Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-382/2023 16.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X15 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı (üçüncü şəxs X8) “onun icazəsi olmadan oğlunun ölkə hüdudlarından buraxılmasının qanunsuz hesab edilməsi və övladının ölkəyə geri qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 02 dekabr 2021-ci il tarixli, 2-1(112)-5987/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı (üçüncü şəxs X8) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladı xx.xx.2017-ci il təvəllüdlü X6 onun icazəsi olmadan ölkə hüdudlarından buraxılmasının qanunsuz hesab edilməsi və övladının ölkəyə geri qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr 2020-ci il tarixli Sərəncamı əsasında qeydiyyatda olduğu SHXÇDX-nin Gədəbəy rayon şöbəsinin vasitəsilə Müdafiə Nazirliyinin 777 saylı Hərbi Hissəsinin tərkibinə qatılmaqla xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 2-ci X5 iştirak etmişdir. Həmin dövr ərzində, yəni o, Vətən torpağı uğrunda düşmənlə vuruşduğu zaman X8 onunla birgə nikahlarından dünyaya gəlmiş xx.xx.2017-ci il təvəllüdlü övladı X9 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin, Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin və Dövlət Sərhəd Xidmətinin ona göstərdiyi köməklə xx.xx.2020-ci il tarixdə qanunsuz olaraq ölkə hüdudlarından çıxartmışdır. Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti xx.xx.2021-ci il tarixli məktubunda onun övladının Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-831/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı əsasında dövlət sərhədindən buraxıldığını bildirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 831/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə, X4 Türkiyə Respublikasında ali təhsil aldığı müddət ərzində xx.xx.2017-ci il təvəllüdlü X9 atasının icazəsi olmadan Türkiyə Respulbikası istiqamətində özü ilə sərbəst şəkildə aparıb gətirməsinə icazə verilmişdir. Odur ki, hazırki dövrdə X3 Respulikasında ali təhsil almır, o, Ali Məhkəmənin 2(102)-831/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarından sui-istifadə etmişdir və ona bu hərəkətində Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən xüsusi köməklik göstərilmişdir. Həmçinin digər tərəfədən Günay Səfərovaya kömək etmək məqsədi ilə, yəni onu məsuliyyətdən azad etmək məqsədi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi və Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsi tərəfindən Günay Səfərovanın borclu tərəf olaraq iştirak etdiyi “uşaqla ünsiyyətin yaradılmasına” dair icra işlərinin icraatına qanunusuz olaraq xitam verilmişdir. Göstərilən bütün qanunsuz hərəkətlər xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixləri aralığında baş vermişdir. Yəni onun 2-ci X5 iştirak etməsindən sui-istifadə olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 02 dekabr 2021-ci il tarixli, 2-1(112)-5987/2021 saylı qərarı ilə iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia ərizəsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1310/2022 nömrəli, 15 mart 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1269/2022 saylı, 14 iyul 2022-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1310/2022 nömrəli, 15 mart 2022-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı övladının ölkədən buraxılmasına əsas verən övladının anası X7 Respublikasında ali təhsil alması barədə sənədi tələb edib. X14 Respublikasında hansısa ali təhsil müəssisənin tələbəsi olmadığı üçün belə bir sənədində təqdim edilməsi mümkün olmamışdır və DSX Sərhəd Nəzarəti yalnızca Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)-831/2020 saylı qərarına istinad ödərək övladını anası ilə birlikdə ölkədən buraxdığını bildirmişdir. Həmin məhkəmə qərarınında icrası X7 Respublikasında ali təhsil almasını təsdiq edən sənədin olmasından sonra aparılmalı idi. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq cavabdehin nümayəndəsi və 3-cü şəxs məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin və 3-cü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Bakı Apellyasiya Məhkəməsinin 2-1(03)-382/2023 saylı, 16 iyun tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 02 dekabr 2021-ci il tarixli, 2-1(112)-5987/2021 saylı qərarı qismən-iddia tələbinin rədd edilən-“övladının ölkəyə geri qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” hissəsində ləğv edilmiş, həmin hissədə iddia tələbi mümkün sayılmamışdır. İPM-in 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Ali Məhkəmə qərarında qeyd etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-831/20 nömrəli, 10 fevral 2020-ci il tarixli qərarının nəticə hissəsindən müəyyən olunur ki, X13 yalnız anasının Türkiyə Respublikasında təhsil aldığı müddətdə atasının icazəsi olmadan anası ilə birlikdə Türkiyə Respublikasına sərbəst surətdə gedib-gələ bilər. Belə olan halda, X6 atasının icazəsi olmadan anası ilə birlikdə Türkiyə Respublikası istiqamətində sərhəddən buraxılarkən (26 dekabr 2020-ci ildə) müəyyən edilməli məsələ X4 Türkiyə Respublikasında təhsil alıb-almaması idi. Başqa sözlə, X3 Respublikasında təhsil almadığı müddətdə X9 atasının (hazırkı iş üzrə iddiaçı) icazəsi olmadan Türkiyə Respublikasına apara bilməz. İşdəki sənədlərdən görünür ki, cavabdeh, X1 keçərkən təhsili ilə bağlı ona göstərilən sənədləri təqdim edə bilmir. Odur ki, İPM-nin 12.1- ci maddəsinin tələbi baxımından X4 Türkiyə Respublikasında təhsil alıb-almadığı, aldığı halda, hansı dövrdə təhsil alması ilə bağlı müvafiq araşdırma aparılmalıdır (Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinə sorğu verilə bilər). Eyni zamanda, “təhsil aldığı dövr” dedikdə, hansı dövrün əhatə olunduğu (xüsusilə, Türkiyə Respublikasındakı təhsil müəssisələrinə qəbul ilə bağlı imtahanlarda iştirakın əhatə olunub-olunmadığı) ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-831/20 nömrəli, 10 fevral 2020-ci il tarixli qərarına izah verilməsinə dair müraciət edilməsi iddiaçıya tövsiyə olunmalı, izahla bağlı ərizə verildiyi və icraata qəbul edildiyi halda, hazırkı iş üzrə icraat dayandırılmaqla izahdan sonra işin hallarına (cavabdehin hərəkətlərinin qanuniliyinə) qiymət verilməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-831/20 nömrəli, 10 fevral 2020-ci il tarixli qərarının məzmununda istinad olunan X2 27 iyul 2017-ci il tarixli qərarında (həmin qərar iş materiallarında var - iş v.65- 66) X4 “həkimlik” sahəsində bakalavr diplomunun ekvivalentliyinin tanınması üçün şərtlər (imtahanda iştirak, müvafiq təcrübə) öz əksini tapmışdır. Həmin sənəddən X4 Türkiyə Respublikasındakı təhsil müəssisələrində təhsil alması müəyyən edilmir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 02 dekabr 2021-ci il tarixli, 2-1(112)-5987/2021 saylı qərarı iddia tələbinin rədd edildiyi-“iddiaçının icazəsi olmadan ölkə hüdudlarından buraxılmasının qanunsuz hesab edilməsi” hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-831/20 nömrəli, 10 fevral 2020-ci il tarixli qərarı ilə 13 oktyabr 2017-ci il təvəllüdlü X6 iddiaçı - anası X4 Türkiyə Respublikasında təhsil aldığı müddətdə atası İddiaçı razılığı olmadan Türkiyə Respublikasına sərbəst surətdə gedib-gəlməsinə icazə verilmişdir. X13 26 dekabr 2020-ci tarixdə anası X8 ilə birlikdə Türkiyə Respublikası istiqamətində dövlət sərhədindən buraxılmışdır. İddiaçı cavabdehə müraciət edərək, X4 təhsil almasını sübut edən sənəd olmadan oğlunu ölkə hüdudlarından kənara çıxarması məsələsinin araşdırılmasını və bu halın qanunsuz hesab edilməsini, eyni zamanda X8 tərəfindən ölkədən çıxarkən təhsil haqqında sənəd təqdim etdiyi halda, həmin sənədin surətinin ona verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən İddiaçı ünvanlanmış 22 fevral 2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, X13 anası X8 ilə birlikdə 26 dekabr 2020-ci il tarixdə Azərbaycan-Türkiyə istiqamətində Ali Məhkəmənin 2(102)- 831/2020 nömrəli, 10 fevral 2020-ci il tarixli qərarı əsasında dövlət sərhədindən buraxılmışdır. Bununla yanaşı, şəxslərin dövlət sərhədindən hərəkətləri zamanı təqdim etdikləri sənədlərin surətinin çıxarılması qanunvericilikdə nəzərdə tutulmamışdır. X13 anası X8 ilə birlikdə dövlət sərhədindən keçərkən təqdim edilən sənədlərin surətinin təqdim olunması texniki cəhətdən mümkün deyildir. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsiin 11.1-ci maddəsinə əsasən bu Məcəllənin 11.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynləri, övladlığa götürəni, himayəçisi və ya qəyyumu ilə gedə bilər. Həmin Məcəllənin 11.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynlərinin biri ilə getdikdə digər valideynin notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Yetkinlik yaşına çatmayan vətəndaş ölkədən tək getdikdə valideynlərinin, valideyn himayəsindən məhrum olduqda isə onu övladlığa götürən şəxsin, himayəçisinin və ya qəyyumunun notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Həmin şəxslərdən birinin razılığı olmadıqda, yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən getməsi məsələsi məhkəmənin qərarı əsasında həll edilir. İşin tərəflər arasında mübahisələndirilməyən hallarına görə, iddiaçının övladı X10 Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-831/20 nömrəli, 10 fevral 2020-ci il tarixli qərarı ilə anası - X4 Türkiyə Respublikasında təhsil aldığı müddətdə atası İddiaçı razılığı olmadan Türkiyə Respublikasına sərbəst surətdə gedib-gəlməsinə icazə verilmiş və X13 26 dekabr 2020-ci tarixdə anası X8 ilə birlikdə Türkiyə Respublikası istiqamətində dövlət sərhədindən buraxılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-831/20 nömrəli, 10 fevral 2020-ci il tarixli qərarının nəticə hissəsindən müəyyən olunur ki, X13 yalnız anasının Türkiyə Respublikasında təhsil aldığı müddətdə atasının icazəsi olmadan anası ilə birlikdə Türkiyə Respublikasına sərbəst surətdə gedib-gələ bilər. Apellyasiya baxışı zamanı ünvalanmış sorğuya Ədliyyə Nazirliyinin 07 aprel 2023-cü il tarixli 3-16/14/2-3549/2023 saylı məktubunda bildirilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin Təhsil Müşavirliyinə və Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinə ünvanlanmış X8 barəsində hüquqi yardım haqqında sorğuları ilə bağlı Xarici İşlər Nazirliyinin Konsulluq idarəsindən daxil olmuş Türkiyə Respublikasın Azərbaycan Respublikasındakı Səfirliyinin xx.xx.2023-cü il tarixli notası və Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin xx.xx.2023-cü il tarixli məktubunun surətləri məlumat üçün göndərilir. Bildiririk ki, Bakı Apellyasiya Məhkəməsinin Türkiyə Respublikasının səlahiyyətli orqanına ünvanlanmış X8 barəsində hüquqi yardım haqqında sorğusu 3-16-14/2-1174/2023 saylı xx.xx.2023-cü il tarixli məktubla Türkiyə Respublikasının Ədliyyə Nazirliyinin Beynəlxalq Hüquq və Xarici Əlaqələr Baş İdarəsinə göndərilmişdir. Məsələ ilə bağlı Türkiyə Respublikasının Ədliyyə Nazirliyindən məlumat daxil olduqda aidiyyəti üzrə bildirilcəkdir. İddiaçı tərəfindən təqdim olunmuş X12 Universiteti Tibb Fakültəsinin xx.xx.2021-ci il tarixli sənəddən (öğrenci belgesindən) görünür ki, Günay Səfərova xx.xx.2021-ci il tarixdə Universitetin tibbi fakültəsinin tələbəsi kimi qeydiyyata alınmış və həmin universitetdə təhsil alır. Məhkəmə qərarı ilə X6 yalnız anasının Türkiyə Respublikasında təhsil aldığı müddətdə atasının icazəsi olmadan anası ilə birlikdə Türkiyə Respublikasına sərbəst surətdə gedib-gələ bilməsi müəyyən edilmiş, hazırkı iş materiallari ilə X4 Türkiyə Respublikasına təhsil almaq üçün getməsi öz təsdiqini tapmışdır. Odur ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-831/2020 nömrəli, 10 fevral 2020-ci il tarixli qərarı ilə 13 oktyabr 2017-ci il təvəllüdlü X6 iddiaçı - anası X4 Türkiyə Respublikasında təhsil aldığı müddət ərzində atası İddiaçı razılığı olmadan Türkiyə Respublikasına sərbəst surətdə gedib-gəlməsinə icazə verildiyindən və cavabdeh tərəfindən də X13, anası X8 ilə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd olunan qərarına əsasən Türkiyə Respublikası istiqamətində dövlət sərhədindən buraxıldığından, həmçinin X4 Türkiyə Respublikasına təhsil məqsədilə getməsi təsdiq olunduğundan, cavabdehin X6 Türkiyə Respublikası istiqamətində dövlət sərhədindən buraxılması ilə əlaqədar hərəkətləri qanunsuz hesab edilə bilməz. Beləliklə də kollegiya iddiaçının apellyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qəbul edərək hesab edir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı iddia tələbinin rədd edildiyi-“iddiaçının icazəsi olmadan ölkə hüdudlarından buraxılmasının qanunsuz hesab edilməsi” hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 02 dekabr 2021-ci il tarixli, 2-1(112)-5987/2021 saylı qərarı iddia tələbinin rədd edildiyi-“iddiaçının icazəsi olmadan ölkə hüdudlarından buraxılmasının qanunsuz hesab edilməsi” hissəsində dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-1(103)-382/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-382/2023
16.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver