Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-3805/2025 13.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi və məruzəsilə, X1 və Ismayılov Orxan Nadir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, cavabdehin nümayəndəsi nümayəndə1 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı (üçüncü şəxs İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs) “qərarın ləğv edilməsi və s.” tələbinə dair iş üzrə Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ## #### 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: Iddiaçı İddiaçı cavabdeh İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona görə 25 il 4 ay 13 gün (təqvim xidmət illəri 22 il 2 ay 13 gün, güzəştli xidmət illəri 3 il 2 ay) olmaqla yeni və düzgün məlumat vərəqəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Inzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı cavabdeh qismində cəlb edilməklə qəbul etdiyi ## #### 2024-cü il tarixli qərarın ləğv edilməsi və əvvəlki pensiyanın bərpa edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Fövqəladə Hallar Nazirliyinin cavabdehlər siyahısından çıxarılması, üçüncü şəxs qismində cəlb edilməsi və ## #### 2024-cü il tarixli qərarının ləğv edilməsi və əvvəlki pensiyanın bərpa edilməsi, tutulmuş pul məbləğinin geri qaytarılması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmiş, Fövqəladə Hallar Nazirliyi cavabdehlər siyahısından çıxarılmış, Fövqəladə Hallar Nazirliyi üçüncü şəxs qismində cəlb edilmiş, iddia tələbi “## #### 2024-cü il tarixli qərarının ləğv edilməsi və əvvəlki pensiyanın bərpa edilməsi, tutulmuş pul məbləğinin geri qaytarılmasının cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi” formasında icraata qəbul edilmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ##.##.1994-cü il tarixdən Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Yanğından mühafizə orqanlarında xidmətə qəbul edilmişdir. ##.##.2014-cü il tarixdən Azərbaycan Respublikası fövqəladə hallar orqanlarında xidmətinə xitam verilmişdir. ## ##### 2014-cü il tarixli 12.12-22\****** nömrəli məktub və ona əlavə edilmiş sənədlərə əsasən ona görə # ##### 2014-cü il tarixdən 25 il 4 ay 13 gün (təqvim xidmət illəri 22 il 2 ay 13 gün, güzəştli xidmət illəri 3 il 2 ay) xidmət müddətinə görə təminat xərcliyinin 80 faizi miqdarında yaşa görə əmək pensiyası təyin edilmişdir. Əmək pensiyasında olduğu zaman özəl şirkətlərdən birində əmək fəaliyyətinə başlamışdır. Sonradan işlədiyi müddətlər üçün əmək pensiyasının yenidən hesablanması ilə əlaqədar Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ərizə ilə müraciət etmişdir. Sonuncu ərizəsinin araşdırılması icraata qəbul edilmiş və yeni məlumat vərəqəsinin verilməsi üçün İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs müraciət edilmişdir. Fövqəladə Hallar Nazirliyi tərəfdən yeni məlumat vərəqəsi əvvəlki (## ##### 2014-cü il tarixli) məlumat vərəqəsindən fərqli şəkildə verilmişdir. Belə ki, cavabdeh tərəfindən ona görə son 24 ay üzrə ödənilmiş orta aylıq əmək haqqı barədə göndərilən məlumatlarda təqvimi xidmət illəri 22 il 2 ay 13 gün kimi qeyd edilib. Yəni güzəştli xidmət illəri 3 il 2 ay qeyd edilməyib. Sonuncu məlumat vərəqəsindən sonra əmək pensiyası azaldılmışdır. Belə ki, ilkin məlumat vərəqəsinə əsasən xidmət müddətinə görə təminat xərcliyinin 80 faizi miqdarında pensiya alırdısa, azalmadan sonra bu, 65 faiz müəyyən olunmuşdur. Onunla eyni və yaxın dövrlərdə əmək pensiyasına çıxmış digər həmkarlarına görə verilmiş məlumat vərəqələrində güzəştli xidmət illəri 3 il 2 ay qeyd edilsə də, ona görə verilmiş sonunci məlumat vərəqəsində güzəştli xidmət illəri qeyd edilməyib. Bu barədə cavabdeh orqana yazılı müraciət etmiş, lakin bu günə qədər müraciəti cavabsız qalmışdır. Bakı Inzibati Məhkəməsinin (hakim Orxan Həsənov) e-*-*(***)-****/**** nömrəli, ## #### 2025-ci il tarixli qərarı ilə iddia tələbi təmin olunmuş, cavabdeh tərəfindən iddiaçı İddiaçı barəsində qəbul edilmiş ## #### 2024-cü il tarixli əmək pensiyasının yenidən hesablanması barədə qərar ləğv edilmiş, iddiaçının əvvəlki pensiyasının bərpa edilməsi və tutulmuş pul məbləğinin geri qaytarılması öhdəliyi Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı əmək pensiyasının yenidən hesablanması barədə ## ##### 2022-ci il tarixində Mərkəzi Filiala müraciət etmişdir. Vaxtı ilə Fövqəladə Hallar Nazirliyi tərəfindən son 24 ay üzrə ödənilmiş orta aylıq əməkhaqqı barədə göndərilən məlumatlarda təqvimi xidmət illəri “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.7-2-ci maddəsinin # #### 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən tələb edilən 25 ildən az 22 il 2 ay 13 gün təşkil edir. Iddiaçı əmək pensiyası təyin edildiyi tarixə qanunla müəyyən edilmiş yaş həddinə çatmadığı və əmək pensiyası hüququ yarandığı dövrdə tələb olunan 25 il xidmət müddəti olmadığı üçün Qanunun sözügedən maddəsi ilə pensiya təyinatı mümkün olmamışdır. Lakin ona təminat xərcliyinin 80 faizi miqdarında yaşa görə pensiya təyinatı aparılmışdır. Yeni məlumat vərəqəsinə əsasən təminat xərclıyi 65 faiz miqdarında müəyyən edilmiş, ## ###### 2024cü il tarixindən 969,39 manat pensiya müəyyən edilmişdir. Son üç il üzrə 7217,93 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Fövqəladə Hallar Nazirliyinin ## ###### 2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, iddiaçının xidmət müddəti təqvim üzrə 22 il 02 ay 13 gün, güzəştli xidmət müddəti 03 il 2 ay 00 gün, cəmi 25 il 04 ay 13 gündür. Əlillik altsistemindən çıxarışdan görünür ki, iddiaçı ikinci dərəcə əlilliyi müəyyən edilmiş şəxsdir. Hazırki iddia tələbindən də göründüyü kimi iddiaçının nail olmaq istədiyi məqsəd ona təyin olunmuş pensiyanın azalmasına səbəb olan inzibatı aktın ləğv olunmasıdır. Iş materiallarından da göründüyü kimi pensiyanın azaldılması onunla əsaslandırılır ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.7-2-ci maddəsinin # #### 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən tələb edilən iddiaçının təqvim xidmət illəri 25 ildən az 22 il 2 ay 13 gün təşkil etmiş, əmək pensiyası təyin edilən tarixdə iddiaçı 49 yaşı olan bir şəxs kimi qanunla müəyyən edilmiş yaş həddinə çatmamış və nəticədə pensiya təyinatı aparılmışdır. Mərkəzi Filial yeni məlumat vərəqəsinə istinadla təminat xərcliyinin 65 faiz məbləğində pensiya təyinatı aparmışdır. Mərkəzi Filial tərəfindən iddiaçıya ünvanlanan ##.##.2024-cü il tarixli *-**-*/*-Y-****** nömrəli məktubda inzibati icraatın təzələnməsi və mülahizələrin dinlənilməsi üçün iddiaçının dəvət olunduğu qeyd edilmişdir. Göründüyü kimi, Mərkəzi Filial tərəfindən “Inzibati icraat haqqında” Qanunun tələblərinə riayət edilmişdir. Həmçinin şəxsə əmək pensiyasının cavabdehin özü tərəfindən təyin olunduğu hallarda, cavabdeh prinsipcə, özünün əvvəlki təyinatla baqlı qərarının tamamilə və ya qismən səhv olduğunu müəyyən etdikdə, sonradan həmin qərarı ləğv etmək və ya dəyişdirməklə bağlı yeni qərar qəbul etməkdə haqlıdır. Çünki sosial təminat hüququ sahəsindəki qanunvericilik tənzimləmələrinin, eləcə də bu sahədəki idarəçiliyi həyata keçirən orqanların fəaliyyətindəki əsas məqsəd sosial ədalətin təmin edilməsidir. Bu məqsəd göz önünə alındıqda, hətta onların diqqətsizliyi və ya səhlənkarlığı nəticəsində meydana gəlmiş olsa belə, inzibati orqanlar öz səhvlərini düzəltmək imkanına malik olmalıdırlar. Əks halda, bu, sosial təminat fonduna töhfə verən digər şəxslər, xüsusilə qanuni tələblərə cavab verə bilmədiyi üçün pensiya ala bilməyənlər üçün ədalətsiz olardı. Nəhayət, bu, məhdud ictimai resursların qeyriməqsədəuyğun bölüşdürülməsini təsdiqləmək anlamına gələrdi ki, bu da öz növbəsində ictimai maraqlara zidd olardı. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə üçüncü şəxsə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməməlidir. Iş materiallarında olan AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ##.##.1964-cü ildə doğulmuşdur. Iş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2024-cü il tarixli məktubda qeyd edilir ki, əmək pensiyasının yenidən hesablanması barədə ## ##### 2022-ci il tarixdə müraciət edilmişdir. Vaxtı ilə Fövqəladə Hallar Nazirliyi tərəfindən son 24 ay üzrə ödənilmiş orta aylıq əmək haqqı barədə göndərilən məlumatlarda təqvimi xidmət illəri Qanunun 9.7-2-ci maddəsinin # #### 2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən tələb edilən 25 ildən az 22 il 2 ay 13 gün təşkil edir. Əmək pensiyası təyin edildiyi tarixə qanunla müəyyən edilmiş yaş həddinə iddiaçı çatmadığı və əmək pensiyası hüququ yarandığı dövrdə tələb olunan 25 il xidmət müddəti olmadığı üçün Qanunun sözügedən maddəsi ilə pensiya təyinatı mümkün deyildir. Lakin ona təminat xərcliyinin 80 faizi miqdarında yaşa görə pensiya təyinatı aparılmışdır. Yeni məlumat vərəqəsinə əsasən təminat xərcliyi 65 faiz miqdarında müəyyə edilmiş, ## ###### 2024-cü il tarixdən 969,39 manat pensiya müəyyən edilmişdir. Son üç il üzrə 7217,93 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Iş materiallarında olan Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs ünvanlanmış ##.##.2024-cü il tarixli müraciətdən görünür ki, “Təminat xərcliyinin hesablanması, hərib xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 4-ci hissəsinin tələblərinə uyğun qaydada iddiaçının sonuncu vəzifə maaşının artımı nəzərə alınmaqla yeni məlumat vərəqəsinin təqdim edilməsi xahiş edilmişdir. Iş materiallarında olan ilkin xr**/**-*** nömrəli məlumat vərəqindən görünür ki, iddiaçının təqvim üzrə xidmət illəri 22 il 2 ay 13 gün, güzəştli xidmət illəri 3 il 2 ay, ümumi xidmət illər 25 il 4 ay 13 gün olaraq göstərilmişdir. Pul təminatı hissəsində son 24 ay və ya istənilən ardıcıl gələn 60 ay üzrə ödənilmiş orta aylıq əmək haqqı qeydi göstərilmişdir. Həmin məlumat vərəqəsinə əlavədən görünür ki, aprel 2012-mart 2014-cü illər, yəni 24 ay üzrə ödənilmiş orta aylıq əmək haqqı əsas götürülərək pensiya hesablaması aparılmışdır. Iş materiallarında olan ***** nömrəli yeni məlumat vərəqindən görünür ki, iddiaçının təqvim üzrə xidmət illəri 22 il 2 ay 13 gün, güzəştli xidmət illəri 3 il 2 ay, ümumi xidmət illər 25 il 4 ay 13 gün olaraq göstərilmişdir. Cəmi təminat xərcliyi 1077,70 manat olaraq göstərilmişdir. Iş materiallarında olan Əmək pensiyasının yenidən hesablanması haqqında ## #### 2024-cü il tarixli qərardan görünür ki, iddiaçıya ##.##.2014-cü ildə yaşa görə əmək pensiyası təyin edilmişdir, hazırki pensiya məbləği 1156,70 manat, yenidən hesablanmış pensiya məbləği 969,39 manat təşkil edir. Yenidən hesablamanın səbəbi: 37.3 və yeni məlumat vərəqi. Iş materiallarında olan ## ### 2014-cü il tarixli əmək pensiyasının təyini qərarından görünür ki, iddiaçıya ## ##### 2014-cü il tarixdən “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinə uyğun olaraq yaşa görə əmək pensiyası təyin edilmişdir. Qərara əlavə edilmiş cədvəldən görünür ki, faktiki sosial sığorta stajı 25 il olaraq müəyyən edilmişdir. Iş materiallarında olan İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs tərəfindən məhkəməyə ünvanlanmış ##.##.2024-cü il tarixli məktubda qeyd olunur: X2 Xidmətinin Azərbaycan Dövlət Neft Şirkətinin obyektləri üzrə Yanğından mühafizə idarəsinin ** nömrəli Yanğından mühafizə hissəsinin sürücüsü və R xüsusi rütbəsində olan İddiaçı xidmətkeçməsinə ##.##.2014-cü ildə “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında Azərbaycan Respublikasının Qanunu”nun 33.1.1-ci maddəsi ilə öz arzusu ilə xitam verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları” ilə nəzərdə tutulmuş məlumat vərəqi (əlavə edilir) Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının ## ##### 2024-cü il tarixli 3-17-1/2-87603/2024-cü il nömrəli məktubu ilə İddiaçı müraciəti əsasında, onun əmək pensiyasının yenidən hesablanması məqsədilə, sorğu edilərək Nazirlik tərəfindən ##.##.2024-cü il tarixdə XR/01169 nömrəsi ilə müvafiq elektron informasiya sisteminə daxil edilməklə ötürülmüşdür. İddiaçı aid qeyd edilən məlumat vərəqində “Zabit heyətinə mənsub şəxslərə, Rlərə, Rlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1992-ci il tarixli *** nömrəli Qərarına uyğun olaraq hesablanmaqla təqvimi xidmət müddəti 22 il 02 ay 13 gün, güzəştli xidmət müddəti 03 il 02 ay 00 gün, cəmi 25 il 04 ay 13 gün olmaqla əks etdirilmişdir. Iş materiallarında olan Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən ##.##.2026-cı il tarixli məktubla məhkəməyə təqdim edilmiş İddiaçı pensiyasının hesablanmasına dair mütəxəssis rəyində qeyd edilir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 1.0.3-cü maddəsinə əsasən hərbi qulluqçular - Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir. Qanunun 1.0.4-cü maddəsinə əsasən xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir. Qanunun 1.0.5-ci maddəsinə görə isə təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Qanunun 3.3-cü maddəsinə əsasən, həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulan şəxslərin pensiya təminatı ilə bağlı müddəalar həmin Qanunun 1.0.4-cü maddəsində nəzərdə tutulan şəxslərə də şamil edilir. Qanunun 20.14.1-ci maddəsinin # ###### 2024-cü il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən, hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin-50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə-55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin-2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması Qaydaları”nın 1-ci hissəsinə əsasən, həmin Qaydalar Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçular və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların müvafiq orqanlar tərəfindən Fonda təqdim olunması qaydalarını müəyyən edir. İddiaçı dair vaxtilə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən son 24 ay üzrə ödənilmiş orta aylıq əməkhaqqı barədə göndərilən məlumatlarda təqvimi xidmət illəri Qanunun 9.7-2ci maddəsinin # #### 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən tələb edilən 25 ildən az - 22 il 2 ay 13 gün təşkil edir. Qanunun 20.28-ci maddəsinə əsasən Qanunun 20.1.20-ci maddəsində nəzərdə tutulan şəxslərin (xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan və qanunla müəyyən edilmiş yaş həddinə çatmış və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş fövqəladə hallar orqanlarının işçilərinin (xüsusi rütbələrdən məhrum edilmiş fövqəladə hallar orqanlarının işçiləri istisna olmaqla)) əmək pensiyasına əlavələr fövqəladə hallar orqanlarında xidmətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləği, pensiya təyinatı tarixinədək əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, təyin edilir. Göründüyü kimi, əmək pensiyası təyin edildiyi tarixə (# ##### 2014-cü il) qanunla müəyyən edilmiş yaş həddinə (həmin tarixə kişilər üçün yaş həddi 63 yaş idi, lakin İddiaçı həmin dövrə 49 yaşı (təvəllüd: ##.##.1964-cü il) var idi) çatmadığı və əmək pensiyası hüququnun yarandığı dövrdə tələb olunan 25 il xidmət müddətinin olmadığı üçün İddiaçı Qanunun sözügedən maddəsinə uyğun əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildi. Lakin yuxarıda qeyd olunan hallar nəzərə alınmadan təqdim olunmuş ## ##### 2014-cü il tarixli xr **/**-*** nömrəli əlavədə son 24 ay üzrə orta aylıq əmək haqqı barədə sənədlərə əsasən İddiaçı # ##### 2014-cü il tarixindən 25 il 4 ay 13 gün (təqvimi xidmət illəri 22 il 2 ay 13 gün, güzəştli xidmət illəri 3 il 2 ay) xidmət müddətinə görə təminat xərcliyinin 80 faizi miqdarında yaşa görə əmək pensiyası təyin edilib. Tərəfimizdən aparılan araşdırma zamanı Fövqəladə Hallar Nazirliyinə verilmiş sorğuya cavab olaraq, İddiaçı dair təqdim olunmuş yeni məlumat vərəqinə əsasən onun əmək pensiyası aşağıdakı qaydada hesablanıb: - # ##### 2014-cü il tarixindən vəzifə maaşı 210,00 manat, rütbə maaşı 102,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 30 faizi miqdarında əlavə 93,60 manat, məharət dərəcəsinə görə vəzifə maaşının 25 faizi miqdarında əlavə 52,50 manat, dəniz şəraitinə görə vəzifə maaşının 75 faizi miqdarında əlavə 157,50 manat, sürücülüyə görə vəzifə maaşının 10 faizi miqdarında əlavə 21,00 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası 64,00 manat olmaqla, cəmi təminat xərcliyi 700,60 manat, pensiya faizi 65 faiz (25 il 2 ay 26 gün xidmət müddəti üçün 20 ilə görə 50 faiz, 5 il üçün hər ili 3 faiz olmaqla 15 faiz) olmaqla, əmək pensiyası 455,39 (700,60 x 65%) manat məbləğində müəyyən edilib. Qanunun 26.3-cü maddəsinə əsasən 2017-ci il ####un #-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il ####un #-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin ## #### 2018-ci il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il ####un #-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.5-ci bəndinə əsasən əmək pensiyası təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləği Qanunun 20.14.1-ci maddəsində nəzərdə tutulan qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər il (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla 20 il xidmət müddətinə görə təminat xərcliyinin 50 faizi, 20 ildən artıq xidmət müddətinin hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün 2 faiz tətbiq edilməklə hesablanır: - 20 il üçün 50%, - 5 il üçün hər ili 2 faiz olmaqla 10 faiz. - 4 ay üçün mütənasib olaraq 0,67 faiz (4 ay / 12 ay x 2 faiz) - təminat xərcliyinin artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi: 50+10+0,67= 60,67 faiz. İddiaçı əmək pensiyasının müəyyən edilməsi üçün təminat xərcliyinin artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 60,67 faiz təşkil edir. - # #### 2018-ci il tarixindən vəzifə maaşı 230,00 manat, rütbə maaşı 102,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 30 faizi miqdarında əlavə 99,60 manat, məharət dərəcəsinə görə vəzifə maaşının 25 faizi miqdarında əlavə 57,50 manat, dəniz şəraitinə görə vəzifə maaşının 75 faizi miqdarında əlavə 172,50 manat, sürücülüyə görə vəzifə maaşının 10 faizi miqdarında əlavə 23,00 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası 64,00 manat olmaqla cəmi təminat xərcliyi 748,60 manat müəyyən edilib. Qeyd olunanları nəzərə alaraq, # #### 2018-ci il tarixinədək olan təminat xərcliyi (700,60 manat) ilə # #### 2018-ci il tarixindən sonrakı təminat xərcliyi (748,60 manat) arasındakı fərq məbləğinin (48,00 manat) 60,67 faizi - 29,12 manat # #### 2018-ci il tarixinədək olan pensiyasının (455,39 manat) üzərinə əlavə olunmaqla 484,51 manat məbləğində əmək pensiyası müəyyən edilib; - # #### 2019-cu il tarixindən vəzifə maaşı 245,00 manat, rütbə maaşı 102,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 30 faizi miqdarında əlavə 104,10 manat, məharət dərəcəsinə görə vəzifə maaşının 25 faizi miqdarında əlavə 61,25 manat, dəniz şəraitinə görə vəzifə maaşının 75 faizi miqdarında əlavə 183,75 manat, sürücülüyə görə vəzifə maaşının 10 faizi miqdarında əlavə 24,50 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası 64,00 manat olmaqla, cəmi təminat xərcliyi 784,60 manat müəyyən edilib. Qeyd olunanları nəzərə alaraq, # #### 2019-cu il tarixinədək olan təminat xərcliyinin (748,60 manat) ilə # #### 2019-cu il tarixindən sonrakı təminat xərcliyi (784,60 manat) arasındakı fərq məbləğinin (36,00 manat) 60,67 faizi - 21,84 manat # #### 2019-cu il tarixinədək olan pensiyasının (484,51 manat) üzərinə əlavə olunmaqla 506,35 manat məbləğində əmək pensiyası müəyyən edilib; - # ### 2019-cu il tarixindən vəzifə maaşı 295,00 manat, rütbə maaşı 102,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 30 faizi miqdarında əlavə 119,10 manat, məharət dərəcəsinə görə vəzifə maaşının 25 faizi miqdarında əlavə 73,75 manat, dəniz şəraitinə görə vəzifə maaşının 75 faizi miqdarında əlavə 221,25 manat, sürücülüyə görə vəzifə maaşının 10 faizi miqdarında əlavə 29,50 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası 64,00 manat olmaqla cəmi təminat xərcliyi 904,60 manat müəyyən edilib. Qeyd olunanları nəzərə alaraq, # ### 2019-cu il tarixinədək olan təminat xərcliyinin (784,60 manat) ilə # ### 2019-cu il tarixindən sonrakı təminat xərcliyi (904,60 manat) arasındakı fərq məbləğinin (120,00 manat) 60,67 faizi - 72,80 manat # ### 2019-ci il tarixinədək olan pensiyasının (506,35 manat) üzərinə əlavə olunmaqla 579,15 manat məbləğində əmək pensiyası müəyyən edilib; - # ######## 2019-cu il tarixindən sözügedən orqan tərəfindən Mərkəzi Filiala daxil olmuş aylıq vəzifə və rütbə maaşlarının məbləğlərinə əsasən sonuncu xidmət keçdiyi vəzifəyə uyğun vəzifə maaşı 359,00 manat, rütbə maaşı 117,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 30 faizi miqdarında əlavə 142,80 manat, məharət dərəcəsinə görə vəzifə maaşının 25 faizi miqdarında əlavə 89,75 manat, dəniz şəraitinə görə vəzifə maaşının 75 faizi miqdarında əlavə 269,25 manat, sürücülüyə görə vəzifə maaşının 10 faizi miqdarında əlavə 35,90 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası 64,00 manat olmaqla cəmi təminat xərcliyi 1077,70 manat müəyyən edilib. Qeyd olunanları nəzərə alaraq, # ######## 2019-cu il tarixinədək olan təminat xərcliyi (904,60 manat) ilə # ######## 2019-cu il tarixindən sonrakı təminat xərcliyi (1077,70 manat) arasındakı fərq məbləğinin (173,10 manat) 60,67 faizi – 105,02 manat # ######## 2019-cu il tarixinədək olan pensiyasının (579,15 manat) üzərinə əlavə olunmaqla 684,17 manat məbləğində əmək pensiyası müəyyən edilib. # ###### 2019-cu il tarixdən fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış kapitala uyğun pensiya məbləği yenidən hesablanaraq 690,94 manat məbləğində müəyyən edilmişdir. Eyni zamanda, Qanunun # ###### 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi və Qanunun 29.1-ci maddəsinə əsasən indeksləşdirilmə ilə əlaqədar əmək pensiyası: - # ###### 2023-cü il tarixindən 871,75 manat, - # ###### 2024-cü il tarixindən 969,39 manat, - # ###### 2025-ci il tarixindən 1047,91 manat, - # ###### 2026-cı il tarixindən 1145,37 manat məbləğində müəyyən olunub. Qanunun 39.1-ci maddəsinin # ###### 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunanlara əsasən, İddiaçı ümumilikdə 7217,93 manat artıq pul vəsaitinin ödənildiyi aşkar olunub. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0.1. əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 1.0.3. hərbi qulluqçular – Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir. 1.0.5. təminat xərcliyi (pul təminatı) – hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. 3.3. Bu qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulan şəxslərin pensiya təminatı ilə bağlı müddəalar bu qanunun 1.0.4-cü maddəsində nəzərdə tutulan şəxslərə də şamil edilir. 9.5. Aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi xidmətdən buraxıldığı gündən hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: 9.5.1. hərbi xidmətdən buraxılanadək 25 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular; 9.5.2. hərbi xidmətdən yaşa görə buraxılmış, buraxıldığı günə 30 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 15 ilini hərbi xidmətdə keçirmiş şəxslər; 9.5.3. hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 48 və daha çox yaşı, 30 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 15 ilini hərbi xidmətdə keçirmiş şəxslər; 9.5.4. hərbi xidmət müddəti 15 il və daha çox olmaqla Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması işlərində köçürmə zonasında iştirak etmiş hərbi qulluqçular (HYPERLINK "https://eqanun.az/framework/56376" \o "Azərbaycan Respublikasının ## ###### 2023-cü il tarixli 1074-VIQD nömrəli Qanunu"## ###### 2023-cü il tarixli ****-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.5.1-ci maddədə “20” rəqəmləri “25” rəqəmləri ilə əvəz edilmişdir). 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.11. bu qanunun 9.5-ci maddəsində göstərilən hərbi qulluqçular. 20.14. Bu qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr pensiya təyinatı tarixinədək təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.14.1. hərbi xidmətdən buraxılanadək 25 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 25 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin – 65 faizi, 25 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin – 2 faizi (HYPERLINK "https://e-qanun.az/framework/11617" \o "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi"müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla (HYPERLINK "http://eqanun.az/framework/35345" \o "Azərbaycan Respublikasının ## #### 2017-ci il tarixli 543- VQD nömrəli Qanunu"## #### 2017-ci il tarixli ***-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 20.14.1-ci maddədə “hər ili” sözlərindən sonra “(il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla)” sözləri əlavə edilmişdir və “3 faizi” sözləri “2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi)” sözləri ilə əvəz edilmişdir. HYPERLINK "https://e-qanun.az/framework/56376" \o "Azərbaycan Respublikasının ## ###### 2023-cü il tarixli 1074-VIQD nömrəli Qanunu" \t "_blank" ## ###### 2023-cü il tarixli ****-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 20.14.1-ci maddədə hər üç halda “20” rəqəmləri “25” rəqəmləri ilə, “50” rəqəmləri “65” rəqəmləri ilə əvəz edilmişdir və həmin maddədən “yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə – 55 faizi,” sözləri çıxarılmışdır). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş «Hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması Qaydaları»:
1. Bu Qaydalar “HYPERLINK "http://e-qanun.az/framework/11566" \o "Azərbaycan Respublikasının 2006-cı il 7 fevral tarixli 54-IIIQ nömrəli Qanunu"Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçular - Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikasının Dövlət Mühafizə Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X5 Xidmətində, Azərbaycan Respublikasının Strateji X3 Agentliyində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət etmiş hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin Ibtidai Araşdırılması Baş Idarəsində xidmət etmiş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra – Fond) təqdim olunması qaydalarını müəyyən edir.
2. Bu Qaydaların 1-ci hissəsində nəzərdə tutulmuş hərbi və xüsusi rütbəli şəxslərin (bundan sonra – hərbi və xüsusi rütbəli şəxslər) təminat xərcliyi (pul təminatı) həmin şəxslərin sonuncu xidmət keçdiyi orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.5-ci maddəsinə uyğun olaraq hesablanır. Işin faktiki hallarından görünür ki, iddiaçı fövqəladə hallar orqanlarında xidmət etmişdir. Təqdim edilmiş ilkin məlumat vərəqinə uyğun olaraq son 24 ay üzrə orta aylıq əmək haqqı barədə sənədlərə əsasən iddiaçıya ## ##### 2014-cü il tarixindən 25 il 4 ay 13 gün (təqvimi xidmət illəri 22 il 2 ay 13 gün, güzəştli xidmət illəri 3 il 2 ay) xidmət müddətinə görə təminat xərcliyinin 80 faizi miqdarında yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.7- 2-ci maddəsinin ##.##.2017-ci ilədək qüvvədə olan redaksiyasına əsasən fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 25 il xidmət stajı olan işçilərin yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 20.28-ci maddəsinə əsasən bu Qanunun 20.1.20-ci maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr fövqəladə hallar orqanlarında xidmətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləği, pensiya təyinatı tarixinədək əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, təyin edilir. Iddiaçıya əmək pensiyasının təyin edildiyi ##.##.2014-cü ildə iddiaçı həm qanunla müəyyən edilmiş yaş həddinə çatmamışdır, həm də həmin tarixdə tələb olunan 25 il xidməti stajı olmamışdır. Bu səbəbdən də üçüncü şəxs tərəfindən təqdim edilmiş yeni məlumat vərəqinə əsasən ## ##### 2014-cü il tarixindən vəzifə maaşı, rütbə maaşı manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 30 faizi miqdarında əlavə, məharət dərəcəsinə görə vəzifə maaşının 25 faizi miqdarında əlavə, dəniz şəraitinə görə vəzifə maaşının 75 faizi miqdarında əlavə, sürücülüyə görə vəzifə maaşının 10 faizi miqdarında əlavə və ərzaq payı əvəzinə verilən pul kompensasiyası daxil olmaqla, cəmi təminat xərcliyi nəzərə alınmaqla, pensiya faizi 65 faiz (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinin ##.##.2017-ci il tarixədək qüvvədə olan redaksiyasına uyğun qaydada təminat xərcliyinin 65 faizi miqdarında) hesablanmışdır (25 il 2 ay 26 gün xidmət müddəti üçün 20 ilə görə 50 faiz, 5 il üçün hər ili 3 faiz olmaqla 15 faiz). Məhkəmə kollegiyası qeyd edir ki, yeni məlumat vərəqi daxil olduqdan sonra iddiaçıya pensiyanın düzgün hesablanmadığı müəyyən edilmiş və bundan sonra əmək pensiyası yenidən hesablanmışdır. Qeyd olunan vəziyyətin olduğu kimi saxlanılması müvafiq əsaslar olmadığı halda pensiyanın təyin edilməsi və ödənilməsi halının, nəticədə iddiaçının hüququ olmadığı pensiya məbliğini almaqda davam etməsinə şərait yaratmış olar. Ona görə də qeyd olunan səhv hesablamanın müəyyən edildikdən sonra aradan qaldırılması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Beləliklə, qanunvericilik normalarına əsasən və iş materiallarına əlavə edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya pensiya məbləği yenidən hesablanarkən cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyin tələblərinin pozulması hallarına yol verilməmişdir. Bu səbəbdən də iddia tələbi əsassızdır və təmin edilməməlidir. Eyni zamanda məhkəmə kollegiyası iddia tələbinin tutulmuş pul məbləğinin geri qaytarılması hissəsi ilə əlaqədar qeyd edir ki, bununla bağlı tərəflər arasında iddia ərizəsi ilə məhkəməyə müraciət edilməmişdən əvvəl mübahisə olmamışdır, iddiaçı tərəfindən sonradan iddia tələbi artırılmışdır. Lakin həm iddiaçı, həm də cavabdeh tərəfindən bununla bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir və iş materiallarından da (tutulmanın aparılması barədə qərar, hesabdan çıxarış, müvafiq bildiriş və s.) iddiaçının əmək pensiyasından məhz hazırda mübahisələndirilən qərara əsasən (pensiyanın hazırda mübahisələndirilən yenidən hesablanmasının nəticəsi olaraq) tutulmaların aparılması müəyyən edilmir. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi həmin hissədə də əsassızdır və təmin edilməməlidir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, qeyd olunanlarla bağlı müvafiq sübutların təqdim edildiyi təqdirdə iddiaçı tutulmuş pensiya məbləğinin geri qaytarılması ilə bağlı iddia tələbi ilə yenidən məhkəməyə müraciət edə (bu barədə cavabdehin qərarı mövcuddursa, həmin qərarın mübahisələndirilməsi də daxil olmaqla), həmin halı yenidən mübahisələndirə bilər. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin qərarı maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən və məhkəmənin qərarda göstərdiyi nəticə işin hallarına uyğun gəlmədiyindən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli və iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə r a r a a l d ı:
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ## #### 2025-ci il tarixli qərarı ləğv edilsin. Iş üzrə yeni qərar qəbul edilsin. Iddia təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.