Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3814/2025 04.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “müharibə veteranı adı və vəsiqəsinin verilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X2 (sədrlik edən və məruzəçi), Mədətli Fərid İlham oğlu və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, Nizamlı Aygün Ülviyyət qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1369/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İŞİN HALLARİ
1. Azərbaycan Respublikası Müdafiə Nazirliyi (bundan sonra – cavabdeh) tərəfindən İddiaçı (bundan sonra – iddiaçı) ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2023-cü il və təkrar xx.xx.2023-cü il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilməmişdir. Təqdim olunmuş sənədlərə və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2022ci il tarixli 4/2-5123 nömrəli arayışına əsasən ərizədə qeyd olunan əmrdə azad edilməyinizin səbəbi qeyd edilmədiyinə və qeydiyyata durmaq üçün aidiyyəti üzrə RHK-na göndərilmənizinə dair məlumatlar olmadığına görə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Əlavə olaraq bildiririk ki, “Vətəndaşların müraciətləri haqqında” Qanunun 14.08-ci maddəsinə görə ərizəçi müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında 30 (otuz) gün müddətinə şikayət vermək hüququna malikdir.
2. Müdafiə Nazirliyinin Katibliyi Mərkəzi Axiv tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Arxiv arayışında qeyd edilmişdir ki, N №-li hərbi hissə komandirinin N iyul N2-ci il tarixli 26 №-li əmrində Şəmkir RHK-dan səfərbər olunmuş İddiaçı (əsas: § 11, sıra 6, səh 13, əmrdə adı və atasının adı tam yazılmamışdır, hərbi rütbəsi və vəzifəsi göstərilməyib, əmr hərbi hissə komandiri və qərargah rəisi tərəfindən imzalanmamışdır) hərbi hissənin şəxsi heyət üzvlüyünə qəbul olunması barədə məlumat vardır. Şəmkir RHK tərəfindən səfərbər edilmiş Müşviq Rzayevin raportuna əsasən N №-li hərbi hissə komandirinin N sentyabr N2-ci il tarixli 62 №-li əmrində (əsas: § 5, sıra 10, səh 31, əmrdə adı Müşviq yazılmışdır və atasının adı yazılmamışdır, hərbi rütbəsi və vəzifəsi göstərilməyib.əmr hərbi hissə komandiri tərəfindən imzalanmamışdır) xx.xx.N2-ci il tarixdən şəxsi heyət üzvlüyündən azad edilməsi barədə məlumat vardır. Şəmkir RHK tərəfindən səfərbər edilmiş Müşviq Rzayevin raportuna əsasən N №-Ji hərbi hissə komandirinin N sentyabr N2-ci il tarixli 65 №-li əmrində (əsas: § 3, sıra 21, səh 34, əmrdə adı Müşviq yazılmışdır və atasının adı yazılmamışdır, hərbi rütbəsi və vəzifəsi göstərilməyib, əmr hərbi hissə komandiri və qərargah rəisi tərəfindən imzalanmamışdır) xx.xx.N2-ci il tarixdən şəxsi heyət üzvlüyündən azad edilməsi barədə məlumat vardır.
3. Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən Hüquq İdarəsinin rəisinə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan N №-li hərbi hissə komandirinin xx.xx.N1-xx.xx.N2-ci il tarixli nizami hissə üzrə əmrlərində və hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı barəsində məlumat aşkar olunmamışdır. N №-li hərbi hissə komandirinin xx.xx.1987-xx.xx.N2-ci il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır
4. N №-li hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli 26 №-li Əmrindən Çıxarışa əsasən Respublikanın ayrı-ayrı hərbi komissarlıqları tərəfindən səfərbər edilmiş çağırışçılar N nömrəli h/hissənin şəxsi heyət üzvlüyünə qəbul edilmiş və yeməkxanada isti yemək siyahısına salınmışdırlar. Şəxsi heyət yataqla və döyüş zamanı silahla təchiz edilmişdir.
6. İddiaçı (adı və atasının adı tam yazılmamışdır)
5. N №-li hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli 62 №-li Əmrindən Çıxarışa əsasən Şəmkir rayon hərbi komissarlığı tərəfindən səfərbər olunmuş çağırışçıların raportlarına əsasən adları aşağıda göstərilmiş çağırışçılar N nömrəli h/h-nin şəxsi heyət üzvlüyündən azad olunmuşdurlar. Azad edilmə tarixi 01.09.92-ci il tarixdən hesablansın.
10. Rzayev Müşviq (adı “Müşviq” yazılmışdır, atasının adı yazılmamışdır)
6. N №-li hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli 65 №-li Əmrindən Çıxarışa əsasən Şəmkir rayon hərbi komissarlığı tərəfindən səfərbər olunmuş çağırışçıların raportlarına əsasən adları aşağıda göstərilmiş çağırışçılar N nömrəli h/h-nin şəxsi heyət üzvlüyündən azad olunmuşdurlar. Azad edilmə tarixi 01.09.92-ci il tarixdən hesablansın.
1. Rzayev Müşviq ( adı “Müşviq” yazılmışdır, atasının adı yazılmamışdır)
7. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı” qovluğunda 702(722) №-li hərbi hissənin xx.xx.N2-ci il tarixdən xx.xx.N4-cü il tarixədək döyüş əməliyyatlarında iştirakı barədə məlumat qeyd edilmişdir.
8. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2025-ci il tarixli və xx.xx.2025ci il tarixli məktubda qeyd edilmişdir ki, İddiaçı xx.xx.N2-ci il tarixdən N №-li hərbi hissənin heyət üzvlüyündən azad edilməsi barədə N №-li hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli 65 №-li əmrinin verilməsi üçün əsas olmuş sənədlər Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTİ
a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Nürəddin oğlu 1987-ci il tarixdə 06 may tarixdə Şirvan Hərbi Komisarlığı tərəfindən səfərbərlik və hərbi çağırış üzrə hərbi xidmətə çağırılmış və xidmət etmək üçün Milli Ordunın tərkibində olan hərbi hissəyə göndərilmişdir. İddiaçı N saylı hərbi hissənin tərkibində, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda təcavüzkar Ermənistan Respublikasının silahlı qüvvələrinə qarşı aparılan 1-ci Qarabağ müharibəsi zamanı döyüş əməliyyatlarında iştirak etmiş, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı N saylı hərbi hissələrin tərkibində döyüşmüşdür. İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli 26 №-li əmrilə (əsas: § 11, sıra-6, səh 13, əmrdə adı və atasının adı tam yazılmamışdır, hərbi rütbəsi və vəzifəsi tam göstərilməmişdir, əmr hərbi hissə komandiri və qərargah rəsis tərəfindən imzalanmamışdır) şəxsi heyətinin sıralarına daxil olunaraq xidmətə qəbul olunması barədə məlumat vardır. Azərbaycan Respublikası Müdafiə Nazirinin Katibliyi Mərkəzi Arxivin xx.xx.2022-ci il tarixli arayışında göstəridir ki, motoatıcı taborda xidmət edən, sıravi İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N3-cü il tarixli 62 №-li əmrilə (əsas: §-5, sıra- 10, səh-31, əmrdə adı “Müşviq” yazılmış və atasının adı yazılmamışdır, hərbi rütbəsi və vəzifəsi tam göstərilməmişdir, əmr hərbi hissə komandiri və qərargah rəsis tərəfindən imzalanmamışdır) həmin tarixdən taborun xx.xx.N3-cü il tarixdən şəxsi heyət üzvlüyündən azad edilməsi barədə məlumat vardır. Şəmkir RHK tərəfindən səfərbər edilmiş, sıravi İddiaçı raportuna əsasən N №- li hərbi hissə komandirinin xx.xx.N3-cü il tarixli 65 №-li əmrilə (əsas: §-3, sıra-21, səh-34, əmrdə adı “Müşviq” yazılmış və atasının adı yazılmamışdır, hərbi rütbəsi və vəzifəsi tam göstərilməmişdir, əmr hərbi hissə komandiri və qərargah rəsis tərəfindən imzalanmamışdır) həmin tarixdən taborun xx.xx.N3-cü il tarixdən şəxsi heyət üzvlüyündən azad edilməsi barədə məlumat vardır. İddiaçı adına olan hərbi biletdə həmçinin onun “Qarabağ cəbhəsində erməni quldurlarına qarşı vuruşmuşdur” barədə qeyd aparılmışdır. Həmçinin onunla birlikdə döyüşlərdə iştirak edən müharibə veteranları X6 və X3 oz ərizələrində İddiaçı Nürəddin oğlunun döyüşlərdə fəal iştirak etdiyini yazılı qaydada tərtib olunmuş ərizələrdə göstərmişlər. Adları qeyd olunan şəxslər yuxarıda göstərilən məlumatları məhkəmə iclasında şahid kimi də təsdiq etməə hazırdırlar. Bundan başqa, İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidəmt etməsi, döyüş əməliyyatlarında iştirak etməsi, onun döyüş yoldaşları ilə həmin dövrdə çəkdirdiyi fotoşəkilərlə də təsdiq olunur. Yuxarıda göstərilənlərə əsasən müəyyən edilir ki, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Lakin buna baxmayaraq İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciətinə hər hansı münasibət bildirilməmiş, ərizəsinə cavab belə verməmişlər. Aşağıdakılara əsasən hesab edirik ki, cavabdeh inzibati orqanın İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlı mövqeyi qanunsuz və əsassızdır. Buna görə də İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh inzibati orqanın üzərinə qoyulmalıdır.
11. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
12. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının tələbinin mahiyyəti, iddiaçının müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmasından ibarətdir. İddiaçı hesab edir ki, iddia tələbi əsassız olduğundan aşağıdakı səbəblərdən təmin edilə bilməz. Belə ki, iddia tələbinin təmin edilməsini istisna edən hüquqi əsasına gəldikdə isə qeyd etmək zəruridir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N5-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən: 1988-ci il fevralın 1-dən N4-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N4-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X4 Agentliyivə hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Göründüyü kimi inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir. Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehiyata buaxılmasdır. Normanı ümumiləşdirərək qeyd etmək istəyirəm ki, şəxsə Müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: Şəxsin xidmət keçməsi: Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması. Bunun müvafiq sənədlərdə əks edilməsi: Bu zaman zəruri sənədlər məlumuna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. İddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivin xx.xx.2024-cü il tarixli 2319 nömrəli arxiv məktubundan da göründüyü kimi iddiaçının qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumatlar aşkar olunmamışdır. Bu kimi halları nəzərə alaraq, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının müraciətinə haqlı olaraq müsbət qərar qəbul edilməmişdir. İşin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxmından hesab edilir ki, iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 aprel tarixli, 396 nömrəli Fərmanının 1.3-cü bəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin. Deməli, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin hamısı müharibə veteranı sayılmır. Əgər sayılsaydı, onların sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasına ehtiyac qalmazdı. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə edilmiş əlavəyə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslər «Müharibə veteranı» sayılmırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı isə öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Odur ki, yuxarıda göstərilənləri nəzərə alıb, Azərbaycan Respublikası İPMnin 38, 47.2, 48.2-ci, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 47-ci və 154-cü maddələrini rəhbər tutaraq, məhkəmədən iddia ərizəsinin təmin edilməməsi xahiş edilir.
13. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1369/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir.
14. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, şəxsin (i) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirakı faktı; (ii) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməməsi, eləcə də hərbi xidmətdən qanuni əsaslarla tərxis edilmiş olması; və (iii) həmin dövrdə hərbi cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilibedilməməsi (bəraətverici əsaslarla cinayət təqibinə xitam istisna olmaqla) və məhkumluğunun olub-olmaması olmalıdır.
15. 1-ci hala münasibətdə iddiaçının hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması faktı təsdiq olunmur.
16. 2-ci hala münasibətdə məhkəmə qeyd edir ki, həmin dövrdə iddiaçının hərbi cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilməsi və məhkumluğunun olub-olmaması məhz Daxili İşlər Nazirliyi və onun rayon polis idarə (şöbələri) tərəfindən təqdim edilən fərdi uçot məlumatları əsasında müəyyən edilməlidir. Məhkəmə sorğusuna verilən cavab əsasında iddiaçının məhkumluğunun olmadığı müəyyən edilir. Lakin məhkəmə qeyd etmişdir ki, hər iki hal eyni zamanda mövcud olduğu təqdirdə iddiaçının müvafiq hüququ təmin oluna bilər
17. İddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1369/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ
b) Apellyasiya şikayətinin dəlilləri
18. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə oxşarlıq təşkil etməklə onunla əsaslandırılmışdır ki, iddia ərizəsində də qeyd olunduğu kimi, İddiaçı Nürəddin oğlu 1987-ci il tarixdə 06 may tarixdə Şirvan Hərbi Komisarlığtərəfindən səfərbərlik və hərbi çağırış üzrə hərbi xidmətə çağırılmış və xidmət etmək üçün Milli Ordunun tərkibində olan hərbi hissəyə göndərilmişdir. İddiaçı Müsfiq Rzayev N saylı hərbi hissənin tərkibində, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda təcavüzkar Ermənistan Respublikasının silahlı qüvvələrinə qarşı aparılan 1-ci Qarabağ müharibəsi zamanı döyüş əməliyyatlarında iştirak etmiş, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı N saylı hərbi hissələrin tərkibində döyüşmüşdür. İddiaçı Müsfiq Rzayev N №-li hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli 26 №-li əmrilə (əsas: § 11, sıra-6, səh 13, əmrdə adı və atasının adıtam yazılmamışdır, hərbi rütbəsi və vəzifəsi tam göstərilməmişdir, əmr hərbi hissə komandiri və qərargah rəsis tərəfindən imzalanmamışdır) şəxsi heyətinin sıralarına daxil olunaraq xidmətə qəbul olunması barədə məlumat vardır. Azərbaycan Respublikası Müdafiə Nazirinin Katibliyi Mərkəzi Arxivin xx.xx.2022-ci il tarixli arayışında göstərirlir ki, motoatıcı taborda xidmət edən,sıravi Müsfiq Rzayev N №-li hərbi hissə komandirinin xx.xx.N3-cü il tarixli 62 №-li əmrilə (əsas: §-5, sıra- 10, səh-31, əmrdə adı “Müşviq” yazılmış və atasının adı yazılmamışdır, hərbi rütbəsi və vəzifəsi tam göstərilməmişdir, əmr hərbi hissə komandiri və qərargah rəsis tərəfindən imzalanmamışdır) həmin tarixdən taborun xx.xx.N3-cü il tarixdən şəxsi heyət üzvlüyündən azad edilməsi barədə məlumat vardır. Şəmkir RHK tərəfindən səfərbər edilmiş, sıravi Müsfiq Rzayevin raportuna əsasən N №-li hərbi hissə komandirinin xx.xx.N3-cü il tarixli 65 №-liəmrilə (əsas: §-3, sıra-21, səh-34, əmrdə adı “Müşviq” yazılmış və atasının adı yazılmamışdır, hərbi rütbəsi və vəzifəsi tam göstərilməmişdir, əmr hərbi hissə komandiri və qərargah rəsis tərəfindən imzalanmamışdır) həmin tarixdən taborun xx.xx.N3-cü il tarixdən şəxsi heyət üzvlüyündən azad edilməsi barədə məlumat vardır. Müsfiq Rzayevin adına olan hərbi biletdə həmçinin onun “Qarabağ cəbhəsində erməni quldurlarına qarşı vuruşmuşdur” barədə qeyd aparılmışdır. Həmçinin onunla birlikdə döyüşlərdə iştirak edən müharibə veteranları X6 və X3 oz ərizələrindəİddiaçı Nürəddin oğlunun döyüşlərdə fəal iştirak etdiyini yazılı qaydada tərtib olunmuş ərizələrdə göstərmişlər. Məhkəmə sorğularına əsasən məhkəməyə təqdim olunmuş sənədlərdən də görünür ki, İddiaçı 1-ci Qarabağ müharibəsində N2-ciildə Cəbrayıl şəhəri ərazisində dislokasiya edilmiş və erməni təcavüzkarlarına qarşı döyüşən N saylı hərbi hissənin şəxsi heyətinin üzvlüyünə qəbul edilmiş, hərbi hissənin tərkibində döyüşlərdə iştirak etmiş,-xx.xx.N2-ci il tarixdən isə öz raportuna əsasən hərbi hissənin şəxsi heyət üzvlüyündən azadedilmişdir. Məhkəmə araşdırması zamanı o da müəyyən edilmişdir ki, İddiaçı xidmət etdiyi N saylı hərbi cinayətlərlə bağlı, o cümldəənhissəsi özbaşına tərk etməsi, fərarilik cinayətlərinin törədilməsi ilə bağlı məhkum olunmamış, bəraətverici əsaslarla məsuliyyətdən azad olunmamışdır. Göründüyü kimi, İddiaçı xidmət etdiyi və canından və qanından keçərək, erməni işğalçılarına qarşı döyüşdüyü N saylı hərbi hissənin şəxsi heyətinin üzvlüyündən öz raportu ilə çıxarılması, bu barədə həmin hərbi hissə üzrə verilmiş və qərargah rəisi tərəfindən imzalanmış xx.xx.N2-ci il tarixli, 62 saylı əmrlə tam təsdiq olunur. Sözügedən əmrin verilməsi üçün əsas olan sənədlərin Müdafiə Nazirliyinin arxiv idarəsində aşkar olunmamasının və ya sənədlərin hərbi hissətərəfindən arxivə verilməməsinin məsuliyyəti İddiaçı üzərinə qoyula bilməz. Həmin məsuliyyət o halda qoyula bilərdi ki, o, xidmət etdiyi hərbihissəsi özbaşına tərk etsin, hərbi xidmətdən fərarilik etsin. Lakin belə bir hal mövcud deyil. İddiaçı Azərbaycan Respublikasının vətəndaşı olaraqKonstitusiya ilə onun üzərinə qoyulmuş vəzifəni layiqincə yerinə yetirmiş, vətənin dar vaxtında hərbi çağırışdan yayınmamış, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində N saylı hərbi hissədə hərbi xidmət keçmiş, hərbi hissənin təkibində çanı və qanı bahasına ermənilərə qarşı vuruşmuş, daha sonraailə vəziyyəti ilə bağlı hərbi hissənin şəxsi heyətinin üzvlüyündən azad olunmuşdur. Lakin işə baxan Bakı İnzibati Məhkəməsi, bu halları nəzərə almamış, mübahisənin həllinə formal olaraq yanaşmışdır. Bakı İnzibati Məhkəməsinin nəzərə almadığı digər hal isə N2-ci ildə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hələ tam formalaşmaması, hərbi hissə komandirlərinin səriştəsizliyi, rəsmi sənədlərə laqeyd yanaşmaları, habelə həmin vaxt Qarabağda mövcud olan ağır vəziyyətdir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
d) Prosses iştirakçılarının izahatları
20. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
21. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu
Maddə 3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; ... Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyətiorqanları tərəfindən verilir.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N5-ci il tarixli 216 saylı Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”
Müharibə veteranı adı aşağıdakı qaydada verilir: .... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən N4-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa,Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X4 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında;
23. Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə:
Maddə 20. Bilavasitə hərbi hissədən buraxılan hərbi qulluqçular üçün-onların hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarıldığı gün hərbi xidmətin sonu sayılır.
24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:
Maddə 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2.məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydalarla əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
26. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələrini) və faktlar (faktiki halları) da nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarı tam olaraq yoxlanılır.
27. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
29. Məhkəmə kollegiyası qeyd edir ki qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının iddia tələbi ilə bağlı məsələ birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir.
30. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı birinci instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur və birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
31. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
32. Yuxarıda istinad olunan prosessual normalarda təsbit olunmuş işin hallarının araşdırılması prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu, məhkəmənin xidməti vəzifəsindən irəli gəlir.
33. Məhkəmə kollegiyası işin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
34. İş materiallarına əsasən müəyyən olunmuşdur ki: - Azərbaycan Respublikası Müdafiə Nazirliyi (bundan sonra – cavabdeh) tərəfindən İddiaçı (bundan sonra – iddiaçı) ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2023-cü il və təkrar xx.xx.2023-cü il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilməmişdir. Təqdim olunmuş sənədlərə və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2022ci il tarixli 4/2-5123 nömrəli arayışına əsasən ərizədə qeyd olunan əmrdə azad edilməyinizin səbəbi qeyd edilmədiyinə və qeydiyyata durmaq üçün aidiyyəti üzrə RHK-na göndərilmənizinə dair məlumatlar olmadığına görə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Əlavə olaraq bildiririk ki, “Vətəndaşların müraciətləri haqqında” Qanunun 14.08-ci maddəsinə görə ərizəçi müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında 30 (otuz) gün müddətinə şikayət vermək hüququna malikdir. - Müdafiə Nazirliyinin Katibliyi Mərkəzi Axiv tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Arxiv arayışında qeyd edilmişdir ki, N №-li hərbi hissə komandirinin N iyul N2-ci il tarixli 26 №-li əmrində Şəmkir RHK-dan səfərbər olunmuş İddiaçı (əsas: § 11, sıra 6, səh 13, əmrdə adı və atasının adı tam yazılmamışdır, hərbi rütbəsi və vəzifəsi göstərilməyib, əmr hərbi hissə komandiri və qərargah rəisi tərəfindən imzalanmamışdır) hərbi hissənin şəxsi heyət üzvlüyünə qəbul olunması barədə məlumat vardır. Şəmkir RHK tərəfindən səfərbər edilmiş Müşviq Rzayevin raportuna əsasən N №-li hərbi hissə komandirinin N sentyabr N2-ci il tarixli 62 №-li əmrində (əsas: § 5, sıra 10, səh 31, əmrdə adı Müşviq yazılmışdır və atasının adı yazılmamışdır, hərbi rütbəsi və vəzifəsi göstərilməyib.əmr hərbi hissə komandiri tərəfindən imzalanmamışdır) xx.xx.N2-ci il tarixdən şəxsi heyət üzvlüyündən azad edilməsi barədə məlumat vardır. Şəmkir RHK tərəfindən səfərbər edilmiş Müşviq Rzayevin raportuna əsasən N №-Ji hərbi hissə komandirinin N sentyabr N2-ci il tarixli 65 №-li əmrində (əsas: § 3, sıra 21, səh 34, əmrdə adı Müşviq yazılmışdır və atasının adı yazılmamışdır, hərbi rütbəsi və vəzifəsi göstərilməyib, əmr hərbi hissə komandiri və qərargah rəisi tərəfindən imzalanmamışdır) xx.xx.N2-ci il tarixdən şəxsi heyət üzvlüyündən azad edilməsi barədə məlumat vardır. - Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən Hüquq İdarəsinin rəisinə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan N №-li hərbi hissə komandirinin xx.xx.N1-xx.xx.N2-ci il tarixli nizami hissə üzrə əmrlərində və hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı barəsində məlumat aşkar olunmamışdır. N №-li hərbi hissə komandirinin xx.xx.1987-xx.xx.N2-ci il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır - N №-li hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli 26 №-li Əmrindən Çıxarışa əsasən Respublikanın ayrı-ayrı hərbi komissarlıqları tərəfindən səfərbər edilmiş çağırışçılar N nömrəli h/hissənin şəxsi heyət üzvlüyünə qəbul edilmiş və yeməkxanada isti yemək siyahısına salınmışdırlar. Şəxsi heyət yataqla və döyüş zamanı silahla təchiz edilmişdir.
6. İddiaçı (adı və atasının adı tam yazılmamışdır) - N №-li hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli 62 №-li Əmrindən Çıxarışa əsasən Şəmkir rayon hərbi komissarlığı tərəfindən səfərbər olunmuş çağırışçıların raportlarına əsasən adları aşağıda göstərilmiş çağırışçılar N nömrəli h/h-nin şəxsi heyət üzvlüyündən azad olunmuşdurlar. Azad edilmə tarixi 01.09.92-ci il tarixdən hesablansın.
10. Rzayev Müşviq (adı “Müşviq” yazılmışdır, atasının adı yazılmamışdır) - N №-li hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli 65 №-li Əmrindən Çıxarışa əsasən Şəmkir rayon hərbi komissarlığı tərəfindən səfərbər olunmuş çağırışçıların raportlarına əsasən adları aşağıda göstərilmiş çağırışçılar N nömrəli h/h-nin şəxsi heyət üzvlüyündən azad olunmuşdurlar. Azad edilmə tarixi 01.09.92-ci il tarixdən hesablansın.
1. Rzayev Müşviq ( adı “Müşviq” yazılmışdır, atasının adı yazılmamışdır) - Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı” qovluğunda 702(722) №-li hərbi hissənin xx.xx.N2-ci il tarixdən xx.xx.N4-cü il tarixədək döyüş əməliyyatlarında iştirakı barədə məlumat qeyd edilmişdir. - Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, İddiaçı xx.xx.N2-ci il tarixdən N №-li hərbi hissənin heyət üzvlüyündən azad edilməsi barədə N №-li hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli 65 №-li əmrinin verilməsi üçün əsas olmuş sənədlər Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır.
35. İddiaçının iddia ərizəsi və apellyasiya şikayətində qeyd etdiyi əsas məqam onun Şəmkir RHK-dan hərbi xidmətə çağırılması, N nömrəli hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli, 26 nömrəli Əmri ilə (əsas paraqraf 11, səhifə 13, sıra 6) şəxsi heyətinin tərkibində döyüş əməliyyatlarında iştirak etməsidir ki, N nömrəli hərbi hissənin şəxsi heyətinin qeydiyyat kitabında da onun adı qeyd edilmişdir.
36. Məhkəmə kollegiyası qeyd edir ki, “Müharibə veteranı” adının və vəsiqəsinin verilə bilməsi üçün təkcə şəxsin hərbi xidmət keçməsi faktının sübuta yetirilməsi kifayət deyildir. Bununlayanaşı, həm də şəxsin həmin hərbi hissədən qanunla müəyyən edilmiş qaydada tərxis olunması faktı da tam sübuta yetirilməlidir.
37. Kollegiya qeyd edir ki, iddiaçı öz tələbinin əsası kimi onun döyüş əməliyyatlarında iştirak etməsi faktına əsaslana bilər. Lakin iddiaçı cavabdehin onun qarşısında müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlı öhdəlik daşımasını sübut etməlidir.
38. Belə ki, Azərbaycan Respublikasının 3 oktyabr N7-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 20-ci maddəsinə əsasən, bilavasitə hərbi hissədən buraxılan hərbi qulluqçular üçün onların hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarıldığı gün hərbi xidmətin sonu sayılır.
39. Digər tərəfdən, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Katibliyinin Mərkəzi Arxiv tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, N №-li hərbi hissə komandirinin N iyul N2-ci il tarixli 26 №-li əmrində Şəmkir RHK-dan səfərbər olunmuş İddiaçı (əsas: § 11, sıra 6, səh 13, əmrdə adı və atasının adı tam yazılmamışdır, hərbi rütbəsi və vəzifəsi göstərilməyib, əmr hərbi hissə komandiri və qərargah rəisi tərəfindən imzalanmamışdır) hərbi hissənin şəxsi heyət üzvlüyünə qəbul olunması barədə məlumat vardır. Şəmkir RHK tərəfindən səfərbər edilmiş Müşviq Rzayevin raportuna əsasən N №-li hərbi hissə komandirinin N sentyabr N2-ci il tarixli 62 №-li əmrində (əsas: § 5, sıra 10, səh 31, əmrdə adı Müşviq yazılmışdır və atasının adı yazılmamışdır, hərbi rütbəsi və vəzifəsi göstərilməyib.əmr hərbi hissə komandiri tərəfindən imzalanmamışdır) xx.xx.N2-ci il tarixdən şəxsi heyət üzvlüyündən azad edilməsi barədə məlumat vardır. Şəmkir RHK tərəfindən səfərbər edilmiş Müşviq Rzayevin raportuna əsasən N №-Ji hərbi hissə komandirinin N sentyabr N2-ci il tarixli 65 №-li əmrində (əsas: § 3, sıra 21, səh 34, əmrdə adı Müşviq yazılmışdır və atasının adı yazılmamışdır, hərbi rütbəsi və vəzifəsi göstərilməyib, əmr hərbi hissə komandiri və qərargah rəisi tərəfindən imzalanmamışdır) xx.xx.N2-ci il tarixdən şəxsi heyət üzvlüyündən azad edilməsi barədə məlumat vardır.
40. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, Şəxsin (i) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirakı faktı; (ii) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməməsi, eləcə də hərbi xidmətdən qanuni əsaslarla tərxis edilmiş olması; və (iii) həmin dövrdə hərbi cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilibedilməməsi (bəraətverici əsaslarla cinayət təqibinə xitam istisna olmaqla) və məhkumluğunun olub-olmaması olmalıdır. İddianın uğurluluğu həmin hallardan asılıdır və bu səbəbdən məhkəmə araşdırmasının həddi qeyd edilən halları müəyyən etməklə məhdudlaşmalıdır.
41. Birinci hala münasibətdə iddiaçının hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması faktı təsdiq olunmur.
42. Belə ki: - Şəmkir RHK tərəfindən səfərbər edilmiş Müşviq Rzayevin raportuna əsasən N №-li hərbi hissə komandirinin N sentyabr N2-ci il tarixli 62 №-li əmrində (əsas: § 5, sıra 10, səh 31, əmrdə adı Müşviq yazılmışdır və atasının adı yazılmamışdır, hərbi rütbəsi və vəzifəsi göstərilməyib, əmr hərbi hissə komandiri tərəfindən imzalanmamışdır) xx.xx.N2-ci il tarixdən şəxsi heyət üzvlüyündən azad edilməsi barədə məlumat vardır. - Şəmkir RHK tərəfindən səfərbər edilmiş Müşviq Rzayevin raportuna əsasən N №- Ji hərbi hissə komandirinin N sentyabr N2-ci il tarixli 65 №-li əmrində (əsas: § 3, sıra 21, səh 34, əmrdə adı Müşviq yazılmışdır və atasının adı yazılmamışdır, hərbi rütbəsi və vəzifəsi göstərilməyib, əmr hərbi hissə komandiri və qərargah rəisi tərəfindən imzalanmamışdır) xx.xx.N2-ci il tarixdən şəxsi heyət üzvlüyündən azad edilməsi barədə məlumat vardır. - Belə olan təqdirdə məhkəmə tərəfindən cavabdeh orqana sorğu ünvanlanaraq İddiaçı xx.xx.N2-ci il tarixdən N nömrəli h/h-nin şəxsi heyət üzvlüyündən azad edilməsi barədə N nömrəli hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli 65 nömrəli əmrinini verilməsi üçün əsas olmuş sənəldərin 03 aprel 2025-ci il tarixədək məhkəməyə təqdim edilməsi tələb olunmuşdur. - Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2025-ci il tarixli və xx.xx.2025- ci il tarixli məktubda qeyd edilmişdir ki, İddiaçı xx.xx.N2-ci il tarixdən N №-li hərbi hissənin heyət üzvlüyündən azad edilməsi barədə N №-li hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli 65 №-li əmrinin verilməsi üçün əsas olmuş sənədlər Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır.
43. İkinci hala münasibətdə məhkəmə qeyd etmişdir ki, həmin dövrdə iddiaçının hərbi cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilməsi və məhkumluğunun olub-olmaması məhz Daxili İşlər Nazirliyi və onun rayon polis idarə (şöbələri) tərəfindən təqdim edilən fərdi uçot məlumatları əsasında müəyyən edilməlidir. Məhkəmə sorğusuna verilən cavab əsasında iddiaçının məhkumluğunun olmadığı müəyyən edilir. Lakin məhkəmə qeyd edir ki, hər iki hal eyni zamanda mövcud olduğu təqdirdə iddiaçının müvafiq hüququ təmin oluna bilər.
44. Bununla belə iddiaçı apellyasiya şikayətində qeyd edir ki, “İddiaçı xidmət etdiyi N saylı hərbi cinayətlərlə bağlı, o cümlədən hərbi hissəni özbaşına tərk etməsi, fərarilik cinayətlərinin törədilməsi ilə bağlı məhkum olunmamış, bəraətverici əsaslarla məsuliyyətdən azad olunmamışdır. Göründüyü kimi, İddiaçı xidmət etdiyi və canından və qanından keçərək, erməni işğalçılarına qarşı döyüşdüyü N saylı hərbi hissənin şəxsi heyətinin üzvlüyündən öz raportu ilə çıxarılması, bu barədə həmin hərbi hissə üzrə verilmiş və qərargah rəisi tərəfindən imzalanmış xx.xx.N2-ci il tarixli, 62 saylı əmrlə tam təsdiq olunur”.
45. İddiaçının yuxarıda qeyd etdiyi dəlilə münasibətdə kollegiya bildirir ki, iddiaçının barəsində hər hansı bir təqsirləndirici material və ya cinayət işinin olmaması onun qanuni əsaslarla tərxis olunmasını istisna etmir.
46. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən N4-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara müvafiq orqan tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı və vəsiqəsi verilir.
47. İddiaçı apellyasiya şikayətində qeyd edir ki, onun səfərbərliklə əlaqədar hərbi hissənin tərkibində vuruşması öz əksini tapmışdırsa, deməli, o, həqiqətəndə müharibə zamanı iştirakçı olmuş və təbii ki, iştirakçı qismində də tərxis edilmişdir.
48. Kollegiya göstərilən dəlil ilə bağlı qeyd edir ki, iddiaçının yalnız müharibə iştirak etməsi ona onun həqiqətən də qanuni əsaslarla tərxis olunmasına anlamına gələ bilməz. Həmçinin, iddiaçının yalnız müharibədə iştirak etməsi onun qanuni əsaslarla təxris olduğuna da əsas vermir.
49. Qanunvericiliyin tələbinə əsasən iddiaçıya müharibə veteranı adı və vəsiqəsi verilməsi üçün hərbi bilet (hərbixidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar mövcud olmalıdır.
50. İşin faktiki hallarından da müəyyən olunur ki, iddiaçının qanuni əsasla hərbi xidmətdən ehtiyata buraxılmasını sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları, əmrlərdən çıxarışlar mövcud olmamışdır.
51. Beləliklə, müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün yuxarıda istinad olunan normalarla müəyyən edilmiş dispozisiya şərtləri, iddiaçı tərəfindən təqdim edilmiş və ya məhkəmə tərəfindən əldə edilmiş mötəbər sübutlar əsasında təsdiq edilmədiyindən ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən cavabdeh orqan tərəfindən verilmiş imtina qanuni hesab olunur.
52. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-N1/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda iştirak etmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin N5-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında”Əsasnamə ilə müəyyən edilmişdir və Əsasnamənin tələbinə görə iddiaçıya müharibəveteranı adı və vəsiqəsi verilməsi üçün Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən N4-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində və Əsasnamədə göstərilən konkret rayonlarda aparılan döyüş əməliyyatlarında döyüş əməliyyatları aparan hərbi hissələrdə xidmət etməsi və qanuni əsasla xidmətdən ehtiyata buraxılması şərtdir.
53. Məhkəmə kollegiyası iddia tələbinin dəlillərinin apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu olduğunu, həmin dəlillərə isə yuxarıda hüquqi qiymət verildiyini bildirir. Odur ki, prosessual qənaət prinsipindən çıxış edərək həmin dəlillər üzrə təkrar hüquqi qiymətləndirmə aparmağa zərurət görmür və iddiaçının apellyasiya şikayətinə münasibətdə bir daha qeyd edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğvinin əsasını təşkil etmir.
54. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1369/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
55. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1369/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.