Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3815/2024 11.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “qərarda olan uyğunsuzluğun aradan götürülməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6589/2024 nömrəli, 01 iyul 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “Bakı şəhər İcra hakimiyyətinin xx.xx.2024-cü il tarixli, 3-52/2-M-5- 112/2-24 nömrəli imtinasının qanunsuz hesab edilməsi, cavabdehin üzərinə iddiaçının anası X1 iddiaçıya miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Maştağa bağ massivində yerləşən “492B” saylı, 0,12 hektar torpaq sahəsinə orderin verilməsinə əsas olmuş 09 sentyabr 1990-cı il tarixli qərarın tarixi ilə həmin qərarın 04 sentyabr 1990-cı il tarixli arxiv arayışının tarixi arasında uyğunsuzluğun aradan götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, keçmiş Bakı şəhər İcraiyyə Komitəsinin 09 sentyabr 1990-cı il tarixli 6/265 nömrəli qərarına əsasən X3 və İstismarı Birliyi tərəfindən 12 sentyabr 1990-cı il tarixli, B/S nömrəli orderlə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa bağ massivində yerləşən “492B” saylı 0,12 hektar torpaq sahəsi iddiaçının mərhum anası X2 verilmişdir. X4 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. X1 miras qalmış ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 36,2 kv/m olan 3 otaqlı evə müraciəti əsasında ona Bakı şəhəri, 12 saylı notariat ofisinə xx.xx.2022- ci il tarixdə qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilmişdir. X1 miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Maştağa bağ massivində yerləşən “492B” saylı 0,12 hektar torpaq sahəsinə dair qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilməsi barədə Bakı şəhəri, 12 saylı notariat ofisinə müraciət etmişdir. X1 ona miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Maştağa bağ massivində yerləşən “492B”saylı 0,12 hektar torpaq sahəsi üzərində hüquqların Daşınmaz Əmlakın Dövlət Reyesterində Qeydiyyata alınması ilə bağlı xx.xx.2023-cü il tarixdə ərizə ilə müraciət etmişdir. Daşınmaz Əmlakın Dövlət Katastrı və Reyesteri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsindən ona göndərilmiş xx.xx.2023cü il tarixli 3-21-330/2-35046/**********635046 nömrəli məktubda göstərilmişdir ki, orderin verilməsinə əsas olmuş 09 sentyabr 1990-cı il tarixli qərarın tarixi ilə həmin qərarın 04 sentyabr 1990-cı il tarixli arxiv arayışının tarixi arasında uyğunsusluq mövcuddur. Göstərilən səbəbdən imtina edilmişdir. Orderin verilməsinə əsas olmuş 09 sentyabr 1990cı il tarixli qərarın tarixi ilə həmin qərarın 04 sentyabr 1990-cı il tarixli arxiv arayışının tarixi arasında uyğunsuzluğun aradan götürülməsi barədə Bakı şəhər İcra hakimiyyətinə ərizə ilə müraciət etmişdir. Bakı şəhər İcra Hakimiyyətindən göndərilmiş xx.xx.2024-cü il tarixli, 3-52/2-M-5-112/2-24 nömrəli məktubda göstərilmişdir ki, Bakı şəhər İcra Hakimiyyətinin 1990-cı ilə dair qərarları, Bakı şəhər İcra Hakimiyyətinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi tərəfindən verilən orderlər Bakı şəhər İcra Hakimiyyətinin arxivində saxlanılmır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6589/2024 nömrəli, 01 iyul 2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi nəticə məhkəmə qərarının icrasını mümkünsüz etməklə, icrası mümkün olmayan qərarların siyahısını artırır, gəlinən nəticə inzibati və mülki prosessual qanunvericiliyin tələblərinə əsasən elə olmalıdır ki, inzibati orqan tərəfindən icrası mümkün olsun. Məhkəmə öz qərarında qanunvericiliyin müddəalarını sadalamaqla kifayətlənmiş, işin mahiyyəti üzrə araşdırmasını həyata keçirməmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6589/2024 nömrəli, 01 iyul 2024-cü il tarixli qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Birinci instansiya məhkəməsi iddianı mümkün hesab edib işə mahiyyəti üzrə baxarkən iddia tələbinin mümkünlüyü ilə bağlı gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və cavabdeh inzibati orqan imtina məktubu verilmişdir, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd). İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd). Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. İş materiallarında olan Azərbaycan SSR Bakı şəhər icraiyyə komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi Maştağa bağlar sahəsindəki 50 nömrəli kooperativin B/S nömrəli orderindən görünür ki, Bakı şəhər icraiyyə komitəsinin 9 sentyabr 1990-cı il tarixli 6/265 nömrəli qərarına əsasən ona Maştağa bağlar sahəsində 50 nömrəli BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 492 B nömrəli bağ ayrılmışdır. Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 22 avqust 2023-cü il tarixli, 3-48- 2F/2-M-05848/2023 nömrəli iddiaçıya ünvanladığı məktub əsasında, keçmiş Bakı şəhər XDS İK-nin (indiki Bakı şəhər İH) arxiv fondu üzrə xx.xx.1990-cı il tarixli, 6/265 saylı qərarından təsdiq edilmiş arxiv çıxarışı təqdim edilmişdir. İddiaçı hazırki tələbində Bakı şəhər İcra hakimiyyətinin xx.xx.2024-cü il tarixli, 3-52/2- M-5- 112/2-24 nömrəli imtinasının qanunsuz hesab edilməsini, cavabdehin üzərinə iddiaçının anası X1 iddiaçıya miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Maştağa bağ massivində yerləşən “492B” saylı, 0,12 hektar torpaq sahəsinə orderin verilməsinə əsas olmuş 09 sentyabr 1990-cı il tarixli qərarın tarixi ilə həmin qərarın 04 sentyabr 1990-cı il tarixli arxiv arayışının tarixi arasında uyğunsuzluğun aradan götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Məhkəmə kollegiyası qeyd edir ki, Milli Arxiv İdarəsinin təqdim etdiyi keçmiş Bakı şəhər XDS İK-nin xx.xx.1990-cı il tarixli, 6/265 saylı qərarından təsdiq edilmiş arxiv çıxarışından görünür ki, həmin qərarın özündə hər hansı uyğunsuzluq mövcud deyil, həmin qərar əsasında verilmiş Azərbaycan SSR Bakı şəhər icraiyyə komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi Maştağa bağlar sahəsindəki 50 nömrəli kooperativin B/S nömrəli orderində isə qərarın tarixi əl yazısı ilə 09 sentyabr1990-cı il olaraq göstərmişdir. «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların arxivlərinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Kollegiya hesab edir ki, Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli Sərəncamına əsasən ləğv edilmiş Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi Maştağa bağlar sahəsindəki 50 nömrəli kooperativin Bakı şəhər XDS İK-nin xx.xx.1990-cı il tarixli, 6/265 saylı qərarı əsasında tərtib etdiyi orderdə qərarın tarixini yanlış göstərməsi hazırki iş üzrə cavabdehin məsuliyyət sferasına aid edilə bilməz. Məhkəmə kollegiyası izah edir ki, iddiaçı orderdə yazılan qərarla arxiv arayışında qeyd olunan qərarın eyni olmasını iddia edirsə, orderin mərhum anası X2 aid olmasına dair onda olan sübutlarla mülki məhkəmə icraatı qaydasında aidiyyəti üzrə səlahiyyətli ümumi məhkəməyə müraciət etmək hüququna malikdir. Belə ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 4 nömrəli Qərarının 15.3-cü bəndində ifadə olunmuş hüquqi mövqeyə görə, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmə kollegiyası həmçinin izah edir ki, iddiaçı Bakı şəhər XDS İK-nin xx.xx.1990cı il tarixli, 6/265 saylı qərarına əsaslanmaqla Bakı şəhəri, Sabunçu rayonu, Maştağa bağ massivində yerləşən “492V” saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərazi üzrə DƏDRX-nin Ərazi İdarəsinə müraciət edə bilər. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-3-/2-35046/2023 **********46 nömrəli “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” bildirişdən görünür ki, iddiaçının müraciətinə imtina edilmiş, imtinaya səbəb kimi göstərilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən müvafiq daşınmaz əmlaka texniki baxış keçirilən zaman şərti göstərilən torpaq sahəsinin digər şəxs tərəfindən hasarlanaraq istifadə edildiyi müəyyən olunmuş, bundan əlavə təqdim edilən orderin verilməsinə əsas olmuş qərarın tarixi ilə həmin qərarın arxiv arayışının tarixi arasında uyğunsuzluq mövcuddur. Hazırki işdən iddiaçı tərəfindən cavabdehin imtinasının müvafiq inzibati məhkəmədə mübahisələndirilməsi görünmür. Məhkəmə kollegiyası qeyd edir ki, Bakı şəhər XDS İK-nin xx.xx.1990-cı il tarixli, 6/265 saylı qərarı ilə Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi Maştağa bağlar sahəsindəki 50 nömrəli kooperativin Bakı şəhər XDS İK-nin xx.xx.1990-cı il tarixli, 6/265 saylı qərarı əsasında tərtib etdiyi order arasında uyğunsuzluq məsələsinə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin imtinası mübahisələndirilərsə, müvafiq inzibati məhkəmədə də iddia tələbinə mahiyyəti üzrə baxılarkən hüquqi qiymət verilə bilər. Beləliklə, işdən görünür ki, birinci instansiya məhkəməsi iddianın mümkünlüyünü düzgün araşdırmamış, iddiaya mahiyyəti üzrə baxaraq, iddia tələbini təmin etmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6589/2024 nömrəli, 01 iyul 2024-cü il tarixli qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6589/2024 nömrəli, 01 iyul 2024-cü il tarixli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “qərarda olan uyğunsuzluğun aradan götürülməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Günel Abbasova Cahangir Yusifov
Məhkəmə qərarları › İş №2-1(103)-3815/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3815/2024
11.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver