Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3808/2024 17.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ““güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X2 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, İddiaçının, onun vəkili (nümayəndəsi) Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9091/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Məhkəmənin sorğusuna əsasən "xxxx" MMC-nin 31 may 2024-cü il tarixli məktubu ilə iş stajı barədə məlumatlar məhkəməyə təqdim edilmişdir.
2. “Əmək pensiyasına qulluq stajına görə əlavələrin hesablanması üçün” arayışda qeyd olunur ki, 32 Beauty stlomatoloji klinikasında rentgen texniki xx.xx.2019-xx.xx.2023 tarixləri arasındakı işlədiyi dövr ərzində onun əmək haqqının ümumi məbləği 16366.67 (on altı min üç yüz altmış altı manat 67 qəpik) manat təşkil etmişdir.
3. “Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” arayışda qeyd olunur ki, iddiaçı "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən peşədə (vəzifədə) 32 Beauty stomatoloji klinikasında rentgen texniki vəzifəsində (əmr **********1) xx.xx.2019-cu ildən bu günədək işləmişdir. İşlədiyi vəzifə üzrə sosial sığorta (əmək) stajı 04 il 20 gün təşkil edir. İşlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri ionlaşdırıcı şüalanma mənbələri olan rentgen aparatları ilə işdən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 19 bəndinə (yarımbəndinə) və (və ya) 3211 vəzifə koduna uyğundur.
4. “Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” xx.xx.2023-cü il tarixli arayışa əsasən İddiaçı "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən "xxxx" MMC-də Rentgenoloq-fizioterapevt vəzifəsində xx.xx.2011-xx.xx.2019 (Əmr № 03/2; Əmr № 41/19) dövr ərzində işləmişdir. İşlədiyi vəzifə üzrə sosial sığorta stajı 8 il 5 ay 14 gün təşkil edir. İşlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri ionlaşdırıcı şüalanma mənbələri olan rentgen aparatı ilə iş ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 19 bəndinə (yarımbəndinə) və (və ya) 3211 vəzifə koduna uyğundur.
5. “Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” xx.xx.2023-cü il tarixli arayışa əsasən İddiaçı “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən “32 Gözəl’’ MMC-də Rentgenoloq-fizioterapevt vəzifəsində xx.xx.2002-xx.xx.2011 (Əmr № 03/6; Əmr № 04) dövr ərzində işləmişdir. İşlədiyi vəzifə üzrə sosial sığorta stajı 8 il 8 ay 5 gün təşkil edir. İşlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri ionlaşdırıcı şüalanma mənbələri olan rentgen aparatı ilə iş ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 19 bəndinə (yarımbəndinə) və (və ya) 3211 vəzifə koduna uyğundur.
6. İddiaçının İT-İ ******* nömrəli əmək kitabçasının sürətinə əsasən, o, əmək fəaliyyətinə xx.xx.1982-ci ildə başlamış, xx.xx.2001-xx.xx.2002-ci illərdə Stomatoloji Poliklinikada tibb bacısı vəzifəsində, "xxxx" MMC-də xx.xx.2002-ci ildən tibb bacısı, xx.xx.2007-ci ildən xx.xx.2011-ci ilədək rentgenoloq-fizioterapevt, "xxxx" MMC-də xx.xx.2011-ci ildən xx.xx.2019-cu ilədək rentgenoloq-fizioterapevt, xx.xx.2019-cu ildən 32 Beauty Stomatoloji klinikasında feldşer-laborant, xx.xx.2020-ci ildən 32 Beauty Stomatoloji klinikasının rentgen kabinetində rentgen-texniki vəzifəsində işləmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məhkəməyə müraciət edərək, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçının ərizəsinə əsasən iddia tələbi “İddiaçı 58 yaş 06 ayının tamam olduğu xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi dəyişdirilmişdir.
9. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 06 dekabr 2023-cü il tarixində pensiya təyin edilməsi barədə müraciət etmişdir. Müraciətinə 28 dekabr 2023-cü il tarixli imtina bildirişində qeyd edilmişdir ki, “bildiririk ki, “Əmək pensiyaları haqqında’’ Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 9.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan qadınlar 55 yaşına çatdıqda çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin hazırda qüvvədə olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan olan işlərin (istehsalın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 10 ilini çalışmış qadınların həmin Qanununun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə 63 il 6 ayına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya kapitalına təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək penssiyası hüququ vardır. Mərkəzi Filiala təqdim etdiyiniz ”32 Gözəl” MMC-nin Sizə dair 23 noyabr 2023-cü il tarixli 04 nönrəli arayışında xx.xx.2002-xx.xx.2011-ci il tarixləri arasındakı dövr ərzində Rentgenoloq-fizioterapevt vəzifəsində işlədiyiniz qeyd olunmuşdur. İşlədiyiniz vəzifə sözügedən arayışda istinad Azərbaycan Respulikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın tibb və sosial təminat müəssisələrində (19) nəzərdə tutulmamışdır. Bu səbəbdən də sizin güzəştli ış stajınız 10 idən az (3 il 7 ay 17 gün (xx.xx.2020 xx.xx.2023-cü il tarixləri arasındakı dövr) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.” İddiaçı xx xxxx 1964-cü il tarixdə anadan olmuşdur. Yəni, hazırda 60 yaşı var. Əmək fəaliyyətinə daha əvvəl başlasa da, "xxxx" MMC-də xx.xx.2007-ci il tarixdən rentgenoloq-fizioterapevt vəzifəsinə keçirilmiş, xx.xx.2011-ci il tarixdə öz ərizəsi ilə həmin vəzifədən kənarlaşdırılmış, xx.xx.2011-ci il tarixdən "xxxx" MMC-də rentgenoloq-fizioterapevt vəzifəsinə təyin edilmiş, xx.xx.2019cu il tarixdə həmin vəzifədən öz ərizəsi ilə kənarlaşdırılmış, xx.xx.2020-ci il tarixdə isə həmin MMC-nin 32 beauty stomatoloji klinikasının rentgen kabinetində rentgentexniki vəzifəsinə keçirilmişdir. Bütün bu dövrlərdə rentgen kabinetində işləmişdir. Əgər rentgen kabinetində işləməsə və rentgenoloq kimi fəaliyyət göstərməsə, onu həmin vəzifəyə də təyin etməzdilər. İddiaçının ixtisaslaşması da rentgenoloq ixtisası üzrə olmuşdur. İmtina bildirişində qeyd edilir ki, NK-nın 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş "güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı nın tibb və sosial təminat müəssisələri bölməsində rentgenoloq vəzifəsi nəzərdə tutulmuşdur. Göründüyü kimi onun 10 ildən artıq müddətə güzəştli şərtlərlə əmək stajı vardır.Cavabdeh qurumun iddiaçıya ünvanladığı güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra- Qanun) 9.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin hazırda qüvvədə olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 10 ilini çalışmış qadınların həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 63 il 6 ayına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dəkyaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filiala təqdim etdiyiniz "xxxx" MMC-nin sizə dair 23 noyabr 2023-cü il tarixli 04 №- li arayışında xx.xx.2002-xx.xx.2011ci il tarixləri arasındakı dövr ərzində Rentgenoloqfizioterapevt vəzifəsində işlədiyiniz qeyd olunmuşdur. İşlədiyiniz vəzifə sözügedən arayışda istinad edilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın tibb və sosial təminat müəssisələri bölməsində (19) nəzərdə tutulmamışdır. Bu səbəbdən də sizin güzəştli iş stajınız 10 ildən az (3 il 7 ay 17 gün (xx.xx.2020- xx.xx.2023-cü il tarixləri arasındakı dövr) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.”
10. .Cavabdehin məhkəməyə ünvanladığı iddiaya yazılı etirazda bildirilmişdir ki, iddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilən "xxxx" MMC-nın 23 noyabr 2023-cu il tarixli 04 nömrəli arayışında xx.xx.2002-xx.xx.2011-ci il tarixləri arasındakı dövr ərzində Rentgenoloq-fizioterapevt vəzifəsində işlədiyi qeyd edilmişdir. İddiaçı işlədiyi vəzifə sözügedən arayışda istinad edilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın tibb və sosial təminat müəssisələri bölməsin də (19) nəzərdə tutulmamışdır. Göstərilən səbəblərdən də İddiaçı güzəştli iş stajı 10 ildən az (03 il 07 ay 17 gün (xx.xx.2020-xx.xx.2023-cü il tarixləri arasındakı dövr) təşkil edir. Beləliklə, iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan güzəştli iş stajı tamamlanmır. Göründüyü kimi, iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsi üçün tələb olunan şərtlər ödənilmədiyindən həmin tarixdən ona yaşa görə pensiyanın təyin edilməsi mümkün olmamışdır.
11. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9091/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır.
12. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən peşədə qanunvericiliklə tələb olunan 10 il müddətindən çox müddətdə işləməsi xx.xx.1982-ci il tarixli əmək kitabçası, işəgötürən müəssisələrin - “32 Gözəl’’ MMC və "xxxx" MMC-nin arayışları ilə təsdiqlənir.
13. Odur ki, İddiaçı 58 yaş 6 ayının tamam olduğu xx.xx.2022ci ilədək (15 il 16 gün) əmək şəraitinə görə güzəştli şərtlərlə əmək stajı mövcuddur.
14. İddiaçının pensiya kapitalı ilə bağlı mübahisə yoxdur. Fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verir. Bununla belə, məhkəmə hesab edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qüvvədə olan redaksiyası həmin tələbi istisna etmişdir və qeyd edilən hal əmək pensiyaçısının hüquqi vəziyyətini yüngülləşdirən haldır. Bununla bağlı məhkəmə əlavə araşdırmanın və əsaslandırmanın aparılmasına prosessual qənaət prinsipindən irəli gələrək zərurət görmür.
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
15. Qərardan cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9091/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
c) Apellyasiya şikayətinin dəlilləri
16. Apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar məzmunda olmaqla əlavə onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilən "xxxx" MMC-nin 23 noyabr 2023- cü il tarixli 04 nömrəli arayışında xx.xx.2002-xx.xx.2011-ci il tarixləri arasındakı dövr ərzində Rentgenoloq-fizioterapevt vəzifəsində işlədiyi qeyd edilmişdir. İddiaçı işlədiyi vəzifə sözügedən arayışda istinad edilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı’nın tibb və sosial təminat müəssisələri bölməsin də (19) nəzərdə tutulmamışdır. Göstərilən səbəblərdən də İddiaçı güzəştli iş stajı 10 ildən az (03 il 07 * ay 17 gün(xx.xx.2020-xx.xx.2023-cü il tarixləri arasındakı dövr) təşkil edir. Beləliklə, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan güzəştli iş stajı tamamlanmır. Birinci instansiya məhkəməsi qeyd olunan məsələləri araşdırmamış, həqiqətə nail olmaq üçün göstərilən faktlara hüquqi münasibət bildirmədən əsassız olaraq iddianı təmin etmişdir.
ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmayıb.
d) Prosses iştirakçılarının izahatları
18. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
19. Məhkəmə kollegiyasının iclasında iddiaçı və vəkili (nümayəndəsi) apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdirlər.
Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır
21. «İnzibati icraat haqqında» Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.10-cu maddəsinə əsasən əlverişli inzibati akt – maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır. 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 21.1 və 21.2-ci maddələrinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, 24-cü maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.
22. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun: 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.
23. 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddə qeyd edilən yeni redaksiyada verilmişdir. əvvəlki redaksiyada deyilirdi: 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.
24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1 məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan diger materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
25. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
26. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
28. Mübahisənin mahiyyətinə və apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə, məhkəmənin mövqeyi aşağıdakı kimidir:
29. İddiaçıxx.xx.1964-cü il təvəllüdlüdür və güzəştli şərtlərlə pensiya təyininə dair xx.xx.2023- cü il tarixdə müraciət etmişdir.
30. İddiaçının ümumi iş stajı ilə bağlı mübahisə yoxdur. Əmək kitabçasına əsasən 58 yaş 6 ayının tamam olduğu xx.xx.2022-ci il tarixə iddiaçının ümumi stajı 20 ildən çoxdur.
31. İddiaçının mübahisələndirilən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən əmək şəraiti zərərli və ağır olan işlərdə iş stajına münasibətdə məhkəmə qeyd edir ki, “32 Gözəl’’ MMC və "xxxx" MMC tərəfinfən təqdim edilən arayışlardan məlum olur ki, iddiaçı güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən peşədə (vəzifədə): - “32 Gözəl’’ MMC-də Rentgenoloq-fizioterapevt vəzifəsində xx.xx.2002-xx.xx.2011 (Əmr № 03/6; Əmr № 04) dövr ərzində işləmişdir. İşlədiyi vəzifə üzrə sosial sığorta stajı 8 il 8 ay 5 gün təşkil edir. - "xxxx" MMC-də Rentgenoloqfizioterapevt vəzifəsində xx.xx.2011-xx.xx.2019 (Əmr № 03/2; Əmr № 41/19) dövr ərzində işləmişdir. İşlədiyi vəzifə üzrə sosial sığorta stajı 8 il 5 ay 14 gün təşkil edir. - 32 Beauty stomatoloji klinikasında rentgen texniki vəzifəsində (əmr **********1) xx.xx.2019-cu ildən bu günədək işləmişdir. İşlədiyi vəzifə üzrə sosial sığorta (əmək) stajı 04 il 20 gün təşkil edir. Qeyd olunan vəzifələrin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri ionlaşdırıcı şüalanma mənbələri olan rentgen aparatı ilə iş ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 19 bəndinə (yarımbəndinə) və (və ya) 3211 vəzifə koduna uyğundur.
32. Məhkəmə qeyd edir ki, iddiaçının əmək kitabçasında xx.xx.2007-ci il tarixdən xx.xx.2011ci il tarixə, həmçinin xx.xx.2011-ci il tarixdən xx.xx.2019-cu il tarixədək çalışdığı rentgenoloq-fizioterapevt və xx.xx.2020-ci il tarixdən çalışdığı rentgen texniki vəzifəsi ilə bağlı “32 Gözəl’’ MMC və "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli arayışlarında rentgenoloq-fizioterapevt və rentgen texniki vəzifələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 19-cu bəndinə (yarımbəndinə) və (və ya) 3211 vəzifə koduna uyğun olduğu qeyd edilmişdir.
33. İnzibati orqan peşəsi və vəzifəsi ilə bağlı, xüsusilə də peşənin adı və aid olduğu fəaliyyət sahəsi ilə bağlı məlumatların sadəcə olaraq ifadə tərzinə istinad etməklə kifayətlənməməli, həm də həmin peşə və ya vəzifə üzrə şəxsin icra etdiyi əmək funksiyalarının və gördüyü işlərin məzmununu, peşə və vəzifənin xarakterini və bunun üzərindən onların fəaliyyət sahəsi baxımından universal keyfiyyətə malik ola biləcəyini də araşdırmağa və nəzərə almağa borcludur.
34. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, işəgötürən hüquqi şəxslər tərəfindən təqdim edilən arayışlardan bəlli olur ki, iddiaçının işlədiyi sözügedən vəzifələr ionlaşdırıcı şüalanma mənbələri olan rentgen aparatı ilə işlərdir və güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətlərə sahibdir.
35. Göründüyü kimi iddiaçının xx.xx.2007-ci il tarixdən xx.xx.2011-ci il tarixədək və xx.xx.2011-ci il tarixdən xx.xx.2019-cu il tarixədək çalışdığı rentgenoloq-fizioterapevt vəzifəsi güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən peşədə iş stajı olmuşdur. Bu iddiaçının əmək fəaliyyətinin cavabdeh tərəfindən mübahisələndirilən dövrüdür.
36. Bundan başqa iddiaçının cavabdeh tərəfindən mübahisələndirilməyən güzəştli iş stajına münasibətdə məhkəmə qeyd edir ki, xx.xx.2020-xx.xx.2023-cü il tarixdə işlədiyi rentgen kabinetində rentgen texniki vəzifəsi də güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrdir.
37. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 19. Tibb və sosial təminat müəssisələri bölməsinin rentgen laborantları, o cümlədən rentgen cərrahiyyəsi, angioqrafiya və flüroqrafiya kabinetlərinin, rentgen şöbələrinin (kabinetlərinin) orta tibb heyəti, həmçinin rentgen cərrahiyyəsi, angioqrafiya kabinetlərində daimi məşğul olan orta tibb heyəti yarımbölməsi üzrə vəzifələr iddiaçının rentgenoloq-fizioterapevt və rentgen texniki vəzifələrinə uyğundur.
38. Beləliklə, iddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən peşədə qanunvericiliklə tələb olunan 10 il müddətindən çox müddətdə işləməsi xx.xx.1982-ci il tarixli əmək kitabçası, işəgötürən müəssisələrin - “32 Gözəl’’ MMC və "xxxx" MMC-nin arayışları ilə təsdiqlənir.
39. Odur ki, İddiaçı 58 yaş 6 ayının tamam olduğu xx.xx.2022ci ilədək (15 il 16 gün) əmək şəraitinə görə güzəştli şərtlərlə əmək stajı mövcuddur.
40. Apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar məzmunda olmaqla əlavə onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilən "xxxx" MMC-nin 23 noyabr 2023-cü il tarixli 04 nömrəli arayışında xx.xx.2002-xx.xx.2011-ci il tarixləri arasındakı dövr ərzində Rentgenoloq-fizioterapevt vəzifəsində işlədiyi qeyd edilmişdir. İddiaçı işlədiyi vəzifə sözügedən arayışda istinad edilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı’nın tibb və sosial təminat müəssisələri bölməsin də (19) nəzərdə tutulmamışdır. Göstərilən səbəblərdən də İddiaçı güzəştli iş stajı 10 ildən az (03 il 07 * ay 17 gün(xx.xx.2020-xx.xx.2023-cü il tarixləri arasındakı dövr) təşkil edir. Beləliklə, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan güzəştli iş stajı tamamlanmır. Birinci instansiya məhkəməsi qeyd olunan məsələləri araşdırmamış, həqiqətə nail olmaq üçün göstərilən faktlara hüquqi münasibət bildirmədən əsassız olaraq iddianı təmin etmişdir.
41. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə Kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı’nın tibb və sosial təminat müəssisələri bölməsin də (19) Rentgenoloq vəzifəsi göstərilməsi iddiaçının mübahisələndirilən dövr üzrə işlədiyi Rentgenoloq-fizioterapevt vəzifəsinin güzəştli pensiya stajı kimi qəbul edilməməsinə hüquqi əsas sayıla bilməz.
42. Belə ki, iddiaçının əmək kitabçasında xx.xx.2007-ci il tarixdən xx.xx.2011ci il tarixə, həmçinin xx.xx.2011-ci il tarixdən xx.xx.2019-cu il tarixədək çalışdığı rentgenoloqfizioterapevt və xx.xx.2020-ci il tarixdən çalışdığı rentgen texniki vəzifəsi ilə bağlı “32 Gözəl’’ MMC və "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli arayışlarında rentgenoloqfizioterapevt və rentgen texniki vəzifələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 19-cu bəndinə (yarımbəndinə) və (və ya) 3211 vəzifə koduna uyğun olduğu qeyd edilmişdir.
43. Bundan başqa, iddiaçının Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən orta tibb heyətində rentgenoloq vəzifəsi ilə eyni funksiyaları yerinə yetirməsi belə izah olunur ki, qeyd olunan vəzifələrin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri ionlaşdırıcı şüalanma mənbələri olan rentgen aparatı ilə iş icra etməkdən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 19 bəndinə (yarımbəndinə) və (və ya) 3211 vəzifə koduna uyğundur.
44. İddiaçının pensiya kapitalı ilə bağlı mübahisə yoxdur. Fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verir. Bununla belə, məhkəmə hesab edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qüvvədə olan redaksiyası həmin tələbi istisna etmişdir və qeyd edilən hal əmək pensiyaçısının hüquqi vəziyyətini yüngülləşdirən haldır. Bununla bağlı məhkəmə əlavə araşdırmanın və əsaslandırmanın aparılmasına prosessual qənaət prinsipindən irəli gələrək zərurət görmür.
45. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.
46. Məhkəmə Kollegfiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq nəticəyə gəlmişdir ki, cavabdeh orqanın pensiya təyinindən imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur, cavabdeh orqanın iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtinası əsassızdır və məhkəmənin mövqeyi nəzərə alınmaqla iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
47. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
48. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9091/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
49. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9091/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.