Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3802/2024 11.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X8 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “təqaüdün ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9635/2024 nömrəli, 22 avqust 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1-ci qrup əlil olan xx.xx.2005-cı il təvəllüdlü övladı X4 qulluq etdiyinə görə uşağının 18 yaşı tamam olduğu gündən, yəni xx.xx.2023-cü il tarixdən hesablanmaqla “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün iddiaçıya ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirərək xx.xx.2023-cü il tarixdən hesablanmaqla “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün iddiaçıya ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının xx.xx.2005-ci il təvəllüdlü övladı X9 anadangəlmə “autizm, Kanner sindromu, ağır kəmağıllıq, kobud nitq və davranış pozuntuları” xəstəliklərindən əziyyət çəkir və oğlu anadangəlmə 1-ci qrup “müddətsiz” əlildir. xx.xx.2005-ci il təvəllüdlü övladı X5 doğulan gündən bugünə kimi iddiaçı baxmışdır. xx.xx.2023-ci il tarixində iddiaçının övladı X2 18 yaşı tamam olduğu üçün “18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün” verilməsi dayandırılmışdır. Bundan sonra təqaüdün dayandırılma səbəbini cavabdehdən soruşduqda iddiaçıya bildirilmişdir ki, uşaq 18 yaşına çatdığı üçün iddiaçı həmin təqaüdü ala bilmək üçün qəyyum olmalıdır. Bu səbəbdən də iddiaçı Bakı şəhər Sabunçu Rayon Məhkəməsinə müraciət edərək “xx.xx.2005-ci il təvəllüdlü övladı X2 fəaliyyət qabiliyyətinin olmaması barədə” iddia qaldırmışdır. İddia tələbi təmin olunmuş və xx.xx.2023-cü il tarixli 2(008)-5775/2023 saylı qətnamə qət olunmuşdur. İddiaçı daha sonra həmin qətnaməni Bakı şəhər Sabunçu Rayon İcra Hakimiyyətinə təqdim etmişdir. Bakı şəhər Sabunçu Rayon İcra Hakimiyyətin Başçısının xx.xx.2024-cü il tarixli 54 N-li Sərəncamına əsasən İddiaçı xx.xx.2005-ci il təvəllüdlü övladı X2 qəyyumu təyin edilmişdir. Bundan sonra cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəz Filialına müraciət edərək xx.xx.2005-ci il təvəllüdlü övladı X2 18 yaşı tamam olan gündən bugünə kimi “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin təqaüdünün” verilməsi xahiş etmişdir. Lakin, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəz Filialı iddianın müraciətinə xx.xx.2024-cü il tarixli 3-17- 1/2-Ə-96772/2024 N-li cavabında bildirmişdir ki, “Bakı şəhər Sabunçu Rayon İcra Hakimiyyətin Başçısının xx.xx.2024-cü il tarixli 54 N-li Sərəncamına əsasən H.Əliyev üzərində xx.xx.2024-cü il tarixindənb qəyyum təyin edildiyinizdən həmin tarixdən əvvəlki dövr üzrə ona qulluğa görə Prezident Təqaüdünün təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Cavabdeh tərəfindən verilmiş iddiaya yazılı etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2024-cü il tarixli ərizə ilə Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət edərək İ qrup əlilliyi olan şəxsə qulluğa görə Azərbaycan Respublikasının Prezidenti təqaüdünün əlilliyin təyin olunduğu vaxtdan ödənilməsini xahiş etmişdir. Mərkəzi Filial tərəfindən xx.xx.2024-cü il tarixli 3-17-1/2-Ə-96772/2024 nömrəli imtina məktubunda qeyd olunan dövr üzrə təqaüdün ödənilməsinin mümkün olmadığı bildirilmişdir. İş materiallarında olan MElS-in “Sosial ödənişlər” altsistemindən çıxarışlara əsasən İddiaçı xx.xx.2019-cu il tarixli qərar ilə xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr üzrə, xx.xx.2019-cu il tarixli qərar ilə xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək, xx.xx.2020-ci il tarixli qərar ilə xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üzrə “Sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə qulluğa görə Azərbaycan Respublikası Prezidenti təqaüdü", xx.xx.2024-cü il tarixli qərar ilə isə xx.xx.2024-cü il tarixdən etibarən “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə qulluğa görə Azərbaycan Respublikası Prezidenti təqaüdü təyin edilmişdir. İş materiallarında olan MEİS-in “Əlillik" altsistemindən çıxarışlara əsasən xx.xx.2005-ci il təvəllüdlü X4 Azərbaycan Respublikası Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən xx.xx.2023-cü il tarixdən müddətsiz olaraq orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (şəxsə münasibətdə 90 faiz) əlillik müəyyən edilmişdir. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli 2(008)-5775/2023 nömrəli qətnaməsi ilə xx.xx.2005-ci il təvəllüdlü X10 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2024-cü il tarixli 54 nömrəli sərəncamına əsasən Əliyeva X6 Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(008)- 5775/2023 nömrəli qətnaməsi ilə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş xx.xx.2005-ci il təvəllüdlü X3 üzərində qəyyum təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinə əsasən əlilliyi olan şəxsin əlillik müddəti bitdikdə ona əmək pensiyasının ödənilməsi əlilliyin bitdiyi gündən dayandırılır. Əlilliyi olan şəxsə əmək pensiyasının ödənilməsi onun “Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yenidən əlilliyi olan şəxs hesab edildiyi gündən bərpa edilir. Həm qanunvericiliyin tələbinə, həm də xx.xx.2019-cu il tarixli qərara uyğun olaraq İddiaçı “Sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə şəxslərə qulluğa görə Azərbaycan Respublikası Prezidenti təqaüdü"nün xx.xx.2023-cü il tarixədək (yəni X3 18 yaşı tamam olan tarixədək) olan dövr üzrə ödənilməsi qərara alınmışdır. X4 18 yaşı tamam olan tarixdən (xx.xx.2023-cü il tarixdən) dərhal sonra xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikası Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən müddətsiz olaraq orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (şəxsə münasibətdə 90 faiz) əlillik müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın 1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Həmin Qaydanın 1.7-ci bəndinə əsasən şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikasının Qanunun 3.3- cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016cı il 5 fevral tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamənin 1.3-cü bəndinə əsasən TSEK Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra - Xidmət) tabeliyində yaradılmaqla, tibbi-sosial ekspertiza keçirərək əlilliyi və 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğunu (bundan sonra - əlillik) qiymətləndirir, bunun əsasında əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud olan uşaqların (bundan sonra - əlilliyi olan şəxs) sosial müdafiə tədbirlərinə ehtiyaclarını müəyyən edir. Həmin Əsasnamənin 1.4-cü bəndinə əsasən əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını TSEK və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir Həmçinin qeyd olunan Əsasnamənin 4.26-cı bəndində göstərilmişdir ki, əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi" haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanına əsasən aşağıdakılar qeyd olunmuşdur: Müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsi ilə təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü: - 2019-cu il aprelin 1-dək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə münasibətdə “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qulluq üçün əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə verilir; - Təqaüdü almaq hüququ olan şəxslərdən yalnız birinə ödənilir; - Bu məqsədlər üçün dövlət büdcəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ayrılmış xərclər hesabına həmin nazirlik tərəfindən bu Fərmanın 3.1.2-ci yarımbəndində nəzərə tutulan qaydaya uyğun olaraq ödənilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 294 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün ödənilməsi Qaydasfnm 2.2.1-ci yarımbəndinə əsasən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsin ailə üzvlərinə münasibətdə şəxsin həqiqətən ona qulluq etdiyi barədə əlilliyi olan şəxsin (fəaliyyət qabiliyyəti olmayan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla) bu Qaydanın 1 nömrəli əlavəsinə uyğun ərizəsi (bundan sonra - Ərizə) və onların qohumluq əlaqəsini təsdiq edən sənədlərin surətləri təqdim olunmalıdır. Sözügedən Qaydanın 2.2.3-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyətli olmayan sayılmış orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə qulluq edən Şəxsə münasibətdə onun fəaliyyət qabiliyyəti olmayan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsin qəyyumu təyin edilməsi barədə qəyyumluq və himayəçilik orqanının qərarının surəti təqdim olunmalıdır. Cavabdeh inzibati orqan tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-17-1/2-Ə-96772/2024 nömrəli imtina məktubunda bildirilmişdir ki, X3 xx.xx.2023-cü il tarixdən orqanizmin funksiyalarının 90 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş və İddiaçı ona qulluğa görə xx.xx.2024-cü il tarixdən (qəyyum təyin edildiyi tarixdən) Prezident təqaüdü təyin edilmişdir. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2024-cü il tarixli sərəncamına əsasən H.Əliyev üzərində xx.xx.2024-cü il tarixdən qəyyum təyin edildiyindən İddiaçı həmin tarixdən əvvəlki dövr üzrə ona qulluğa görə Prezident təqaüdünün təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmamışdır. Bu səbəbdən də İddiaçı qəyyumluğun xx.xx.2024-cü il tarixdən təyin edilməsi səbəbindən iddia ərizəsində qeyd edilən dövrlər üzrə Prezident təqaüdünün təyin edilərək ödənilməsi qanunvericiliyin tələblərinə ziddir. Diqqətəlayiq hallardan biri də budur ki, “İnzibati icraat haqqında” Qanunun 19.1- ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli icmal məktubuna əsasən məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olub-olmadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (arzuladığı inzbati aktın qəbul edilməsini, öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu müəyyən edilir. Buna görə də, məhkəmələr işə baxarkən cavabdehin imtina, etiraz və apellyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı pensiyanın təyin edilməsinə və ya yenidən hesablanmasına imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirilər. Nəticə etibarilə nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqanın şəxsə ünvanladığı imtinada istinad olunan əsaslardan, eləcə də daha sonra məhkəmə icraatının gedişində tərəflərin verdiyi izahatlardan və etirazlardan, həmçinin apellyasiya şikayətinin dəlilərindən asılı olmayaraq, hər bir halda iddiaçının qanunla tələb olunan ümumi və xüsusi iş stajına malik olub-olmaması məhkəmə araşdırmasının predmetini təşkil edir. Qanunun tələbləri baxımından İddiaçı bu “Prezident təqaüd hüququnu” xx.xx.2024-cü il tarixdən (Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2024-cü il tarixli 54 nömrəli sərəncamına əsasən) qazandığından ona həmin tarixdən də Prezident təqaüdü təyin edilmişdir. İddia ərizəsində qeyd edilən xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr ərzində isə onun qəyyumluğu hələ tanınmadığı üçün həmin dövrlər üzrə orqanizm funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə qulluğa görə Prezident təqaüdünün ona ödənilməsi qanunvericiliyə ziddir. Bu halda isə Mərkəzi Filial tərəfindən verilmiş imtina məktubu qanuni və əsaslı olmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9635/2024 nömrəli, 22 avqust 2024-cü il tarixli qərarı ilə (hakim G.Sevdimalıyeva) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti yazılı etiraza uyğun əsaslandırılmış və qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz, işin faktiki halları baxımından əsassız olduğundan “xx.xx.2023-cü il tarixdən orqanizm funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikasının Prezidenti təqaüdünün ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə İddiaçı iddia tələbi təmin olunmamalıdır. Daha sonra cavabdeh tərəfindən apellyasiya şikayətinə əlavə məhkəməyə təqdim edilmişdir. Apellyasiya şikayətinə əlavədə qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 iyul 2019-cu il tarixli 294 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün ödənilməsi Qaydası”nın 2.2.1-ci yarımbəndinə əsasən, yalnız fəaliyyət qabiliyyəti olan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərin ailə üzvlərinin həqiqətən ona qulluq etdiyi barədə ərizəsi özü tərəfindən müvafiq quruma və ya mərkəzə təqdim edilməlidir. Əgər şəxs həmin ərizəni şəxsən təqdim edə bilmirsə, bu zaman ərizə notariat fəaliyyətini həyata keçirən subyektlər tərəfindən təsdiq edilərək təqdim edilməlidir. Ərizənin təqdim edilməsində əsas məsələ həmin ailə üzvünün həqiqətən əlilliyi müəyyən olunmuş şəxsə qulluq etməsinin müəyyən edilməsidir. Qaydanın 2.2.3-cü yarımbəndi isə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə münasibətdə, müraciət etmiş şəxsin əlilliyi olan şəxsin ailə üzvü olub-olmamasından asılı olmayaraq tətbiq edilir. Həmin bəndə uyğun olaraq, qulluq təqaüdünün təyin edilməsi üçün əsas müraciət etmiş şəxsin fəaliyyət qabiliyyəti olmayan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsin qəyyumu təyin edilməsi barədə qəyyumluq və himayəçilik orqanının qərarının surətidir. Bu fərqləndirmənin hüquqi mahiyyəti həmin şəxslərin öz hərəkətinin əhəmiyyətini başa düşə bilməməsi, özləri üçün mülki hüquqlar və vəzifələr əldə etmək və ya icra etmək qabiliyyətindən məhrum olmalarıdır. Buna görə də onlar üzərində qəyyumluq müəyyən edilir və sözügedən məsələyə münasibətdə qəyyumun həmin şəxsə qulluq etməsi faktı rəsmiləşərək hüquqi nəticə doğurmaq xüsusiyyəti qazanır. Bu qaydada rəsmiləşmə olmadıqda isə müaciət edən şəxsin əlilliyi müəyyən edilmiş şəxsə həqiqətən qulluq etməsi faktını müəyyən etmək mümkün olmur. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Birinci instansiya məhkəməsi qeyd olunan məsələləri araşdırmamış, həqiqətə nail olmaq üçün göstərilən faktlara hüquqi münasibət bildirmədən əsassız olaraq iddianı təmin etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı subyektiv hüquqa malikdir, cavabdeh iddiaya cavab verməli orqandır. İPM-in 2.2.3-cü maddəsinə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı cavabdehə müraciət etmiş, cavabdehin imtina məktubundan sonra məhkəmədə iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla, mahiyyəti üzrə də əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019cu il tarixli 643 nömrəli Fərmanı:
1. “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilsin və onun aylıq məbləği 100 (bir yüz) manat müəyyən olunsun.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 9 iyul tarixli 294 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün ödənilməsi” Qaydası: 1.1. Bu Qayda “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 643 nömrəli Fərmanının 3.1.2-ci yarımbəndinə əsasən hazırlanmışdır və “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün (bundan sonra – təqaüd) ödənilməsi mexanizmini müəyyən edir. 1.2. Təqaüd, əmək pensiyası və yaxud sosial müavinət almaq hüququ olmasından, məşğulluq vəziyyətindən asılı olmayaraq, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə verilir. 2.2.1. orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsin ailə üzvlərinə münasibətdə Şəxsin həqiqətən ona qulluq etdiyi barədə əlilliyi olan şəxsin (fəaliyyət qabiliyyəti olmayan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla) bu Qaydanın 1 nömrəli əlavəsinə uyğun ərizəsi (bundan sonra – Ərizə) və onların qohumluq əlaqəsini təsdiq edən sənədlərin surətləri. Şəxsin həqiqətən ona qulluq etdiyi barədə ərizə Quruma, “DOST” mərkəzlərinə və ya Mərkəzə orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsin özü tərəfindən təqdim edilmədiyi halda notariat fəaliyyətini həyata keçirən subyektlər tərəfindən təsdiq edilməlidir; 2.2.2. orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə qulluq edən, ailə üzvü olmayan şəxslərə münasibətdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 39-cu maddəsinə uyğun olaraq patronajın təyin edilməsi barədə qəyyumluq və himayəçilik orqanının qərarının surəti və Şəxsin həqiqətən ona qulluq etdiyi barədə əlilliyi olan şəxsin (fəaliyyət qabiliyyəti olmayan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla) ərizəsi. Şəxsin həqiqətən ona qulluq etdiyi barədə ərizə Quruma, “DOST” mərkəzlərinə və ya Mərkəzə orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsin özü tərəfindən təqdim edilmədiyi halda notariat fəaliyyətini həyata keçirən subyektlər tərəfindən təsdiq edilir; 2.2.3. məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyətli olmayan sayılmış orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə qulluq edən Şəxsə münasibətdə onun fəaliyyət qabiliyyəti olmayan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsin qəyyumu təyin edilməsi barədə qəyyumluq və himayəçilik orqanının qərarının surəti; 2.2.4. 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə münasibətdə onların qohumluq əlaqəsini təsdiq edən sənəd. Təqaüd təyin edilməsi barədə 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə münasibətdə onlarla qohumluq əlaqəsi olmayan qəyyumlar (himayəçilər) müraciət etdikdə, müraciətə qəyyumluq (himayəçilik) təyin edilməsi barədə qəyyumluq və himayəçilik orqanının qərarının surəti əlavə edilir.
Apellyasiya şikayətinin dəlillərinə münasibət:
İşin hallarından görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-5775/2023 nömrəli Qətnaməsi ilə xx.xx.2005-ci il təvəllüdlü X10 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının “X3 üzərində qəyyum təyin edilməsi barədə” xx.xx.2024-cü il tarixli, 54 №-li Sərəncamı ilə İddiaçı xx.xx.2005-ci il təvəllüdlü X10 üzərində qəyyum təyin edilmişdir. Tibbi-Sosial Ekspert komissiyasında sonuncu müayinəyə dair məlumata əsasən X10 uşaq autizmi. Kanner sindromuş nitq artikulyasiyasının spesifik pozğunluğu. Hiperkinetik davranış pozğunluğu. Yüngül kəmağıl qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu diaqnozu ilə sağlamlıq imkanları məhdud uşaq kimi təyin edilmişdir (qiymətləndirmə tarixi: xx.xx.2020-ci il; təyinatın tarixi: xx.xx.2020-ci il). İddiaçıya X4 qulluğa görə qəyyum təyin edildiyi tarixdən-xx.xx.2024-cü il tarixdən AR Prezidentinin xx.xx.2019-cu il tarixli fərmanına əsasən Prezident təqaüdü təyin edilmişdir. İddiaçı ona qeyd olunan fərmana görə təqaüdün xx.xx.2023-cü il tarixdən-X4 orqanizmin funksiyalarının 90 faiz pozulmasına görə əlilliyi müəyyən edildiyi tarixdən hesablanmaqla ödənilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, müraciətinin təmin edilməsindən imtina edilmişdir Cavabdeh orqan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 9 iyul tarixli 294 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün ödənilməsi” Qaydalarının 2.2.3-cü maddəsinə istinad edərək İddiaçı münasibətdə prezident təqaüdünü xx.xx.2024cü il tarixdən, yəni onun Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2024-cü il tarixli 54 №-li Sərəncamı ilə xx.xx.2005-ci il təvəllüdlü X10 üzərində xx.xx.2024-cü il tarixdən qəyyum təyin edildiyi tarixdən təyin etmişdir. Cavabdehin imtinasını əsassız, birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməsi ilə bağlı gəldiyi nəticəni əsaslı hesab edən məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 9 iyul tarixli 294 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün ödənilməsi” Qaydası”nın tətbiqi zamanı hərfi təfsirə yol verilməməli, müvafiq maddələr tənzimləmənin ümumi məqsədi nəzərə alınaraq tətbiq edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 iyul 2019-cu tarixli 294 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün ödənilməsi” Qaydasında prezident təqaüdünün təyin edilməsi üçün meyarlar (4 meyar) müəyyən edilərkən 1) əlilliyi müəyyən edilmiş şəxs və ona qulluq edən şəxs arasındakı münasibətin xarakteri, 2) əlilliyin təyin edilmə vaxtı nəzərə alınmışdır. Digər tərəfdən qeyd olunmalıdır ki, müvafiq Qaydanın 2.2-ci maddəsində qeyd olunan sənədlərin tələb olunmasında məqsəd şəxsin həqiqətən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə qulluq etməsini təsdiqləməkdir. İnzibati işin mübahisəsiz halı aşağıdakılardan ibarətdir: İş materiallarında olan AZ-İ 581189 nömrəli Doğum haqqında Şəhadətnaməyə əsasən X10 xx.xx.2005-ci il tarixdə anadan olmuşdur. X1, anası İddiaçıdır. Odur ki, İddiaçı orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsin (X3) ailə üzvüdür; MElS-in “Sosial ödənişlər” altsistemindən çıxarışlara əsasən İddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr üzrə (xx.xx.2019-cu il tarixli qərar ilə), xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr üzrə (xx.xx.2019-cu il tarixli qərar ilə), xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üzrə (xx.xx.2020-ci il tarixli qərar ilə) “Sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə qulluğa görə Azərbaycan Respublikası Prezidenti təqaüdü" təyin edilmişdir. Odur ki, X10 (iddiaçının oğlu) 18 yaşı tamam olan tarixədək İddiaçı “Sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə qulluğa görə Azərbaycan Respublikası Prezidenti təqaüdü" təyin edilmişdir; X4 xx.xx.2023-cü il tarixdən ümumi xəstəlik səbəbindən birinci dərəncəli əlillik təyin edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, xx.xx.2023-cü il tarixədək (X10 18 yaşına çatanadək) iddiaçıya münasibətdə “Sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə qulluğa görə Azərbaycan Respublikası Prezidenti təqaüdü"nün təyin edilmiş olması iddiaçının cavabdeh tərəfindən X4 qulluğu edən şəxs olaraq qəbul edilməsi deməkdir. Müvafiq qaydalarda nəzərdə tutulan prezident təqaüdü mahiyyətcə eyni vəziyyətdə olan (əlilliyi olan şəxsə qulluq edən) şəxslərə tətbiq edilir, təqaüdün formasını fərqləndirən tək meyar əlilliyi müəyyən edilmiş şəxsin yaşıdır (18 yaşına çatıb-çatmaması: 1)Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər və ya 2) 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər). Nəzərə alınmalıdır ki, hazırki işdə İddiaçı və oğlu X10 arasındakı münasibətlərdə hər hansı faktiki dəyişiklik olmamışdır (iddiaçı əvvəllər olduğu kimi oğluna qulluq etməkdə davam etmişdir), hüquqi vəziyyəti dəyişən yeganə meyar isə X3 18 yaşına çatması ilə əlaqədar artıq sağlamlıq imkanları məhdud şəxs kimi deyil, orqanizmin funksiyaları 81-100 faiz pozulmuş şəxs kimi nəzərə alınmasıdır, belə olan təqdirdə İddiaçı münasibətdə prezident təqaüdünün təyin edilməsi üçün əsas onun oğluna qulluq etməsini yenidən təsdiqləyən qəyyumluq orqanının qərarı olmamalıdır (müvafiq Qaydanın 2.2.3-cü maddəsinə əsasən), İddiaçı X3 ailə üzvü olan və ona qulluq edən şəxs kimi (müvafiq Qaydanın 2.2.1-ci maddəsinə əsasən) nəzərə alınmalıdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, həmin Qayda “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 643 nömrəli Fərmanının 3.1.2-ci yarımbəndinə əsasən hazırlanmışdır və “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün ödənilməsi mexanizmini müəyyən edir. Qaydaların 2.2.3-cü bəndinə əsasən “məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyətli olmayan sayılmış orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə qulluq edən Şəxsə münasibətdə onun fəaliyyət qabiliyyəti olmayan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsin qəyyumu təyin edilməsi barədə qəyyumluq və himayəçilik orqanının qərarının surəti”nin təqdim edilməsi tələbi şəxsə təqaüdün məhz qəyyumluq və himayəçilik orqanının qərarının qəbul edildiyi tarixdən təyin edilməli olması qənaətinə gəlməyə əsas vermir. Belə ki, təqaüdü almaq hüququ məhz orqanizmin funksiyalarının 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə şəxsin qulluq etməsi kimi başa düşülür. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinasında, etirazında və apellyasiya şikayətində göstərdiyi dəlillər əsassız olmaqla iddiaçının qanunla müəyyən edilmiş hüquqlarının pozulmasına əsas olmuşdur. Yuxarıda qeyd olunanlara məcmu halında qiymət verən Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin əsaslandırmasını düzgün, gəldiyi nəticəni işin faktik hallarına və iddia tələbinin hüquqi əsaslarını təşkil edən hüquq normalarına uyğun hesab edir. Cavabdehin apellyasiya şikayətində irəli sürdüyü dəlillər hazırda mübahisələndirilən qərarının ləğv olunması üçün əsas vermir. Bu səbəbdən şikayət təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9635/2024 nömrəli, 22 avqust 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Nəticəvi hissə:
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9635/2024 nömrəli, 22 avqust 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Günel Abbasova Cahangir Yusifov