Məhkəmə qərarları › İş №2-1(103)-3820/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3820/2023

12.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3820/2023 12.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifovdan və X2 ibarət tərkibdə, Aytən Nadir qızı Kərimovanın katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3588/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ.

1. Vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********804800 nömrəli məktub göndərilmiş, lakin vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd edilən təsdiqedici sənədlər təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən, 2021-ci il üçün mənfəət vergisi üzrə 27240,32 manat vergi məbləği hesablanaraq xx.xx.2022-ci il tarixli **********609700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul olunmuşdur.

İİ. Tərəflərin əsaslandırması

2. İddiaçının əsaslandırması: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra - Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********609700 saylı 17 iyun 2022-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-yə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********609700 nömrəli Qərara əsasən 2021-ci ilin Mənfəət vergisi üzrə 27240.32 manat əlavə vergi məbləği hesablanmışdır. Həmin qərardan narazı qaldığından yuxarı vergi orqanına şikayət etmiş, lakin AR İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasının xx.xx.2022-ci il tarixli qərarına əsasən şikayət təmin edilməmiş, xx.xx.2022-ci il tarixli **********609700 nömrəli Qərar qüvvədə saxlanılmışdır. İddiaçı MMC-nin elektron qaimə-faktura əsasında ümumilikdə 136201.60 manat dəyərində mal aldığı 3 hüquqi şəxs - “X11” MMC, “X9” MMC və "xxxx" MMC-nin təqdim etdikləri malların alışına dair müvafiq təsdiqedici sənədləri olmadığına görə vergi orqanı tərəfindən riskli vergi ödəyicisi siyahısına daxil edilmiş və iddiaçı həmin hüquqi şəxslərdən aldığı mallara münasibətdə əmtəəsiz əməliyyat aparan vergi ödəyicisi kimi qiymətləndirilməklə, 2021-ci ilin Mənfəət vergisi bəyannaməsində əks etdirdiyi 136201.60 manat xərc əsassız hesab edilməklə silinmişdir. Halbuki iddiaçı əməliyyat aparan zaman Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında satıcı müəssisələrin riskli vergi ödəyicisi siyahısında olmadığını müəyyən etmiş və vergi orqanının uçot bazasında mövcud olan digər məlumatlardan xəbərdar olmamışdır və ola da bilməzdi. Həmçinin istər vergi qanunvericiliyində, istərsə də işgüzar adətlərdə alıcının üzərinə satın aldığı mallara dair satıcının müvafiq alış sənədinin olub-olmasını müəyyən etmək öhdəliyi qoyulmamışdır. Bundan başqa, “X11” MMC, “X9” MMC və "xxxx" MMC iddiaçı ilə alqı-satqı əməliyyatını həyata keçirdikdən sonrakı tarixlərdə riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir ki, bu da iddiaçının həmin hüquqi şəxslərin riskli vergi ödəyicisi olduqlarını və ya malların alışına dair sənədlərinin olmadığını əvvəlcədən bilmək və ya təxmin etmək imkanını istisna və mümkünsüz edir. Bundan əlavə, vergi orqanı ilk öncə əməliyyatın əmtəəsiz olduğunu, yəni başqa əməliyyatı pərdələmək məqsədilə həyata keçirildiyini və malların (işlərin, xidmətlərin) faktiki olaraq təqdim edilmədiyini hər hansı şüphəyə yer qalmadan tam şəkildə sübuta yetirməli, daha sonra isə vergi ödəyicisinin xərclərini VM-nin 14, 14-1 və 67-ci maddələrinə müvafiq olaraq bazar və transfer qiyməti və ya əlaqəli məlumatlar əsasında müəyyən etməlidir. Lakin hazırkı işin hallarından görünür ki, inzibati orqan inzibati icraat haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq inzibati icraat həyata keçirmədən, iddiaçı ilə “X11” MMC, “X9” MMC və "xxxx" MMC arasında baş tutmuş alqı-satqı əməliyyatının faktiki olaraq baş tutub-tutmaması barədə araşdırma aparmadan, sadəcə alış sənədinin olmamasını əsas götürərək, iddiaçının həmin malların alışı ilə bağlı xərclərini tam şəkildə silmişdir ki, bu da vergi qanunvericiliyinin yuxarıda qeyd olunan tələblərinə zidd olmuşdur

3. Cavabdehin etirazı:

Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli iddiaya yazılı etirazında bildirmişdir ki, kameral vergi yoxlaması ilə aparılan araşdırma zamanı Cəmiyyətin 2021-ci il ərzində bir sıra vergi ödəyiciləri (“X11” MMC, “X9” MMC və "xxxx" MMC) ilə aparılmış 136201,6 manat məbləğində qarşılıqlı əməliyyatlar zamanı alınmış malların (və ya xidmətlərin) həcminin və çeşidinin vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı aşkar edilmişdir ki, bu hal da əmtəəsiz əməliyyat kimi qiymətləndirilmiş və kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilən kənarlaşmalar ilə əlaqədar vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********804800 nömrəli məktub göndərilmiş, lakin vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd edilən təsdiqedici sənədlər təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən, 2021-ci il üçün mənfəət vergisi üzrə 27240,32 manat vergi məbləği hesablanaraq xx.xx.2022-ci il tarixli **********609700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul olunmuş və vergi ödəyicisinə göndərilmişdir.

4. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3588/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin olunmuşdur.

5. Cavabdeh Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3588/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

6. Apellyasiya şikayəti iddia ərizəsinə etirazın məzmunu ilə oxşar məzmunda olmaqla əlavə olaraq onunla əsaslandırmışdır ki, Məhkəmə qərar qəbul edərkən yeganə əsas olaraq göstərir ki, iddiaçının qarşılıqlı əməliyyat apardığı X11" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2022-ci il tarixli **********624100 nömrəli, "X9" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2021- ci il tarixli **********052100 nömrəli, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2021-ci il tarixli **********048600 nömrəli Qərarlar əsasında müvafiq tarixlərdə riskli vergi ödəyiciləri hesab olunmuş və müvafiq siyahıya daxil edilsələr də, əməliyyatlar xx.xx.2021-xx.xx.2021-ci il tarixləri arasında aparılmış, həmin vaxt qeyd edilən ödəyicilər riskli vergi ödəyiciləri olmamış və həmin ödəcilərin riskli vergi ödəyiciləri olması barədə Dövlət Vergi Xidmətinin rəsmi internet saytında axtarış zamanı qeyd edilən şəxslər barədə bildiriş olmamışdır. Qeyd olunanla bağlı bildirirlər ki, bu dəlil formal olmaqla yanaşı yanlış məntiqə əsaslanan dəlildir. Ona görə ki, yuxarıda adları qeyd olunan vergi ödəyiciləri məhz hazırkı iddiaçı ilə apardıqları əməliyyatların riskli hesab olunması səbəbindən riskli vergi ödəyiciləri siyasına daxil edilmiş və bu barədə qərarlar qəbul edilmişdir. Belə ki, yuxarıda adları qeyd olunan vergi ödəyiciləri məhz hazırkı iddiaçı ilə apardıqları əməliyyatların riskli hesab olunması səbəbindən riskli vergi ödəyiciləri siyasına daxil edilmiş və bu barədə qərarlar qəbul edilmişdir.Məhkəmə məhkəmə qərar qəbul etməzdən "X11” Məhdud Məsuliyyətli Cəmiyyətindən (VÖEN: **********) "X9" Məhdud Məsuliyyətli Cəmiyyətindən (VÖEN: **********) və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindənidxal və mal alışını müəyyən etməli, adları çəkilən qaimələrdəki malların mövcud olmadığını müəyyən etməli idi, lakin heç bir hüquqi əsas olmadan məhkəmələr riskli vergi ödəyicilərinin riskli hesab edilməsi barədə qərarın tarixini əsas götürmüşdür. Qeyd edilən hal üzrə iddiaçı və digər müəssisələr arasında aparılmış alqı-satqı əməliyyatları vergi orqanı tərəfindən qanunvericiliyə əsasən riskli əməliyyat kimi dəyərləndirilmiş və bundan sonra qərarlar qəbul edilmişdir.

7. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

8. Məhkəmə Kollegiyasının iclasında iddiaçının vəkili (nümayəndəsi) apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

İİİ. Məhkəmənin mövqeyi

9. Məhkəmə kolegiyası iş üzrə materialları, cavabdehin apellyasiya şikayətinin dəlillərini və tərəfin izahatını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3588/2023 saylı, xx.xx.2023-cü tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır.

10. Apellyasiya baxışının hədləri ilə bağlı məhkəmə Kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

11. İnzibati Prosessual qanunvericiliyin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

12. Məhkəmə Kollegiyası iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.

13. Belə ki, iddiaçı cavabdehin qərarının ləğv edilməsini xahiş edir ki, bu iddia mübahisələndirmə haqqında iddiadır (İPM, maddə 2.2.1). Qərar iddiaçı barəsində qəbul edilməklə onun üçün əlavə vergi öhdəliyi yaratdığından onun hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur (İPM, maddə 35.1). İddiaçı qanunvericiliklə nəzərdə tutulmuş müddətdə iddianı qaldırmışdır. Belə ki, o, xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsi ilə bağlı yuxarı inzibati orqana, daha sonra isə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasına müraciət etmiş, Şura tərəfindən xx.xx.2022-ci il tarixdə şikayət təmin edilmədiyindən xx.xx.2022-ci il tarixdə hazırkı iddia ərizəsini məhkəməyə təqdim etməklə qanunla nəzərdə tutulmuş müddətdə məhkəməyə müraciət etmişdir (İPM, maddə 38).

14. İddia tələbinin mahiyyəti və apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə məhkəmə Kollegiyası aşağıdakıları qeyd edir.

15. İddianın əsaslılığına gəldikdə isə məhkəmə qeyd edir ki, işdə olan xx.xx.2021-ci il tarixli 026 saylı mal materialların alqı-satqısı müqaviləsindən görünür ki, satıcı “X9” MMC alıcı İddiaçı MMC-yə malı müqavilənin ayrılmaz hissəsi olan qaimə fakturalarla müvafiq miqdarda, keyfiyyətdə, çeşiddə və müvafiq şərtlərlə alıcı tərəfindən verilən sifarişləri qəbul etməyi və alıcıya təhvil verməyi, alıcı isə malı müqavilənin ayrılmaz hissəsi olan qaimə fakturalarla müvafiq miqdarda, keyfiyyətdə, çeşiddə və müvafiq şərtlərlə qəbul etməyi, onun müqabilində ödəniş etməyi üzrərinə götürmüşdür.

16. Həmin müqaviləyə əsasən alıcı və satıcı arasında imzalanmış qiymət razılaşma protokoluna əsasən, satıcı “X9” MMC xx.xx.2021-ci il tarixdə 25790,40 manat dəyərində malı alıcı İddiaçı MMC-yə təhvil vermiş, xx.xx.2021-ci il tarixdə, EBBM seriyalı, 570889 nömrəli Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə tərtib edilmişdir.

17. xx.xx.2021-ci il tarixli 21/11 saylı müqavilədən görünür ki, satıcı "xxxx" MMC alıcı İddiaçı MMC tərəfindən sifariş edilən miqdara əsasən malı həmin müqavilədə müəyyən edilmiş formada alıcıya təhvil verməyi, alıcı isə təhvil aldığı malların dəyərini müqavilənin ayrılmaz tərkib hissəsi olan qiymət razılaşdırma protokoluna, əlavələrə əsasən satıcıya ödəməyi öhdəsinə götürmüşdür.

18. Həmin müqaviləyə əsasən alıcı və satıcı arasında imzalanmış razılaşma protokoluna əsasən, satıcı "xxxx" MMC xx.xx.2021-ci il tarixdə 99379,70 manat dəyərində malı alıcı İddiaçı MMC-yə təhvil vermiş, xx.xx.2021-ci il tarixdə, EBBM seriyalı, 240623 nömrəli Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə Elektron qaimə tərtib edilmişdir. İşdə olan satıcı “X11” MMC ilə alıcı İddiaçı MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli mal materialların alqı-satqısı müqaviləsindən görünür ki, satıcı müqaviləyə əlavə olunan qiymət razılaşdırılması haqqında tərəflər arasında bağlanmış protokolda göstərilən malları satır. Müqaviləyə əsasən satılan malların ümumi dəyəri 7947,20 manat müəyyən edilmişdir.

19. Həmin müqaviləyə əsasən alıcı və satıcı arasında imzalanmış qiymət razılaşdırılması haqqında protokola əsasən, satıcı “X11” MMC xx.xx.2021-ci il tarixdə 7947,20 manat dəyərində malı alıcı İddiaçı MMC-yə təhvil vermiş, xx.xx.2021-ci il tarixdə, EBBO seriyalı, 646059 nömrəli Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə Elektron qaimə tərtib edilmişdir.

20. İşdə olan satıcı “X11” MMC ilə alıcı İddiaçı MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli mal materialların alqı-satqısı müqaviləsindən görünür ki, satıcı müqaviləyə əlavə olunan qiymət razılaşdırılması haqqında tərəflər arasında bağlanmış protokolda göstərilən malları satır. Müqaviləyə əsasən satılan malların ümumi dəyəri 3 084,30 manat müəyyən edilmişdir.

21. Həmin müqaviləyə əsasən alıcı və satıcı arasında imzalanmış qiymət razılaşdırılması haqqında protokola əsasən, satıcı “X11” MMC xx.xx.2021-ci il tarixdə 3084,30 manat dəyərində malı alıcı İddiaçı MMC-yə təhvil vermiş, xx.xx.2021-ci il tarixdə, EBBO seriyalı, 707669 nömrəli Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə Elektron qaimə tərtib edilmişdir.

22. İşdə olan icraçı İddiaçı MMC ilə sifarişçi Naxçıvan MR Təhsil Nazirliyi arasında olan xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, sifarişçinin müraciəti əsasında icraçı Naxçıvan MR Təhsil Nazirliyinə lazım olan STEAM avadanlıqları, elektrotexnika və ehtiyat hissələrinin satışı işlərinə dair öhdəlikləri öz üzərinə götürmüşdür. Sifarişçi 1 ay ərzində göstərilən xidmətin dəyərini icraçının hesabına köçürməlidir. İcraçı müqavilədə razılaşdırılmış tarixdən sifarişçini lazım olan STEAM avadanlıqları, elektrotexnika və ehtiyat hissələri ilə təmin edir. Sifarişçi ödənişi vaxtında həyata keçirməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, EBBM seriyalı 273754 nömrəli, xx.xx.2021-ci il tarixli, EBBM seriyalı 614818 nömrəli, xx.xx.2021-ci il tarixli, EBBM seriyalı 614861 nömrəli, xx.xx.2021-ci il tarixli, EBBM seriyalı 614904 nömrəli, xx.xx.2021-ci il tarixli EBBO seriyalı, 623942 nömrəli Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimələrdən görünür ki, İddiaçı MMC tərəfindən Naxçıvan MR Təhsil Nazirliyinə müvafiq olaraq 136855,34 manat, 5872,86 manat, 5785,54 manat, 5882,18 manat və 14474,05 manat məbləğində mal təqdim edilmişdir.

23. Cavabdehin xx.xx.2022-ci il tarixdə iddiaçıya ünvanladığı 2021-ci il üçün təqdim edilmiş mənfəət (gəlir) vergisi bəyannaməsi üzrə yaranmış uyğunsuzluqlar barədə məktubundan görünür ki, iddiaçı tərəfindən 2021-ci il ərzində bir sıra vergi ödəyiciləri ilə aparılmış 136201,6 manat məbləğində qarşılıqlı əməliyyatlar zamanı alınmış malların və ya xidmətlərin həcminin və çeşidinin onun vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı aşkar edilmişdir ki, bu hal da əmtəəsiz əməliyyat kimi qiymətləndirilmiş və kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Kameral vergi yoxlamasının başa çatdırılması üçün 5 (beş) gün ərzində vergi bəyannamələrini əsaslandırılmış yazılı izahatın və zəruri olan sənədlərin vergi orqanına təqdim edilməsi tələb olunmuşdur.

24. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********609700 saylı qərarından görünür ki, cavabdeh 2021-ci il üzrə iddiaçıya 27240,32 manat məbləğində əlavə mənfəət vergisi hesablamışdır. Qərar bununla əsaslandırılmışdır ki, yenidən araşdırma nəticəsində İddiaçı MMC tərəfindən 2021-ci il ərzində riskli vergi ödəyiciləri ilə aparılmış 136201,6 manat məbləğində qarşılıqlı əməliyyatlar zamanı alınmış malların və ya xidmətlərin həcminin və çeşidinin onun vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı aşkar edilmişdir ki, bu hal da əmtəəsiz əməliyyat kimi qiymətləndirilmiş və kənarlaşmanın yaranmasına səbəb olmuşdur.

25. Dövlət Vergi Xidmətinin inzibati şikayətin təmin edilməməsi haqqında xx.xx.2022-ci il tarixli **********925700 saylı qərarından görünür ki, iddiaçı xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixdə yuxarı vergi orqanına inzibati şikayətlər vermiş, Xidmət tərəfindən şikayətlər təmin edilməmiş, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********724800 saylı 25 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

26. Bu qərardan iddiaçı tərəfindən verilmiş şikayət Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasının 14 oktyabr 2022-ci il tarixli 94 saylı qərarı ilə təmin edilməmiş və Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli **********925700 saylı və Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********609700 saylı 17 iyun 2022-ci il tarixli qərarları dəyişdirilmədən saxlanılmışdır.

27. Qərar bununla əsaslandırılmışdır ki, müraciətin araşdırılması zamanı Cəmiyyətin xx.xx.2020-cı il tarixdə vergi ödəyicisi kimi dövlət qeydiyyatına, xx.xx.2020-cı il tarixdə ƏDV məqsədləri üçün qeydiyyata alındığı, əsas fəaliyyət növünün “ixtisaslaşdırılmamış topdansatış”dan ibarət olduğu, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi cəmi 0,01 kv.m olan “Ofis" adlı aktiv təsərrüfat subyektinin olduğu müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən xx.xx.2022-ci il tarixdə 2021-ci il üçün təqdim edilən mənfəət vergisi bəyannaməsində 333225,36 manat ümumi gəlirlər (çıxılmalardan sonra), 294673,65 manat ümumi gəlirdən çıxılan xərc (o cümlədən 284 928,34 manat malın dəyəri) göstərilərək, 38551.7 manat vergiyə cəlb edilən mənfəət olmaqla 7710,34 manat mənfəət vergisi bəyan edilmişdir. Cəmiyyət tərəfindən müxtəlif çeşidli malların (2021-ci il ərzində 5127 ədəd 333225,36 manat (ƏDV-siz) dəyərində, 2020-ci il ərzində 2345 ədəd 99 921,0 manat (ƏDV-siz) dəyərində) yalnız Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinə (VÖEN: 2********) təqdim edilməsinə, səlahiyyətli nümayəndənin araşdırmaya təqdim etdiyi izahatında malların anbara yığılaraq (satılmasını) təqdim edilməsini qeyd etməsinə baxmayaraq inzibati araşdırma zamanı vergi ödəyicisinin Naxçıvan MR ərazisində istifadəsində olan təsərrüfat subyekti müəyyən edilməmiş, malların Naxçıvan MR-na daşınması ilə bağlı hər hansı təsdiqedici sənədlər təqdim olunmamışdır. Cəmiyyətin fəaliyyətinin təsərrüfat subyektinin zəruri hesab olunan fəaliyyət növlərinə aid olması, təsərrüfat subyekti vergi orqanında qeydiyyata alınanadək malların satılması, yalnız xx.xx.2021-ci il tarixdə vergi orqanına elektron qaydada müvafiq ərizə ilə müraciət olunaraq ünvan 2 ünvanında ümumi sahəsi cəmi 0,01 kv.m olan “Ofis" adlı təsərrüfat subyektinin vergi orqanında uçota alınması, təsərrüfat subyektinin qeyd olunan sahəsinin hər hansı iş həcminin icra edilməsi, fəaliyyətin təmin olunması, malların saxlanması üçün real olmaması vergi ödəyicisinin fəaliyyətinin real iqdisadi əsaslarla tənzimlənmədiyini şərtləndirir. Kameral vergi yoxlaması zamanı 2021-ci ilin mənfəət vergisi bəyannaməsində “Xərclər” bölməsinin “malın dəyəri" sətrində qeyd olunan 284928,34 manat məbləğin 136201,6 manat məbləğində olan hissəsinin qarşılıqlı əməliyyatlar zamanı alınmış malların və ya xidmətlərin həcminin və çeşidinin vergi orqanının uçot-baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı aşkar edilmiş və bu hal da əmtəəsiz əməliyyat kimi qiymətləndirilərək gəlirlərin əldə edilməsi ilə bağlı xərc olaraq nəzərə alınmamış və 27240,32 manat mənfəət vergisi hesablanmışdır. Araşdırma zamanı Cəmiyyətin 2021-ci il ərzində 294447,9 manat dəyərində elektron qaimə-faktura əldə etməsi, o cümlədən 136201,6 manat dəyərində olan elektron qaiməfakturaları "X11” Məhdud Məsuliyyətli Cəmiyyətindən (VÖEN: **********) "X9" Məhdud Məsuliyyətli Cəmiyyətindən (VÖEN: **********) və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən (VÖEN: **********) əldə etməsi, həmin vergi ödəyicilərinin Cəmiyyətə təqdim etdiyi elektron qaimə-fakturalarda qeyd olunan malların (X10 X8 - 6000Rpm, 3D Printerlər üçün plastik rulonlar filament ABS ehtiyyat hissələri, X3 3 V2 3D Yazıçı, 3D kalem, Makeblock mBot Ranger - Bluetooth və s.) əldə etdikləri elektron qaimə-faktura, yük gömrük bəyannamələri və elektron alışaklarına əsasən müəyyən edilmədiyi, təsdiqedici sənədlərlə əldə etmədikləri malları təqdim etdikləri müəyyən edilmişdir. Bu səbəbdən yuxarıda qeyd edilən əməliyyatlar üzrə həmin vergi ödəyiciləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci, 2.1.3-cü, 3.1.1-ci yarımbəndlərinə uyğun olaraq Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixli **********048600 nömrəli, xx.xx.2021-ci il tarixli **********052100 nömrəli və xx.xx.2022-ci il tarixli **********624100 nömrəli qərarlar qəbul edilmişdir. Beləliklə, Cəmiyyət tərəfindən "X11" MMC-dən, "X9" MMC-dən və "xxxx" MMC-dən elektron qaimə-fakturalar əsasında 136201,6 manat dəyərində əldə olunduğunu iddia etdiyi müxtəlif çeşidli malların uçot-baza məlumatlarına, iqtisadi göstəricilərinə, o cümlədən əldə etdikləri elektron qaimə-faktura, yük gömrük bəyannamələri və elektron alış-aktlarına əsasən müəyyən edilmədiyini, həmin müəssisələrin təsdiqedici sənədlərlə əldə etmədikləri malları "xxxx" MMC-yə satdıqlarını, araşdırma zərurəti ilə əlaqədar qarşı tərəflərin (mal satanların) araşdırmaya dəvət olunmasına, təsdiqedici sənədlərin tələb edilməsinə baxmayaraq səlahiyyətli nümayəndələrinin araşdırmada iştrakının təmin olunmadığını, tələb olunan sənədlərin təqdim edilmədiyini, araşdırma zamanı qeyd edilən vergi ödəyiciləri tərəfindən təqdim edilmiş həmin elektron qaimə-fakturaların riskli əməliyyat olduğunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na uyğun olaraq vergi orqanı tərəfindən əmtəəsiz əməliyyatlar hesab edilərək həmin müəssisələrin riskli vergi ödəyicisi olması barədə qərarların qəbul edildiyini, araşdırılan qarşılıqlı əməliyyatların verg üstünlüyü əldə etmək məqsədilə vergidənyayınma sxemi olmasını şərtləndirdiyini, bununla da vergi ödəyicisinin şikayətinin təmin edilməsinə əsas verən faktiki və hüquqi hallar barədə təsdiqedici sənədlərin inzibati araşdırma dövründə müəyyən edilmədiyi nəzərə alınaraq, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnzibati şikayətlərə baxılması baş idarəsinin ‘İnzibati şikayətin təmin edilməməsi haqqında” 8 iyun 2022-ci iİ tarixli **********925700 nömrəli və Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022ci il tarixli **********609700 nömrəli qərarları dəyişdirilmədən saxlanılmışdır.

28. İddiaçı hazırda ona əlavə vergi hesablanması barədə xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsini xahiş edir.

29. Məhkəmə iddiaçının bu tələbi ilə razılaşır və qeyd edir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir.

30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na əsasən: - bənd 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); 2.1.4. vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; 2.1.5. vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; 2.1.6. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; 2.1.7. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; 2.1.8. beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər. - bənd 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə).

31. İşin yuxarıda sadalanan hallarından görünür ki, iddiaçı 09.11-xx.xx.2021-ci il tarixlərdə “X11" MMC-dən, "X9" MMC-dən və "xxxx" MMCdən elektron qaimə-fakturalar əsasında 136201,6 manat dəyərində mal əldə etmiş, həmin MMC-lər riskli vergi ödəyiciləri hesab edildiyindən cavabdeh iddiaçının onlarla bağladığı müqavilələrə əsasən ödənilən 136201,6 manat pulun xərcə daxil edilməsini qəbul etməyərək həmin məbləğin 20 faizi məbləğində (27240,32 manat) iddiaçıya əlavə vergi hesablamışdır.

32. Lakin işdə olan qərarlardan görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsinin “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi” barədə xx.xx.2021-ci il tarixli, **********048600 nömrəli qərarı ilə vergi ödəyicisi "xxxx" MMC, xx.xx.2021-ci il tarixli, **********052100 nömrəli qərarı ilə “X9” MMC, xx.xx.2022-ci il tarixli, **********624100 nömrəli qərarı ilə “X11” MMC riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir.

33. Göründüyü kimi, “X11" MMC, "X9" MMC və "xxxx" MMC müvafiq olaraq xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixlərdə riskli vergi ödəyicisi hesab olunsa da, iddiaçının həmin vergi ödəyiciləri ilə apardığı əməliyyat 09.11- xx.xx.2021-ci il tarixlərə aid olmuş, həmin dövrdə “X11" MMC, "X9" MMC və "xxxx" MMC riskli vergi ödəyicisi olmamışdır.

34. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 1.3-cü bəndinə əsasən riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir.

35. Həmin Meyarların 1.4-cü bəndinə əsasən Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur.

36. Göründüyü kimi, qanunvericiliyə əsasən vergi ödəyicisinin riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir və həmin vergi ödəyicilərinə dair məlumat İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur.

37. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən hazırkı iş üzrə müvafiq alqı-satqı əməliyyatlarının aparılmasına dair elektron qaimə-fakturalar tərtib edilən zaman iddiaçının əməliyyat apardığı "X11" MMC, "X9" MMC və "xxxx" MMC- nin riskli vergi ödəyicisi hesab olunması barədə qərar qəbul edilmədiyindən bu barədə İnternet Vergi İdarəsinin portalında xəbərdarlıq xarakterli bildirişlər əks olunmamış, cavabdeh də bununla bağlı hər hansı mübahisə açmamışdır.

38. Belə olan halda, iddiaçı riskli vergi ödəyicisi ilə əməliyyat aparmadığına əmin olmuş, bu səbəbdən də, apardığı əməliyyatın riskli olması barədə İnternet Vergi İdarəsinin portalında ona xəbərdarlıq edilməmişdir. Təbii olaraq da, iddiaçı həmin əməliyyatlara görə ödədiyi məbləği xərcinə aid etməklə mənfəət vergisini hesablayarkən nəzərə almış, bu hal vergi qanunvericiliyinə uyğun olmuşdur.

39. Eyni zamanda iddiaçının, əməliyyat apardığı müəssisələrin aldıqları və ya idxal etdikləri malların həcmindən məlumatlı olması, əməliyyat zamanı ona satılan malla alınan və ya idxal edilən malın həcminin yoxlanılması kimi səlahiyyətləri mövcud deyil.

40. Həmçinin iddiaçının əməliyyat apardığı müəssisələrin iddiaçıya satdığı malların onların aldığı və ya idxal etdiyi malların həcmindən artıq olması iddiaçının məsuliyyət sferasına aid deyil və bu hallar onun hüquqlarını məhdudlaşdırmamalıdır.

41. Bundan başqa, Vergi Məcəlləsinin 13.2.81-ci maddəsinə əsasən əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlardır.

42. Həmin Məcəllənin 109.9-cu maddəsinə əsasən əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14-cü, 14-1-ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır. İşdən görünür ki, iddiaçı riskli vergi ödəyicisi hesab edilən MMC-lərdən aldığı malları elektron qaimələr əsasında Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinə, yəni dövlət orqanına təqdim etmiş, cavabdeh həmin malların Nazirliyə təqdim edilmədiyini sübuta yetirə bilməmişdir.

43. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə Kollegiyası qeyd edir ki, cavabdeh iddiaçının əmtəəsiz əməliyyat apardığını iddia etsə də (anbarın qeydə alınmaması, malların Naxçıvan MR-na daşınması ilə bağlı hər hansı təsdiqedici sənədlərin təqdim edilməməsi), Meyarların 2.1.2-ci bəndinə əsasən onun riskli vergi ödəyicisi olması barədə qərar qəbul etməmiş, bununla da həmin əməliyyatları şübhə altına alması əsassız olmuşdur.Halbuki, cavabdeh şikayətində qeyd edir ki, “X11" Məhdud Məsuliyyətli Cəmiyyəti, "X9" Məhdud Məsuliyyətli Cəmiyyəti və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti məhz hazırkı iddiaçı ilə apardıqları əməliyyatların riskli hesab olunması səbəbindən riskli vergi ödəyiciləri siyasına daxil edilmiş və bu barədə qərarlar qəbul edilmişdir.

44. Məhkəmə Kollegiyası cavabdehin dəlillərini ziddiyyətli hesab edir ona görə ki, cavabdeh iddiaçının əmtəəsiz əməliyyat apardığını iddia etsə də iddiaçının riskli vergi ödəyicisi olması barədə qərar qəbul etməmişdir.

45. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə Kollegiyası daha sonra qeyd edir ki, cavabdehin xx.xx.2022-ci il tarixdə iddiaçıya ünvanladığı 2021-ci il üçün təqdim edilmiş mənfəət (gəlir) vergisi bəyannaməsi üzrə yaranmış uyğunsuzluqlar barədə məktubundan görünür ki, iddiaçı tərəfindən 2021-ci il ərzində bir sıra vergi ödəyiciləri ilə aparılmış 136201,6 manat məbləğində qarşılıqlı əməliyyatlar zamanı alınmış malların və ya xidmətlərin həcminin və çeşidinin onun vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı aşkar edilmişdir ki, bu hal da əmtəəsiz əməliyyat kimi qiymətləndirilmiş və kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Kameral vergi yoxlamasının başa çatdırılması üçün 5 (beş) gün ərzində vergi bəyannamələrini əsaslandırılmış yazılı izahatın və zəruri olan sənədlərin vergi orqanına təqdim edilməsi tələb olunmuşdur. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********609700 saylı qərarından görünür ki, cavabdeh 2021-ci il üzrə iddiaçıya 27240,32 manat məbləğində əlavə mənfəət vergisi hesablamışdır.Qərar bununla əsaslandırılmışdır ki, yenidən araşdırma nəticəsində İddiaçı MMC tərəfindən 2021-ci il ərzində riskli vergi ödəyiciləri ilə aparılmış 136201,6 manat məbləğində qarşılıqlı əməliyyatlar zamanı alınmış malların və ya xidmətlərin həcminin və çeşidinin onun vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı aşkar edilmişdir ki, bu hal da əmtəəsiz əməliyyat kimi qiymətləndirilmiş və kənarlaşmanın yaranmasına səbəb olmuşdur.

46. Bundan əlavə, cavabdeh iddiaçının “X11" MMC, "X9" MMC və "xxxx" MMC ilə apardığı əməliyyatlar üzrə 136201,6 manat məbləği xərc olaraq nəzərə almadıqda VM-nin 109.9-cu maddəsini tətbiq etməklə, həmin malların VM-nin 14- cü, 14-1-ci və 67-ci maddələrinə əsasən dəyərini müəyyən etməklə gəlirdən çıxmalı olduğu halda, bu normanın tələbinə də əməl etməmiş, ümumilikdə 136201,6 manat məbləği xərc kimi nəzərə almayaraq həmin məbləği tam olaraq gəlirə aid etməklə 27240,32 manat mənfəət vergisi hesablanmışdır.

47. Beləliklə, göstərilənlərə əsasən müəyyən olunur ki, cavabdeh iddiaçıya vergi hesablayarkən həm maddi, həm də prosessual hüquq normalarını pomuş, bununla da qanunsuz əlverişsiz minzibati akt qəbul etmişdir.

48. Halbuki VM-in 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz.

49. Həmin Məcəllənin 53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.

50. Həmçinin VM-in 94.0-cı maddəsinə görə verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: - 94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının; - 94.0.2. vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür.

51. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.

52. Beləlikə, göstərilənlərə əsasən məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin qəbul etdiyi qərarın əsaslandığı hallar iş materialları ilə təkzib olunduğundan birinci instansiya məhkəməsi haqlı olaraq nəticəyə gəlmişdir ki, mübahisələndirilən qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilmir. Buna görə də iddia təmin edilməli və cavabdehin 17 iyun 2022-ci il tarixli qərarı ləğv edilməlidir.

53. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

54. Göründüyü kimi, birinci instansiya məhkəməsində işə baxılarkən yuxarıda qeyd olunan məsələlər araşdırılmış, həqiqətə nail olmaq üçün göstərilən faktlara hüquqi münasibət bildirərək iddia təmin edilmişdir.

55. Buna görə də məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni, ədalətli və işin faktiki halları baxımdan əsaslıdır.

56. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassızdır, odur ki, təmin edilməməlidir və Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3588/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

57. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin tələblərinə əsasən: Maddə 58.7. sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; Maddə 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2.məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

58. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3588/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar