17 saylı ayrıc aktı tərtib edilmişdir, ayrıc aktına əsasən torpaq sahəsinin uzunluğu 45,0 metr, eni 33,0 metr təşkil edir. Hazırkı işdə iddiaçı qeyd olunan sərəncamla MMC-yə ayrılmış torpaq sahəsinin onun (iddiaçının) mülkiyyətində olan qeyri-yaşayış sahəsinin yerləşdiyi əraziyə düşdüyünə istinad edərək, sərəncamın Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti 64 ünvanda "xxxx" MMC-yə ayrılmış torpaq sahəsinin “Nərgiz” kafesinin torpaq sahəsi ilə kəsişdiyi hissədə ləğv edilməsini tələb edir. Birinci instansiyası məhkəməsi tərəfindən iş üzrə məhkəmə tikinti ekspertizası təyin edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/1144 saylı xx.xx.2022-ci il tarixli rəyinə əsasən çoxmərtəbəli yaşayış binasının inşa edilməsi üçün "xxxx" MMC-yə ayrılmış torpaq sahəsi ilə İddiaçı mülkiyyətində olan və ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsi arasında metal şiferdən quraşdırılmış çəpərin uzunluğunun 35,1 metr təşkil etdiyi, faktiki vəziyyətdə həmin sahələrin biri-birinə bitişik yerləşdiyi, eyni zamanda “Nərgiz” kafesinə dair texniki pasportda əks olunmuş sahəsi 11,6 kv.metr və 9,8 kv.metr təşkil edən sökülmüş 37 və 38 saylı tikililərin yerləşdiyi torpaq sahəsinin Bakı şəhəri, Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 284 saylı xx.xx.2017-ci il tarixli sərəncamına əsasən "xxxx" MMC-ə ayrılmış torpaq sahəsi ilə üst-üstə düşdüyü, “Nərgiz” kafesinə dair texniki pasportda əks olunmuş sahəsi 11,6 kv.metr və 9,8 kv.metr təşkil edən sökülmüş 37 və 38 saylı tikililərin yerləşdiyi torpaq sahəsi ilə Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli 284 saylı sərəncamına əsasən "xxxx" MMC-ə ayrılmış torpaq sahəsinin bir hissəsinin üst-üstə düşdüyü, üst-üstə düşən hissədə faktiki olaraq “Nərgiz” kafesinə məxsus tikililərin mövcud olmaması, həmin torpaq sahələrinin üst-üstə düşdüyünü nəzərə alaraq sənəd üzrə “Nərgiz” kafesinə aid olan torpaq sahəsinin əvvəlki vəziyyətinin bərpa edilməsinin mümkün olmaması, "xxxx" MMC tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti 64 ünvanında aparılmış tikintiquraşdırma işlərinin Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyətinin Başçısının xx.xx.2017ci il tarixli 284 saylı Sərəncamına əsasən "xxxx" MMC-nin istifadəsinə ayrılmış və həmin torpaq sahəsinin ayrılmasına dair tərtib edilmiş 06/17 saylı ayrıc aktında qeyd olunan 1485,0 kv.m torpaq sahəsinin daxilində olduğu müəyyən edilmişdir. Eyni zamanda işin apellyasiya baxışı zamanı təyin edilmiş təkrar məhkəmə tikintitexniki ekspertizasının nəticəsi olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 3-16-16/2-10/8663 saylı xx.xx.2024-cü il tarixli ekspert rəyində göstərilmişdir ki, “Nərgiz” kafesinə dair texniki pasportda əks olunmuş sahəsi 11,6 kv.metr və 9,8 kv.metr təşkil edən 37 və 38 saylı tikililərin yerləşdiyi torpaq sahəsinin tam olaraq Bakı şəhəri, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli sərəncamına əsasən “ÜMİD- VQM" MMC-yə ayrılmış torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilir. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 19-cu Dağlıq küçəsi, 3677-ci məhəllədə istifadədə olan 0,07028 ha torpaq sahəsində yerləşən 569.6 kv.m. ümumi, 456.6 kv.m. əsas, 113 kv.m. köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası (Nərgiz kafesi) tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, həmin qeyri-yaşayış binasına dair (Nərgiz kafesi) xx.xx.2009-cu il tarixli texniki pasport tərtib edilmiş, xüsusi mülkiyyət hüququna dair verilmiş MH seriyalı ******* saylı Çıxarışa əsasən iddiaçının mülkiyyətində olan 1 mərtəbəli qeyri-yaşayış binası 38 tikilidən ibarət olmaqla, ümumi sahəsi 569,6 kv.metr təşkil etmişdir. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 284 saylı xx.xx.2017-ci il tarixli sərəncamı ilə "xxxx" MMC-ə ayrılmış torpaq sahəsində "xxxx" MMC tərəfindən tikinti-quraşdırma işləri aparılmiş və həmin ərazidə çoxmərtəbəli yaşayış binası inşa olunmuşdur. Ekspert rəylərinə görə, iddiaçının mülkiyyətində olan “Nərgiz” kafesinə dair texniki pasportda əks olunmuş sahəsi 11,6 kv.metr və 9,8 kv.metr təşkil edən sökülmüş 37 və 38 saylı tikililərin yerləşdiyi torpaq sahəsi Bakı şəhəri, Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 284 saylı xx.xx.2017-ci il tarixli sərəncamına əsasən "xxxx" MMC-ə ayrılmış torpaq sahəsi ilə üst-üstə düşür, üst-üstə düşən hissədə faktiki olaraq “Nərgiz” kafesinə məxsus tikililər hazırda mövcud olmasa da, həmin torpaq sahələrinin üst-üstə düşdüyünü nəzərə alaraq sənəd üzrə “Nərgiz” kafesinə aid olan torpaq sahəsinin əvvəlki vəziyyətinin bərpa edilməsi mümkün deyil. “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Aparılan araşdırmalar onu deməyə əsas verir ki, iddiaçının onun mülkiyyətində olan “Nərgiz” kafesinə dair texniki pasportda əks olunmuş sahəsi 11,6 kv.m. və 9,8 kv.m. təşkil edən sökülmüş 37 və 38 saylı tikililərin yerləşdiyi torpaq sahəsi ilə Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin mübahisələndirilən 284 saylı xx.xx.2017-ci il tarixli sərəncamı ilə "xxxx" MMC-ə ayrılmış torpaq sahəsinin bir hissəsinin üst-üstə düşən hissədə faktiki olaraq “Nərgiz” kafesinə məxsus tikililər mövcud olmadığından və həmin torpaq sahələrinin üstüstə düşdüyünü nəzərə alaraq sənəd üzrə “Nərgiz” kafesinə aid olan torpaq sahəsinin əvvəlki vəziyyətini bərpa etmək də mümkün olmadığından iddiaçının hazırki iddiası üzrə mübahisələndirilən sərəncamın onun hüquqlarına toxunan hissədə ləğvi heç bir effektiv nəticə verməyəcəkdir. Bu barədə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, "xxxx" MMC-nin maraqlı şəxs kimi inzibati orqana etimadı qanunla qorunduğundan və etimadın qorunması hüququnu istisna edən hal (“İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsi) məhkəmə araşdırmaları zamanı müəyyən edilmədiyindən maraqlı şəxsin xeyrinə olan inzibati aktın ləğv olunmasına hazırki vəziyyətdə yol verilmir. Həmçinin yuxarıda da qeyd olunduğu kimi, “Nərgiz” kafesinə aid torpaq sahəsinin əvvəlki vəziyyətini də bərpa etmək mümkün olmadığından sərəncamın ləğv edilməsi nəzəri və xəyali hüquqları təmin etmiş olar. Odur ki, inzibati aktın ləğvi iddiaçının pozulmuş hesab etdiyi hüquqlarının bərpası üçün praktik və effektiv hüquqi müdafiə vasitəsi hesab edilə bilməz. Həmçinin yuxarıda göstərilənlərə əsasən iddiaçının hüquqi marağının inzibati aktın mübahisələndirilməsinə yönəldiyini, lakin “Nərgiz” kafesinə aid olan torpaq sahəsinin əvvəlki vəziyyətinin bərpasının qeyri-mümkün olduğunu, istər “inzibati aktın ləğvi”, istərsə də “inzibati aktın etibarsızlığı” tələbi ilə bağlı, hər iki halda iddiaçının pozulmuş hüquqlarının bərpası üçün effektiv hüquqi müdafiə vasitəsi olmadığını, bunun yalnız nəzəri və xəyali hüquqları təmin edəcəyini nəzərə alaraq məhkəmə kollegiyası iddiaçıya hüquqi yardım edərək, “inzibati aktın etibarsızlığı” ilə bağlı iddia tələbini dəqiqləşdirməyi təklif etməyə də lüzum görməmişdir. Qeyd olunanlarla bağlı məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın rədd edilməsi ilə bağlı düzgün qənaətə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə, həmin dəlillər qanuni və əsaslı olan birinci instansiya məhkəməsinin qərarının ləğv edilib, iddianın təmin edilməsi üçün əsas yaratmır. Məhkəmə kollegiyası həmçinin iddiaçının diqqətinə çatdırır ki, hazırki iddia tələbinin təmin olunmaması onun gələcəkdə kompensasiya tələbini irəli sürmək hüququnu istisna etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2385/2022 saylı 02 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalı, iddiaçının apelyasiya şikayəti isə təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2385/2022 saylı 02 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X5 Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-38/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-38/2024
24.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver