Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3807/2025 02.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədov (sədrlik edən və məruzəçi), Şərafət Asif qızı Məmmədovadan və X7 ibarət tərkibdə, Səmimə Elşad qızı Əliyevanın katibliyi, İddiaçının vəkili Nümayəndə iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-550/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faftiki halları
1. Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1987-ci il tarixli 277 nömrəli “Torpaq sahələrinin ayrılması haqqında” qərarına əsasən Kolxozların, sovxozların və digər torpaq istifadəçilərinin torpaq sahələrinin ayrılmasına razılığını nəzərə alaraq Azərbaycan SSR Dövlət Aqrar-Sənaye Komitəsinə, Naxçıvan MSSR Nazirlər Sovetinə, DQMV X16 İcraiyyə Komitəsinə və DQMV X16 rayon icraiyyə komitələrinə icazə verilməsi, 1 nömrəli əlavəyə uyğun olaraq nazirliklərə və idarələrə torpaq sahələri ayrılması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş üzvlük kitabçasına əsasən xx.xx.1989-cu il tarixli 06 nömrəli protokoluna əsasən İddiaçı Azərbaycan Elmi-Tədqiqat Məhkəmə Ekspertizası İnstitutu yanında bağçılıq yoldaşlığın üzvüdür, Məhkəmə Ekspertizası İnstitutu bağçılıq yoldaşlığına ayrılmış 2.93 ha torpaq sahəsinin 6 sotu 6 nömrəli bağ sahəsi A.S.Süleymanova ayrılmışdır.
2. Bakı şəhər X21 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 3186 nömrəli “Kollektiv Bağların təşkili üçün torpaq sahələrinin ayrılması haqqında” qərarında göstərilmişdir ki, kollektiv bağçılığın daha da inkişaf etdirilməsi tədbirləri haqqında respublikanın qərarverici orqanlarının qərarlarını icra etmək məqsədi ilə Bakı Şəhər X16 icraiyyə komitəsi qərara almışdır: rayon Sovetlərinin icraiyyə komitələrinin işçi komissiyalarında baxılmış materiallar əsasında aşağıdakı təşkilatlara kollektiv bağların salınması üçün Azərbaycan SSR Ədliyyə Nazirliyinin Azərbaycan Elmi-Tədqiqat Məhkəmə Ekspertizası İnstitutuna şərikliyin 43 üzvü üçün Əzizbəyov rayonundakı Severnaya Dövlət Rayon Elektrik Stansiyasının şimalşərqində bağçılıq şərikləri massivinin ərazisində torpaq sahələri ayrılsın, icma bağının ərazisinin hazırlanmasına yalnız torpaq sahələrinin ayrılması üçün tikinti pasportu alındıqdan, bağın təşkili və inkişafı layihəsi Memarlıq və Şəhərsalma Baş İdarəsi, sanitariya və yanğın nəzarəti orqanları ilə razılaşdırıldıqdan və bütün ərazilərdə torpaq sahəsi verilmiş rayon Sovetinin icraiyyə komitəsində təsdiq edildikdən sonra başlana bilər.
3. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli **********71 nömrəli məktubunda göstərilmişdir ki, Bakı şəhəri, Xəzə'r rayonu, “Şimali” DRES-in şərq hissəsi ərazisində yerləşən torpaq sahəsinin koordinatlarının müəyyənləşdirilməsi və digər məlumatların verilməsinə dair **********. nömrəli, xx.xx.2023-cü il tarixli ərizənizə tərəfimizdən baxılmışdır. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, sözügedən torpaq sahəsinə dair bağçılıq- yoldaşlığın bölgü sxemi arxiv qovluğunda aşkar edilmədiyindən və sahə ayrılarkən koordina sistemində verilmədiyindən torpaq sahəsinin dəqiq yerini təyin etmək mümkün olmamışdır.
4. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli **********80 nömrəli məktubunda göstərilmişdir ki, Sizin Bakı şəhəri, Xəzər rayonu, Şimali DRES-in şimal şərq hissəsində yerləşən 600 kv.m torpaq sahəsi olan 6 saylı bağ sahəsinin dövlət reyestrindən qeydiyyatdan keçib-keçməməsi barədə məlumatın təqdim edilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli müraciətinizə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, “Azərbaycan Elmi-Tədqiqat Məhkəmə Ekspertizası İnstitutu”nun bağçılıq yoldaşlıq birliyi nəzdində Bakı şəhəri, Xəzər rayonu, Şimali DRES-in şimal şərq hissəsində yerləşən 600 kv.m torpaq sahəsi olan 6 nömrəli bağ sahəsinin İddiaçı adına dövlət reyestrində qeydiyyata alınması barədə məlumat aşkar edilməmişdir.
5. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli **********3 nömrəli məktubunda göstərilmişdir ki, Vahid elektron kadastr baza məlumatına əsasən göstərilən torpaq sahəsi “Azərbaycan Elmi-Tədqiqat Məhkəmə Ekspertizası İnstitutu” nun bağçılıq yoldaşlıq birliyinin ayrıc aktından kənarda yerləşməklə bir hissəsi digər bağçılıq- yoldaşlıq ayrıc aktı daxilinə düşür. Həmçinin göstərilən torpaq sahəsinin (bağ sahəsi) və üzərində yerləşən yaşayış evinin bir hissəsi elektrik xəttinin mühafizə zolağına düşür.
6. Azərbaycan Elmi-Tədqiqat Məhkəmə Ekspertizası İnstitutu”nun bağçılıq yoldaşlıq birliyinin bağ sahələrinin sxematik planından görünür ki, planda 43 nəfərin adı və bağların yerləşmə ardıcıllığı qeyd olunmaqla, 6 nömrəli sırada Kişiyeva Zöhrənin adı qeyd edilmiş, siyahıda İddiaçı adı göstərilməmişdir.
7. 01.05.2023-cü il tarixli müayinə aktında qeyd edilmişdir ki, yerli baxış zamanı nümayəndə kənardan digər fiziki şəxs tərəfindən hasarlanmış, bağ evi və köməkçi tikililər inşa edilmiş sahəni göstərdi. Kənardan göstərilən sahə digər fiziki şəxsin adına qeydiyyatdan keçib və sonradan özgəninkiləşdirilib. Kənardan göstərilən sahə digər fiziki şəxsin adına qeydiyyatdan keçib və sonradan özgəninkiləşdirilib. Qeyd olunan ərazi **********75-11301 reyestr nömrəsi ilə qeydiyyata alınıb.
8. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin xx.xx.2024-cü il tarixli **********46 nömrəli məktubu ilə təqdim edilmiş Şüvəlan qəsəbəsi 06/4316 saylı bağ sahəsinə dair hüquqmüəyyənedici sənədlərdən görünür ki: -X3 məxsus üzvlük kitabçasından görünür ki, X8 xx.xx.1989-cu il tarixli 06 nömrəli protokoluna əsasən Bağçılıq Cəmiyyətinə üzv qəbul edilmişdir. Şimal-cənub DREŞ-in ərazisində yerləşən sahə 13-cü keçid küçəsi ünvanında, Bağçılıq cəmiyyəti bağından sahəsi 600 kv.m olan 06 nömrəli bağ sahəsi xx.xx.1989-cu il tarixdə qeydə alınmış 86 nömrəli qərara əsasən daimi istifadə edilmək üçün verilmişdir. -Bağçılıq yoldaşlığın idarə heyətinin 06 nömrıli xx.xx.1989-cu il tarixli protokoldan çıxarışa əsasən X3 bağçılıq yoldaşlıq ərazisində 06 nömrəli 0.06 ha torpaq shaəsi daimi istifadəsindən ötəri verilsin. -X11 və X9 ərazisindəki 06/4316 nömrəli bağın istifadəyə verilməsi haqqında xx.xx.2005-ci il tarixli 35901 nömrəli müqaviləyə əsasən X11 və X12 rayonu Şüvəlan Ərazisində 0.06 ha torpaq sahəsi olan 06/4316 nömrəli bağı X2 istifadəsinə vermişdir. -A№125342 nömrəli Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü”-dən görünür ki, Əzizbəyov rayonu Şüvəlan bağ massivində X3 Bakı şəhər İH-nin BTİ vəİB-nin xx.xx.2005-ci il tarixli 19 saylı protokolu ilə 600 kv.m sahəsi olan 06/4316 saylı bağ evi tikintisi üçün torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. Torpaq sahəsinin ümumi sahəsi 589.68 kv.m təşkil edir, torpaq sahəsinin normativ qiyməti 8963.14 manatdır. -MH seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən “ Çıxarışa əsasən ünvan 2 ünvanında 0.0589 ha torpaq sahəsi xx.xx.2009-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə X2 adına daşınmaz əmlakın dövlət reyestrində 195 nömrəli reyestr kitabının 18189 nömrəli vərəqində qeydiyyata alınmışdır. -AN-İ seriyalı ******* nömrəli xx.xx.2014-cü il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinə əsasən satıcı X8 ünvan 3 ünvanında yerləşən 0.0589 ha torpaq sahəsini alıcı X13 mülkiyyətinə vermişdir. - RX seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən “ Çıxarışa əsasən ünvan 3 ünvanında 0.0589 ha **********75 reyestr nömrəli torpaq sahəsi xx.xx.2014-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə X13 adına daşınmaz əmlakın dövlət reyestrində 195 nömrəli reyestr kitabının 18189 nömrəli vərəqində qeydiyyata alınmışdır. - AN-İ seriyalı ******* nömrəli xx.xx.2014-cü il tarixli Daşınmaz Əmlakın AlqıSatqı Müqaviləsinə əsasən X4 ünvan 3 ünvanında yerləşən 0.0589 ha torpaq sahəsini alıcı X5 mülkiyyətinə vermişdir. - RX seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən “ Çıxarışa əsasən ünvan 3 ünvanında 0.0589 ha **********75 reyestr nömrəli torpaq sahəsi xx.xx.2014-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə X5 adına daşınmaz əmlakın dövlət reyestrində 195 nömrəli reyestr kitabının 18189 nömrəli vərəqində qeydiyyata alınmışdır. - “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən ünvan 4 ünvanında 0.0589 ha **********75 reyestr nömrəli torpaq sahəsi və üzərində 132.7kv.m bağ evi xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə X5 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
10. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli **********47 nömrəli məktubu ilə təqdim edilmiş sənədlərdən görünür ki: -Azərbaycan SSR Ədliyyə Nazirliyinin Azərbaycan Elmi-Tədqiqat Məhkəmə Ekspertizası İnstitutunun kollektiv bağçılıq və tərəvəzçiliyə qoşulmaq arzusunda olan əməkdaşlarının siyahısında 38-ci sırada İddiaçı adı qeyd olunmuşdur. -Azərbaycan ETMEK və KPİ-nin Bağçılıq yoldaşçılıq çəmiyyətinin üzvlərinin siyahısında 6-ci sırada X10 adı, torpaq sahəsinin nömrəsi 6, ölçüsü 6 sot qeyd edilmişdir. -Bakı şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 2004cü ildə tərtib edilmiş 04/303 nömrəli “İstifadəyə(icarəyə) verilən torpaq sahəsinin” Ayrıc aktı təqdim edilmişdir.
11. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli **********94 nömrəli məktubu ilə təqdim edilmiş ortofoto görüntüdən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia olunan torpaq sahəsinin ətrafında 3240, 14/3239, 29/3254 nömrəli bağ sahələri yerləşir. 12.Azərişıq ASC-nin xx.xx.2025-ci il tarixli 13-13/2-1/16- 6535/2025 nömrəli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il, 16 may tarixli, 261 nömrəli Qərarı ilə təsdiq edilmiş "Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılması" Tələblərinə əsasən sözügedən ünvan 6 kV-luq elektrik verilişi xətlərinin mühafizə zonasında yerləşir Yuxarıda qeyd olunan torpaq sahəsinin elektrik xəttinin istismarına maneə törətməməsi səbəbilə qeydiyyata alınmasına etiraz etmirik.
13. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-17720/2025 nömrəli məktubu ilə təqdim edilmiş xx.xx.2025-ci il tarixli müayinə aktından görünür ki, torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə sahəsi 600.0 kv.m, faktiki sahəsi 745.0 kv.m təşkil edir. Torpaq sahəsi mişar daşı ilə hasara alınmışdır. Torpaq sahəində yaşayış evi və həyət tikilisi mövcuddur. Torpaq sahəsinin 1.0 m məsafəsindən 10.0 kv elektrik xətti keçir.
a) Birinci instansiya məhkəməsində icraat
14. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Elmi-Tədqiqat Məhkəmə Ekspertizası İnstitutu və Həmkarlar İttifaqı Komitəsinin xx.xx.1989-cu il tarixli birgə qərarı ilə müvafiq tikinti və əkin işləri aparmaq məqsədilə Bakı şəhəri Əzizbəyov rayonu Şimal Dres-in şimali-şərq ərazisində 06 saylı sahədə yerləşən 6 sot torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınması barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
15. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Elmi-Tədqiqat Məhkəmə Ekspertizası İnstitutu və Həmkarlar İttifaqı Komitəsinin xx.xx.1989-cu il tarixli birgə qərarı ilə müvafiq tikinti və əkin işləri aparmaq məqsədilə ona Bakı şəhəri Əzizbəyov rayonu Şimal Dres-in şimali-şərq ərazisində 6 sot torpaq sahəsi təhkim olunmuşdur. Sözü gedən torpaq sahəsi ona ayrılan vaxtdan faktiki istifadəsindədir və onun üzərində fərdi yaşayış evi tikilmişdir. Həmin torpaq sahəsinin özəlləşdirilməsi üçün cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sonuncu ona müraciətlərə cavab olaraq bildirmişdir ki, Azərbaycan Elmi-Tədqiqat Məhkəmə Ekspertizası İnstitutunun bağçılıq-yoldaşlıq birliyi nəzdində Bakı şəhəri Əzizbəyov rayonu Şimal Dresin şimali-şərq ərazisində 6 sot torpaq sahəsi olan 6 saylı bağ sahəsinin İddiaçı adına qeydiyyatdan keçməmişdir. Digər cavabda isə sözügedən torpaq sahəsinə dair bağçılıq-yoldaşlığın bölgü sxemi arxiv qovluğunun aşkar edilmədiyindən və sahə ayrılarkən koordinant sistemində verilmədiyindən torpaq sahəsinin yerini dəqiq müəyyən etmək olmamışdır. Təqdim edilən sənədlərdən göründüyü kimi ona faktiki olaraq torpaq sahəsi ayrılmış və bu barədə arxiv məlumatları vardır. Torpaq sahəsi faktiki istifadəsində olmasına baxmayaraq cavabdeh orqan torpaq sahəsi müəyyən bəhanələrlə qeydiyyata almaqdan imtina edir.
16. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, göstərilən torpaq sahəsi üzərində hüquqlar eyni bağçılıq- yoldaşlıq nəzdində 06/4316 saylı bağ kimi 35901 nömrəli müqavilə əsasında qeydiyyata alınmış və sonradan X14 adına özgəninkiləşdirilmişdir. Daha sonra xx.xx.2024-cü tarixli, 4Ə-461 reyestr nömrəli bağışlanma müqaviləsi əsasında X1 adına özgəninkiləşdirilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.3-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olubolmamasının müəyyən edilməsi yolu ilə aparılır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
17. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-550/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir.
18. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
b) Apellyasiya şikayətinin dəlilləri
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı iddia etdiyi Bakı şəhəri Əzizbəyov rayonu Şimal Dres-in şimali-şərq ərazisində 06 saylı sahədə yerləşən 6 sot torpaq sahəsi ilə bağlı üzvlük kitabçasını təqdim etmişdir. İş üzrə müəyyən olunur ki, iddiaçının adı arxivdə saxlanılan və məhkəmə sorğusu ilə əldə edilmiş Azərbaycan SSR Ədliyyə Nazirliyinin Azərbaycan Elmi-Tədqiqat Məhkəmə Ekspertizası İnstitutunun kollektiv bağçılıq və tərəvəzçiliyə qoşulmaq arzusunda olan əməkdaşlarının 43 nəfərlik siyahısında 38-ci sırada İddiaçı adı qeyd olunmuşdur. Daha sonradan tərtib edilmiş yenilənmiş 43 nəfərlik siyahıda iddiaçının adının qeyd edilməməsi iddiaçıdan asılı olan bir səbəb deyil və işin müəyyən olunmuş hallarından da görünür ki, iddiaçı 30 ildən çoxdur ki, mübahisəsiz olaraq sözü gedən evdə yaşayır və ətrafdakı evlər X11 və İstismarı Birliyinə məxsus torpaq sahələridir. İddiaçı vaxtı ilə ona göstərilən torpaq sahəsində ev tikmişdir və görünən odur ki, müasir texnolgiyadan istifadə edilən torpaq sahəsindən heç də uzaqda yaşamamışdır.
ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatları
21. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.
22. Cavabdeh təşkilata məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmədə nümayəndəsinin iştrakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iddia tələbinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir
TƏTBİQ EDİLƏN HÜQUQ
23. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;
24. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: 8.0, 8.0.7-ci maddələrinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.
25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
27. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.3-cü maddələrinə əsasən)
29. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 23-25-ci bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.
30. Belə ki, iddiaçı Bakı şəhəri Əzizbəyov rayonu Şimal Dres-in şimali-şərq ərazisində 06 saylı sahədə yerləşən 6 sot torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınması barədə dövlət reyestrindən çıxarışın verilməsini tələb edir və bununla bağlı üzvlük kitabçasını da təqdim etmişdir.
31. Cavabdeh orqan is bildirir ki, Bakı şəhəri Əzizbəyov rayonu Şimal Dres-in şimali-şərq ərazisində 06 saylı sahədə yerləşən 6 sot torpaq sahəsi digər şəxslərin adına qeydiyyatdan keçmiş və həmin torpaq sahəsinə dair bağçılıq-yoldaşlığın bölgü sxemi arxiv qovluğunda aşkar edilmədiyindən imtina cavabı verilmişdir.
32. İş materillarından görünür ki, iddiaçının adı Azərbaycan SSR Ədliyyə Nazirliyinin Azərbaycan Elmi-Tədqiqat Məhkəmə Ekspertizası İnstitutunun kollektiv bağçılıq və tərəvəzçiliyə qoşulmaq arzusunda olan əməkdaşlarının 43 nəfərlik siyahısında 38-ci sırada İddiaçı adı qeyd olunsa da, sonradan tərtib edilmiş yenilənmiş 43 nəfərlik siyahıda iddiaçının adı qeyd edilməmişdir. Eyni zamanda həm yenilənmiş siyahıda, həm də bağçılığa dair tərtib edilmiş bağların yerləşmə planında da iddiaçının adı göstərilməmiş, hər ikisində 6 nömrəli bağın X15 aid olduğu qeyd edilmişdir. Eyni siyahda olan eyni nömrəli bağ sahəsinə dair əldə edilmiş ilkin hüquqmüəyəynedici sənədlərdən məlum olmuşdur ki, X8 Azərbaycan Elmi-Tədqiqat Məhkəmə Ekspertizası İnstitutunun kollektiv bağçılığın üzvü olmuş, ona 600 kv.m olan 06 nömrəli bağ sahəsi Bağçılıq yoldaşlığın idarə heyətinin 06 nömrəli xx.xx.1989-cu il tarixli protokoldan çıxarışa əsasən ayrılmış, qeyd edilən bağ sahəsi üzvlük kitabçası, protokoldan çıxarış, X11 və X9 ərazisindəki 06/4316 nömrəli bağın istifadəyə verilməsi haqqında xx.xx.2005-ci il tarixli 35901 nömrəli müqavilə əsasında Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü tətrtib edilərək xx.xx.2009-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, daha sonra torpaq sahəsi özgəninkiləşdirilmiş və hazırda həmin torpaq sahəsi və üzərində bağ evi xüsusi mülkiyyət hüququ ilə digər şəxsin adına qeydiyyatdadır.
33. İşin apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 22 sentyabr 2025-ci il tarixli sorğuya cavab məktubuna əsasən Mərkəzdə olan arxiv sənədlərində qeyd olunmuş Birliyin fəaliyyətinə dair hər hansı sənəd aşkar edilməmişdir.
34. Eyni zamanda Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 24 sentyabr 2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, siyahıda 38-ci sırada adı göstərilmiş X6, 39-cu sırada adı göstərilmiş X18 və 6-cı sırada adı göstərilmiş X15 torpaq sahələri Bağçılıq Cəmiyyəti üzvlərinin 27 aprel 1989-cü il tarixli 06 saylı protokolu əsasında ayrılmış və daşınmaz əmlakın dövlət reyestrində onların mülkiyyət hüquqları qeydə alınmışdır.
35. Kollegiya qeyd edir ki, qanunvericiliyin normalarına əsasən üzvlük kitabçası yalnız bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verildiyi halda hüquqmüəyyənedici sənəd qüvvəsinə malik hesab olunur. Hazırkı halda isə iddiaçı tərəfin təqdim etdiyi üzvlük kitabçası Azərbaycan Elmi-Tədqiqat Məhkəmə Ekspertizası İnstitutunun kollektiv bağçılığın qüvvədə olan yenilənmiş üzvlərinin siyahısında yoxdur. Bu halda iddiaçının təqdim etdiyi üzvlük kitabçası iddia etdiyi bağ sahəsinə dair hüquqmüəyyənedici sənəd qismində qeydiyyata əsas vermir.
36. Həmçinin işdə olan ortofoto görüntüdən görünür ki, iddiaçı tərəfindən iddia olunan bağ sahəsi Şərqşünas bağçılıq yoldaşlığın ayrıc aktı daxilində olan ərazidə yerləşir. İddiaçı tərəfindən iddia olunan torpaq sahəsinin ətrafında 3240, 14/3239, 29/3254 nömrəli bağ sahələri mövcuddur. Həmin bağ sahələrinə dair ilkin hüquqmüəyyənedici sənədlərə baxış keçirilərək müəyyən edilmişdir ki, qeyd edilən bağlar Şərqşünas bağçılıq yoldaşlığına aid protokol, üzvlük kitabçaları əsasında mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır.
37. Bu baxımdan kollegiya hesab edir ki, iddia olunan bağ sahəsinə dair hüquqmüəyyənedici sənədlər olmadığından və həmin sahənin bağçılığa aid ərazi daxilində yerləşmədiyindən iddiaçının adına mülkiyyət hüquqlarının qeydiyyata alınmaması barədə birinci instansiya məhkəməsi qanuni və əsaslı olmuşdur.
38. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
39. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
40. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-550/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-550/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.