Məhkəmə qərarları › İş №2-1(103)-381/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-381/2025

11.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-381/2025 11.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, Əzizzadə Rüfanə Elxan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinə qarşı “ünvan 1 ünvanına dair iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 21 iyun 2024-cü il tarixli, 2-1(112)- 229/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında şifahi məhkəmə qaydasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D I : İddiaçı Bakı İnzibati Məhkəməsində iddia qaldıraraq cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “ünvan 1 ünvanına dair iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, xx.xx.1997-ci il tarixdə fərdi evin tikintisi üçün 146 saylı sərəncama əsasən Qaradağ rayon İH-nin başçısı iddiaçıya 600 kv.m torpaq sahəsi ayırmışdır. Həmin torpaq sahəsi Sahil qəsəbəsi, Balıqçılar küçəsi 8 ünvanında yerləşir. xx.xx.2001-ci il tarixdə 30/2 B saylı evin texniki pasportunu alsa da bu günə qədər evin çıxarışını ala bilməmişdir. NK-nın 2016-cı il 1 aprel tarixli qərarına əsasən sahilboyu 20-50 m zolağda olan tikintiyə sənəd verilməsinə icazə verilmişdir. İddiaçının evi sahilboyu 67 m kənarda inşa olmuşdur. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, elektron kadastr məlumatına əsasən sözügedən torpaq sahəsi Xəzər dənizinin mühafizə zolağında yerləşir (faktiki torpaq sahəsi Xəzər dənizinin sahilindən 36-38-47-50 metr məsafədə yerləşir). Bundan başqa torpaq sahəsinin sənəd üzrə sahəsi 0.06 ha, faktiki ölçüsü isə 0.0499 ha-dır. Bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır və iddiaçıya xx.xx.2017-ci il tarixli, **********18 nömrəli, xx.xx.2018-ci il tarixli, **********35 nömrəli, xx.xx.2018-ci il tarixli, **********38 nömrəli cavab məktubları ünvanlanmışdır. İdarənin mütəxəssisləri tərəfindən fərdi yaşayış evinə keçirilmiş yerli baxış zamanı müəyyən edilmişdir ki, A yaşayış evində texniki pasportda göstərilməyən ikinci mərtəbə inşa edilmişdir. Texniki pasportda qeyd olunan B tikilisi sökülmüş, torpaq sahəsində əlavə talvar inşa edilmişdir. Faktiki torpaq sahəsi ilə təqdim edilmiş texniki pasport arasında konfiqurasiya fərqi mövcuddur. Bakı İnzibati Məhkəməsinin 21 iyun 2024-cü il tarixli, 2-1(112)-229/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Balıqçılar küçəsində yerləşən İddiaçı mülkiyyət hüququ ilə məxsus olan fərdi yaşayış evinin dövlət qeydiyyatına alınması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmiş və aparılmış ekspertiza tədqiqatlarının dəyəri 50 (əlli) manat məbləğində cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə (keçiriləcək hesab: Büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: Adı: X2, kodu: 210005, VÖEN ********** Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, Hesab:AZ34CTRE********************) ödənilməsi qərara alınmışdır. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Cavabdeh məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. AR İPM-nin 62.3cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 21 iyun 2024-cü il tarixli, 2-1(112)-229/2024 nömrəli qərarı dəyişdirilməli və iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti Başçısının Sahil Qəsəbəsi üzrə nümayəndəliyinin 20 noyabr 2017-ci il tarixli arayışından görünür ki, Qaradağ rayon İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli 146 saylı sərəncamında torpaq sahəsi Sahil qəsəbəsi, ünvan 2 ünvanında yaşayan vətəndaş X1 ayrılmış, vətəndaşın adı və atasının adı sərəncamda düzgün qeyd edilməmiş, vətəndaşın düzgün (soyadı, adı, atasının adı) İddiaçı Mirzəbaba oğludur. - Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli, 146 nömrəli Sərəncamına əsasən, Bakı şəhər XDS İcrakomunun xx.xx.1989-cu il tarixli, 13/713 saylı qərarına və Bakı şəhər İcra hakimiyyətinin memarlıq və şəhərsalma baş idarəsinin xx.xx.1996-cı il tarixli 18/03e- 8/916 saylı məktubu rəhbər tutularaq, Sahil qəsəbəsi, Bakı pr-ti 56 mənzil 3 sakini İddiaçı Mirzəbaba oğluna fərdi yaşayış evinin tikintisi məqsədi ilə Sahil qəsəbəsində 600 kv.m torpaq sahəsi ayrılıb verilmişdir. - Bakı şəhəri Qaradağ rayonu Sahil Bələdiyyəsinin 110 nömrəli, 17 noyabr 2017-ci il tarixli arayışında göstərilmişdir ki, xx.xx.1997-ci il tarixində Qaradağ RİH başçısının 146 saylı sərəncamına əsasən ayrılmış 600 kv.m torpaq sahəsi İddiaçı adına verilmişdir. - AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin iddiaçıya ünvanladığı 14 fevral 2022-ci il tarixli, **********06 nömrəli məktubunda göstərilmişdir ki, göstərilən torpaq sahəsi üzərindəki tikiliyə Daşınmaz Əmlakın Dövət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən təkrar baxış keçirilmiş və həmin daşınmaz Xəzər dənizinin mühafizə zolağında yerləşdiyi müəyyən edilmişdir. - 05 oktyabr 2001-ci il tarixli “Müqavilənamə”yə əsasən, Qaradağ rayon xalq deputatları Soveti icraiyyə komitəsinin təsərrüfat şöbəsi Bakı şəhər xalq deputatlar Soveti icraiyyə komitəsinin 1989-cu il tarixli, 13/713 nömrəli qərarına müvafiq olaraq Qaradağ rayon xalq deputatları Soveti icraiyyə komitəsinin verdiyi xx.xx.1997-ci il tarixli, 146 saylı vəkalətnamə əsasında fəaliyyətdə olan şöbə müdiri İsmailov Namizəd şəxsində, “ev tikdirən” X1 Sahil qəsəbəsi, 600 metr, ümumi sahəsi 600 kv.m olan torpaq sahəsi müddətsiz istifadə etmək hüququ əsasında verilmişdir. - Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 27 iyun 2001-ci ildə tərtib edilmiş “X4 daxil olan yaşayış evinin texniki pasportu”ndan görünür ki, İddiaçı torpaq sahəsi üzrə eksplikasiya sənədlə 600,0, həqiqi 605,0, tikinti altında 219,0 kv.m, sahələrin xarakteristikası – məzillərin sayı 1, yaşayış otaqlarının sayı 3, yaşayış sahə 42,24, köməkçi sahə 41,71 kv.m olmaqla ümumi sahəsi 83,95 kv.mdir. - cavabdeh inzibati orqan tərəfindən xx.xx.2023-cü il tarixli, 3-21-3-30/2-27804/2023 **********04 nömrəli cavab məktubu ilə bildirilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilmiş, baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsinin sənəd üzrə sahəsi 0.06 ha, faktiki sahəsi isə 0.0499 ha təşkil edir. Torpaq sahəsinin sərhədləri mişar daşı ilə hasarlanmışdır. Bir tərəfdən yol, iki tərəfdən qonşu sahələr, bir tərəfdən isə Xəzər dənizinin sahili ilə əhatə olunmuşdur - Cavabdeh inzibati orqan tərəfindən xx.xx.2023-cü il tarixli, 3-21-3-30/2-45252/2023 **********52 nömrəli cavab məktubu əsasında təqdim edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, göstərilən torpaq sahəsi faktiki olaraq hasar daxili 0.0499 ha təşkil edir. Torpaq sahəsinin üzərində ikimərtəbəli yaşayış evi və köməkçi tikili mövcuddur. Faktiki olaraq göstərilən torpaq sahəsinin koordinatları əks etdirən sxem əlavə edilmişdir. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə bütövlüklə Xəzər dənizinin (gölünün) mühafizə zolağında yerləşir. - 15 dekabr 2023-cü il tarixli “akt”dan görünür ki, xx.xx.1997-ci il tarixli 146 saylı Qaradağ rayon İHB-nın sərəncamına əsasən Sahil qəsəbəsi, Balıqçılar küçəsi İddiaçı fərdi ev tikintisi üçün verilmiş 600 kv.m torpaq sahəsində yaşayış üçün fərdi ev inşa olunmuşdur. Həmin evin alt hissəsində (təməl) dəniz sahilboyu zolağına 67 (altmış yeddi) metr, dəniz səviyyəsindən 6 (altı) metr hündürlükdə yerləşir. - Məhkəmə Ekspertizası Mərkəzinin 03 aprel 2024-cü il tarixli, 3-16-16/2-10/1845 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, göstərilən torpaq sahəsi faktiki olaraq hasar daxili 0.0499 ha təşkil edir. Torpaq sahəsinin üzərində iki mərtəbəli yaşayış evi və köməkçi tikili mövcuddur. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə bütövlükdə Xəzər dənizinin (gölünün) mühafizə zolağında yerləşir. Birinci instansiya məhkəmsi hazırkı iş üzrə hesab etmişdir ki, “yuxarıda istinad edilən qanunvericilik normalarındanda göründüyü kimi Xəzər dənizinin, (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələri dövlətin mülkiyyətində qalmaqla özgəninkiləşdirilə bilməz və yalnız müvafiq icra hakimiyyəti orqanının qərarı ilə istifadəyə və icarəyə verilə bilər. İddiaçının qeydiyyata alınmasını tələb etdiyi fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi iddiaçıya xx.xx.1997-ci il tarixində Qaradağ RİH başçısının 146 saylı sərəncamına əsasən fərdi yaşayış evinin tikintisi üçün ayrılmışdır. Odur ki, iddiaçının istifadəsində olmaqla, fərdi yaşayış evinə dair hüquqmüəyyənedici sənədlərin mövcudluğu iş materialları ilə sübuta yetirilmişdir.” Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərarı ilə qismən razılaşır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: - 46 maddəsinin 1-ci hissəsi. Dövlət mülkiyyətində olan torpaqlara aşağıdakılar daxildir: Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin su fondu torpaqları; Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlar; - 46-ci maddəsinin 2.-ci hissəsi. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, həmin torpaqlar bu məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. -46-ci maddəsinin 2.-ci hissəsinin 2-1.bəndi. Xəzər dənizinin, (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələri dövlətin mülkiyyətində qalmaqla özgəninkiləşdirilə bilməz və yalnız müvafiq icra hakimiyyəti orqanının qərarı ilə istifadəyə və icarəyə verilə bilər. Bu maddənin birinci cümləsinə uyğun olaraq istifadəyə və ya icarəyə verilməsi barədə qərar qəbul edilmiş Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahəsi müvafiq icra hakimiyyəti orqanının icazəsi əsasında dənizin sahilinə gediş-gəlişi məhdudlaşdırmamaq şərti ilə hasara alınma yolu ilə və ya digər üsullarla bağlanıla bilər. Yalnız dövlətin iqtisadi və ya təhlükəsizlik mənafelərinin təmin edilməsi ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanının qərarı ilə həmin torpaq sahələrinə gediş-gəliş məhdudlaşdırıla bilər. Göstərilən sahilboyu zolağın qrafiki təsviri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Sahilboyu zolaq Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin su səthinin quru ilə bu qanun qüvvəyə mindikdən sonra mövcud olan təmas xəttindən hesablanır. Sahilboyu zolağın qrafiki təsvirində həmçinin zolağın 20 metrdən 50 metrədək müəyyənləşdirilməsinə əsas olan su səthinin quru ilə təmas xəttinin mövcud və təbii təsirlərlə əlaqədar dəyişən vəziyyəti öz əksini tapmalıdır. İctimai çimərliklərdə (müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyələr tərəfindən yaradılan və ya bu məqsədlər üçün hüquqi və fiziki şəxslərə icarəyə verilən, gediş-gəlişi məhdudlaşdırılmayan çimərlik) sahilboyu 20-50 metrlik zolağın altında olan torpaq sahəsinin dənizin sahilinə gediş-gəlişi məhdudlaşdırmamaq şərti ilə hasara alınma yolu ilə və ya digər üsullarla bağlanmasına o halda yol verilir ki, hasar və ya bağlanma üçün istifadə edilən tikinti konstruksiyaları qəfəsəli olmaqla, sahil tərəfdən dənizin və onun sahilində su ilə qurunun təmas xəttinin görünməsini məhdudlaşdırmasın və həmin hasarın və ya tikinti konstruksiyasının sahilboyu uzunluğunun hər 200 metrindən bir dövlət sərhədinin mühafizəsinin təmin olunması məqsədi ilə nəqliyyat vasitələrinin hərəkəti üçün yetərli olan eni 6 metrdən az olmayaraq sahilə birbaşa keçid təmin olunsun. Hazırkı işin hallarından müəyyən edilir ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Balıqçılar küçəsi ünvanında fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli, 146 saylı sərəncamına əsasən iddiaçıya ayrılmışdır. Cavabdeh tərəfindən mülkiyyət payı tam iddiaçıya məxsus olması barədə qeyd edilməklə evin X4 daxil edilməsinə dair texniki pasport tərtib edilmişdir. Hazırda iddiaçı ona ayrılmış torpaq sahəsində yerləşən fərdi yaşayış evinin dövlət qeydiyyatına alınması üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının müraciətdən imtina edilmişdir. Odur ki iddiaçı hazırki iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim edilən etirazın əsasını təşkil edilən hal torpaq sahəsinin Xəzər dənizinin mühafizə zolağında yerləşməsindən ibarətdir. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarından görünür ki, birinci instansiya icraatı zamanı məhkəmə tərəfindən məhkəmə mühəndis texniki ekspertizası təyin edilsə də, ekspert qarşısında yalnız iddiaçıya ayrılmış torpaq sahəsi ilə bağlı sual qoyulmuşdur. Bu səbəbdən işin hazırkı apellyasiya icraatı zamanı müvafiq yaşayış sahəsinin Xəzər dənizinin mühafizə zolağında yerləşməsi, dənizin sahilindən hansı məsafədə yerləşməsi müəyyən edilməsi məqsədi ilə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş, ekspertin qarşısında aşağıdakı sual qoyulmuşdur:

1. ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi Xəzər dənizinin sahilboyu mühafizə zolağında yerləşirmi?

2. ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi Xəzər dənizinin sahilindən hansı məsafədə yerləşir? Qərardadın icrası ilə əlaqədar məhkəməyə təqdim edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/9115 №-li ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, “ 1. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinin 2-1 bəndinə, o cümlədən “Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının, ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 24 mart tarixli, 56 nömrəli qərarı ilə qaydalara əsasən, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin Xəzər dənizinin sahilboyu mühafizə zolağında yerləşmədiyi müəyyən edilmişdir.

2. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi Xəzər dənizinin sahilindən 68 metr məsafədə yerləşir.” Göründüyü kimi cavabdeh inzibati orqanın bununla bağlı dəlilləri əsassız olmuşdur. Digər tərəfdən nəzərə alınmalıdır ki, işin birinci instansiya icraatı zamanı Məhkəmə Ekspertizası Mərkəzinin 03 aprel 2024-cü il tarixli, 3-16-16/2-10/1845 nömrəli ekspert rəyində nəticə hissəsində torpaq sahəsinin faktiki olaraq hasar daxili 0.0499 ha təşkil etdiyi qeyd edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, işin birinci instansiya icraatı zamanı məhkəmə tərəfindən iddiaçıya iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin təqdim edilməsi təklif edilməmişdir. Bununla əlaqədar olaraq sonuncu məhkəmə iclasında iddiaçıya AR İPM-nin 13-cü maddəsinə uyğun olaraq iddia tələbinin dəqiqləşdirilməsi təklif edilmiş, iddiaçı ərizə təqdim edərək, ünvan 8 ünvanında yerləşən 0,0499 ha torpaq sahəsinə və üzərində olan evə dair çıxarış verilməsini öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının qeydiyyata alınmasını tələb etdiyi fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi iddiaçıya xx.xx.1997-ci il tarixində Qaradağ RİH başçısının 146 saylı sərəncamına əsasən fərdi yaşayış evinin tikintisi üçün ayrılmışdır. Belə olan halda iddiaçının istifadəsində olmaqla, fərdi yaşayış evinə dair hüquqmüəyyənedici sənədlərin mövcudluğu iş materialları ilə sübuta yetirilir. Məhkəmə kollegiyası cavabdeh orqanın imtinasının dəlillərini iddianın təmin edilməməsinin əsası kimi qəbul etmir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun: 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi hazırkı iş üzrə daşınmaz əmlakın dövlət qeydiyyatından imtinasının əsaslarını nəzərdə tutan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində göstərilən hallar müəyyən edilmir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.” AR İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının dəqiqləşdirilmiş iddia tələbi nəzərə alınmalı və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və onun yerləşdiyi 0,0499 ha torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 21 iyun 2024-cü il tarixli, 2-1(112)-229/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Q Ə R A R A A L D I : Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 21 iyun 2024-cü il tarixli, 2-1(112)-229/2024 nömrəli qərarı dəyişdirilsin. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və onun yerləşdiyi 0,0499 ha torpaq sahəsinə dair İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, çıxarışın verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar